Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-473/2022 07.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Xızı rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xızı rayonu, Giləzi qəsəbə ərazi dairəsi, Giləzi qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,530 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PBnin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 14 fevral 2022-ci il tarixdə, saat 19:50-də, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi ərazisində, kişi bərbərxanasının yaxınılığıdna saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 1,530 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 19:50 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi ərazisində olduğu zaman 3 (üç) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib, Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını və onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə dəvət etmişdirlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 2-ci PB-nə getmişdir. PB-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılması ona bir daha izah olunmaqla yanaşı, hüquq və vəzifələri barədə bildiriş və eləcə də, hüquqlarının müdafiəsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı ona təqdim olunmuşdur. Öncə təhqiqatçı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, vasitə və ya predmet olub-olmadığını soruşmuş və olduğu təqdirdə təqdim etməsini xahiş etmişdir. O, əynində olan qara rəngli, şalvarın sağ yan cibində saxladığı, 1 büküm göy rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan, narkotik vasitə “heroini” cibindən çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda, bükümün içərisində tünd qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Təhqiqatçı, onun təqdim etdiyi sözügedən göy rəngli siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o, həmin kütlənin “kakos” olduğunu, həmin narkotik vasitə bükümünü Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində, tanımadığı şəxsdən, öz istifadəsi üçün alıb, üzərində saxladığını bildirmişdir. Sonra onun üzərinə yoxlanış məqsədi ilə axtarış keçirilmiş, ancaq üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra onun üzərindən aşkar olunmuş həmin tündqəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə tərəziyə qoyulub çəkildikdə həmin kütlənin büküldüyü siqaret kağızı ilə birlikdə çəkisinin 1,80 qram olması müəyyən edilmişdir. Sonra onun üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər həmin kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o da əlavə edilmiş, xx.xx.2022-ci il tarixdə, o və əməliyyat qrupunun digər üzvləri, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi ərazisində pusqu qurmuşlar. Onlar saat 19:50-də Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi ərazisində Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını Təqsirləndirilən şəxs bildirib, Təqsirləndirilən şəxs da, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlarla birlikdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə getmişdir. Xidməti otaqlardan birində təhqiqatçı Taleh Abdullayev hansı səbəbdən saxlanılmasını Təqsirləndirilən şəxs bir daha izah etmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, vasitə və ya predmet olub-olmadığını soruşmuş və olduğu təqdirdə təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli, şalvarın sağ yan cibində saxladığı, 1 büküm göy rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan, narkotik vasitə “heroini” cibindən çıxardıb təqdim edərək, masanın üzərinə qoymuş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda, bükümün içərisində tünd qəhvəyi rəngli kütlə olması aşkar edilmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi sözügedən göy rəngli siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” olduğunu, həmin narkotik vastə bükümünü Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində, tanımadığı şəxsdən, öz istifadəsi üçün alıb, üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış məqəsdi ilə axtarış keçirilmiş, ancaq sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin tündqəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə tərəziyə qoyulub çəkildikdə həmin kütlənin büküldüyü siqaret kağızı ilə birlikdə çəkisi 1,80 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər həmin kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, zərf vəkil M.Cəlalzadə və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 İfadəsinə uyğun ifadə verdi. İşdə olan “şübhəli şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Abdullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (i.v 19) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir.(i.v. 79-81) İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs, Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 19:50-də saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-yə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə, saat 20:34-da PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarın sağ yan cibindən oir ədəd göy rəngli siqaret kağızına bükülmüş 01 bükümü təqdim etmiş, təqdim edilmiş bir ədəd göy rəngli siqaret kağızına bükülmüş 01 büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olan kakos olduğunu, həmin maddənin 2-3 gün əvvəl Xızı rayonu, Giləzi rəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm içərsindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərsindəki maddə ilə birlikdə çəkisinin 1,80 qram olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş bir büküm içərisindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v 27-28) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/924 saylı nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN “Zərflər üçün №126” möhür əksi, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,530 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir.(i.v 40-45) İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1133 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 99- 100) Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,530 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 1,480 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v. 87) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, onun məhkumluğu yoxdur. (i.v 93-94) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır.(i.v 84-85) İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 104) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/924 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1133 saylı rəyi, şəxsi axtarış və diskə baxış keçirilməsi protokolu və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə CM-nın 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 1,480 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın və cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 1,480 qram olan narkotik vasitə heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-473/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-473/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver