Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-473/2025 11.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan ədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Beləki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0.957 qram ağ rəngli, kristalşəkilli, maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 02 may 2025-ci il tarixdə saat 19:32 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən “Şaurma” restoranının yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,957 qram ağ rəngli, kristalşəkilli, maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir müddətdir ki, patı deyilən psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə edir. Dəqiq saatı xatırlamır, 02 may 2025-ci il tarixdə Bakı şəhərində Nizami metrosunun yaxınlığında tanıdığı bir nəfər şəxsdən öz istifadəsi üçün bir bükümdə 1 qram metamfetamini 20 manata almışdır. Həmin gün axşam vaxtı Sumqayıt şəhərində Şaurma restoranın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aldığı narkotik vasitəni istifadə etməyə imkan tapmamışdır. Polis əməkdaşları tərəfindən sxlanılarkən aldığı bir qram metamfetamin onun üzərindən aşkar olunaraq götürülmüşdür. Özü ev ustası işləyir. Adətən patı deyilən psixotrop maddədən istifadə edir. İlk dəfə cinayət əməli törətməsini,əməlindən peşiman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 -ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Tutulduğu gün səhər saatlarında o, Bakı şəhərinə getmişdir. O, Nizami metrosunun yaxınlığında olarkən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən o, onun narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bilmişdir. O, ona psixotrop maddə olan metamfetamin verə biləcəyini bildirmişdir. O, həmin tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata 01 ədəd bükümdə metamfetamin almışdır. O, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 19:32 dəqiqədə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən «Şaurma» restoranının arxasında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun yanında Türkan adlı şəxs də olmuşdur. Onlar videoçəkiliş aparılmaqla onun üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Polis əməkdaşlarından biri telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. O, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Ondan bükümün içərisindəki maddənin nə olduğunu və haradan aldığını soruşduqda o, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni səhər saatlarında Bakı şəhəri, Nizami metrosunun yaxınlığında olarkən üzdən tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd büküm elektron tərəzidə çəkildi və çəkisi 1,01 qram təşkil etmişdir. O, bu çəkiyə etiraz etməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd bükümdə olan psixotrop maddə olan metamfetamin zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. Onun üzərinə baxış keçirilsə də hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra çəkiliş dayandırılmış və müvafiq sənədləşmə aparılması üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nə getmişlər. Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Sonra o, saxlanılarkən üzərində aşkar olunaraq qablaşdırılmış 01 ədəd bükümdə olan zərf təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı zərfin tamlığının pozulmadığını qeyd etmişdir. Bundan sonra o, həmin maddəni səhər saatlarında Bakı şəhəri, Nizami metrosunun yaxınlığında olarkən üzdən tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, xx.xx.2025ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat tədbirləri keçirilmişdir. Həmin məlumat əsasında xx.xx.2025-ci ildə təxminən saat 19 radələrində, Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən «Şaurma» restoranının arxasında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümü, sol yan cibindən isə 01 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisindəki kütlənin metamfetamin olduğunu bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmişdir. Psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan bükümün çəkisi 1,01 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni səhər saatlarında Bakı şəhəri, Nizami metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Onlar Təqsirləndirilən şəxs sənədləşmə işləri aparılması üçün onu Sumqayıt ŞPİ- nə dəvət etmişlər.Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin mteriallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış protokolundan görünür ki, 02 may 2025-ci il tarixdə saat 19:32 dəqiqədə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən «Şaurma» restoranının arxasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılır. Həmin vaxt onun yanında bir nəfər qadın da görünür. Polis əməkdaşları özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirirlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Xanım isə özünü təqdim edərək X5 olduğunu bildirir. Gürşada onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah edilir. Ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini bildirilir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümü, sol yan cibindən isə 01 ədəd mobil telefonun çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisindəki kütlənin metamfetamin olduğunu bildirir. Sonra həmin büküm elektron tərəzidə çəkilir. Psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan bükümün çəkisi 1,01 qram təşkil edir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni səhər saatlarında Bakı şəhəri, Nizami metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin qanunsuz heç bir əşya və ya predmet aşkar olunmur. Mobil telefon isə İdarədə təhqiqatçıya təqdim olunması üçün özünə qaytarılır. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış protokolundan görünür ki, 02 may 2025-ci il tarixdə saat 19:32 dəqiqədə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən «Şaurma» restoranının arxasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edildikdən sonra müvafiq sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ- nə gətirilmişdir. Xidməti otaqların birində kriminalist videokameranı işə salır. Təhqiqatçı özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını və polis idarəsinə gətirildiyini bir daha ona izah edir. Sonra Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra təhqiqatçıya təqdim olunmuş zərfə baxış keçirilir. Təhqiqatçı zərfin açılmadığını və tamlığının pozulmadığını bildirir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 01 ədəd Nokia markalı mobil telefondan başqa heç biç şey aşkar olunmur. Sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirir ki, üzərindən aşkar olunmuş psixotrop maddəni tutulduğu gün səhər saatlarında Bakı şəhəri, Nizami metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Müdafiəçi saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı kobudluq olunub-olunmadığım soruşur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını bildirir. Müdafiəçi başqa sualının olmadığını bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-45-ci vərəqəsində olan Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ei il tarixli, 20/267 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,957 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,957 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,917 qram psixotrop maddə olan metamfetamin məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları və TŞ-nin təhiqqatçısı tərəfindən baxış və şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3000 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 564 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİ İ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, məhkum olunmamış şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop madə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisini, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdən 04 may 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 11 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3000 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,917 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdən 04 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,917 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-473/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-473/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver