Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-473/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 11 sentaybr 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yat. 11, otaq 54 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi, s/m yataqxanası ünvanındayaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10.06.2021-ci il tarixdə təxminən saat 14:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Oyal” məktəbli ləvazimatları satışı mağazasının qarşısında tanıdığı Zərərçəkmiş şəxs döyərək ona sağ gözün ağlı qişasına qansızma, sağ almacıq və sol yanaq nahiyyələrinin qançırları, boyun nahiyyəsinin sıyrıqları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsbəsi ərazisində idarə etdiyi **-RV-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomaşın ilə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs da həmin ərazidə yaxınlıqda yaşaması ilə bağlı olaraq tanıyır. 10.06.2021-ci il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Oyal” məktəbli ləvazimatlarının satışı mağazasının qarşısında dayandığı zaman Zərərçəkmiş şəxs ona yaxınlaşmışdır. Ondan telefon istəmiş, sonra da siqaret istəmişdir. O da qarşıda mağaza olduğunu, oradan siqaret almasını demişdir. O cibində siqaret olduğunu, lakin onun qalın siqaret istədiyini bildirmişdir. O Rahidin ondan uzaqlaşmasını istəmiş, Rahid ona “kişi deyilsən” ifadəsini bildirmişdir. Rahidin sözündən əsəbiləşərək ona yaxınlaşmış, boğazından tutmuşdur. Üzünün sağ və sol tərəfinə bir dəfə sillə ilə zərbə vurmuşdur. Daha sonra da sakitləşərək oradan uzaqlaşmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 10.06.2021-ci il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən tanışının yanından gəlmişdir. Həmin vaxtda bir qədər spirtli içki qəbul etmişdir. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisinə gəlmişdir. Orada yaxınlıqda Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs onun yaşadığı ünvaın yaxınlığında idarə etdiyi avtomaşınla taksi fəaliyyəti göstərir. Ona yaxınlaşdıqdan sonra onun qalın siqaret yandıdığını görüb ondan həmin siqaretdən bir dənəsini də ona verməsini xahiş etmişdir. Əvəzində üzərində olan nazik siqaretdən ona verəcəyini demişdir. Bu zaman da o siqareti nisyə aldığını bildirərək ondan uzaqlaşmağını bildirmişdir. O da ona xəstə adam olduğunu bildirərək ona qarşı kobud danışmamasını bildirmişdir. Sonra da həmin şəxs üzərinə gəlmişdir. Boğazından əli ilə tutmuş, sonra sifətiniin sağ və sol tərəfinə sillə ilə zərbə vurmuşdur. Daha sonra da sakitləşərək oradan uzaqlaşmışdır. O da baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2 uşağı vardır. (i.v 14-18) İş materiallarında olan 664 saylı, 11.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ gözün ağlı qişasına qansızma, sağ almacıq və sol yanaq nahiyyələrinin qançırları, boyun nahiyyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir gün qədər əvvəl olmaqla qərarda göstərilən 10.06.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətinə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir.(21-23) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 36) İş materiallarından olan 16.06.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v56) İş materiallarında olan 17.06.2021-ci il tarixli 227 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli poliklinikanın psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur(i.v 57) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 17.06.2021-ci il tarixli 2178 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhr Narkoloji Dispansrində qeydiyyatda yoxdur.(i.v 58) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, bir azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-473/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-473/2021
08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver