Məhkəmə qərarları › İş №1(060)-47/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-47/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-47/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən (təqaüdçü), məhkum olunmamış, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11/6, mənzil 53-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 14 A, mənzil N-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə əvvəllər xidmət etdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti strukturundan tanıdığı Zərərçəkmiş şəxs2, Azərbaycan Respublikasında və İsrail Dövlətində olan şəxsi əlaqələrindən istifadə edərək, Sumqayıt şəhəri ərazisində açıb, təsis edəcəyi pilotsuz uçuş aparatlarının Respublikaya gətirilməsi və idarəetməsinin hazırlığı istiqamətində fəaliyyət göstərəcək «xxxx» MMC-nə ayda 1N0 manat məbləqində əmək haqqı alacağı şərti ilə onu mütəxəssis vəzifəsinə işə qəbul edəcəyi, bundan ötrü İsrail Dövlətində pilotsuz uçuş aparatlarının hazırlıq kurslarında 15 gün təlim keçib, imtahan verməli olduğu və bunun müqabilində 3500 (üç min beş yüz) manat pul lazım olduğu barədə yalan məlumat verib aldadaraq, vahid qəsdlə, N19-cu ilin mart ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda 1500 (bir min beş yüz) manat, N19-cu ilin may ayının axırlarında Bakı şəhəri, Nəsimi rayonu, «Park N» Ticarət Mərkəzinin qarşısında 1500 (bir min beş yüz) manat və İsrail Dövlətinə getməsi üçün, əvvəlcədən viza hazırlamaq adı ilə N19-cu ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, «Park N» Ticarət Mərkəzinin qarşısında 550 (beş yüz əlli) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 3550 (üç min beş yüz əlli) manat ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə əvvəllər xidmət etdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti strukturundan tanıdığı Zərərçəkmiş şəxs1, Azərbaycan Respublikasında və İsrail Dövlətində olan şəxsi əlaqələrindən istifadə edərək, Sumqayıt şəhəri ərazisində açıb, təsis edəcəyi pilotsuz uçuş aparatlarının Respublikaya gətirilməsi və idarəetməsinin hazırlığı istiqamətində fəaliyyət göstərəcək «xxxx» MMC-nə ayda 1400 ABŞ dollar məbləqində əmək haqqı alacağı şərti ilə onu müdir müavini vəzifəsinə təyin edəcəyi və bundan ötrü 10000 (on min) manat pul lazım olduğu barədə yalan məlumat verib aldadaraq, vahid qəsdlə, N19-cu ilin may ayının axırlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Sərhədçi» Olimpiya Mərkəzinin yaxınlığında 10000 (on min) manat və N19-cu ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov adına parkda ümumi tanışları olan Zərərçəkmiş şəxs2 vasitəsi ilə 100 (yüz) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda – 10100 (on min yüz) manat ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4, Azərbaycan Respublikasında və İsrail Dövlətində olan şəxsi əlaqələrindən istifadə edərək, Sumqayıt şəhəri ərazisində açıb təsis edəcəyi pilotsuz uçuş aparatlarının Respublikaya gətirilməsi və idarəetməsinin hazırlığı istiqamətində fəaliyyət göstərəcək «xxxx» MMC-nə ayda 3000 – 5000 manat məbləqində əmək haqqı alacağı şərti ilə onu şərti pilot kimi işə qəbul edəcəyi və bundan ötrü Sumqayıt şəhəri, Sumqayıt avtovağzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin inzibati binasındakı təşkil etdiyi pilotsuz uçuş aparatlarının hazırlıq kurslarında 6 ay hazırlıq keçməli olduğu, bundan sonra, İsrail Dövlətində 15 gün təlim keçib, imtahan verməli olduğu və bunun müqabilində 1500 (bir min beş yüz) manat pul lazım olduğu barədə yalan məlumat verib aldadaraq, vahid qəsdlə, İsrail Dövlətinə getməsi üçün, əvvəlcədən viza hazırlamaq adı ilə N19-cu ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində, Dənizkənarı Bulvarda yerləşən «Göyərçinin» abidəsinin yanında Zərərçəkmiş şəxs3 vasitəsi ilə 550 (beş yüz əlli) manat, kurslarda hazırlıq keçdiyi barədə sertifikat almaq adı ilə N19-cu ilin noyabr ayının axırlarında Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən X6 yanında 325 (üç yüz iyirmi beş) manat və tibbi sığorta bağlamaq adı ilə N19-cu ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri, Sülh prospekti, 2-ci mikrorayon ərazisində yerləşən «Veterok» kafesinin yanında 250 (iki yüz əlli) manat pulunu aldatma və etibardan suiistifadə etməklə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 1125 (bir min yüz iyirmi beş) manat ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3, Azərbaycan Respublikasında və İsrail Dövlətində olan şəxsi əlaqələrindən istifadə edərək, Sumqayıt şəhəri ərazisində açıb, təsis edəcəyi pilotsuz uçuş aparatlarının Respublikaya gətirilməsi və idarəetməsinin hazırlığı istiqamətində fəaliyyət göstərəcək «xxxx» MMC-nə ayda 5000 manat məbləqində əmək haqqı alacağı şərti ilə onu şərti pilot kimi işə qəbul edəcəyi və bundan ötrü Sumqayıt şəhəri, Sumqayıt avtovağzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin inzibati binasındakı təşkil etdiyi pilotsuz uçuş aparatlarının hazırlıq kurslarında 6 ay hazırlaşmalı olduğu, bundan sonra, İsrail Dövlətində 15 gün təlim keçib, imtahan verməli olduğu və bunun müqabilində 3000 (üç min) manat pul lazım olduğu barədə yalan məlumat verib aldadaraq, vahid qəsdlə, İsrail Dövlətinə getməsi üçün, əvvəlcədən viza hazırlamaq adı ilə N19-cu ilin avqust ayının əvvəllərində həmin kursların ofisində 550 (beş yüz əlli) manat, tibbi sığorta bağlamaq adı ilə N19-cu ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhəri, Sülh prospekti, 2-ci mikrorayon ərazisində yerləşən «Veterok» kafesinin yaxınlığında 250 (iki yüz əlli) manat və N19-cu ilin dekabr ayının ortalarında Sumqayıt şəhəri, Sülh prospekti, 2-ci mikrorayon ərazisində yerləşən «Veterok» kafesinin həyətində 2N0 (iki min iki yüz) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 3000 (üç min) manat ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, X1 N11-ci ildən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Horadiz Sərhəd Dəstəsində birgə xidmət etdikləri vaxtdan tanıyır. Zərərçəkmiş şəxs2 N14-cü ildən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Güzdək qəsəbəsində yerləşən pilotsuz uçuş aparatlarının hərbi hissəsində birgə xidmət etdikləri vaxtdan tanıyır. Zərərçəkmiş şəxs3 N19-cu ilin iyul ayından, X4 isə N19-cu ilin avqust ayından, Sumqayıt şəhər avtovağzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin 3-cü mərtəbəsində təsis etdiyi aviamodelizm kurslarına tələbə qismində cəlb etdiyi vaxtdan tanıyır. Zərərçəkmiş şəxs1 onunla birlikdə Sumqayıt şəhər avtovağzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin 3-cü mərtəbəsində təsis edəcəkləri «xxxx» MMC-ni açmaq və həmin şirkətin işini qurmaq üçün, N19-cu ilin may ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, «Sərhədçi» Olimpiya Mərkəzinin yanında Validə məxsus «Toyota Corolla» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində 10000 (on min) manat və N19-cu ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov adına parkda ümumi tanışları X2 vasitəsi ilə 100 (yüz) manat, ümumilikdə Validdən 10100 (on min yüz) manat borc pul almışdır. Validdən aldığı 100 (yüz) manat pulun 50 (əlli) manatını 2 gündün sonra ona qaytarmışdır. Zərərçəkmiş şəxs1 yalan deyir, həmin 10100 (on min yüz) manat pulu ondan təsis edəcəkləri «xxxx» MMC-ni açıb qurmaq üçün borc kimi almış, ona borc verdiyi 10100 (on min yüz) manatın müqabilində, Validlə aralarında olan danışığa əsasən, şirkət açıldıqdan sonra o Validə, 15000 (on beş min) manat pul qaytaracağını söz vermişdir. Zərərçəkmiş şəxs2, 10 nəfər daxil olmaqla, CNC avtomatlaşdırılmış maşınların və kompozit materialların hazırlanması texniki kursunu keçmək məqsədi ilə İsrail Dövlətinə göndərmək üçün, həmin 10 nəfərin yeddisindən 350 (üç yüz əlli) manat, digər üç nəfərdən 650 (altı yüz əlli) manat təyyarəyə bilet pulu almışdır. Həmin 3 nəfərin içində olan Vüqardan 650 (altı yüz əlli) manat pulu N19-cu ilin avqus ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «N Yanvar» metro stansiyasının «Velotrek» olan tərəfdəki çıxışının qabağında almışdır. xx xxxxxx N19-cu il tarixdə həmin 10 nəfər kurslara İsrail Dövlətinə getməli olmuş, lakin pulu alandan təxminən 10 gün sonra İsrail Dövlətində həmin kursları təşkil edən onun yaxın tanışları Avi, Benni və Oleq ona zəng edib həmin kursların müəyyən səbəblərdən ləğv edildiyini bildirdiklərindən Zərərçəkmiş şəxs2 daxil olmaqla həmin 10 nəfərin pullarını tam şəkildə qaytarmışdır. Zərərçəkmiş şəxs2 yalan deyir, o, Vüqardan 650 (altı yüz əlli) manat bilet pulu almış və iş düzəlmədikdə həmin 650 (altı yüz əlli) manatı ona qaytarmışdır. Vüqarın onun iki dəfə ondan 1500 (bir min beş yüz) manat pul aldığını göstərməsi yalandır. Zərərçəkmiş şəxs3 Sumqayıt şəhər avtovağzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin 3-cü mərtəbəsində onun təsis etdiyi aviamodelizm kurslarında tələbə kimi məşqul oluduğu üçün N19-cu ilin avqust – dekabr aylarında, tarixlər yadında deyil, müxtəlif vaxtlarda, tətsis etdiyi kurslarda və Sumqayıt şəhəri, Sülh prospekti, 2-ci mikrorayon ərazisində yerləşən «Veterok» kafesinin yanında, qeydiyyatda olduğu və hal-hazırda qaynatası gilin yaşadığı məhəllədə ümumilikdə 3000 (üç min) manat pul almışdır. Həmin 3000 (üç min) manat pulun 2N0 (iki min iki yüz) manatını Hüseyndən N19-cu ilin dekabr ayının ortalarında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində qeydiyyatda olduğu və hal-hazırda qaynatası gilin yaşadığı məhəllədə borc kimi almışdır. Zərərçəkmiş şəxs3 yalan deyir, Hüseyndən 850 (səkkiz yüz) manat tədris dövründə pul almış, 2N0 (iki min iki yüz) manatı isə Hüseyndən borc almış, burada kursu bitirdikdən sonra özü ilə birlikdə Hüseyni İsrail Dövlətinə kursu davam etmək məqsədi ilə aparacağını və kursu bitirdikdən sonra dünya pilotlarının aldığı maaşın məbləqinin təxminən 1500-5000 manat olduğunu Hüseynə demişdir. Lakin 5000 (beş min) manat maaş verəcəyini Hüseynə deməmiş və Hüseyni aldatmamışdır. Zərərçəkmiş şəxs4 Sumqayıt şəhər avtovağzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin 3-cü mərtəbəsində təsis etdiyi aviamodelizm kurslarında tələbə kimi məşqul oluduğu üçün N19-cu ilin noyabr – dekabr aylarında, tarixlər yadında deyil, müxtəlif vaxtlarda, Sumqayıt şəhərinin müxtəlif ərazilərində, Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində, Dənizkənarı Bulvarda yerləşən «Göyərçinin» abidəsinin yanında, 32-ci məhəllə ərazisində yerləşən X6 yanında və Sumqayıt şəhəri Sülh prospekti, 2-ci mikrorayon ərazisində yerləşən «Veterok» kafesinin yanında, qeydiyyatda olduğu və halhazırda qaynatası gilin yaşadığı məhəllədə ümumilikdə 1125 (bir min yüz iyirmi beş) manat pul almışdır. Zərərçəkmiş şəxs4 düz deyir, tədris dövründə, Gülayənin göstərdiyi vaxtlarda və yerlərdə o, həqiqətəndə ondan, ümumilikdə 1125 (bir min yüz iyirmi beş) manat pul almış və dünyada başlanmış «Koronavirus» pandemiyası ilə əlaqədar dövlətlər arasında yollar bağlandığından Gülayəni və Hüseyni, söz verdiyi kimi, kursu davam etdirmək üçün İsrail Dövlətinə apara bilməmiş və ancaq onları aldatmamışdır. Qeyd olunan şəxslərdən pulları alarkən onları aldatmaq niyyətində olmadığı üçün özünü qismən təqsirkar bilir, bu əməllərindən peşmandır ki, onlara verdiyi vədlərə əməl edə bilməmişdir, karonavirus» pandemiyası ilə əlaqədar onların pullarını qaytara bilməmişdir. xx.xx.N21-ci il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdi ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı məhkəmə zamanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın 25 faizi (4443,75 manat) dövlət büdcəsinə ödənilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs həmçinin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Zərərçəkənlərə dəyən zərəri ödəmişdir. Zərərin 25 faizini də dövlət hesabına ödəmişdir. Ona görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 1993 – N17-ci illərdə o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində qulluq etmiş, Füzuli rayonu, Horadiz şəhərində yerləşən N saylı hərbi hissəsinin bölmə rəisi vəzifəsində xidmət edib, təqaüdə çıxmış və ehtiyyatda olan mayordur. Təqsirləndirilən şəxs N11 – N12-ci illərdən, əvvəllər onunla birlikdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Füzuli rayonunun Horadiz şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət etdikləri vaxtdan tanıyır, Faiq həmin hərbi hissənin giziri olmuş, onunla bir bölmədə xidmət etmişlər və hal-hazırda Faiq də təqaüddədir. Təqsirləndirilən şəxs şikayət edən digər şəxslər – Şahid onun dayısı oğludur, X5 və Zərərçəkmiş şəxs2 əvvəllər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində qulluq edən şəxslər kimi bir çox illərdir ki, tanıyır, hal-hazırda onlar da təqaüddədirlər, Zərərçəkmiş şəxs3 isə bu materialın araşdırılması zamanı tanımışdır. N17-ci ildə təqaüdə çıxandan sonra o hər-hansı bir daimi işlə məşqul olmamış və özünə bir iş axtarmağa çalışmışdır. Bundan başqa, təqaüdə çıxandan sonra Təqsirləndirilən şəxs ilə mütamadi olaraq əlaqələri olmuş, asudə vaxtlarında görüşmüşlər, aralarında normal münasibətlər olmuş və özünə iş axtardığı barədə Faiqə bir neçə dəfə demişdir. N19-cu ilin may ayında Faiqlə görüşdükləri zaman Faiq ona tez-tez İsrail dövlətinə gedib-gəldiyini, oradakı tanışları ilə birlikdə iş gördüyünü, yeni şirkət açıb həmin şirkəti təsis etmək istədiyini, həmin işləri görmək üçün Azərbaycan Respublikasında və İsrail dövlətində geniş əlaqələri olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Faiq onun mobil telefonuna zəng edərək İsrail dövlətində olan əlaqələrindən istifadə edərək Sumqayıt şəhərində pilotsuz uçuş aparatlarının ehtiyyat hissələrini istehsal edən «xxxx» MMC-ni açmaq və həmin şirkəti təsis etmək istədiyini, şirkətin təyinatı barədə isə onunla üzbəüz görüşüb söyləyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra onlar Faiqlə Sumqayıt şəhəri, «Karvan» Ticarət Mərkəzinin qarşısındakı balaca parkda görüşüb söhbət etmişlər və Faiq bildirmişdir ki, ölkəyə İsrail Dövlətindən kənd təsərrüfatı üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatlarının (dronların) gətirilməsi və həmin dronları idarə etmək üçün mütəxəssislər hazırlamaq məqsədi ilə «xxxx» MMC açıb həmin şirkəti təsis etmək istəyir. Bundan başqa, Faiq ona bu işdə yaxşı qazanc olduğunu və bir neçə şəxsin də İsrail dövlətinə bu sahədə kurs keçmək üçün təsis edəcəyi şirkət vasitəsi ilə göndəriləcəyini bildirmişdir. Görüş zamanı Faiq ona demişdir ki, təsis edəcəyi həmin şirkətə müəyyən qədər xərci çıxmışdır, təklif etmişdir ki, onu həmin şirkətə müdir müavini vəzifəsinə təyin edəcəkdir, lakin onunla iş görmək istədiyi təqdirdə ona 10000 (on min) manat pul verməlidir. Faiq onun verdiyi 10000 (on min) manat pulu qeyd olunan şirkətdə öz adına açacağı hesaba qoyacağını, qoyduğu pulun müqabilində N19-cu ilin may ayından N19-cu ilin oktyabr ayına kimi, yəni həmin MMC fəaliyyətə başlayana kimi 757 (yeddi yüz əlli yeddi) manat, N19-cu ilin oktyabr ayından başlayaraq, yəni MMC fəaliyyətə başlayandan sonra ona ayda 1400 (bir min dörd yüz) ABŞ dollar məbləqində maaş verəcəyini vəd etmişdir. O bu barədə düşünüb bir söz deyəcəyini bildirərək Faiqdən ayrılıb Bakı şəhərinə qayıtmışdır. Bundan sonra o fikirləşib qərara gəlmişdir ki, Faiqin təklifi yaxşı təklifdir, ona inanmış və açacağı «xxxx» MMC-nə onu müdir müavini vəzifəsinə təyin etmək üçün Faiqə 10000 (on min) manat pul verməyə razı olmuşdur. Ona görə də, bundan təxminən 10-15 gün sonra, N19-cu ilin may ayının axırlarında, tarix dəqiq yadında deyil, Faiqlə mobil telefon əlaqəsi saxlayıb onunla Bakı şəhəri, Xətai rayonu, «Sərhədçi» Olimpiya Mərkəzinin yaxınlığında görüşərək özünə məxsus «Toyota Corolla» markalı, **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində Faiqə 10000 (on min) manat pul vermişdir. Faiq ondan həmin məbləği alandan sonra xahiş etmişdir ki, onu aparıb «Gənclik» metro stansiyasının yanında düşürtsün, o, öz avtomobilində Faiqi həmin yerə aparıb, düşürdüb, onunla vidalaşdıqları zaman Faiq ona İsrail dövləti vətəndaşları olan Oleq və Beni adlı şəxslərin vasitəsi ilə iş gördüyünü bildirmişdir. Bundan sonra, N19-cu ilin iyul ayının əvvəllərində pilotsuz uçuş aparatının akumulyatorunu almağa pulu çatmadığı üçün Faiq ondan 100 (yüz) manat da pul istəmiş, həmin pulu ondan almaq üçün Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov adına parka onunla görüşə Zərərçəkmiş şəxs2 göndərmiş və Vüqarın vasitəsi ilə ondan 100 (yüz) manat pul almışdır. Bundan sonra isə Faiq onu aldadaraq verdiyi vədə əməl etməmiş və sonra məlum olmuşdur ki, Faiq heç bir şirkət açmamışdır. Faiqdən, pulunu geri tələb etdikdə Faiq ondan gizlənməyə başlamış, Faiqin mobil telefonuna zəng çatmamış və daha sonra Faiq yoxa çıxmışdır. Təqsirləndirilən şəxs tamamilə yalan deyir, özünü təmizə çıxartmaq üçün borc söhbətini ortalığa atır ki, buna mülki don geyindirsin, əslində isə Faiq ondan 10000 (on min) manat pulu, deməsinə görə, Sumqayıt şəhərində açacağı və təsis edəcəyi pilotsuz uçuş aparatının ehtiyyat hissələrini istehsal edən «xxxx» MMC-nə onu müdir müavini vəzifəsinə təyin edəcəyi adı ilə Bakı şəhəri, Xətai rayonu, «Sərhədçi» Olimpiya Mərkəzinin yanında ona məxsus «Toyota Corolla» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində almış, sonra da pilotsuz uçuş aparatının akumulyatorunu almağa pulu çatmadığı üçün, ondan 100 (yüz) manat pul almışdır ki, iş prosesində ona həmin pulları qaytarar, lakin aldığı puldan ona bir manat da qaytarmamışdır. Təqsirləndirilən şəxs pilotsuz uçuş aparatlarından kurs keçməyə İsrail Dövlətinə getmək üçün, onlara viza düzəltmək adı ilə Şahid 300 (üç yüz) manat və X3 350 (üç yüz əlli) manat pul almış, bildiyinə görə, sonradan onların pullarının bir hissəsini qaytarmış, Vasifə 100 (yüz) manat, Altaya isə az bir məbləğ borclu qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Sumqayıt şəhərində açacağı pilotsuz uçuş aparatının ehtiyyat hissələrini istehsal edən «xxxx» MMC-nə mütəxəssis vəzifəsinə təyin edəcək adı ilə ondan ümumilikdə 38N (üç min səkkiz yüz iyirmi) manat, Zərərçəkmiş şəxs3 isə həmin şirkətə yaxşı maaşa işə götürmək adı ilə ondan 3000 (üç min) manat pul almışdır. Materialda olan, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətinin altındakı yazıları Təqsirləndirilən şəxs xx xxxxxxx N19-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov adına parkın içində onunla görüşdükləri zaman yazmışdır. Belə ki, o, Faiqin onu aldatdığını başa düşüb, ondan pullarını geri tələb etmiş və həmin vaxt görüş zamanı Faiq ondan vaxt istəyərək xx xxxxxx N19-cu il saat 15:00-a kimi pulunu qaytarmağa söz vermiş, onu inandırmaq məqsədi ilə bunu yazılı sürətdə yazıb ona vermiş və həmin vaxt tarixlər dəqiq yadlarında olmadığından Faiqin onun işini düzəltmək adı ilə ümumilikdə ondan 10100 (on min yüz) manat pulu aldığı tarixi təxminən qeyd etmişlər. Ona dəymiş ziyan tam şəkildə ödənilsə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmayacaqdır. xx xxxxxx N21-ci ildə məhkəməyə təqdim olunmuş, Zərərçəkmiş şəxs1 həmin tarixli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, N10 – N15-ci illərdə o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissəsində gizir rütbəsində xidmət etmiş, arada Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən hərbi hissədə xidmət edib yenidən Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşən hərbi hissəyə qayıtmış, oradan da N15-ci ildə təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs təxminən N13-cü ilin yay aylarından tanıyır, sonra onunla birlikdə Bakı şəhəri, Güzdək qəsəbəsi ərazisində yerləşən DSX-nin N saylı hərbi hissəsində Faiqin təşkil etdiyi pilotsuz uçuş aparatlarının təlimi kurslarında xidmət etmişlər. X5 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissəsində onunla birlikdə mayor rütbəsində qulluq edən şəxs kimi təxminən N11-ci ildən tanımışdır. Zərərçəkmiş şəxs1 və Şahid əvvəllər tanımamış, onları Təqsirləndirilən şəxs, Sumqayıt şəhərində yerləşən «Sülh Plaza» otelində təşkil etdiyi pilotsuz uçuş aparatlarının «xxxx» MMC kurslarının ofisindən tanımış, sonradan bilmişdir ki, onlar da əvvəllər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət edib təqaüdə çıxmışlar. Zərərçəkmiş şəxs3 da Sumqayıt şəhərində yerləşən «Sülh Plaza» otelindəki Faiqin təşkil etdiyi pilotsuz uçuş aparatlarının «xxxx» MMC kurslarından tanımışdır. N15-ci ildə təqaüdə çıxandan sonra hər-hansı bir daimi işlə məşqul olmamış və özünə bir iş axtarmağa çalışmış, lakin həmin vaxtdan təxminən N19cu ilin yanvar ayına kimi tanıdığı Təqsirləndirilən şəxs ilə rastlaşmamışdır. N18-ci ilin axırlarında – N19-cu ilin əvvəllərində, təxminən saat 11:00 – 12:00 radələrində, Bakı şəhəri, «N Yanvar» metro stansiyasının yanından keçərkən Nəsimi rayonu, «Park N» Ticarət Mərkəzinin qarşısında təsadüfən Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Həmin görüş zamanı Faiqlə görüşüb söhbət etmiş, əlaqə saxlamaq üçün bir-birlərinə mobil telefon nömrələrini vermişlər və sağollaşıb ayrılmışlar. Bu görüşlərindən sonra Faiq mobil telefonunun «Wathsapp» vasitəsi ilə öz statuslarına Sumqayıt şəhərində pilotsuz uçuş aparatlarının ehtiyyat hissələrini istehsal edən şirkət açacağı barədə məlumatlar və açacağı həmin şirkətin şəkillərini yerləşdirmişdir. Bu onun üçün maraqlı olmuş və o, Faiqin mobil telefonuna zəng edərək, onunla, açacağı şirkət barədə söhbət etmiş və həmin şirkətə onuda işə götürə bilib-bilməyəcəyini soruşmuşdur. Faiq ona Sumqayıt avtovaqzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin 3-cü mərtəbəsində kənd təsərrüfatı və sənaye üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatları (dronları) idarə etmək üçün mütəxəssislər hazırlamaq məqsədi ilə pilotsuz uçuş aparatlarının kurslarını açdığını, həmin kurslarda cavanları hazırlaşdırdığını, həmin kursları Sumqayıt şəhərində açıb təsis edəcəyi «xxxx» MMC-nin nəzdində olduğunu, bu kursları keçib qurtaran şəxsləri İsrailə yenidən kurs keçməyə göndərəcəyini və İsrail dövlətində kursları keçib qayıdan şəxsləri təsis edəcəyi «xxxx» MMC-nə yüksək əmək haqqı ilə işə götürəcəyini bildirmişdir. Bundan başqa, əvvəllər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində bir yerdə xidmət etdikləri zaman pilotsuz uçuş aparatlarını (dronları) idarə etdikləri üçün və bu sahədə onun biliyinin olduğunu bildiyi üçün Faiq onu da təsis edəcəyi «xxxx» MMC-nə yüksək əmək haqqı alacağı şərti ilə işə qəbul edəcəyini və görüşüb bu barədə ətraflı söhbət etməklərini bildirmişdir. Mobil telefonla danışandan sonra Faiqlə bir neçə dəfə Sumqayıt avtovaqzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin inzibati binasında və Sumqayıt şəhərinin müxtəlif ərazilərində görüşüb Faiqin təsis edəcəyi pilotsuz uçuş aparatlarının ehtiyyat hissələrini istehsal edən «xxxx» MMC-nə onu işə düzəldəcəyi barədə söhbətlər etmişlər, Faiq ona 1N0 (bir min iki yüz) manat əmək haqqı alacağı şərti ilə onu təsis edəcəyi «xxxx» MMC-nə mütəxəssis vəzifəsinə təyin edəcəyini söz vermiş və bunun müqabilində 3000 – 3500 (üç min – üç min beş yüz) manat pul verməli olduğunu bildirmişdir. O isə Faiqə bir dəfəyə 3000 – 3500 (üç min – üç min beş yüz) manat pul verə bilməyəcəyini və həmin məbləği ona hissə-hissə verə biləcəyini bildirmişdir. Beləliklə, sonuncu söhbətlərindən sonra Faiq təsis edəcəyi «xxxx» MMC-nə onu işə düzəlmək adı ilə həmin şirkət üçün avadanlıq almağa N19-cu ilin mart ayının axırlarında, tarix dəqiq yadında deyil, ondan ilkin olaraq 1500 (bir min beş yüz) manat pul istəmiş, demişdir ki, həmin 1500 (bir min beş yüz) manat pulu ümumi lazım olan məbləğdən çıxacaqdır və həmin vaxt Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın içərisində o, 1500 (bir min beş yüz) manat pulu Faiqə vermişdir. Bundan təxminən 2 ay sonra, N19-cu ilin may ayının axırlarında, tarix yadında deyil, Faiq yenə də ona zəng edərək təsis edəcəyi «xxxx» MMC-nə onu işə düzəlmək adı ilə həmin şirkət üçün avadanlıq almağa, ondan yenə də 1500 (bir min beş yüz) manat pul istəmiş, demişdir ki, həmin 1500 (bir min beş yüz) manat pul da ümumi lazım olan məbləğə daxildir və həmin vaxt Bakı şəhəri, Nəsimi rayonu, «Park N» Ticarət Mərkəzinin qarşısında 1500 (bir min beş yüz) manat pulu Faiqə vermişdir. N19-cu ilin iyun ayının əvvəllərində isə Faiq ona zəng edərək, pilotsuz uçuş aparatlarının təlim kurslarını İsraildə keçməli olduğu adı ilə onu İsrailə göndərmək üçün onun adına viza düzəltməyə və digər yol xərclərinə ondan təcili olaraq 550 (beş yüz əlli) manat pul istəmiş və həmin vaxt Bakı şəhəri, Nəsimi rayonu, «Park N» Ticarət Mərkəzinin qarşısında o 550 (beş yüz əlli) manat pulu Faiqə vermişdir. Həmin görüş zamanı Faiq ona demişdir ki, yaxın günlərdə İsrail dövlətinə kurs keçməyə uçacaqdır və onlar vidalaşmışlar. Bundan çox müddət keçməsinə baxmayaraq Faiq onu nə İsrail dövlətinə kurs keçməyə göndərməmiş, nə də təsis edəcəyi «xxxx» MMC-nə işə düzəltməmişdir. Ona görə də, Faiqdən şübhələnməyə başlamış və başqa şəxsə borcu olduğu adı ilə Faiqdən N00 (iki min) manat pul istəmişdir. Faiq isə ona «xxxx» ASC-nə məxsus kartının bloka düşdüyünü, kart hesabında N00 (iki min) manatdan artıq məbləq olduğunu, kartının açılması üçün hesabına 300 (üç yüz) manat pul vurulmalı olduğunu və öz hesabından həmin məbləqi çıxardıqdan dərhal sonra onun N00 (iki min) manatını verə biləcəyini bildirmişdir. Ona görə də, N19-cu ilin iyul ayının axırlarında, tarix yadında deyil, o, məcbur olub həmin vaxt özündə olan 270 (iki yüz yetmiş) manat pulu Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən «Million» apparatı vasitəsi ilə Faiqin «xxxx» ASC-nə məxsus kartına yükləmişdir. Lakin bundan sonra da Faiq ondan istədiyi N00 (iki min) manat, onun hesabına vurduğu 270 (iki yüz yetmiş) manat pullarını və ümumiyyətlə, heç bir manat da pulunu qaytarmamış və ona demişdir ki, İsrail dövlətinə kurs keçməyə getməyi sonraya qalmışdır. Bunun üstündən bir neçə ay da keçməsinə baxmayaraq Faiqdən heç bir xəbər çıxmadığından pullarını geri tələb etməyə başlamış və N19-cu ilin noyabr ayında Faiq onun 8N (səkkiz yüz iyirmi) manat pulunu hissə-hissə qaytarmış, «xxxx» MMC-nə onu nəzarətçi vəzifəsinə təyin edəcəyi adı ilə ondan aldığı 3000 (üç min) manat pulu isə ona qaytarmamış və qaytarmaqdan boyun qaçırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təsis edəcəyi «xxxx» MMC-nə müdir müavini vəzifəsinə təyin edəcəyi adı ilə əvvəllər onunla birlikdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işləyən və tanıdığı Zərərçəkmiş şəxs1 ümumilikdə 10100 (on min yüz) manat pul alaraq, Validi də işə düzəltməmiş və onu da aldatmışdır. Belə ki, Validdən onu təsis edəcəyi «xxxx» MMCnə müdir müavini vəzifəsinə işə düzəldəcəyi adı ilə aldığı 10100 (on min yüz) manat pul məbləqinin 100 (yüz) manatını, təxminən N19-cu ilin iyul ayının əvvəllərində, Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov adına parkda Validdən götürüb «N Yanvar» metro stansiyasının yanında dayanan tanımadığı taksi sürücüsünün vasitəsi ilə Sumqayıt şəhərinə Faiqə yola salmışdır. Təqsirləndirilən şəxs pilotsuz uçuş aparatlarından kurs keçməyə İsrail dövlətinə getmək üçün onlara viza düzəltmək adı ilə Şahid 300 (üç yüz) manat və X3 350 (üç yüz əlli) manat pul almış, bildiyinə görə, sonradan onların pullarının bir hissəsini qaytarmış, Vasifə 100 (yüz) manat, Altaya isə az bir məbləq borclu qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Sumqayıt şəhərində açıb təsis edəcəyi pilotsuz uçuş aparatının ehtiyyat hissələrini istehsal edən «xxxx» MMC-nə müdir müavini vəzifəsinə təyin edəcəyi adı ilə Validdən ümumilikdə 10100 (on min yüz) manat, Zərərçəkmiş şəxs3 isə həmin şirkətə yaxşı maaşa işə götürmək adı ilə Hüseyndən 3000 (üç min) manat pul almışdır. Onun yaddaşı zəif olduğu üçün, ola bilsin ki, ayları və tarixləri səhv salmış, ona görə də, hal-hazırda və əvvəl verdiyi izahatlarında və ifadələrində ayları və tarixləri təxminən göstərmişdir. Ona dəymiş ziyan tam şəkildə ödənilsə Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi olmayacaqdır. xx xxxxxx N21-ci ildə məhkəməyə təqdim olunmuş, Zərərçəkmiş şəxs2 həmin tarixli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər avtovağzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin 3-cü mərtəbəsindəki «xxxx» MMC nəzdində təşkil etdiyi pilotsuz uçuş aparatlarının kurslarında məşqul olan tanışı Məmmədova Aytacın vasitəsi ilə N19-cu ilin avqust ayından tanımışdır. Belə ki, həmin vaxt Aytac ona həmin kurslarda pilotsuz aparatların idarə etməsi məşqələlərini keçdiyini və kursları bitirəndən sonra işlə təmin olunacağını demiş və Aytacın vasitəsi ilə Təqsirləndirilən şəxs təşkil etdiyi həmin kurslara yazılaraq orada məşqul olmağa başlamışdır. Şahid həmin kurslarda məşqul olduğu vaxtdan tanımış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət aparan və təqaüddə olan sonradan həmin kurslarda məşqul olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, bu məsələnin araşdırılması zamanı yaxından tanımış və Təqsirləndirilən şəxs onları da onu kimi aldatdığını bilmişdir. N19-cu ilin avqust ayının əvvəllərində tanışı Məmmədova Aytac ona Sumqayıt şəhər avtovağzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzindəki «xxxx» MMC-nin ofisində pilotsuz uçuş aparatlarının kurslarında məşqul olduğunu, həmin kurslara Təqsirləndirilən şəxs rəhbərlik etdiyini və kursları bitirəndən sonra işlə təmin olacağını ona bildirmiş, o da Aytaca həmin kurslarda məşğul olaraq işlə təmin olunmaq istədiyini bildirmiş və Aytac onu həmin kursların rəhbəri olan Faiqlə tanış edəcəyini söz vermişdir. Həmin ərəfədə Aytac onu Sumqayıt avtovaqzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinə apararaq, 3-cü mərtəbədə yerləşən «xxxx» MMC nəzdində olan pilotsuz uçuş aparatlarının kurslarına rəhbərlik edən Təqsirləndirilən şəxs ilə tanış etmişdir. «xxxx» MMC-nin ofisində görüş zamanı Faiq onu sorğu-sual etdikdən sonra 6 ay pilotsuz uçuş aparatlarının kurslarında dərs keçəcəyini, kurslarda pilotsuz aparatların uçuşunun idarə etməsinə öyrədiləcəyini, daha sonra İsrail dövlətinə göndərilərək orada 15 gün təlim keçəndən sonra imtahan verib qayıdacağını və rəhbərlik etdiyi şirkətin nəzdində işlə təmin olunacağını, müqavilə əsasında hansısa xarici dövlətlərin birində həmin aparatların şərti pilotu kimi işlə təmin olacağını, 5000 (beş min) manat əmək haqqı alacağını bildirmişdir. Bunun müqabilində Faiq ondan 3000 (üç min manat) pul istəmiş və o buna razı olmuşdur. Faiq demişdir ki, ilkin olaraq İsrail dövlətinə viza düzəltmək üçün 550 (beş yüz əlli) manat pul verməlidir, çünki, viza gec düzəlir, yerdə qalan 2450 (iki min dörd yüz əlli) manat pul məbləğini isə İsrail dövlətinə gedənə yaxın verməli olacaqdır. Həmin vaxt o Faiqə hal-hazırda 550 (beş yüz əlli) manat pulunun olmadığını, bir neçə günə gətirib verə biləcəyini bildirmiş, Faiq buna razı olaraq onu öz kurslarına götürmüş və o Faiqin rəhbərlik etdiyi kurslarda məşqul olmağa başlamışdır. Bundan bir neçə gün sonra isə, təxminən N19-cu ilin avqust ayının əvvəllərində, saat 17:00 radələrində «xxxx» MMCnin ofisində Faiqə 550 (beş yüz əlli) manat pul və xarici pasportunu vermişdir ki, İsrail dövlətinə pilotsuz aparatların uçuşu təlimi keçməyə uçmaq üçün ona viza düzəltsin. Faiq ona demişdir ki, rəhbərlik etdiyi «xxxx» MMC kurslarına onun adını N19-cu ilin iyul ayından yazacaqdır ki, xx xxxxxx N19-cu il tarixdə artıq İsrail dövlətinə təlimə və imtahan verməyə uça bilsin. Təxminən N19-cu ilin noyabr ayının əvvəllərində Faiq onun mobil telefonuna zəng edərək onunla birlikdə kurs keçən Zərərçəkmiş şəxs4 da onunla eyni qaydada işə düzəltməsi üçün İsrailə təlim keçməyə və imtahan verməyə uçmalı olduğunu və Gülayə üçün də əvvəlcədən viza düzəltməyə və digər xərclərə Gülayənin 550 (beş yüz əlli) manat pul verməli olduğunu, lakin, Gülayə hal-hazırda Sumqayıt şəhərində olmadığından çatdırmalı olduğu pulu götürüb ona çatdırmasını bildirmişdir. Həmin vaxt Gülayə ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Gülayə Bakı şəhərində olduğunu, bir rəfiqəsinin onun Faiqə verməli olduğu həmin 550 (beş yüz əlli) manat pulu ona Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində, Dənizkənarı Bulvarda yerləşən «Göyərçinin» abidəsinin yanında çatdıracağını bildirmişdir. Həmin vaxt o, Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində, Dənizkənarı Bulvarda yerləşən «Göyərçinin» abidəsinin yanında Gülayənin adı yadında olmayan rəfiqəsi ilə görüşmüş və 550 (beş yüz əlli) manat pulu ondan götürüb, həmin yerdə Faiqlə görüşərək ona çatdırmışdır. Bundan sonra, N19-cu ilin dekabr ayının əvvəllərində Faiq ona zəng edərək İsrail dövlətinə uçmaq üçün sağlamlıq sığortası bağlamağa təcili 250 (iki yüz əlli) manat pul lazım olduğunu bildirmiş və həmin gün, saat 10:00 radələrində, Sumqayıt şəhəri, Sülh prospekti, 2-ci mikrorayon ərazisində yerləşən «Veterok» kafesinin yaxınlığında Faiqlə görüşərək təklikdə ona 250 (iki yüz əlli) manat pul vermişdir. Faiq bildirmişdir ki, artıq xx xxxxxx N19-cu il tarixdə onunla Zərərçəkmiş şəxs4 özü ilə birlikdə İsrail dövlətinə pilotsuz aparatlarının uçuşu üzrə 15 günlük təlim keçməyə və imtahan verməyə uçmalıdırlar və Gülayə də gətirib ona 250 (iki yüz əlli) manat pul çatdırmalıdır. Həmin vaxt onlar Gülayə ilə əlaqə saxlamışlar, Gülayə Bakı şəhərində olmuş, onlar Faiqlə birlikdə «Veterok» kafesində oturub Gülayəni gözləmişlər və 1-2 saata Gülayə həmin yerə gələrək «Veterok» kafesinin yanında Faiqə 250 (iki yüz əlli) manat pul vermişdir. Gülayə də Faiqə Gülayəni onun kimi işə düzəltmək üçün bundan əvvəldə 325 (üç yüz iyirmi beş) manat pul vermiş və ümumilikdə Faiqə 1125 (bir min yüz iyirmi beş) manat pul vermişdir. Nəhayət N19-cu ilin dekabr ayının 10-nu tarixlərində İsrail dövlətinə uçmağa təxminən 5 gün qalmış Faiq yerdə qalan 2N0 (iki min iki yüz) manat pulu da ondan istəmiş və həmin gün saat 15:00 – 16:00 radələrində, Sumqayıt şəhəri, Sülh prospekti, 2-ci mikrorayon ərazisində yerləşən «Veterok» kafesinin həyətində o, Faiqə təklikdə 2N0 (iki min iki yüz) manat pul vermişdir. Həmin vaxt Faiq ona demişdir ki, pilotsuz uçuş aparatlarının idarə etmə kurslarını keçməyə xx xxxxxx N19-cu il tarixdə İsrail dövlətinə uçacaqlar. Həmin müddət gəlib çatdıqda isə Faiq bildirmişdir ki, İsrail dövlətində bayramdır, işləri yeni il bayramından sonra baş tutacaqdır və xx xxxxxx NN-ci il tarixdə İsrailə uçacaqlar. Hətta Faiq ona bir kağız göstərərək xx xxxxxx NN-ci il tarixə İsrailə təyyarəyə bilet sifariş etdiyini bildirmişdir. Bundan sonra, o, dəfələrlə həmin vaxt Faiqin istifadəsində olan ***-***-**-** NAR və ***-***-**-** CİN nömrələrinə nə qədər zəng edib söz verdiyi işlə bağlı məlumat almaq istəsə də, Faiq hər dəfə müxtəlif bəhanələr gətirərək, konkret cavab verməkdən yayınmış, sonra isə onun nömrələrinə, ümumiyyətlə, zəng çatmamışdır. Sonradan isə bilmişdir ki, Faiq onun kimi Zərərçəkmiş şəxs1, Şahid, Zərərçəkmiş şəxs2 və digər şəxsləri də aldatmış, onlar Faiqdən şikayət etmişlər və ona görə də, bununla bağlı araşdırma Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsində aparıldığı üçün o da həmin orqana şikayət etmişdir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Sumqayıt şəhərində açacağı pilotsuz uçuş aparatının ehtiyyat hissələrini istehsal edən «xxxx» MMC-nə müdir müavini vəzifəsinə təyin edəcəyi adı ilə ondan ümumilikdə 10100 (on min yüz) manat, Zərərçəkmiş şəxs2 həmin şirkətə mütəxəssis təyin etmək adı ilə ondan ümumilikdə 38N (üç min səkkiz yüz iyirmi) manat pul alıb, həmin məbləqin 8N (səkkiz yüz iyirmi) manatını qaytarmış, 3000 (üç min) manatını isə qaytarmamışdır. O, Təqsirləndirilən şəxs açacağı «xxxx» MMC-ni görməmiş, Faiqin deməsinə görə, şirkətin özü Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində tikilməli olmuşdur. Məhkəməyə təqdim olunmuş, Zərərçəkmiş şəxs3 xx.xx.NN-ci il tarixli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər avtovağzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin 3-cü mərtəbəsindəki «xxxx» MMC-nin nəzdində təşkil etdiyi pilotsuz uçuş aparatlarının kurslarında məşğul olan tanışı Zərərçəkmiş şəxs3 vasitəsi ilə N19-cu ilin sentyabr ayından tanımışdır. Hüseyn ona həmin kurslarda pilotsuz uçuş aparatlarının idarəetməsi məşğələlərini keçdiyini və kursları bitirəndən sonra işlə təmin oqlunacağını demiş, Hüseynin vasitəsi ilə Təqsirləndirilən şəxs təşkil etdiyi həmin kurslara yazılaraq orada məşqul olmağa başlamışdır. Belə ki, Şabran rayonunun Ağbaş kəndində kimya müəllimi işlədiyi tam orta məktəb uzaq olduğundan Hüseynə həmin kurslarda məşqul olaraq işlə təmin olunmaq, bu halda Şabran rayon Ağbaş kənd tam orta məktəbindən işdən çıxmaq istədiyini bildirmiş və Hüseyn onu həmin kurslara aparıb kursların rəhbəri olan Faiqlə tanış edəcəyini söz vermişdir. Həmin vaxt Hüseyn onu Sumqayıt şəhər avtovağzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin 3-cü mərtəbəsindəki pilotsuz uçuş aparatlarının kursları təşkil edildiyi «xxxx» MMC-nin ofisinə aparıb, kursların rəhbəri olan Təqsirləndirilən şəxs ilə tanış etmiş və Faiq ona kurslardan qeydiyyatdan keçib təlimlərə başlamaq üçün qabaqcadan 550 (beş yüz əlli) manat pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona rəhbərlik etdiyi pilotsuz uçuş aparatlarının kurslarında 6 ay dərs keçəcəyini, kurslarda pilotsuz uçuş aparatların uçuşunun idarə etməsinə öyrədiləcəyini, daha sonra İsrailə göndərilərək orada 15 gün təlim keçəndən sonra imtahan verib qayıdacağını, təsis edəcəyi «xxxx» MMC-nin nəzdində işlə təmin olunacağını, müqavilə əsasında hansısa xarici dövlətlərin birində həmin aparatların şərti pilotu kimi ayda 3000 – 5000 (üç min – beş min) manat əmək haqqı alacağı şərti ilə işə qəbul olunacağını və bunun müqabilində ümumilikdə təxminən 1500 (bir min beş yüz) manat pul ona verməli olduğunu bildirmişdir. Faiqə hazırda pulu olmadığını bildirərək nə vaxta kimi pul düzəldib onun təşkil etdiyi kurslara yazıla biləcəyini soruşmuş, Faiq də ona N19-cu ilin dekabr ayına kimi kurslara yazıla biləcəyini bildirmiş və o, oradan çıxıb getmişdir. N19-cu ilin noyabr ayının ortalarında 550 (beş yüz əlli) manat pul düzəldib Hüseynlə birlikdə Sumqayıt şəhər avtovağzalının yanında yerləşən «Sülh Plaza» Biznes Mərkəzinin 3-cü mərtəbəsindəki pilotsuz uçuş aparatlarının kurslarını təşkil edən Təqsirləndirilən şəxs yanına gedib orada Təqsirləndirilən şəxs həftənin hansı günlərində kursların keçiriləcəyini soruşmuş, Təqsirləndirilən şəxs ona həftədə 3 dəfə istədiyi günlərdə kurs keçəcəyini demiş və həmin gün o Faiqin təşkil etdiyi kurslarda təlim keçməyə başlayaraq qeydiyyatdan keçmək üçün, düzəltdiyi 550 (beş yüz əlli) manat pulu Hüseynin ona çatdıracağını bildirmişdir. Beləliklə, o Təqsirləndirilən şəxs təşkil etdiyi pilotsuz uçuş aparatlarının təlimi kurslarında təlimlər keçməyə başlamış, həmin axşam Faiqə çatdırmaq üçün soyadını, atasının adını və ünvanını bilmədiyi Aidə adlı tanışının vasitəsi ilə Hüseynə 550 (beş yüz əlli) manat pul göndərmiş və Hüseyn onun verdiyi 550 (beş yüz əlli) manat pulu Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində, Dənizkənarı Bulvarda yerləşən «Göyərçin» abidəsinin yanında Faiqə çatdırmışdır. O Təqsirləndirilən şəxs təşkil etdiyi kurslarda məşqul olmağa davam etmiş və N19-cu ilin noyabr ayının axırlarında Faiq ona kursları bitirdiyi haqqında sertifikat verilməsi üçün 325 (üç yüz iyirmi beş) manat pul verməli olduğunu bildirmişdir. Ona görə də, N19-cu ilin noyabr ayının axırlarında Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən X6 yanında Faiqlə təklikdə görüşərək ona istədiyi 325 (üç yüz iyirmi beş) manat pulu vermiş və Faiq N19-cu ilin dekabr ayının ortalarında ona sertifikat veriləcəyini bildirmişdir. Bundan sonra, N19-cu ilin dekabr ayının əvvəllərində Faiq Hüseynə zəng edərək hər ikisinin İsrail dövlətinə uçmaqları üçün, sağlamlıq sığortası bağlamağa təcili 250 (iki yüz əlli) manat da pul lazım olduğunu bildirmiş, həmin gün saat 10:00 radələrində, Sumqayıt şəhəri, Sülh prospekti, 2ci mikrorayon ərazisində yerləşən «Veterok» kafesinin yaxınlığında Hüseyn Faiqlə görüşərək, ona özünün 250 (iki yüz əlli) manat pulunu vermiş və onun mobil telefonuna zəng edərək, onun da Faiqə 250 (iki yüz əlli) manat pul və xarici pasportunu çatdırmalı olduğunu bildirmişdir. Faiq Hüseynə bildirmişdir ki, artıq xx xxxxxx N19-cu il tarixdə onunla Hüseyn özü ilə birlikdə İsrailə, pilotsuz aparatlarının uçuşu üzrə 15 günlük təlim keçməyə və imtahan verməyə uçmalıdırlar və buna görə o da gətirib Faiqə 250 (iki yüz əlli) manat pul çatdırmalıdır. Həmin vaxt o Bakı şəhərində olduğu üçün, Hüseyn Faiqlə birlikdə «Veterok» kafesində oturub onu gözləmişlər və 1-2 saatdan sonra 250 (iki yüz əlli) manat pul və xarici pasportunu götürüb, onların onu gözlədikləri «Veterok» kafesinin yanına gələrək, Faiqə 250 (iki yüz əlli) manat pul və xarici pasportunu vermişdir. Beləliklə, onu işə düzəltmək üçün Faiq ümumilikdə ondan 1125 (bir min yüz iyirmi beş) manat pul almışdır. Bildiyinə görə, təsis edəcəyi «xxxx» MMC-nin nəzdində pilotsuz uçuş aparatlarının şərti pilotu kimi işə düzəldəcəyi adı ilə Faiq Hüseyndən ümumilikdə 3000 (üç min) manat pul almışdır. Həmin vaxt Faiq onlara demişdir ki, pilotsuz uçuş aparatlarının idarə etmə kurslarını keçməyə xx xxxxxx N19-cu il tarixdə İsrailə uçacaqlar. Həmin müddət gəlib çatdıqda isə Faiq bildirmişdir ki, İsraildə bayramdır, işləri yeni il bayramından sonra baş tutacaqdır və xx xxxxxx NN-ci il tarixdə İsrailə uçacaqlar. Bundan sonra, onunla Hüseyn dəfələrlə həmin vaxt Faiqin istifadəsində olan ***-***-**-** NAR və ***-***-**-** CİN mobil telefon nömrələrinə nə qədər zəng edib söz verdiyi işlə bağlı məlumat almaq istəsələr də Faiq hər dəfə müxtəlif bəhanələr gətirərək konkret cavab verməkdən yayınmış, sonra isə Faiqin nömrələrinə, ümumiyyətlə, zəng çatmamışdır. Sonra bilmişlər ki, Faiq onlar kimi digər şəxsləri də aldatmış, həmin şəxslər Faiqdən şikayət etmişlər və ona görə də, bununla bağlı araşdırma Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsində aparıldığı üçün Hüseyn də həmin orqana şikayət etmişdir. Onun üçün isə Bakı şəhərinə gedib-gəlmək problem olduğundan, bir müddət necə etməyini fikirləşmiş və sonra Faiqin onları aldatması ilə bağlı işə Sumqayıt şəhər X7 Şöbəsində baxıldığından ora şikayət etmişdir. Məhkəməyə təqdim olunmuş, Zərərçəkmiş şəxs4 xx.xx.NN-ci il tarixli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.NN-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən, arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, yetkinlik yaşına çatmayan (N08, N13) iki uşağı var, yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “ polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş xxxxın (terminal nömrəsi: K0125013, əməliyyat İD: 4103) 3354 saylı, xx.xx.N21-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 4432,00 (dörd min dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabına köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş xxxxın (terminal nömrəsi: K0125013, əməliyyat İD: 4106) 13387 saylı, xx.xx.N21-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 11,75 (on bir manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabına köçürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə hesabına köçürülmüş vəsait cəmi 4443,75 (dörd min dörd yüz qırx üç manat yetmiş beş manat təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan RespublikasıCM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışmasını, zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin ərizələrini, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Zərərçəkmiş şəxs3 mülki iddia verərək cinayət nəticəsində ona dəymiş ziyan olaraq 3000 (üç min) manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.NN-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 iddiadan imtinası qanunidir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, onun iddiadan imtina etməsi qəbul edilərək mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.2 və 178.2.4-cü ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiadan imtina etməsi qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Qərardan N gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar