Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-470/2025 09.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə , xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üç azyaşlı uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 11, mənzil 45-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 29 may 2025-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs yaşadıqları, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evində və daha sonra həmin evin arxasında küçədə aralarında yaranmış qısqanclıq zəmnində mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs burun nahiyyəsindən əl zərbəsi ilə vuraraq, həmçinin yerə yıxıb sürüyərək ona «burun sümüyünün burunla tənəffüsü pozan sınığı, burnun sol gözaltı nahiyyəni tutan qançırı, sağ dizin qançır və sıyrığı, sol dizin qançırı» kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa azağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Süsənbər həyat yoldaşıdır. Üç azyaşlı uşaqları vardır. Son vaxtlar münasibətləri yaxşı olmamışdır. Aralarında mübahisə olandan əvvəl Süsənbər atası evinə getmişdir. Son vaxtlar internetdə bir qadınla kişinin intim videosunu görmüş, həmin Videonun arvadı Süsənbərlə Süsənbərin qardaşı İlkin olduğunu fikirləşmişdir. Ona görə də 29 may 2025-ci il tarixdə bununla bağlı Süsənbərlə aralarında mübahisə olmuş, Süsənbərə yalnız iki sillə vurmuşdur. Süsənbərin burnunu o sındırmamışdır. Süsənbər onunla ailə qurmazdan əvvəl burnu sınıq olmuş, bununla bağlı dəfələrlə müalicə almışdır. Hazırda arvadı Süsənbərlə barışmaq niyyəti yoxdur. Hesab edir ki, arvadı öz qardaşı ilə ona xəyanət etmişdir. Hesab edir ki, bu işdə onun heç bir təqsiri yoxdur. Hazırda himayəsində bir azyaşlı uşağının olmasını, yaşlı anasına da onun baxmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyət olduğundan onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ildə o, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladı var. 2024-cü ilin yay aylarında Süsənbərlə aralarında münaqişə yarandığı üçün qardaşı X4 ilə gəlib onu evdən götürərək apardı. Təxminən 15-20 gün onlarla əlaqə saxlaya bilməmiş və harada olduqlarını ona bildirmədilər. Həmin müddətdə o, internetdə “Azerisex” porno saytına baxan zaman bir qadınla kişinin intim videosunu görüb, həmin şəxslərin Süsənbərlə qardaşı İlkin olmasından videoda qadınla kişinin sifətləri düşməsə də qadının bədənindən Süsənbərə çox oxşadır. Bu barədə Süsənbər və İlkinə bildirmiş və buna görə şübhələrlə yaşamağa başlamışdır. xx.xx.2025-ci il tarixdə, təxminən saat 10:00 radələrində yaşadıqları evdə o, yenə Süsənbərə həmin videodakı şəxslərin qardaşı ilə o, olduğunu bildirmişdir. Süsənbər də əcəb elədiklərini deyib, onunla münaqişə etməyə başlamışdır. Süsənbər də onun yenicə əməliyyatdan çıxmağına baxmayaraq, əməliyyat yerinə vurmağa başlamışdır. O, da sillə ilə Süsənbərin üzünə vurmuşdur. Onlar dalaşmağa başlamış və Süsənbər onun sol qolundan, sol ayağından dişləyib, bədənini cırmaqlamışdır. O, DİN-in «102» Xidmətinə zəng vuraraq şikayət etmiş və görmüşdür ki, anası Bəyim onlara gələrək Süsənbəri özü ilə aparır. O, arxaları ilə küçəyə çıxaraq Süsənbəri tutub, evə qayıtmasını istəmişdir. Süsənbər yerdən daş parçası götürən zaman, o, da onu yerə yıxaraq yenə sürüməyə başlamışdır. Yerdə sillə ilə vurmuşdur. Ora gələn anası Cəmilə və qaynanası Bəyim onları ayırmış və yoldan keçən bir qadın onları görərək DİN-in «102» Xidmətinə şikayət etmişdir. O, da anası ilə oradan çıxaraq evə qayıtmışdır. Məhkəmədə zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs Qəzənfər qızı ifadəsində göstərmişdir ki, 2015-ci ildə o, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladları var. Əvvəllər münasibətləri normal olsa da son 2-3 ildir ki, Emin mütəmadi olaraq evdə münaqişələr yaradır. Təxminən bir aydır ki, Emin internetdən götürdüyü erotik bir videonu göstərərək, həmin videoda olan şəxslərin qardaşı X4 ilə onun olduqlarını iddia edərək evdə münaqişələr yaradır. xx.xx.2025-ci il tarixdə təxminən saat 10:00 radələrində yaşadıqları evdə Emin yenə onu əxlaqsızlıqda ittiham edərək münaqişə yaratmış və yumruq, təpiklərlə sifətindən, burnundan, başından, qollarından, ayaqlarından, kürəyindən və bədəninin müxtəlif yerlərindən vuraraq onu döyməyə başlamışdır. Həmin vaxt onlarda olan qaynanası Şaməmmədova X1, onu əlindən almışdır. O, bu barədə anası Şahid2 zəng vuraraq məlumat vermişdir. Emin münaqişə zamanı hər iki əlləri ilə boğazından tutub sıxaraq onu boğmağa başlamış, o, da əlləri ilə onu özündən kənara itələyərək evdən küçəyə qaçmışdır. Emin də arxasınca gələrək küçədə onu tutub, evə aparmaq istəmişdir. O, getmək istəmədiyini bildirdikdə Emin saçından dartaraq yerdə onu sürümüş, nəticədə o, hər iki diz nahiyyələrindən xəsarətlər almışdır. Həmin vaxt ora gələn anası Bəyim, Eminin anası Cəmilə, yoldan keçən tanımadığı bir kişi və bir qadın Eminin onu döyməsini görərək Emini sakitləşdirməyə çalışmışlar. Həmçinin həmin yoldan keçən qadın DİN-in «102» Xidmətinə zəng vuraraq məlumat vermiş və Emin onu buraxaraq anası ilə oradan çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır. Onu əxlaqsızlıqda günahlandırdığı üçün onunla barışmaq niyyəti yoxdur. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs ağır cəza verilməsini tələb edir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Əvvəllər münasibətləri normal olsa da son 2-3 ildir ki, Emin mütəmadi olaraq evdə münaqişələr yaradaraq Süsənbəri döyür. Təxminən bir aydır ki, Emin oğlu X4 ilə Süsənbərin intim münasibətdə olduqlarını iddia edərək internetdən tapdığı videoda olan şəxslərin İlkinlə Süsənbər olduğunu deyib, onlara şər atır və evdə münaqişələr yaradır. xx.xx.2025-ci il tarixdə təxminən saat 10:00 radələrində Süsənbər ona zəng vuraraq Eminin yenə onu döydüyünü bildirmişdir. O, həmin onların yaşadıqları yerə yaxın ərazidə işdə olduğu üçün dərhal onların yaşadıqları ünvana getmiş və görmüşdür ki, evlərinin arxasında küçədə Emin Süsənbəri tutaraq döyür, həmçinin yerdə sürüyərək ona xəsarətlər yetirir. O,, ora gələn Eminin anası Cəmilə və küçədən keçən tanımadığı kişi ilə qadın Emini sakitləşdirməyə başlamışlar. Həmin vaxt görmüşdür ki, Süsənbərin bədəninin müxtəlif yerlərində xəsarətlər var. Süsənbərin üstü-başı, saçları dağınıq vəziyyətdə, paltarları cırılmış, üzündə xəsarətlər və qan izləri olmuşdur. Həmçinin bunu görən küçədən keçən tanımadığı bir qadın DİN-in «102» Xidmətinə zəng vuraraq məlumat vermişdir. Emin də anası ilə yaşadığı evə getmiş, o da Süsənbəri oradan öz evinə aparmışdır. Məhkəmədə şahid kimi dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2015-ci ildə oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladları var. Onlar Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. Əvvəllər münasibətləri yaxşı olsa da son vaxtlar xasiyyətləri uyğun gəlmir. Son bir aydır ki, Emin internetdən bir video taparaq, həmin videoda olan şəxslərin Süsənbər ilə qardaşı X4 olmasını deyir. Belə ki, həmin şəxslərin videoda intim əlaqədə olduqlarını deyir, lakin o, həmin videonu görməmişdir. Buna görə Eminlə Süsənbərin arasında münaqişələr olurdu. O, da bir neçə gün idi onların evinə gedib, orada qalırdı ki, onlar dava-dalaş etməsinlər. xx.xx.2025-ci il tarixdə təxminən axşam saat 10:00 radələrində Emingildə olan zaman yenə Eminlə Süsənbər həmin videoya görə münaqişə etməyə başladılar. Süsənbər həmin videodakı şəxslərin qardaşı ilə o, olduğunu bildirmişdir. Süsənbər dedi ki, «qardaşım nə edib, əcəb eləyib». Emin də bundan əsəbləşdi və onlar bir-birilərini əl zərbələri ilə vuraraq dalaşmağa başladılar. O, onları sakitləşdirərək ayırmış və bir neçə dəqiqə sonra Süsənbərin anası Bəyim onlara gəlmişdir. Emin Süsənbərdən şikayət etmək üçün DİN-in «102» Xidmətinə zəng vurmuşdur. Süsənbər bundan istifadə edərək evdən küçəyə qaçmışdır. Emin də Süsənbərin arxası ilə getmiş, o, da Bəyimlə onların arxası ilə getmişdir. Emin yaşadıqları evin arxasında Süsənbəri tutub, evə qayıtmasını istəmişdir. Lakin Süsənbər evə qayıtmaq istəmədiyini demiş və küçədə yenə dalaşmağa başlamışlar. O, və Bəyim onları ayırmış, yoldan keçən bir qadın DİN-in «102» Xidmətinə zəng vurmuş və Emini o, evə aparmışdır. Bir ana kimi istəyir ki, oğlu ilə gəlini barışsınlar. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 744 saylı, 29 may 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: burun sümüyünü burunla tənəffüsü pozan sınığı, burnun sol gözaltı nahiyyələri tutan qançırı, sağ dizin qançır və sıyrığı, sol dizin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər. Törənmə müddəti müayinədən bir gün əvvəl əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan 01 iyun 2025-ci il tarixli videogörüntüyə baxış protokolundan görünür ki, bir ədəd DVD diskə baxış keçirilərkən xx.xx.2025-ci il tarixdə saat 10:05 dəqiqədə Zərərçəkmiş şəxs iki azyaşlı uşağı ilə birlikdə yaşadığı evdən qaçaraq küçəyə çıxdığı, həyat yoldaşı Təqsirləndirilən şəxs arxasıncı gəlib saçından tutaraq evə aparmaq istədiyi, arvadının qardaşı ilə intim videosunun olduğunu bildirdiyi, onların arxasınca Şahid2 və Şahid1 gələrək onları ayırmağa çalışdığı, həmin vaxt küçədən keçən bir nəfər yaşlı kişinin və X3 dava-alaşı görüb onları ayırmağa çalışdıqları, həmin vaxt Təqsirləndirilən şəxs əl zərbələri ilə Zərərçəkmiş şəxs vurduğu, saçından tutaraq yerə yıxdığı, Təqsirləndirilən şəxs onu yerə yıxaraq sürüdüyü təsdiq olunur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İskəndər oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri qeydə alınmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016, xx.xx.2017 və xx.xx.2022-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. İş materiallarında olan xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad olunmuşdur. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla təqsirləndirilən şəxs Şaməmədov Emin İsgəndər oğlunun Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına yüngül zərər vurması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM- 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, işin hallarını nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə də həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirmiş, həyat yoldaşı onunla barışdığından Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış, yenidən eyni xarakterli cinayət əməlini törədərək həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Az ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, hazırda da zərərçəkmiş şəxslə barışmamış, barışmağa cəhd belə göstərməmiş, zərərçəkmiş şəxs ondan şikayətçidir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu növ cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 09 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 09 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-470/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-470/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver