Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-468/2023 29.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,180.2.2, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixdə CM-nə edilən dəyişikliklərlə əlaqədar hökmdən CM-nin 332.2.1 və 332.2.2-ci maddələr xaric edilərək azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 03 (üç) aya endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı Sərəncamına əsasən əvf olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, yataqxana 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Şabran Rayon Məhkəməsinin 4(031)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1983-cü ildə Lənkəran rayonu Nərimanabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-776/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 4, mənzil 12də qeydiyyatda olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq etmək qərarına gəldikdən sonra, xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evin həyətinin qarşısına gələrək törədəcəkləri cinayət əməllərinin ifşa edilməsindən sığortalanmaq üçün özünün darvazanın yanında durub müşahidə etməsi, Təqsirləndirilən şəxs1 isə darvazanı açıb həyətə girməsi ilə bağlı rolların bölüşdürülməsinə dair aralarında razılaşdıqdan sonra, Təqsirləndirilən şəxs1 həyətə qanunsuz daxil olub həyətdə yerləşən saxlanc yeri hesab olunan kiçik tikilinin giriş qapısının qıfılını qırıb oradan divara quraşdırılmış 300 (üç yüz) manat qiymətində 01 (bir) ədəd "İmmergaz" markalı 24-lük kombi aparatını divardan və bərkidildiyi borulardan açıb tikilidən çıxartdıqdan sonra o, da həyətə qanunsuz daxil olaraq Təqsirləndirilən şəxs1lə birlikdə həmin kombi aparatını götürüb həyətdən çıxardıb gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 300 (üç yüz) manat məbləğində maddi zi/an vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq etmək qərarına gəldikdən sonra xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə darvazanın qapısını açmaqla qanunsuz daxil olub həyətdə yerləşən saxlanc yeri hesab olunan кiçik tikilidə divara quraşdırılmış 450 (dörd yüz əlli) manat qiymətində 01 (bir) ədəd ’’Novahot’’ markalı 26-lıq kombi aparatını gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 450 (dörd yüz əlli) manat rrəbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o,satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə təmiz çəkisi 1,630 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 06 yanvar 2023-cü il tarixdə saat 12:04 radələrində Sümqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 3 saylı binanın qarşısında saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərində keçirilən şəxsi axtarış zaman əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,630 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə darvazanın qapısını açmaqla qanunsuz daxil olub həyətdə yerləşən saxlanc yeri hesab olunan kiçik tikilidən 150 (bir yüz əlli) manat qiymətində 01 (bir) ədəd 05 (beş) litr həcmli, 1990-cı illərə aid, latun materialdan olan, istifadəyə yararlı samovarı gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq etmək qərarına gəldikdən sonra xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə darvazanın qapısını açmaqla qanunsuz daxil olub həyətdə yerləşən saxlanc yeri hesab olunan kiçik tikilidə divara quraşdırılmış 450 (dörd yüz əlli) manat qiymətində 01 (bir) ədəd "Novahot" markalı, 26-lıq kombi aparatını gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq etmək qərarına gəldikdən sonra, xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evin həyətinin qarşısına gələrək törədəcəkləri cinayət əməllərinin ifşa edilməsindən sığortalanmaq üçün Təqsirləndirilən şəxs3 darvazanın yanında durub müşahidə etməsi, özünün isə darvazanı açıb həyətə girməsi ilə bağlı rolların bölüşdürülməsinə dair aralarında razılaşdıqdan sonra, həyətə qanunsuz daxil olub həyətdə yerləşən saxlanc yeri hesab olunan kiçik tikilinin giriş qapısının qıfılını qırıb oradan divara quraşdırılmış 300 (üç yüz) manat qiymətində 01 (bir) ədəd "İmmergaz" markalı 24 litr həcmli kombi aparatını divardan və bərkidildiyi borulardan açıb tikilidən çıxartdıqdan sonra Təqsirləndirilən şəxs3 də həyətə qanunsuz daxil olaraq onunla birlikdə həmin kombi aparatını götürüb həyətdən çıxardıb gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 300 (üç yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir Beləliklə, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğurluq əməllərini törətmişdir, lakin onu saxlayarkən üzərində narkotik vasitə olmamışdır. xx.xx.2023-cü il tarixdə tutulduğu göstərilsə də, o, xx.xx.2023-cü il tarixdə tutulmuşdur, lakin tutulan zaman üzərində mobil telefon olmamışdır. Polis Bölməsində ona psixi təsir göstərilmiş və ona görə də, məcbur olub videoçəkiliş zamanı narkotik vasitənin onun olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslərə dəyən maddi ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, 1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, subaydır, ailə üzvləri vəfat etmiş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D\Y, Y\M, yataqxana 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamır, daimi yaşayış yeri yoxdur. Heç bir yerdə işləmir. Təxminən 5-6 ay olar narkotik maddələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 04:00 radələrində tanışı, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları H.Zeynalabdin qəsəbəsi ərazisində gəzişən zaman pula gedən nə olsa oğurlayıb satmalarını düşünmüşlər. Ə.Vahid küçəsindən keçən zaman orada olan bərbər işləyən şəxsin fərdi yaşayış evinin həyətinin hasarında kombi aparatının borusunu görmüş, həmin həyətin və evin işıqlarının çoxdandır yanmadığını gördüyündən, bilirmiş ki, orada yaşayış yoxdur və Raminə təklif etmişdir ki, həmin həyətə girib kombini oğurlasınlar, Ramin etiraz etməmişdir. Sonra ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həyətin darvazasına yaxınlaşmışlar, həyət darvazasının qapısı açıq olmuş, Raminlə razılaşmışlar ki, Ramin həyətə girsin o, da darvazanın yanında durub gözdə-qulaqda olsun. Ramin həyətə daxil olub həyətdə sol tərəfdə kombi üçün quraşdırılmış tikiliyə yaxınlaşmış, tikili balaca qıfılla bağlanmış, Ramin əlində olan özü ilə gətrdiyi qaz açarı ilə qıfılı qırmış, sonra tikilinin qapısını açıb orada divara quraşdırılmış ağ rəngli "İmmergas" 24-lük markalı kombinin borularını açaraq çölə çıxartmış, o, Raminə yaxınlaşıb birlikdə kombi aparatını götürüb həmin həyətdən çıxmışlar. Oradan da birlikdə oğurladıqları kombini Ə.Vahid küçəsində yerləşən "yanmış ev" adlanan heç kimin yaşamadığı yerdə gizlədib evə getmişlər. Bir neçə saatdan sonra saat 09:00 radələrində Raminlə birlikdə oğurladığı kombini satmağa müştəri tapmaq üçün Sumqayıt şəhəri, "Kolxoz Bazarı"na getmişlər, orada tikinti materialları satışı dükanların birində "İmmergas" 24-lik markalı kombinin neçəyə ala biləcəklərini soruşdüqda orta alış qiyməti 350 (üç yüz əlli) manat demişlər. O, Raminlə bazarda dayanan qara rəngli "Mercedess Benz E class" markalı taksi avtomobili ilə kombini götürməyə yola düşmüşlər. Kombini götürüb qayıdanda sonradan adını Saleh bildikləri taksi sürücüsü onların kombini 350 (üç yüz əlli) manata satmaq istədiklərini bilmiş, həmin kombini ona satmalarını dedikdə onlar razılaşmışlar və Sumqayıt şəhərinə çatanda həmin kombini Salehə 350 (üç yüz əlli) manata satmışlar. Saleh Raminin şəxsiyyət vəsiqəsinin surətini alıb imzalatdırmışdır. Əldə etdikləri 350 (üç yüz əlli) manat puldan 50 (əlli) manatını yeməyə və siqaretə xərcləmiş, qalan 300 (üç yüz) manatı Raminlə bölüb hər birinə 150 (bir yüz əlli) manat qalmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində digər tanışı Ə.Vahid küçəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə H.Zeynalabdin qəsəbəsi ərazisində gəzişən zaman Şirvan yaşayış massivində fərdi yaşayış evlərinin yanından keçərkən orada Hicran adlı şəxsin fərdi yaşayış həyətin hasarında kombi aparatının borusunu, həmçinin evin də işıqlarının yanmadığını görəndə, düşünmüşlər ki, sakinlər evdə yoxdur və Arizə təklif etmişdir ki, həmin həyətə girib kombini oğurlasınlar. Ariz etiraz etməmiş, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həyətin taxtadan olan darvazasından birlikdə həyətə daxil olmuşlar, həyətdə yerləşən kiçik tikilinin içərisində divara quraşdırılmış ağ rəngli "Novahot" markalı 26-lıq kombi aparatını özündə olan qaz açarı ilə aça bilmədiyinə görə açarı Arizə vermiş və Ariz kombi aparatının borularını açaraq kombini birlikdə götürüb həyətdən çıxmışlar. Hicranın həyətindən Arizlə birlikdə oğurladığı kombini Arizin həyətinə aparıb ayrılmışlar. Bir neçə saatdan sonra saat 08:00 radələrində Arizin ünvanına *6688 taksi sifarişi etmişlər, sonra taksi ilə oğurladıqları kombini Sumqayıt “Kolxoz Bazari”na satmağa aparmışlar. Bazarda kombini alan olmamış, sonra bazarın yaxınlığında yerləşən sonradan adını Rəşad bildikləri şəxsin tikinti materialları satışı dükanında həmin kombini Rəşada 130 (bir yüz otuz) manata satmışlar, əldə etdikləri pulu bölüb hər birinə 65 (altmış beş) manat pul qalmışdır. Zərərçəkmiş şəxs1 həyətindən oğurluğu Raminlə birlikdə, Zərərçəkmiş şəxs2 həyətindən isə oğurluğu Arizlə birlikdə etmişdir. Göstərdiyi bu oğurluqları törədən zaman başqa heç kimlə olmamış, həmçinin hər iki oğurluğu edərkən onları heç kim görməmişdir. Kombini satdıqları Seyid adlı şəxsin kombinin oğurluq yolu ilə əldə olunduğunu bilməmiş, Ramin kombinin özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını demiş, Saleh onlardan heç şübhələnməmiş, həmçinin kombini satdıqları Rəşad adlı şəxsin kombinin oğurluq yolu ilə əldə olunduğunu bilməmiş, Ariz kombinin özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını demiş, Rəşad bunlardan heç şübhələnməmiş, ona qarşı heç bir zor və qanunsuz hərəkətlər, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Bundan başqa 06 yanvar 2023-ci il tarixdə saat 12:04 radələrində Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi Şirvan D/Y, Y/M, 3 saylı binanın qarşısında yolun kənarı ilə hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin polis işçiləri olduqlarını bildirmiş, onun qanunsuz olaraq narkotik vasitələr istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X3 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindən ağ rəngli kağız parçasında olan 01 (bir) ədəd ağ sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Həmin bükümü açan zaman ona verilən suallara cavab olaraq həmin bükümdəki maddənin narkotik vasitə olan "kakos" olduğunu, həmin narkotik vasitəni Xaçmaz rayonundan tanımadığı şəxsdən xx.xx.2023-ci il tarixdə günorta radələrində 80 (səksən) manata aldığını, xəstə olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Sonra üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli başqa əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra həmin büküm açılaraq içərisindəki narkotik vasitə nəzərdən keçirilmiş və yenidən bükülüb qablaşdırılaraq tərəzidə çəkilmişdir. Vəkil X5 bölməyə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təzyiqə, işgəncəyə məruz qaldığını, üzərində olan narkotik vasitəni nə məqsədlə istifadə etdiyini, narkotik vasitənin ona məxsus olubolmadığını, neçə vaxtdır istifadə etdiyini ondan soruşarkən, o, heç bir fiziki təzyiqə, işgəncəyə məruz qalmadığını, şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitənin özünə məxsus olduğunu, 5-6 ay olar istifadə etdiyini bildirmişdir. Üzərindən şəxsi axtarış zamanı götürülmüş kütlə Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Saxlanılan zaman, eyni zamanda polis bölməsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər olmamışdır. Narkotik vasitələrin maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə iş tapa bilmədiyi üçün son zamanlar pula ehtiyacı olmuş, pula gedən nə olsa oğurlayıb satacağını fikirləşmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 05:00 radələrində yaşadığı məhəlləyə yaxın Ə.Vahid küçəsindən keçən zaman orada olan bərbər işləyən şəxsin fərdi yaşayış evinin həyətinin darvazasının açıq olduğunu, həmçinin evin işıqlarının yanmadığını görəndə bilmişdir ki, evdə heç kim yoxdur, qərara gəlmişdir ki, həmin həyətə girib pula gedən nə olsa oğurlayar. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həyətə daxil olmuş və həyətə girişdən sol tərəfdə olan tikilinin açıq qapısı onu cəlb etmiş, həmin tikiliyə daxil olub özündə olan alışqanın işığı ilə göz gəzdirmiş və orada 01 (bir) ədəd 05 (beş) litt həcmli samovarın olduğunu görüb həmin samovarı götürüb tez həyətdən çıxmış və evə aparmışdır. Oğurladığı samovarı həyətdə gizlətmişdir. Bir neçə gündən sonra xx.xx.2022-ci il tarixdə oğurladığı samovarı Sumqayıt şəhəri, Karvan ticarət mərkəzində məişət avadanlıqları satışı yerində sonradan adını Seyid bildiyi şəxsə 50 (əlli) manata satmış, Seyid ondan şəxsiyyət vəsiqənin surətini alıb imzalatdırmışdır. Əldə etdiyi pulu xəstə uşaqlrına dərman almışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində digər tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə H.Zeynalabdin qəsəbəsi ərazisində gəzişən zaman Şirvan yaşayış massivində fərdi yaşayış evlərinin yanından keçərkən orada Hicran adlı şəxsin fərdi yaşayış həyətinin hasarında kombi aparatının borusunu, həmçinin evin də işıqlarının yanmadığını görəndə, düşünmüşlər ki, sakinlər evdə yoxdur və Taleh təklif etmişdir ki, həmin həyətə girib kombini oğurlasınlar, o, etiraz etməmiş, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həyətin taxtadan olan darvazasından birlikdə həyətə daxil olmuşlar. Həyətdə yerləşən kiçik tikilinin içərisində divara quraşdırılmış ağ rəngli "Novaho" markalı kombi aparatını Taleh özündə olan qaz açarı ilə aça bilmədiyinə görə açarı ona vermiş və o, kombi aparatını borularını açıb birlikdə kombini götürüb həyətdən çıxmışlar. Hicranın həyətindən Talehlə birlikdə oğurladığı kombini onun həyətinə aparıb və ayrılmışlar. Kombini həyətdə gizlətmişdir. Bir neçə saatdan sonra saat 08:00 radələrində Talehlə görüşüb onun ünvanına *6688 taksi sifarişi etmişlər, sonra taksi ilə oğurladıqları kombini Sumqayıt “Kolxoz bazarı”na satmağa aparmışlar. Bazarda kombini alan olmamış, sonra bazarın yaxınlığında yerləşən sonradan adını Rəşad bildikləri şəxsin tikinti satışı materialları satışı dükanında həmin kombini 130 (bir yüz otuz) manata satmışlar, Rəşad onun şəxsiyyət vəsiqəsinin qeydini aparmış, əldə etdikləri pulu bölüb hər birinə 65 (altmış beş) manat pul qalmışdır. Samovarı satdığı Seyid adlı şəxsin samovarın oğurluq yolu ilə əldə olunduğunu bilməmiş, o, samovarın özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını demiş, Seyid ondan heç şübhələnməmiş, həmçinin kombini satdığı Rəşad adlı şəxs kombinin oğurluq yolu ilə əldə olunduğunu bilməmiş, o, kombinin özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını demiş, Rəşad onlardan heç şübhələnməmiş, ona qarşı heç bir zor və qanunsuz hərəkətlər, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxslərə dəyən maddi ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Himayəsində 03 (üç) azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 04:00 radələrində tanışı qonşuluqda yaşayan Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadıqları H.Zeynalabdin qəsəbəsi ərazisində gəzişirmişlər, fikirləşirmişlər ki, pula gedən nə olsa oğurlayıb satarlar. Ə.Vahid küçəsindən keçən zaman orada olan bərbər işləyən şəxsin fərdi yaşayış evin həyətinin hasarında kombi aparatının borusunu görmüşlər, həmin həyətin və evin işıqlarının çoxdandır ki, yanmadığını görmüşdülər, bilirmişlər ki, orada yaşayış yoxdur və Taleh ona həmin həyətə girib həmin kombini oğurlamalarını təklif etdikdə, o,etiraz etniəmişdir. Sonra ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həyətin darvazasına yaxınlaşmışlar, həyət darvazasının qapısı açıq olmuş, Talehlə razılaşmışlar ki, o, həyətə girəcək, Taleh də darvazanın yanında durub gözdə-qulaqda olsun. O, həyətə daxil olub həyətdə sol tərəfdə kombi üçün quraşdırılmış tikiliyə yaxınlaşmış, tikili balaca qifilla bağlanmış, əlində olan özü ilə gətrdiyi qaz açan ilə qıfılı qırmış, sonra tikilinin qapısını açıb orada divara quraşdırılmış ağ rəngli "İmmergas" 24-lik markalı kombinin borularını açaraq kombini çölə çıxartmış, Taleh ona yaxınlaşıb birlikdə kombi aparatını götürüb həmin həyətdən çıxmışlar. Oradan da birlikdə oğurladıqları kombini Ə.Vahid küçəsində yerləşən "yanmış ev" adlanan heç kim yaşamadığı yerdə gizlətmişlər və evə getmişdir. Bir neçə saatdan sonra saat 09:00 radələrində Talehlə birlikdə oğurladıqları kombini satmağa müştəri tapmaq üçün Sumqayıt şəhəri “Kolxoz Batarı”na getmişlər, orada tikinti materialları satışı dükanların birində "İmmergas" 24-lik markalı kombinin neçəyə ala biləcəklərini soruşduqda, orta alış qiyməti 350 (üç yüz əlli) manat demişlər, sonra o, Talehlə bazarda dayanan qara rangli "Mercedess Benz E Class" markalı taksi avtomobili ilə kombini götürməyə yola düşmüşlər. Kombini götürüb qayıdanda sonradan adını Saleh bildikləri taksi sürücüsü onların kombini 350 (üç yüz əlli) manata satmaq istədiklərini bilmiş və həmin kombini ona satmalarını dedikdə onlar razılaşmışlar və Sumqayıt şəhərinə çatanda həmin kombini Salehə 350 (üç yüz əlli) manata satmışlar, Saleh onun şəxsiyyət vəsiqənin surətini alıb ona imzalatdırmşdır. Əldə etdiyi 350 (üç yüz əlli) manat puldan 50 (əlli) manatını yeməyə və siqaretə xərcləmiş, qalan 300 (üç yüz) manatı Talehlə bölüb, hər birinə 150 (bir yüz əlli) manat qalmışdır. Cavidin həyətindən oğurluğu Talehlə birlikdə etmişdir. Göstərdiyi bu oğurluğu törədən zaman başqa heç kimlə olmamışdır. Həmçinin oğurluq edərkən onları heç kim görməmişdir. Saleh aldığı kombi aparatının onların oğurladığını bilməmiş, o, kombinin özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını demiş, Saleh onlardan heç şübhələnməmişdir. Ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxslərə dəyən maddi ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Himayəsində 01 (bir) azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ünvan 10 ünvanında yaşayır. 156 daşıma xidmətində sürücü işləyir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həyətə düşəndə evinə bitişik daşdan olan kiçik tikilinin içərisində divara quraşdırılmış kombi aparatının olmadığını görəndə bilmişdir ki, oğurlanmışdır və bununla bağlı DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, polis işçiləri gəlib sənədləşmə aparmışlar. Kombini sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yerində olduğunu görmüşdür. Oğurluqdan sonra evdə istilik olmadığından maddi imkanına görə işlənmiş kombi almaq məqsədilə tanışları ilə telefon əlaqəsi saxladıqda ona kombi ustası Orxanın adlı şəxsin nömrəsini vermişlər. O, Orxanla əlaqə saxlamış, Orxan ona işlədiyi yerə Sumqayıt şəhəri, Simurq restoranın arxa tərəfində gəlməyini demişdir. O, deyilən yerə gedib Orxanla görüşmüş və münasib qiymətə işlənmiş kombi varıdırsa satmasını demiş, Orxan ona təzəlikcə bir kombi satıldığını, həmin kombini alaraq düzəldib satacağını deyərək həmin kombini göstərmiş, o, həmin kombiyə baxanda özünün olduğunu görmüş və Orxana bu barədə deyərək evindən oğurlandığını və bu barədə polisə də şikayət etdiyini demişdir. Orxan, həmin kombini Sumqayıt bazarında tanışı olan şəxsdən 220 (iki yüz iyirmi) manata aldığını deyərək onun kombisini özünə pul almadan vermişdir. Sonra bu barədə polisə məlumat verdmişdir. Kombi "Novahot” markalı, 26-lıq, Ukrayna istehsallı olmuş, həmin kombini 2018-ci ildə 800 (səkkiz yüz) manata almış və işlək vəziyyətdə olmuşdur. Ona təxminən 800 (səkkiz yüz) manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir və onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindənn görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurduqları maddi ziyan ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur, növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında yerləşən həyət rəhmətlik babası Əlibəndə Məlikova məxsus olmuş, həmin həyətdə həmçinin onların 01 (bir) mərtəbəli yaşayış evi yerləşir. Babası vəfat etdikdən sonra o da həmin evə qeydiyyata düşmüşdür. Ailə vəziyyəti ilə əlaqədar olaraq 01 (bir) ildən artıqdır Bakı şəhərinə köçüb orada yaşayır, atası Əlibaba da onunla birlikdə Bakıya gəlmiş, buna baxmayaraq vaxtaşırı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən evlərinə gedib baş çəkmiş, bəzən də bir neçə gün qalıb qayıtmışdır. Sonuncu dəfə atası xx.xx.2022-ci il tarixdə həyətlərində olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında işdə olan zaman həyətlərin qonşuluğunda yaşayan əmisi Məlikov İsa ona zəng edərək onların həyət darvazasının açıq vəziyyətdə olduğunu görüb qapını bağlamaq üçün həyətə keçən zaman həyətdə olan kiçik tikilinin qapısının qıfılının qırıq olduğunu və tikilinin içərisində divara quraşdırılmış kombi aparatının olmadığını aşkar etdiyi dedikdə,o, bilmişdir ki, kombi aparatı oğurlanmışdır, ona görə də, bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ertəsi gün gəlib Sumqayıt ŞPİ-nin 2-ci PB-nə baş vermiş oğurluqla bağlı ərizə ilə də müraciət etmişdir. Belə ki, sonradan həyətə diqqətlə baxanda görmüşdür ki, kiçik tikilidə saxladığı 01 (bir) ədəd 05 litt həcmdə samovar da yoxdur və bununla bağlı da ərizə ilə bölməyə müraciət etmişdir. Həyətindən 01 (bir) ədəd ağ rəngli “İmmergas” markalı 24-lük kombi aparatı və 01 (bir) ədəd 05 (beş) litr həcmli samovar oğurlanmışdır. Kombini 2012-ci ildə atası 700 (yeddi yüz) manata almış, Türkiyə istehsallı, işlək vəziyyətdə olmuş, samovar da istifadəyə yararlı, 1990-cı illərin istehsalı, latun materiallı, təxminən 150 (bir yüz əlli) manat dəyərində olmuşdur. Ona ümumilikdə təxminən 850 (səkkiz yüz əlli) manat ziyan dəymişdir. Halhazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir və onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindənn görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurduqları maddi ziyan ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, idarə etdiyi “Mersedes-Benz” markalı, **-DN-*** qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt mərkəzi bazar ətrafında fərdi qaydada taksilik etməklə ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə günorta radələrində bazarda olan zaman tanımadığı 02 (iki) nəfər cavan oğlan avtomobilə yaxınlaşıb H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivinə gedib gələcəklərini və bunun üçün ona 10 (on) manat verəcəklərini bildirmişlər. O da razılaşıb həmin şəxsləri H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivinə aparmışdır. Şirvan yaşayış massivinə çatmamış yolun kənarında həmin şəxslər maşını saxlatdırmış, avtomobilin yük yerinə yolun kənarında olan kombini götürərək qoymuşlar, sonra həmin şəxsləri oradan mərkəzi bazara gətirmişdir. Mərkəzi bazara çatanda həmin şəxslərin kombini satmaq üçün gətirdiklərini bilib ona satmalarını demiş, özünə evdə kombi lazım olmuşdur. Həmin şəxslərdən kombinin oğurluq olub-olmadığını soruşmuş, onlardan biri evlərini satdıqlarını, kombinin özünə məxsus olduğunu bildirmiş, o da həmin şəxslərlə qiymətləşib həmin "İmerqaz" markalı, 24-lük kombini 350 (üç yüz əlli) manata almış və həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin surətini alıb özünə qeyd etdirərək imzalatdırmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət olunmuş, bölmədə olanda aldığı kombinin oğurluq olduğunu bilmiş və baş verənləri danışaraq həmin şəxslərdən aldığı kombini təqdim etmişdir. Kombinin oğurluq olması barədə məlumatı olmamışdır, həmin şəxslərin danışığı və hərəkətləri onlara qarşı hər hansı bir şübhə yaratmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər mərkəzi bazarında məişət avadanlıqların təmiri ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə tanımadığı şəxs ona yaxınlaşaraq özü ilə gətirdiyi latun materialh, 05 (beş) litr həcmli samovar satdığını bildirmişdir. Həmin şəxsdən samovarın oğurluq olub-olmadığını soruşmuş, həmin şəxs özünə məxsus olduğunu bildirmiş, o da həmin şəxslə qiymətləşib həmin samovarı 50 (əlli) manata almış və həmin şəxsdən yəni, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini alıb özünə qeyd etdirərək imzalatdırmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət olunmuş, bölmədə olanda aldığı samovarın oğurluq olduğunu bilmiş və baş verənləri danışaraq Ariz adlı şəxsdən aldığı samovarı təqdim etmişdir. Samovarın oğurluq olniası barədə məlumatı olmamışdır, Ariz adlı şəxsin danışığı və hərəkətləri ona qarşı hər hansı bir şübhə yaratmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayoru rütbəsindədir. İcraatına Sumqayıt şəhəri, H.Zeynalabidin qəsəbəsi, Dəmir yolu yaşayış massivi, yataqxana 2 ünvanında qeydiyyatda olmaqla H.Zeynalabidin qəsəbəsi, Xəzri yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs3 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin əməliyyat müvəkkili, polis mayoru Şahid6 və CA üzrə kiçik inspektoru, polis baş serjantı X6 da daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs3 barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 06 yanvar 2023-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 12:04 radələrində Təqsirləndirilən şəxs3 H.Zeynalabidin qəspbəsi, Dəmir yolu yaşaış massivi, 3 saylı binanın yanında küçədə olmasını gördükdə yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs3 üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərində şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs3 siyahıdan özünə vəkil X4 müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilmiş, videoçəkilişi Sumqayıt ŞPİ-nin KTB-nin ekspertkriminalisti, polis mayoru Asəf Həbibov çəkmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs3 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının arxa yan cibindən çıxartdığı 01 (bir) ədəd ağ sellofana bükülmüş bükümü təqdim etmiş, həmin bükümü açan zaman verilən suallara cavab olaraq həmin bükümün içərisində narkotik vasitə "kakos" olduğunu, həmin narkotik vasitəni Xaçmaz rayonundan tanımadığı şəxsdən xx.xx.2023-ci il tarixdə günorta radələrində 80 (səksən) manata aldığını, xəstə olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Bundan sonra həmin büküm açılaraq içərisindəki narkotik vasitə nəzərdən keçirilmiş və yenidən büküb qablaşdıraraq tərəzidə çəkilmişdir. Vəkil X1 Mehdiyevdən bölməyə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təzyiqə, işgəncəyə məruz qaldığını, üzərində olan narkotik vasitəni nə məqsədlə istifadə etdiyini, narkotik vasitənin ona məxsus olubolmadığını, neçə vaxtdır istifadə etdiyini soruşarkən Təqsirləndirilən şəxs3 heç bir fiziki təzyiqə, işgəncəyə məruz qalmadığını, şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitənin özünə məxsus olduğunu, 5-6 ay olar istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 götürülmüş həmin kütlə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitə heroinin konkret olaraq kimdən əldə etməsi barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid6 və CA üzrə kiçik inspektoru, polis baş serjantı X6 Şahid5 ifadəsində göstərdikləri xüsusatlan təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt ŞPİ-nin 2-ci PB-də xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Fərhad Bayramov tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs3 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindən çıxartdığı ağ rəngli kağız parçasında olan 01 (bir) ədəd ağ sellofana bükülmüş bükümü təqdim etdiyi, verilən suallara cavab olaraq həmin bükümün içərisində narkotik vasitə "kakos" olduğunu, həmin narkotik vasitəni Xaçmaz rayonundan tanımadığı şəxsdən xx.xx.2023-ci il tarixdə günorta radələrində 80 (səksən) manata aldığını, xəstə olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən başqa cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmadığı, Vəkil X2 Təqsirləndirilən şəxs3 bölməyə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təzyiqə, işgəncəyə məruz qaldığını, üzərində olan narkotik vasitəni nə məqsədlə istifadə etdiyini, narkotik vasitənin ona məxsus olub-olmadığını, neçə vaxtdır istifadə etdiyini soruşarkən Təqsirləndirilən şəxs3 heç bir fiziki təzyiqə, işgəncəyə məruz qalmadığını, şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitənin özünə məxsus olduğunu, az müddətdir istifadə etdiyini bildirdiyi, bundan sonra Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş həmin büküm açılaraq içərisindəki narkotik vasitə nəzərdən keçirildiyi və yenidən bükülüb Təqsirləndirilən şəxs3, müdafiəçisi Günay Cəfərovanın və iştirakçıların yanında tərəzidə çəkilərkən həmin kütlənin olduğu selofanla birlikdə çəkisi 2,02 qram müəyyən edildiyi və bu barədə təhqiqatçı Fərhad Bayramov tərəfindən uca səslə bildirildiyi, Təqsirləndirilən şəxs3 götürülmüş həmin kütlə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq DİN 126 saylı möhürü ilə möhürləndiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitənin hansı çəkidə qeyd olunmasını təhqiqatçı Fərhad Bayramovdan soruşduqda, ona üzərindən aşkar olunmuş maddənin olduğu selofanla birlikdə çəkisinin 2,02 qram olduğu və həmin maddənin ekspertizaya təqdim edildikdən sonra təmiz çəkisinin müəyyən ediləcəyi izah olunduğu, bundan sonra şəxsi axtarış istintaq hərəkətinin bitməsi elan olunaraq videoçəkilişin dayandırıldığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mshkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2023cü il tarixli, 6/59 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində "... Şübhəli şəxs (imza) M.Taleh..." sözləri olan zərfdəki bir bükümdə təmiz çəkisi 1,630 qram olan tündqəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına(Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 1,630 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 1,530 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X16" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 1481 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8896 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən 01 ədəd "Novohot" markalı, 26-lıq kombi aparatının orta istismar müddəti və orta İstismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 450,0 (dörd yüz əlli) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/215 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzərə qaydada təxminən 450,0 manat müəyyən olunur: 1. 2012-ci il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş, həmin ildən istifadə edilən, "İmmergaz" markalı, 24 litr həcmli kombi aparatı 300,00 (üç yüz) manat, 2. 01 ədəd 05 litr həcmli, 1990-cı illərə aid, latun materialdan olan, istifadəyə yararlı samovar 150,00 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,630 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,530 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 dəfələrlə istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİnin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin qüvvəsində saxlanması və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2023cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimar rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-776/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-776/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materialarında olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd “İmerqaz” markalı, 24-lük kombi və 01 (bir) ədəd 05 (beş) litr həcmli, latun materiallı samovar maddi sübut kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus 01 (bir) ədəd “İmerqaz” markalı, 24-lük kombi və 01 (bir) ədəd 05 (beş) litr həcmli, latun materiallı samovarı təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd “Novohot” markalı, 26-lıq kombi maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus 01 (bir) ədəd “Novohot” markalı, 24-lük kombini təhvil almışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 13 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 həyətində baş vermişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 14 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 həyətində baş vermişdir. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məxsus ünvan 13 ünvanında yerləşən həyətinə hansı şəraitdə daxil olmasını və oradan oğurladığı samovarın haradan götürdüyünü, həmçinin Zərərçəkmiş şəxs2 məxsus ünvan 14 ünvanında yerləşən həyətinə Təqsirləndirilən şəxs3lə birlikdə hansı şəraitdə daxil olmasını və oradan oğurladığı kombinin haradan götürdüklərini yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 məxsus ünvan 13 ünvanında yerləşən həyətinə Təqsirləndirilən şəxs1lə birlikdə hansı şəraitdə daxil olmasını və oradan oğurladığı kombinin haradan götürdüklərini, həmçinin Zərərçəkmiş şəxs2 məxsus ünvan 14 ünvanında yerləşən həyətinə Təqsirləndirilən şəxs2la birlikdə hansı şəraitdə daxil olmasını və oradan oğurladığı kombinin haradan götürdüklərini yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs1 həyətindən oğurladıqları kombini satdıqları Şahid1 həmin kombinin oğurluq əşya olmasından və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 həyətindən oğurldadıqları kombini satdıqları Şahid4 həmin kombinin oğurluq əşya olmasından məlumatları olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 həyətindən oğurldadığı samovarı satdığı Şahid2 də həmin samovarın oğurluq əşya olmasından məlumatı olmamıdır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan əşyaların oğurlanmasında başqa şəxslərlə əlbir olması, eləcə də digər cinayətlər törətməsi barədə məlumat daxil olmamışdır. İş materiallarında olan istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 narkotik vasitə heroinin mənbəyini, hansı məqsədlə əldə etdiyini müəyyən etmək mümkün olmamış, həmçinin narkotik vasitə və psixotrop maddələrin satışı barədə, eləcə də ailə üzvlərinin onun narkotik və psixtorop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. İş materiallarında olan 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ 3 nömrəli xəstəxana tərəfindən verilmiş 22 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetində ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ 3 nömrəli xəstəxana tərəfindən verilmiş 21 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetində ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ 3 nömrəli xəstəxana tərəfindən verilmiş 23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetində ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan nikah, doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində 03 (üç) azyaçlı uşaq vardır (xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X13). İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2016-cı il təvəllüdlü X15 oğlu). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,180.2.2, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixdə CM-nə edilən dəyişikliklərlə əlaqədar hökmdən CMnin 332.2.1 və 332.2.2-ci maddələr xaric edilərək azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 03 (üç) aya endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı Sərəncamına əsasən əvf olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 oğlunun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-776/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-776/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, məhkumluğu olan şəxsdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin, Şahid1, Şahid4, Şahid2 və Şahid3 əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün onların barəsində həmin maddələrlə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində 03 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə görə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – ciddi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza növündə, Təqsirləndirilən şəxs1 isə 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunmalıdır. Belə ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 06 (altı) gün cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri seçilməli və barəsində Şabran Rayon Məhkəməsinin 4(031)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri nəzərə alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,630 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,530 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 81.00 (səksən bir) manat Təqsirləndirilən şəxs3 tutulub dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-776/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri seçilməli və onun Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-776/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 01 (bir) ədəd “İmerqaz” markalı, 24-lük kombinin və 01 (bir) ədəd 05 (beş) litr həcmli, latun materiallı samovarın Zərərçəkmiş şəxs1, 01 (bir) ədəd “Novohot” markalı, 24-lük kombinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 100.00 (bir yüz) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 06 (altı) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri seçilməli və barəsində Şabran Rayon Məhkəməsinin 4(031)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-776/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri seçilməli və onun Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-776/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılanqalıq çəkisi 1,530 qram heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd “İmerqaz” markalı, 24-lük kombinin və 01 (bir) ədəd 05 (beş) litr həcmli, latun materiallı samovarın Zərərçəkmiş şəxs1, 01 (bir) ədəd “Novohot” markalı, 24-lük kombinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81.00 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olaraq 100.00 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-468/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-468/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver