Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-475/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: 11.06.2021-ci il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən “Heydər Əliyev” adına parkın yaxınlığında olan zaman ailə-məişət zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs əli ilə vuraraq ona “baş-beyin gicgah təpə nahiyyəsinin hematoması,sağ əlin, sol dizin oynağının qançırı” xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən “YÜNGÜL” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2008-ci il tarixdən Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan Validə və Rəsul adlı övladları dünyaya gəlmişdir. Aralarında narazılıq olduğundan 2020-ci ilin mart ayında Qubadlı rayon Məhkəməsinin qətnaməsinə əsasən boşansalar da sonradan yenidən barışıb nikaha daxil olmuşar və birgə yaşamışlar. Mənzil almaqla bağlı Nahidə ilə aralarında narazılıq olduğundan Nahidə yenidən boşanma ilə bağlı Qubadlı rayon Məhkəməsinə müraciət etmişdir. Çoxdandır övladlarını görmədiyindən 2021-ci ilin iyun ayında Nahidəyə uşaqlarla görüşmək üçün şərait yaratmasını demiş, “Heydər Əliyev” adına parkın yanında uşaqları ilə görüşmüşdür. Bu zaman uşaqlar onunla qalmaq istədiyindən Nahidə mübahisə yaratmış və yaranmış mübahisə zəminində Nahidənin baş, boyun qol və bədəninin müxtəlif nahiyyələrindən əli ilə vuraraq ona xəsarətlər yetirmişdir. Hadisə bir neçə dəqiqə çəkmiş və hadisə vaxtı orada uşaqlardan başqa heç kim olmamışdır. Hazırda zəzərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir və barəsindəki cinayət təqibinə xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2008-ci ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur. Həmin nikahdan Validə və Rəsul adlı iki övladları olmuşdur. Daha sonra aralarında tez-tez narazılıqlar olduğundan 2020-ci ilin mart ayında Qubadlı rayon Məhkəməsinin qətnaməsinə əsasən Rəşaddan boşanmışdır.Lakin sonradan yenidən onunla barışıb nikaha daxil olmuşlar. Aralarınnda mənzil almaqla bağlı daima mübahisələr olduğundan 2021-ci ilin may ayında yenidən boşanma ilə bağlı Qubadlı rayon Məhkəməsinə müraciət etmişdir. Rəşad çoxdandır övladlarını görmədiyindən ona uşaqlarla onu görüşdürməsini xahiş etmiş və o, uşaqları “Heydər Əliyev”adına parka gətirmişdir. Orada aralarında yenidən mübahisə yaranmış və Rəşad yaranmış mübahisə zamanı onun baş, boyun, qol və bədəninin müxtəlif nahiyyələrindən əli ilə vuraraq ona xəsarətlər yetirdiyindən o, da DİN-in 102 Xidmətinə müraciət etmişdir. Hadisə vaxtı yanlarında uşaqları olmuşdur. Hadisə bir neçə dəqiqə çəkmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayətçi deyildir və sonuncunun barəsindəki iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12.06.2021-ci il tarixli 673 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş “başın gicgah-təpə nahiyyəsinin hematoması,sağ əlin və sol diz oynağının qançırı” xəsarətləri küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla 11.06.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan sübutların qiymtləndirilməsinə dair 16.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 2179 saylı 17 iyun 2021-ci il tarixli arayışdan görünür ki. Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan Sumqayıt şəhəri 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli 292 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanüın psixiatrik kabinetində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan DİN tərəfindən verilmiş 18.06.2021-ci il tarixli arayışdan və Sumqayıt şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmünün surətindən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinəazadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 09.07.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 09.07.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı hər hansı tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli (iş № 1(060)-475/2021) qərarını icra edərək, 30 iyun 2021-ci il tarixli 742 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-475/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-475/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver