Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-469/2024 05.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Xəzər bağları Yuxarı küçə-54-də qeydiyyatda olan, Sumqayıt şəhəri Corat bağlar massivi fərdi evdə qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə, saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Nizami küçəsi ilə 50 km/saat sürətlə idarə edərək svetoforun yaşıl işığında Sumqayıt şəhəri Azərbaycan prospekti ilə kəsişmədə yolayrıcına daxil olub sola dönmə əməliyyatı edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sol və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq qarşıdan əks istiqamətdə Nizami küçəsi ilə düzünə hərəkətdə olan svetoforun yaşıl işığında yolayrıcına daxil olan sürücü Şahid1 50 km/saat sürətlə idarə etdiyi içərisində sərnişinlər Zərərçəkmiş şəxs, Şahid3, Şahid2 olan «Kia Ceed» markalı, **- EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol X və Xİ qabırğanın, arxa lateral qövsün yerinin dəyişməyən sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, «Toyota Prius» markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri Nizami küçəsi ilə saatda təxminən 50 km/surətlə irəlləyərək İcra hakimiyyətinin işıqforundan sol İcra Hakimiyyəti istiqamətinə dönərkən həmin vaxt Nizami küçəsi ilə əks yolda düzünə gələn «Kia Ceed» markalı avtomobili görmədiyindən həmin avtomobil ilə toqquşmuşlar və həmin avtomobildə olan sərnişinlər xəsarət aldığından TTYX-nm köməklikiyi ilə xəstəxanaya apararaq orada köməklik etmişdir. Hadisə vaxtı öz avtomobilində tək olmuş, sərnişin olmamış, avtomobili təxminən 50 km/saat sürətlə idarə etmişdir. Hadisə qəfildən baş verdiyindən hadisənin qarşısını ala bilməmişdir. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı ödəmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır. Brəaində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o Sumqayıt şəhər Mərkəzi bazar ərazisindən taksiyə minib Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə gedərkən, avtomobildə ondan başqa 2 nəfər sərnişin də olmuşdur. O avtomobildə arxa oturacaqda əyləşmiş, onlar Sumqayıt şəhəri, Nizami küçəsi ilə hərəkətdə olduqları vaxt əks istiqamətli yolda sola dönmə əməliyyatı həyata keçirən avtomobil qarşılarına çıxdığından toqquşma baş vermişdir. Toqquşmadan sonra avtomobil səkiyə çırpılıb aşmışdır. Hadisə zaman o və avtomobildə olan digər sərnişinlər xəsarət aldığından Sumqayıt şəhər TTYX-na müraciət etmişlər. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən zərər ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xtam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və iddiası yoxdur. Cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, «Kia Ceed» markalı **-EP-*** dövlət nömrə nişanlı avtomobili olmaqla, həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, Sumqayıt şəhəri Mərkəzi bazar ərazisində 3 nəfər sərnişini avtomobilinə müştəri qismində əyləşdirib daha sonra Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi istiqamətinə getmək üçün Nizami küçəsi ilə saatda 50 km sürətlə hərəkətdə olduğu vaxt əks istiqamətli yolda sola dönmə əməliyyatını həyata keçirən “Prius” markalı avtomobili anidən görüb əyləc pedalını basmağa imkan tapmadığından həmin avtomobillə toqquşmuşlar. Hadisədən sonra zərbənin təsirindən avtomobili sağa səkiyə çırpılıb aşmışdır. Hadisə zamanı onun avtomobilində olan sərnişinlər və özü xəsarət aldığından Sumqayıt şəhər TTYX-na aparılmışlar. Daha sonra ora polis əməkdaşlar gələrək müvafiq sənədləşdirmə aparılmışdır. Hadisə zamanı spirtli içki təsiri altında olmamışdır. “Prius” markalı avtomobilin onun hərəkət istiqamətinə keçməsini anidən görmüş, həmin hadisə vaxtı isə sürəti 50 km olmuşdur. Özünün idarə etdiyi avtomaşının texniki vəziyyəti normal olmuş, maşında heç bir nasazlıq olmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o Sumqayıt şəhər Mərkəzi bazar ərazisindən taksiyə minib Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə gedərkən avtomobildə ondan başqa 2 nəfər sərnişin də olmuş, o avtomobilin qabaq sağ oturacağında əyləşmiş, onlar Sumqayıt şəhəri, Nizami küçəsi ilə hərəkətdə olduqları vaxt əks istiqamətli yolda sola dönmə əməliyyatı həyata keçirən avtomobil qarşılarına çıxdığından toqquşma baş vermişdir. Toqquşmadan sonra avtomobil səkiyə çırpılıb aşmışdır. Hadisə zaman o və avtomobildə olan digər sərnişinlər xəsarət aldığından Sumqayıt şəhər TTYX-na müraciət etmişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, Sumqayıt şəhər Mərkəzi bazar ərazisindən taksiyə minib Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə gedərkən avtomobildə ondan başqa 2 nəfər sərnişin də olmuş, onlar Sumqayıt şəhərində hərəkətdə olduqları başqa avtomobillə toqquşma baş vermişdir. Hadisə zaman o və avtomobildə olan digər sərnişinlər xəsarət aldığından Sumqayıt şəhər TTYX-na müraciət etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, həmçinin yol nəqliyyat hadisəsi baş vermiş yerin fotoşəkillləri və sxemi çəkilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 4415 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxdur. İş materiallarında olan 4416 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şahid1 alkoqol sərxoşluğu yoxdur. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə BB 115832 nömrəli, xx.xx.2032-ci il tarixədək etibarlı olan sürücüıük vəsiqəsi verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Toyota Prius (Hibrid) minik» markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İş materiallarında olan 7E-14557 reyestrli, xx.xx.2023-cü il tarixli elektron etibarnamənin surətindən görünür ki, X3 «Toyota Prius (Hibrid) minik» markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu etibarnamə üzrə Təqsirləndirilən şəxs vermişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı, **-GV-*** d.n.nişanlı avtomaşının sola dönmə əməliyyatına başladığı vaxt əks istiqamətli yolda hərəkətdə olan Kia Ceed markalı, **-EP-*** d.n.nişanlı avtomaşınla toqquşması müşahidə olunmuşdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1407 saylı rəyindən görünür ki, Şahid3 bədəni üzərində “hərəkət məhdudluğu ilə müşayət olunmuş sağ aşıq-baldır oynağı nahiyyənin ayağın üst səthini əhatə edən, həmçinin sağ qalça tini nahiyyənin və sol qalça tini nahiyyənin geniş ölçülü qançırları” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1408 saylı rəyindən görünür ki, Şahid2 bədəni üzərində “hərəkət məhdudluğu ilə müşayət olunmuş sağ dirsək oynağı nahiyyənin əziyi” xəsarətləri vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1565 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində “sağ gözaltı nahiyyənin, alt dodağın sağ yarısının sıyrığı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərəçəkənin Sumqayıt səhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1477 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “döş qəfəsinin sol yarısının yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol X və Xİ qabırağanm, arxa lateral qövsün yerinin dəyişməyən sınıqları” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH- si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/457 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Toyota Prius» markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə BC kateqoriyalı BB115832 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan Azərbaycan Respubliaksı DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, baş vermiş yol nəqdiyyat hadisəsi nəticəsində Şahid3, Şahid2 sağlamlığa yüngül zərərvurmaya aid, Şahid1 sağlamlığa zərərvurmayan bədən xəsarətləri aldıqlarından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs ittiham verilməmiş və cinayət işinin başlanılması rədd edilmiş, baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılmışdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 128,00 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublaksı Konstitusiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli Plenum qərarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün qərarın surəti Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-469/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 992/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir.. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128,00 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-469/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-469/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver