Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-466/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 il müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzanın müddəti 04 il müddətinə, Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzanın müddəti 03 il müddətinə endirilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzanın qalan 05 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq ümumilikdə 2,895 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini, ümumilikdə 1,199 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və ümumilikdə 0,560 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib daşıyaraq idarə etdiyi ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin qabaq sol qapısının saxlanc yerində saxlamış, 29 oktyabr 2021-ci il tarixdə saat 16:45-də həmin avtomobillə Sumqayıt şəhəri Kamal Axundov küçəsində hərəkətdə olarkən Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etməməsi səbəbindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra, həmin gün saat 18:16-da Sumqayıt ŞPİ-nin DYPŞ-nin Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən cərimə duracağına yerləşdirilmiş avtomobilə baxış keçirilərkən, “Chevrolet Cruze” markalı avtomobilin qabaq sol qapısının saxlanc yerindən bir ədəd gümüşü rəngli “falqa” adlandırılan kağız bükümün içərisində 01 (bir) ədəd şəffav rəngli sellofan bükümdə təmiz çəkisi 2,895 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,750 qram və 0,449 qram, ümumi təmiz çəkiləri 1,199 qram olan, şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqli narkotik vasitə heroin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,560 qram olan, şəxsi istehlak miqdarından artıq miqdarda tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkı ərazisində olarkən bir ədəd gümüşü rəngli “falqa” adlanan kağız bükümün içərisində bir ədəd bükümdə ağ rəngli, iki ədəd siqaret kağızına bükülmüş rəhvəyi rəngli və bir ədəd şəffav rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli maddələr tapmış, həmin bükümlərdəki maddələrin içərisində nə olduğunu yoxladıqda “falqa” adlanan kağız bükümün içərisindəki iki ədəd siqaret kağızına bükülmüş bükümlərdəki maddələrin narkotik vasitə olan və “kakos” adlandırılan heroin olduğunu müəyyən etmiş, bundan sonra həmin bükümlərdəki narkotik vasitənin bir qismini istifadə etmiş, qalan hissəsini isə idarə etdiyi ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sol qapısının saxlanc yerində gizlətmişdir. xx.xx.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Sumqayıt şəhərinə gəlmiş, həmin gün saat 16:45-də Sumqayıt şəhəri Kamal Axundov küçəsində idarə etdiyi ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobili yol patrul xidməti əməkdaşları saxlamış, bundan sonra polis əməkdaşları ona yaxınlaşıb təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə idarə etdiyi avtomobilin saxlanıldığını izah edib, idarə etdiyi avtomobili sərxoş vəziyyətdə idarə edib etmədiyinin müəyyən edilməsi məqsədilə onu tibbi yoxlanışdan keçmək üçün Sumqayıt şəhərində olan narkoloji dispanserinə dəvət etmişlər, həmin vaxt narkotik vasitə qəbul etdiyindən bu barədə onlara bildirmiş, bundan sonra polis əməkdaşları idarə etdiyi avtomobili Sumqayıt ŞPİ-nin DYPŞ-nin Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən cərimə duracağına yerləşdirib, özünü isə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirib təhfil vermişlər, polis bilməsinə gəldikdən sonra isə xidməti otaqlardan birində narkotik vasitələri və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğunu polis əməkdaşları ona bildirib, üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş və video kameradan istifadə olunmaqla çəkilişdə aparılmış və dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman üzərindən hər hansı qanunla saxlanması və ya daşınması qadağan edilmiş, əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Sorğu zamanı polis əməkdaşlarına idarə etdiyi ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sol qapısının saxlanc yerində narkotik vasitə gizlətdiyini bildirmiş, daha sonra aparılan video çəkliş dayandırılmış və çəklişdə iştirak edən şəxslərlə birlikdə Sumqayıt ŞPİ-nin DYPŞ-nin cərimə dayanacağında saxlanılan idarə etdiyi avtomobilin yanına getmişlər, orda idarə etdiyi avtomobilə video kamaradan istifadə etməklə video çəkliş aparılaraq baxış keçirilmiş və o, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkının ərazisində olarkən tapdığı narkotik vasitəni polis əməkdaşları təqdim etmişdir.Avtomobildən metamfetamin, heroin və tiryək aşkar edilmiş, çəkilərini dəqiq olaraq xatırlamamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. O narkotik maddələrin satışı ilə məşqul olmamış və heç kimə narkotik maddə satmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkili vəzifəsində işləyir, sonuncu dəfə 29 oktyabr 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə Samir adlı şəxsin narkotik vasitələrin və psixotrop tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, qəbulu, eləcədə üzərində və idarə etdiyi avtomobildə saxlanması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Samir adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, onun narkotik vasitələrin və psixotrop tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcədə qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Samir adlı şəxsin həmin vaxt idarə etdiyi qara rəngli avtomobillə Sumqayıt şəhəri Kamal Axundov küçəsində hərəkətdə olduğu müəyyən edilmiş, ancaq Samir adlı şəxsin şəxsiyyətinin və idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının, markasının tam dəqiqləşdirilməsi üçün əlavə vaxt tələb olunduğundan, bu vaxt ərzində isə şübhəli şəxsin Sumqayıt şəhəri ərazisini tərk etmək imkanlarının olduğunu nəzərə alıb, istifadəsində olan polis əməkdaşlarının ümumi istifadəsində olan əlaqə vasitəsilə Sumqayıt şəhəri Kamal Axundov küçəsində polis naryadının olub olmamasını dəqiqləşdirmiş, həmin ərazidə Sumqayıt ŞPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Şahid2, Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektorları, polis baş serjantı Şahid4 və polis baş serjantı Şahid5 birlikdə xidmət apardıqları məlum olduğundan, bundan sonra istifadəsində olan polis əməkdaşlarının ümumi istifadəsində olan əlaqə vasitəsilə onlarla əlaqə saxlayaraq Samir adlı şəxsin narkotik vasitələrin və psixotrop tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə Sumqayıt ŞPİnin 4-cü PB-nə əməliyyat məlumatı daxil olduğunu, həmçinin həmin şəxsin idarə etdiyi nəqliyyat vasitəsilə Sumqayıt şəhəri Kamil Axundov küçəsində hərəkətdə olduğunu, lakin həmin şəxsin şəxsiyyətinin və idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının, markasının tam dəqiqləşdirilməsi üçün vaxt tələb olunduğunu bildirib, bu vaxt ərzində şübhəli şəxsin Sumqayıt şəhəri ərazisini tərk etmək imkanlarının olduğunu nəzərə alaraq xidmət etdikləri ərazidə göstərdiyi əlamətlərə uyğun nəqliyyat vasitəsinin hərəkəti müşahidə edilərsə saxlanılmasını xahiş etmiş, sonradan isə onlarla əlaqə saxladıqda həmin gün saat 16:45-də Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları Şahid2, Şahid4 və polis baş serjantı Şahid5 onlara bildirdiyi əlamətlərdə nəqliyyat vasitəsinin Sumqayıt şəhəri Kamil Axundov küçəsində hərəkətini müşahidə edərək, həmin nəqliyyat vasitəsinin sürücüsünü təhlükəsizlik kəmərindən istifadə etməməsi səbəbindən tərəflərindən saxlanıldığını, sürücünün hərəkətlərindən onun qəbul etdiyi narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında ola bilcəyi şübhəsi onlarda yarandığından sürücü Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji dispanserində tibbi yoxlanışdan keçməsinin təklif edildiyini, sürücü isə Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin Sumqayıt ŞPİ-nin DYPŞ-nin cərimə dayanacağına yerləşdirildiyi, Təqsirləndirilən şəxs isə ərazi aidiyyatı üzrə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə təhfil verildiyi, polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən hər hansı daşınması və ya saxlanması qanunla qadağan edilmiş əşya və ya pridmet aşkar edilməsədə, onun idarə etdiyi avtomobilə baxış keçirilərkən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürüldüyü bildirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddət əvvəl tanımış, münasibətləri normal olmuş, aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamış, ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobil mülkiyyət hüququ ilə ona məxsus olmuş, həmin avtomobili idarə etməsi üçün təxminən bir il əvvəl Samirə etibarnamə vermiş, ancaq avtomobil onda olmuş, həmin avtomobili Samir təxminən üç ay əvvəl mütamadi olaraq idarə etməyə başlamış, Samirin valideyinləri xəstə olduğundan avtomobili Samirə ailə problemlərini həll edə bilməsi, valideyinlərini xəstəxanaya aparıb gətirə bilməsi üçün vermiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Samirin ailə üzvülərindən kimsə ona zəng vurub bir gün əvvəl Samirin Sumqayıt şəhəri ərazisində ona məxsus avtomobili idarə edərkən Sumqayıt ŞPİ-nin dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələri qanunsuz əldə etdiyinə, istifadə etdiyinə görə saxlanıldığını, Samirin idarə etdiyi ona məxsus avtomobilə baxış keçirilərkən avtomobildən narkotik vasitə aşkar edildiyini, bu səbəbdən Samirin barəsində həbs qətimkan tədbiri seçildiyini bildirmiş, ona məxsus avtomobili idarə etməsi üçün bundan başqa X1 etibarnamə vermiş, özünə məxsus ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobili sonuncu dəfə 2021-ci ilin sentyabr ayının sonlarında özü idarə etmiş, Samirin narkotik vasitə istifadə etməsindən, ona məxsus idarə etdiyi avtomobildə narkotik vasitə saxlamasından məlumatı olmamış, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin alqı satqısı ilə məşğul olub olmaması barədə hər hansı məlumatı olmamış, ümumiyyətlə Samirin narkotik vasitə istifadə etməsindən məlumatsız olmuşdur. Məhkəmə iclası zamanı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, 2014-cü ildən DİO-da, tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru vəzifəsində isə 2018-ci ildən xidmət aparmağa başlamış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə xidmət yoldaşları Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektorları, polis baş serjantı Şahid4 və polis baş serjantı Şahid5 ilə birlikdə ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilində Sumqayıt şəhəri Kamil Axundov küçəsində xidmət apararkən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkili, polis mayoru Şahid1 polis əməkdaşlarının ümumi istifadəsində olan əlaqə vasitəsilə məlumat verərək Samir adlı şəxsin narkotik vasitələrin və psixotrop tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə əməliyyat məlumatı daxil olduğunu, həmçinin həmin şəxsin idarə etdiyi nəqliyyat vasitəsilə Sumqayıt şəhəri Kamil Axundov küçəsində hərəkətdə olduğunu, lakin həmin şəxsin şəxsiyyətinin və idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının, markasının tam dəqiqləşdirilməsi üçün vaxt tələb olunduğunu bildirib, bu vaxt ərzində şübhəli şəxsin Sumqayıt şəhəri ərazisini tərk etmək imkanlarının olduğunu nəzərə alaraq xidmət etdikləri ərazidə göstərdiyi əlamətlərə uyğun nəqliyyat vasitəsinin hərəkəti müşahidə edilərsə saxlanılmasını xahiş etmiş, bundan sonra saat 16:45 radələrində xidmət yoldaşları ilə onlara bildirilmiş əlamətlərdə nəqliyyat vasitəsinin Sumqayıt şəhəri Kamil Axundov küçəsində hərəkətini müşahidə etmişlər və həmin nəqliyyat vasitəsinin sürücüsü yəni, ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etməməsi səbəbindən tərəflərindən saxlanılmış, daha sonra həmin avtomobilin sürücüsünə yaxınlaşıb ondan özünü təqdim etməsini təklif etdikdə, sürücünün danışığından, hərəkətlərindən onun spirtli içkinin və ya qəbul etdiyi narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında ola bilcəyi şübhəsi onlarda yarandığından bundan sonra anket məlumatları onlara məlum olan xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Yasamal rayonu Ə.Xanbabayev küçəsi ev 1Ada qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji dispanserində tibbi yoxlanışdan keçməsini təklif etmişlər, sürücü Təqsirləndirilən şəxs etiraz etmədən onların müşayəti ilə onlarla birlikdə Sumqayıt şəhər Narkoloji dispanserinə getmiş, tibbi müayinə zamanı sürücü Təqsirləndirilən şəxs qəbul etdiyi narkotik vasitənin təsiri altında olduğu müəyyən edilmiş, bu barədə müvafiq akt tərtib edilmiş, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili qəbul etdiyi narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında idarə etdiyini, hazırda idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olduğunu bildirdiyindən bundan sonra ilk əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobil xidmət etdiyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin cərimə dayanacağına yerləşdirilmiş, daha sonra sürücü Təqsirləndirilən şəxs ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparıb raport tərtib etməklə təhfil vermişlər, daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektorları, polis baş serjantı Şahid4 və polis baş serjantı Şahid5, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ Saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlamasında, eləcədə qəbulu ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs üzrərində hər hansı daşınması və ya saxlanması qanunla qadağan edilmiş qanunsuz əşya və ya pridmet olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla saxlanması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə və ya digər yerlərdə ona məxsus narkotik vasitə, psixotrop maddə və ya narkotik vasitə, psixotrop maddənin qalıqlarının olub olmamasını soruşduqda o idarə etdiyi ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobildə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən idarə etdiyi avtomobildə narkotik vasitə saxladığını bildirdiyindən onun idarə etdiyi avtomobilin yerləşdirildiyi Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Sumqayıt ŞPİ-nin DYPŞ-nin cərimə duracağına getmişlər, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə saxladığını bildirdiyi narkotik vasitə və psixotrop maddəni təqdim etməsi təklif edildikdə isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön sol qapısına yaxınlaşıb avtomobilin qapısının saxlanc yerindən bir ədəd gümüşü rəngli “falqa” adlandırılan kağıza bükülmüş bükümü çıxarıb təqdim etmiş, ondan təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda o, həmin bükümün içərisində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkının ərazisində olarkən tapdığı narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, həmin bükümün içərisi açıldıqda bükümün içərisindən bir ədəd şəffav rəngli sellofan bükülümdə ağ rəngli, kiristal şəkilli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddə, bir ədəd şəffav rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə olan tiryəkə oxşar maddə, iki ədəd siqaret kağızına bükülmüş bükümdə qəhvəyi rəngli tozşəklli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddələr, bundan başqa kağızdan düzəldilmiş, bükülərək boru halına salınmış kağız parçası, iki ədəd qızılı rəngli siqaret kağızları və bir ədəd kauçuk materialından hazırlanmış kiçik ölçülü boru aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin digər yerlərinə baxış keçirilsədə avtomobildən başqa hər hansı saxlanması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd gümüşü rəngli “falqa” adlandırılan kağıza bükülmüş bükümün içərisindən aşkar edilmiş bir ədəd şəffav rəngli sellofan bükülüdəki ağ rəngli, kiristal şəkilli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddə, bir ədəd şəffav rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə olan tiryəkə oxşar maddə, iki ədəd siqaret kağızına bükülmüş qəhvəyi rəngli tozşəklli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddələr elektron tərəzidə çəkilmiş, həmin bükümlərdəki maddələrin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüş, bundan sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nə geri qayıtmışlar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı və idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş, həmin protokollar ucadan oxunmuş, protokollara əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolları imzalamışdır. Məhkəmə iclası zamanı şahid qismində ifadə vermiş Şahid4 və X12 da Şahid2 ilə oxşar məzmunlu ifadə verərək, onunla eyni xüsusatları qeyd etmişlər. Məhkəmə iclası zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, 2000-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə yəni Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı vəzifəsində isə 2010-cu ildən xidmət aparmağa başlamış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə xidmət yerində olarkən həmin gün saat 16:45-də Sumqayıt şəhəri Kamil Axundov küçəsində Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən narkotik tərkibli və psixotrop maddələri əldə etməkdə, üzərində gəzdirməkdə, eləcədə qəbulu ilə məşğul olmaqda şübhəli olduğundan xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Yasamal rayonu Ə.Xanbabayev küçəsi ev 1A-da qeydiyyatda olan və yaşayan sürücü Təqsirləndirilən şəxs ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobili idarə edərkən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildiyindən, ilk əvvəl Təqsirləndirilən şəxs tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra xidməti otağında Sumqayıt ŞPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Şahid2, Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektorları, polis baş serjantı Şahid4, polis baş serjantı Şahid5, Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti X6, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ Saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcədə qəbulu ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs üzrərində hər hansı daşınması və ya saxlanması qanunla qadağan edilmiş hər hansı qanunsuz əşya və ya pridmet olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəfindən şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən digər qanunla saxlanması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə və ya digər yerlərdə ona məxsus narkotik vasitə, psixotrop maddə və ya narkotik vasitə, psixotrop maddənin qalıqlarının olub olmamasını soruşduqda o idarə etdiyi ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobildə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən idarə etdiyi avtomobildə narkotik vasitə saxladığını bildirdiyindən onun idarə etdiyi avtomobilin yerləşdirildiyi Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Sumqayıt ŞPİ-nin DYPŞ-nin cərimə duracağına getmişlər, Təqsirləndirilən şəxs idarə etdiyi ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobil qara rəngli olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə saxladığını bildirdiyi narkotik vasitə və psixotrop maddəni təqdim etməsi təklif etdikdə isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön sol qapısına yaxınlaşıb avtomobilin qapısının saxlanc yerindən bir ədəd gümüşü rəngli “falqa” adlandırılan kağıza bükülmüş bükümü çıxarıb təqdim etmiş, ondan təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda o, həmin bükümün içərisində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkının ərazisində olarkən tapdığı narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, həmin büküm tərəfindən açıldıqda bükümün içərisindən bir ədəd şəffav rəngli sellofan büküümdə ağ rəngli, kiristal şəkilli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddə, bir ədəd şəffav rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə olan tiryəkə oxşar maddə, iki ədəd siqaret kağızına bükülmüş bükümdə qəhvəyi rəngli tozşəklli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddələr, bundan başqa kağızdan düzəldilmiş, bükülərək boru halına salınmış kağız parçası, iki ədəd qızılı rəngli siqaret kağızları və bir ədəd kauçuk materialından hazırlanmış kiçik ölçülü boru aşkar edilərək götürülmüş, bundan sonra ardıcıl olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli “falqa” adlandırılan kağıza bükülmüş bükümün içərisindən aşkar edilmiş bir ədəd şəffav rəngli sellofan bükümdəki ağ rəngli, kiristal şəkilli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddəni, bir ədəd şəffav rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə olan tiryəkə oxşar maddəni, iki ədəd siqaret kağızına bükülmüş bükümlərdəki qəhvəyi rəngli tozşəklli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddələri qablaşdırıldıqları materiallarla birlikdə ayrı-ayrılıqda elektron tərəzinin üzərində qoymuş, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş falqa adlandırılan kağız bükümün içərisindən aşkar edilmiş şəffav rəngli sellofan bükümdəki ağ rəngli maddə elektron tərəzinin üzərinə qoyularkən, elektron tərəzinin ekranında 15,85 rəqəmləri, qızılı rəngli siqaret kağızına bükülmüş birinci bükümdəki qəhvəyi rəngli maddə elektron tərəzinin üzərinə qoyularkən elektron tərəzinin ekranında 5,30 rəqəmləri, şəffav rəngli sellofan bükümdəki tünd qəhvəyi rəngli maddə elektron tərəzinin üzərinə qoyularkən elektron tərəzinin ekranında 3,10 rəqəmləri, qızılı rəngli siqaret kağızına bükülmüş ikinci bükümdəki qəhvəyi rəngli maddə elektron tərəzinin üzərinə qoyularkən elektron tərəzinin ekranında 3,65 rəqəmlərinin göründüyü müşahidə edilmiş, ancaq həmin vaxt diqqətsizlik etdiyimdən elektron tərəzinin “g”, yəni qram rejimində yox, “ct”, yəni karat rejimində işləməsinə fikir verməmiş, aşkar edilmiş bükümlərdəki maddələri elektron tərəzinin “g”, yəni qram rejimində çəkməli olsada, həmin maddələri elektron tərəzinin “ct”, yəni karat rejimində çəkməklə çəkilərini müəyyən etmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə bağlı aparılan istintaq hərəkəti əvvəldən axıra kimi aparılan videoçəkiliş dayandırılmadan davam etmiş, zəruri hərəkətləri icra etdikdən sonra video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq etmiş, iştirakçılardan heç biri buna etiraz etmədiyindən aparılan video çəkliş dayandırılmış, bundan sonra polis bölməsinin inzibati binasına geri qayıdıb Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi istintaq hərəkətinin nəticəsinə dair müvafiq protokol tərtib edərkən, baxış keçirilməsi istintaq hərəkəti zamanı elektron tərəzinin “g”, yəni qram rejimindən yox, “ct”, yəni karat rejimindən istifadə etdiyini anlamış, ancaq artıq gec olduğundan bununla bağlı hər hansı tədbir görə bilməmiş, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi zamanı aşkar edilərək götürülmüş ilk baxışdan narkotik vasitə olan heroin və tiryəkə, eləcədə psixotrop maddə olan metamfetaminə bənzər maddələr qablaşdırıldıqları zərflə birlikdə həmin maddələrin narkotik vasitə və psixotrop maddə olub olmamalarının müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməsi haqqında qərarla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərmiş, sonradan təqdim edilmiş müvafiq ekspert rəyində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilərkən aşkar edilərək götürülmüş bir ədəd şəffav rəngli sellofan bükümdəki maddənin təmiz çəkisi 2,895 qram psixotrop maddə olan metamfetamin, iki ədəd bükümdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,750 qram və 0,449 qram, ümumi təmiz çəkiləri 1,199 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdəki təmiz çəkisi 0,560 qram narkotik vasitə olan tiryək olduğu göstərildiyindən tərəfindən toplanmış materiallar istintaq aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4821 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqdim etdi: Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd bükümdə təmiz çəkisi 2,895 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,560 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,750 qram, 0,449 qram, ümumi təmiz çəkisi 1,199 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. Bir ədəd borucuq, bir ədəd bükülərək boru şəklinə salınmış kağız kəsiyi, 2 ədəd qızılı rəngli kağız kəsiklərinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 1,199 qram, tədqiqata sərf olundu – 0,100 qram, qalıq – 1,099 qram; Metamfetaminin təmiz çəkisi – 2,895 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq – 2,845 qram; Tiryəkin təmiz çəkisi – 0,560 qram, tədqiqata sərf olundu –0,050 qram, qalıq – 0,510 qram. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 dekabr 2021-ci il tarixli, 4920 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ-nin xx.xx.2021-ci il tarixli, 1465 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli, 4008 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 il müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzanın müddəti 04 il müddətinə , Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzanın müddəti 03 il müddətinə endirilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzanın qalan 05 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 871/2013 saylı, 28 oktyabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 il müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmışdır. Cinayət işi materiallarından görünür ki, həmin cinayət işi Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X9 tərəfindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanmış və icraatına qəbul edilməklə istintaqı davam etdirilmişdir. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsinin” 29 oktyabr 2021-ci il tarixli, 9213 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin qəbulu faktı aşkarlanmışdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Məlikli X11 şəhəri, Kamal Axundov küçəsi ərazisində xx.xx.2021-ci il tarixdə, saat 16:45-də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Şahid3 tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Cinayət işi materiallarında olan “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasa da, idarə etdiyi avtomobildə narkotik vasitə saxladığını etiraf etmişdir. Cinayət işi materiallarında olan “baxış keçirilməsi və götürülməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin müvəqqəti duracağında Təqsirləndirilən şəxs idarə etdiyi Cehvrolet markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü darə etdiyi avtomobildə sol qapının saxlanc yerində olan 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümdə 2 ədəd şəffaf rəngli sellofan büküm, 2 ədəd ağ rəngli siqaret kağız büküm, 2 ədəd gümüşü rəngli siqaret kağızlarının, boru formalı qatlanmış kağızın, 1 ədəd şəffad kauçukdan olan əşyanın olduğu müəyyən edilmişdir. Aşkar olunmuş bükümlər açılan zaman şəffaf sellofanın birində ağ rəgnli kristal şəkilli psixtrop maddə olan “metanitamin”-ə bənzər maddənin, digər şəffaf rəngl sellofan bükümdə qara rəngli narkotik vasitə olan “tiryək”-ə bənzər maddənin, 2 ədəd ağ rəngli siqaret kağızı bükümlərinin hər birində spesifik iyə malik olan qəhvəyi rəngli toz halında narkotik vasitə olan “heroin”-ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş maddələrin narkotik vasitə olduğunu, həmin maddələri xx.xx.2021-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Yasamal rayonu, H.Cavid parkından tapdığını, şəxsi istifadəsi üçün avtomobilində saxladığını, həmin maddələrin narkotik vasitə olduğundan məlumatı olduğunu bildirmişdir. Cinayət işi materiallarında ola “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi materiallarında əlav edilmiş Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 568/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 5(060)- 769/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Şahid3 “əməliyyat tədbirlərinin keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işi materiallarında əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİnin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 302-6937-1221 saylı və 302-6936-1221 saylı məktub və çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AC 386856 saylı “BC” kateqoriyalı, 10 illik etibarlılıq müddəti olan sürücülük vəsiqəsi verilmiş, kompyuter bazasına əsasən Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur, Chevrolet Cruze markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomaşın X5 məxsusdur, X10 və Təqsirləndirilən şəxs etibarnamə ilə idarə edilməsi haqqında kompyuter bazasında məlumat mövcuddur. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Azercell Telekom MMC-də nömrələr qeydə alınmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan respublikası Baş Prokurorunun birinci müavini, İİİ dərəcəli ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 22 fevral 2022-ci il tarixdə qəbul edilmiş qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02-06 aya kimi, yəni 28 fevral 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 116/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 28 aprel 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan “diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına ağ rəngli kağız qutusunda əlavə edilmiş üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında isə 02 (iki) ədəd, birincisi “20211029_175340” adlı, xx.xx.2021-ci il tarixdə çəkilmiş, 357670 kb həcmində, ikincisi “20211029_183023” adlı, xx.xx.2021-ci il tarixdə çəkilmiş, 644214 kb həcmində fayllar olan diskə baxış keçirilərkən, ilk faylın yaddaşında 04 dəqiqə 00 saniyyə davam edən, rəngli formatda, otaq və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntünün olduğu, həmin video görüntünün xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Şahid3 olduğunu bildirdiyi, daha sonra həmin şəxsin xidməti otaqda olan mülki geyimli şəxsə müraciət edərək ondan özünü təqdim etməsini xahiş etdiyi, bu təklifdən sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, bundan sonra özünü baş təhqiqatçı Quliyev kimi təqdim edən şəxsin xidməti otaqda olan digər polis əməkdaşının gündəlik geyim formasında olan şəxslərədə müraciət edərək həmin şəxslərdə özlərini təqdim etmələrini təklif etdiyi, özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin təklifindən sonra ilk olaraq polis əməkdaşının gündəlik geyim formasında olan şəxsin özünü təqdim edərək polis baş serjantı Qasımov olduğunu, ikinci polis əməkdaşının gündəlik geyim formasında olan şəxsin özünü təqdim edərək polis baş serjantı Əlişanov olduğunu, üçüncü polis əməkdaşının gündəlik geyim formasında olan şəxsin özünü təqdim edərək polis kapitanı Qasımov olduğunu bildirdikləri, bundan sonra özünü baş təhqiqatçı Quliyev kimi təqdim edən şəxs tərəfindən xidməti otaqda olan digər mülki geyimli şəxsində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ Saylı Vəkil Bürosunun vəkili X8 olduğunu bildirdiyi, müdafiəçinin iştirakına etirazının olub olmadığını soruşduğu, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin verilmiş sualı cavablandıraraq müdafiəçinin iştirakına etirazının olmadığını bildirdiyi, daha sonra özünü baş təhqiqatçı Quliyev kimi təqdim edən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsi Sumqayıt ŞPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Şahid2 tərəfindən tərtib edilmiş raportla tanış etdiyi, həmin şəxsin xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin DYPŞ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Şahid2, yol patrul xidməti inspektorları, polis baş serjantı Şahid4 və polis baş serjantı Şahid5 tərəfindən Sumqayıt şəhəri Kamil Axundov küçəsində idarə etdiyi ** XY *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobili təhlükəsizlik kəmərindən istifadə edilməməsi səbəbindən saxlanıldığını, onun danışığından, hərəkətlərindən spirtli içkinin və ya qəbul etdiyi narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında ola bilcəyi şübhəsi yarandığından, bundan sonra onun Sumqayıt şəhər Narkoloji dispanserində dəvət edilərək tibbi yoxlanışdan keçməsinin təklif edildiyini, onun etiraz etmədən Sumqayıt şəhər Narkoloji dispanserinə gedərək tibbi müayinədən keçərkən qəbul etdiyi narkotik vasitənin təsiri altında olduğunun müəyyən edildiyini, həmçinin idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə olması barədə polis əməkdaşlarına məlumat verdiyinin raportda göstərdiyini bildirərək, idarə etdiyi nəqliyyat vasitənin kimə məxsus olduğunu, nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olub olmadığını, nəqliyyat vasitəsini nə vaxtdan idarə etməsini, idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitənin olub olmadığını, narkotik vasitə qəbul edib etmədiyini, qəbul edirsə nə vaxtdan qəbul etdiyini, idarə etdiyi nəqliyyat vasitəsində olduğunu bildirdiyi narkotik vasitəni nə vaxt və kimdən əldə etdiyini, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini soruşduğu, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin verilmiş sualları cavablandıraraq idarə etdiyi nəqliyyat vasitəsinin dostuna məxsus olduğunu, həmin nəqliyyat vasitəsini təxminən üç ildir etibarnamə əsasında idarə etdiyini, idarə etdiyi nəqliyyat vasitəsində Bakı şəhəri Yasamal rayonu ərazisində olarkən tapdığı narkotik vasitənin olduğunu, təxminən üç dörd il əvvəl narkotik vasitə qəbul etməyə başladığını, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirdiyi, bundan sonra özünü baş təhqiqatçı Quliyev kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə məlumat verilərək həmin şəxsin şübhəli şəxs qismində saxlanıldığını bildirdiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etdiyi, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin təqdim edilmiş bildirişlə tanış olduğu, bundan sonra xidməti oataqda olan və Sumqayıt şəhər İ Saylı Vəkil Bürosunun vəkili İsməli Kazımov olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar verildiyi, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyinin soruşulduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən verilmiş sualların cavablandırıldığı, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fikizi zor tətbiq edilmədiyini və qanunsuz digər hərəkətlərə yol verilmədiyini bildirdiyi, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə müraciət edilərək həmin şəxsə üzərində qanunla saxlanması, daşınması qadağan edilmiş əşya, pridmet, narkotik tərkibli maddə varsa təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində qanunla saxlanması, daşınması qadağn edilmiş hər hansı əşya və ya pridmet olmadığını bildirdiyi, bundan sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə polis əməkdaşının gündəlik geyim formasında olan və özünü təqdim edərək baş təhqiqatçı Quliyev olduğunu bildirən şəxs tərəfindən şəxsi axtarış aparıldığı, həmin şəxsin üzərindən hər hansı qanunla saxılması və daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilmədiyi, bundan sonra özünü baş təhqiqatçı Quliyev kimi təqdim edən şəxs tərəfindən aparılan video çəklişin dayandırılacağı özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən davam etdiriləcəyi barədə iştirakçılara xəbərdarlıq edildiyi, şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinə dair iştirakçıların etiraz və ya vəsatətlərinin olub olmadığının soruşulduğu, iştirakçılar tərəfindən heç bir etiraz və ya vəsatətin daxil olmadığı, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. Diskin yaddaşında olan ikinci fayla baxış keçirildikdə faylın yaddaşında 07 dəqiqə 13 saniyyə davam edən, rəngli formatda, çöl və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün Sumqayıt ŞPİ-nin DYPŞ-nin Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən cərimə duracağını və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Şahid3 olduğunu bildirərək ilk video görüntüdə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə orda olan digər polis əməkdaşının gündəlik geyim formasında olan şəxsləri təqdim etdiyi, həmin şəxslərə özlərini təqdim etmələrini təklif etdiyi, özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin təklifindən sonra ilk olaraq polis əməkdaşının gündəlik geyim formasında olan şəxsin özünü təqdim edərək polis kapitanı Qasımov olduğunu, ikinci özünü təqdim edən şəxsin polis baş serjantı Qasımov olduğunu, üçüncü özünü təqdim edən şəxsin özünü təqdim edərək polis baş serjantı Əlişanov olduğunu bildirdikləri, bundan sonra özünü baş təhqiqatçı Quliyev kimi təqdim edən şəxs tərəfindən orada olan mülki geyimli şəxsində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ Saylı Vəkil Bürosunun vəkili X8 olduğunu bildirdiyi, daha sonra özünü təqdim edərək baş təhqiqatçı Quliyev olduğunu biuldirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə olduğunu bildirdiyini xatırladaraq həmin şəxsə narkotik vasitəni təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin hərəkətə başlayaraq həmin ərazidə park edilmiş qara rəngli avtomobilə yaxınlaşdığı, həmin avtomobilin ön sol qapısını açıb, avtomobilin qapısının saxlanc yerindən bir ədəd gümüşü rəngli “falqa” adlandırılan kağıza bükülmüş bükümü çıxarıb təqdim etdiyi, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisi açıldıqda bükümün içərisindən ilk əvvəl bir ədəd şəffav rəngli sellofan bükümdə ağ rəngli maddənin aşkar edildiyi, həmin bükümün elektron tərəzidə çəkildikdə elektron tərəzinin ekranında 15,85 rəqəmlərinin göründüyü, bundan sonra təqdim edilmiş bükümün içərisindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümdə qəhvəyi rəngli maddənin aşkar edildiyi, həmin bükümün elektron tərəzidə çəkildikdə elektron tərəzinin ekranında 5,30 rəqəmlərinin göründüyü, daha sonra təqdim edilmiş bükümün içərisindən bir ədəd şəffav rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli maddənin aşkar edildiyi, həmin bükümün elektron tərəzidə çəkildikdə elektron tərəzinin ekranında 3,10 rəqəmlərinin göründüyü, bundan əlavə təqdim edilmiş bükümün içərisindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümdə qəhvəyi rəngli maddənin aşkar edildiyi, həmin bükümün elektron tərəzidə çəkildikdə elektron tərəzinin ekranında 3,65 rəqəmlərinin göründüyü, bundan başqa təqdim edilmiş bükümün içərisindən kağızdan düzəldilmiş, bükülərək boru halına salınmış kağız parçası, iki ədəd qızılı rəngli siqaret kağızları və bir ədəd kauçuk materialından hazırlanmış kiçik ölçülü boru aşkar edildiyi, özünü təqdim edərək baş təhqiqatçı Quliyev olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar verildiyi, təqdim etdiyi bükümün içərisindən aşkar edilmiş maddələrin nə olduğunu, hardan və kimdən əldə etdiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən verilmiş sualların cavablandırıldığı, təqdim etdiyi bükümün içərisindəki siqaret kağızına bükülmüş bükümlərin içərisində narkotik vasitə olduğunu, həmin bükümü bir gün əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında olarkən tapdığını, bir hissəsini isatifadə etdiyini, qalan hissəsini isə sonradan istifadə etmək üçün idarə etdiyi avtomobildə saxladığını bildirdiyi, daha sonra nəqliyyat vasitəsinin içərisinə və saxlanc yerlərinə baxış keçirildiyi, nəqliyyat vasitəsindən hər hansı qanunla saxlanması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, bundan sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş bükümlərdəki maddələrin narkotik vasitə və psixotrop maddə olub olmamasının müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülməsi, həmçinin aparılan video çəklişin dayandırılacağı, sənədləşmə işlərinin aparılması üçün həmin ərazidə şərait olmadığından polis bölməsinin inzibati binasına qayıdacaqları barədə iştirakçılara xəbərdarlıq edildiyi, baxış keçirilməsi və götürmə istintaq hərəkətinin keçirilməsinə dair iştirakçıların etiraz və ya vəsatətlərinin olub olmadığının soruşulduğu, iştirakçılar tərəfindən heç bir etiraz və ya vəsatətin daxil olmadığı, daha sonra isə xəbərdarlıq edilərək aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli göstərişdə qeyd olunmuşdur ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olması sübuta yetirilmir, bu səbəbdən də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və ona yenidən ittiham elan olunmalıdır. Cinayət işi materiallarında olan 06 aprel 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh görülməsi üçün qəbul edilmiş qərarın surətinin Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən “Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən altı il müddət keçmədiyindən Təqsirləndirilən şəxsnun məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,099 qram çəkidə narkotik vasitə olan heroin, 2,845 qram çəkidə metanfitamin, 0,510 qram çəkidə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt 1 Saylı Vəkil Bürosunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-466/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 592 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 29 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,099 qram çəkidə narkotik vasitə olan heroin, 2,845 qram çəkidə metanfitamin, 0,510 qram çəkidə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO13601**********3944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-466/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-466/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver