Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-47/2023 18.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Zəngilan rayonu, Şamlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 1(012)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 66.5 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində müalicə almaq üçün getdiyi «Sumqayıt Hospital»da olarkən orada həkim işləyən Zərərçəkmiş şəxs kabinetini tərk edərək qapını bağlayıb açarını qapının üzərində saxlamasından istifadə edərək açarla qapını açaraq qanunsuz içəri daxil olub kabinetdə olan masanın siyirməsindən Zərərçəkmiş şəxs məxsus 150 (bir yüz əlli) manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş və ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində qanını yuduzdurmaq üçün Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən «Sumqayıt Hospital»a getmiş və hospitalın inzibati binasına daxil olmuşdur. Onun pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. O, koridorda növbəsini gözləmiş, bu vaxt otaqlardan birindən həkim çıxıb açarla kabinetin qapısını bağlamış, lakin açarı qapının üzərində qoymuşdur. Həmin kabinetin divarındakı lövhədə Cavid həkim yazılmışdır. Həkim biraz uzaqlaşdıqdan sonra o, qapıya yaxınlaşıb açarla qapını açıb içəri daxil olmuş, masanın altındakı siyirməni açmış, orada olan pul kisəsində və pul kisəsinin yanında pul olduğunu görmüşdür. O, həmin pullardan bir ədəd 100 (bir yüz) manatlıq və bir ədəd 50 (əlli) manatlıq pul əskinaslarını götürmüşdür. Pulları cibinə qoyduqdan sonra otağı tərk etmiş, qapını bağlayıb getmiş və həmin oğurladığı pulları öz ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə yenidən qanını yuduzdurmaq üçün həmin hospitala getmişdir. Bu vaxt həmin həkim ona yaxınlaşıb onun kabinetindən oğurluq edib-etmədiyini soruşmuşdur. O, oğurluq etdiyini etiraf elmiş və oğurladığı məbləği qaytarmağa hazır olduğunu bildirmişdir. Lakin Cavid həkim ona artıq polisə oğurluqla bağlı şikayət etdiyini bildirmişdir. Biraz keçmiş polis əməkdaşları gəlmiş, onu Polis Bölməsinə dəvət etmişlər, o, onlarla birlikdə 1-ci PB-nə getmiş və etdiyi oğurluqla bağlı izahat vermişdir. O, başqa yerdən oğurluq etməmiş, oğurluğu tək etmiş və yanında heç kim olmamışdır. Əməlindən peşman olmasını, himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, İİ Qarabağ müharibəsində iştirak etməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, «Sumqayıt Hospital»da ginekoloq-həkim vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 12:00-13:00 radələri arasında xəstəxanada cərrahiyyə əməliyyatına girmiş, əməliyyatdan çıxıb kabinetinə qayıtmış və masasının siyirməsinə baxarkən orada olan pulundan 150 (bir yüz əlli) manatın orada olmadığını görmüşdür. O, pulun oğurlandığından şübhələnmişdir. Bundan sonra bu barədə mühafizəçilərə məlumat vermiş və onlar birlikdə müşahidə kameralarına baxmışlar. Bundan sonra məlum olmuşdur ki, bir nəfər oğlan onun kabinetinin qapısını qapının üzərində qalmış açarla açaraq içəri daxil olmuş və qısa müddətdən sonra kabinetdən çıxmışdır. O, bilmişdir ki, pulu həmin şəxs oğurlamışdır. Bundan sonra bu barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Sonradan ona həmin şəxsin adının Bəhruz olduğu məlum olmuşdur. O, həmin videogörüntüləri 01 (bir) ədəd diskdə təqdim etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan müşahidə kamerası ilə çəkilmiş videogörüntüyə baxış keçirilmişdir. Həmin görüntüdən müəyyən olunur ki, orta boylu, boz rəngli qısaqol köynək və tünd rəngli şalvarda olan şəxs qapıya yaxınlaşaraq qapının üzərindəki açarla qapını açaraq içəriyə daxil olur. Sonra həmin şəxs otaqdan çıxır və qapını açarla bağlayıb oradan uzaqlaşır. Video görüntüyə baxıldıqdan sonra Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu bildirdi. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 18 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşaq vardır (xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3). İş materiallarında olan əmrlərdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində hərbiçi olaraq arxa cəbhədə iştirak etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 66.5 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 1(012)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 66.5 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hökmü ilə təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) ay 10 (on) gününü çəkmiş və çəkilməmiş cəzası 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün təşkil edir. Təqsirləndirilən şəxs təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan cinayətlərin residivi kimi qiymətləndirilmir, lakin o, məhkumluğu olan şəxsdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 181-ci maddələrin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini və İİ Qarabağ müharibəsində hərbiçi olaraq arxa cəbhədə iştirak etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə ittiham, müdafiə tərəfini və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Rüstəmov X1 Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 10 (on) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın çəkilməmiş 02 (iki) il 10 (on) ay 17 (on yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/6A, mənzil 45 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-47/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-47/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver