Məhkəmə qərarları › İş №1(060)-471/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-471/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-471/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, M.F.Axundov küçəsi 2-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 oktyabr 2023-cü il tarixdə saat 09:40-da əvvəlcə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ətrafına çəkilmiş hasardan aşmaqla fərdi yaşayış evinin həyatyanı sahəsinə, sonradan isə fərdi yaşayış evinin giriş qapısını həyətdən götürdüyü açarla açaraq içəriyə qanunsuz daxil olub, evdən 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində “Elit” markalı soyuducunu, 360 (üç yüz altmış) manat dəyərində 01 (bir) ədəd stol və 06 (altı) ədəd stulu, 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində yazı masasını, 01 (bir) ədəd 300 (üç yüz) manat dəyərində “Hoffman” markalı 107 dioqanal televizoru, 50 (əlli) manat dəyərində şüşə qabları, 02 (iki) ədəd hər biri 10 (on) manat, ümumilikdə 20 (iyirimi) manat dəyərində döşəkcəni, 01 (bir) ədəd 2300 (iki min üç yüz) manat dəyərində “LG” markalı soyuducunu, 01 (bir) ədəd 30 (otuz) manat dəyərində “Hoffman” markalı blenderi, 01 (bir) ədəd 60 (altmış) manat dəyərində “Phlips” markalı tozsoranı, 01 (bir) ədəd 2x3 metr ölçüdə 180 (bir yüz səksən) manat dəyərində xalçanı, 01 (bir) ədəd 2,5x3 metr ölçüdə 100 (bir yüz) manat dəyərində xalçanı, 01 (bir) ədəd 50 (əlli) manat dəyərində təkərli çemodanı gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə ümumillikdə 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs bibisidir. O, Sumqayıt şəhəri Xəzər bağları ərazisində yerləşən fərdi evdə yaşayır. Hadisədən təxminən iki ay əvvəl bibisi oğlu Azadla aralarında narazılıq yarandığından özü özlüyündə fikirləşib Azadı cəzalandırmaq üçün bir yol axtarmışdır. Həmin ərəfədə bibisi Səadət və bibisi oğlu Azad Türkiyə Respublikasına getmiş, onların yaşadıqları evin açarları onda olmuş, bundan başqa bibisi evin açarlarını evdə olmadığı müddətdə evinə nəzarət etmək üçün ailə üzvülərinə özü vermişdir. Belə ki, bibisinin evinin əşylarını götürüb aparıb gizlətmək qərarına gəlmişdir. Bibisi oğlu Azad əməlindən peşman olduqda isə həmin əşyaları geri qaytaracağını fikirləşmiş və bundan sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Daş Bazarı” adlanan əraziyə gedib ordan evdəki əşyaları daşımaqda ona köməklik göstərməsi üçün bir nəfər tanımadığı fəhlə ilə danışıb razılaşmış, sonuncuya on manat pul verəcəyinə söz vermişdir. Bundan sonra dövlət qeydiyyat nişanını xatırlamadığı və sürücüsünü tanımadığı şəxslə idarə etdiyi avtomobillə əşyaları daşımağı razılaşmışdır. Onlara qaynatası ilə yaşadığını, ailəsində problem olduğundan əşyalarını başqa bir evə daşımalı olduğunu bildirmişdir. O, 25 oktyabr 2023-cü il tarixdə saat 09:40 radələrində bibisinin yaşadığı evin qarşısına gəlmiş, özündə olan açarlarla evin qapılarını açmış, evdəki əşyaları fəhlənin köməkliyi ilə daşıyıb yük avtomobilinə yükləmişdir. Evdən bir ədəd “Elit” markalı soyuducu, bir ədəd stol və altı ədəd stul dəstini, bir ədəd yazı masasını, “Hoffman” markalı 107 dioqanal televizoru, şüşə qabları, iki ədəd döşəkcə, “LG” markalı soyuducu, “Hoffman” markalı blender, “Phliips” markalı tozsoran, bir ədəd 2x3 metr ölçüdə xalça, 2,5x3 metr uzunluqda başqa bir xalça, bir ədəd təkərli çemodan götürmüş, daha sonra həmin əşyları Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən evdə yaşayan tanışı Ramil adlı şəxsin evinə gedərək həmin əşyaları Ramilin adını bilmədiyi atasının razılığını alaraq onların həyətlərinə boşaltmışdır. Həmin şəxsə də eyni ilə qaynatasının evində yaşadığını, qaynatası ilə arasında narazılıq yarandığından evdən çıxdığını, həmin əşyaların özünə məxsus olduğunu bildirib, yeni ev tapana qədər həmin əşyaların onun evində qalmasına razılıq verməsini xahiş etmişdir. O, razılıq verdikdən sonra əşyaları avtomobildən düşürərək evin həyətinə yığmış, ancaq televizoru özündə saxlamışdır. Məqsədi televizoru girov qoyaraq əldə etdiyi pulla yük avtomobilinin və fəhlənin pulunu vermək olmuş, daha sonra televizoru Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən “Nur Telecom” mağasında 150 manat pul müqabilində girov qoymuş, on gün ərzində 150 manat pulu və üstündə də 30 manat pul qaytararsa televizorun özünə qaytarılacağı ilə bağlı aralarında razılığa gəlmişlər. Həmin puldan bundan sonra 10 manat fəhləyə, 20 manat pulu yük avtomobilinin sürücüsünə vermiş, qalan pulu isə sonradan şəxsi ehtiyacları üçün xərcləmişdir. Atasının hadisədən xəbər tutaraq şikayət etdiyini öyrəndiyindən həmin əşyaların bir qismini götürərək yenidən bibisinin evinə qaytarıb gətirmiş, qalan əşyaları isə polis əməkdaşları baxış keçirərək götürmüşlər. Bibisi Zərərçəkmiş şəxs evinin hər iki qapısını özündə olan açarla açmış, bibisinin evinin hər iki qapısının açarlarının onda olmasından məlumatı olmamışdır. Bibisi oğlu X4 xarici pasportu və hərbi biletini evdən götürməmiş, bibisi Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı bir ədəd “Hoffman” markalı 107 dioqanal televizoru Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən “Nur Telecom” mağasına satmamış, girov qoymuşdur. Əməlindən peşmandır. Qeyd edir ki, narkotikdən istifadə etməsinin nəticəsində bu cür hərəkətlərə yol vermişdir, əks halda o, bibisinin evindən heç vaxt oğurluq etməzdi. Hadisəni tək törətmiş ona kömək edən olmamışdır.Oğurluq etməsi barədə heç kimə məlumat verməmişdir.Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyan tərəfindən ödənilmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəx və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən fərdi evdə yaşayır. Şəxsi işləri ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasına getmiş, yaşadığı evin açarlarını isə qardaşı Akifə vermişdir. Bundan başqa yaşadığı evin açarlarından birini həyətdəki şkafda saxlamışdır. Bundan qardaşı oğlu Rəfaelin və digər qohumlarınında məlumatı olmuşdur. Həmin ərəfədə yaşadığı evi satmaq niyyətində olduğundan bu barədə ev alqı satqısı ilə məşğul olan Fərman adlı şəxsə məlumat vermiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Fərman zəng vurub evdən köçüb köçmədiyimi soruşmuş, ona köçmədiyini bildirdikdə o, yaşadığı evdəki müəyyən əşayaların yük avtomobilinə yüklənərək aparıldığını bildirmişdir. Bu barədə qardaşı Akifə zəng vurub məlumat vermiş, ondan yaşadığı evi yoxlamasını xahiş etmişdir. Aradan bir müddət keçdikdən sonra Akif evdəki müəyyən əşyaların oğurlandığını, bununla bağlı digər qardaşı Rafiqin Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evə qayıtdıqda yaşadığı evdən bir ədəd 2003-cü ildə 200 manata alaraq həmin vaxtdan istifadə etdiyi “Elit” markalı soyuducunun, 2009-cu ildə 360 manata alaraq həmin vaxtdan istifadə etdiyi bir ədəd stol və altı ədəd stul dəstinin, 2021-ci ildə 200 manata alaraq həmin vaxtdanda istifadə etdiyi bir ədəd yazı masasının, 2021-ci ildə 800 manata alaraq həmin vaxtdanda istifadə etdiyi “Hoffman” markalı 107 dioqanal televizorun, uzun müddət əvvəl alaraq istifadə etdiyi 50 manat dəyərində şüşə qabların, təxminən 10 manat dəyərində iki ədəd döşəkcənin, 2023-cü ilin iyun ayında 2300 manata alaraq həmin vaxtdanda istifadə etdiyi “LG” markalı soyuducunun, 2023-cü ildə 40 manata alaraq istifadə etdiyi “Hoffman” markalı blenderin, 2012-ci ildə 300 manata alaraq həmin vaxtdanda istifadə etdiyi “Phliips” markalı tozsoranın, bir ədəd 2x3 metr ölçüdə 180 manat dəyərində xalçanın, 2,5x3 metr uzunluqda 100 manat dəyərində başqa bir xalçanın, 2021-ci ildə 50 manata alaraq həmin vaxtdanda istifadə etdiyi bir ədəd təkərli çemodanın, oğlu X4 xarici pasportu və hərbi biletinin oğurlandığını müəyyən etmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı evin qapısının açarının saxlandığı yeri bilməsi səbəbindən hasardan aşaraq içəri daxil olduğunu, sonra isə gizlətdiyi açarı qoyulduğu yerdən götürərək mənzilin qapısını açıb evindəki məişət əşyaları yük avtomobilinə yükləyərək apardığını öyrənmişdir. Sonradan maraqlandıqda yaşadığı evdən oğurlanmış müəyyən əşyaların polis bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək götürüldüyünü, ona məxsus Hoffman markalı televizorun isə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Nur Telecom” adlı mağazaya X5 şəxsiyyət vəsiqəsi ilə 180 manat pul müqabilində girov qoyulduğunu öyrənmişdir. Televizoru geri qaytarılmasını tələb etdikdə isə orda işləyən satıcı qadın onunla kobud danışaraq bundan imtina etmişdir. Ona məxsus əşyaların oğurlanması nəticəsində ona təxminən 4590 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Qeyd olunanların nəzərə alınmasını sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs 04 iyun 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısıdır. O, ünvan 2 ünvanında yerləşən fərdi evdə yaşayır. 2023-cü ilin oktyabr ayında bacısı Türkiyə Respublikasına getmiş, o, evinə nəzarət etməsi üçün evinin açarlarını qardaşları Akifə vermişdir. Belə ki, Akif xx.xx.2023-cü il tarixdə zəng edərək bacıları Səadətin yaşadığı evdən məişət əşyalarının oğurlandığını bildirmiş, bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bacısına məxsus mənzilə polis əməkdaşları gəldikdən sonra evə daxil olduqda evdən həqiqətən məişət əşayalarınm oğurlandığını müəyyən etmişdir. Eyni zamanda mənzilə baxarkən özünün istifadə etdiyi siqaret kötüklərinin də yerdə olduğunu görüb, mənzildən oğurluq hadisəsinin oğlu Rəfael tərəfindən törədilə biləcəyini ehtimal etmiş, qardaşı Akif bundan sonra şikayət ərizəsi yazmışdır. Aradan bir həftə keçdikdən sonra Rəfael yaşadıqları evə qayıdıb gəldikdə onun sonuncu dəfə xx.xx.2023cü il tarixdə saat təxminən 09 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Daş Bazarı” adlanan əraziyə gedib ordan bacısının evindəki əşyaları daşımaqda ona köməklik göstərməsi üçün bir nəfər fəhlə və bir sürücü ilə danışıb razılaşdığını, onlara qaynatası ilə yaşadığını, ailəsində problem olduğundan əşyalarını başqa bir evə daşımalı olduğunu dediyini, daha sonra evdəki əşyaları fəhlənin köməkliyi ilə daşıyıb yük avtomobilinə yüklədiyini, sonra isə həmin əşyları Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ərazisində yaşayan tanışının yaşadığı evə apararaq, həmin əşyaları evin həyətinə yığdığını öyrənmişdir. Eyni zamanda evdən götürdüyü televizoru “Nur Telecom” mağasında girov qoyduğunu, polisə şikayət olunduğunu öyrəndikdən sonra Rəfaelin həmin əşyaların bir qismini götürərək yenidən bacısının evinə qaytardığını, qalan əşyaları isə polis əməkdaşlarının baxış keçirərək götürdüyünü öyrənmişdir. Ondan niyə belə etdiyini soruşduqda, o bacısı oğlu Azadla aralarında narazılıq olduğundan onu cəzalandırmaq üçün bu addımı atdığını, lakin əməlindən peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısıdır. Səadət ünvan 2 ünvanında yerləşən fərdi evdə yaşayır. Təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində bacısı Türkiyə Respublikasına getmiş, evinə nəzarət etməsi üçün evinin açarlarını ona vermişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə bacısının evinə baş çəkmiş, həmin vaxt hər şey qaydasında olmuşdur. xx.xx.2023cü il tarixdə axşam saatlarında bacısı zəng edərək qonşulardan kiminsə ona zəng edərək evindəki əşyaların yük avtomobilinə yüklənərək aparıldığını bildirmiş və ondan evə baş çəkməsini xahiş etmişdir. Həmin vaxt imkanı olmadığından bacısına məxsus evə gedə bilməmiş, ora ancaq xx.xx.2023-cü il tarixdə getdikdə, mənzildəki əşyaların olmadığını, oğurlandığını müəyyən etmişdir. Evin giriş çıxışlarına baxdıqda, hər şeyin qaydasında olduğunu, evin giriş çıxışlarında, qapı pəncərəsində hər hansı sındırılma, zədələnmə izlərinin olmadığını görmüş, bundan sonra ilk əvvəl zəng edib hadisə barədə qardaşı Rafiqə məlumat verərək, bacıları Səadətin yaşadığı evdən məişət əşyalarının oğurlandığını bildirmişdir. Rafiq bir qədər sonra ora gəlmiş və bundan sonra zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Qardaşı Rafiq evə daxil olub evə baxdıqdan sonra oğurluq hadisəsinin oğlu Rəfael tərəfindən törədilə biləcəyini ehtimal etdiyini bildirmiş, polis əməkdaşları ora gəldikdə isə evə nəzarət etməyi bacısı tərəfindən ona tapşırdığından və sonuncunun Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan şikayət ərizəsi yazmış, oğurluq hadisəsini törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Sonradan qardaşı Rafiqlə əlaqə saxladıqda o, oğlu Rəfaelin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Daş Bazarı” adlanan əraziyə gedib ordan bacısının evindəki əşyaları daşımaqda ona köməklik göstərməsi üçün bir nəfər fəhlə və bir sürücü ilə danışıb razılaşdığını, onlara qayınatası ilə yaşadığını, ailəsində problem olduğundan əşyalarını başqa bir evə daşımalı olduğunu dediyini, bundan sonra bacısının yaşadığı evə gedib evdəki əşyaları fəhlənin köməkliyi ilə daşıyıb yük avtomobilinə yükləyib, Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ərazisində yaşayan tanışının yaşadığı evə apararaq, evin həyətinə yığdığını etiraf etdiyini bildirmişdir. Sonradan isə Rəfael həmin əşyaların bir qismini gedib götürərək yenidən bacısının evinə qaytarıb gətirmiş, qalan əşyaları isə polis əməkdaşları götürərək bacısına təhfil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində iki nəfər tanımadığı şəxs yaşadığı evə gəlib oğlu Ramilin tanışı olduğunu bildirmiş, bundan başqa onlardan biri kirayəşin yaşadığı evdən çıxdığını, başqa ev tapana qədər ona məxsus müəyyən məişət əşyalarının yaşadığı evdə saxlamağına icazə verməyini xahiş etmişdir. Ancaq buna razılıq verməmiş, həmin vaxt küçəyə çıxdıqda evinin qarşısında ** DE *** dövlət qeydiyyat nişanlı Qazel markalı yük avtomobilinin dayandığını, sürücünün həmin iki nəfərlə mübahisə etdiyini, tələsdiyindən yükü boşaltmalarını tələb etdiyini görmüşdür. Yükün evinin həyətinə boşaldılamasına razılıq vermədiyindən onlar yükü həyət qapısının qarşısına boşaltmış, yük avtomobilinin sürücüsü bundan sonra çıxıb getmişdir. Bir qədər sonra oğlu evə gəlmiş, bundan sonra ordan çıxıb getmiş, həmin iki nəfər şəxs isə oğlunun razılığı ilə küçədəki məişət əşyalarını küçədən daşıyıb yaşadığı evin həyətinə yığmış, üstünü isə həyətdən götürdükləri çadırla örtmüşlər. Sonra isə məişət əşyalarından televizoru götürüb çıxıb getmişlər. Sonradan polis bölməsinə dəvət edilərkən evinin həyətinə yığılmış məişət əşyalarının evinə məişət əşyalarını yük avtomobili ilə gətirmiş iki nəfər şəxsdən Rəfael adlı olanının qohumunun evindən oğurladığını, ev sahibinin məişət əşayalarının aparılmasından məlumatsız olduğunu öyrənmiş, bundan sonra yaşadığı evin həyətinə yığılmış məişət əşyalarını polis əməkdaşlarına təhvil vermişdir. İş üzrə Şahid3 oğlunun ibtidai istintaq verdiyi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs isə xeyli müddət əəvəl satıcı işlədiyi mağazaya gəlib gedən müştəri kimi tanımışdır. Təxminən 2023-cü ilin oktyabr ayının sonlarında Rəfael yanında başqa bir şəxslə gələrək özünə məxsus Hofman markalı televizoru satmaq istədiyini bildirmiş, televizora baxdıqda hər şeyin qaydasında olduğunu görüb televizora 200 manat pul verərək ala biləcəyini bildirmişdir. Həmin şəxs razılaşmış, bundan sonra Rəfaelə 200 manat pul verərək televizoru ondan almış, həmçinin bununla bağlı mağazada olan müqavilə formasını doldurmuş, orda hansı marka televizor aldığı göstərilmiş, müqaviləni Rəfael imzalasada, onun üzərində şəxsiyyət vəsiqəsi olmadığından yanındakı xalası oğlu kimi təqdim etdiyi X5 şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Televizoru aldıqdan təxminən iki üç gündən sonra mağazaya gəlmiş şəxsə 250 manata satmış, aradan xeyli müddət keçdikdən sonra mağazaya Səadət adlı qadın gələrək Rəfailin mağazaya televizor satıb satmadığını soruşmuş, mağazadakı qeydiyyat kitabçasından maraqlanıb Rəfailin mağazaya televizor satdığını ona dedikdə, otelevizorun geri qaytarılmasını tələb etmiş, televizorun satıldığını ona bildirdikdən sonra isə o səs küy salmış, sonra şikayət edəcəyini bildirib çıxıb getmişdir. Nur Telecom mağazasında satıcı işləmiş, televizor satdığı adamı tanımamış, həmin şəxs təsadüfən mağazaya gəlmiş, televozoru nağd şəkildə sataraq pulu qəbul etmiş, hər hansı alqı satqı müqaviləsi bağlanmamış, Təqsirləndirilən şəxs televizoru pul müqabilində girov kimi qəbul etməmiş, televizoru satın almışdır. İş üzrə Şahid4 ibtidai istintaq verdiyi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, özünə məxsus ** DE *** dövlət qeydiyyat nişanlı Qazel markalı yük avtomobili olduğundan, həmin avtomobillə müştərilərin sifarişi əsasında yük daşımaqla məşğul olur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Daş bazarı” adlanan ərazidə dayanıb müştəri gözləyərkən iki nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşıb, onlardan biri Sumqayıt şəhəri Xəzər bağları ərazisində kirayəşin yaşadığı evdən köçdüyünü bildirib, ona məxsus məişət əşyalarını Sumqayıt şəhəri Satansiya Sumqayıt qəsəbəsi ərazisinə aparmağında ona köməklik göstərməyini xahiş etmişdir. Həmin şəxslə daşıyacağı yükü 25 manata aparacağı ilə bağlı aralarında razılğa gəldikdən sonra Sumqayıt şəhəri Xəzər bağları ərazisinə getmiş, həmin şəxs bundan əvvəl isə məişət əşyalarını avtomobilə yükləmək üçün bir nəfər fəhlə ilədə danışıb razılaşmış, Sumqayıt şəhəri, Xəzər bağları ərazisinə gələrkən orda həmin iki nəfər şəxsdən biri özündə olan açarla evin həyət qapısını açmış, bundan sonra onların evdəki əşyaları maşına yükləmlərini gözləmiş, həmin iki nəfər şəxs və bir fəhlə evdən iki ədəd soyuducu, televizor, stol stul dəsti, xalça və sair əşyaları idarə etdiyi avtomobilə yükləmişlər. Bundan sonra həmin əşyaları Sumqayıt şəhəri Satansiya Sumqayıt qəsəbəsi ərazisinə aparıb göstərdikləri evin qarşısında idarə etdiyi avtomobili saxlamış, həmin iki nəfər şəxs daha sonra məişət əşayalarını maşından boşaldıb, evlərdən birinin həyətinə yığmış, onun pulunu verdikdən sonra isə ordan çıxıb getmişdir. Sonradan polis bölməsinə dəvət edilərkən idarə etdiyi avtomobillə daşıdığı məişət əşyalarının həmin şəxslərdən Rəfael adlı olanının qohumunun evindən oğurladığını, ev sahibinin məişət əşayalarının aparılmasından məlumatsız olduğunu öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 19 mart 2024-cü il tarixdə, saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 121-122); 21 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 137-138) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 21 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 146- 148); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi” barədə 21 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.151- 153); xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı polis mayoru Səyyad Hacəhmədovun tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, hadisə yeri Sumqayıt şəhəri Xəzər bağları ərazisində yerləşən fərdi evdir. Hadisə yerinə baxış keçirilməsi prosesində iştirak edən Famil Salahov oğurluq baş verən yeri göstərmişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 09-14) xx.xx.2023-cü il tarixli 4-cü PB-nin baş təhqiqatçısı polis mayoru Səyyad Hacəhmədovun tərtib etdiyi “təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, Şahid5 1 ədəd soyuducunu, 1 ədəd xalça, 1 ədəd taxta stol, 1 ədəd çamadan, 2 ədəd döşəkcə və şüşə qabları təqdim edərək həmin əşyaları xx.xx.2023-cü il tarixdə oğlu Ramil Atakişiyevin tanışlarının həmin ünvana gətirərək saxladığını bildirmişdir. Bu barədə protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 24-27) xx.xx.2023-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmış, o istintaqa verdiyi ilkin ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə göstərərək təsdiq etmişdir. Bu barədə protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 55-57) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/521 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və elecə də Mərkəzdə toplanan məlumatlardan istifadə edilməklə analoji malların markasına, modelinə və onların texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir:

1. 2003-cü ildən istifadə edilən “Elit” markalı soyuducu, ümumi miqdarı bir ədəd, bir vahidinin qiyməti - manat, ümumi dəyəri 0 manat

2. 2009-cu ildən istifadə edilən 01 ədəd stol və 6 ədəd stul dəsti, ümumi miqdarı bir dəst, bir vahidinin qiyməti - manat, ümumi dəyəri 0 manat

3. 2021-ci ildən istifadə edilən yazı masası, ümumi miqdarı bir ədəd, bir vahidinin qiyməti - manat, ümumi dəyəri 0 manat

4. 2021-ci ildən istifadə edilən “Hoffman” markalı 107 dioqanal televizor, ümumi miqdarı bir ədəd, bir vahidinin qiyməti 300 manat, ümumi dəyəri 300 manat

5. şüşə qablar, ümumi miqdarı bir dəst, bir vahidinin qiyməti - manat, ümumi dəyəri 0 manat

6. döşəkcə, ümumi miqdarı iki ədəd, bir vahidinin qiyməti 10 manat, ümumi dəyəri 20 manat

7. 2023-cü ilin iyun ayından istifadə edilən “LG” markalı soyuducu, ümumi miqdarı bir ədəd, bir vahidinin qiyməti - manat, ümumi dəyəri 0 manat

8. 2023-cü ildən istifadə edilən “Hoffman” markalı blender, ümumi miqdarı bir ədəd, bir vahidinin qiyməti 30 manat, ümumi dəyəri 30 manat

9. 2012-ci ildən istifadə edilən “Phlips” markalı tozsoran, ümumi miqdarı bir ədəd, bir vahidinin qiyməti 60 manat, ümumi dəyəri 60 manat

10. 2x3 metr ölçüdə xalça, ümumi miqdarı bir ədəd, bir vahidinin qiyməti - manat, ümumi dəyəri 0 manat

11. 2,5x3 metr ölçüdə xalça, ümumi miqdarı bir ədəd, bir vahidinin qiyməti - manat, ümumi dəyəri 0 manat

12. 2021-ci ildən istifadə edilən təkərli çomadan, ümumi miqdarı bir ədəd, bir vahidinin qiyməti - manat, ümumi dəyəri 0 manat Cəmi: 410,00 manat Tədqiqatın nəticəsi: Anoloji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 04 adda malların 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 410,00 manat müəyyən edilir. Digər 08 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, sayı, materialı və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (i.v. 105-108) Məhkəmə iclasında tədqiq edilən 01 ədəd DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan hərəkətlərin həyata keçirilməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-ci tarixli, 1(060)-489/2023 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsində ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək qəti olaraq 02 il 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-78/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə həmin məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (i.v. 84-85, 156-165) Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə cəzasının 11 ay 12 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 01 ay 16 gün təşkil edir. “sübutların qiymətləndirilməsi haqqında” 07 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/521 nömrəli xx.xx.2024-cü il tarixli rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1, 177.2.4, 180.1, 181.1 və 326.2-ci maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid5, X2 və Şahid3 əməllərində CM-nin 194.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində “Elit” markalı soyuducu, 360 (üç yüz altmış) manat dəyərində 01 (bir) ədəd stol və 06 (altı) ədəd stul, 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində yazı masası, şüşə qabları, 02 (iki) ədəd hər biri 10 (on) manat, ümumilikdə 20 (iyirimi) manat dəyərində döşəkcə, 01 (bir) ədəd 2300 (iki min üç yüz) manat dəyərində “LG” markalı soyuducu, 01 (bir) ədəd 30 (otuz) manat dəyərində “Hoffman” markalı blender, 01 (bir) ədəd 60 (altmış) manat dəyərində “Phlips” markalı tozsoran, 01 (bir) ədəd 2x3 metr ölçüdə 180 (bir yüz səksən) manat dəyərində və 01 (bir) ədəd 2,5x3 metr ölçüdə 100 (bir yüz) manat dəyərində xalçalar və 01 (bir) ədəd 50 (əlli) manat dəyərində təkərli çamadanın cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanması üçün sahibinə təhvil verilməsi, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (i.v. 172-183) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 177.2.3-cü maddəsinə əsasən Oğurluq - habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 19-cü bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarda isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə sonuncu ilə barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvihüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs, cəzasını yüngülləşdirən halı, xüsusən zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, barışıq əldə etmələrini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cəzasını ağırlaşdıran halların olmamasını, lakin cəza çəkdiyi müddətdə yenidən cinayət törətməsini, əvvəllər məhkəmə tərəfindən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə baxmayaraq islah olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, AR CM-in 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Ona əvvəlki cinayətinə görə qeyd olunan cəza təyin olunmuş, lakin o, həmin cəza ilə islah olunmamış, yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. CM 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-489/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 16 gün bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən sonuncu tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və ibtidai istinaq zamanı 19 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində “Elit” markalı soyuducu, 360 (üç yüz altmış) manat dəyərində 01 (bir) ədəd stol və 06 (altı) ədəd stul, 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində yazı masası, şüşə qabları, 02 (iki) ədəd hər biri 10 (on) manat, ümumilikdə 20 (iyirimi) manat dəyərində döşəkcə, 01 (bir) ədəd 2300 (iki min üç yüz) manat dəyərində “LG” markalı soyuducu, 01 (bir) ədəd 30 (otuz) manat dəyərində “Hoffman” markalı blender, 01 (bir) ədəd 60 (altmış) manat dəyərində “Phlips” markalı tozsoran, 01 (bir) ədəd 2x3 metr ölçüdə 180 (bir yüz səksən) manat dəyərində və 01 (bir) ədəd 2,5x3 metr ölçüdə 100 (bir yüz) manat dəyərində xalçalar və 01 (bir) ədəd 50 (əlli) manat dəyərində təkərli çamadanın saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalı, oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 01 il 01 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası 06 ay 23 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 04 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs 50 (manat) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində “Elit” markalı soyuducu, 360 (üç yüz altmış) manat dəyərində 01 (bir) ədəd stol və 06 (altı) ədəd stul, 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində yazı masası, şüşə qabları, 02 (iki) ədəd hər biri 10 (on) manat, ümumilikdə 20 (iyirimi) manat dəyərində döşəkcə, 01 (bir) ədəd 2300 (iki min üç yüz) manat dəyərində “LG” markalı soyuducu, 01 (bir) ədəd 30 (otuz) manat dəyərində “Hoffman” markalı blender, 01 (bir) ədəd 60 (altmış) manat dəyərində “Phlips” markalı tozsoran, 01 (bir) ədəd 2x3 metr ölçüdə 180 (bir yüz səksən) manat dəyərində və 01 (bir) ədəd 2,5x3 metr ölçüdə 100 (bir yüz) manat dəyərində xalçalar və 01 (bir) ədəd 50 (əlli) manat dəyərində təkərli çamadanın saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut- oğurluq hadisəsini özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar