Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-476/2021 30.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05.04.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisindən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq ayrı-ayrılıqda təmiz çəkiləri 0,181 qram, 0,169 qram, 0,127 qram, 0,061 qram, 0,029 qram, 0,148 qram, ümumi təmiz çəkiləri 0,715 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. 05 aprel 2021-ci il tarixdə, saat 20:55-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ 3-cü PB-ya gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd-qəhvəyi rəngli gödəkçənin içəri sol yan cibindən 01 ədəd ağ kağız bükümünün içərisində olan 06 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,181 qram, 0,169 qram, 0,127 qram, 0,061 qram, 0,029 qram, 0,148 qram ümumi təmiz çəkiləri 0,715 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, xeyli vaxtdır narkotik vasitə qəbul edir, onda asıllıq yaranmış və hər hansı psixi xəstəliyi yoxdur. O, narkotik vasitə qəbul etdiyinə görə 05.04.2021-ci il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, dəniz kənarı ərazidə Fail adlı şəxsdən özü istifadə etmək üçün 25 manat verərək 6 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin almış, onların hamısını ağ kağızın içərisinə qoyaraq bükmüş, həmin kağızı tünd qəhvəyi rəngli gödəkçəsinin içəri sol yan cibinə qoymuşdur. O, həmin bükülüləri yavaş-yavaş özü istifadə edəcəkdi. O, 05.04.2021-ci il tarixdə, saat 20:55 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisi ilə yaşadığı Sumqayıt şəhəri, 17-ci məhəlləyə gedərkən yolda ona üç nəfər mülki geyimli və 1 nəfər polis formasında şəxslər yaxınlaşmış, özlərini təqdim edərək onu saxlamışlar. Bir nəfər şəxs də çəkiliş aparmış, polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin baş təhqiqatçısı, mülki geyimli şəxslər də özlərini təqdim edərək NMB-in əməkdaşları olduqlarını bildirmişlər. Təhqiqatçı ona özünü təqdim etməsini bildirmiş, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, video çəkiliş ilə üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini, lakin həmin yerdə şəxsi axtarış və sənədləşmə aparmağa şərait olmadığını, çəkiliş dayanmadan 3-cü Polis Bölməsinə gedəcəklərini, etirazının olub-olmadığını soruşmuş, o da ona etiraz etmədiyini demişdir. Daha sonra o, onlarla birlikdə çəkiliş dayanmadan piyada Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinə getmiş, orada xidməti otaqların birində ona vəkil Müdafiəçi təqdim olunmuş, vəkil ondan onun nə vaxt saxlanıldığını soruşduqda, o, bir az əvvəl saxlanıldığını söyləmişdir. Sonra təhqiqatçı üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olubolmadığını soruşmuş, o üzərində olan şalvarın cibindən 15 qəpik pulu, tünd qəhvəyi rəngli gödəkçənin içəri sol yan cibindən özünə məxsus “Kgtel” markalı telefonu çıxartmış və daha sonra həmin yerdən ağ rəngli kağız bükülünü çıxartmışdır. Təhiqatçı ondan həmin bükülünün nə olduğunu soruşduqda o, narkotik vasitə heroin olduğunu, özü istifadə etdiyini demişdir. Təhqiqatçı həmin kağızı açaraq içərisində olan 6 ədəd siqaret kağızına bükülmüş bükülünü görmüş, o, ondan həmin narkotik vasitəni hardan aldığını, nə etdiyini soruşduqda, o, ona bügün Fail adlı şəxsdən özü istifadə etmək üçün aldığını, 25 manat pul verdiyini, həmin 6 ədəd bükülünü gündə bir ədəd olmaqla özü istifadə edəcəyini söyləmişdir. Sonra təhqiqatçı orada üzərindən çıxan narkotik vasitəni tərəzidə çəkmişdir. Sonra təhqiqatçı ondan mobil telefonun üzərində hansı nömrə olduğunu soruşduqda o, ona telefonun üzərində 055 446-14-23 nömrəsinin olduğunu demişdir. Təhqiqatçı əhəmiyyət kəsb etmədiyi üçün 15 qəpiyi ona qaytarmış, lakin telefon tərtib edilmiş protokola əlavə edilmişdir. Onu polis əməkdaşları Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində saxlayan zaman bütün hərəkətlər kamera video görüntüsü ilə qeydə alınmışdır. Onun isə bununla bağlı olaraq heç bir etirazı olmamış, ona qarşı hər hansı zor tətbiq olunmamışdır. O, narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamış və yalnız özü istifadə etmişdir. Əməlindən peşmandır, narkotik asılılığından qurtulmağa qərar vermişdir. Ailəlidir, 2004 və 2009-cu il təvəllüdlü iki uşağı var. Məhkəmədən ailə vəziyyətinin nəzərə alınmasını və ona həbslə bağlı olmayan cğza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin NMB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 göstərdi ki, 05.04.2021-ci il tarixdə Sumqayıt şəhərində Rövşən adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, satmasında, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin tarixdə, saat 20:55-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Qərib oğlu Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində müəyyən olunaraq saxlanılmışdır. Belə ki, videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ 3-cü PB-nın baş təhqiqatçısı, polis mayoru X5 Həsənova yaxınlaşaraq özünü təqdim etmiş, sonra da ondan özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmiş, bundan sonra onlar da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını soruşanda Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı ona daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, video çəkiliş ilə üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini, lakin həmin yerdə şəxsi axtarış və sənədləşmə aparmağa şərait olmadığını, çəkiliş dayanmadan 3-cü Polis Bölməsinə gedəcəklərini, etirazının olub-olmadığını soruşmuş, Rövşən də etiraz etmədiyini bildirmişdir. Daha sonra o, onlarla birlikdə çəkiliş dayanmadan piyada Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə getmiş, orada xidməti otaqların birində Rövşənə hüquq və vəzifələri barədə bildiriş verilmiş, vəkil Müdafiəçi təqdim olunmuş, o, hüquq və vəzifələri ilə tanış olmuş, vəkilə etirazının olmadığını demişdir. Vəkil ondan nə vaxt saxlanıldığını soruşduqda, o da bir az əvvəl saxlanıldığını söyləmişdir. Sonra təhqiqatçı ona üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuş, o da üzərində olan şalvarın cibindən 15 qəpik pulu, tünd qəhvəyi rəngli gödəkçənin içəri sol yan cibindən özünə məxsus “Kgtel” markalı telefonu və ağ rəngli kağız bükülünü çıxartmışdır. Təhiqatçı ondan həmin bükülünün nə olduğunu soruşduqda, o da narkotik vasitə heroin olduğunu, özü istifadə etdiyini demişdir. Təhqiqatçı həmin kağızı açaraq içərisində olan 6 ədəd siqaret kağızına bükülmüş bükülünü görmüşlər, ondan həmin narkotik vasitəni haradan aldığını, nə etdiyini soruşduqda, o da ona bugün Fail adlı şəxsdən özü istifadə etmək üçün aldığını, 25 manat pul verdiyini, həmin 6 ədəd bükülünü gündə bir ədəd olmaqla özü istifadə edəcəyini söyləmişdir. Sonra təhqiqatçı orada onun üzərindən çıxan narkotik vasitəni tərəzidə çəkmiş və onların ayrı-ayrılıqda çəkiləri 0,22, 0,12, 0,24, 0,08, 0,27 və 0,26 qram olmuşdur. Daha sonra bükümlər qablaşdırılmış, videoçəkiliş dayandırılmış, sənədləşdirmə aparılaraq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı ondan mobil telefonun üzərində hansı nömrə olduğunu soruşduqda o da telefonun üzərində 055 446-14-23 nömrəsinin olduğunu demiş, təhqiqatçı əhəmiyyət kəsb etmədiyi üçün 15 qəpiyi ona qaytarmış, lakin telefon tərtib edilmiş protokola əlavə edilmişdir. Şahidlər Sumqayıt ŞPİ-nin NMB-in əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis kapitanı Şahid1 və Sumqayıt ŞPİ-nin KTB-nın inspektor-kriminalisti, polis kapitanı Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” 05.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitərləin istifadəsi, saxlaması barədə Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat aparatına etibarlı və qərzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında iştiraakçılarla birlikdə 05.04.2021ci il tarixdə, saat 20:55-də Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində olarkən inspektorkriminalist rəqəmsal tipli “Panasonic” tipli videokameranı işə salarkən uzaqdan daxil olmuş məlumatda göstərilən əlamətlərə uyğun bir nəfər şəxsin gəldiyinin şahidi olmuşlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyini xahiş edən zaman həmin şəxs Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını soruşan zaman ona bildirilmişdir ki, narkotik vasitələrin istifadəsində, saxlamasında şübhəli bilindiyi üçün saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs daxil olmuş məlumat ilə əlaqədar olaraq PB-də, xidməti otaqların birində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilən zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, videoçəkiliş dayanmadan iştirakçılarla birlikdə PB-nə daxil olmuşlar, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş, vəkil Müdafiəçi təqdim olunmuş və onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli gödəkçənin içəri sol yan cibindən 1 ədəd bükülmüş vəziyyətdə olan ağ rəngli kağızı çıxarıb təqdim etmiş, həmin ağ rəngli kağızı açan zaman oradan 6 ədəd siqaret kağızlarına bükülmüş büküm aşkar olunmuş, həmi bükümlər açılan zaman onların içərisindən spesifik iyə malik, qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddə heroindir, aşkar olunmuş maddəni həmin gün Sumqayıt şəhəri ərazisində olan zaman Fail adlı şəxsdən 25 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Həmin vaxt onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş spesifik iyə malik, qəhvəyi rəngli və bükümlərdə olan maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələr siqaret kağızı ilə birlikdə ayrı-ayrılıqda 0,22, 0,12, 0,24, 0,08, 0,27, qram olduğu müəyyən olunmuşdur. (i.v.27-28) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlandığını və üzərinə baxış keçirildiyini əks etdirən videogörüntülərə baxış keçirilmişdir. Protokolda göstərilir ki, 05.04.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində bir nəfər şəxs gəlir, videokameraya çatmasına az qalmış polis əməkdaşları ona yaxınlaşır. Həmin vaxt polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra digər polis əməkdaşları da özlərini təqdim edir. Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını soruşanda, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı ona daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək saxlanıldığını, video çəkiliş ilə üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini, lakin həmin yerdə şəxsi axtarış və sənədləşmə aparmağa şərait olmadığını, çəkiliş dayanmadan 3-cü Polis Bölməsinə gedəcəklərini, etirazının olub-olmadığını soruşur. Rövşən də etiraz etmədiyini bildirir. Daha sonra o onlarla birlikdə çəkiliş dayanmadan piyada Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə gedir. Orada xidməti otaqların birində Rövşənə hüquq və vəzifələri barədə bildiriş, vəkil Müdafiəçi təqdim olunur. O hüquq və vəzifələri ilə tanış olub, vəkilə etirazının olmadığını deyir. Vəkil ondan nə vaxt saxlanıldığını soruşduqda, o da ona biraz əvvəl saxlanıldığını söyləyir. Sonra təhqiqatçı ona üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olubolmadığını soruşur, o da üzərində olan şalvarın cibindən 15 qəpik pulu, tünd qəhvəyi rəngli gödəkçənin içəri sol yan cibindən özünə məxsus “Kgtel” markalı telefonu və ağ rəngli kağız bükülünü çıxardıb təqdim edir. Təhiqatçı ondan həmin bükülünün nə olduğunu soruşduqda, o da narkotik vasitə heroin olduğunu, özü istifadə etdiyini deyir. Təhqiqatçı həmin kağızı açaraq içərisində olan 6 ədəd siqaret kağızına bükülmüş bükülünü görür. O, ondan həmin narkotik vasitəni haradan aldığını, nə etdiyini soruşduqda, o da ona bügün Fail adlı şəxsdən özü istifadə etmək üçün aldığını, 25 manat pul verdiyini, həmin 6 ədəd bükülünü gündə bir ədəd olmaqla özü istifadə edəcəyini söyləyir. Sonra təhqiqatçı orada onun üzərindən çıxan narkotik vasitəni tərəzidə çəkioir və onların ayrı-ayrılıqda çəkiləri 0,22, 0,12, 0,24, 0,08, 0,27 və 0,26 qram təşkil edir. Daha sonra bükümlər qablaşdırılır, həmin narkotik vasitə olan heroinin ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. (i.v.103-104) Məhkəmə iclasında həmin disk nümayiş olundu və göstərilənlər bir daha təsdiq edildi. İş materiallarında olan 05.04.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 05.04.2021-ci il tarixdə, saat 20:55-də Sumqayıt şəhər, 18-ci məhəllə ərazisində tutulmuşdur. (i.v 20) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 07.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat rədd edilərək dərhal məhkəmə zalından azad edilmişdir. (i.v. 80-82) İş materiallarından görünür ki, 07.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir.( i.v 83-84) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06.04.2021-ci il tarixli, 6/1347 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №127” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən....” və s. yazılar, imzalar olan zərfdəki 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,181 qr, 0,169 qr, 0,127 qr, 0,061 qr, 0,029 qr, 0,148 qr ümumi təmiz çəkiləri 0,715 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin ümumi təmiz çəkisi 0,715 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 0,656 qram). (i.v. 38-42) İş materiallarında olan 12.04.2021-ci il tarixli "Əşyaların maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,715 qram (qalıq 0,655 qram) olan narkotik vasitə-heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 87-88) İş materiallarında olan “Baxış aparılması haqqında” protokola və qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus qara “Kgtel” markalı telefona baxış keçirilmiş, istintaq üçün əhəmiyyətli olan hallar aşkar olunmamış və telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsi, eləcə də narkotik vasitə olan heroini kimlərə satıb-satmaması, bundan başqa əvvəllər narkotik vasitənin satışı ilə məşğul olub-olmaması əməliyyat tədbirləri ilə yoxlanılmış, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu aşkar edilmişdir. Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə satması və ya onda aşkar olunmuş narkotik vasitə olan heroini satmış şəxsin şəxsiyyəti və olduğu yerin müəyyən edilməsi istiqamətində də heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. (i.v.110) İş materiallarında olan DİN-in BƏSİİ-nin 15.04.2021-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 12.02.2015-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək azadlıqdan məhrumetmə cəxası 01 ilə endirilmiş və o 16.05.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab edilir. (i.v. 112-114, 117-119) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26.05.2021-ci il tarixli, 1590 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində “asılılıq sindromu” (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 120-121) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 21.05.2021-ci il tarixli, 1873 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2004-cü ilin oktyabr ayından “narkomaniya” diaqnozu ilə Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatdadır.(i.v. 126) İş materiallarında olan 3 saylı MKS-ın 16.06.2021-ci il tarixli xasiyyətnaməsindən və arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və himayəsində 2004-cü il və 2009-cu il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır.(i.v 123-124) İş materiallarında olan 10.06.2021-ci il tarixli "Sübutların qiymətləndirilməsi haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 0,715 qram əsas götürülmüş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini təsdiq edən disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v. 127-134) Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,715 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 30.09.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs artıq ərazi narkoloji dispanserində qeydiyyatdadır və məhkəmə bunu nəzərə alır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 109 (bir yüz doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,655 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan 05.04.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək tutularaq saxlanmış və tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 aprel 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs 109 (bir yüz doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,655 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-476/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-476/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver