Məhkəmə qərarları › İş №1(060)-474/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-474/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-474/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakı ilə xx xxxxxx 1977-ci ildə Quba rayonunda anadan olmuş, orta təhsilli, evli, Sumqayıt Texnologiyalar parkında sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanında olarkən arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı sonuncuya sol bazunun yuxarı 1/3-nin oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi qançırı, başın təpə və ənsə nahiyyəsinin hematoması, sağ bel və said nahiyyəsinin qançırı, sol saidin orta 1/3-nin sıyrığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Göstərilən hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 01 iyun 2021-ci il tarixdə axşam saat 21:00 radələrində yaşadığı evdə olarkən həyat yoldaşı Zərərçəkmiş şəxs onunla mübahisə etmiş və bu zaman o, əsəbləşərək Amaliyanı sillə və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq döymüşdür. Onların səs-küyünə anası Dilarə və atası Gülməmməd otağa daxil olaraq onları ayırmış və həmin vaxt Amaliya otaqdan çıxaraq qapını arxadan bağlamışdır. Bu səbəbdən o, qapının şüşəsini qıraraq otaqdan çıxmış və Amaliyanın hamam otağında gizləndiyini görmüşdür. O, Amaliyanın özünə xəsarət yetirməsindən ehtiyat edərək, mətbəxdən bıçaq götürərək hamam otağının plastik qapısını kəsərək qapını açmış və onu ordan çıxarmışlar. Həmin vaxt valideynləri onu sakitləşdirmək üçün digər otağa keçirtmiş və Amaliya da evdən çıxaraq bayıra qaçmışdır. Hazırda o, əməlindən peşman olduğunu bildirdi. O, zərərçəkmiş şəxslə barışıq əldə etmək istəsə də zərərçəkmiş barışmaqdan imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir və hal-hazırda nikahın pozulması tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə ki, Təqsirləndirilən şəxslə birgə yaşadığı müddətlərdə bir neçə dəfə aralarında mübahisələri olmuş və hər dəfə mübahisə olanda İlham onu döymüşdür. Mübahisələrin olmasına səbəbdə İlhamın spirtli içkilərə qurşanması olmuşdur. Sonuncu dəfə 01 iyun 2021-ci il tarixdə axsam saatlarında yaşadıqları evdə olarkən İlhama onu həkimə aparmasını bildirmiş, lakin İlham bundan imtina etmişdir. Bu səbəbdən onların arasında mübahisə düşmüş və mübahisə zamanı İlham sillə və təiklə onu döymüşdür. Həmin vaxt İlhamın anası ona İlhamı yersiz əsəbləşdirməsini irad bildirdikdə, o qayınanasına etiraz etmiş və bu zaman İlham onu saçından tutaraq onu divara çırpmışdır. Daha sonra İlham divarda asılmış suvenir xəncəri götürərək onun üstünə gəlmiş və hədələmişdir. O, İlhamın əlindən qaçaraq qaynanasının otağından mobil telefonu götürərək vanna otağına daxil olub içəridən qapını bağlayaraq DİN-nin 102 qaynar xəttinə zəng edib məlumat vermişdir. Buna baxmayaraq İlham yenə bıçaqla vanna otağının plastik qapısını kəsərək onu öldürəcəyi ilə hədələmiş, lakin qayınatası Gülməmməd İlhamı kənara itələyərək digər otağa keçirtmişdir. Sonra qaynı Elçin evə daxil olaraq İlhamı sakitləşdirmiş və onuda götürəək həyətə çıxıb öz avtomobilində əyləşdirmişdir. Bütün baş verənlərlə bağlı polis bölməsinə gedərək ərizə yazmışdır. Hazırda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun barəsində cəza təyin edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə oxşar məzmunlu ifadə vermişlər. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 11 iyun 2021-ci tarixli 667 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol bazunun yuxarı 1/3-nin oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinliyi-qançırı, başın təpə və ənsə nahiyyəsinin hematoması, sağ bel və said nahiyyəsinin qançırı, sol saidin orta 1/3-nin sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təkrari zərbələrlə vurulma nəticəsində əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 10.06.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Daxili İuşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini könüllü olaraq etiraf etməsini və törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alıb onun cəmiyətdən təcrid olunmadan islah olunmasını mümkün sayaraq, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məci oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qazancından dövlət nəfinə 20 (iyirmi) % məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin Təchizat Qrupuna təhvil verilmiş 01 ədəd mətbəx bıçağı qanuna müvafiq qaydada məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar