Məhkəmə qərarları › İş №1(060)-476/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-476/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-476/2025 09.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayon, Saray qəsəbəsi, Üzümçülük massivi, A.Sultanova küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək qətimkan tədbiri” seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs , istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,239 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 13.17 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 10 saylı evin qarşısında küçədə saxlanılaraq, üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,239 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2025-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərində 20 yanvar metrosunun yaxınlığından tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata bir büküm heroin narkotik vasitəsi almışdır. Həmin gün Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, aldığı narkotik vasitə üzərindən aşkar edilmişdir. Törətdiyi cinayət əməlinə görə peşimandır. İbtidai istintaq zamanı hər şeyi olduğu kimi göstərmişdir. İfadəsini tam təsdiq edir. Xeyli vaxt keçdiyindən ifadəsini dəqiq xatırlamır. Törətdiyi cinayət əməlinə görə peşimandır. Yaşını, əməlindən peşiman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 116-da qeydiyyatda olmaqla Abşeron rayon, Saray qəsəbəsi, Üzümçülük massivi, Ayna Sultanova küçəsində nömrəsiz fərdi evdə yaşayır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1, 177.2.1, 177.2.3-cü maddələri ilə 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hal-hazırda da sağ ayağında qandal vardır. Bir neçə ildir ki, narkotik vasitə aludəçisidir, narkotik vasitə olan kakosu çəkməklə daxilə qəbul edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə alıb şəxsi tələbatını ödəyir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 10 saylı evin qarşısında piyada tək hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd ağ rəngli kağız bükülüdə olan, qəhvəyi rəngli və spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddəni özü təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüşdür. Həmin kütlə onun iştirakı ilə götürülmüş, elektron tərəzidə çəkilərək çəkisinin 0,68 qram olması müəyyən olunmuş, sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, imzalanmışdır. Daha sonra o, müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutla birlikdə Sumqayıt şəhər polis idarəsinin birinci polis bölməsinə gətirilmişdir. O, bölməyə gəldikdən sonra inzibati otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona bildirilmiş, bu barədə bildiriş təqdim olunmuş, eyni zamanda hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. O, müdafiəçiyə heç bir etirazının olmadığını, hüquq və vəzifələrinin tam aydın olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi, qablaşdırılmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında təqdim edilmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim olunan möhürlənmiş zərfdəki narkotik vasitəyə bənzər kütlə onun özünə məxsusdur, həmin kütləni şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 yanvar metrosu ərazisində tanımadığı bir şəxsdən 10 manata almışdır. Bundan sonra zərf açılmış, içərisində olan bükümə baxış keçirilmiş, büküm açılmış, içərisində qəhvəyi rəngli toz şəkilli kütlə aşkar olunmuş, bükümlə bir yerdə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,68 qram olması müəyyən olunmuşdur. Həmin büküm yenidən qablaşdırılmış, möhürlənmiş, protokol tərtib olunmuş, imzalanmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 13:17 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 10 saylı evin qarşısında küçədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütləni şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 yanvar metrosu ərazisində tanımadığı bir şəxsdən 10 manata alıb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında elektron tərəzidə çəkilmiş, çəkisinin 0,68 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə gətirmişlər. Bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən zərf açılmış, içərisində olan bükümə baxış keçirilmiş, büküm açılmış, içərisində qəhvəyi rəngli toz şəkilli kütlə aşkar olunmuş, bükümlə bir yerdə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,68 qram olması müəyyən olunmuşdur. Həmin büküm yenidən qablaşdırılmış, möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16\2- 20\171V2025 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində: AR DİN “Arayışlar üçün № 125” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə; Saxlanılan şəxs: \imza\ Təqsirləndirilən şəxs; Vəkil: \imza\ M.Cəlalzadə; İştirakçılar: \imza\ Şahid1; \imza\ Şahid2; \imza\ Şahid3; Təhqiqatçı: \imza\ R.Məhərrəmov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,239 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2143 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhəri ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AR ƏN PX-nin xx.xx.2025-ci il tarixli 3-16-21 \2- 35622\2025 saylı məktubunda göstərilmişdir ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən məhkum Təqsirləndirilən şəxs tətbiq edilmiş sadə elektron qolbağın enerji ehtiyatının tükənməsi ilə bağlı elektron nəzarət vasitələrinin (ayaqda olan qolbaqla gəzdirmək vəzifəsi qoyulmuş mobil nəzarət qurğusunun) kompleksdə işləmə əlaqəsi kəsildiyindən hərəkət trayektoriyasına dair məlumatın təqdim edilməsi imkan xaricindədir. İş materiallarına əlavə edilmiş tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1, 69.3-cü maddələri ilə 02 il 03 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3, 66.5, 69.3-cü maddələri ilə 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025ci il tarixdə saat 13:17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 10 saylı evin qarşısında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüşdür. Həmin kütlə Təqsirləndirilən şəxs iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 0,68 qram olması müəyyən olunmuş, sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutla birlikdə Sumqayıt şəhər polis idarəsinin birinci polis bölməsinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis mayoru X4 tərəfindən tərtib etdiyi xx.xx.2025-ci il tarixli şəxsi axtarış və təqdim olunan əşyaya baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs bölməyə gəldikdən sonra inzibati otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən hüquq və vəzifələri bildirildi, bu barədə bildiriş təqdim olundu, eyni zamanda hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olundu. Təqsirləndirilən şəxs müdafiəçiyə heç bir etirazının omadığını, hüquq və vəzifələrinin tam aydın olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, qablaşdırılmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim olunan möhürlənmiş zərfdəki narkotik vasitəyə bənzər kütlə onun özünə məxsusdur, həmin kütləni şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 yanvar metrosu ərazisində tanımadığı bir şəxsdən 10 manata almışdır. Bundan sonra zərf açılmış, içərisində olan bükümə baxış keçirilmiş, büküm açılmış, içərisində qəhvəyi rəngli toz şəkilli kütlə aşkar olunmuş, bükümlə bir yerdə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,68 qram olması müəyyən olunmuşdur. Həmin büküm yenidən qablaşdırılmış, möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, imzalanmışdır. İş üzrə tərtib edilmiş DVD diskə baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 13:17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 10 saylı evin qarşısında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüşdür. Həmin kütlə Təqsirləndirilən şəxs iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 0,68 qram olması müəyyən olunmuş, sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutla birlikdə Sumqayıt şəhər polis idarəsinin birinci polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs bölməyə gəldikdən sonra inzibati otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən hüquq və vəzifələri bildirildi, bu barədə bildiriş təqdim olundu, eyni zamanda hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olundu. Təqsirləndirilən şəxs müdafiəçiyə heç bir etirazının olmadığını, hüquq və vəzifələrinin tam aydın olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, qablaşdırılmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim olunan möhürlənmiş zərfdəki narkotik vasitəyə bənzər kütlə onun özünə məxsusdur, həmin kütləni şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 yanvar metrosu ərazisində tanımadığı bir şəxsdən 10 manata almışdır. Bundan sonra zərf açılmış, içərisində olan bükümə baxış keçirilmiş, büküm açılmış, içərisində qəhvəyi rəngli toz şəkilli kütlə aşkar olunmuş, bükümlə bir yerdə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,68 qram olması müəyyən olunmuşdur. Həmin büküm yenidən qablaşdırılmış, möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, imzalanmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,239 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,209 qram qalıq çəkisi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİnin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 70-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,209 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 100-105-ci vərəqələrində olan 10 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış video görünütləri əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsinin 04 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin 16 yanar 2024-cü il tarixli hökmü ilə 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmünə əsasən 06 iyun 2024-cü il tarixdən Sumqayıt Şəhər probasiya şöbəsində qeydiyyata alınmış, 04 iyul 2025-ci il tarixə cəzasının 2 il 28 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 11 ay təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məşdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2025-ci ildən 10 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalı, həmin Məcəllənin 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi reimli cəzaçəkmə müəssisələrindəçəkirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2143 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,209 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycn Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə CM-in 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə təyin edilmiş 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 25 gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutlmaqla-cəmi 5 ay 12 gün hazırki hökm ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdən 10 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzaları saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,209 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar