Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-474/2020 10.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X1 Məhkəməsində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 3, mənzil 7-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Qurddərəsi massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində yaşadığı Sumqayıt şəhəri, Qurddərəsi bağlar massivində yerləşən fərdi evin həyətyanı sahəsində qardaşının qeyri-rəsmi arvadı olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs saçından tutaraq əlində olan yelpinclə onun sağ yanaq nahiyəsinə vurmuş, sonra isə qollarından tutub yerə çırpmaqla ona hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyələrinin qançır-şişkinliyi, sağ yanaq nahiyənin, sağ dırsək və sol diz oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə heç bir düşmənçilik ədavətləri yoxdur. Zərərçəkmiş şəxs ilə qardaşı X3 2015-ci il tarixdə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır. Birgə nikahdan 1 qız övladları var. Onlar ailə qurduqdan sonra anası Şahid5 ilə birlikdə Sumqayıt şəhəri, Qurddərəsi bağlar massivində fərdi evdə yaşamışlar. Ailə qurduqları ilk vaxtlardan X4 Rzayeva yola gedə bilməmişlər. Övladları olduqdan sonra isə Zərərçəkmiş şəxs mütəmadi olaraq övladlarını Yaşar Babayevə göstərməmişdir. Mənzərin bu hərəkətlərindən bezən Yaşar Babayevlə anası Şahid5 Zərərçəkmiş şəxs azyaşlı qızı ilə birlikdə ünvan 1 ünvanında yaşayan anası evinə aparmışlar. xx.xx.2020-ci il tarixdə saat 09-10 radələrində anası Şahid5, bacısı Şahid3, Ülviyyənin qızı Şahid4 ilə birlikdə Sumqayıt şəhəri, Qurddərəsi bağlar massivi, fərdi evdə olarkən Zərərçəkmiş şəxs, Mənzərin anası Şahid2 və qardaşı Şahid1 yaşadıqları ünvana Mənzərin cehiz əşyalarını yığmaq üçün gəlmişlər. Zərərçəkmiş şəxs evin içərisində əşyalarını yığarkən qəsdən onu qıcıqlandırmışdır. Belə ki, Zərərçəkmiş şəxs Yaşar Babayevin geyim əşyalarını götürüb döşəmənin üstünə atmışdır. Onlar əşyaları evin içərisindən evin həyətyanı sahəsinə çıxartdıqdan sonra evin həyətyanı sahəsində Şahid2 ona “sən Mənzərin üstünə bıçaq çıxartmısan” demiş, o, Şahid2 belə bir şeyin olmadığını demiş, həmin vaxt Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söz işlətmiş, o, Zərərçəkmiş şəxs üzərinə gedib ünvanına nalayiq söz deməsini ona irad tutmuş, Zərərçəkmiş şəxs həmin vaxt onun saçından tutmuş, o da Zərərçəkmiş şəxs saçından tutmuşdur. Zərərçəkmiş şəxs əli ilə onun sifət nahiyəsindən bir neçə zərbə vurmuş və saçını aşağı dartaraq onu yerə çırpmışdır. O, yerdə olarkən Zərərçəkmiş şəxs saçını yolmağa davam etmişdir. Sonra bacısı Şahid3 və Şahid4 da gəlib onları aralaşdırarkən Zərərçəkmiş şəxs Şahid3 saçından tutmuş, Ülviyyə də Mənzərin saçından tutmuşdur. Sonra isə orada olan şəxslər onları aralaşdırmışdır. Zərərçəkmiş şəxs ilə bir-birilərinin saçından tutarkən əlində yelpinc olmuş, yelpincin Mənzərin üzünə dəyməsi nəticəsində üz nahiyəsindən xəsarət almışdır. O, Mənzəri yerə yıxmamış, Mənzər onu yerə yıxmışdır. O, yalnız Zərərçəkmiş şəxs üzünə xəsarət yetirmiş, Şahid3 və Şahid4 Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişlər. Bədəni üzərində aşkar edilmiş üst dodağın sıyrığı, sağ bazunun qançırları xəsarətlərini Zərərçəkmiş şəxs ona əli ilə yetirmiş, sol diz oynağı nahiyəsinin geniş ölçülü sıyrığı, sol baldırın qançırları, hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi xəsarətlərini isə Zərərçəkmiş şəxs onu yerə çırparkən yerə dəyib almışdır. Hadisə zamanı yanlarında kənar kimsə olmamış, hadisə yaşadıqları evin həyətyanı sahəsində 5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ilə barışmamış, razılığa gələ bilməmişlər. Məhkəmədən ədalətli qərar verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, X3 ilə 2014-cü il tarixdə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmamışdır. Birgə nikahdan 1 qız övladları var. Ailə qurduqdan sonra Yaşar Babayev və onun ailəsi ilə mütəmadi olaraq söz-söhbətləri, mübahisələri olmuşdur. Yaşar Babayev aralarında olan mübahisələr zamanı onu məcbur ailəsi tərəfindən təzyiqlə aldığını deyib onunla yaşamaq istəmədiyini dəfələrlə üzünə demişdir. 2020-ci ilin may ayının əvvəllərində həyat yoldaşı Yaşar Babayev və onlarla birlikdə yaşayan qaynanası Şahid5 ona həkimə getdiklərini, onun bir neçə gün anası evində qalmağını, sonra gəlib onu götürəcəklərini bildirmiş, o razılaşdıqdan sonra onu və 2019-cu il təvəllüdlü qızını anası Şahid2 yaşadığı ünvan 1 ünvanına aparıb çıxıb getmişlər. Ertəsi gün isə Yaşar Babayev telefonla ona mesaj yazıb “mənə lazım deyilsən, geri qayıtma, gəlib cehizlərini apararsan” demişdir. Həmin vaxtlar koronavirusla bağlı karantin olduğu üçün cehiz əşyalarını gedib götürə bilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində qardaşı Şahid1 və anası Şahid2 ilə birlikdə “Qazel” markalı yük avtomobili ilə Yaşar Babayevin yaşadığı Sumqayıt şəhəri, Qurddərəsi bağlar massivinə getmişlər. Onlar evə daxil olub cehiz əşyalarını yığarkən baldızları Təqsirləndirilən şəxs və Şahid3 onun ünvanına nalayiq sözlərlə atmaca atsalar da onlara fikir verməmişdir. Həmin vaxt anası Şahid2 Zülfiyyəyə “imkan verin cehizləri yığıb gedək” demiş, Təqsirləndirilən şəxs isə Şahid2 təhqiramiz ifadələrlə təhqir etmişdir. Buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs onun üzərinə gələrək saçından tutub yolmuş və onlar tutaşmışdır. Həmin vaxt Zülfiyyə onu dartıb qəsdən yerə yıxmış, sonra yerdə ola-ola Təqsirləndirilən şəxs onun saçından tutub yolmuş, Şahid3 da dırnağı ilə üzünü cırmışdır. Şahid4 da gəlib saçından tutduqda qardaşı Şahid1 onları aralaşdırmış və cehizləri yığıb çıxıb getmişlər. Bədəni üzərində aşkar edilmiş “sağ yanaq nahiyənin sıyrığı” xəsarətini ona Şahid3 dırnağı ilə yetirmiş, “hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyənin qançır-şişkinliyi, sol diz və sağ diz oynağı nahiyələrin sıyrıqları xəsarətlərini isə Təqsirləndirilən şəxs onu dartıb qəsdən yerə yıxaraq yetirmiş, hadisə zamanı orada kənar kimsə olmamış, hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisə həmin evin həyətyanı sahəsində baş vermişdir. O, hadisə zamanı Təqsirləndirilən şəxs ilə tutaşmış, lakin ona heç bir xəsarət yetirməmişdir. Barışmaq və təqsirləndirilən şəxsi bağışlamaq fikri yoxdur, təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq etdi və bildirdi ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs bir-birilərinin saçından tutarkən Zülfiyyənin əlində yelpinc olmuş, yelpincin Mənzərin üzünə dəyməsi nəticəsində Mənzər üz nahiyəsindən xəsarət almışdır. Zülfiyyə Mənzəri yox, Mənzər Zülfiyyəni yerə yıxmışdır. Zülfiyyə Mənzərin yalnız sifət nahiyəsinə xəsarət yetirmişdir. Eləcə də qızı Şahid3 Mənzərin sağ yanaq nahiyəsinə dırnağı ilə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş üst dodağın sıyrığı, sağ bazunun qançırları xəsarətlərini Təqsirləndirilən şəxs əli ilə yetirmiş, sol diz oynağı nahiyəsinin geniş ölçülü sıyrığı, sol baldırın qançırları, hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi xəsarətləri isə yerə çırparkən Təqsirləndirilən şəxs yerə dəyib almışdır. Şahid4 Zərərçəkmiş şəxs saçından tutmamış, Mənzərə heç bir xəsarət yetirməmiş, yalnız Zərərçəkmiş şəxs aralaşdırmışdır. Hadisə zamanı orada kənar kimsə olmamış, hadisə onun yaşadığı evin həyətyanı sahəsində baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X5 xx.xx.2020-ci il tarixli 758 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyənin qançır-şişkinliyi, sağ yanaq nahiyənin, sol diz və sağ diz oynağı nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır.(i.v 11-12) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X5 xx.xx.2020-ci il tarixli 35/758 saylı əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyənin qançır-şişkinliyi, sağ yanaq nahiyənin, sol diz və sağ diz oynağı nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ diz oynağı nahiyənin qançır-şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər yənisağ yanaq nahiyənin, sağ diz və sol diz oynağı nahiyələrinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir.(i.v 71-73) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 78) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v 90) İş materiallarında olan "Qətimkan tədbiri seçilməsi haqqında" xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir.(i.v 130) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsi vurmaması, ona xəsarət yetirməməsi və s. ilə bağlı göstərdiklərinə, həmçinin şahidlər Şahid3, Şahid4 və Şahid5 ifadələrinə məhkəmə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün seçdiyi üsul kimi qiymətləndirir. Şahidlər Şahid3, Şahid4 və Şahid5 isə təqsirləndirilən şəxsin yaxın qohumları olduğunu və zərərçəkmiş şəxslə qarşılıqlı münasibətlərinin gərgin olmasını nəzərə alır, onların təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirməməsi ilə bağlı göstərdiklərini inandırıcı hesab etmir. Çünki təqsirləndirilən şəxsin ona isnad edilən əməli törətməsi işin halları, işdəki digər sübutlarla, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam təsdiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Beləliklə, işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.1.1 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Cinayət işi üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin və cəzasının əvvəli hökm icra olunduğu andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-474/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-474/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver