Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-468/2021 30.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Dəvəçi rayonu Zarat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 21 mənzil 20-də qeydiyyatda olan, ünvan 1də yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,046 qram narkotik vasitə olan heroini və 0,025 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 12.05.2021ci il tarixdə saat 02:14-də Sumqayıt şəhəri, H.Əliyev prospektində Sumqayıt ŞPİ-nin CAŞın əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol nahiyəsində yerləşən kiçik ölçülü cibindən 01 ədəd şəffaf rəngli sellofanın içərisindəki gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,685 qram, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,361 qram olmaqla ümumi təmiz çəkiləri 1,046 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,025 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12.05.2021-ci il tarixdə saat 02:14-də o oğlu Şahid1 idarə etdiyi «VAZ 2106» markalı **-RG-*** dövlət nömrə nişanlı avtomobili lə Sumqayıt şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən qarşıda polis əməkdaşlarının yaxınlaşdığını görüb, həmin vaxt üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmaq üçün avtomobili idarə edən oğlu Murada avtomobili geriyə verməsini demiş, bu zaman işıqforun qırmızı işığında oğlunun idarə etdiyi avtomobil arxaya doğru hərəkət edərkən avtomobilin arxa tərəfində dayanan işıqforun işığını gözləyən başqa «Hyundai Coupe» markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq qəza baş vermiş və onlar hadisə yerindən uzaqlaşa bilməmişlər. O polis əməkdaşları tərəfindən saxlanılmışdır. O saxlanıldıqdan sonra polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olunduğunu bildirərək, üzərinə şəxsi axtarış keçiricəyini bildirib, lakin şəxs axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili ona təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləyini bildirərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməyi təklif olunmuş, o da əynində olan qara rəngli gödəkçənin sol qol nahiyəsində yerləşən kiçik ölçülü cibində saxlamış olduğu 02 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümlər onun tərəfindən açılmış, birinci sellofan bükümün içərisində 01 ədəd gümüşü rəngli siqaret kağızı və 01 ədəd şəffaf rəngli sellofan bükümün olduğu, digər şəffaf rəngli sellofan bükümdə isə qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddənin olduğu, birinci şəffaf rəngli sellofanın içərisindən aşkar olunmuş gümüşü rəngli siqaret kağızı bükümünün içərisində ağ rəngli kristall şəkilli narktik vasitəyə bənzər maddənin, digər şəffaf rəngli sellofan bükümdə isə qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o bildirmişdir ki, ondan aşkar olunan ağ rəngli maddə metamfetmindir, qəhvəyi rəngi maddə isə heroindir, onları 1-2 gün əvvəl Sumqayıt şəhərində üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün ümumilikdə 60 manata almışdır. Bu barədə oğlu Şahid1 məlumatı olmamışdır. Həmin vaxt avtomobildə də o və oğundan başqa heç kim olmamışdır. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Həmçinn təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, məhkumluğunun olmadığını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. 12.05.2021-ci il tarixdə saat 02:14-də o atası Təqsirləndirilən şəxslə birlikdə idarə etdiyi «VAZ 2106» markalı **-RG-*** dövlət nömrə nişanlı avtomobil ilə Sumqayıt şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən qarşıda polis əməkdaşlarının yaxınlaşdığını görmüşlər. Həmin vaxt atası Mirzəağa ona heç bir səbəb bildirmədən avtomobili saxlayıb, geriyə hərəkət etməsini tələb etmişdir. O da onun sözündən çıxmamış, işıqforun qırmızı işığında idarə etdiyi avtomobili arxaya doğru hərəkət edərkən onun idarə etdiyi avtomobil ehtiyatsızlığından avtomobilin arxa tərəfində dayanan işıqforun işığını gözləyən başqa «Hyundai Coupe» markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq qəza baş vermiş və onlar hadisə yerindən uzaqlaşa bilməmişlər, polis əməkdaşları tərəfindən saxlanılmışlar. O bunu qəsdən etməmiş, atasının sözünə görə avtomobili dayandırıb arxaya vermiş və nəticədə avtomobili qəfildən ehtiyatsızlığından digər maşına dəymişdir. Onlar saxlanıldıqdan sonra polis əməkdaşları onlara yaxınlaşıb atası Mirzəağanın narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olunduğunu bildirərək, üzərinə şəxsi axtarış keçiricəyini bildirib, lakin şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili ona təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləyini bildirərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Atası Mirzəağa da əynində olan qara rəngli gödəkçəsinin sol qol nahiyəsində yerləşən kiçik ölçülü cibində saxlamış olduğu 02 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı atası Mirzəağa bildirmişdir ki, ondan aşkar olunan ağ rəngli maddə metamfetmindir, qəhvəyi rəngi maddə isə heroindir, onları 1-2 gün əvvəl Sumqayıt şəhərində üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün birini 20 manatdan olmaqla, ümumilikdə 60 manata almışdır. Onun bu barədə əvvəlcədən heç bir məlumatı olmamış, həmin vaxt atası Mirzəağanın üzərində narkotik vasitə olmasını bilməmiş, özü də ona bu barədə heç nə deməmişdir. Həmin vaxt avtomobildə də o və atasından başqa heç kim olmamışdır. Daha sonra atası Mirzəağanın üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilmişdir. Onun idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra həmin yerdə sənədləşdirmə aparmağa şərait olmadığından onlar 4-cü PB-yə dəvət edilmişlər, onlar da etiraz etmədən həmin bölməyə getmişlər, orada atasının üzərindən götürülmüş heroin və metamfetamin zərfə qoyularaq qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və atası Mirzəağa həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, «Hundai Coupe» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. 12.05.2021-ci il tarixdə saat 02 radələrində o özünə məxsus avtomaşınla Sumqayıt şəhəri Heydər Əliyev küçəsi ilə hərəkət edərkən işıqforda qırmızı işıq olduğu üçün maşını saxlamış, ondan qarşıda isə «VAZ 2106» markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomaşın dayanmış, həmin vaxt üç nəfər mülki formada şəxs həmin avtomaşına yaxınlaşmaq istədikdə, maşının sürücüsü maşını yüksək surətlə arxaya vermiş, maşın onun maşınının ön hissəsinə dəymiş və maşının şarları açılmış, özü maşından düşmüş və həmin vaxt YPX-nın əməkdaşları da orada olmuş, bir az keçmiş polis geyimli şəxslər çəkilişlə həmin maşına yaxınlaşmışlar, o da həmin vaxtı özünə məxsus maşının yanında dayanmış, orada maşının sürücüsünün yanında olan tanımadığı şəxsin üzərindən narkotik vasitə çıxmışdır. Polis işçiləri həmin vasitəni tərəzidə çəkmişlər, sonra ona məxsus maşına da videoçəkiliş apırıb, baş vermiş hadisə barədə soruşmuşlar, o da olanları danışmışdır. Baş vermiş hadisə nəticəsində onun avtomobilinə 4760 manat maddi ziyan vurulmuşdur. Məhkəmədə şahid qismində ifadə ermiş Şahid4 ifadəsində göstərdi ki, 12.05.2021ci il tarixdə Sumqayıt şəhərində Mirzəağa adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 12.05.2021-ci il tarixdə saat 02:14-də Təqsirləndirilən şəxs oğlu Şahid1 idarə etdiyi “VAZ-2106” markalı **- RG-*** dövlət nömrə nişanlı avtomobil ilə Sumqayıt şəhəri H.Əliyev prospektində saxlanılan zaman, polis əməkdaşlarından yayınmaq üçün avtomobili idarə edən Şahid1 işıqforun qırmızı işığında idarə etdiyi avtomobili arxaya doğru hərəkət etdirmiş, nəticədə onun avtomobili arxada dayanaraq işıqforun işığını gözləyən Şahid2 idarə etdiyi “Hyundai Coupe” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin ön hissəsinə dəyib dayanmış və Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşa bilməmiş və onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Quliyev ona videoçəkilişlə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Baş təhqiqatçı Rafiq Quliyev ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmiş, lakin şəxsi axtarış başlamadan öncə ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafə edəcək vəkili İftixar Əhmədov təqdim olunmuş, daha sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş, o da əynində olan qara rəngli gödəkçəsinin sol qol nahiyəsində yerləşən kiçik ölçülü cibində saxlamış olduğu 02 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümlər təhqiqatçı tərəfindən açılmış, birinci sellofan bükümün içərisində 01 ədəd gümüşü rəngli siqaret kağızı, 01 ədəd şəffaf rəngli sellofan bükümün olduğu, digər şəffaf rəngli sellofan bükümdə isə qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə olması, birinci şəffaf rəngli sellofanın içərisindən aşkar olunmuş gümüşü rəngli siqaret kağızı bükümün içərisində ağ rəngli kiristal şəkilli narkotik vasitəyə bənzər maddənin, digər şəffaf rəngli sellofan bükümdə isə qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuş, ondan həmin bükümlərdə nə olduğunu, onları haradan, kimdən əldə edildiyi soruşulduqda, Mirzəağa bildirmişdir ki, ondan aşkar edilmiş ağ rəngli maddə «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin, qəhvəyi rəngli maddə isə heroindir, narkotik vasitələrdən uzun müddətdir istifadə edir, üzərindən aşkar olunanları tez-tez ağrıları tutduğu üçün üzərində saxlamışdır ki, qarışdırıb vursun, onların xəstəsidir, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 1-2 gün əvvəl Sumqayıt şəhəri ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 01 ədədini 20 manata alaraq, hamısına 60 manat pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroin və psixotrop maddə olan metamfetamin ona təqdim olunmuş vəkilinin və onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncudan aşkar olunmuş 01 ədəd 50 qəpiklik, 03 ədəd 20 qəpiklik, 01 ədəd 10 qəpiklik xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, oğlu Şahid1 həmin vaxt onun üzərində narkotik vasitə olmasından xəbərsiz olmuş, onun xahişi ilə Murad maşını saxlayamaraq arxaya vermiş və nəticədə avtomobil arxada dayanan avtomobillə toqquşmuşdur. Orada olan Şahid1 də atası Mirzəağanın dediklərini təsdiq etmişdir. Bundan başqa “Hundai Coupe” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid2 da bildirmişdir ki, o idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında dayanarkən “VAZ-2106” markalı **-RG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü qarşıda dayanan polisləri görüb avtomobili arxaya verərkən avtomobil onun avtomobilin ön hissəsinə dəyərək dayanmışdır. Bundan başqa, videoçəkilişlə “VAZ-2106” markalı **-RG-*** dövlət nömrə nişanlı avtomobilə də baxış keçirilmiş və həmin avtomobildə sübut əhəmiyyətli əşya və yaxud qanunsu predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin Sumqayıt ŞPİ-nin 4-cü PB-də qablaşdırılıb ekspertizaya göndərilməsi və müvafiq sənədləşmə aparılması üçün videçəkiliş dayandırılmış, bölmədə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qablaşdırılmış, müvafiq sənədləşmə aparılaraq, Təqsirləndirilən şəxs həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən o, heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X8 oğlu ifadəsində göstərdi ki, 12.05.2021-ci il tarixdə Sumqayıt şəhərində Mirzəağa adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 12.05.2021-ci il tarixdə saat 02:14-də Təqsirləndirilən şəxs oğlu Şahid1 idarə etdiyi “VAZ- 2106” markalı **-RG-*** dövlət nömrə nişanlı avtomobil ilə Sumqayıt şəhəri H.Əliyev prospektində saxlanılan zaman, polis əməkdaşlarından yayınmaq üçün avtomobili idarə edən Şahid1 işıqforun qırmızı işığında idarə etdiyi avtomobili arxaya doğru hərəkət etdirmiş, nəticədə onun avtomobili arxada dayanaraq işıqforun işığını gözləyən Şahid2 idarə etdiyi “Hyundai Coupe” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin ön hissəsinə dəyib dayanmış və Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşa bilməmiş və onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sumqayıt ŞPİnin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Quliyev ona videoçəkilişlə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Baş təhqiqatçı Rafiq Quliyev ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmiş, lakin şəxsi axtarış başlamadan öncə ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafə edəcək vəkili İftixar Əhmədov təqdim olunmuş, daha sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş, o da əynində olan qara rəngli gödəkçəsinin sol qol nahiyəsində yerləşən kiçik ölçülü cibində saxlamış olduğu 02 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümlər təhqiqatçı tərəfindən açılmış, birinci sellofan bükümün içərisində 01 ədəd gümüşü rəngli siqaret kağızı, 01 ədəd şəffaf rəngli sellofan bükümün olduğu, digər şəffaf rəngli sellofan bükümdə isə qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə olması, birinci şəffaf rəngli sellofanın içərisindən aşkar olunmuş gümüşü rəngli siqaret kağızı bükümün içərisində ağ rəngli kiristal şəkilli narkotik vasitəyə bənzər maddənin, digər şəffaf rəngli sellofan bükümdə isə qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuş, ondan həmin bükümlərdə nə olduğunu, onları haradan, kimdən əldə edildiyi soruşulduqda, Mirzəağa bildirmişdir ki, ondan aşkar edilmiş ağ rəngli maddə «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin, qəhvəyi rəngli maddə isə heroindir, narkotik vasitələrdən uzun müddətdir istifadə edir, üzərindən aşkar olunanları tez-tez ağrıları tutduğu üçün üzərində saxlamışdır ki, qarışdırıb vursun, onların xəstəsidir, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 1-2 gün əvvəl Sumqayıt şəhəri ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 01 ədədini 20 manata alaraq, hamısına 60 manat pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroin və psixotrop maddə olan metamfetamin ona təqdim olunmuş vəkilinin və onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncudan aşkar olunmuş 01 ədəd 50 qəpiklik, 03 ədəd 20 qəpiklik, 01 ədəd 10 qəpiklik xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, oğlu Şahid1 həmin vaxt onun üzərində narkotik vasitə olmasından xəbərsiz olmuş, onun xahişi ilə Murad maşını saxlayamaraq arxaya vermiş və nəticədə avtomobil arxada dayanan avtomobillə toqquşmuşdur. Orada olan Şahid1 də atası Mirzəağanın dediklərini təsdiq etmişdir. Bundan başqa “Hundai Coupe” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid2 da bildirmişdir ki, o idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında dayanarkən “VAZ-2106” markalı **- RG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü qarşıda dayanan polisləri görüb avtomobili arxaya verərkən avtomobil onun avtomobilin ön hissəsinə dəyərək dayanmışdır. Bundan başqa, videoçəkilişlə “VAZ-2106” markalı **-RG-*** dövlət nömrə nişanlı avtomobilə də baxış keçirilmiş və həmin avtomobildə sübut əhəmiyyətli əşya və yaxud qanunsu predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin Sumqayıt ŞPİ-nin 4cü PB-də qablaşdırılıb ekspertizaya göndərilməsi və müvafiq sənədləşmə aparılması üçün videçəkiliş dayandırılmış, bölmədə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qablaşdırılmış, müvafiq sənədləşmə aparılaraq, Təqsirləndirilən şəxs həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən o, heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X4 və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 Vaif oğlunun ifadələrindən görünür ki, onlar Şahid4 və X6 ifadələri ilə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12.05.2021-ci il tarixli, 6/1896 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 128” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” və s.yazılar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,685 qram, 0,361 qram ümumi təmiz çəkiləri 1,046 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdəki təmiz çəkisi 0,025 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 04.06.2021-ci il tarixli, 1741 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki maddi sübut kimi Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,956 qram narkotik vasitə olan heroinin və 0,013 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 12 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X2 12 may 2021-ci il tarixində saat 02:14-də Sumqayıt şəhərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİnin 4-cü PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Quliyev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 13 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlamanın əvvəli 12 may 2021-ci il tarixdən hesablanmışdır. Sumqayıt şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir.Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Səhiyə şöbəsi 1 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 310 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. 17 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmayıb. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 14.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal törətdiyi əməldən səmimi peşman olması, məhkumluğunun olmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, 13 may 2021-ci il tarixində barəsində Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 21 may 2021-ci il tarixində isə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odurki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,956 qram çəkidə narkotik vasitə olan heroin və 0,013 qr metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli (iş № 1(060)-468/2021) qərarını icra edərək, 29 iyun 2021-ci il tarixli 730 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 03 ay 18 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı, ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,956 qram çəkidə narkotik vasitə olan heroin və 0,013 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-468/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-468/2021
30.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver