Məhkəmə qərarları › İş №1(060)-474/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-474/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-474/2022 07.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3də başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında əlbir olub Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-dən vahid niyyətlə xx.xx.2021 -ci il tarixdə 35 ədəd 200 litr su tutumlu istifadədə olmuş dəmir çəlləyi, xx.xx.2021-ci il tarixdə 19 ədəd 200 litr su tutumlu istifadədə olmuş dəmir çəlləyi, xx.xx.2021-ci il tarixdə 30 ədəd 200 litr su tutumlu istifadədə olmuş dəmir çəlləyi, 22 ədəd istifadədə olmuş 1000 litr su tutumlu plastik materialdan hazırlanmış metal çərçivəli plastik çəni, 103 ədəd istifadədə olmamış 200 litr su tutumlu dəmir çəlləyi, xx.xx.2021 -ci il tarixdə 17 ədəd istifadədə olmuş 200 litr su tutumlu dəmir çəlləyi, 45 ədəd istifadədə olmuş 1000 litr su tutumlu plastik materialdan hazırlanmış metal çərçivəli plastik çəni, 108 ədəd istifadədə olmamış 200 litr su tutumlu dəmir çəlləyi, xx.xx.2021 -ci il tarixdə 14 ədəd istifadədə olmuş 200 litr su tutumlu dəmir çəlləyi, 14 ədəd istifadədə olmuş 1000 litr su tutumlu plastik materialdan hazırlanmış metal çərçivəli plastik çəni, 1 17 ədəd istifadədə olmamış 200 litr su tutumlu dəmir çəlləyi, xx.xx.2021 -ci il tarixdə 131 ədəd 200 litr su tutumlu istifadədə olmamış dəmir çəlləyi, xx.xx.2021-ci il tarixdə 10 ədəd istifadədə olmuş 200 litr su tutumlu dəmir çəlləyi, 20 ədəd istifadədə olmuş 1000 litr su tutumlu plastik materialdan hazırlanmış metal çərçivəli plastik çəni, 1 14 ədəd istifadədə olmamış 200 litr su tutumlu dəmir çəlləyi, xx.xx.2021 -ci il tarixdə 50 ədəd istifadədə olmamış 200 litr su həcmli dəmir çəlləyi, xx.xx.2021 -ci il tarixdə 25 ədəd istifadədə olmuş 200 litr su tutumlu dəmir çəlləyi, 60 ədəd istifadədə olmuş 1000 litr su tutumlu plastik materialdan hazırlanmış metal çərçivəli plastik çəni, 89 ədəd istifadədə olmamış 200 litr su tutumlu dəmir çəlləyi, xx.xx.2021-ci il tarixdə 39 ədəd istifadədə olmuş 200 litr su tutumlu dəmir çəlləyi, 44 ədəd istifadədə olmuş 1000 litr su tutumlu plastik materialdan hazırlanmış metal çərçivəli plastik çəni, 197 ədəd istifadədə olmamış 200 litr su tutumlu dəmir çəlləyi, xx.xx.2021 -ci il tarixdə 49 ədəd istifadədə olmuş 200 litr su tutumlu dəmir çəlləyi, 40 ədəd istifadədə olmuş 1000 litr su tutumlu plastik materialdan hazırlanmış metal çərçivəli plastik çəni, 109 ədəd istifadədə olmamış 200 litr su tutumlu dəmir çəlləyi olmaqla 18324 manat dəyərində 1018 ədəd qara rəngli 200 litr su tutumlu istifadədə olmamış dəmir çəlləyi, 1952 manat dəyərində olan 244 ədəd narıncı rəngli 200 litr su tutumlu istifadədə olmuş dəmir çələyi, 19600 manat dəyərində olan 245 ədəd ağ rəngli 1000 litr su tutumlu, plastik materialdan hazırlanmış, metal çərçivəli,istifadədə olmuş plastik çəni gizli talamaqla, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda ümumilikdə 39876 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdirlər. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hadisədən təqribən bir il əvvəl "OESCO" şirkətində mühafizəçi vəzifəsində çalışmış, xidmət apardığı zavodun adı "xxxx" MMC idi. 8 nömrəli postda xidmət aparmışdır. Qeyd etdiyi zavod kimyəvi maddələrin istehsalı ilə məşğul olmuşdur və o qrafik əsasında həmin zavodun mühafizəsini təşkil etmişdir. Təxminən 2021-ci ilin avqust ayının əvvəllərində maddi vəziyyətləri aşağı olduğu üçün, mühafizəçi işlədikləri yerdə olan çənləri satıb maddi gəlir əldə etmək qərarına gəlmişlər. Bu səbəbdən orada onunla mühafizəçi işləyən tanışı Əliyar gəlib məlumat vermiş və onlar razılaşmışlar ki, onun növbəsi olan zaman o maşın tutub gəlsin və xidmət apardıqları yerdə olan boş çəlləklərdən yığıb metal qəbulu məntəqəsinə satsınlar. Təxminən həmin vaxtlarda yəni 2021-ci ilin avqust ayının 11-də Əliyar növbədə olarkən zəng edib, danışdıqları kimi ona boş çəlləkləri aparmaq üçün maşın tutub gəlməsini demiş, o Sumqayıt şəhəri "Şərq bazarı" adlanan əraziyə getmişdir. Orada sifarişlə fəaliyyət göstərən "QAZEL" makalı yük maşınlarından birinin sürücüsünə yaxınlaşaraq maşın lazım olduğunu bildirmiş, həmin maşınlardan birinin sürücüsü ilə sonradan adını Elçin kimi tanıdığı şəxslə danışaraq onun maşınına əyləşmiş və birlikdə zavoda gəlmişlər. Həmin vaxt Əliyarın yanında iş yoldaşı Adil də olmuşdur. O, orada Əliyar və Adil ilə birlikdə həmin yük avtomobilinə ümumilikdə 35 ədəd 200 litr həcmli istifadə olunmuş çəllək yükləmişlər. Sonra o həmin yük maşınına əyləşmiş və onlar "Aliminium zavod" yaxınlığında yerləşən metal qəbulu ilə məşğul olan məntəqəyə getmişlər, həmin dəmir çəlləkləri bir ədədini 6 manatdan orada Ələkbər adlı şəxsə satmış, maşın sürücüsünə 40 manat verərək yola salmış və marşrut vasitəsilə yenidən zavoda qayıdaraq həmin pulları Əliyarla birlikdə bölmüşlər. Onlar pulu böldükdən sonra o, Əliyara demişdir ki, gətirdiyi “Qazel” markalı avtomaşının sürücüsü Elçin də çəllək almaq istəyir, o da onunla razılaşmışdır. Bundan başqa avqust ayının 14-də metal qəbulu yerinə əlavə 19 ədəd də 200 litr həcmli istifadə olunmuş çəllək aparıb yenə də "Aliminium zavod" yaxınlığında yerləşən metal qəbulu ilə məşğul olan məntəqəyə aparıb Ələkbər adlı şəxsə satmışlar. Həmin ərəfələrdə yəni ilk dəfə 2021-ci ilin avqust ayının 20-də Əliyar işdə növbədə olduğu zaman Elçinə zəng edərək gəlib boş çəlləklərdən yığıb apara biləcəyini demiş, həmin gün axşam saatlarında Elçin maşınla gəlmiş və onun xahişi ilə qapıdan buraxılaraq işlədiyi posta yaxınlaşmışdır. Onlar razılaşdıqdan sonra onunla Əliyar Elçinlə çəlləkləri ona 5 manatdan satacaqlarına razılaşmışlar. Həmin gecəni yəni avqust ayının 20-si Elçin Əliyarla razılığı ilə hissə-hissə ümumilikdə 30 ədəd istifadə olunmuş 200 litr həcmli, 22 ədəd istifadə olunmuş 1000 litr həcmli və 103 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək almışdır. Bundan başqa avqust ayının 23-də axşam saatlarında Elçin yenidən Əliyara zəng edərək çəllək lazım olduğunu bildirmiş, Əliyar da ona gecə gəlib götürə biləcəyini demiş, həmin gecəni yəni avqustun 23-də Əliyar hissə-hissə Elçinə 17 ədəd istifadə olunmuş 200 litr həcmli, 45 ədəd istifadə olunmuş 1000 litr həcmli və 108 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmışdır. Bundan sonra Əliyar eyni qayda ilə Elçinə avqust ayının 26-da hissə-hissə 14 ədəd istifadə olunmuş 200 litr həcmli, 14 ədəd istifadə olunmuş 1000 litr həcmli və 117 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək, avqust ayının 29-da hissə-hissə 131 ədəd 200 litr həcmli istifadə olunmamış boş çəllək, sentyabr ayının 2-də hissə-hissə 16 ədəd istifadə olunmuş 200 litr həcmli, 20 ədəd istifadə olunmuş 1000 litr həcmli və 114 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmış, həmin əldə olunmuş pullardan da Əliyar onunla bölmüşdür. Bundan əlavə Əliyar metal qəbulu məntəqəsinə çəllək satdığı zaman işlədikləri yerdə boş çəlləklərin çox olduğunu, rəhbərlik tərəfindən satmalarına icazə verildiyini demiş və əlaqə telefon nömrəsini də vermişdir ki, istəyən olsa onun özünə məxsus telefon nömrəsinə zəng edərək, gəlib işlədikləri yerdən pulunu ona ödəməklə həmin çəlləklərdən alsın. Bundan birneçə gün sonra, yəni 2021-ci ilin sentyabr ayının əvvəllərində Nazim adlı şəxs Əliyara zəng edərək nömrəsini metal qəbulu məntəqəsindən götürdüyünü və ona çəllək lazım olduğunu demiş, Əliyar da həmin şəxsə işdə olduğu zaman zəng edib xəbər edəcəyini demişdir. Təxminən sentyabr ayının 5-də axşam işə getdikdən sonra Əliyar Nazimə zəng edib işdə olduğunu və gəlib istədiyi qədər çəllək alıb apara biləcəyini demiş, bundan əlavə Əliyar ona zəng vuraraq gəlib ona kömək etməsini xahiş etmişdir. Həmin gün təxminən saat 20:30 radələrində Nazim Əliyara zəng edərək zavodun qapısının yanında olduğunu bildirmiş, o da bu səbəbdən rabitə vasitəsilə digər postaçı yoldaşlarına məlumat verərək, Nazimin gəldiyi “Qazel' markalı maşının yanına gəldiyini bildirib buraxmalarını xahiş etmişdir. Nazim Əliyarın olduğu posta gəldikdən sonra Nazimlə razılaşmışlar ki, o həmin çəlləklərin birini ona 8 manatdan satacaq. Onlar razılaşdıqdan sonra o və Əliyar həmin maşına 50 ədəd istifadə olunmamış 200 litr həcmli çəllək yükləmişlər, qarşılığında isə 400 manat pul almışlar. Bundan başqa Əliyar eyni qaydada sentyabr ayının 8-də axşam saatlarında Nazimə 25 ədəd istifadə olunmuş 200 litr həcmli, 60 ədəd istifadə olunmuş 1000 litr həcmli və 89 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək, sentyabr ayının 12-də hissə-hissə 39 ədəd istifadə olunmuş 200 litr həcmli, 44 ədəd istifadə olunmuş 1000 litr həcmli və 197 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək, sentyabr ayının 19-da hissə-hissə 49 ədəd istifadə olunmuş 200 litr həcmli, 40 ədəd istifadə olunmuş 1000 litr həcmli və 109 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmışdır. Əliyar hər dəfə Nazimdən aldığı puldan ona da vermişdir. O, əvvəllər oğurluq etməmiş, oğurluq etmək barədə təklifi Əliyar vermiş, həmin vaxt o mühafizəçi işləyərək cəmi 330 manat əmək haqqı almış, çəllək satışından pul qazanacağını düşündüyü üçün oğurluq etmək qərarına gəlmişdir. O, Əliyardan onların çəlləkləri oğurlayıb satmaq planından kiminsə xəbərinin olub-olmadığını soruşmuş, Əliyar isə onların ikisindən başqa bu barədə heç kəsin məlumatlı olmadığını demiş, bundan əlavə onlar həmin çəlləkləri yük maşınına yüklədikləri zaman Əliyar Adildən onlara köməklik etməsini xahiş etdiyi zaman, Adil ilk əvvəl yorğun olduğunu demiş, Əliyar isə ona rəhbərliyin göstərişi olduğunu və çəlləklərin qısa müddətdə yük maşınına yüklənməli olduğunu demişdir. Həmin vaxt o əmin olmuşdur ki, Adilin onların əməllərindən məlumatı olmamışdır. İlk əvvəl özü, daha sonra isə Əliyar Elçinə zavodda açıq satış olduğunu demişlər. Əliyar çəlləkləri götürməsinə görə Elçinə qəbz də yazıb verə biləcəyini demiş, lakin Elçin inandığından qəbz almaqdan imtina etmişdir. Elçin onlara inanmış, ona görə də həmin çəlləkləri onlardan almışdır. Onlar Nazimə də zavodda açıq satış olduğunu demişlər. Ümumiyyətlə onlardan çəllək alan heç kəsə həmin malların oğurluq olduğunu demək fıkrləri olmamışdır ki, etdikləri əməlin üstü açılmasın. Bu səbbəbdən də Nazim və Elçinin də bundan xəbərləri olmamış, onlar inandığı üçün həmin çəlləkləri almışlar. Təqsirləndirilən şəxs2 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığını bildirərək barəsində yüngül yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o "xxxx" ASC-də mühafizəçi vəzifəsində işləmişdir. Xidmət yeri Sumqayıt şəhəri, Kimya sənaye parkının nəzdində olan “Aminol” sürtgü yağları zavodu olmuşdur. O, həmin zavodun 7-ci postunda növbəli şəkildə xidmət aparmışdır. İşlədiyi yerdə müxtəlif növ çənlər olmuşdur. Təxminən 2021-ci ilin avqust ayının əvvəllərində maddi vəziyyəti aşağı olduğu üçün, mühafizəçi işlədiyi yerdə olan çənləri satıb maddi gəlir əldə etmək qərarına gəlmiş, bu səbəbdən orada onunla mühafizəçi işləyən tanışı Fəridə məlumat vermiş və onlar razılaşmışlar ki, onun növbəsi olan zaman Fərid maşın tutub gəlsin və xidmət apardığı yerdə olan boş çəlləklərdən yığıb metal qəbulu məntəqəsinə satsınlar. Təxminən həmin vaxtlarda yəni 2021-ci ilin avqust ayının 11-də növbədə olanda Fəridə zəng edib danışdıqları kimi boş çəlləkləri aparmaq üçün maşın tutub gəlməsini demişdir. Bir qədər sonra Fərid “Qazel” markalı yük maşını ilə onun olduğu posta gəlmişdir. Həmin vaxt Adil adlı iş yoldaşı yanında olmuş, o orada Fərid və Adil ilə birlikdə həmin yük avtomobilinə ümumilikdə 35 ədəd 200 litr həcmli istifadə olunmuş çəllək yükləmişlər. Bundan sonra Fərid həmin çəlləkləri aparıb əşya bazarı tərəfdə yerləşən metal qəbulu məntəqəsinə 01 ədədini 6 manata satıb onun yanına qayıtmışdır. Fərid onun yanma qayıtdıqdan sonra pulu Fəridlə birlikdə bölmüşlər. Onlar Fəridlə pulu böldükdən sonra Fərid ona gətirdiyi “Qazel” markalı avtomaşının sürücüsü Elçinin də çəllək almaq istədiyini demiş o da razılaşmışdır. Bundan başqa avqust ayının 14-də metal qəbulu yerinə əlavə 19 ədəd də 200 litr həcmli istifadə olunmuş çəllək aparıb yenədə "Aliminium zavod" yaxınlığında yerləşən metal qəbulu ilə məşğul olan məntəqəyə Fərid satmışdır. Həmin ərəfələrdə yəni ilk dəfə 2021-ci ilin avqust ayının 20-də o işdə növbədə olduğu zaman Elçinə zəng edərək gəlib boş çəlləklərdən yığıb apara biləcəyini demiş, həmin günü axşam saatlarında Elçin maşınla gəlmişdir. Fərid Elçinlə çəlləkləri ona 5 manatdan satacaqlarına razılaşmışlar. Həmin gecəni yəni avqust ayının 20-si Elçin onun razılığı ilə hissə-hissə ümumilikdə 30 ədəd istifadə olunmuş 200 litr həcmli, 22 ədəd istifadə olunmuş 1000 litr həcmli və 103 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək almış, bundan başqa avqust ayının 23-də axşam saatlarında Elçin yenidən ona zəng edərək çəllək lazım olduğunu bildirmiş, o da gecə gəlib götürə biləcəyini demişdir. Həmin gecəni yəni avqustun 23-də hissə-hissə Elçinə 17 ədəd istifadə olunmuş 200 litr həcmli, 45 ədəd istifadə olunmuş 1000 litr həcmli və 108 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmışdır. Bundan başqa avqust ayının 26-da axşam saatlarında Elçin yenidən ona zəng edərək çəllək lazım olduğunu bildirmiş, o da gecə gəlib götürə biləcəyini demiş, həmin gecəni yəni avqustun 26-da hissə-hissə Elçinə 14 ədəd istifadə olunmuş 200 litr həcmli, 14 ədəd istifadə olunmuş 1000 litr həcmli və 117 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmış, bundan başqa avqust ayının 29-da axşam saatlarında Elçin yenidən ona zəng edərək çəllək lazım olduğunu bildirmiş, o da gecə gəlib götürə biləcəyini demişdir. Həmin gecəni yəni avqustun 29-da hissə-hissə Elçinə 131 ədəd 200 litr həcmli istifadə olunmamış boş çəllək satmışdır. Bundan başqa sentyabr ayının 2-də axşam saatlarında Elçin yenidən ona zəng edərək çəllək lazım olduğunu bildirmiş, o da gecə gəlib götürə biləcəyini demişdir. Həmin gecəni yəni sentyabrın 2-də hissə-hissə Elçinə 16 ədəd istifadə olunmuş 200 litr həcmli, 20 ədəd istifadə olunmuş 1000 litr həcmli və 114 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmışdır. Bundan əlavə o metal qəbulu məntəqəsinə çəllək satdığı zaman işlədiyi yerdə boş çəlləklərin çox olduğunu, rəhbərlik tərəfindən satmalarına icazə verildiyini demiş və əlaqə telefon nömrəsini vermişdir ki, istəyən olsa onun özünə məxsus telefon nömrəsinə zəng edərək, gəlib işlədiyi yerdən pulunu ona ödəməklə həmin çəlləklərdən alsın. Bundan bir-neçə gün sonra 2021-ci ilin sentyabr ayının əvvəllərində Nazim adlı şəxs ona zəng edərək nömrəni metal qəbulu məntəqəsindən götürdüyünü və ona çəllək lazım olduğunu demiş, o da həmin şəxsə işdə olduğu zaman zəng edib xəbər edəcəyini demiş, təxminən sentyabr ayının 5-də axşam işə getdikdən sonra Nazimə zəng edib işdə olduğunu və gəlib istədiyi qədər çəllək alıb apara biləcəyini demişdir. Bundan əlavə Fəridə də zəng vuraraq gəlib ona kömək etməsini xahiş etmişdir. Həmin gün təxminən saat 20:30 radələrində Nazim ona zəng edərək zavodun qapısının yanında olduğunu bildirmiş, o da bu səbəbdən rabitə vasitəsilə digər postaçı yoldaşlarına məlumat verərək, Nazimin gəldiyi ‘‘Qazel” markalı maşının yanına gəldiyini bildirib buraxmalarını xahiş etmişdir. Nazim o olan posta gəldikdən sonra onlar Nazimlə razılaşmışlar ki, o həmin çəlləklərin birini ona 8 manatdan satacaq. Onlar razılaşdıqdan sonra o və Fərid həmin maşına 50 ədəd istifadə olunmamış 200 litr həcmli çəllək yükləmişlər, qarşılığında isə 400 manat pullarını almışlar. Bundan başqa sentyabr ayının 8-də axşam saatlarında Nazim yenidən ona zəng edərək çəllək lazım olduğunu bildirmiş, o da gecə gəlib götürə biləcəyini demiş, həmin gecəni yəni sentyabrın 8-də hissə-hissə Nazimə 25 ədəd istifadə olunmuş 200 litr həcmli, 60 ədəd istifadə olunmuş 1000 litr həcmli və 89 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmışdır. Bundan başqa sentyabr ayının 12-də axşam saatlarında Nazim yenidən ona zəng edərək çəllək lazım olduğunu bildirmiş, o da gecə gəlib götürə biləcəyini demişdir. Həmin gecəni yəni sentyabrın 12-də hissə-hissə Nazimə 39 ədəd istifadə olunmuş 200 litr həcmli, 44 ədəd istifadə olunmuş 1000 litr həcmli və 197 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmışdır. Sentyabrın 19-da hissə-hissə Nazimə 49 ədəd istifadə olunmuş 200 litr həcmli, 40 ədəd istifadə olunmuş 1000 litr həcmli və 109 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmış, əldə etdiyi pulu Fəridlə birlikdə bölmüş, başqa heç kimə verməmişdir. Daha əvvəllər oğurluq etməmiş, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmiş və bu barədə Fəridə təklif etmiş, o da razılaşmışdır. Adilin oğurluqdan heç bir xəbəri olmamış, ondan və Fəriddən başqa bu barədə heç kimin məlumatı yox idi. Bundan əlavə onlar həmin çəlləkləri yük maşınına yüklədikləri zaman o Adildən onlara köməklik etməsini xahiş etdiyi zaman, Adil ilk əvvəl yorğun olduğunu demiş, o isə yalandan ona rəhbərliyin göstərişi olduğunu və çəlləklərin qısa müddətdə yük maşınına yüklənməli olduğunu demiş, Adil onun sözünə inandığı üçün onlara kömək etmişdir. O Elçinə və Nazimə zavodda açıq satış olduğunu demiş, onları inandırmaq üçün qəbz də yazıb verə biləcəyini demişdir. Onlar inandıqlarından qəbz istəməmişdirlər. Ümumiyyətlə onlardan çəllək alan heç kəsə həmin malların oğurluq olduğunu demək fikirləri olmamışdır ki, etdikləri əməlin üstü açılmasın. Bu səbbəbdən də Nazim və Elçinin də bundan xəbərləri yox idi. Təqsirləndirilən şəxs1 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu maddi zərərin bir qismini ibtidai istintaq zamanı, 8000 manatını isə məhkəmə istintaqı zamanı ödədiyini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayətinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2021-ci ilin iyun ayından hal-hazıradək Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-də istehsal sahəsi üzrə müdir müavini vəzifəsində işləyir. 2021-ci ilin avqust ayının sonlarında və sentyabr ayının əvvəllərində zavoda daxil və xaric olan yağ çəlləklərinin hesabatı aparılan zaman 01 ədədinin qiyməti 64,19 manat olan 1018 ədəd 200 litr həcmli yeni, 01 ədədinin qiyməti 100 manat olan 1000 litr həcmli 245 ABC (kapron yağ çənləri) oğurlanması aşkar edilmişdir. Baş vermiş oğurluq nəticəsində MMC-yə ümumilikdə 93993,42 manat maddi ziyan vurulmuşdur. Sonradan oğurlanmış çəlləklərin bir hissəsi, yəni 386 ədəd 200 litr həcmli yəni metal çəllək və 176 ədəd istifadə edilmiş 100 litr həcmli və 12 ədəd 1000 litr həcimli istifadə edilmiş çəllək tapılaraq zavoda qaytarılmışdır. MMC-nin ərazisində nəzarət müşahidə kameraları quraşdırılıb və kameralar işlək vəziyyətdədir. Zavod ərazisində mühafizə xidməti Sumqayıt Kimya Sənaye Parkına girişdə quraşdırılmış post, Sürtkü yağları zavoduna giriş hissədə olan post və Əşya bazarı istiqamətində quraşdırılmış postdan həyata keçirilir, MMC-nin ərazisindən oğurluq faktı gecə növbəsi zamanı baş vermişdir. Sonradan müəyyən olunmuşdur ki, oğurluğu Fərid və Əlyar törədiblər. Məhkəmənin getdiyi müddətdə vurulan ziyandan Təqsirləndirilən şəxs1 tərəfindən 8000 manat pul ödənmişdir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanı məhkəmənin öz mülahizəsinə əsasən həll edilməsini təklif edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələblərinin olmadığını, gələcəkdə işlə bağlı mülki iddia vermək hüququnun özlərində saxladıqlarını bildirərək təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə iclasında Şahid2 ifadəsində göstərdi ki, o “GLSCO” şirkətində mühafizəçi vəzifəsində işləmiş və xidmət yeri “Sumqayıt Kimya Sənaye Parkı” olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun iş yoldaşları olmuşdur. 2021-ci ilin avqust ayının 11-də işdə olduğu zaman Fərid və Əliyarla birlikdə Əliyarın xidməti postunda yemək yemişlər. Həmin vaxtı Əliyarın postuna yük maşını yaxınlaşmış, Əliyar həmin maşının sahibinin yanına gedib onunla söhbət etmiş və geri qayıdıb həmin yük maşınına çəllək yükləmək lazım olduğunu bildirmişdir. O, Əliyara yorğun olduğunu demiş, həmin vaxt Əliyar ona rəhbərliyin göstərişi olduğunu və çəlləklərin qısa müddətdə yük maşınına yüklənməli olduğunu demiş, o da Fəridlə birlikdə həmin yük maşınına boş çəlləkləri yükləmişlər. Daha sonra o, zavoddan çıxıb getmişdir. Sonradan polisdə ona məlum olmuşdur ki, Fəridlə Əliyar həmin çəlləkləri oğurlayaraq satmışlar. Fərid və Əliyarın niyyətlərindən xəbəri olmamış, ona hər hansı bir məbləğdə pul verilməmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, o, “Qazel” sürücüsüdür və sifariş əsasında yük daşıyır. 2021-ci ilin avqust ayının 11-də maşında oturub müştəri gözləyən zaman sonradan adının Fərid olduğunu bildiyi bir nəfər şəxs ona yaxınlaşaraq dəmir çəllək aparmaq lazım olduğunu demiş, onlar 40 manata razılaşmışlar. Bundan sonra, Fərid onun yanında əyləşmiş və onlar birlikdə zavoda getmişlər. Orada Fərid, Əliyar və bir nəfər şəxs onun Qazelinə 200 litr həcmli boş çəlləklər yükləmişlər və həmin çəlləkləri Fəridlə birlikdə "Aliminium zavod" yaxınlığında yerləşən metal qəbulu ilə məşğul olan məntəqəyə aparmışlar. Həmin dəmir çəlləkləri bir ədədini Fərid 6 manatdan orada satmış, ona da 40 manat pul vermişdir. Həmin vaxt o, Fəridə demişdir ki, özü də çəllək almaq istəyir. O da demişdir ki, Əliyara bu barədə deyəcək. O 40 manat pulu aldıqdan sonra Fəridlə Əliyarın telefon nömrələrini götürmüşdür. 2021-ci ilin avqust ayının 20-də Əliyar ona zəng edərək rəhbərliklərinin icazəsi ilə həmin çəlləkləri ona sata biləcəyini, gəlib aparmasını demişdir. O da həmin günü avqust ayının 20-si axşam saatlarında Əliyarın işlədiyi "Alko” zavoda getmişdir. Zavoda çatdıqdan sonra Əliyara zəng edib zavodun qapısının qarşısında olduğunu demişdir. Əliyar qapı mühafizəsinə tapşırdıqdan sonra onu içəri buraxmışlar və o, Əliyarın işlədiyi yerə getmişdir. Orada o, Fərid və Əliyarla çəlləkləri 5 manatdan ona satacaqlarına razılaşmışlar. Həmin gecəni yəni avqust ayının 20-si o, Əliyardan onun razılığı ilə hissə-hissə ümumilikdə 30 ədəd istifadə olunmuş 200 litr həcmli, 22 ədəd istifadə olunmuş 1000 litr həcmli və 103 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək almışdır. Bundan başqa avqust ayının 23-də axşam saatlarında o, yenidən Əliyara zəng edərək çəllək lazım olduğunu bildirmiş, Əliyar da gecə gəlib götürə biləcəyini demiş, həmin gecəni yəni avqustun 23-də Əliyar hissə-hissə ona 17 ədəd istifadə olunmuş 200 litr həcmli, 45 ədəd istifadə olunmuş 1000 litr həcmli və 108 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək də satmışdır. Bundan başqa avqust ayının 26-da eyni qayda ilə Əliyar hissə-hissə ona 14 ədəd istifadə olunmuş 200 litr həcmli, 14 ədəd istifadə olunmuş 1000 litr həcmli və 117 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək, avqust ayının 29-da hissə-hissə Əliyar ona 131 ədəd 200 litr həcmli istifadə olunmamış boş çəllək, sentyabr ayının 2-də hissə-hissə ona 16 ədəd istifadə olunmuş 200 litr həcmli, 20 ədəd istifadə olunmuş 1000 litr həcmli və 114 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmışdır. O, Əliyardan aldığı çəlləkləri aparıb Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən «Daş» bazarı adlanan ərazidə birinin qiyməti 08 manat olmaqla orada işləyən Amil adlı şəxsə satmış, həmin çəlləklərin oğurluq olduğunu bilməmiş və bu barədə ona heç bir söz deyilməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, uzun müddətdir ki, müxtəlif formada və ölçüdə olan, dəmir və plastmas materiallı çəllək alqı-satqısı ilə məşğuldur. 2021-ci ilin sentyabr ayının əvvəllərində əşya bazarı yaxınlığında yerləşən, əvvəldən tanıdığı Vüqar adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə getdiyi zaman orada dəmir çəlləklərin də olduğunu görmüşdür. O, Vüqardan həmin çəlləkləri kimin gətirdiyini soruşmuş, Vüqar ona həmin çəlləkləri zavodda mühafizəçi işləyən Əliyar adlı şəxsin gətirdiyini və əlaqə üçün telefon nömrəsi verdiyini demişdir. O, da çəllək alış-verişi ilə məşğul olduğu üçün Vüqardan Əliyarın telefon nömrəsini götürmüş və Əliyara zəng vurub çəllək barədə maraqlanmışdır. Telefonda danışdığı zaman Əliyar zavodda mühafizəçi işlədiyini, rəhbərliyinin ona verdiyi icazə ilə müxtəlif növ çəllək sata bildiyini demişdir. O, hansı vaxt gəlib çəllək ala biləcəyini soruşduğu zaman Əliyar sentyabrın 5-i ona zəng edib çağıracağını bildirmişdir. Bundan sonra, sentyabr ayının 5-i axşam saatlarında Əliyar ona zəng edərək, rəhbərlikdən icazə aldığını və onun gəlib oradan çəllək alıb apara biləcəyini demişdir. O da həmin günü Əliyarın işlədiyi “Alko” zavoda getmişdir. Həmin gün saat 20:30 radələrində zavoda çatdıqdan sonra o, Əliyara zəng edib zavodun qapısının qarşısında olduğunu demişdir. Əliyar qapı mühafizəsinə tapşırdıqdan sonra onu içəri buraxmışlar və o, Əliyarın işlədiyi yerə getmişdir. O, Əliyarın olduğu posta gəldikdən sonra onunla razılaşmışlar ki, Əliyar həmin çəlləklərin birini ona 8 manatdan satacaqdır. Onlar razılaşdıqdan sonra Əliyar və onun yanında olan sonradan adını Fərid kimi bildiyi şəxs onun maşınına 50 ədəd istifadə olunmamış 200 litr həcmli çəllək yükləmişlər, qarşılığında isə o Əliyar və Fəridə 400 manat pul vermişdir. Bundan başqa sentyabr ayının 8-də axşam saatlarında o yenidən Əliyara zəng edərək çəllək lazım olduğunu bildirmişdir. Əliyar da gecə gəlib götürə biləcəyini demişdir. Həmin gecəni yəni sentyabrın 8-də hissə-hissə Əliyar ona 25 ədəd istifadə olunmuş 200 litr həcmli, 60 ədəd istifadə olunmuş 1000 litr həcmli və 89 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmışdır. Bundan başqa sentyabr ayının 12-də axşam saatlarında o yenidən Əliyara zəng edərək çəllək lazım olduğunu bildirmişdir. Əliyar da gecə gəlib götürə biləcəyini demişdir. Həmin gecəni yəni sentyabrın 12-də hissə-hissə Əliyar ona 39 ədəd istifadə olunmuş 200 litr həcmli, 44 ədəd istifadə olunmuş 1000 litr həcmli və 197 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək, sentyabr ayının 19-da hissə-hissə Əliyar ona 49 ədəd istifadə olunmuş 200 litr həcmli, 40 ədəd istifadə olunmuş 1000 litr həcmli və 109 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək salmışdır. O həmin çəlləkləri əvvəllər tanıdığı Cahangir adlı şəxsin idarə etdiyi onun özünə məxsus «İveco» markalı yük maşını ilə zavoda gedib çəlləkləri orada həmin maşina yükləyib aparıb Sumqayıt şəhərinin giriş hissəsində yerləşən «Texnol» zavoduna satmışdır. Həmin çəlləklərin oğurluq olduğunu bilməmiş və onların niyyətindən xəbərsiz olmuşdur. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, uzun müddətdir ki, özünə məxsus olan “İveco” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı yük avtomaşınla müxtəlif yüklər daşıyıb çörək pulu qazanır. Nazimi əvvəl yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisindən tanıyır və Nazimin çəllək alış-verişi ilə məşğul olduğunu bilirdi. 2021-ci ilin sentyabr ayının 5-də axşam saatlarında Nazim ona zəng edərək Zərərçəkmiş şəxs zavoduna gedib orada olan boş çəlləkləri gətirmək lazım olduğunu dediyi üçün o idarə etdiyi yük maşını ilə onunla birlikdə həmin zavoda getmişlər. Həmin gün saat 20:30 radələrində zavoda çatdıqdan sonra Nazim Əliyar adlı şəxsə zəng edib zavodun qapısının qarşısında olduqlarını demişdir. Əliyar qapı mühafizəsinə tapşırdıqdan sonra onları içəriyə buraxmışlar və onlar Əliyarın işlədiyi yerə getmişlər. Nazim Əliyarın olduğu posta gəldikdən sonra onlar razılaşmışlar ki, Əliyar həmin çəlləklərin birini Nazimə 8 manatdan satacaqdır. Onlar razılaşdıqdan sonra Əliyar və onun yanında olan sonradan adını Fərid kimi bildiyi şəxs maşınına 50 ədəd istifadə olunmamış 200 litr həcmli çəllək yükləmişlər, qarşılığında isə Nazim onlara 400 manat pul vermişdir. Bundan başqa, sentyabr ayının 8də axşam saatlarında onlar yenidən həmin zavoda getmişlər və Əliyar Nazimə 25 ədəd istifadə olunmuş 200 litr həcmli, 60 ədəd istifadə olunmuş 1000 litr həcmli və 89 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmışdır. Bundan başqa, sentyabr ayının 12də axşam saatlarında hissə-hissə Əliyar Nazimə 39 ədəd istifadə olunmuş 200 litr həcmli, 44 ədəd istifadə olunmuş 1000 litr həcmli və 197 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmışdır. Bundan başqa, sentyabr ayının 19-da axşam saatlarında Əliyar Nazimə 49 ədəd istifadə olunmuş 200 litr həcmli, 40 ədəd istifadə olunmuş 1000 litr həcmli və 109 ədəd istifadə olunmamış 200 litr həcmli boş çəllək satmışdır. Hər dəfə onlar həmin çəlləkləri onun idarə etdiyi «İveco» markalı yük maşını ilə gedib götürmüşlər. Həmin çəlləkləri sözügedən zavoddan götürdükdən sonra onları Nazimin xahişi ilə Sumqayıt şəhərinin giriş hissəsində yerləşən «Texnol» zavoduna aparmış və Nazim çəlləkləri orada satmışdır. O həmin çəlləklərin oğurluq olduğunu bilməmiş və Fərid və Əliyarın bu niyyətlərindən xəbərsiz olmuşdur. Şahid8 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclasını onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid8 məhkəmə baxışında elan olunmuş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, 2017-ci ildən hal-hazıradək "xxxx" MMC-də təchizat üzrə mütəxəssis işləyir. 2021-ci ilin avqust ayının 21-də Sumqayıt şəhəri daş bazarı ərazisində fəaliyyət göstərən Amil adlı şəxsdən 106 ədəd 208 litr həcmli dəmir çəllək almış, hər çəlləyə görə Amilə 17 manat olmaqla ümumilikdə 1802 manat pul vermiş və əlavə olaraq 40 manat nəqliyyat xərclərini qarşılamışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə Nazim adlı şəxsdən 17 manata 100 ədəd 200 litr həcmli olmaqla yeni çəllək və 25 ədəd hər biri 14 manat olmaqla 200 litr həcmli işlənmiş çəllək almış, Nazim həmin çəlləkləri zavoda Cahangir adlı şəxslə birlikdə gətirmiş və ona ümumilikdə 2050 manat pul ödənilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Nazim yenə 39 ədəd işlənmiş 192 ədəd 208 litr həcmli dəmir çəllək gətirmiş və bunun müqabilində ona ümumilikdə 3810 manat pul ödənilmişdir. Bundan başqa sonuncu dəfə xx.xx.2021-ci il tarixdə yenə Nazim adlı şəxsdən 100 ədəd yeni, 49 ədəd isə işlənmiş olmaqla ümumilikdə 149 ədəd çəllək alınmış, lakin çəlləklərin ümumilikdə 2386 manat pulu ödənilməmişdir. Həmin çəlləklərin müəyyən hissəsi satılmış, yerdə qalan hissəsi, yəni 373 ədədi boş çəllək hazırda zavodun ərazisində olmuşdur. Həmin çəlləklərin 285 ədədi yeni, 88 ədədi isə istifadə edilmişdir. O həmin şəxslərdən aldığı çəlləklərin oğurluq yolu ilə əldə edildiyini bilməmiş, əgər o bunu bilsəydi onları almazdı. Çəlləklərin alınması ilə bağlı tərtib edilmiş qaimə-fakturaların surətini, eləcə də 285 ədəd qara rəngli istifadə edilmiş, 36 ədəd sarı rəngli dəmir çəlləyi və 52 ədəd göy rəngli dəmir çəlləyi Sumqayıt ŞPİ-nin 2-ci PB-yə təqdim etmişdir. İş materiallarında olan təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid8 285 ədəd qara rəngli istifadə edilmiş, 36 ədəd sarı rəngli dəmir çəlləyi və 52 ədəd göy rəngli dəmir çəlləyi Sumqayıt ŞPİ-nin 2-ci PB-yə təqdim etmişdir. İş materiallarında olan təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid9 Gülsəfa oğlundan götürülmüş 164 ədəd işlənməmiş 200 İt çəllək və 13 ədəd işlənmiş 1000 İt “İBC” çəlləklər 2-ci PB-yə təqdim edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin 28 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, zavodun ərazisindən 1018 ədəd 200 litr yeni çəllək, 244 ədəd 200 litr işlənmiş çəllək və 245 ədəd 1000 litr işlənmiş çəllək oğurlanmış, yuxarıda qeyd olunan tarixədək olan müddət ərzində zavoda 222 ədəd 200 litr yeni çəllək və 167 ədəd 200 litr işlənmiş çəllək qaytarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 164 ədəd 200 litr həcmli yeni çəllək və 13 ədəd 1000 litr həcmli istifadə olunmuş çəllək iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. İbtidai istintaq zamanı keçirilmiş iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq eskpertizasının xx.xx.2021-ci il tarixli, 9/9094 saylı rəyindən görünür ki, ekspertiza təyini haqda qərarda göstərilən, tədqiqata nümunələri təqdim edilmiş malların 2021-ci ilin avqust-sentyabr aylarına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1.1018 ədəd qara rəngli, 200 litr su tutumlu istifadə olunmamış dəmir çəllək- 18324.0 (1018x18 man) manat,

2. 244 ədəd narıncı rəngli, 200 litr su tutumlu istifadədə olmuş dəmir çələk-1952.0 (244x8 man) manat,

3. 245 ədəd ağ rəngli 1000 litr su tutumlu, plastik materialdan hazırlanmış, metal çərçivəli, istifadədə olmuş plastik çən, 19600,00 (245 x 80 man) manat. Məhkəmə istintaqının gedişində məhkəmə tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-əmtəəşünaslıq eskpertizasının 11 noyabr 2022-ci il tarixli, 9/7215 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqda qərarda göstərilən malların 2021-ci ilin avqustsentyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 39876,00 manat müəyyən edilməklə, həmin iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli, 9/9094 nömrəli məhkəmə-əmtəəşünaslıq eskpertizasının rəyinin nəticəsi təsdiq edilir. O cümlədən :

1. 1018 ədəd 200 litr su tutumlu istifadə olmamış dəmir çəllək-18324,00 (1018x18 man) manat,

2. 244 ədəd 200 litr su tutumlu istifadədə olmuş dəmir çələk-1952,00 (244x8 man) manat,

3. 245 ədəd 1000 litr su tutumlu, “İBC” kapron materialdan hazırlanmı çən, 19600,00 (245 x 80 man) manat. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlilikləri təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu maddi zərərin bir qisminin ibtidai istintaq zamanı qaytarılmaqla ziyanın azaldılmasını və vurulan ziyandan 8000 manatın isə məhkəmə istintaqı zamanı ödənməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu maddi zərərin bir qisminin ibtidai istintaq zamanı qaytarılmaqla ziyanın azaldılmasını və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmiş və Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının 16 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmiş və Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının 16 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 02 gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 02 gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm üzrə təyin edilmiş cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət işi üzrə maddi sübut olan çəlləklərin saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş hüquqi şəxsə təqsirləndirilən şəxslər tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 100 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2022-ci il tarixli (iş № 1(060)-474/2022) qərarını icra edərək, 04 may 2022-ci il tarixli 641 və 642 saylı orderlərə əsasən vəkillər Müdafiəçi3 və Müdafiəçi1 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 20 saat olmaqla cəmi 40 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 240 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanın tərk etməmək, Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə təqsirləndirilən şəxslər tərəfindən onlara vurulmuş ziyanın ödənilməyən hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Cinayət işi üzrə maddi sübut olan çəlləklərin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 100 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 göstərdikləri 20 saat, cəmi 40 saat hüquqi yardıma görə hər birinə 120 manat olmaqla, cəmi 240 manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar