Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-470/2022 05.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim Hacıyev Zaur Arif oğlunun, Məhkəmə iclas katibi X6, Xüsusi ittihamçılar X11 və X9 nümayəndələri və vəkilləri Müdafiəçi1, Barəsində Xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 və X14 xüsusi ittiham qaydasında şikayətlə X3 Azərbaycan Respublikası CMnin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində ittiham hökmü çıxarılmaqla müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X5 özünə məxsus instaqram profilindən və fake səhifələrdən 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayınadək, həmin ayların müxtəlif günlərində, “instaqram” internet saytında X12 məxsus olan “st_group_inshaat” səhifəsinə onun tutduğu işinə, şəxsiyyətinə, şərəf və ləyaqətinə yaraşmayan, həqiqətə uyğun olmayan, təhqiramiz sözlərlə və böhtanlarla hər kəsin görə və oxuya biləcəyi şəkildə onu təhqir etmiş, yalan informasiyalar yerləşdirmişdir. Mehriban Nəsibova onun barəsində yalan olduğunu bilə-bilə, onun ləyaqətini ləkələyən, nüfuzdan salan, həqiqət uyğun olmayan təhqir və böhtan xarakterli məölumatları sosial şəbəkələrdə yaymaqla, ona cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində şərəf və ləyaqətini alçaltmış, tikinti, təmir və ümumiyyətlə inşaat sahəsində nüfuzdan salaraq işgüzar nüfuzuna xələl yetirmişdir. Qeyd edilən hallar “instaqram” internet saytında “st_gropu_inshaat” internet səhifəsində, həmçinin ailə həyatı quracağı X7 “dr_inare” adlı instaqram səhifəsində bilə-bilə, onun ləyqatəni ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan təhqir və böhtan arakterli məlumatlar yerləşdirməsi öz əksini tapmışdır. Xüsusi ittihamçı X7 müdafiəçisi Müdafiəçi1 məhkəmə baxışı zamanı ərizə təqdim edərək bildirmişdir ki, X1 İnarə Azər qızına zəng edərək onun barəsində sosial şəbəkələrdə heç bir məlumat paylaşmadığını bildirmiş və onu inandırmaq üçün övladlarının canına and içmişdir. X2 Mehriban Sərəstan qızının ona zəng etməyini və xanım olmağını nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətindən imtina edir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 bildirmişdir ki, hal-hazırda xüsusi ittihamçı X11 şikayətini geri götürmüşdür. Buna görə də, o, X8 münasibətdə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 vəkili Müdafiəçi2 xüsusi ittihamçı X7 şikayətindən imtina etdiyinə görə ona münasibətdə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakşılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X3 Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında aparılan icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimaixüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır.Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 15-cı hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafıə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilsin. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafıəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafıə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir. Həmin qərarın 17-ci bəndində məhkəmələrə izah edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X11 xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyindən və bu fakt onun müdafiəçisi vasitəsi ilə məhkəməyə ünvanladığı yazılı ərizəyə əsasən təsdiq olunduğundan şikayət üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.7, və 321-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Xüsusi ittihamçı X7 X5 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilsin. X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibindən xüsusi ittihamçı X11 imtina etdiyi görə ona aid hissədə xüsusi ittiham qaydasında şikayəti üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-470/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-470/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver