Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-476/2023 17.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X12, X1, X2, X8, X7 nümayəndəsi X4 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Cavadova Aygün Əli qızının iştirakları ilə Xüsusi ittiham qaydasında X12, X7, X1, X2 və X8 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X20, X15, X9, X10 və X17 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək onlar haqqında yalan yayan, onlara böhtan atan, nüfuzlarını ləkələyən, onları qəsdən təhqir edən, ictimai şəkildə şərəf və ləyaqətlərini alçaldan Cavadova Aygün Əli qızının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətləri onunla əsaslandırılmışdır ki, barələrində xüsusi ittiham qaydasında şikayət verdikləri Cavadova Aygün Əli qızı mənfəət əldə etmək üçün özünü əsassız şəkildə yaşadıqları binanın “komendatı” elan edərək, binada yaşayan sakinləri davamlı olaraq təhqir edib, böhtan atmışdır. Belə ki, on ildir yaşadıqları binada sakinlərə qarşı özbaşına hərəkətlər sərgiləyən "xxxx" MTK rəhbərliyi binanı onlara yəni payçılara təhvil verməməkdən ötrü müxtəlif firmalar vasitəsilə dələduzluğu davam etdirmişdir. Bu qanuna zidd əməlləri ifşa etdikdə isə binanın idarəçiliyi tanımadıqları Cavadova Aygün Əli qızına aid olan "xxxx" MMC firmasına verilmişdir. Bununla da "xxxx" MTK-nın keçmiş direktoru Tahir Abbasov özünün "xxxx" MMC firması vasitəsilə törətdiyi inzibati saxtakarlıqlara görə məsuliyyətdən qaçmağa cəhd etmişdir. Nəticədə isə qanunla tikilib başa çatdırılandan bir neçə ay sonra sakinlərə təhvil verilməli olan bina idarəçiliyi növbəti dəfə də prezident fərmanına məhəl qoyulmadan, sakinlərin iştirakı olmadan dəyişdirilmişdir. İstismara verilmiş binalarda vəzifəsindən sui-istifadə etməklə dövlət səlahiyyətlərinin mənimsənilməsi halı mövcuddur. Dövlət kommunal xidmətlərindən istifadəyə görə heç bir borcları olmadığı halda, guya hansısa “xidmət haqqı yığımları ” üzrə borc olması iddiasıyla ümumi istifadə sahələr məhdudlaşdırılıb, sərbəst hərəkət azadlıqları ciddi səkildə pozulmuşdur. Üstəlik, köməkçi (qaraj, təmizlik otağı, çardaq) sahələri əllərindən alınmış, liftləri bilərəkdən bloklanmış, yanğın təxliyə çıxışları bağlanmışdır. Bu qanunsuzluqlara susub səssiz qaldıqları üçün özünü “komendant” adlandıran Aygün Cavadova tərəfindən əxlaqa və mental dəyərlərə sığmayan hərəkətlərə - xof, yalan, şər, böhtan, təhdid, təhqirə, yol verilmişdir. Davamlı təkrarlanan insidentlərə görə ayrıca mülki qaydada iş də aparılır. Davam edən bu dərəbəyliyə etiraz etmiş digər narazı qonşular da bütün yaşananlara şahiddirlər, iş üzrə sübütlar, digər zərərçəkmişlər də vardır. Konkret olaraq isə 2022-ci il dekabr ayından 2023-cü il yanvar ayınadək bir ay boyunca “komendant” Aygün Cavadova hamilərinin verdiyi cəsarətlə digər bina sakinlərini də öz əməlinə alət etməklə, mənzil nömrələrini saxta elanında yazaraq təmir etdirdikləri blok divarına asmaqla onları xuliqanlıqda şərləyib, bununla da nüfuzlarına zərbə vurulmuşdur. Bildirmək istəyirlər ki, qarşı tərəflə bugünədək baş vermiş saysız-hesabsız insident hallarına görə dəfələrlə aidiyyatı qurumların qaynar xəttinə şikayətlər edilmiş, həmin qurumlara şikayətlər göndərilmiş, vəzifəli şəxslərin qəbulunda olmuş, mətbuatdan baş prokurora və Prezidentə video müraciətlər ünvanlanmışdır. Lakin müraciətlərinin heç birinə baxılmamışdır. Sonuncu dəfə 29 mart 2023-cü il tarixində növbəti insidentə görə 3-cü polis bölməsində ərizə və izahatlar verildikdən sonra Aygün Cavadova polis bölmə rəisinin qəbuluna çağırılmış və ciddi tənbeh olunmuşdur. Sonradan onlara məlum olmuşdur ki, A. Cavadova barəsində inzibati xətayla bağlı keçirilən 31 mart 2023 tarixli məhkəmə iclasında sahə müvəkkili, polis kapitanı Rüstəm Fərəcov zərərçəkmişlərin yerinə imza atmaqla saxta protokol tərtib etmiş, izahatları inzibati xəta haqqında protokolda qeyd edilməmişdir. Bunu aşkara çıxarandan sonra müvafiq sorğular vermişlər. Cavadova Aygün Əli qızı davamlı qanunsuz və özbaşına hərəkətlərilə onları alçaltmaq, gözdən salmaq niyyəti güdmüşdür. Məqsədinə nail olmaqdan ötrü şərəf və ləyaqətlərini təhqir edib, onlara böhtan atmışdır. Qeyd olunan məqamlar məhkəməyə təqdim olunan sübutlarda da təsdiqini tapmışdır. Hazırda bu şikayətlə məhkəməyə müraciətlərinin səbəbi məsələyə hüquqi qiymət verilməsi və ədalətli qərarın yalnız məhkəmə qaydasında verilə biləcəyinə olan sonsuz inamlarıdır. İnanırlar ki, onları təhqir edən, onlara böhtan atan biri ədalətli məhkəmə araşdırması nəticəsində cəzasız qalmayacaq və cinayət məsuliyyətinə cəlb olunacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir (24.1). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır (24.11). Konstitusiyanın 60-cı maddəsinin İ bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında qeyd olunur ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial iəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasım tələb edir. Plenum Qərarında həmçinin qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin ptənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaq i, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə şxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.Məhkəmələrin diqqətinə çatdırılsın ki, Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-cı maddə əri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozul ubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10- cu majddəsinin 2-ci bəndinə əsasən, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilib ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əaaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub- olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə.yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Cinayət Məcəlləsinin ,147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığıtiıın həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10- cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Plenum qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdılar ki, Cinayət Prosessual Məcəllənin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarım və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşma çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğju andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanmırlar. Plenum Qərarında daha sonra qeyd edilib ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasma aid olan birinci instansiya məhkəməsinə verilir. Plenum Qərarında qeyd edilib ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 vəj 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilniəsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ,ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsinə, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətin alçaldılmasına əsas verə bilməz, Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə cəmiyyətə münasibətinə görə verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostların əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətqir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəviəxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda tyıternet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X20 şikayətin məzmununa uyğun ifadə verərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq da bildirdi ki, Cavadova Aygün Əli qızı ictimai yerdə onlara böhtan atır. Onların mənzilləri barədə məlumatlar binanın girişində yerləşdirilmişdir. Həmin məlumatda “57, 60, 67, 69, 90 nömrəli mənzildə yaşayan sakinlərinin digər mənzillər yəni 59A, 57B, 55B mənzil sakinlərinin ümumi büdcəsi hesabına idarəedilən xidmətlərdən ödənişsiz istifadə etdiyiniz halda, ümumi büdcə hesabına qoruyub saxladıqları liftin bu hala gəlməsində məsuliyyət daşıyırsınız. Sizdən ümumi imzalarımızla şikayət edəcəyik” sözləri yazılmışdır. Həmin məlumatı yazanlar 55B, 57B və 59A mənzilllərinin sakinləri və komendantdır. Həmçinin komendantın həmin vəzifəni tutması ilə bağlı sonuncu barəsində Sumqayıt şəhər prokurorluğununda araşdırma aparılır. O, mülkiyyətçidir, lakin ümumi istifadə etməli olduğu sahə məhdudlaşdırılıb. Buna misal olaraq təxliyə çıxışı bağlanıb, lift bloklanıb. Bütün bunlar onların haqlı etirazlarına cavab olaraq həyata keçirilir. Qeyd olunan üç mənzil sahibinin və komendantın əsas məqsədi onlardan pul almaqdır. Bu hallarla rastlaşan bina sakini olan Türkiyə vətəndaşı da həmin şəxslərə öz etirazlarını bildirmişdir. Onlarda qeyd olunan etirazı əks etdirən görüntülər vardır. Cavadova Aygün Əli qızı Sumqayıt ŞPİ 3-cü polis bölməsində olan zaman öz əməlini etiraf edib. 3-cü PB-nin rəisi tərəfindən tənbeh edildikdən sonra məhdudiyyətlər bir müddət aradan qaldırılmış, lakin daha sonra yenidən əməllərinə davam etmişdir. Onlar bu kimi əməllərə görə müxtəlif hüquq-mühafizə orqanlarına müraciət etmişlər. Binanın girişində qoyulmuş elana görə onlar 1 ay müddətində özlərini təhqir olunmuş hesab etmişlər. Həmçinin onlar sosial şəbəkələrdə özlərinin yaratdığı qruplar arasında barələrində paylaşımlar etmişlər. Bina sakinlərindən xəstə olan şəxslər liftdən istifadə edə bilmirlər. Cavadova Aygün Əli qızı onların iş ünvanlarına böhtan xarakterli müraciətlər etmişdir. Bina sakini olan Aynur xanım ilə komendant Aygün Cavadova arasında olan “Whatsapp” sosial şəbəkəsində olan yazışmalarından görünür ki, sonuncu bina sakini Aynur xanımı təhqir etmişdir. Onların müraciətləri əsasında Sumqayıt ŞPİ 3-cü PB-də Cavadova Aygün Əli qızı barəsində inzibati qaydada protokol tərtib olunmuş, lakin protokolu tərtib edən polis sahə rəisi onların əvəzinə protokola imza atmışdır. Bu barədə onlar polis əməkdaşından da şikayət etmişlər. Artıq 3 ildir ki, qeyd olunan mübahisə onların arasında davam edir, lakin buna baxmayaraq hələ də cəzasız qalmışdır. Şikayət edən qonşular olaraq özünü binanın komendantı elan etmiş Cavadova Aygün Əli qızının cəzalandırılmasını xahiş edirik. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun ifadə verərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq da bildirdi ki, o, qeyd olunan binadan 9-10 ildir çıxarış əsasında mənzil almışdır. O, Cavadova Aygün Əli qızını komendant seçməmiş, ümumiyyətlə onu tanımır. O, binanın ümumi istifadəsində olan liftdən Aygün Cavadovanın öz başınalığına görə istifadə edə bilmir. Digər üç mənzildə yaşayan qonşular ilə birlikdə onun barəsində müxtəlif təhqiramiz sözlər yazıb, binanın girişində yerləşdirmişdir. Cavadova Aygün Əli qızı ona şər-böhtan atır. X18 bu davranışları onu ölüm həddinə çatdırıb, o öz mənzilində yaşaya bilmir. Bu barədə o, Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir. Hətta aralarında olan mübahisə ilə bağlı bir dəfə Cavadova Aygün Əli qızının üzərinə bıçaq ilə getmək istəsə də, qonşular icazə verməmişlər. Həmçinin o, fərdi qaydada A.Cavadova barəsində şər və böhtanla bağlı gələcəkdə məhkəməyə müraciət edəcəkdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 etibarnamə üzrə nümayəndəsi X13 şikayətin məzmununa uyğun ifadə verərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq da bildirdi ki, o, X7 anasıdır. Hətta o, öz nəvələrinin Cavadova Aygün Əli qızının qanunsuz hərəkətlərini görməməsi üçün onlara gəlməməsini də bildirmişdir. Cavadova Aygün Əli qızı küçənin ortasında o və qızları barədə təhqiramiz ifadələr işlətmişdir. Aygün Cavadovanın bu davranışları həm ona həm də onun digər ailə üzvlərinə pis təsir edir. O, Aygün Cavadovanın qanunsuz davranışları ilə bağlı məhkəməyə müraciət etməsə də, DİN-nin “102” qaynar xəttinə şikayətlər etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 şikayətin məzmununa uyğun ifadə verərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq da bildirdi ki, Sumqayıt şəhəri, 5-ci mkr, ev 57B, mənzil 60 mülkiyyət hüquqi ilə ona məxsusdur. Cavadova Aygün Əli qızı oğlumun həyətdə tonqal qalaması ilə bağlı polisə müraciət edib. Sonuncu övladımın təhsil aldığı məktəbə zəng edərək onun barəsində həqiqətə uyğun olmayan ifadələr işlətmişdir. X19 həyat yoldaşımın çalışdığı məktəbə zəng edərək guya yoldaşımın ona borcu olduğunu bildirmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17 şikayətin məzmununa uyğun ifadə verərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq da bildirdi ki, Cavadova Aygün Əli qızının bütün bu hərəkətləri aylıq ona pul verilmədiyinə görədir. Onun himayəsində 1970-ci il təvəllüdlü qardaşı var. O, qardaşını həyətə aparmaq istəyən zaman liftdən istifadə edə bilmir. Aygün Cavadova onu təhqir etməsə də, yaşadığı mənzilin nömrəsini binanın girişində yerləşən elanda qeyd etmişdir. Bu onun ailə üzvlərinə çox pis təsir edir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs Cavadova Aygün Əli qızı izahatında bildirdi ki, o, "xxxx" MTK-nın komendantı vəzifəsində çalışır. O, bina sakinləri içərisindən seçilmiş komendantdır. X5, X11, X6, X14, X16 təhqir etməmiş, onlara böhtan atmamışdır. Barəsində edilmiş şikayətlər tam əsassızdır, heç bir sübuta əsaslanmır. Qeyd olunanların nəzərə alınmasını və barəsində olan xüsusi ittiham qaydasında şikayət əsassız olduğundan şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zəzər çəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirlən şəxslə barışdıqda ona xitam verilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində göstərilən yuxarıda sadalananlar göstərilməlidir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Cinayət mühakimə icraatında tərəflərin çəkişmə prinsipi cinayət mühakimə icraatında ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyatini, cinayəti tərətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübüt edir, müdafiə tərəfi isə əksinə cinayət təqibi ilə bağlı iərəli sürülmüş ittihamı təkzib edir və ya CPM-də təsbit edilmiş digər funksiyaları yerinə yetirir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin xüsusi ittiham qaydasında şikayətlərinin məhkəmənin hazırlıq iclasında yoxlanılması zamanı şikayətin məzmununun Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bundan başqa cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığı, o cümlədən şikayətin əsassız olduğu, şikayət vermiş şəxslərin dəlillərini əks etdirən sübutların şikayətə əlavə edilmədiyini müəyyən edilmişdir. Belə ki, məhkəməyə daxil olan materiallarda Aygün Cavadovanın həqiqətən də şikayət edən şəxslərə böhtan atmasını (yəni, yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və ya təhqir etməsini (yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) etməsini təsdiq edəcək hər hansı mötəbər sübut şikayətə əlavə olunmamış, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi qeyd olunmamışdır. Bundan başqa qanunda xüsusi ittiham qaydasında cinayət təqibinin yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında yəni fərdi qaydada həyata keçirilməli olduğunun qeyd edildiyini nəzərə alsaq göstərilən hal-hazırki şikayət ümumilikdə 5 nəfər şəxs tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Şikayətçilər öz izahatlarında Aygün Cavadovanın onları müxtəlif vaxt və yerlərdə təhqir etdiklərini bildirmişlər. Belə olan halda hadisələrin müxtəlif vaxtlarda baş verməsini nəzərə alaraq, onların kollektiv qaydada vahid şikayət ərizəsini imzalamaqla məhkəməyə müraciət etmələri tam olaraq əsassızdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, faktiki əsaslar gətirilmədən ittiham irəli sürülmüş, müvafiq ittihamla ağlabatanlıqla əlaqələndirmək mümkün olmayan faktiki hallara (açıq-aşkar əsassız) istinad edilmişdir. Bundan başqa ittihamın irəli sürülməsi və şikayətdə irəli sürülmüş iddiaları təsdiq etmək üçün sübutlar gətirilməmiş və təqdim edilməmişdir. Xüsusi ittiham qaydasında şikayət törədilmiş əməldən zərəçəkmiş şəxs tərəfindən fərdi surətdə deyil, kollektiv qaydada ayrı-ayrı şəxslər tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293-cü, 302-ci və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cavadova Aygün Əli qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X20, X15, X9, X10 və X17 tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-476/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-476/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver