Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-470/2024 21.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Niyaz oğlunun, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxx 1966-cı ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, 28 may qəsəbəsi, fərdi nömrəsiz yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Niyaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Niyaz oğlu bilə-bilə hüquq verən saxta vəsiqədən təkrar istifadə etmişdir. Belə ki, Gürcüstan Respublikası vətəndaşı X1 nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən “C” kateqoriyalı vəsiqə hesab edilən Türkiyə Respublikasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Türkiyə Respublikasının “В, B1, C, C1, C1E, CE, D, D1" kateqoriyalı AB 251789 nömrəli sürücülük vəsiqəsini 2022-ci ilin avqust ayında istintaqa məlum olmayan tarix və saatda Gürcüstan Respublikasının Rustavi şəhərində şəxsiyyəti istintaqa məlum olmayan “Dato” adlı şəxsdən əldə etmiş, həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə 16 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BC021679” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Bundan başqa Gürcüstan Respublikası vətəndaşı X1 16 sentyabr 2022-ci il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının “BC021679’' nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin vəsiqəni dəyişdirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Türkiyə Respublikasının “В, B1, C, C1, C1E, CE, D, D1” kateqoriyalı AB 251789 nömrəli sürücülük vəsiqəsini və həmin saxta sürücülük vəsiqəsini təqdim etməklə 16 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “BC021679” nömrəli sürücülük vəsiqəsini 15 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Niyaz oğlu Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Niyaz oğlu ona qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gürcüstan Respublikasında yaşadığı dövrdə “В” kateqoriyası üzrə Gürcüstan Respublikasına məxsus sürücülük vəsiqəsi olmuşdur. 2022-ci ilin yay ayında Azərbaycanda olarkən “В” kateqoriyası ilə yanaşı həmçinin “C” kateqoriyalı sürücülük vəsiqəsi də əldə etmək qərara gəlmişdir. 2022-ci ilin iyun ayının sonlarında Gürcüstan Respublikasının Rustavi şəhərinə yeni sürücülük vəsiqəsi almaq məqsədi ilə getmişdir. Sürücülük vəsiqəsini almaq üçün rəsmi qaydada verilən inzibati binanın yaxınlığında yerləşən maşın alqı-satqısı həyata keçirilən bazara getmişdir. "Rəsmi dövlət orqanında ona həmin sürücülük vəsiqəsinin çətinliklə veriləcəyini anladığından bu məqsədlə daha rahat sürücülük vəsiqəsini əldə etmək məqsədi ilə maşın bazarında olan şəxslərdən birinə yaxınlaşmışdır. Həmin şəxs özünü ona Dato adı ilə təqdim etmişdir. O, Datoya “C” kateqoryası üzrə sürücülük vəsiqəsi əldə etmək istədiyini, lakin bu sahədə hər hansı nəzəri və praktiki biliyinin olmadığını bildirmişdir. Dato ona köməklik edəcəyini, heç bir problem olmadığını, sadəcə həmin şəxsə pasportunun şəklini verəcəyi təqdirdə ona sürücülük vəsiqəsi hazırladacağını bildirmiş və bunun müqabilində ondan 300 (üç yüz) ABŞ dolları məbləğində pul istəmişdir. O da həmin məbləğdə pulu və pasportunu Datoya vermişdir. Dato ona saxta sürücülük vəsiqəsinin 01 (bir) ay müddətinə hazırlanıb təhvil veriləcəyini bildirmişdir. O da rəsmi dövlət orqanına müraciət etmədən və hər hansı sənəd təqdim etmədən saxta sürücülük vəsiqəsi əldə etməkdən ehtiyat etmişdir. Lakin Dato ona narahat olmamağı, heç bir problem olmayacağını, ondan başqa müxtəlif şəxslərə də saxta sürücülük vəsiqəsi hazırlatdığını və problem yaranmadığını bildirmişdir. O da həmin şəxslə razılaşmışdır. 01 (bir) ayın sonunda, yəni 2022-ci ilin avqust ayında Rustavi şəhərində Dato ona həmin saxta sürücülük vəsiqəsini təqdim etmişdir. Təqdim edilən sürücülük vəsiqəsində (nömrəsi **********3) verilmə tarixi 01 (bir) il öncəyə yəni, xx.xx.2021-ci il kimi qeyd olunmuş və hətta Gürcüstanda hazırladılmasına baxmayaraq Türkiyə Cümhuriyyətinə məxsus olduğu üzərində qeyd olunmuşdur. Bundan başqa “C” kateqoriyalı vəsiqə əldə etmək üçün Datoya müraciət etsə də, Dato həmin sürücülük vəsiqəsinin üzərinə əlavə olaraq hətta “D” kateqoriyasını da heç bir imtahansız və sənədsiz yazdırmışdır. Yəni sürücülük vəsiqəsinin saxta olması həddindən artıq çox özünü büruzə vermişdir. Gürcü vətəndaşı olmağına baxmayaraq Türkiyə Respublikasına məxsus sürücülük vəsiqəsi adına hazırlanmışdır. O, Datoya hazırladığı saxta sürücülük vəsiqəsinin ona problem yaradacağını, heç bir zaman Türkiyədə olmadığını və Türkiyə ilə hər hansı bağlılığının mövcud olmadığını bildirmişdir. Dato isə narahat olmamağı heç bir problem olmayacağını, ondan başqa şəxslərə də bu yolla sürücülük vəsiqəsi hazırlatdığını və heç bir problem yaranmadığını bildirmişdir. 2022-ci ilin avqust ayının ortaları Azərbaycan Respublikasına gələrək müvəqqəti yaşamaq ilə bağlı 01 (bir) illik icazə vəsiqəsini aldıqdan sonra 16 sentyabr 2022-ci il tarixdə yeni aldığı sürücülük vəsiqəsini Azərbaycan Respublikasının sürücülük vəsiqəsi ilə dəyişmək üçün Sumqayıt şəhər ASAN Xidmətinə müraciət etmişdir. Sürücülük vəsiqəsinin saxta olduğunu asan xidmətin anlayacağından qorxmuş, lakin bir tərəfdən də Datonun dediklərinə inandığı üçün heç bir problem olmayacağına ümid etmiş və saxta sürücülük vəsiqəsini asan xidmətə təqdim etmişdir. Asan xidmətdə ona 01 (bir) illik müvəqqəti sürücülük vəsiqəsi (vəsiqə nömrəsi BC021679) hazırlanaraq təqdim edilmişdir. Həmin 01 (bir) il müddət ərzində yoxlama aparılacağı və ona məlumat veriləcəyi bildirilmişdir. Lakin üzərindən 01 (bir) il müddət keçdikdən sonra ona məlumat verilməmiş və əldə etdiyi Azərbycan Respublikasına məxsus sürücülük vəsiqəsinin 01 (bir) illik etibarlılıq müddəti bitmişdir. Buna görə yenidən sürücülük vəsiqəsi əldə etmək məqsədilə Türkiyə Respublikasına məxsus xarici sürücülük vəsiqəsini və həmin vəsiqə əsasında əldə etdiyi Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsini 15 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən Asan Xidmətə təqdim etmişdir. Lakin Asan Xidmətdə bildirmişlər ki, həmin təqdim etdiyi verilmə tarixi xx.xx.2021 kimi qeyd olunmuş, Türkiyə Cümhuriyətinə məxsus və nömrəsi AB 251789 kimi qeyd edilən vəsiqə saxtadır. O da artıq iş işdən keçdiyini, xarici sürücülük vəsiqəsinin saxtalığının aşkar olunduğunu anlamışdır. Həmin saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə etməmişdir. Əməlinin məsuliyyətini dərk edir, bilə-bilə saxta sürücülük vəsiqəsi istifadə etdiyinə gorə peşmandır. Gürcüstanda olarkən sürücülük vəsiqəsi əldə etmək üçün hər hansı rəsmi dövlət orqanına müraciət elməmiş, sürücülük nəzəriyyəsi və idarəetmə vərdişləri o qədər də yaxşı olmamış və rəsmi orqanın ona sürücülük vəsiqəsi verməyəciyini bilmişdir. Sürücülük vəsiqəsi əİdə etmək üçün qanunvericiliklə tələb olunan sənədləri Dato adlı şəxsə təqdim etməmiş, Dato ondan yalnız paportunun şəkilini və 300 (üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti istəmişdir. Dato adlı şəxs rəsmi dövlət orqanı işçisi və ya sürücülük vəsiqəsi vermək üçün belə bir səlahiyyəti olan şəxs olmamışdır. Sürücülük vəsiqəsi əldə etməyi bağlı Gürcüstanda onun nəzəriyyə və idarəçilik bacarıqları yoxlanılmamışdır. Dato ona bir neçə sənədə imza çəkdirmişdir. Datoya onun üçün saxta sürücülük vəsiqəsi hazırlatdığına görə 300 (üç yüz) ABŞ dolları məbləğində pul təqdim etmişdir. Dato adlı şəxs təxminən 50 yaşlarında, kök, kişi cinsindən olan bir şəxs olmuşdur, Gürcüstanda yaşamış, nömrəsi onda olmamışdır. Həmin saxta sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsi idarə etməmişdir. Sürücülük vəsiqəsini asan xidmətə təqdim edərkən vəsiqənin saxta olmasından məlumatı olmuş, sadəcə heç bir problem olmayacağını düşünmüşdür. Türk vətəndaşı deyil və indiyə qədər Türkiyə Respublikasında olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-texniki ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 5/1445 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Təqsirləndirilən şəxs adına AB 251789 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Təqsirləndirilən şəxs adına AB 251789 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra" məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Ekspertlərin rəyi işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşdur. İş materiallarında olan Vahid Məlumat-Axtarış Sismətindən (VMAS) çıxarılmış “sərhədkeçmə” haqqında məlumatdan görünür ki, xx xxx 1966-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Niyaz oğlunun ümumvətəndaş pasportu var (№ 18AD89715) və o, xx.xx.2022-ci il tarixdə saat 14:24 radələrində Azərbaycan Respublikası ərazisindən Gürcüstan Respublikası ərazisinə keçmiş, xx.xx.2022-ci il tarixdə saat 01:26 radələrində isə Gürcüstan Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ölkə ərazisini tərk edərək Türkiyə Respublikası ərazisinə sərhədkeçməsi halı aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 10 oktyabr 2023-cü il tarixli “könüllü təqdim edilən əşyanı götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Niyaz oğlunun təqdim etdiyi 01 (bir) ədəd Azərbaycan Respublikasına məxsus BC021679 nömrəli sürücülük vəsiqəsi götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-129464/2023 nömrəli məktubdan və həmin məktubun qoşmasından görünür ki, məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslər (Təqsirləndirilən şəxs Niyaz oğlu xx.xx.1966-ci il, siyahı üzrə 6-cı şəxs) xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş, həqiqiliyi şübhə doğuran sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinə müraciət etmişlər. İş materiallarında olan DİN-in Baş X6 İdarəsinin 25 sentyabr 2023-cü il tarixli müraciətinə əlavə etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs Niyaz oğlu BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin Sumqayıt şəhərində yerləşən “ASAN xidmət” mərkəzindəki məntəqəsinə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etmiş və ona “BC 021679” nömrəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarından görünür ki, Türkiyə Respublikasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2021-cı il tarixli AB 251789 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi və Azərbaycan 1 Respublikasının Təqsirləndirilən şəxs Niyaz oğlunun adına verilmiş xx.xx.2022-ci il tarixli BC021679 nömrəli sürücülük vəsiqəsi cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Niyaz oğlu Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Niyaz oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X5 tərəfindən verilmiş 558 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Niyaz oğlu hal-hazırda verilmiş baza məlumatlarına əsasən müraciət etməmiş və dispanser müşahidəsi aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X5 tərəfindən verilmiş 1085 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Niyaz oğlu arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Niyaz oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Niyaz oğlunun törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Niyaz oğlunun cinayəti təkrar törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Təqsirləndirilən şəxs Niyaz oğlunun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs Niyaz oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Niyaz oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Niyaz oğlunun törətdiyi əməl özünün etirafedici ifadəsi və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Niyaz oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsinin sanksiyası həddində, cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Niyaz oğluna cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 70,00 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs Niyaz oğlundan tutulub dövlət büdcəsinə köçürülməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış Türkiyə Respublikasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2021-cı il tarixli AB 251789 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi və Azərbaycan 1 Respublikasının Təqsirləndirilən şəxs Niyaz oğlunun adına verilmiş xx.xx.2022-ci il tarixli BC021679 nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Niyaz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib 1100 (bir min yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Niyaz oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 70,00 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs Niyaz oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Türkiyə Respublikasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2021-cı il tarixli AB 251789 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi və Azərbaycan 1 Respublikasının Təqsirləndirilən şəxs Niyaz oğlunun adına verilmiş xx.xx.2022-ci il tarixli BC021679 nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Niyaz oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-470/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-470/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver