Məhkəmə qərarları › İş №1(060)-475/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-475/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-475/2022 18.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 18 avqust 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə saat 00:30-da Sumqayıt şəhəri. H.Z.Tağıyev qəsəbəsində yerləşən parkda qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə sonuncunun ”Tik- tok" sosial şəbəkəsində canlı yayın açması nəticəsində aralarında baş vermiş narazlıq zamanı Zərərçəkmiş şəxs onu nalayiq küçə sözləri ilə təhqir edərkən aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı sonuncunun üz və bədən nahiyyəsinı yumruqla qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid sağ göz qapaqlarmın və gözaltı nahiyyənin dərialtı hematoması, sağ göziın ağlı qişasının qansızmasından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığmın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa “YÜNGÜL” zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ünvan 1 ünvanında ailəsi ilə irlikdə yaşayır. Zərərçəkmiş şəxs bir il yaxındır ki tanıyır. Belə ki, Güldənənin tüfeyli həyat tərzi keçirmişdir. Güldənə ilə aralarında təxminən 3-4 aya yaxındır ki qeyri-rəsmi münasibət vardır. Son zamanlar Güldənənin yüngül həyat tərzinin olması, spirtli içkilər əqbul etməsi onu narahat etmişdir. Belə ki, sonuncu dəfə 22.02.2022-ci il tarixdə gecə radələrində “Tik-Tok” sosial şəbəkəsində Güldənənin canlı video açdığını görmüş, buna səbiləşərək onu telefon vasitəsi ilə yığmış, Güldənə onun zəngini açan zaman onun harada olmasını soruşmuş, Güldənə isə Xırdalan şəhəri, Qurtuluş massivində adını dəqiq bilmədiyi bir kafedə oturduğunu ona bildirmişdir. Bundan sonra o avtomaşını ilə Güldənənin ona bildirdiyi Xırdalan şəhəri, Qurtuluş massivində yerləşən kafeyə getmiş, orada sonuncunun spirtli içkinin təsiri altında olduğunu görmüş, ona maşına oturmağını bildirmiş, Glüdanə maşına oturmamaq üçün israr etmiş, lakin onun israrlarından sonra maşına əyləşmişdir. 22.02.2022-ci il tarixdə saat 00:30 radələrində o, Güldənə ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən parkın yanına gəlmişdir. Yolda olarkən Güldənə onun ünvanına nalayiq küçə söyüşləri söymüş, bu zaman o parkda heç kəsin olmadığını görüb Güldənəyə maşını tərk etməsini bildirmiş, Güldənə maşını tərk edən zaman isə əsasbiləşin maşında Güldənənin üzərinə hücum çəkmiş, onun üz və bədən nahiyyəsinə yumruqla bir neçə dəfə zərbə endirmiş, zərbələrin təsirindən Güldənə yerə yıxılmışdır. Daha sonra isə o Güldənəni ayağa qaldırmış, bu zaman sonuncu ona hadisə ilə bağlı DİN-nin “102” xidmətinə məlumat verdiyini bildirmişdir. Bundan sonra isə polis əməkdaşları hadisə yerinə gəlmiş və oları Polis Bölməsinə dəvət etmişlər. Əlavə olaraq da qeyd etmişdir ki, hadisə zamanı ətrafda heç kim olmamışdır, o Güldənənin üz və bədən nahiyyəsinə vursa da Güldənə ona toxunmamışdır, hadisə Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən parkın yanında baş vermişdir və təxminən 2-3 dəqiqə çəkmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmaq istəsə də sonuncu onunla barışmır, Məhkəmədən cinayət işi üzrə qanuna müvafiq qərar qəbul edilməsini, cəza təyin edilərkən bir azyaşlı övladının olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 21.02.2022ci il tarixində o Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən və adını bilmədiyi kafeelərdən birində oturub spirtli içki içən zaman “Tik-Tok” sosial çəbəkəsində canlı video açmışdır. Bu zaman onun canlı video çəkdiyini görən, onunla qeyri-rəsmi münasibətdə olan Təqsirləndirilən şəxs ona zəng edərək onun harada olduğunu sorumuş, bu zaman o sonuncuya olduğu yeri demiş, bir neçə dəqiqə sonra Elşad oraya gəlmiş, onu kafedən çölə çağırmış, kafedən çıxan zaman isə israrla ona maşına əyləşməyi üçün israr etmiş, o isə öz istəyi ilə maşına əyləşmişdir. Bundan sonra, həmin ərazidən Sumqayıt şəhəri ərazisində doğru hərəkət etdikləri zaman onlar arasında mübahisə yaranmış, Eşad ona nə üçün canlı yayım açdığını soruşmuş, o isə buna əsəbiləşib ona nalayiq küçə ifadələri demişdir. Elə həmin zaman, 22.02.2022-ci il tarixdə, saat təxminən 00:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindəki parka çatan zaman Elşad onu maşından düşürtmüş, həmən zaman isə onun üz və bədən nahiyysinə yumruqla zərbələr endirməyə başlamış, o zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. Bundan sonra, isə güclə özünü torpalayıb ayağa qalxmış, bunun barəsində DİN-nin 102 xidmətinə zəng edib bildirmiş, bir müddət sonra isə polis əməkdaşları hadisə yerinə gəlmiş və oları Polis Bölməsinə dəvət etmişlər. Qeyd etmişdir ki, hadisə baş verən zaman ətraflarında heç kim olmamış, o hadisə abrədə sonradan tanışı Eldəniz adlı şəxsə məlumat vermiş, 2-3 dəqiqə davam etmişdır. Elşad onu vuran zaman o Elşada toxunmamışdır. Əlavə olaraq da bildirmişdir ki, Elşad daima onu narahat etdiyi üçün o Xırdalan şəhərinə köçmüş, lakin Elşad onu hələ də narahat etməyə davam etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə prosesi zamanı proses iştirakçıları ifadəsi elan edilmiş Şahid ibtidai istinatq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1987-ci il tarixində Yevlax rayonunda anadan olmuşdur və hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1 ünvanında yaşayır. Güldənəni təxminən 2 ilə yaxındır ki tanıyır. Onunla alarında dostluq münasibətləri vardır və Güldənənin Elşad adlı oğlanla qeyri-rəsmi münasbitələrinin olduğunu bilirdi. Belə ki, 22.02.2022-ci il tarixdə səhər saatlarında Güldənə ona zəng edərək onunla birlikdə Sumqayıt şəhərinə getməyini xahiş etmiş və o, öz maşını ilə Güldənəni Sumqayıt şəhərinə aparmış, bu zaman onun üz nahiyyəsində xəsarətlərin olduğunu görmüş, sonuncudan nə baş verdiyini soruşmuş, cavabında isə Güldənə ona Elşadın onu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanındakı parka gətirərək onun üz və bədən nahiyyəsindən vurduğunu, özünün isə onun barəsində polisə zəng vuraraq məlumat verdiyini bildirmişdir. Hadisəni Güldənə ona danıçan zaman öyrəndiyini, hadisə zamanı orada olmadığını, olanları Güldənənin ona danışdığını bildirmişdir. Cinayət işinin materiallarında olan iş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 09 noyabr 22 fevral 2022-ci il tarixli, 259 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ göz qapaqlarının və gözaltı nahiyyənin dərialtı hemastoması, sağ gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən bir gün əvvəl olmaqla qərarda göstərilən vaxta və şəraitdə, yəni 22.02.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 07 mart 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 800 saylı, 05.03.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti 1 saylı MKS tərəfindən verilmiş 303 saylı, 20.03.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1956-cı il təvəllüdlü X2, arvadı 21.05.1990-cı il təvəllüdlü X1 və 04.10.2012-ci il təvəllüdlü qızı X3 ibarətdir. İş materiallarına əlavə edilmiş şəxsyyət vəsiqəsinin surətindən görünür ki, 04.10.2012-ci il təvəllüdlü Ələsgərli Ayanın atası Təqsirləndirilən şəxsdır. Cinayət işinin materiallarında olan 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 08 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən himayəsində bir azyaşlı uşağının olması, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsabət xarakterizə olunması və ilk dəfə cinayət əməli törətməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25.04.2022-ci il tarixli (iş № 1(060)- 475/2022) qərarını icra edərək, 30.04.2022-ci il tarixli 683 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına hesabına köçürülsün: “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar