Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-47/2022 02.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs, Onun müdafiəçisi 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2sində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil edərək xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, Corat bağlar massivinə gəlmişlər, aralarında olan razılaşmaya əsasən tanışı Təqsirləndirilən şəxs2 orada yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evin yaxınlığında dayanıb talamanın maneəsiz həyata keçirilməsini təmin etmək, yəni kənar şəxs(lər) tərəfindən ola biləcək müdaxilənin qarşısını almaq, xəbərdarlıq etmək məqsədilə ətrafda müşahidə aparmış, bu zaman Təqsirləndirilən şəxs1 qeyd olunan evin daş hasarından aşaraq həyətə daxil olub evin giriş qapısının üzərində olan nəfəsliyin dəmir barmaqlıqlarını özü ilə gətirdiyi laqonda ilə kəsib oradan içəri qanunsuz daxil olaraq evin yataq otaqlarında olan dolabların içərisindəki çantalardan 6000 (altı min) manat nağd pulu və qonaq otağında olan dəmir qabın içərisindən 01 ədəd 337 manat dəyərində üzərində 03 ədəd rəngsiz şəffaf qaş olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı, 4,50 qram çəkidə qızıl üzük, 01 ədəd 150 manat dəyərində üzərində 03 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı 2,00 qram çəkidə qızıl üzük, 01 ədəd 439 manat dəyərində üzərində 02 ədəd çəhrayı rəngli korund qaş olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı 5,66 qram çəkidə qızıl üzük, 01 ədəd 624 manat dəyərində halqa formalı qırmızımtıl sarı rəngli 583/585 əyarlı 8,32 qram çəkidə qızıl üzük, 01 ədəd 669 manat dəyərində üzərində 03 ədəd dairə formalı iç-içə yerləşdirilmiş elemenentlər olan sarı rəngli 750 əyarlı 7,05 qram çəkidə qızıl üzük, 01 ədəd 249 manat dəyərində üzərində qara rəngli və rəngzis, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı 3,32 qram çəkidə qızıl üzük, 01 ədəd 129 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı 1,72 qram çəkidə qızıl üzük, 01 ədəd 411 manat dəyərində üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı 5,49 qram çəkidə qızıl üzük, 01 ədəd 457 manat dəyərində üzərində 07 ədəd rəngsiz, şəffaf brilyant qaşlar olan halqa formalı, qırmızımtıl sarı rəngli 583/585 əyarlı 4,93 qram çəkidə qızıl üzük, 01 ədəd 25 manat dəyərində üzərində 01 ədəd boz rəngli daş olan, gümüşü rəngli 925 əyarlı 6,28 qram çəkidə gümüş üzük, 01 ədəd 2 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar (bəzi qaş yerləri boş) olan, halqa formalı, gümüşü rəngli 2,79 qram çəkidə mis əsaslı üzük, 01 dəst 1189 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı rəngli 583/585 əyarlı 15,86 qram çəkidə qızıl sırğa cütü-üzük, 01 cüt 353 manat dəyərində sarı rəngli 583/585 əyarlı 4,71 qram çəkidə qızıl sırğa, 01 cüt 535 manat dəyərində üzərində ümumilikdə 02 ədəd göy rəngli qaş olan qırmızımtıl sarı rəngli 750 əyarlı 5,72 qram çəkidə qızıl sırğa, 2735 manat dəyərində sarı rəngli 583/585 əyarlı 36,61 qram çəkidə qızıl qolbaq-kulonlu boyunbağı dəsti, 4815 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 64,30 qram çəkidə qızıl boyunbağı-qolbaq dəsti, 01 ədəd 155 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 2,19 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 500 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 6,67 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 455 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 6,07 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 225 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 3,01 qram çəkidə qızıl qolbaq, 01 ədəd 14 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 925 əyarlı 3,48 qram çəkidə gümüş qolbaq, 01 ədəd 174 manat dəyərində üzərində 1 ədəd rəngsiz, şəffaf qaş olan əl formalı qırmızımtıl sarı rəngli 583/585 əyarlı 2,33 qram çəkidə qızıl kulon, 21 manat dəyərində kürə formalı qırmızımtıl sarı rəngli 583/585 əyarlı 0,36 qram çəkidə qızıl məmulat hissəsi və 01 ədəd 1670 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 22,27 qram çəkidə qızıl qol saatını gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 22333 (iyirmi iki min üç yüz otuz üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil edərək xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, Corat bağlar massivinə gəlmişlər, aralarında olan razılaşmaya əsasən tanışı Təqsirləndirilən şəxs2 orada yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evin yaxınlığında dayanıb talamanın maneəsiz həyata keçirilməsini təmin etmək, yəni kənar şəxs(lər) tərəfindən ola biləcək müdaxilənin qarşısını almaq, xəbərdarlıq etmək məqsədilə ətrafda müşahidə aparmış, bu zaman Təqsirləndirilən şəxs1 qeyd olunan evin daş hasarından aşaraq həyətə daxil olub evin giriş qapısının üzərində olan nəfəsliyin dəmir barmaqlıqlarını özü ilə gətirdiyi laqonda ilə kəsib oradan içəri qanunsuz daxil olaraq evin yataq otaqlarında olan dolabların içərisindəki çantalardan 6000 (altı min) manat nağd pulu və qonaq otağında olan dəmir qabın içərisindən 01 ədəd 337 manat dəyərində üzərində 03 ədəd rəngsiz şəffaf qaş olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı, 4,50 qram çəkidə qızıl üzük, 01 ədəd 150 manat dəyərində üzərində 03 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı 2,00 qram çəkidə qızıl üzük, 01 ədəd 439 manat dəyərində üzərində 02 ədəd çəhrayı rəngli korund qaş olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı 5,66 qram çəkidə qızıl üzük, 01 ədəd 624 manat dəyərində halqa formalı qırmızımtıl sarı rəngli 583/585 əyarlı 8,32 qram çəkidə qızıl üzük, 01 ədəd 669 manat dəyərində üzərində 03 ədəd dairə formalı iç-içə yerləşdirilmiş elemenentlər olan sarı rəngli 750 əyarlı 7,05 qram çəkidə qızıl üzük, 01 ədəd 249 manat dəyərində üzərində qara rəngli və rəngzis, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı 3,32 qram çəkidə qızıl üzük, 01 ədəd 129 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı 1,72 qram çəkidə qızıl üzük, 01 ədəd 411 manat dəyərində üzərində yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 583/585 əyarlı 5,49 qram çəkidə qızıl üzük, 01 ədəd 457 manat dəyərində üzərində 07 ədəd rəngsiz, şəffaf brilyant qaşlar olan halqa formalı, qırmızımtıl sarı rəngli 583/585 əyarlı 4,93 qram çəkidə qızıl üzük, 01 ədəd 25 manat dəyərində üzərində 01 ədəd boz rəngli daş olan, gümüşü rəngli 925 əyarlı 6,28 qram çəkidə gümüş üzük, 01 ədəd 2 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar (bəzi qaş yerləri boş) olan, halqa formalı, gümüşü rəngli 2,79 qram çəkidə mis əsaslı üzük, 01 dəst 1189 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı rəngli 583/585 əyarlı 15,86 qram çəkidə qızıl sırğa cütü-üzük, 01 cüt 353 manat dəyərində sarı rəngli 583/585 əyarlı 4,71 qram çəkidə qızıl sırğa, 01 cüt 535 manat dəyərində üzərində ümumilikdə 02 ədəd göy rəngli qaş olan qırmızımtıl sarı rəngli 750 əyarlı 5,72 qram çəkidə qızıl sırğa, 2735 manat dəyərində sarı rəngli 583/585 əyarlı 36,61 qram çəkidə qızıl qolbaq-kulonlu boyunbağı dəsti, 4815 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 64,30 qram çəkidə qızıl boyunbağı-qolbaq dəsti, 01 ədəd 155 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 2,19 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 500 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 6,67 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 455 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 6,07 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 225 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 3,01 qram çəkidə qızıl qolbaq, 01 ədəd 14 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan 925 əyarlı 3,48 qram çəkidə gümüş qolbaq, 01 ədəd 174 manat dəyərində üzərində 1 ədəd rəngsiz, şəffaf qaş olan əl formalı qırmızımtıl sarı rəngli 583/585 əyarlı 2,33 qram çəkidə qızıl kulon, 21 manat dəyərində kürə formalı qırmızımtıl sarı rəngli 583/585 əyarlı 0,36 qram çəkidə qızıl məmulat hissəsi və 01 ədəd 1670 manat dəyərində qırmızımtıl sarı rəngli 583/585 əyarlı 22,27 qram çəkidə qızıl qol saatını gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 22333 (iyirmi iki min üç yüz otuz üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respubliksı CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək və iddianı qəbul etməyərək ifadəsində göstərmişdir ki, cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi Orxanın qardaşı Təqsirləndirilən şəxs2la xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhərində görüşərək onun idarə etdiyi “Mercedes Benz 150” markalı, ** OM *** dövlət nömrə nişanlı avtomobil ilə onun yaşadığı Sumqayıt şəhəri, Corat bağlar massivi, “Murad” marketin yanına gəlmişlər. Lakin o qonşuluqda olan evdən oğurluq etməmişdir. Ona görə də, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 1772.3-cü və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş, sonuncu dəfə 2020-ci ilin dekabr ayında cəzanı çəkərək azadlığa çıxmışdır. O, heç bir yerdə işləmədiyi üçün, maddi problemləri olduğuna görə oğurluq edib maddi ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Bu məqsədlə cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi Orxanın qardaşı Təqsirləndirilən şəxs2la Bakı şəhərində görüşərək söhbət etmişdir ki, onunla qonşuluqda yaşayan bir nəfər olduğunu, maddi imkanlarının yaxşı olduğunu və onlar həmin evə girib oğurluq edə biləcəklərini demişdir. Ülvi ilə söhbət edib razılaşdıqdan sonra onlar xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində Ülvinin idarə etdiyi “Mercedes Benz 150” markalı, ** OM *** dövlət nömrə nişanlı avtomobil ilə onun yaşadığı Sumqayıt şəhəri, Corat bağlar massivi, “Murad” marketin yanına gəlmişlər. Orada olan zaman aralarında oln razılığa əsasən Ülvi kənarda durub oğurluq edəcəyi ünvana hər-hansı şəxs gələcəyi təqdirdə ona məlumat verməli olmuşdur. Bundan sonra o, əvvəlcədən götürdüyü içərisində laqonda olan qara salafan torbanı götürüb oğurluq edəcəyi həmin ünvana getmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin daş hasarını aşaraq həyətə daxil olmuşdur. Evin dəmirdən olan giriş qapısının açıq olduğunu görmüş və içəri daxil olmuşdur. Evə daxil olan zaman ikinci dəmir qapının da olduğunu müşahidə etmişdir. Bundan sonra o, gətirdiyi laqondanı yaxınlıqda yerləşən elektrik cərəyanına qoşub işə salaraq həmin qapının üzərində olan dəmir barmaqlıqları laqonda vasitəsi ilə kəsmiş və nəfəslikdən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra o, evin bütün otaqlarını və mətbəxini axtarmağa başlamışdır. Evin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağından təxminən 1800 (min səkkiz yüz) manat pul tapmış, qonaq otağını axtaran zaman isə xeyli qızıl-zinət əşyaları tapmışdır. Həmçinin evin giriş qapısından sol tərəfdə yerləşən yataq otağından da qızıl-zinət əşyaları taparaq götürmüşdür. Daha sonra oğurladığı pulları cibinə, qızıl-zinət əşyalarını isə gətirdiyi torbaya yığmış və nəfəslikdən evi tərk etmişdir. Giriş qapısının qarşısında qoyduğu laqondanı da gətirdiyi torbaya qoyub evin həyətinin giriş darvazasını açaraq oradan uzaqlaşıb onu yaxınlıqda gözləyən Ülvinin idarə etdiyi avtomobilə yaxınlaşmışdır. Sonra Ülvinin idarə etdiyi avtomobil ilə dənizkənarı yolla Bakıya getmişlər. Onlar yolda gedən zaman o, Ülviyə 100 (yüz) manat pul benzin üçün, 200 (iki yüz) manat isə borcu olduğu üçün vermişdir. Oğurladığı puldan təxminən 400-500 manatını Ülvi ilə birlikdə kafe və restoranlarda xərcləmişdir. Bundan sonra oğurladığı qızılların hamısını gizlətmək üçün Ülviyə vermişdir ki, sonra satıb bölsünlər. Sonradan onu polis əməkdaşları axtardığını bilib gizlənməyə başlamış, lakin xx.xx.2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onu taparaq Polis Bölməsinə aparmışlar və o, bölmədə etdiyi əməli etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq oğurluq hadisəsini törətdiyi zaman ona Ülvidən başqa heç kimin kömək etmədiyini, oğurluq zamanı əldə etdiyi pulların bir qismini öz şəxi ehtiyaclarına xərclədiyini, Ülviyə oğurladığı puldan 100 manat benzin üçün, 200 manat isə şəxsi borcu olduğu üçün verdiyini, həmin puldan 400- 500 manatını kafe və restoranlarda birlikdə xərclədiklərini, Zərərçəkmiş şəxs ifadəsində düzgün demədiyini, oğurladığı pulun 1800 manat olduğunu, hadisədən iki gün sonra yaşadığı evə gələn zaman həmin laqonda atasına məxsus olduğu üçün yaşadıqları evə qoyduğunu, tutulduqdan sonra isə həmin laqondanı polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respubliksı CM-nin 177.2.1-ci, 1772.3-cü və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı X2 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Qardaşının vasitəsilə onunla bir yerdə cəza çəkən Təqsirləndirilən şəxs1 tanıyır. Tapdıq cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra onunla bir neçə dəfə Sumqayıtda və Bakıda görüşmüşlər və bir-biri ilə münasibət saxlamışlar. Belə ki, xx.xx.2021-ci il tarixdə Tapdıq ona zəng edərək Bakı şəhərində olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Həmin tarixdə saat 12:00 radələrində Tapdıqla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “İST OİL” yanacaqdoldurma məntəqəsinin yanında görüşmüşlər. Görüşdükdən sonra söhbət zamanı Tapdıq ondan onu Sumqayıt şəhərinə aparmasını xahiş etmiş, onlar da Tapdıqla birlikdə ona məxsus “Mercedes Benz 150” markalı, ** OM *** dövlət nömrə nişanlı avtomobil ilə Sumqayıt şəhərinə getmişlər. Sumqayıta gəldikdən sonra Tapdıq ondan Corat qəsəbəsində evlərinin yanında işi olduğu üçün ora sürməsini xahiş etmiş və onlar Corata getmişlər. Onlar Corata çatdıqdan sonra Tapdıq ona evlərinin yaxınlığında işi olduğunu bildirərək, əlində olan qara rəngli salafan torbanı götürüb düşmüş və ondan qabağda gözləməyini xahiş etmişdir. O da Tapdığın düşdüyü yerdən təxminən bir kilometr irəli gedib tapdığı gözləmişdir. Təxminən 3 saat sonra Tapdıq geri, yəni onun yanına qayıtmış, həmin vaxt Tapdığın üst-başının toz və tərli olmağını görmüşdür. Tapdıq torbanı ona verib saxlamağını söyləmiş və üst-başını səliqəyə salmışdır. Bundan sonra Tapdıq torbanı ondan almış və onlar avtomobilə tərəf getmişlər. Onlar avtomobilə əyləşən zaman Tapdıq qarşıdakı, yəni onun yanındakı oturacaqda oturmuşdur. Həmin vaxtı torbanın içində hansı əşyaların olduğunu bilməmişdir. Onlar avtomobildə olan zaman Tapdıq torbanın içərisindən balaca salafan kulok götürüb onun idarə etdiyi maşının sənəd qabısının içərisinə qoymuş və ondan Bakıya sürməyini xahiş etmişdir. O da dəniz kənarı tərəfdən maşını sürüb Bakı istiqamətinə getməyə başlamışdır. Onlar yolda gedən zaman Tapdıq ona 100 (yüz) manat pul verərərək maşına benzin vurmasını demişdir. O, Bakı şəhəri “20 yanvar” metrostansiyasına çatdıqdan sonra Tapdıq əlində olan torbanı və avtomobilin sənəd qabını ona verərək bir müddət gizlin yerdə saxlamağını xahiş etmiş və onlara lazım olacağını bildirmiş, həmin torbanı isə evdə və maşında saxlamamağını, gizlətməyini söyləmişdir. O, Tapdıqdan nə olduğunu soruşduğu zaman Tapdıq həmin əşyaların sonra onlara lazım olacağını demişdir. Tapdığın ona verdiyi torbanının içərisində nə olduğuna baxmamış və onun oğurluq etdiyini bilməmişdir. Polis əməkdaşları gəlib onu apardıqda o Tapdığın ona verdiyi torbanın qarajda olduğunu bildirmiş və polis əməmkdaşları ilə qaraja gedib torbanı polis əməkdaşlarına təhvil vermişdir. Ona görə də, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 1772.3-cü və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, qardaşı X2 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Qardaşının vasitəsilə onunla bir yerdə cəza çəkən Təqsirləndirilən şəxs1 tanıyır. Tapdıq cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra onunla bir neçə dəfə Sumqayıtda və Bakıda görüşmüşlər və bir-biri ilə münasibət saxlamışlar. Belə ki, xx.xx.2021-ci il tarixdə Tapdıq ona zəng edərək Bakı şəhərində olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Həmin tarixdə saat 12:00 radələrində Tapdıqla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “İST OİL” yanacaqdoldurma məntəqəsinin yanında görüşmüşlər. Görüşdükdən sonra söhbət zamanı Tapdıq ondan onu Sumqayıt şəhərinə aparmasını xahiş etmiş, onlar da Tapdıqla birlikdə ona məxsus “Mercedes B 150” markalı, ** OM *** dövlət nömrə nişanlı avtomobil ilə Sumqayıt şəhərinə getmişlər. Sumqayıta gəldikdən sonra Tapdıq ondan Corat qəsəbəsində evlərinin yanında işi olduğu üçün ora sürməsini xahiş etmiş və onlar Corata getmişlər. Onlar Corata çatdıqdan sonra Tapdıq ona evlərinin yaxınlığında işi olduğunu bildirərək, əlində olan qara rəngli salafan torbanı götürüb düşmüş və ondan qabağda gözləməyini xahiş etmişdir. O da Tapdığın düşdüyü yerdən təxminən bir kilometr irəli gedib tapdığı gözləmişdir. Həmin vaxt Tapdıq özünü şübhəli apardığı üçün o, Tapdığın oğurluq etmək niyyətini başa düşmüş, lakin oğurluğu hardan hansı ünvandan etdiyini bilməmişdir. Tapdıq gec gəldiyinə görə o, dəfələrlə Tapdığa zəng etmiş, lakin sonuncu telefona cavab verməmiş, daha sonra zənglərdən birinə cavab verib və onun gözləməyini, səbrli olmağını xahiş etmiş və gələcəyini bildirmişdir. Təxminən 3 saat sonra Tapdıq geri, yəni onun yanına qayıtmış, həmin vaxt Tapdığın üst-başının toz və tərli olmağını görmüşdür. Tapdıq torbanı ona verib saxlamağını söyləmiş və üst-başını səliqəyə salmışdır. Bundan sonra Tapdıq torbanı ondan almış və onlar avtomobilə tərəf getmişlər. Onlar avtomobilə əyləşən zaman Tapdıq qarşıdakı yəni onun yanındakı oturacaqda oturmuşdur. Həmin vaxtı torbanın içində hansı əşyaların olduğunu bilməmişdir. Onlar avtomobildə olan zaman Tapdıq torbanın içərisindən balaca salafan kulok götürüb onun idarə etdiyi maşının sənəd qabısının içərisinə qoymuş və ondan Bakıya sürməyini xahiş etmişdir. O da dəniz kənarı tərəfdən maşını sürüb Bakı istiqamətinə getməyə başlamışdır. Onlar yolda gedən zaman Tapdıq ona 100 (yüz) manat pul verərərək maşına benzin vurmasını demişdir. O, Bakı şəhəri “20 yanvar” metrostansiyasına çatdıqdan sonra Tapdıq əlində olan torbanı və avtomobilin sənəd qabını ona verərək bir müddət gizlin yerdə saxlamağını xahiş etmiş və onlara lazım olacağını bildirmiş, həmin torbanı isə evdə və maşında saxlamamağını, gizlətməyini söyləmişdir. O, Tapdıqdan nə olduğunu soruşduğu zaman Tapdıq həmin əşyaların sonra onlara lazım olacağını demişdir. Daha sonra Tapdıq maşından düşüb getmişdir. Həmin vaxtı o, Tapdığın oğurluq eləməyindən şübhələnmiş və Tapdıqın oğurluq etdiyini bilmişdir. Tapdıq getdikdən sonra o, Tapdığın verdiyi əşyaları aparıb Yasamal rayonu ərazisində yerləşən dostu Denizə məxsus olan açarı onda olan qarajda gizlətmişdir. Həmin əşyaları qaraja qoyanda avtomobilin sənəd qabını açıb içərisinə baxmış, orada balaca kulok olduğunu və kulokun içərisində qızıla bənzər əşyalar olduğunu görmüşdür. Sonra həmin əşyaları qarajın içərisində olan seyfə qoymuşdur. Səhəri gün yəni, xx.xx.2021-ci il tarixdə günorta təxminən saat 12:00 radələrində o, Tapdıqla öz həyətlərində görüşmüş, söhbət etmişlər və sonra Tapdıq getmişdir. Tapdıq gedəndən bir-neçə saat sonra Tapdıqın bacısı onun mobil telefonuna zəng edərək evlərinin yanında oğurluq olduğu üçün polislərin Tapdığı axtardığını və onun da nömrəsini polislərə verdiyini bildirmişdir. Həmin gün polisdən də ona zəng eləmişlər və Tapdığın evlərinin yanından oğurluq etdiyini, oğurluq olan zaman onun Tapdıqla bir yerdə olduğunu demişlər. O da bu səbəbdən Tapdıqla əlaqə saxlayıb axşam saatlarında onunla görüşüb, məsələni ona izah etmişdir. Bundan sonra onu Polis Bölməsinə dəvət etmişlər, o, hadisə barədə polisə ifadə vermiş və həmin qarajda gizlətdiyi qızılları polisə təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq Tapdığı öz avtmobili ilə hadisə baş verən yerə aparmaqla hadisə yerində gözləyib sonra isə Bakı şəhərinə aparmaqla, eləcə də Tapdığın oğurladığı qızılları gizlətməklə ona kömək etdiyini, Tapdığın oğurluq etmək istədiyini əvvəlcədən bilmədiyini, hadisə yerində olan zaman Tapdığın qonşularının evindən oğurluq etmək istədiyini başa düşdüyünü, dostu Denizin həmin oğurluq əşyaların qarajda olmağından xəbəri olmadığını, qarajın açarlarının çoxdan özündə olmasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, naməlum şəxs və ya şəxslər xx.xx.2021-ci il tarixdə saat 13:20 radələrindən 20:30 radələrinədək olan müddət ərzində onlar evdə olmayanda, ona məxsus Sumqayıt şəhəri, Corat bağlar massivi, 33 nömrəli xətt avtobusunun yolunda “Murad” marketin yaxınlığında yerləşən fərdi həyət evinin giriş qapısının üstündə yerləşən nəfəsliyin dəmir barmaqlıqlarını laqonda ilə kəsərək evinə daxil olub, oradan yataq otağında olan dolabın içərisinə qoyduğu çantalardan 6000 (altı min) manat pul, digər yataq otağında olan siyirmədən və qonaq otağında olan dəmir qabdan qızıl-zinyət əşyalarını oğurlamışlar. Belə ki, həmin ünvanda həyat yoldaşı Əhməd Məmmədov, oğlanları Heydər Məmmədov və Hacağa Məmmədova ilə birlikdə yaşayırlar. Hadisə baş verən günü saat 09 radələrində həyat yoldaşı Əhməd Məmmədov işə getmiş, oğlu Hacıağa da həmin saatda məşğələyə getmişdir. Həmin gün təxminən saat 12 radələrində o, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşayan anasına baş çəkməyə getmiş, digər oğlu Heydər isə saat 13:30 radələrində evin qapısını bağlayaraq şəxsi işləri ilə bağlı evdən çıxmışdır. Həmin gün evə birinci saat təxminən 20:30 radələrində oğlu Heydər gələn zaman evin giriş darvazasının açıq olduğunu, evə daxil olduqda isə giriş qapısının üstündə olan nəfəsliyin dəmir barmaqlıqlarının kəsilərək yerə qoyulduğunu görüb dərhal bu barədə ona məlumat vermiş, o da bu barədə həyat yoldaşına məlumat vermiş və onlar yaşadıqları ünvana gəlmişlər. Onlar evə baxış keçirən zaman otaqlarının dağınıq vəziyyətdə olduğunu, bütün otaqaların axtarıldığını və yuxarıda qeyd etdiyi kimi evin yataq otağında olan dolabın içərisinə qoyduğu çantalardan 6000 (altı min) manat pul, digər yataq otağında olan siyirmədən və qonaq otağında olan dəmir qabdan qızıl-zinyət əşyalarınının oğurlandığını aşkar etmişlər. Bu səbəbdən də həyat yoldaşı oğurluq barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermiş və polislər gəlib evlərinə baxış keçirərərk müvafiq sənədləşdirmə aparmışlar. Hadisə barədə ərizə və izahat vermişdir. Bundan əlavə sonradan oğurlanmış qızılların dəyərinin 30135 manat olduğunu dəqiqləşdirmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bir ədəd 4500 manat dəyərində 50 qram çəkidə 583 əyarlı Rusiya Federasiyası istehsalı olan qızıl boyunbağının, bir ədəd 3600 manat dəyərində 40 qram çəkidə 583 əyarlı Türkiyə istehsalı olan boyunbağının üzərində 1100 manat dəyərində “Gradella” yazısı olan böyük ölçüdə klon ilə birlikdə, bir ədəd 1350 manat dəyərində 15 qram çəkidə olan Türkiyə istehsallı 583 əyarlı qızıl qolbağın, bir ədəd 1800 manat dəyərində 20 qram çəkidə olan Rusiya istehsallı 583 əyarlı qızıl qolbağın, bir ədəd 2000 manat dəyərində briliant qaşlı nişam üzüyünün, 1 ədəd 810 manat dəyərində 9 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan sadə qaşlı qadın üzüyünün, 1 ədəd 700 manat dəyərində 7 qram çəkidə 583 əyarlı İtaliya istehsalı olan sadə qaşlı qadın üzüyünün, 1 ədəd 450 manat dəyərində 5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan sadə qaşlı qadın üzüyünün, 1 ədəd 360 manat dəyərində 4 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan sadə qaşlı qadın üzüyünün, 1 ədəd 810 manat dəyərində 9 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan sadə gül qaşlı qadın üzüyünün, 1 ədəd 1080 manat dəyərində 12 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan sadə qaşlı qadın üzüyünün, 1 ədəd 720 manat dəyərində 8 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan sadə qaşlı qadın üzüyünün, 1 ədəd 360 manat dəyərində 4 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan sadə qaşlı qadın üzüyünün, 1 ədəd 135 manat dəyərində 1,5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan sadə kiçik qaşlı qadın üzüyünün, 1 ədəd 270 manat dəyərində 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan sadə qaşlı kişi üzüyünün, 1 ədəd 540 manat dəyərində 6 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan sadə qaşlı kişi üzüyünün, bir ədəd 2430 manat dəyərində 27 qram çəkidə olan Rusiya istehsalı qızıl qadın qol saatının, 1 ədəd 1530 manat dəyərində 17 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan gül formalı sadə qaşlı qızıl sırğanın, 1 ədəd 450 manat dəyərində 5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan dairəvi formalı qızıl sırğanın, 1 ədəd 540 manat dəyərində 6 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan səbət formalı qızıl sırğanın, ümumi dəyəri 3510 manat olan iki ədəd 17 qramlıq, bir ədəd 5 qramlıq Rusiya istehsalı olan qızıl qadın boyunbağının, bir ədəd 450 manat dəyərində 5 qram çəkidə sadə qaşlı qızıl dini klonun, bir ədəd 360 manat dəyərində Rusiya istehsalı olan uşaq üçün 4 qram çəkidə qızıl qolbağın, 2 qram çəkidə 180 manat dəyərində qızıl hissələrinin və ümumi dəyəri 100 manat olan 2 ədəd böyük ölçülü gümüş üzüyün oğurlanmasını, hadisə ilə əlaqədar şübhələndiyi adamın olmadığını, baş vermiş oğurluq hadisəsi nəticəsində 6000 manat pul və 30135 manat dəyərində qızl zinət əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə 36135 (otuz altı min yüz otuz beş) manat maddi ziyan dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən ona 3000 (üç min) manat ziyan ödənilmişdir, onun barəsində yüngül cəza verilməsini, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəyən ziyan ödənilmədiyindən ona ağır cəza verilməsini və ziyanın ödənilməmiş hissəsinə münasibətdə mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ona vurulmuş ziyandan 3000 (üç min) manat ödəmiş, 1500 (bir min beş yüz) manat pulu isə 01 (bir) il ərzində ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Ona qarşı heç bir şikayəti yoxdur, onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi və məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2227-9/3615 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş zərgərlik məmulatlarının istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti 16333 manat müəyyən edilir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-233/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2505 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Respublika Narkoloji Mərkəzi X5 tərəfindən verilmiş xx/xx- 8191 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Respublika Narkoloji Mərkəzində müalicədə olmamış və qeydiyyatda yoxdur. İş materiallarında olan Respublika Psixiatriya Xəstəxanası X5 tərəfindən verilmiş 6151 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Respublika Psixiatriya Xəstəxanası müalicə olunmamışdır. İş matertiallarında olan 11 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş matertiallarında olan 32 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan nikah və doğum şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində 01 azyaşlı uşağı vardır (xx.xx.2015-ci il təvəllüdlü X3). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-130/2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, cəzası qəti olaraq 03 il 07 ay 28 gün müddətinə azadlıqdan məhumetmə cəzasında saxlanılmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs 3000 (üç min) manat pul ödəmiş, əlavə olaraq 1500 (bir min beş yüz) manat pulu 12 (on iki) aya ödəyəcəyinə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 10 ədəd sarı rəngli üzük, 02 ədəd gümüşü rəngli üzük, 03 cüt sirqa, 01 ədəd qol saatı, 05 ədəd boyun bağı, 01 ədəd klon, 03 ədəd sarı rəngli və 01 ədəd gümüşü rəngli qolbaq, 01 ədəd kürə formalı qızıl metal, eləcə də, boyun bağının birinin üzərində olan klon ilə birlikdə Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. İş materiallarında olan ********* nömrəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 3000 (üç min) manat pul ödəmişdir. İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddi zərərə görə 6.000+500+100+3000 manat, ümumilikdə 9600 manat, mənəvi zərərə görə isə 15000 manat, cəmi 24.600 manat, habelə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu pulunun alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ərizəsindən müəyyən olunur ki, iddia ərizəsinə dəyişiklik edərək həmin ərizədə Təqsirləndirilən şəxs1 ona dəymiş maddi ziyandan qalan 1500 (bir min beş yüz) manat pulun və mənəvi ziyanla bağlı mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərini əks etdirən 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs mənzilinin giriş qapısının üzərində yerləşən dəmir nəfəsliyi kəsdiyi bir ədəd laqonda və sonuncunun mənzlinə baxış keçirilən zaman götürülmüş laqondanın dəstəyi maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarlndan müəyyən olunur ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilməsi protokolundan görünür ki, həmin mobil telefonun “Zənglər” bölməsinə daxil olub baxış keçirilən zaman “Tapdiq Sumgait” kimi qeyd olunmuş 070 851-46-48 mobil nömrəsi ilə müxtəlif tarixlərdə, eləcə də xx.xx.2021-ci il tarixdə saat 06:24-də 1 dəqiqə 3 saniyə, həmin nömrə ilə xx.xx.2021-ci il tarixdə saat 11:31-də 6 dəqiqə 50 saniyə danışıq olması, həmin nömrə ilə xx.xx.2021-ci il tarixdə saat 13:36-da və 13:37-də cavabsız zənglər, həmin nömrə ilə xx.xx.2021-ci il tarixdə saat 13:37-də 8 saniyə saniyə danışıq olması, həmin nömrə ilə xx.xx.2021-ci il tarixdə saat 13:42-də 15 saniyə, həmin tarixdə saat 13:47-də 16 saniyə, həmin tarixdə saat 15:34-də 3 saniyə, həmin tarixdə saat 15:50-də 37 saniyə, həmin tarixdə 16:07-də 16 saniyə, həmin tarixdə saat 16:33-də 48 saniyə, həmin tarixdə 17:28də 15 saniyə, həmin tarixdə saat 17:31-də 26 dəqiqə 28 saniyə, həmin tarixdə 19:24-də 3 dəqiqə 20 saniyə, həmin tarixdə saat 22:28-də 5 dəqiqə 9 saniyə danışıqlar olması, eləcə də həmin nömrəyə xx.xx.2021-ci il tarixdə dəfələrlə cavabsız zənglər olunması görünür. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, “Tapdiq Sumgait” kimi qeyd olunmuş 070 851-46-48 mobil nömrəsi Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrədir və həmin zənglərin sonuncu ilə onun arasında olan danışıqlardır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmədi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 01 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə razılığa gəlməsi, ona qarşı şikayətinin olmaması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, onlar həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaslı, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin olunmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 45.00 (qırx beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 02 gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 45.00 (qırx beş) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olan 10 ədəd sarı rəngli üzük, 02 ədəd gümüşü rəngli üzük, 03 cüt sirqa, 01 ədəd qol saatı, 05 ədəd boyun bağı, 01 ədəd klon, 03 ədəd sarı rəngli və 01 ədəd gümüşü rəngli qolbaq, 01 ədəd kürə formalı qızıl metal, eləcə də, boyun bağının birinin üzərində olan klon ilə birlikdə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd laqonda və laqondanın dəstəyi məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 45.00 (qırx beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 47, mənzil 52 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 45.00 (qırx beş) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan 10 ədəd sarı rəngli üzük, 02 ədəd gümüşü rəngli üzük, 03 cüt sirqa, 01 ədəd qol saatı, 05 ədəd boyun bağı, 01 ədəd klon, 03 ədəd sarı rəngli və 01 ədəd gümüşü rəngli qolbaq, 01 ədəd kürə formalı qızıl metal, eləcə də, boyun bağının birinin üzərində olan klon ilə birlikdə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd laqonda və laqondanın dəstəyi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin olunsun. Cinayət əməli nəticəsində 1500 (biri min beş yüz) manat məbləğində pulun təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs1 alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-47/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-47/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver