Məhkəmə qərarları › İş №1(060)-467/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-467/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-467/2022 27.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06.04.2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, Yaşıl dərə bağları fərdi evin həyətində aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən vuraraqq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa «YÜNGÜL» zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən iki ildir ki, Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində fərdi tikilmiş həyət evində anası Sevil, qardaşları Xəqani və Elnur, həyat yoldaşı Ayan və bir övladı ilə birlikdə yaşayırlar. 06.04.2022-ci il tarixdə, saat təxminən 18:00 radələrində qardaşı Elnur ilə yaşadıqları evin həyətində aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı o əsəbiləşib yumruqla 2-3 dəfə Elnurun sifət nahiyyəsinə vurmuş və Elnur yerə yıxılmışdır. Sonra isə Elnur yerdən qalxıb, küçəyə çıxmışdır. Elnuru vurmağına səbəb onunla danışan zaman nalayiq küçə ifadələrindən istifadə etməsi olmuşdur. Hazırda isə əməlindən peşmandır. Məhkəmədən zərərçəkmişlə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 06.04.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində yaşadıqları evin həyətində Ramil ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Ramil sağ əli ilə 2-3 dəfə yumruqla sifətinə vurmuşdur. O daha sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə ilə barışmış, ondan şikayəti yoxdur və Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat zamanı şahid qismində ifadə vermiş və məhkəmə prosesi iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Şahid ifadəsindən görünür ki, o təxminən 7 ildir ki, Sumqayıt şəhəri, Yaşıl dərə bağlar masivində fərdi tikilmiş həyət evində övladları Ramil, Xəqani, Elnur, Ramilin həyat yoldaşı Ayan və bir övladları ilə birlikdə yaşayır. Əvvəllər də Elnur və Ramil arasında yaşadıqları evdə mübahisələr olmuşdur. Sonuncu dəfə isə 06.04.2022-ci il tarixdə təxminən saat təxminən 18:00 radələrində o evdə olan zaman yaşadıqları evin həyətindən səs-küy gəldiyini eşitmiş, həyətə çıxan zaman həyətdə övladları Ramil ilə Elnurun bi-biriləri ilə mübahisə etdiklərini görmüş və mübahisə zamanı Ramil əsəbiləşib Elnuru vurmuşdur. Daha sonra Elnur Ramilin əlindən çıxış həyətdən küçəyə qaçmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 418 saylı, 07.04.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində «sol gözətrafını əhatə edən, burun belinin, üst dodağın sağ hissəsinin selikli qişasının qançırları, sağ yanaq nahiyyənin, sağ qaşüstü nahiyyənin sıyrıqları, alnın sol hissəsinin dərialtı hematoması » xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən törədilmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla, 06.04.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya aiddir. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 10 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməsi, cinayət əməli üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi qərar alınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 27.04.2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs 27.04.2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş “Sumqayıt Tibb Mərkəzi” X4 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmi 190 saylı, 08 aprel 2022-ci il tarixliməktubdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt 1 Nömrəli şəhər xəsatəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-534/2015 saylı, 21 may 2015-ci il tarixli hökmündən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2015-ci il tarixdən hesablanmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 2015-ci i tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinə əsasən 04 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 06 fevral 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarına əsasən 11 ay 19 gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 22 yanvar 2021-ci il tarixdə isə cəzası bitmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18.04.2022-ci il tarixli (iş № 1(060)-467/2022) qərarını icra edərək 21.04.2022-ci il tarixli 596 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar