Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-466/2024 01.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X5, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,376 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 24 oktyabr 2023-cü il tarixdə saat 20:05 dəqiqədə 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Nihat” marketin yaxınlığında saxlanılıb 2-ci PŞ-nə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən həmin kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,351 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 07 dekabr 2023-cü il tarixdə saat 16:05-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Bakı” kafesinin yaxınlığında saxlanılıb 2-ci PŞ-nə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa naməlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda ümumi təmiz çəkisi 1,056 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 1,331 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 12 yanvar 2023-ci il tarixdə saat 13:00 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində saxlanılaraq 14-cü PŞnə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda 0,902 qram və 0,154 qram, ümumi təmiz çəkisi 1,056 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,265 qram, 0,602 qram, 0,211 qram, 0,253 qram ümumi təmiz çəkisi 1,331 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,211 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 13 fevral 2024-cü il tarixdə, saat 18:45-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Vida” mərasim evinin arxasında saxlanılıb 3-cü PB-nə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq-qəhvəyi rəngi qısaqol gödəkcənin sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd ***-**** nömrəli, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda 1963-cü ildə istehsal olunmuş AKMS modelli, Kalaşnikov konstruksiyalı, odlu yivli silah,texniki cəhətdən saz və atəş üçün yararlı, hər hansı bir kustar üsul ilə dəyişiklərə məruz qalmamış avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsini yəni darağı və döyüş sursatı hesab edilən, saz və atəş üçün yararlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş hər biri 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş 30 ədəd patronu qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 13 fevral 2024-cü il tarixdə, saat 18:45-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Vida” mərasim evinin arxasında saxlanılıb 3-cü PB-nə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin odlu silah olan avtomat, onun komplekt hissəsi olan daraq və döyüş sursatı hesab edilən patronlar əlində olan üzərində “Chanel” sözü yazılan yük çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3-4 il olar ki, narkotik vasitə metamfetamin və heroin qəbul edir. Metamfetamin və heroindən istifadə istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən 01 ədəd bükümdə narkotik vasitə heroini 15 manat məbləğində pula almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Həmin gün şəxsi işlərilə bağlı saat 20:05 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Nihat” marketin yaxınlığında hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu 2-ci PŞ-nə dəvət etmişlər. O da razılaşaraq etiraz etmədən polis əməkdaşları ilə birlikdə PŞ-nə getmiş, xidməti otaqlarının birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkiliin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşı ona üzərində qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsini təklif etmiş, o, əynində olan şalvarın cibindən 01 ədəd bükülmdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. O həmin bükümdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm bundan sonra zərfə qoyularaq qablaşdırılmış, onun tərəfindən də zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Bundan başqa xx.xx.2023- cü il tarixdə təxminən saat 16 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Bakı” kafesinin yaxınlığında olarkən 2 nəfər polis işçisi ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik maddələrin istifadəsi və daşınmasında şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə getməsini təklif etmiş, onlarla birlikdə PŞ-nə getmişdir. Şöbədə təhqiqatçı tərəfindən seçdiyi vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. O, da könüllü olaraq əynindəki cins şalvarın sağ yan cibində saxladığı içərisində psixotrop maddə metmfetamin olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. O, həmin bükümdə olan maddənin metamfetamin olduğunu bildirmişdir. Həmin maddə polis işçiləri tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 120 manata narkotik maddə olan heroin və metanfetamin almış, həmin gün saat 13:00 radələrində tanışı olan X8 qəsəbəsində M.Mirəliyev küçəsində olan zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşmışlar. Polis əməkdaşları onu və Mehman Tahirovu 14-cü PŞ-nə dəvət etmişlər. PŞ-də video çəkiliş vasitəsi ilə üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitə onun və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, tərkibinin və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Bundan başqa İnstagram sosail şəbəkəsində “Yusif” kimi özünü təqdim etmiş İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, o, həmin şəxslə bir qədər İnstagram sosail şəbəkəsində danışdıqdan sonra Yusif ona istifadəsində olan +**********35 saylı möbil nömrəsini vermiş və onlar vatsap ani mesajlaşma proqramı vasitəsi ilə danışmağa başlamışlar. Həmin ərəfədə Yusif ona ənməkdaşlıq təklif etmiş və ona Sumqayıt şəhərində məkan (yer bildirimi) atacağını və gedib həmin məkandan avtomat kalaşnikovu götürüb deyəcəyi yerə qoymağı söyləmişdir. Ona bu işin müqabilində 1000 manat pul təklif olunmuş, o, da razılaşmışdır. Bu minvalla xx.xx.2024-cü il tarixdə Yusif ona vatsapda Sumqayıt şəhərində gedəcəyi həmin yerin konumunu atmışdır. O, da həmin tarixdə saat 18 radələrində göstərilən yerə yəni Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin arxasına gəlib çatmış və göstərilən yerdə çantanın olduğunu və çantanın içərsinə baxdıqda içərisində kalaşnikov markalı avtomat və eyni zamanda çantanın yanında bir ədəd içərsində metamfetamin olan büküm olduğunu görmüşdür. Silah olan çantanı və metamfetamini götürüb oradan uzaqlaşarkən 3 nəfər şəxs ona yaxınlaşmış və polis işçiləri olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə və odlu silah daşımağından şübhələndiklərinə görə onlarla 3-cü PB-nə getməyi təklif etmişlər. 3-cü PB-də xidməti otaqda onu oraya gətirən polis işçiləri və təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və o, əlində olan içərisində odlu silah olan çantanı və əynindəki gödəkçənin cibində saxladığı 01 ədəd bükümdə psixatrop maddə metamfetamini təqdim etmişdir. Əlində saxladığı iri ölçülü yük çantası açılan zaman içərsində 1 ədəd “kalaşnikov” markalı silah, içərsində patron olan silahın sandığı aşkar edilmişdir. Darağın içərsində 30 ədəd patron olduğu müəyyən olunmuşdur. Həmin silah və 30 ədəd patron olan daraq ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə metamfetamin olmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. 3-cü PB-də ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və odlu silah saxlaması, üzərində gəzdirməsi, narkotik vasitə istifadə etməsi barədə qərəzsiz mənbədən 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 13 fevral 2024-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 da iştirak etmişdir. Rəhbərlik tərəfindən müvafiq təlimat aldıqdan sonra həmin gün qrupun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin arxasında piyada hərəkət etdiyini müşahidə etmiş, yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmiş, özlərini təqdim edib birlikdə 3-cü PB-nə aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlarla birlikdə avtomobilə mindikdən sonra 3-cü PB-nə gətirilmişdir. 3-cü PB-də Dadaşov şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı Dadaşova üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə təqdim etməsi təklif olunmuş və bu zaman Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd iri ölçülü, üzərində “Chanel” sözü yazılmış yük çantasını çıxarıb təqdim etmişdir. Çanta açıldıqda içərisindən 01 ədəd “Kalaşnikov” avtomatı, 01 ədəd içərisində patronlar olan həmin silahın sandığı aşkar edilmişdir. Sandıqçanın içərisindəki patronlar çıxarılaraq sayılmış və xatırladığı qədərilə ümumi sayı 30 (otuz) ədəd olmuşdur. Bundan sonra şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs ünvanlanan suallar əsasında onun əynində olan gödəkçənin cibindən bir ədəd bükümünü və bir ədəd özünə məxsus olduğunu bildirdiyi Samsung J2 markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Büküm açıldıqda içərisində psixotrop maddə “metamfetaminə” bənzər maddə olması müəyyən edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Kalaşnikov” tipli avtomat silaha bənzər predment, 01 ədəd sandıqça və patronlar aşkar edildiyi çantada qablaşdırılaraq üzəri möhürlənmişdir. Eyni zamanda aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddə və Samsung markalı mobil telefon 02 ədəd ayrı-ayrı zərflərdə qablaşdırılmış və möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “instagram” sosial şəbəkəsi üzərindən tanış olduğu “Yusif' adlı İran İslam Respublikası vətəndaşı ilə onun mobil nömrəsi ilə vatsapp proqramı vasitəsilə danışmış, həmin şəxsin tapşırığı ilə Sumqayıt şəhəri ərazisində Yusifin ona Watsap vasitəsilə məkan olaraq göndərdiyi yerə gəlmiş, həmin yerdən yük çantasını götürmüşdür. Həmin silahı İİR vətəndaşının tapşırığı ilə müəyyən yerə qoyduqdan sonra 1000 manat pul alacağını bildirmişdir. İstintaq hərəkətinin sonunda protokol tərtib edilərək ucadan oxunmuş və həmin protokol doğru tərtib edildiyindən iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid7 teleqram ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, 24 oktyabr 2023-cü il tarixdə alınmış məlumat əsasında məlum olmuşdur ki, “Yaqub” adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Nihad” marketin yaxınlığında olması barədə məlumat verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “Yaqub” adlı şəxs xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşı Şahid6la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və onun cinayətkar əməllərini ifşa etmək məqsədi ilə 24 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Nihat” marketin yaxınlığına yollanmış və orada müşahidə aparmağa başlamışlar. Təqsirləndirilən şəxs həmin yerdə saat 20:05 radələrində müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək 2-ci PŞ-nin əməkdaşları olduqlarını bildirərək şöbəyə dəvət etmişlər. Dadaşov heç bir etiraz etmədən onlarla birlikdə PŞ-nə getmiş, faktla bağlı araşdırma aparılmasından ötrü material 2-ci PŞ-nin təhqiqatçısına həvalə edilmişdir. X6 Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Yaqub şübhəli şəxs kimi tutmuşdur. Daha sonra X6 Yaqubun, müdafiəçi Bəhruz Səfərovun və polis əməkdaşlarının iştirakılə videoçəkilişlə şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirəcəyini bildirmiş, Şəxsi axtarış keçirilməzdən öncə ona hüquq və vəzifələrini izah edərək üzərində qeyri qanuni əşya varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Yaqub əynində olan şalvarın arxa sağ cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün 24 oktyabr 2023-cü il tarixdə gündüz saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 15 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş şahid Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Şahid6 ibtidai istinaq zamanı verdiyi ifadəsindən görünür ki, sonuncu Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Şahid5 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2023-cü il tarixdə saat 16 radələrində onu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Bakı” kafesinin yaxınlığında saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə 2-ci PŞ-nə getməsini bildirmiş, Dadaşov etiraz etmədən onlarla birlikdə 2-ci PŞ-nə getmişdir. Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşulduqda o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngil kağıza bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükümü masanın üzərinə qoymuş, büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə öz istifadəsi üçün Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Daha həmin bükülü götürülərək Dadaşovun iştirakı ilə qablaşdırılaraq möhürlənmiş, bu haqda protokol tərtib edilmiş, protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş şahid 2-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid4 İlham oğlunun ibtidai istinaq zamanı verdiyi ifadəsindən görünür ki, sonuncu Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid Sabunçu RPİ-nin 14-cü PŞ əməliyyat müəvvəkili Şahid8 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid8 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, 12 yanvar 2024-cü il tarixdə, saat 13 radələrində iş yoldaşı ilə birlikdə xidməti əraziyə aid olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində xidmətdə olarkən iki nəfər şəxsin onları görüb özlərini şübhəli apararaq ərazidən uzaqlaşmaq istəmələrini görüb həmin şəxsləri saxlayaraq həmin şəxslərin üzərlərində saxlanılması və daşınması qanunla qadağan edilmiş əşyaların daşıması onlarda şübhə yaratdığından həmin şəxsləri Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. PŞ-də həmin şəxslərin X7 və Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. PŞ-də həmin şəxsə hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunduqdan sonra üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Yaqub əynində olan qara rəngli şalvarın cibindən 05 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş və 01 ədəd siqaret kağızına bükülmüş maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olmasını, şəxsi istifadəsi üçün Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 120 manata almasını bildirmişdir. Aşkar olunmuş büküm qablaşdırılmaqla götürülmüş və müvafiq protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş şahid 14-cü PŞ-nin polis sahə inspektoru Şahid9 ibtidai istinaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 228.1 və 234.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış (saat 18:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (cild İ i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 13 fevral 2024-cü il tarixdə, saat 18:45 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( cild İ, i.v.22-23); 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 64-65) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v. 75-77); Sumqayıt şəhər Məhkəməsinin 4(060)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmışdır.(cild İ, i.v.83-87) “şəxsi axtarışın keçirilməsi haqqında” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında, xidməti otaqların birində 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Əlinasir Nəsirli tərəfindən Təqsirləndirilən şəxs öncə özünü təqdim edir, sonra Nəsirli Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin dövriyyəsində və odlu silah daşımaqda şübhəli bilindiyi üçün 3-cü PB-nə gətirildiyini bildirir. Bundan sonra 3-cü PB-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Fərhad Əliyev təqdim edilir. Təhqiqatçı saxlanılan şəxsə üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı psixotrop maddə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd iri ölçülü, üzərində “Chanel” yazıları mövcud olan yük çantasını çıxarıb təqdim edir. Həmin yük çantası açıldıqda içərisindən qarışıq rəngli bədən dəsmalına bükülmüş formada 01 ədəd “Kalaşnikov” tipli avtomat silaha bənzər predmet, 01 ədəd içərisində patronlar olan silahın sandığı aşkar edilir. Əvvəlcə həmin avtomat silaha bənzər predmetə baxış keçirilərkən onun qundağının qatlanmış vəziyyətdə olması, o cümlədən sol yan qəhvəyi rəngli taxta örtüyü üzərində 5207 nömrələri həkk edilməsi, özəy hissəsinin qara, dəstək hissəsinin isə qəhvəyi rəngdə olması müəyyən edilir. Bir ədəd sandıqçanın içərisindəki patronlar çıxarılaraq sayılır və ümumi sayının 30 (otuz) ədəd olması müəyyən edilir. Bundan sonra şəxsi axtarış davam etdirilərkən ona ünvanlanan suallar əsasında Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü və bir ədəd özünə məxsus olduğunu bildirdiyi Samsung J2 markalı, üzərində 077 *** ** ** saylı nömrə olan mobil telefonu çıxarıb təqdim edir. Həmin büküm açıldıqda içərisində açıq şəffaf rəngli kristallik formalı, psixotrop maddə “metamfetaminə” bənzər maddə olması müəyyən edilir. Həmin maddə elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0.28 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs əlində saxlamış olduğu iri ölçülü yük çantasının içərisindən aşkar edilmiş “Kalaşnikov” tipli avtomat silaha bənzər predtmet, 01 ədəd sandıqça və 30 ədəd patronlar aşkar edildiyi çantada qablaşdırılaraq üzəri DİN-in 127 saylı möhürü ilə möhürlənir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddə və Samsung markalı mobil telefon 02 ədəd ayrı-ayrı ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılır və 127 saylı möhürlə möhürlənir, zərfin üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, “instagram” sosial şəbəkəsi üzərindən tanış olduğu “Yusif’ adlı İran İslam Respublikası vətəndaşı ilə onun +**********35 mobil nömrəsi ilə vvatsapp proqramı vasitəsilə danışmış,həmin şəxsin tapşırığı ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində ona vvotsap vasitəsilə məkan olaraq göndərdiyi yerə gəlmiş, həmin yerdən Yusifin ona öncədən fotosunu atdığı yük çantasını və yanında olan gümüşü rəngli siqaret kağızı bükümünü götürmüşdür. Həmin silahı İİR vətəndaşının tapşırığı ilə müəyyən yerə qoyduqdan sonra 1000 manat pul alacağını, həmçinin özünün narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün saxladığını bildirir. Təqsirləndirilən şəxs götürülmüş mobil telefonda İİR vətəndaşının göndərmiş olduğu fotoşəkillər olması, həmin mobil telefonun giriş şifrəsinin “Z” şəkilli simvol olması müəyyən edilir. İstintaq hərəkətinin sonunda protokol tərtib edilərək ucadan oxunur və həmin protokol doğru tərtib edildiyindən hər kəs tərəfindən imzalanır. ( cild İ, i.v 28-29). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/897 nömrəli 14 fevral 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 127” dairəvi möhür əksi və “....Vət. Təqsirləndirilən şəxs götürülmüş bir büküm maddə.... ” və s. soyadlar,imzalar olan 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,211 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. ( cild İ, i.v.42-45). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 fevral 2024-cü il tarixli, 24/344 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ***- **** No-li silha, 7.62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda 1963-cü ildə istehsal olunmuş AKMS modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş,həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 30 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir, sazdırlar və atəş üçün yararlıdırlar (cild İ, i.v. 46-53) 01 mart 2024-cü il tarixli “cinayət işinin bir icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (cild İ, i.v. 100-101) “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 07 dekabr 2023-cü il tarixdə, saat 16:05 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( cild İ, i.v.126-127); 09 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild İ, i.v 162-163, 172-175) 09 dekabr 2023-cü il tarixdə Xəzər rayon prokuroru tərəfindən CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti rədd edilmişdir. (cild İ, i.v. 179-183) “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” barədə 09 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Xəzər RPİ-nin X4 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( cild İ, i.v. 139-186); “şəxsi axtarışın keçirilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində 07 dekabr 2023-cü il tarixdə 2-ci PŞ-nin inzibati binasında olan xidməti otaqların birində polis əməkdaşları və müdafiəçi Sərxan Məmmədovun iştirakı ilə şəxsi axtarış aparılır. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs X6 tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümü təqdim edir və bildirir ki, həmin bükümdə olan maddə psixotrop maddə metamfetamindir. Onu 07 dekabr 2023-cü il tarixdə Suraxanı rayonu Maştağa qəsəbəsi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilmir. Həmin kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır. Zərf iştirakçılar tərəfindən imzalanır. ( cild İ, i.v 137-139). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/6315 nömrəli 08 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN zərflər üçün N 193” dairəvi möhür əksi və “....Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar maddə.... ” və s. sözlər,imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,351 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotop maddə metamfetamindir. ( cild İ, i.v.142-145). 10 yanvar 2024-cü il tarixli “cinayət işinin bir icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********** nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (cild İ, i.v. 197) “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 24 oktyabr 2023-cü il tarixdə, saat 20:05 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( cild İ, i.v.229-230); 25 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild İİ, i.v 09-10, 17-19) 26 oktyabr 2023-cü il tarixdə Xəzər rayon prokuroru tərəfindən CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti rədd edilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Xəzər RPİ-nin X4 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v. 24-28) “şəxsi axtarışın keçirilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində 24 oktyabr 2023-cü il tarixdə 2-ci PŞ-nin inzibati binasında olan xidməti otaqların birində polis əməkdaşları və müdafiəçi X2 iştirakı ilə şəxsi axtarış aparılır. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs X6 tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümü təqdim edir və bildirir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu 24 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Bundan başqa Dadaşovun üzərindən qanunla qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilmir. Həmin kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır. Zərf Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanır. ( cild İ, i.v 234-236). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5718 nömrəli 25 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 193” dairəvi möhür əksi və “....Vət. Təqsirləndirilən şəxs üzərindən” və s adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,376 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.. ( cild İ, i.v.241-245). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 8075 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İİ, i.v. 35-36). 02 aprel 2024-cü il tarixli “cinayət işinin bir icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (cild İİ, i.v. 61-62) “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 12 yanvar 2024-cü il tarixdə, saat 13:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( cild İİ, i.v.74); 14 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild İİ, i.v 108-109, 115-117) 14 yanvar 2024-cü il tarixdə Sabunçu rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti rədd edilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sabunçu RPİ-nin X4 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v. 125-129) “şəxsi axtarışın keçirilməsi haqqında” 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində 12 yanvar 2024-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Emil Həsənzadə tərəfindən onun üzərinə şəxsi axtarış keçirilərkən əyinində olan qara rəngli şalvarın sağ yan cibindən 05 ədəd şəffaf sellafonda və 01 ədəd siqaret kağızma bükülmüş halda narkotikə bənzər maddə çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kakos və mütafetamin adlı maddələri Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 120 manata aldığını bildirmişdir. ( cild İİ, i.v 86-87). AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 6/5718 nömrəli 25 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 100” möhür əksi “....Saxlanılan Təqsirləndirilən şəxs; v.s ad soyad imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,902 qram; 0,154 qram ümumi təmiz çəkiləri 1,056 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotop maddə metamfetamindir. 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,265 qram, 0,602 qram, 0,211 qram, 0,253 qram ümumilikdə təmiz çəkiləri 1,331 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.04 bükümdəki heroin kütlələri kimyəvi kompnentlərinə görə öz aralarında eynilik təşkil edir. ( cild İİ, i.v.92-96). AR DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild İİ, i.v. 53-60, 134-135) Bakı Şəhər Probasiya İdarəsi xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatına alınmamış, elektron nəzarət vasitəsi tətbiq edilməmişdir. ( cild İ, i.v. 157A) Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs bugünki tarixədək həmin cəzasını çəkməmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-1901/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd diskdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və odlu silahi daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. “sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 228.2.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, 04 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0.376 qram narkotik vasitə olan heroin sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.326 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 07 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0.351 qram psixotrop maddə metamfetamin sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.301 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 12 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumilikdə təmiz çəkisi 1.056 qram çəkidə psixotrop maddə metamfetamin və təmiz çəkisi 1.331 qram heroin sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.956 qram psixotrop maddə metamfetamin və 1.211 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 13 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0.211 qram psixotrop maddə metamfetamin sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.161 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 13 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd 7.62 mm kalibrli, фп-5297 №li AKMS modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağ və 27 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar sübut kimi tanınmış, saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. (cild İİ, i.v. 188-200 ) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar döyüş sursatı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən narkotik vasitə heroin və metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə eyni zamanda tələb olunur ki, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması nəzərə alınmalıdır. X9 13-cü bəndinin 4-cü hissəsinə görə CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs tərəfindən törədilən hər bir əmələ fərdi yanaşaraq sonuncunun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, barəsində cinayət işi üzrə araşdırma getdiyi müddətdə yenədə narkotik vasitələrdən əldə etməsini, üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarını, bundan öncə də narkotik vasitələrdən qanunsuz istifadə etdiyi üçün məhkumluq həyatı yaşamasına baxmayaraq, islah olunmayaraq yenə də narkotik vasitədən istifadə etməsini, törətdiyi digər cinayət əməlinin obyekti silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına adi olmasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, AR CM-in 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin 25 iyun 2003-cü il tarixli Plenum qərarının 4-cü bəndinin İİ hissəsinə görə şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə cinayət əməli polis əməkdaşlarının əməyi nəticəsində aşkar edilmişdir. Bu səbəbdən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs əməlini sonradan etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. CM-nin 67.1-ci maddəsinə əsasən Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Dadaşov tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı, ibtidai istinaq zamanı 24 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək, 07 dekabr 2023-cü il tarixdən 09 dekabr 2023-cü il tarixədək, 12 yanvar 2024-cü il tarixdən 14 yanvar 2024-cü il tarixədək tutulduğu ümumilikdə 06 (altı) gün təyin edilən cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ibtidai istintaq zamanı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri ləğv edilməli, cəzasının əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 444 (dörd yüz qırx dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış - 0.326 qram narkotik vasitə heroin, 0.301 qram psixotrop maddə metamfetamin, 0.956 qram psixotrop maddə metamfetamin və 1.211 qram narkotik vasitə heroin və 0.161 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-1901/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 23 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 132 (bir yüz otuz iki) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 9-cu maddəsinin 11-ci bəndinə əsasən “Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.” İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd 7.62 mm kalibrli, фп-5297 №li AKMS modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağ və 27 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar müsadirə olunaraq AR Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək, 07 dekabr 2023-cü il tarixdən 09 dekabr 2023-cü il tarixədək, 12 yanvar 2024-cü il tarixdən 14 yanvar 2024-cü il tarixədək tutulduğu ümumilikdə 06 (altı) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, ibtidai istintaq zamanı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri ləğv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 444 (dörd yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.326 qram, 1.211 qram narkotik vasitə heroin və 0.301 qram, 0.956 qram, 0.161 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan - 01 ədəd 7.62 mm kalibrli, фп-5297 №li AKMS modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağ və 27 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar müsadirə olunaraq AR Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən dörd ədəd disk iş materiallarında saxlanılsın. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-1901/24 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-466/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-466/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver