Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-470/2023 26.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi və vəkili Nümayəndə, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəbrayıl rayonunun Maralyan kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri Zərərçəkmiş şəxs QSC-nin nəzdində fəaliyyət göstərən X7 binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən Xəzər “QSC”-yə məxsus X6n ümumi dəyəri 200 manat olan 2 ədəd eni 1,5 m, uzunluğu 1,5m, qalınlığı 5 mm olan plastik pəncərəni, ümumi dəyəri 200 manat olan 2 ədəd eni 1,7m, uzunluğu 1,7m dəmir barmaqlığı və ümumi dəyəri 1000 manat olan 1 ədəd polad materialdan, eni 3m, uzunluğu 4m olan dəmir qapını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 1400 (min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2022ci il tarixdə, günorts saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən Xəzər “QSC”-yə məxsus X6n ümumi dəyəri 1000 manat olan 1 ədəd hündürlüyü 3 m, eni 4m, qalınlığı 3 mm olan köhnə dəmir darvazanı, ümumi dəyəri 400 manat olan 1 ədəd hündürlüyü 3m, eni 4m, qalınlığı 3mm olan dəmir darvazanın 1 tayını və ümumi dəyəri 160 manat olan 200 m uzunluğunda 25-lik plastik borunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə 1560 (min beş yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2022ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən Xəzər “QSC”-yə məxsus X6n ümumi dəyəri 160 manat olan 1 ədəd eni 2m, hündürlüyü 1m olan dəmir seyf qapını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 160 (yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olmaqla, 2005-ci ildən etibarən Sumqayıt şəhəri, Kimyaçılar küçəsində yerləşən Zərərçəkmiş şəxs QSC-yə məxsus X6 anası Narışla birlikdə köçüb bazanın ərazisində yerləşən 2 otaqda məskunlaşmışlar. X9 Bazası fəaliyyəti dayandırmışdır, bazanın həyətində bir neçə istifadə olunmayan tikililər vardır. Bir müddətdən sonra rəsmi olaraq müqavilə əsasında həmin 2 otaqda qalmaqlarının icarə haqqı əvəzinə Zərərçəkmiş şəxs QSC -yə məxsus X7 mühafizəçisi işləmişdir. Hadisədən təxminən 1 il öncədən narkotik vasitə heroindən istifadə edirmiş, pulu olmadığından bazanın həyətində olan istifadə olunmayan tikililərdən metal əşyaları götürüb metal qəbulu məntəqələrinə satmağa qərara gəlmişdir. İlk dəfə xx.xx.2022-ci il tarixdə günorta saatlarında bazanın həyətində olan tikilinin 2 ədəd plastik pəncərəsini, 2 ədəd dəmir barmaqlığını və 1 ədəd dəmir qapısını yerindən çıxartmışdır və əl arabasına qoyub çölə çıxartmışdır, yolda olan zaman qeydiyyat nömrəsini bilmədiyi və sürücüsünü tanımadığı “Qazel” avtomobil saxlayıb metalları hara apardığını, özü metal tullantıları yığdığını və əgər satırsa almaq istədiyini demişdir. O, həmin şəxslə razılaşıb bazadan oğurladığı 2 ədəd plastik pəncərəni, 2 ədəd dəmir barmaqlığı və 1 ədəd dəmir qapını ümumillikdə 60 manata satmışdır. Əldə etdiyi pulu xərcləmişdir. Bir neçə gündən sonra pulu qurtardığı üçün bazanın həyətindən yenidən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında bazanın həyətində olan tikilidən 1 ədəd dəmir darvazanı, digər dəmir darvazanın bir tayını yerindən çıxartmışdır, həmçinin həyətdə olan təxminən 200 metr uzunluğunda 25-lik köhnə plastik borunu götürüb əl arabasına qoyub çölə çıxartmışdır, yolda olan zaman qeydiyyat nömrəsini və markasını bilmədiyi yük avtomobilinin tanımadığı sürücüsünə bazadan oğurladığı 1 ədəd dəmir darvazanı, digər dəmir darvazanın bir tayını və plastik boruları ümumillikdə 40 manata satmışdır. Əldə etdiyi pulu özünə və narkotik üçün xərcləmişdir. Bir neçə gün sonra pulu qurtardığı üçün bazanın həyətindən yenidən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında bazanın həyətində olan tikilidən 1 ədəd dəmir qapını yerindən çıxardıb əl arabasına qoyub çölə çıxartmışdır və bazadan biraz aralıda yolun kənarında kolluqların arasında gizlətmişdir ki, rastına çıxan avtomobillərlə metal yığan şəxslərə satsın, lakin sata bilməmişdir. Sonradan bilmişdir ki, bazanın müavini Şahid1 baş vermiş oğruluqla bağlı polisə şikayət etmişdir, polislər onu saxlayanda o, törətdiyi oğurluqları etiraf etmişdir və sonuncu dəfə oğurladığı 1 ədəd dəmir qapını təqdim etmişdir. Həmin əşyaları tək oğurlamışdır, həmin vaxt yanında heç kim olmamışdır və ətrafda heç kim olmamışdır, onu heç kim görməmişdir Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, eksper rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, “Xəzər QSC’nin hüquqşünası işləyir və Sumqayıt şəhər 1 saylı vəkil büosunun vəkilidir. Zərərçəkmiş şəxs QSC-yə məxsus Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində yerləşərı, X6n baş vermiş oğurluq hadisəsi ilə bağlı QSC-nin adından etibarnamə ilə iştirak edir. xx.xx.2022-ci il tarixdə bazadan 2 ədəd eni 1,5 m, uzunluğu 1,5 m, qalınlığı 5 mm olan plastik pəncərə, 2 ədəd hər biri eni 1,7 m, uzunluğu 1,7 m olan dəmir barmaqlıq və 1 ədəd polad materialdan eni 3 m, uzunluğu 4 m olan dəmir qapı oğurlanmış, bazanın müavini Şahid1 dərhal DİN-102 xidmətinə bu barədə məlumat vermişdir. Qeyd edir ki, bazada Kamil və anası Narış yaşayır. Bundan əlavə xx.xx.2022-ci il tarixdə 1 ədəd hündürlüyü 3 m, eni 4 m, qalınlığı 3 mm olan köhnə dəmir darvaza, 1 ədəd hündürlüyü 3 m, eni 4 m, qalınlığı 3 mm olan köhnə dəmir darvazanın 1 tayını və 200 metr uzunluğunda 25-lik plastik borunun yerində olmadığı və oğurlanmasını bazanın müavini Nəemət Kərimov aşkar etdikdən sonra DİN-102 xidmətinə məlumat vermişcir. Baş vermiş oğurluq nəticəsində bazaya 500 manat ziyan dəymişdir. Bundan başqa xx.xx.2022ci il tarixdə 1 ədəd eni 2 m, hündürlüyü 1 m olan dəmir seyf qapının yerində olmadığını bazanın müavini Şahid1 görmüş və bu barədə də DİN-102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Qeyd edir ki, seyf qapının təxminin qiyməti 300 manat dəyərindədir. Bundan əlavə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizədə Zərərçəkmiş şəxs QSC-yə dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələblərinin, şikayətlərinin və mülki iddialarının olmamasını göstərərək sonuncuya yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ki, Xəzər QSC məxsus Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində yerləşən X7 müavini vəzifəsimdə işləyirəm. . 02.08,2022-ci il tarixdə günorta saatlarında bazaya gedərkən 2 ədəd plastik pəncərinin, 2 ədəd dəmir barmaqlığın və 1 ədəd dəmir qapının yerində olmadığım görmüşdür. Həmin əşyalar yerindən çıxarıldığı üçün oğurluq olduğunu başa düşmüş və dərhal DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Qeyd edir ki, o, sonuncu dəfə bazada xx.xx.2022-ci il tarixdə olmuşdur. Ona görə də həmin oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə baş vermişdir. Qeyd edir ki, bazada Kamil və anası Narış yaşayır və oranı mühafizə edirlər. Baş vermiş oğurluq nəticəsində 1000 manat dəyrində maddi ziyan dəymişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə günorta saatlarında bazaya gedərkən 1 ədəd dəmir darvazanın, 1 ədəd köhnə dəmir darvazanın 1 tayım və 1 ədəd 200 metr uzunluğunda 25-lik plastik borunu yerində olmadığını və oğurlanmasını başa düşmüş və dərhal DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Qeyd edir ki, həmin vaxt sonuncu dəfə 1 gün əvvəl xx.xx.2022-ci il tarixdə səhər saatlarında bazada olmuşdur. Baş vermiş oğurluq nəticəsində 500 manat dəyrində maddi ziyan dəymişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə bazada olarkən 1 ədəd dəmir seyf qapının yerində olmadığını görmüşdür. Həmin vaxt dərhal DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Bazada mühafizəçi işləyən Narış oğlu Kamilin bazadan oğurluq etdiyini ona demişdir. Seyf qapının təxmini qiyməti 300 manat dəyərindədir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid2 şəxsiyyəti və təqsirləndirilən şəxslə qohumluq münasibəti araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şahid2 oğludur, yəni yaxın qohumudur. Şahid2 yaxın qohumu hesab edilən oğlu, eyni zamanda Təqsirləndirilən şəxs qarşı ifadə verməsinin məcburi deyil, könüllü olması və sonuncunu ifşa etməkdə sərbəstliyinin olması hüquqların izah edilmişdir. Şahid2 isə ifadə vermək istəmədiyini bildirmişdir. Bununla belə müəyyən edilmişdir ki, Şahid2 ibtidai istintaq dövründə ifadə vermiş və həmin ifadə məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olmaqla, 2005-ci ildən etibarən Sumqayıt şəhəri, Kimyaçılar küçəsində yerləşən Zərərçəkmiş şəxs QSC-yə məxsus X1 birlikdə köçüb bazanın ərazisində yerləşən 2 otaqda məskunlaşmışlar. X8 Bazası fəaliyyəti dayandırmışdır, bazanın həyətində bir neçə istifadə olunmayan tikililər vardır. Bir müddətdən sonra rəsmi olaraq müqavilə əsasında həmin 2 otaqda qalmaqları icarə haqqı əvəzinə oğlu Kamil Zərərçəkmiş şəxs QSC-yə məxsus X7 mühafizəçisi işləyirdi. O da oğluna köməklik edir. Bir neçə gün əvvəl görmüşdür ki, bazanın həyətində olan tikililərin qapı və pəncərələri yoxdur, bu barədə Kamildən soruşanda demişdir ki, bazanın həyətində yerləşən tikilidən köhnə dəmir qapı və digər istifadə olunmayan metal əşyaları aparıb satmışdır. O, Kamili bu hərəkətinə görə danlasa da ona əhəmiyyət verməmişdir. O, düşünmüşdür ki, Kamil bazanın həyətindən yenə də oğurluq edə bilər, ona görə də bu bardə bazanın müavini Nemətə bildirmişdir. Sonradan Nemətin bazanın həyətində baş vermiş oğurluq barədə polisə şikayət etməsini bilmişdir. Kamilin bazanın həyətindən konkret olaraq hansı əşyaları oğurladığını dəqiq bilmir və oğurladığı əşyaları kimə və haraya satması barədə məlumatı yoxdur, Kamil ona bu barədə heç nə deməmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-70-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 177-178-ci vərəqələrində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 219-222-ci vərəqələrində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 227-ci vərəqəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili tərəfindən tərtib edilmiş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 100-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6982 saylı ekspert rəyindən görünür ki, qərarın təsviri hissəsində göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 2 ədəd eni 1,5m, uzunluğu 1,5m, qalınlığı 5 mm olan plastik pəncərə 200,0 manat (2ədəd x 100 amant); 2 ədəd eni 1,7m, uzunluğu 1,7m dəmir barmaqlıq 200 manat (2ədədx100manat); 1 ədəd polad material, eni 3m, uzunluğu 4m dəmir qapı 1000,0 manat; 1 ədəd hündürlüyü 3 m, eni 4m, qalınlığı 3mm olan köhnə dəmir darvaza 1000,0 manat; 200 m uzunluğunda 25-lik plastik boru 160 manat (200mx0,80man); 1 ədəd eni 2m, hündürlüyü 1m olan dəmir seyf qapı 160 manat; 1 ədəd hündürlüyü 3m, eni 4m, qalınlığı 3mm olan dəmir darvazanın 1 tayı 400 manat. Cinayət işinin 101-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 125-130-ci vərəqələrində olan xx.xx.2023-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd hündürlüyü 03 metr, eni 4 metr, qalınlığı 3 milli metr olan dəmir darvazanının 1 tayı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs QSC-yə təhvil verilmişdir. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarına əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan 1 MKİS tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs QSC-yə dəymiş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir tələbləri, şikayətləri və mülki iddiaları yoxdur və sonuncuya yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qedyin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 09 oktyabr 2023-cü il tarixdən hazırkı tarixədək, yəni 26 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 17 (on yeddi) gün, ümumilikdə 19 (on doqquz) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) ay 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Zərərçəkmiş şəxs QSC-nin nəzdində fəaliyyət göstərən X7 binasını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd hündürlüyü 03 metr, eni 4 metr, qalınlığı 3 milli metr olan dəmir darvazanının 1 tayının saxlanılması üçün Zərərçəkmiş şəxs QSC-yə verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 09 oktyabr 2023-cü il tarixdən hazırkı tarixədək, yəni 26 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 17 (on yeddi) gün, ümumilikdə 19 (on doqquz) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) ay 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Zərərçəkmiş şəxs QSC-nin nəzdində fəaliyyət göstərən X7 binasını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd hündürlüyü 03 metr, eni 4 metr, qalınlığı 3 milli metr olan dəmir darvazanının 1 tayının saxlanılması üçün Zərərçəkmiş şəxs QSC-yə verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-470/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-470/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver