Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-472/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Burosunun vəkili Müdafiəçi, X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan və barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs6 Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində işlətdiyi qeyri-yaşayış sahəsi hesab edilən "Züleyxa Studio” gözəllik salonunun dəmir barmaqlığının kilidini sındırıb üzərində olan vintaçanla plastik qapısını sıxıb açaraq qanunsuz içəriyə daxil olub oradan içərisində 598 manat nağd pul olan 20 manat dəyərində portmanatı, 60 manat dəyərində olan 01 ədəd «Brown» markalı keratin ütünü, 25 manat dəyərində olan 01 ədəd dördbarmaqlı «Vinster» markalı buran feni, 30 manat dəyərində olan 01 ədəd «Strelaks» markalı dalğalı feni, 15 manat dəyərində olan 01 ədəd «Loder» markalı saç qurudan feni gizli talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 748(yeddi yüz qırx səkkiz) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021- ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən qeyri-yaşayış sahəsi hesab edilən geyim mağazasına plastikdan olan giriş qapısını vintaçanla sıxıb açmaqla qanunsuz oiaraq içəri daxil olub oradan biri 13 manat iki ədədi 26 manat dəyərində olan «Trikotaj Abbas» markalı qara rəngli jileti, biri 23 manat iki ədədi 46 manat dəyərində olan «Trikotaj Abbas» markalı düyməli boz rəngli jaketi, biri 23 manat iki ədədi 46 manat dəyərində olan “Trikotaj Abbas” markalı sepli boz rəngli jaketi, 20 manat dəyərində olan 01 ədəd “Tiryaki” markalı yaşıl rəngli düyməli jaketi, biri 18 manat üç ədədi 54 manat dəyərində olan “X Men” markalı jaketi, biri 18 manat dörd ədədi 72 manat dəyərində olan “X men” markalı boğazlı sviteri, biri 16 manat dörd ədədi 64 manat dəyərində olan “X Men” markalı ürək sviteri, biri 13 manat üç ədədi 39 manat dəyərində olan “Goccia” markalı jileti, biri 13 manat üç ədədi 39 manat dəyərində olan “Tiryaki” markalı romb jileti, biri 18 manat iki ədədi 36 manat dəyərində olan “Ravanelli” markalı pamazi köynəyi, 14 manat dəyərində olan 01 ədəd “Poor Mohammed” markalı yun sviteri, 12 manat dəyərində olan 01 ədəd “DicoClub” markalı köynəyi, 12 manat dəyərində olan 01 ədəd “Dico Club” markalı xətli köynəyi, biri 12 manat iki ədədi 24 manat dəyərində olan "Orxan Paşa” markalı köynəyi, 12 manat dəyərində olan 01 ədəd “Denis Cabor” markalı köynəyi gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 516 (beş yüz on altı) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx.xx.2021-ci tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən qeyri-yaşayış sahəsi hesab edilən gözəilik salonuna dəmir barmaqlığın qıfılını sındıraraq plastik giriş qapısını sıxıb açmaqla qanunsuz olaraq içəri daxil olub oradan taxta dolabın üst siyirməsində olan kosmetika kisəsinin içərisindəki 195 manat nağd pulu, taxta dolabda olan 20 manat dəyərində 01 ədəd “Philips” markalı hava fenini, 15 manat dəyərində, üzərində «Babyliss Paris» yazıları olan ütü fenini, 10 manat dəyərində 01 ədəd saç buran feni, 20 manat dəyərində olan 01 ədəd “Quicks-220-240V” markalı saç buran feni, 01 manat dəyərində olan üzərində «X16 Spray» yazıları olan 750 ml həcmdə 01 ədəd saç lakı, bir ədədi 03 manat 03 ədədi 09 manat olan "Garnier’' markalı saç boyasını, bir ədədi 10 manat 03 ədədi 30 manat olan “Garnier” markalı “Tonolniy” kremi və 01 ədəd 15 manat dəyərində dəmirdən olan “Philips” markalı saç qayçısını gizli yolla talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 315 (üç yüz on beş) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə xx.xx.2021- ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış sahəsi hesab edilən “FK Studio” gözəllik salonunun plastik qapısını açarseçmə yolu ilə açıb qanunsuz olaraq içəriyə daxil olub orada olan dolabın içərisindən 125 manat nağd pulu, 01 ədəd 25 manat dəyərində olan “Mocrolab B55” markalı səsgücləndirici aparatı, hər biri 50 manat olmaqla, cəmi 100 manat dəyərində olan 02 ədəd 750 ml “X8” markalı keratini, 150 manat dəyərində 01 ədəd 1 İtrlik “X8” markalı keratini, hər biri 3,50 manat olmaqla, cəmi 59,5 manat dəyərində 17 ədəd “Seacolor” markalı saç boyasını, hər biri 7,50 manat olmaqla, cəmi 112, 5 manat dəyərində 15 ədəd “Sios” markalı saç boyasını, hər biri 2,80 manat olmaqla, cəmi 8,4 manat dəyərində 03 ədəd “Palet” markalı saç boyasını, hər biri 2,40 manat olmaqla, cəmi 7,2 manat dəyərində 03 ədəd “Fara” markalı saç boyasını, hər biri 5 manat olmaqla, cəmi 15 manat dəyərində 03 ədəd “Şvarkoft” markalı saç lakını, 2,80 manat dəyərində 01 ədəd “Prelest” markalı saç lakını, hər biri 75 manat olmaqla, cəmi 150 manat dəyərində 02 ədəd “Trend toujours” markalı saç dərmanını, 15 manat dəyərində 01 ədəd “Antiloshari” markalı saç yağını, hər biri 15 manat olmaqla, cəmi 30 manat dəyərində 02 ədəd “X11” markalı keratin yağını, 5 manat dəyərində 01 ədəd 350 mil ölçüsündə saç Toniki, 18 manat dəyərində 01 ədəd “Noks” markalı saç tozunu, 30 manat dəyərində 01 qutu qaş naborunu, 10 manat dəyərində 01 ədəd “Yaquar” markalı saç qayçısını, 2 manat dəyərində 01 ədəd kisti, 10 manat dəyərində 01 ədəd ət qayçısını (qusaçkanı), 3 manat dəyərində 01 ədəd pilkanı, hər biri 6 manat olmaqla cəmi 12 manat dəyərində 02 ədəd “Mak" markalı üz spreyini, hər biri 6 manat olmaqla, cəmi 12 manat dəyərində 02 ədəd Faberlik markalı üz toniki, hər biri 3 manat olmaqla, cəmi 75 manat dəyərində 25 ədəd “Milanova” markalı dırnaq lakını gizli talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 977,4 (doqquz yüz yetmiş yeddi manat qırx qəpik) manat maddi zərər vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 30 noyabr 2021-ci il tarixdə, saat 02-03 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 10-cu mikrorayon, 14 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsi hesab edilən "Shakira” adlı bərbərxananın plastik qapısını vintaçanla sıxıb açmaqla qanunsuz olaraq içəri daxıl olub oradan 60 manat dəyərində olan 1 ədəd “Wahl” markalı ”8591 L”model saçqırxan aparatı, 15 manat dəyərində oian 1 ədəd “Kemei markalı "KM-5017” model saçqırxan aparatı, 120 manat dəyərində olan 1 ədəd "West" markalı saçkəsən qurğunu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 195 (yüz doxsan beş) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 06 dekabr 2021-cı il tarixdə, saat 02-03 radələrində Zərərçəkmiş şəxs5 məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsi hesab edilən ərzaq mağazasının plastik qapısını vintaçanla sıxıb açmaqla qanunsuz olaraq içəri daxil olub oradan 01 ədədi 3,60 manat 8 ədədi 28,8 manat dəyərində olan qara “Kent 4” markalı siqareti, 01 ədədi 3,60 manat 8 ədədi 28,8 manat dəyərində olan “Kent 8" markalı siqareti, 01 ədədi 3,60 manat 5 ədədi 18 manat dəyərində olan “Kent 1” markalı siqareti, 01 ədədi 3,40 manat 5 ədədi 17 manat dəyərində olan “Ballı Vinston'markalı siqareti, 01 ədədi 3,40 manat 9 ədədi 30,6 manat dəyərində olan sadə “Vinston”markalı siqareti, 01 ədədi 3,40 manat 6 ədədi 20,40 manat dəyərində olan nazik “Vinston” markalı siqareti, 01 ədədi 3,90 manat 7 ədədi 27,30 manat dəyərində olan ’’Sobranie” markalı ağ nazik siqareti, 01 ədədi 3,90 manat 5 ədədi 19,50 manat dəyərində olan qara nazik “Sobranie” markalı siqareti, 01 ədədi 3,90 manat 5 ədədi 19,50 manat dəyərində olan göy nazik “Sobranie”markalı siqareti, 01 ədədi 3,90 manat 5 ədədi 19,50 manat dəyərində olan ballı ’’Sobranie” markalı siqareti, 01 ədədi 2,80 manat 13 ədədi 36.40 manat dəyərində olan “LD kompakt’ markalı siqareti, 01 ədədi 2,50 manat 8 ədədi 20 manat dəyərində olan “Vinçester kompakt” markalı siqareti, 01 ədədi 2,50 manat 10 ədədi 25 manat dəyərində olan boz nazik “Vinçester" markalı siqareti, 01 ədədi 2,50 manat 12 ədədi 30 manat dəyərində olan “Rotmans” markalı siqareti, 01 ədədi 2,50 manat 12 ədədi 30 manat dəyərində olan “Palma” markalı siqareti, 01 ədədi 1,80 manat 15 ədədi 27 manat dəyərində olan “Qarabağ"markalı siqareti, 01 ədədi 1,80 manat 8 ədədi 14.40 manat dəyərində olan qalın “Argo” markalı siqareti, 01 ədədi 1,80 manat 5 ədədi 09 manat dəyərində olan nazik “Argo” markalı siqareti, 01 ədədi 2,50 manat 7 ədədi 17,50 manat dəyərində olan qalın “Vest” markalı siqareti, 01 ədədi 2 manat 5 ədədi 10 manat dəyərində olan göy “Prima”markalı siqareti, 01 ədədi 2 manat 8 ədədi 16 manat dəyərində olan nazik “Keno” markalı siqareti, 01 ədədi 2,20 manat 12 ədədi 26,40 manat dəyərində olan kompakt “Klassik” markalı sigareti, 01 ədədi 1,40 manat 10 ədədi 14 manat dəyərində olan böyük “Snikers” markalı şokaladı, 01 ədədi 1,40 manat 12 ədədi 16,80 manat dəyərində olan böyük “ Bounty markalı şokaladı, 01 ədədi 1,40 manat 10 ədədi 14 manat dəyərində olan böyük “Tviks” markalı şokoladı, 01 ədədi 1 manat 12 ədədi 12 manat dəyərində olan böyük “Albeni” markalı şokoladı, 32,5 manat dəyərində olan 03 ədəd 0.7 litrlik «Sultan» markalı və 02 ədəd 0,7 litrlik «Kiyev» markalı spirtli içkiləri və şüşədən olan rəfin içərisindən 250 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 830,4 (səkkiz yüz otuz manat qırx qəpik) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Şahid4 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 1-ci mkr, Cəfər Cabbarlı küçəsində yerləşən dərzi sexinə plastik giriş qapısını vintaçanla sıxıb açmaqla qanunsuz olaraq içəri daxil olub oradan vitrindən asılmış Zərərçəkmiş şəxs3 məxsus 1000 manat dəyərində 01 ədəd qara rəngli “Femina” markalı, xəz dəridən olan paltonu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs3 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisinə piyada gedərək münasib yerlərdən oğurluq etmək qərarına gəlmiş, həmin ərazidə piyada gəzərkən qarşısına "Züleyxa Studio” gözəllik salonu çıxmış, həmin salonun işığı sönülü olmuş, içəridə də heç kim olmamışdır. Üzərində olan vintaçanla salonun dəmirdən olan barmağlığının kilidini sındırmış qapını açaraq içəriyə daxil olmuş, oradan içərisində 598 manat nağd pul olan portmanatı, bank kartını, 1 ədəd “Brown” markalı keratin ütünü, 1 ədəd dördbarmaqlı “Vinster” markalı buran feni, 1 ədəd “Strelaks” markalı dalğalı feni və 1 ədəd “loder” markalı saç qurudan fenini oğurluyaraq oradan uzaqlaşıb evə getmiş, yolda gedərkən vintaçanı, bank kartını və portmanatı harasa tullamışdır. Həmin günü oğurladığı əşyaları aparıb Sumqayıt şəhər ərazisində tanımadığı şəxsə hamısını 80 manata satmış, həmin əşyaları da tanımadığı şəxsə satarkən onların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Əldə etdiyi 80 manat pulu və həmin salondan oğurladığı 598 manatı özünə sərf etmiş heç kimə verməmiş, oğurluğu özü tək törətmiş, ona kömək edən olmamışdır. Bundan başqa, pula ehtiyacı olduğundan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə gecə Sumqayıt şəhər ərazisində gəzərək oğurluq etməyə yer axtarmışdır. O, Sumqayıt şəhəri, 11-ci mkr ərazisində gəzərkən orada heç bir dəmir barmaqlığı olmayan mağaza görmüş, üzərində olan vintaçanla plastik qapını sıxıb açmış və içəriyə daxil olmuş, oranın geyim mağazası olduğunu, yerdə hazır bağlamaya yığılmış paltarların da olduğunu görmüş, həmin sellofan bağlamanı paltarlar qarışıq götürərək oradan çıxmışdır. Oradan çıxaraq yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinə gəlmiş, saat 6 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən gözəllik salonu görmüş və oradan da oğurluq etmək qərarına gəlmiş, oraya yaxınlaşaraq gözəllik salonunun dəmir barmaqlığının balaca kilidini sındırmış, daha sonra ağ rəngli plastik qapını üzərində olan vintaçanla sıxıb açaraq içəriyə daxil olmuş, o, salonda olan taxta dolabın siyirmələrinə baxdıqda siyirmədə olan kosmetika kisəsinin içərisində olan 195 manat pulu götürmüş, daha sonra salondan sala biləcəyi əşyaları da götürməyi fikirləşmiş, ona görə də salondakı dolabın siyirmələrində olan 04 ədəd markasını hazırda xatırlamadığı feni, 03 ədəd markasını xatırlamadığı saç boyasını, 03 ədəd markasını xatırlamadığı kremi, 01 ədəd markasını xatırlmadığı saç lakını, 01 ədəd markasını xatırlamadığı saç qayçısını oğurlayıb oradan çıxmış, oğurladığı əşyalardan iki ədəd feni tanışı Şahid6 birini 5 manat, digərini isə 8 manata satmış, o, ona həmin fenlərin özünün olduğunu, bacısının Türkiyədən ona gətirdiyini, pula ehtiyacı olduğundan satdığını demiş, sonra saç lakını və bir ədəd feni özündə saxlamış, lakin 01 ədəd fen köhnə olduğundan və 03 ədəd saç boyasını, 03 ədəd kremi, 01 ədəd saç qayçısını isə sata bilməyəcəyini fikirləşib xatırlmadığı yerə tullamış,195 manat pulu isə öz şəxsi ehtiyyaclarına xərcləmiş, geyim mağazasından oğurladığı paltarları da Sumqayıt şəhər ərazisində tanımadığı şəxslərə hər birini təxminən 5-6 manata və ya daha ucuz sataraq əldə etdiyi 150 manat pulu da öz şəxsi ehtiyaclarına xərcləmiş, paltarları satdığı şəxslərə paltarların özünün olduğunu, Sədərək bazarından alaraq satdığını demişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri 26-cı məhəllə ərazisinə piyada gedərək oradan münasib yerdən oğurluq etmək qərarına gəlmişdir. O, həmin ərazidə piyada gəzərkən qarşısına “FK Studio” gözəllik salonu çıxmış, həmin salonun işığı sönülü olmuş, içəridə də heç kim olmamışdır. O, salona yaxınlaşıb, üzərində olan vintaçanla salonun qapısını sıxıb açmaqla içəriyə daxil olub oradan dolabın içərisində olan 125 manat pulu və müxtəlif saç, üz, dırnaq üçün ləvazimatları oğurluyaraq oradan uzaqlaşıb evə getmişdir. Yolda gələrkən vintaçanı harasa tullamışdır. Həmin gün, saat 12 radələrində oğurladığı əşyaların bir hissəsini aparıb Kolxoz bazarının qarşısında yoldan keçən tanımadığı şəxsə 50 manata satmış, həmin əşyaları da tanımadığı şəxsə satarkən onların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Həmin şəxs onların oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Əldə etdiyi 50 manat pulu və həmin salondan oğurladığı 125 manatı özünə saxlamış, heç kimə verməmişdir. Həmin oğurluğu özü tək törətmiş, ona kömək edən olmamış, oğurladığı əşyalardan bəziləri onda qaldığından onları, yəni 04 ədəd dırnaq lakını, iki ədəd saç lakını, iki ədəd saç dərmanını, 02 ədəd saç boyasını polisə təqdim etmişdir. Bundan başqa, maddi durumu pis olduğu üçün, pula ehtiyacı olduğundan yenidən oğurluq etmək məqsədi ilə 30 noyabr 2021-ci il tarixdə, saat 02-03 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda gəzərkən həmin ünvanda olan bərbərxanadan oğurluq etmək qərarına gələrək həmin bərbərxananın plastik qapısını üzərində olan vintaçanla sıxıb açmaqla içəri daxil olmuş, həmin yerə daxil olanda 03 ədəd saç kəsən qurğu görüb oğurlamış, oğurladığı saç kəsən qurğulardan bir ədədini xatırlamadığı yerdə itirmiş, digər ikisini isə Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində bərbərxanada işləyən tanımadığı şəxsə birini 5 manat pul müqabilində satmış, digər bir ədədini isə həmin şəxsə hədiyyə etmişdir. Həmin şəxsə saç kəsən qurğuların özünə məxsus olduğunu bildirmiş, onları oğurlaması barədə heçnə deməmişdir. Bundan əlavə, maddi vəziyyəti yaxşı olmadığına görə təkrarən 06 dekabr 2021-ci il tarixdə, saat 02-03 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayonda poliklinikanın qarşısından keçərkən həmin ünvanda olan mağazadan oğurluq etmək qərarına gəlmiş və həmin mağazanın plastik qapısını üzərində olan vintaçanla sıxıb açmaqla içəri daxil olmuş, mağazaya daxil olandan sonra oradan sayını xatırlamadığı müxtəlif markada siqaretləri, müxtəlif markalı şokoladları, 1 butulka araq, kassada olan təxminən 10 manat məbləğində qəpik pulları sellofan torbaya yığıb həmin mağazadan çıxmış, oğurladığı mallardan mağazadan çıxan zaman sellofan torba deşik olduğundan tökülənləri olmuş, qalan 51 qutu müxtəlif markalı siqaretlərdən 3 qutusunu özü çəkmiş, bir neçə gün sonra qalan 48 qutunu qaynanası Firəngiz və onun qonşusuna özünə məxsus olduğuna inandırmaqla bir ədədi 2 manata olmaqla 96 manata satmış, şokaladları və arağı özü istifadə etmiş, qəpik pulları isə xərcləmişdir. Bundan başqa maddi sıxıntıları olduğundan yenə oğurluq etmək qərarına gəlmiş, ona görə də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 1-ci mkr ərazisində oğurluq etməyə yer axtarmış, xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində Sumqayıt şəhər, 1-ci mkr, Cəfər Cabbarlı küçəsində gəzərkən dərzi sexi görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. O, oraya yaxınlaşaraq dərzi sexinin boz rəngli plastik qapısını vintaçanla sıxıb açaraq içəriyə daxil olmuş, orada pul və ya qiymətli nəsə axtarmağa başlamışdır. Həmin vaxtı gözünə orada vitrindən asılmış xəz dəri(şuba) palto dəymiş, o, şubanı götürərək sellofon torbaya qoyub oradan çıxmış, sonra yol ilə gedərkən gecə olduğundan arxasınca kiminsə gəldiyini düşünmüş, özünə problem olmasın deyə və qorxduğundan şubanı orada olan hazırda dəqiq yerini xatırlamadığı ağaclardan birinin dibinə ataraq getmişdir. Həmin oğurluq əməlini tək törətmiş, kənar kimsə kömək etməmiş, cinayət əməli barədə heç kimə məlumat verməmiş, oğurladığı əşyaları satdığı şəxslər onların oğurluq olduğunu bilməmiş, onlara bəhanələr uyduraraq özünün olduğuna inandırmış, vintaçanı isə hazırda nə etdiyini, hara tulladığını xatırlamamışdır. Geyimləri bağlamada götürdüyündən sayını dəqiq bilmir. Təxminən orada 32 ədəd geyim olmuşdur. Xəz dəri paltonu tulladığı yeri isə dəqiq xatırlamır. Oğurluq hadisələrini tək törətmişdir.Əməlindən peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 3 ildir Sumqayıt şəhəri, 10-cu mkrda, 14 saylı binanın qarşısında yerləşən “Shakira” adlı bərbərxananı icarəyə götürərək bərbər işləyir, hər gün işə səhər saat 11 radələrində gəlir və axşam təxminən 21 radələrində qapını bağlayıb gedir. 29 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində bərbərxananı bağlayıb yaşadığı ünvana getmiş, ertəsi gün, yəni 30 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində bərbərxanaya gələn zaman oranın ağ plastikdən olan qapısının açıq olduğunu görmüşdür. Qapıya baxdıqda orada vintaçan izlərinin olduğunu görüb oradan oğurluq olduğunu anlamış və həyəcanlı olduğundan yanında olan dostu Şahid3 polisə məlumat verməsini xahiş etmiş, daha sonra polis əməkdaşları oraya gələrək baxış keçirmişlər. O, içəriyə baxdıqda oradan ona məxsus 01 ədəd 280 manat dəyərində “Wahl” markalı saç kəsən qurğunun, 01 ədəd 30 manat olan “Kemei” markalı saç kəsən qurğunun, 01 ədəd 200 manat dəyərində olan “West” markalı saç kəsən qurğunun oğurlandığnı görmüş, sonradan Təqsirləndirilən şəxs adlı əvvəllər tanımadığı şəxsin oğurluq etdiyini polis əməkdaşlarından öyrənmişdir. Oğurluq nəticəsində oradan ona məxsus 01 ədəd 280 manat dəyərində “Wahl” markalı saç kəsən qurğu, 01 ədəd 30 manat olan “Kemei” markalı saç kəsən qurğu, 01 ədəd 200 manat dəyərində olan 'West’ markalı saç kəsən qurğu oğurlanmış və oğurluq nəticəsində ona 510 manat maddi ziyan dəymiş, orada müşahidə kamerası olmamışdır. Ona dəymiş ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 Alakişi oğlu ifadəsində göstərdi ki, təxminən 5 ildən çoxdur ki, Sumqayıt şəhəri, 11-ci mkrda yerləşən geyim mağazası işlədir, hər gün işə səhər saat 10 radələrində gəlir və axşam təxminən 20 radələrində qapını bağlayıb gedir. 21 noyabr 2021-ci il tarixdə, saat 20 radələrində mağazanı bağlayıb çıxıb getmiş, xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində mağazaya gələrək qapını açmaq istədikdə ağ rəngli plastik qapının açıq olduğunu, qapıda vintaçan izlərinin olduğunu görüb oğurluq oluğunu anladığı üçün polisə məlumat vermiş, daha sonra polis əməkdaşları oraya gələrək baxış keçirmişlər. O, sonradan oradan oğurluğu Təqsirləndirilən şəxs adlı əvvəllər tanımadığı şəxsin oğurluq etdiyini polis əməkdaşlarından öyrənmişdir. Oğurluq nəticəsində ona məxsus geyim mağazasından 02 ədəd “Trikotaj Abbas” markalı qara rəngli jilet, 02 ədəd “Trikotaj Abbas” markalı düyməli boz rəngli jaket, 02 ədəd “Trikotaj Abbas” markalı sepli boz rəngli jaket, 01 ədəd "Tiryaki” markalı yaşıl rəngli düyməli jaket, 03 ədəd “X Men” markalı jaket, 04 ədəd ‘Xmen” markalı boğazlı sviter, 04 ədəd “X Men” markalı ürək sviter, 03 ədəd “Cocclar” markalı jilet, 03 ədəd “Tiryaki” markalı romb jilet, 02 ədəd “Ravanelli” markalı pamazi köynək, 01 ədəd “PoorMohammed” markalı yun sviter, 01 ədəd “DicoClub” markalı köynək, 01 ədəd “Dico Club” markalı xətli köynək, 02 ədəd “Orxan Paşa” markalı köynək, 01 ədəd “Denis Cabor” markalı köynək oğurlanmış və oğurluq nəticəsində ona 548 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2021-ci iİ tarixdə özünə məxsus xəz dəridən olan palto böyük olduğundan yığılması üçün Sumqayıt şəhəri, 1-ci mkr, C.Cabbarlı küçəsində yerləşən dərzi sexinə vermişdir. xx.xx.2021-ci il tarixdə Orxan adında dərzi ona zəng edərək sexdən oğurluq olduğunu, paltonun oğurlandığını deyərək sexə getmələrini demişdir. Oraya getdikdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə sexdən oğurluq oluğunu və naməlum şəxs və ya şəxslərin sexdən ona məxsus xəz dəridən olan paltonu oğurlandığını öyrənmiş, Orxan onlara bununla bağlı polisə məlumat verdiyini, sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs adlı əvvəllər tanımadıqları şəxsin olduğunu polis əməkdaşlarından öyrəndiyini demişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə baş vermiş, oğurluq nəticəsində sexdən yalnız ona məxsus 2016-cı il tarixdə 4500 manata alınmış qara rəngli “Femina” markalı xəz dəridən olan palto oğurlanmış və həmin xəz dəridən olan palto hazırda təxminən 3000 manat olardı. Ona oğurluq nəticəsində 3000 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçidir. İş üzrə Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 ildir Sumqayıt şəhəri, 7-8-12- ci məhəllə ərazisində yerləşən 3 saylı yaşayış binasının sağ tərəfində yerləşən qadın salonunu icarə əsasında işlədir, salonu hər gün səhər saatlarında açır, axşam 17 radələrində bağlayır. O, sonuncu dəfə salonda xx.xx.2021-ci il tarixdə təxminən günorta saatlarında olmuş, sonra işdən çıxaraq evə getmiş, xx.xx.2021- ci il tarixdə işi olduğundan işə getməmiş, xx.xx.2021-ci il tarixdə günorta saatlarında obyekti icarəyə götürdüyü Rəşad Novruzov zəng edərək salondan oğurluq olduğunu, oraya gəlməsini dediyi üçün dərhal salona getmiş, oraya gəldikdə naməlum şəxs və ya şəxslərin salonun qapısında olan qara rəngli dəmir barmaqlığın kilidini sındırıb, daha sonra ağ rəngli plastik qapını da vintaçanla açaraq içəri daxil olaraq pulunu, salona aid əşyaları oğurlamışdır. O, sonradan oradan oğurluğu Təqsirləndirilən şəxs adlı əvvəllər tanımadığı şəxsin oğurluq etdiyini polis əməkdaşlarından öyrənmişdir. Oğurluq nəticəsində salondan orada olan taxta dolabın üst siyirməsində olan kosmetika kisəsinin içərisində olan 195 manat nağd pul, taxta dolabda olan 150 manat dəyərində “Philips” markalı hava feni, 01 ədəd 50 manat dəyərində ütü feni, 01 ədəd 25 manat dəyərində saç buran buran fen, 01 ədəd 16 manat dəyərində “Quicks” markalı saç buran fen, 03 ədəd hər birinin dəyəri 3 manat olan “Garnier” markalı saç boyası, 03 ədəd hər birinin qiyməti 10 manat olan “Garnier” markalı “tonolniy” krem, 01 ədəd 10 manat dəyərində saç lakı, 01 ədəd 15 manat dəyərində dəmirdən olan “Philips” markalı saç qayçısı oğurlanmış və oğurluq nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, təxminən 10 ildən çoxdur ki, Sumqayıt şəhəri 8-ci mkrda yerləşən 4 saylı poliklinikanın yaxınlığında özünə məxsus ərzaq mağazası işlədir. Hər gün işə səhər saat 07 radələrində gəlir və axşam təxminən 23 radələrində qapını bağlayıb gedir. 05 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində mağazanı bağlayıb çıxıb getmiş, xx.xx.2021ci il tarixdə, saat 07 radalərində mağazaya gələrək qapını açmaq istədikdə qapının qara rəngli dəmir barmaqlığının və ağ rəngli plastik qapının açıq olduğunu görmüş, dərhal mağazadan oğurluq olduğunu anlamış və “102” xidmətinə məlumat vermişlər. Daha sonra polis əməkdaşları oraya gələrək baxış keçirmişlər, o, sonradan oradan oğurluğu Təqsirləndirilən şəxs adlı əvvəllər tanımadığı şəxsin etdiyini polis əməkdaşlarından öyrənmişdir. Oğurluq nəticəsində orada olan taxtadan olan rəfin üzərindən ona məxsus 8 ədəd qara “Kent 4" markalı, 8 ədəd "Kent 8” markalı, 05 ədəd "Kent T markalı, 05 ədəd "ballı Vinston” markalı, 09 ədəd sadə “Vinston” markalı, 06 ədəd nazik Vinston markalı, 07 ədəd “Sobranie” markalı ağ nazik, 05 ədəd qara nazik "Sobranıe”, 05 ədəd göy nazik “Sobranie” markalı, 05 ədəd ballı “Sobranie” markalı, 13 ədəd "LD kompakt” markalı, 08 ədəd “Vinçester kombakt” markalı, 10 ədəd boz nazik “Vinçester” markalı, 12 ədəd “Rothmans” markalı, 12 ədəd “Palma” markalı, 15 ədəd “Qarabağ” markalı, 08 ədəd qalın "Argo” markalı, 05 ədəd nazik “Argo” markalı, 07 ədəd qalın “Vest”' markalı, 05 ədəd göy “Prima” markalı, 08 ədəd nazik “Keno” markalı, 12 ədəd kompakt “Klassik” markalı siqaretlər, rəfdə olan 10 ədəd böyük “Snikers” markalı, 12 ədəd böyük "Bounty” markalı, 10 ədəd böyük “Tviks” markalı 12 ədəd böyük "Albeni” markalı şokoladlar, 32,5 manat dəyərində 03 ədəd 0,7 litrlik “Sultan” markalı, 02 ədəd 0,7 litrlik "Kiyev” markalı spirtli içki və şüşədən olan rəfin içərisində olan dəmir qabdan 250 manat nağd pul oğurlanmış və oğurluq nəticəsində ona 827.55 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, onun Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində özünə məxsus “Züleyxa Studio” gözəllik salonu var. O, hər gün səhər saat 10-11 radələrində salonu açıb, axşam saat 21 radələrində salonu bağlayıb evə gedir, hər gün olduğu kimi xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində salonu bağlayıb evə getmişdir. xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində salona gəlib giriş qapısını açmaq istəyəndə salonun giriş qapısının dəmir barmaqlığının açıq olduğunu görmüş, içəri keçib görmüşdür ki, içəridən oğurluq olub. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra içəriyə daxil olub görmüşdür ki, salonun içərisində olan şkafın siyirməsindən içərisində 598 manat nağd pul, “azərsu”, “azərqaz” ödəmə katları və özünə məxsus "xxxx" ASC-nin plastik kartı olan təxminən 1 il əvvəl 20 manata aldığı açıq çəhrayı rəngdə dəri materialdan olan portmanat, 1 ədəd 230 manat dəyərində “Brown” markalı keratin ütü, 1 ədəd 80 manat dəyərində dörd barmaqlı “Vinster’ markalı buran fen, 1 ədəd 80 manat dəyərində “Strelaks” markalı dalğalı fen və 1 ədəd 23 manat dəyərində “loder" markalı saç qurudan feni oğurlanmış, sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə nəticəsində ona 1031 manat ziyan dəymişdir. Ona məxsus "Kapital Bank” ASC-nin plastik kartından kartı bağlatdırdığı üçün pul oğurlanmamışdır. Ona dəymiş ziyan ödənilmədiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, işlətdiyi Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində olan “FK Studio” gözəllik salonunu sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində bağlayıb getmiş, səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə, səhər saat 09 radələrində salona gəlmiş və qapını açıb içəri daxil olmuş, içəri daxil olduqdan sonra içərinin qarışıq olmasını, bəzi əşyaların yerində olmadığını görmüş, bundan sonra ona məlum olmuşdur ki, naməlum şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdə olan müddət ərazində işlətdiyi “FK Studio” gözəllik salona açarla açıb daxil olaraq oradan oğurluq etmişdir. Bundan sonra o, zəng edib bu barədə polisə məlumat vermişdir. İçəri baxarkən ona məlum olmuşdur ki, işlətdiyi gözəllik salonundan dolabın içərisindən 125 manat nəğd pul, 01 ədəd 20 manata aldığı səsgücləndirici, vitrində olan 02 ədəd 750 ml. 01 ədəd 1 İtrlik “X8” markalı keratin 17 ədəd “Seacolor” markalı saç boyası, 03 ədəd “Palet” markalı saç boyası, 03 ədəd Fara markalı saç boyası, 03 ədəd “Şvarkoft” markalı saç lakı, 01 ədəd “Prelest” markalı saç lakı, 02 ədəd 1 litrlik “Trend toujours” markalı saç dərmanı, 01 ədəd “Antiloshari” markalı saç yağı, 02 ədəd “X12” markalı keratin yağı, 01 ədəd 350 ml ölçüsündə saç Toniki, 01 ədəd “Noks” markalı saç tozu, 01 qutu qaş naboru, 01 ədəd “Yaquar” markalı saç qayçısı, 01 ədəd kist, 01 ədəd ət qayçısı, 01 ədəd pilka, 02 ədəd “Mak” markalı üz spreyi, 02 ədəd Faberlik markalı üz toniki, 01 ədədi 4 manata olan 25 ədəd “Milanova” markalı dırnaq lakı oğurlanmışdır. Oğurluq nəticəsində ona 972 manat maddi ziyan dəymişdir. İlkin müraciəti zamanı salondan 200 manat dəyərində əşyaların oğurlandığını bildirsə də, sonradan salonda olmuş və oğurlanmış əşyaların siyahısını çıxartmış, oğurluq nəticəsində ona ümumilikdə 972 manat ziyan dəymişdir, həmin yerdə təhlükəsizlik kameraları olsa da, həmin kameralar işlək vəziyyətdə olmamışdır. Ona dəymiş ziyan ödənilmədiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar ifadə verdi. İş üzrə şahid qismində tanınmış Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və səhhəti ilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İlahə Məmmədova ilə qeyri-rəsmi nikahda yaşayır. 10 dekabr 2021-ci il tarixdə Zaur yaşadığı ünvana gələrək bildirmişdir ki, bir nəfər şəxsin ona pul borcu olmuş, borcun yerinə siqaret almışdır. Həmin siqaretləri ondan alıb satmasını xahiş etmişdir. O da Zaura bildirmişdir ki, pulu yoxdur, qonşusu, ərzaq dükanı işlədən Həqiqətdən xahiş edər, alar. O da bu barədə Həqiqətə bildirmiş və Həqiqət də onunla razılaşmışdır. Beləliklə Həqiqətlə o, toplam olaraq müxtəlif markada 12 qutu siqareti Zaurdan hər birini 2 manata almışlar. Zaura toplam olaraq 24 manat pul vermişlər. Həqiqətlə o həmin siqaretləri müxtəlif şəxslərə satmışlar. O və ya Həqiqət həmin siqaretlərin oğurluq olduqlarını bilməmişlər. Həmin siqaretlərin oğurluq olduğunu bilməmiş, Zaur onlara borc yerinə aldığını demişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, ondan ümumlikdə 12 qutu siqaret almışlar. İş üzrə şahid qismində tanınmış Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və işi ilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Şahid2 ibtidai istintaqda digər Şahid1 ifadəsinə oxşar ifadə vermiş və onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun baldızı İlahə Məmmədovanın həyat yoldaşıdır. O, İlahənin yaşadığı ünvana qonaq getdiyi zaman Zaur onda satılıq iki ədəd fen olduğunu bildirmiş, o da həmin fenlərə baxmış, Fenlər onun xoşuna gəldiyindən həmin fenlərdən birini 5 manata, digərini isə 8 manata almağa razılaşmışdır. O, Zaura 13 manat verərək fenləri almışdır. O, Zaurdan fenləri hardan aldığını soruşduqda Zaur ona fenləri bacısının Türkiyədən gətirdiyini söyləmişdir. O daha sonra 16 dekabr 2021-ci il tarixdə polis əməkdaşlarından həmin fenlərin oğurluq olduğunu, Zaurun salondan oğurladığını öyrənmiş və fenləri təqdim etmişdir. Həmin fenlərin oğurluq olduğunu bilməmiş, Zaur ona fenləri bacısının Türkiyədən gətirdiyini söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə ailəsi ilə birlikdə yaşayır. O, yaşadığı məhlədə icarə əsasında bərbərxana işlədir. 10 dekabr 2021-ci il tarixdə dostu Pərvizə məxsus telefon aksesuarları satılan mağazada olarkən tanımadığı bir şəxs mağazaya daxil olub əlində olan saç kəsən aparata adaptor lazım olduğunu demiş, Pərviz həmin aparata adaptor olmadığını deyəndə, həmin şəxsdən saç kəsən aparatı satıb-satmadığını soruşmuş, həmin şəxs də ona “Kemei” markalı aparatı pay verdiyini deyib ona vermiş, ona nə üçün pay verdiyini dedikdə o, ona həmin aparata ehtiyacının olmadığını demişdir. Ona pul təklif etdikdə ehtiyac olmadığını demişdir. Bundan bir neçə gün sonra həmin şəxs onun işlədiyi bərbərxanaya daxil olub “Wahl” markalı saç kəsən aparatı satmaq istədiyini demişdir. O, ondan həmin aparatı hardan aldığını, oğurluq olub-olmadığını soruşmuş, həmin şəxs isə cavab vermişdir ki, oğurluq deyil özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satır. O da həmin şəxsdən həmin saç kəsən aparatı 5 manat pul müqabilində almış, sonradan həmin aparatın polis əməkdaşlarından oğurluq olduğunu, həmin şəxsin oğurluq etdiyini öyrənmiş və saç kəsən qurğuları polis əməkdaşlarına təqdim etmişdir. Həmin saç kəsən qurğuların oğurluq olduğunu bilməmiş, həmin şəxs özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə müstəntiq Qənimət Muradlı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Sumqayıt şəhər Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Bundan başqa ********* saylı cinayət işi xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin müstəntiqi, polis baş leytenantı İlkin Nurizadə tərəfindən X4 müaciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanılaraq, icraata qəbul edilib istintaq aparılmışdır. xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Toplanmış sübutlarla - hadisə yerinə baxış keçirilməsi, təqdim etmə və götürmə haqqında protokollar təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri, diskə baxış keçirilməsi protokolları, ifadənin yerində yoxlanılması protokolu və digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan təqsiri sübuta yetirilmişdir. İş materiallarında olan təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid5 Təqsirləndirilən şəxs oğurlayaraq ona satdığı 02 ədəd saç kəsən aparatı Sumqayıt ŞPİ- nin 1-ci PB-yə təqdim etmişdir. Təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd saç lakını və 01 ədəd saç buran feni təqdim edərək onları xx.xx.2021-ci il tarixdə saat 06 radələrində Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisində yerləşən gözəllik salonundan oğurladığını bildirmişdir. Təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid6 Təqsirləndirilən şəxs oğurlayaraq ona satdığı 02 ədəd saç fenini Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir. Təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 ədəd dırnaq lakını, iki ədəd saç lakını, iki ədəd saç dərmanını, 02 ədəd saç boyasını təqdim edərək onları xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri 26 məhəllə ərazisində yerləşən gözəllik salonundan oğurladığını bildirmişdir. Təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 içərisində özünə məxsus geyim mağazasından oğurluq edən şəxsin düşdüyü görüntülər olan 01 ədəd DVD diski istintaqa təqdim etmişdir. Təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 içərisində özünə məxsus gözəllik salonundan oğurluq edən şəxsin düşdüyü görüntülər olan 01 ədəd DVD diski istintaqa təqdim etmişdir. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs4 işlətdiyi Sumqayıt şəhəri 7- 8-12-ci məhəllə 3 saylı yaşayış binasının sağ tərəfində yerləşən gözəllik salonuna gələrək oradan oğurluq edir. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ii tarixə keçən gecə Zərərçəkmiş şəxs2 işlətdiyi Sumqayıt şəhəri 11-ci mkrda yerləşən geyim mağazasına gələrək oradan oğurluq edir. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə X6 işlətdiyi Sumqayıt şəhəri 10cu mkrda yerləşən gözəllik salonuna gələrək oradan oğurluq edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/191 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd malların istifadə olması nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 75 manat müəyyən edilir. Qərarda göstərilən 27 adda malların təzə vəziyyətdə 2021-ci ilin noyabr- dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 667,90 manat müəyyən edilir. Digər 2 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Təqdim edilən mallar: 60 manat dəyərində olan 1 ədəd “Wahl”markalı, "8591L”model saçqırxan aparat; 15 manat dəyərində olan 1 ədəd “Kemei” markalı “KM-5017” model saçqırxan aparat; Təqdim edilməyən mallar nəzəri qaydada: 120 manat dəyərində olan 1 ədəd “West" markalı saçkəsən qurğu; 01 ədədi 3,60 manat 8 ədədi 28.8 manat dəyərində olan qara “Kent 4” markalı siqaret; 01 ədədi 3,60 manat 8 ədədi 28,8 manat dəyərində olan “Kent 8”markalı siqaret: 01 ədədi 3,60 manat 5 ədəcii 18 manat dəyərində olan “Kent 1” markalı siqaret; Olədədi 3,40 manat 5 ədədi 17 manat dəyərində olan ‘Ballı Vinston”markalı siqaret; 01 ədədi 3,40 manat 9 ədədi 30,6 manat dəyərində olan sadə “VinstoıY’markalı siqaret; 01 ədədi 3,40 manat 6 ədədi 20,40 manat dəyərində olan nazik “Vinston” markalı siqaret; 01 ədədi 3,90 manat 7ədədi 27,30 manat dəyərində olan "Sobranie" markalı ağ nazik siqaret; - 01 ədədi 3,90 manat 5 ədədi 19,50 manat dəyərində olan qara nazik “Sobranie” markalı siqaret; - 01 ədədi 3,90 manat 5 ədədi 19,50 manat dəyərində olan göy nazik “Sobranie”markaiı siqaret; - 01 ədədi 3,90 manat 5 ədədi 19,50 manat dəyərində olan ballı ’’Sobranie” markalı siqaret - 01 ədədi 2,80 manat 13 ədədi 36.40 manat dəyərində olan “LD kompakt” markalı siqaret; - 01 ədədi 2,50 manat 8 ədədi 20 manat dəyərində olan “Vinçester kompakt” markalı siqaret - 01 ədədi 2,50 manat 10 ədədi 25 manat dəyərində olan boz nazik “Vinçester” markalı siqaret - 01 əcıədi 2,50 manat 12 ədəciı 3ü manat dəyərində olan “Rotmans” markalı siqaret; - 01 ədədi 2,50 manat 12 ədədi 30 manat dəyərində olan “Palma” markalı siqaret; - 01 ədədi 1,80 manat 15 ədədi 27 manat dəyərində olan “Qarabağ”markalı siqaret; - 01 ədədi 1,80 manat 8 ədədi 14.40 manat dəyərində olan qalın “Argo” markalı siqaret; - 01 ədədi 1,80 manat 5 ədədi 09 manat dəyərində olan nazik “Argo” markalı siqaret; - 01 ədədi 2,50 manat 7 ədədi 17,50 manat dəyərində olan qalın “Vest" markalı siqaret - 01 ədədi 2 manat 5 ədədi 10 manat dəyərində olan göy “Prima”markalı siqaret; - 01 ədədi 2 manat 8 ədadı 16 manat dəyərində olan nazik “Keno” markalı siqaret; - 01 ədədi 2,20 manat 12 ədədi 26,40 manat dəyərində olan kompakt “Klassik” markalı sigaret; - 01 ədədi 1,40 manat 10 ədədi 14 manat dəyərində olan böyük “Snikers” markalı şokalad; - 01 ədədi 1,40 manat 12 ədədi 16,80 manat dəyərində olan böyük “Bounty” markalı şokalad; - 01 ədədi 1,40 manat 10 ədədi 14 manat dəyərində olan böyük “Tviks” markalı şokolad; -01 ədədi 1 manat 12 ədədi 12 manat dəyərində oları böyük “Albeni” markalı şokolad; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1258 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 04 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 130 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. - Digər 01 ədəd 1 il əvvəl alınmış açıq çəhrayı rəngdə dəri materialdan olan portmanat tədqiqata təqdim edilmədən qiymətləndirmə aparmaq mümkün deyil. - 60 manat dəyərində olan 01 ədəd «Brown» markalı keratin ütü; - 25 manata dəyərində olan 01 ədəd dördbarmaqlı «Vinster» markalı buran fen; - 30 manat dəyərində olan 01 ədəd «Strelaks» markalı dalğalı fen; - 15 manat dəyərində olan 01 ədəd «Loder» markalı saç qurudan fen. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1259 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 04 adda malların istifadədə olması nəzərə alınmaqla, hadisə baş verən tarixə, yəni 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 46,00 manat, tədqiqata təqdim edilməyən qərarda göstərilən 01 ədəd “Philips” markalı hava feninin istifadədə olması nəzərə alınmaqla təxminən 20,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 03 adda malların istismar müddəti, həcmi və s. barədə məlumat məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Təqdim edilmiş mallar -20 manat dəyərində olan 01 ədəd istifadədə olmuş, qutuda üzərində “Quicks” 220-240V 50-60Hz 70W yazıları olan saç buran fen; -01 manat dəyərində olan 01 ədəd istifadədə olmuş, bir hissəsi istifadə olunmuş, üzərində “X17 Spray” yazıları oları, 750 ML həcmdə saç lakı; -15 manat dəyərində olan 01 ədəd istifadədə olmuş, üzərində “Babyliss Paris” yazıları olan ütü feni -10 manat dəyərində olan 01 ədəd istifadədə olmuş, üzərində markalanma göstəriciləri olmayan saç buran fen; - Nəzəri qaydada 20 manat dəyərində olan 01 ədəd istifadədə olmuş, "Philips” markalı hava feni. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1260 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotoşəkillərdə göstərilən 15 adda geyim əşyalarının istifadədə olmaması nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 516 manat müəyyən edilir. Həmin geyim əşyalarının ayrı- ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. -biri 13 manat iki ədədi 26 manat dəyərində olan «Trikotaj Abbas» markalı qara rəngli jilet; -biri 23 manat iki ədədi 46 manat dəyərində olan «Trikotaj Abbas» düyməli boz rəngli jake -biri 23 manat iki ədədi 46 manat dəyərində olan "Trikotaj Abbas” markalı sepli boz rəngli jaket; 20 manat dəyərində olan 01 ədəd “Tiryaki” markalı yaşıl rəngli düyməli jaket; - biri 18 manat üç ədədi 54 manat dəyərində olan “X Men” markalı jaket: - biri 18 manat dörd ədədi 72 manat dəyərində olan “X men” markalı boğazlı sviter; - biri 16 manat dörd ədədi 64 manat dəyərində olan “X Men” markalı ürək sviter; - biri 13 manat üç ədədi 39 manat dəyərində olan “Goccia" markalı jilet; - biri 13 manat üç ədədi 39 manat dəyərində olan “Tiryaki” markalı romb jilet; - biri 18 manat iki ədədi 36 manat dəyərində olan “Ravanelli” markalı pamazi köynək; -14 manat dəyərində olan 01 ədəd “Poor Mohammed” markalı yun sviter; -12 manat dəyərində olan 01 ədəd “DicoClub” markalı köynək; -12 manat dəyərində olan 01 ədəd “Dico Club” markalı xətli köynək -biri 12 manat iki ədədi 24 manat dəyərində olan “Orxan Paşa” markalı köynək; -12 manat dəyərində olan 01 ədəd “Denis Cabor” markalı köynək. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1257 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotoşəkillərdə göstərilən 1 ədəc qara rəngli “Femina” markalı, xəz dəridən olan paltonun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1000,00 müəyyən edilir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim etmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11,03.2022-ci il tarixli, 9/1292 saylı rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 13 malların təzə vəziyyətdə 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 477,40 manat müəyyən edilir. Digər 09 adda mallar haqqında ətraflı məlumat (marka, model, sayı, ölçüsü və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adlan və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 25 manat dəyərində olan 01 ədəd «Mocrolab B55» markalı səsgücləndirici aparatı; 150 manat dəyərində olan 01 ədəd bir litrlik «X8» markalı keratin; 01 ədədi 3,50 manat 17 ədədi 59,5 manat dəyərində olan «Seacolor» markalı saç boyası; 01 ədədi 7,50 manat 15 ədədi 112,5 manat dəyərində olan «Sios» markalı saç boyası; 01 ədədi 2,80 manat 03 ədədi 8,4 manat dəyərində olan «Palet» markalı saç boyası; 01 ədədi 2,40 manat 03 ədədi 7,20 manat dəyərində olan «Fara» markalı saç boyası; 2,80 manat dəyərində olan 01 ədəd «Prelest» markalı saç lakı; 10 manat dəyərində olan 01 ədəd «Yaquar» markalı saç qayçı; 02 manat dəyərində olan 01 ədəd «kist» 10 manat dəyərində olan 01 ədəd ət qayçısı (qusaçka); 03 manat dəyərində olan 01 ədəd pilka; 01 ədədi 06 manat 02 ədədi 12 manat dəyərində olan «Faberlik» markalı üz toniki» 01 ədədi 03 manat 25 ədədi 75 manat dəyərində olan «Milanova» markalı dırnaq lakı. Sumqayıt ŞPİ-nin 1-ci PB-dən gəlmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs etdiyi oğurluqları tək etdiyi, kiminləsə əlbir olmaması, hər hansı şəxsin oğurluqda ona kömək etməməsi müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs oğurluqlarda istifadə etdiyi vintaçanın tapılması, Zərərçəkmiş şəxs6 məxsus gözəllik salonundan oğurladığı əşyaları satdığı şəxsin müəyyən edilməsi, Zərərçəkmiş şəxs6 məxsus bank kartının, portmanatın tapılması mümkün olmamışdır. Sumqayıt ŞPİ-nin 4-cü PB-dən gəlmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs etdiyi oğurluqları tək etdiyi, kiminləsə əlbir olmaması, hər hansı şəxsin oğurluqda ona kömək etməməsi müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi gözəllik salonundan oğurladığı əşyalardan tulladığı 01 ədəd fenin, 03 ədəd saç boyasının, 03 ədəd kremin, 01 ədəd saç qayçısın tapılması, Zərərçəkmiş şəxs3 məxsus xəz dəridən olan paltonu oğurladıqdan sonra tulladığı yerin müəyyən edilərək xəz dəridən olan paltonun tapılması və Zərərçəkmiş şəxs7 məxsus oğurlanmış əşyalardan bir qismini satdığı şəxsin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd saç kəsən aparatı, 01 ədəd saç lakı, 01 ədəd saç buran feni, 02 ədəd saç feni, 04 ədəd dırnaq lakı, iki ədəd saç lakı, iki ədəd saç dərmanı, 02 ədəd saç boyası sahiblərinə təhvil verilmiş , 03 ədəd DVD disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünun surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu olan, məhkumluğu ödənilməmiş hesab olunur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi təqsirini səmimi etiraf etməsi, əməlindən peşman olması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2009-cu il təvəllüdlü Pərvin Milanovun olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunması təklif edilən predmet yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Sumqayıt şəhər 1 saylı Vəkil Burosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 26 (iyirmi altı) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Burosunun vəkili Müdafiəçi 156 (yüz əlli altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxslərə onlara dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd saç kəsən aparatı, 01 ədəd saç lakı, 01 ədəd saç buran feni, 02 ədəd saç feni, 04 ədəd dırnaq lakı, iki ədəd saç lakı, iki ədəd saç dərmanı və 02 ədəd saç boyasının sahiblərinə təhvil verilməsi nəzərə alınsın və cinayət işi üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 156 (yüz əlli altı) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-472/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-472/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver