Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-473/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, 4 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 30 iyul 2022-ci il tarixdə saat 19:08-də Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında quraşdırılan bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs1 kömək etmək adı ilə yaxınlaşmış, daha sonra Zərərçəkmiş şəxs1 aldığı məlumatlar əsasında elektron məlumat daşıyıcısı hesab edilən sonuncuya “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən verilmiş bank kartının informasiya sisteminə qanunsuz daxil olaraq, bankomat vasitəsilə bank kartının bank hesabından Ş.Zərərçəkmiş şəxs1 məxsus 150 (bir yüz əlli) manat pul vəsaitini çıxarıb gizli olaraq talayarkən, Zərərçəkmiş şəxs1 bunu aşkar edib bank kartının bank hesabından çıxarıb əlində saxladığı ona məxsus pul əskinazları geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs isə qanunsuz hərəkətlərini davam etdirib hadisə yerindən qaçmaqla zərərçəkmişə məxsus əmlakı açıq talayıb soyğunçuluq etməyə cəhd edərkən ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 noyabr 2022-ci il tarixdə saat 17:59-da Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında quraşdırılan bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs2 kömək etmək adı ilə yaxınlaşmış, daha sonra Zərərçəkmiş şəxs2 aldığı məlumatlar əsasında elektron məlumat daşıyıcısı hesab edilən sonuncuya “Kapital Bank” tərəfindən verilmiş 5103 **** **** 1532 nömrəli bank kartının informasiya sisteminə qanunsuz daxil olaraq, bankomat vasitəsilə bank kartının bank hesabından M.Zərərçəkmiş şəxs2 məxsus 340 (üç yüz qırx) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 noyabr 2022-ci il tarixdə saat 14:35-də Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs3 kömək etmək adı ilə yaxınlaşmış, daha sonra Zərərçəkmiş şəxs3 aldığı məlumatlar əsasında elektron məlumat daşıyıcısı hesab edilən sonuncuya “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən verilmiş 5167 **** **** 4638 nömrəli bank kartının informasiya sisteminə qanunsuz daxil olaraq, bankomat vasitəsilə bank kartının bank hesabından B.Zərərçəkmiş şəxs3 məxsus 360 (üç yüz altmış) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub oğurluq cinayəti törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1, 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddət əvvəl həyat yoldaşından ayrılmış, himayəsində olan dörd az yaşlı övladı ilə birlikdə ünvan 3 ünvanında yaşamışdır. Barəsində həbs qətimkan tədbiri seçilənədək heç bir yerdə işləməmiş, narkotik vasitələrdən istifadə etməklə, narkotik vasitə aludəçəsi olmuşdur. Pula ehtiyacı olduğundan sonuncu dəfə xx.xx.2022-ci il tarixdə maddi ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün saat təxminən 19 radələrində Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən ASAN xidmət mərkəzinin qarşısına getmiş, orada quraşdırılan “Kapital Bank”a məxsus bankomatın qarşısında dayanıb kiminsə ona kartından pul çıxarılmasında köməklik göstərilməsi üçün müraciət etməsini gözləməyə başlamışdır. Təxminən bir neçə dəqiqə sonra ora bir nəfər yaşlı qadın yaxınlaşmış, sonra isə ona müraciət edərək onun kartından pulunu cıxardıb ona verməyini xahiş etmişdir. Ondan kartını alaraq “Kapital Bank”ın bakomatına daxil etmiş, kartı bonkomata daxil etdikdən sonra isə kartın kodunu həmin xanımdan soruşmuşdur. Daha sonra onun dediyi kodu bankomatda yığdıqda ekranda kartın hesabında 150 manat pul məbləğinin olmasının göstərildiyini görmüş, bundan sonra 150 manat pulu bankomatdan çıxartmaq üçün düymələrə toxunmuşdur. Kartı isə bankomatdan çıxardaraq sahibinə qaytaraq kartda pul olmadığını bildirmiş, bankomatdan pul çıxanda isə pulu götürüb əlində saxlamışdır. Həmin qadın isə kartda pul olub olmadığını yoxlamaq üçün kartı bu dəfə “Azərbaycan Beynəlxalq Bankın”a məxsus bankomata daxil edərək yoxlamağını istəmiş, kartı ondan alaraq bu dəfə həmin ərazidə quraşdırılmış “Azərbaycan Beynəlxalq Bankın”a məxsus bankomata daxil etmiş, sonra isə kartı çıxararaq sahibinə geri qaytarmış və kartın bankomat tərəfindən oxunmadığını bildirmişdir. Bu zaman həmin qadın əlindəki pulu görərək, həmin pulun ona məxsus olduğunu bildirməklə pulunu istəmiş, o cavabında pulun özünə məxsus olduğunu bildirərək oradan uzaqlaşmaq istədikdə, yaranmış səs küyə ora gəlmiş polis əməkdaşı onu saxlamış, sonra isə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirib təhfil vermişlər. Bundan sonra etdiyi əməli etiraf etmiş və hadisəni hansı şəraitdə törətməyi ilə bağlı izahat vermişdir. Bundan başqa pula ehtiyacı olduğundan xx.xx.2022-ci il tarixdə oğurluq etmək üçün saat təxminən 18 radələrində Sumqayıt şəhəri 15-ci məhəllədəki ASAN xidmət mərkəzinin qarşısına getmişdir. Oradakı “Kapital Bank”a məxsus bankomatın qarşısında dayanıb kiminsə ona kartından pul çıxarılmasında köməklik göstərilməsi üçün müraciət etməsini gözləmiş, bir neçə dəqiqə sonra bir qadın yaxınlaşmışdır. Sonradan həmin qadının adının Xanımzər olduğunu bilmişdir. Xanımzər ona müraciət edərək maaş kartından pulunu cıxardıb ona verməyini xahiş etmişdir. Bundan sonra ondan kartını alaraq “Kapital Bank”ın bakomatına daxil etmiş, kartı bonkomata daxil etdikdən sonra isə kartın kodunu həmin xanımdan soruşmuşdur. Daha sonra onun dediyi kodu bankomatda yığdıqda ekranda kartın hesabında 340 manat pul məbləğinin olmasını görmüş, bundan sonra 340 manat pulu bankomatdan çıxartmaq üçün düymələrə toxunmuşdur. Kartı isə bankomatdan çıxardaraq sahibinə qaytarıb kartda pul olmadığını bildirmiş, təxminən 5-10 saniyyədən sonra bankomatdan pul çıxdıqda həmin pulu götürərək cibinə qoymuş, sonra isə oradan uzaqlaşmaq istəyərkən isə həmin xanım yanlarında dayanan adını bilmədiyi cavan yaşlarında olan oğlana kartından pulunun çıxarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Bunu gördükdə etdiyi əməlin üstü açılacağını başa düşdüyündən oradan cəld uzaqlaşmış və yol kənarında dayanmış taksi avtomobilinə əyləşərək yaşadığı evə getmişdir. Sonradan isə izahatının alınması üçün polis bölməsinə dəvət edilərkən isə törətdiyi əməli etiraf etmişdir. Bundan başqa sonuncu dəfə xx.xx.2022-ci il tarixdə maddi ehtiyaclarını ödəmək üçün yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə həmişə etdiyi kimi saat təxminən 15 radələrində Sumqayıt şəhəri 14-cü məhəllə ərazisinə getmişdir. Orada quraşdırılan Beynəlxalq Bankın bankomatının qarşısında dayanıb kiminsə ona kartından pul çıxarılmasında köməklik göstərilməsi üçün müraciət etməsini gözləməyə başlamış, təxminən bir neçə dəqiqə sonra oraya bir qadın yaxınlaşmış, sonralar həmin qadının adının Xatirə olduğunu bilmişdir. Xatirə kartından pulunu cıxardıb ona verməyində köməklik göstərməyini xahiş etmişdir. Bundan sonra ondan kartını alaraq bakomata daxil etmiş, kartın kodunu soruşmuş, daha sonra onun dediyi kodu bankomatda yığdıqda ekranda kartın hesabında 360 manat pul məbləğinin olmasının göstərildiyini görmüşdür. Bundan sonra 360 manat pulu bankomatdan çıxartmaq üçün düymələrə toxunmuş, kartı isə bankomatdan çıxardaraq sahibinə qaytarıb kartda pul olmadığını bildirmişdir. Bunu dedikdə həmin qadın oradan çıxıb getmiş, təxminən 5-10 saniyyədən sonra bankomatdan pul çıxdıqda həmin pulu götürərək cibinə qoymuş və oradan uzaqlaşmışdır. Sonradan isə həmin pulu maddi ehtiyaclarına sərf etmişdir. xx.xx.2022-ci il tarixdə kartından pul çıxartdığı Zərərçəkmiş şəxs2 və xx.xx.2022-ci il tarixdə kartından pul çıxartdığı Xatirə Əlirzayevə əməlini aşkar etməmiş, kartda pul olmadığını onlara dedikdə, onlar buna inanmış, bundan sonra oranı tərk etdiyi müddətdə onlar kartlarından pul çıxartdığını başa düşməmişlər. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 kartlarından çıxartdığı pulu öz ehtiyacları üçün xərcləmiş, Zərərçəkmiş şəxs1 kartından çıxartdığı pulu isə bunu Zərərçəkmiş şəxs1 aşkar etdiyindən polis əməkdaşları tərəfindən saxlandıqdan sonra onun özünə geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 kartdan pul çıxararkən əlində silah və ya silah qismində istifadə edilən hər hansı əşya və ya pridmet olmamış, Zərərçəkmiş şəxs2, Xatirə Əlirzayevə və Zərərçəkmiş şəxs1 başqa, digər hər hansı şəxsin kartından pul çıxartmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə peşiman olduğunu, dörd uşağının olmasını və vurulmuş maddi zərərləri ödəməyə maddi imkanının olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, şəhid ailəsi üzvüdür. Şəhid olan ailə üzvünə görə ona aylıq 340 manat müavinət təyin edilmiş, həmin müavinəti Kapital Bank tərəfindən verilmiş 4169 7420 1169 2817 nömrəli bank kartı vasitəsilə bankomatlardan almışdır. Sonuncu dəfə 30 iyul 2022-ci il tarixdə saat 19:15 radələrində Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən Asan Xidmət mərkəzinin qarşısında quraşdırılan bankomata yaxınlaşmış və bankomatdan özü pul çıxara bilmədiyindən, orada bankomatın yaxınlığında dayanmış, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi qadına müraciət edib onun kartından pul çıxarılmasında köməklik göstərməsini xahiş etmişdir. Ziba ondan kartı aldıqdan sonra kartı bankomata daxil etmiş, sonra ondan kodu soruşduqda özünə məxsus kartın kodunu ona demişdir. Ziba bankomatdakı düymələrə toxunmuş, daha sonra kartı çıxarıb özünə qaytararaq bankomatda pul olmadığını bildirmişdirf. Bundan sonra həmin ərazidə quraşdırılmış digər bankomata yaxınlaşmışlar, Ziba ona məxsus bank kartını bu dəfə həmin bonkamata daxil etmiş və bankomatda bir sıra əməliyyatlar icra edərək bankomatın üzərindəki düymələrə toxunmuş, daha sonra kartı çıxarıb özünə qaytararaq bu dəfə bankomat tərəfindən kartın oxunmadığını bildirmişdir. Bu zaman Zibanın əlində 150 manat məbləğində pul olduğunu görüb, həmin pulun ona məxsus olduğunu bildirərək pulunu ona verilməsini tələb etmiş, Ziba isə əlindəki pulun özünə məxsus olduğunu bildirərək qaçmağa başlamışdır. Bunu gördükdə səs küy salıb ətrafda olan şəxslərdən həmin qadını saxlamalarını, qadının ona məxsus bank kartından bankomat vasitəsilə pul çıxartdıqdan sonra pulu götürüb qaçdığını bildirmişdir. Ziba ondan təxminən 30-40 metr aralandıqdan sonra, yaranmış səs küyə ora yaxınlaşmış polis əməkdaşı Zibanı tutub Polis bölməsinə gətirmişlər. O polis bölməsində həmin qadının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bundan sonra şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı fiziki zor tətbiq edilməmişdir. Ziba bankomatdan çıxartdığı pulu götürüb oradan qaçmış, sonda isə polis əməkdaşları onu saxlayaraq onları birlikdə polis bölməsinə gətirərək təhfil vermişlər. Şəhid ailə üzvü olduğundan dövlət tərəfindən ona ayrılmış müavinət almışdır. Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi zərər polis əməkdaşları tərəfindən alınaraq özünə qaytarıldığını bildirərək təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil X7 Birliyinin Təmizlik Departamentində xadimə işləyir və aylıq 340 manat məvacib alır. X27 tərəfindən verilmiş bank kartı vasitəsilə bankomatlardan alırdı. 04 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri 15-ci məhəllədə yerləşən Asan Xidmət mərkəzinin qarşısında quraşdırılan bankomata yaxınlaşmış və bankomatdan özü pul çıxara bilmədiyindən, orada bankomatın yaxınlığında dayanmış, sonradan adının Ziba olduğunu bildiyi qadına müraciət edib kartından pul çıxarılmasında köməklik göstərməsini xahiş etmişdir. Ziba ondan kartı aldıqdan sonra kartı bankomata daxil etmiş, sonra ondan kodu soruşduqda özünə məxsus kartın 4 rəqəmli kodunu ona demişdir. Ziba kodu ekranda yığdıqdan sonra ekranda kartın hesabında 340 manat pulun olduğu göstərilmiş, sonra qadın bankomatda bir sıra əməliyyatlar icra edərək bankomatın üzərindəki düymələrə toxunmuş, daha sonra kartı çıxarıb özünə qaytararaq kartın hesabında pul olmadığını bildirmişdir. Bundan sonra isə öz kartını bankomata daxil etmiş və bankomatdan çıxardığı pul vəsaitlərini götürərək oradan uzaqlaşaraq çıxıb getmişdir. O, getdikdən sonra orada dayanmış bir cavan oğlana müraciət edib kartında pul olub olmadığını yoxlamasını xahiş etmiş, həmin şəxs ona məxsus kartı bankomata daxil etdikdən sonra kartın balansını yoxlamış, kartda pul olmadığını, kartdakı pulun bir qədər əvvəl çıxarıldığını bildirirərək, kartı qaytarmışdır. Bundan sonra başa düşmüşdür ki, Ziba onun pulunu oğurlayıb. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və şikayət ərizəsi yazmışdır. Polis tərəfindən Ziba müəyyən olunaraq məsuliyyətə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs ona məxsus kartdan pul çıxartmasını ancaq sonradan Təqsirləndirilən şəxs oradan uzaqlaşdıqda aşkar etmiş, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı fiziki zor tətbiq edilməmişdir. Zərərçəkmiş şəxs2 ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsin barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmiş, lakin teleqram ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ailə vəziyyəti ilə əlaqədar, yəni 57 yaşında himayəsində üç övladı olduğundan ona dövlət tərəfindən sosial yardım ayrılmış, həmin sosial yardımı Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş bank kartı vasitəsilə bankomatlardan almışdır. Sonuncu dəfə 28 noyabr 2022-ci il tarixdə saat 15 radələrində ona verilən bank kartının bank hesabından pul çıxartmaq üçün Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində quraşdırılan Azərbaycan Beynəlxalq Bankının bankomatına yaxınlaşmış və bankomatdan özü pul çıxara bilmədiyindən, orada bankomatın yaxınlığında dayanmış, təxminən 35-40 yaşlı, arıq bədən quruluşlu, qarabəniz qadına müraciət edib kartından pul çıxarılmasında ona köməklik göstərməsini xahiş etmişdir. Həmin qadın ondan kartı aldıqdan sonra kartı bankomata daxil etmiş, sonra ondan kodu soruşduqda özünə məxsus kartın 4 rəqəmli PİN kodunu ona demişdir. Həmin qadın verdiyi kodu ekranda yığdıqdan sonra, bankomatda bir sıra əməliyyatlar icra edərək bankomatın üzərindəki düymələrə toxunmuş, daha sonra kartı çıxarıb özünə qaytararaq kartın hesabında pul köçürülmədiyini bildirmişdir. Ona inanıb ordan uzaqlaşmış, bundan sonra həmin gün “Azərbaycan Beynəlxalq Bank”nın Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən filialına müraciət edərək müavinətin niyə köçürülməməsi ilə maraqlanmış, ancaq ona müavinətinin köçürüldüyü, həmin gün yəni, xx.xx.2022-ci il tarixdə saat 14:35-də Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində quraşdırılmış bankomat vasitəsilə ona məxsus bank kartının bank hesabından ümumilikdə 360 manat pulun çıxarıldığı bildirildiyindən, bu səbəbdəndə bu dəfə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə ərizə ilə müraciət edib bankomat vasiətsilə ona məxsus kartın hesabından pul çıxarıb ələ keçirmiş şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Sonradan isə polis bölməsinə dəvət edildikdə həmin şəxsin Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyi və həmin şəxsin törətdiyi başqa cinayət əməllərinə görə həbs edildiyi bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus kartdan pul çıxartmasını ancaq “Bank”ın filialına müraciət etdikdən sonra öyrənmiş, Təqsirləndirilən şəxs tərəfindən hadisə vaxtı ona qarşı heç bir formada fiziki zor tətbiq edilməmiş, başqa qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nun İ Bölüyünün polis nəfəri vəzifəsində xidmət aparır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 19:15-də postaçı yoldaşı Sumqayıt ŞPİ-nin PPXT-nun İ Bölüyünün polis nəfəri Şahid1 birlikdə xidmət etdikləri ərazidə, yəni Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində 9136 çağrışlı avtopatrul avtomobilində xidmətdə olmuş, xidməti avtomobili Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında saxlayıb ətrafı müşahidə etdikləri vaxt, “ASAN” xidmət mərkəzinin qarşısında quraşdırılmış bonkamatın yanında dayanmış bir nəfər yaşlı qadının başqa bir nisbətən cavan yaşlı qadının arxası ilə uca səslə qışqıraraq “qızım dayan” dediyini, həmin qadının isə tələsik oradan uzaqlaşaraq Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən yaşayış binaları istiqamətində hərəkət etdiyini görmüşlər. Bundan dərhal sonra yaşlı qadına yaxınlaşaraq nə baş verdiyini soruşduqda o, bir qədər əvvəl arxası ilə səsləndiyi qadının bonkamatdan pulunu çıxarıb qaçdığını bildirmişdir. Bundan sonra dərhal həmin qadının arxası ilə gedib onu Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən yaşayış binalarının qarşısında saxlamışlar, daha sonra hər iki qadını ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirib raport tərtib etməklə təhfil vermişlər. Polis bölməsində olarkən yaşlı qadının yəni Zərərçəkmiş şəxs1 özünə məxsus bank kartından pulunu çıxarıb ona verməsi üçün müraciət etdiyi digər qadının, yəni Təqsirləndirilən şəxs bonkamat vasitəsilə Zərərçəkmiş şəxs1 bank kartından 150 manat pulu çıxartdığı, ancaq bankomatda pul olmadığını Zərərçəkmiş şəxs1 dediyi, buna baxmayaraq Təqsirləndirilən şəxs bankomatdan pulu çıxartmasını görən Zərərçəkmiş şəxs1 isə bankomatdan ona məxsus bank kartı vasitəsilə çıxartdığı 150 manat pulu geri qaytarmasını tələb etdikdə Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb getdiyi müəyyən edilmişdir. Məhkəmədə Şahid1 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvvəkkili vəzifəsində xidmət aparır. İcraatına 04 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında quraşdırılan bankomat vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus bank kartından naməlum şəxs tərəfindən 340 manat pulunun çıxarılaraq oğurlanması barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, Anar Axundovun icraatında olan material üzrə xx.xx.2022-ci il tarixli raport daxil olduğundan, oğurluq hadisəsini törətmiş şəxsin müəyyən edilməsi istiqamətində tərəfindən bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Sonradan həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Zərərçəkmiş şəxs2 məxsus bank kartından 340 manat pulunu çıxararaq oğurlamış şəxsin xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsindəki 11 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis mayoru Elmar Hüseynovla birlikdə Sumqayıt şəhəri ərazisində saxlayaraq aidiyyatı üzrə təhfil vermişlər. Təqsirləndirilən şəxs saxlanılarkən xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında quraşdırılan bankomat vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus bank kartından 340 manat pulunun çıxararaq oğurladığını etiraf etmiş, həmin pulu isə şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Kapital Bank” Açıq Səhimdar Cəmiyyəti tərəfindən təqdim edilmiş disklərə və zərərçəkmiş şəxslərə məxsus bank kartlarının bank hesabından çıxarışlara baxış keçirərkən birinci diskin yaddaşında 01(bir) ədəd “Sumqayıt Şəhər Polis Şöbəsi (220736217 nömrəli cinayət işi)” adlı faylın olduğu, həmin faylın yaddaşında isə 07 (yeddi) ədəd, birincisi “X12”, ikincisi “X13”, üçüncüsü “X9”, dördüncüsü “X4”, beşincisi “Zərərçəkmiş şəxs1”, altıncısı “X20” və yeddincisi “X8” adlı faylların olduğu müəyyən edilmiş, qeyd edilən faylara baxış keçirilməsi davam etdirildikdə isə: Beşinci “Zərərçəkmiş şəxs1” adlı faylın yaddaşında “xx.xx.2022” adlı fayl, həmin faylın yaddaşında isə 14 (on dörd) ədəd elektron məlumat daşıyıcısı hesab edilən bonkomat vasitəsilə əməliyyat icra edən kişi cinsindən olan şəxsə məxsus foto şəkillərin olduğu müəyyən edilmişdir. Bununla bağlı həmçinin “Kapital Bank” tərəfindən ayrıca cədvəl formasında təqdim edilmiş cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus bank kartının bank hesabından çıxarışa baxış keçirildikdə həmin kartın bank hesabından 23 iyul 2022-ci il tarixdə saat 12:51:54-də 66 (altmış altı) manat pulun nağdlaşdırıldığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Kapital Bank” Açıq Səhimdar Cəmiyyəti tərəfindən təqdim ikinci diskə və zərərçəkmiş şəxslərə məxsus bank kartlarının bank hesabından çıxarışlara baxış keçirərkən ikinci diskin yaddaşında 01(bir) ədəd “X16” adlı faylın, həmin faylın yaddaşında isə 01 (bir) ədəd “xx.xx.2022 -340 AZN” adlı faylın olduğu müəyyən edilmişdir. Qeyd edilən fayllara baxış keçirilməsi davam etdirildikdə “xx.xx.2022 -340 AZN” adlı faylın yaddaşında 14 (on dörd) ədəd elektron məlumat daşıyıcısı hesab edilən bonkomat vasitəsilə əməliyyat icra edən qadın cinsindən olan şəxsə məxsus foto şəkillərin olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən ayrıca cədvəl formasında təqdim edilmiş cinayət işi üzrə Zərərçəkmiş şəxs3 məxsus 5167 5111 0005 4638 nömrəli bank kartının bank hesabından çıxarışa baxış keçirərkən həmin kartın bank hesabından 28 noyabr 2022-ci il tarixdə saat 14:35:14-də 360 (üç yüz altmış) manat pulun nağdlaşdırıldığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, “Kapital Bank” Açıq Səhimdar Cəmiyyəti tərəfindən təqdim edilmiş, yaddaşında 01(bir) ədəd “Sumqayıt Şəhər Polis Şöbəsi (220736217 nömrəli cinayət işi)” adlı fayl, həmin faylın yaddaşında isə 07 (yeddi) ədəd, birincisi “X12”, ikincisi “X13”, üçüncüsü “X9”, dördüncüsü “X4”, beşincisi “Zərərçəkmiş şəxs1”, altıncısı “X20” və yeddincisi “X8” adlı fayllar olan 01 (bir) ədəd disk, yaddaşında 01(bir) ədəd “X16” adlı fayl olan 01 (bir) ədəd disk, yaddaşında 01 (bir) ədəd “X14” adlı fayl olan 01 (bir) ədəd disk ümumilikdə 03 (üç) ədəd disklər, “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən təqdim edilmiş yaddaşında 01 (bir) ədəd “Gulzar Rzayeva” adlı fayl, həmin faylın yaddaşında isə əlavə 03 (üç) ədəd birincisi “Bankomat 938-09.07.22- 123 AZN” adlı, ikincisi “4127---6884” adlı və üçüncüsü “Bankomatln unvani –” adlı fayllar olan 01 (bir) ədəd disk, “Kapital Bank” Açıq Səhimdar Cəmiyyəti tərəfindən təqdim edilmiş cinayət işi üzrə zərərçəkmiş şəxs X3 məxsus 4169 7332 2749 1058 nömrəli bank kartının bank hesabından çıxarış və “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən təqdim edilmiş cinayət işi üzrə Zərərçəkmiş şəxs3 məxsus 5167 5111 0005 4638 nömrəli bank kartının bank hesabından çıxarış cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, qeyd edilən disk və bank kartlarının hesablarından çıxarışlara baxış keçirilmiş və maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışın (tələbnamənin) surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, lakin barəsində Sumqayıt ŞPİ-nin İŞ-də icraatda Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Sumqayit şəhər İcra Hakimiyyəti başçisi yaninda Qəyyumluq və Himayəçilik Komissiyasi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 495 nömrəli məktubundan görünür ki, barəsində Sumqayıt şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 4(060)- 481/2022-ci il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixinədək həbs qətimkan tədbiri seçilmiş xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həyat yoldaşı X10 İ-90-135 nömrəli, xx.xx.2020-ci il tarixli ərizə ilə şəhər İcra Hakimiyyətinə müraciət edərək övladları, xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2017-ci il təvəllüdlü X5 dövlət uşaq müəssisəsinə müvəqqəti yerləşdirilmələrini xahiş etmişdir. Müəyyən edilmişdir ki, X6 Təqsirləndirilən şəxs ilə nikah münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2017- ci il təvəllüdlü X11 doğulmuşdur. X1 və Təqsirləndirilən şəxs arasında münasibətlər pisləşmiş və faktiki ayrılmışlar. Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayından uşaqları atasının himayəsində qoyaraq evi tərk etmişdir. N.İsmayılov müraciəti ilə əlaqədar şəhər İcra Hakimiyyətində qəbul edilmiş, qaldırdığı məsələ ilə bağlı müvafiq sənədlər əldə olunmuşdur. Ərizəçi 2020ci ilin mart ayında həbsdən qayıtdıqdan sonra həyat yoldaşının uşaqları onun himayəsində qoyaraq tərk etdiyini və hazırda özünün də işləmədiyini, uşaqları saxlaya bilmədiyini, problemləri həll etdikdən sonra övladını yenidən himayəsinə qaytaracağını bildirərək, övladları xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2017-ci il təvəllüdlü X5 müvəqqəti olaraq dövlət uşaq müəssisəsinə yerləşdirilməsini xahiş etmişdir. Qeyd olunanları, xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2017-ci il təvəllüdlü X5 mənafelərini, təlim-tərbiyə olunmasını təmin etmək məqsədilə dövlət uşaq müəssisələrindən birinə müvəqqəti yerləşdirilməsi barədə şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşma çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyası 03 nömrəli, xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş və toplanmış sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhər icra Hakimiyyətinə göndərilmişdir. Adı çəkilən azyaşlılar hazırda Bakı şəhəri Nizami rayonunda yerləşən 1 saylı Uşaq evində yaşayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməməsi, narkotik aludəçisi olduğuna görə öz tələbatlarını ödəmək üçün əhalinin həssas təbəqələrinə qarşı hazırki əməlləri törətməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin də olması nəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçiməsi barədə təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmiş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmuş və o, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış və eyni məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixlərədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İş üzrə maddi sübut olan “Kapital Bank” Açıq Səhimdar Cəmiyyəti tərəfindən təqdim edilmiş, yaddaşında 01(bir) ədəd “Sumqayıt Şəhər Polis Şöbəsi (220736217 nömrəli cinayət işi)” adlı fayl, həmin faylın yaddaşında isə 07 (yeddi) ədəd, birincisi “X12”, ikincisi “X13”, üçüncüsü “X9”, dördüncüsü “X4”, beşincisi “Zərərçəkmiş şəxs1”, altıncısı “X20” və yeddincisi “X8” adlı fayllar olan 01 (bir) ədəd disk, yaddaşında 01(bir) ədəd “X16” adlı fayl olan 01 (bir) ədəd disk, yaddaşında 01 (bir) ədəd “X14” adlı fayl olan 01 (bir) ədəd disk ümumilikdə 03 (üç) ədəd disklər, “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən təqdim edilmiş yaddaşında 01 (bir) ədəd “Gulzar Rzayeva” adlı fayl, həmin faylın yaddaşında isə əlavə 03 (üç) ədəd birincisi “Bankomat 938-09.07.22- 123 AZN” adlı, ikincisi “4127---6884” adlı və üçüncüsü “Bankomatln unvani –” adlı fayllar olan 01 (bir) ədəd disk, “Kapital Bank” Açıq Səhimdar Cəmiyyəti tərəfindən təqdim edilmiş cinayət işi üzrə zərərçəkmiş şəxs X3 məxsus 4169 7332 2749 1058 nömrəli bank kartının bank hesabından çıxarış və “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən təqdim edilmiş cinayət işi üzrə Zərərçəkmiş şəxs3 məxsus 5167 5111 0005 4638 nömrəli bank kartının bank hesabından çıxarış iş materiallarında saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına Müdafiəçi vəkil təyin etmişdir. Müdafiəçi X21 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 29,180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə maddi sübut olan “Kapital Bank” Açıq Səhimdar Cəmiyyəti tərəfindən təqdim edilmiş, yaddaşında 01(bir) ədəd “Sumqayıt Şəhər Polis Şöbəsi (220736217 nömrəli cinayət işi)” adlı fayl, həmin faylın yaddaşında isə 07 (yeddi) ədəd, birincisi “X12”, ikincisi “X13”, üçüncüsü “X9”, dördüncüsü “X4”, beşincisi “Zərərçəkmiş şəxs1”, altıncısı “X20” və yeddincisi “X8” adlı fayllar olan 01 (bir) ədəd disk, yaddaşında 01(bir) ədəd “X16” adlı fayl olan 01 (bir) ədəd disk, yaddaşında 01 (bir) ədəd “X14” adlı fayl olan 01 (bir) ədəd disk ümumilikdə 03 (üç) ədəd disklər, “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən təqdim edilmiş yaddaşında 01 (bir) ədəd “Gulzar Rzayeva” adlı fayl, həmin faylın yaddaşında isə əlavə 03 (üç) ədəd birincisi “Bankomat 938-09.07.22- 123 AZN” adlı, ikincisi “4127---6884” adlı və üçüncüsü “Bankomatln unvani –” adlı fayllar olan 01 (bir) ədəd disk, “Kapital Bank” Açıq Səhimdar Cəmiyyəti tərəfindən təqdim edilmiş cinayət işi üzrə zərərçəkmiş şəxs X3 məxsus 4169 7332 2749 1058 nömrəli bank kartının bank hesabından çıxarış və “Azərbaycan Beynəlxalq Bank”ı tərəfindən təqdim edilmiş cinayət işi üzrə Zərərçəkmiş şəxs3 məxsus 5167 5111 0005 4638 nömrəli bank kartının bank hesabından çıxarış iş materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-473/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-473/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver