Məhkəmə qərarları › İş №1(060)-477/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-477/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-477/2021 22.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Qəhrəman oğlunun iştirakı ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiyasının Tümen şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Qəhrəman oğlu 2021-ci ilin may ayının təxminən 4-də səhər saatlarında Bakı şəhəri 20 yanvar adlanan ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,571 qram çəkidə tiryəki və 0,990 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 07.05.2021-ci il tarixdə saat 04:00da Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 27 saylı binanın arxasında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli pencəyin içəri sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,571 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,990 qram olan kustar üsulla hazırlanmış psixotorop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Qəhrəman oğlu ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 6 aya yaxındır ki, narkotik vasitə qəbul edir. 2021-ci ilin may ayının təxminən 4də səhər saatlarında o şəxsi işi ilə əlaqədar Bakı şəhəri 20 yanvar adlanan əraziyə getmiş, orada olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxslə görüşərək ondan istifadə etmək üçün 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan tiryək və 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamini 70 manata alıb, əynində olan göy rəngli pencəyin içəri sağ yan cibinə qoymuşdur. Həmin gün axşam saatlarında o Sumqayıt şəhərinə evinə qayıtmış, 07.05.2021-ci il tarixdə saat 04 radələrində o Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən 27 saylı binanın arxasında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirib, ona özünü təqdim etməyini demişlər, o da özünü təqdim etmişdir. Həmin vaxt onlar onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını demişlər. Ona üzərində şəxsi axtarış keçirilməsi üçün 3-cü PB-yə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə 3-cü bölməyə getmişdir. Həmin bölmədə xidməti otaqların birində videoçəkiliş aparılaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, o həmin bildirişlə tanış olmuşdur. Daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuş, o da əynində olan göy rəngli pencəyin içəri sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş tiryək və metamfetamini onlara təqdim etmişdir. Ondan həmin tiryəki və metamfetamini haradan əldə etdiyini soruşduqda demişdir ki, həmin narkotik vasitə olan tiryəki və metamfetamini təxminən 3 gün əvvəl Bakı şəhəri 20 yanvar adlanan ərazidə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 70 manata almışdır. Eləcə də şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 02 ədəd alışqan, 01 qutu Vest markalı siqaret, «Axe» markalı ətir, içərisində 02 ədəd 5 manatlıq pul əskizanazı olan qara rəngli pul kisəsi, üzərində ***-***-**-** mobil nömrəsi olan «Nokia» markalı mobil telefon aşkar edilmiş, mobil telefondan savayı başqa bütün əşyaları əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan tiryək və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Həmin narkotik vasitə olan tiryəki və psixotrop maddə olan metamfetamini özünə məxsus olan pulla almış, ondan özü istifadə edəcəkdi. Onu almaqda ona kömək edən olmamış, bunu tək etmişdir. O hüquqlarını bilir, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Hazırda etdiyi əmələ görə peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında İş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 göstərdi ki, 07.05.2021-ci il tarixdə Sumqayıt şəhərində Orxan adlı şəxsin narkotik vasitələrin istifadə etməsi, saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 07.05.2021-ci il tarixdə, saat 04:00da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Qəhrəman oğlu Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 27 saylı evin arxasında müəyyən olunaraq saxlanılmışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X5 Mehrəliyevə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. O da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Baş təhqiqatçı X5 Mehrəliyevə narkotik vasitələrin istifadəsində, saxlanılmasında şübhəli olduğu üçün saxlanıldığını deyib üzərində şəxsi axtarış keçirilməsi üçün onu 3-cü PB-nə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə 3-cü bölməyə getmişdir. Həmin bölmədə xidməti otaqların birində videoçəkiliş aparılaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, o da həmin bildirişlə tanış olmuşdur. Daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o da vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. Orxan da əynində olan göy rəngli pencəyin içəri sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş tiryək və metamfetamini onlara təqdim etmişdir. Ondan həmin tiryəki və metamfetamini haradan əldə etdiyini soruşduqda, o da onlara demişdir ki, həmin narkotik vasitə olan tiryəki və metamfetamini təxminən 3 gün əvvəl Bakı şəhəri 20 yanvar adlanan ərazidə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 70 manata almışdır. Eləcə də şəxsi axtarış zamanı Orxanın üzərindən aşkar olunmuş 02 ədəd alışqan, 01 qutu Vest markalı siqaret, «Axe» markalı ətir, içərisində 02 ədəd 5 manatlıq pul əskizanası olan qara rəngli pul kisəsi, üzərində ***-***-**-** mobil nömrəsi olan «Nokia» markalı mobil telefon aşkar edilmiş, mobil telefondan savayı başqa bütün əşyaları əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Orxanın üzərindən aşkar olunan həmin narkotik vasitə olan tiryək və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında Cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı Şahid1 Şahid2lə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan "Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 07.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində 07.05.2021-ci il tarixdə saat 04:00-da tutulmuşdur.(i.v 18) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-207/2021 saylı 08.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs Qəhrəman oğlu dərhal məhkəmə iclas zalından azad edilmişdir.(i.v 69-71) İş materiallarında olan "Qətimkan tədbiri seçilməsi barədə" 08.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu barəsində "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir(i.v 72) İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 6/1851 saylı 07.05.2021ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN "Arayışlar üçün nömrə 127" dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....." sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd kağız paketin içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 0,571 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,990 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. (i.v 35-36) İş materiallarında olan 07.05.2021-ci il tarixli aktdan görünür ki, tiryək ümumi təmiz çəkisi 0,571 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş və qalıq 0,521 qram maddə geri qaytarılmışdır. Meatmfetaminin ümumi təmiz çəkisi 0,990 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş və qalıq 0,940 qram maddə geri qaytarılmışdır.(i.v 38) İş materiallarınfa olan " Maddi sübut kimi tanıma barədə" 10.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,521 qram narkotik vasitə olan tiryək və 0,940 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir.(i.v 77) İş materiallarında olan "Diskə baxış keçirilməsi haqqında" 11.05.2021-ci il tarixli protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada "00030" rəqəmlə göstərilən papka müəyyən edildi. "00030" rəqəmləri göstərilən papkaya daxil olduqda müəyyən edilir ki, orada 06 dəqiqə 20 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, 07.05.2021-ci il tarixdə, saat 04 radələrində narkotik vasitələrin istifadəsində, saxlanılmasında şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 27 saylı evin arxasında müəyyən olunaraq, saxlanılmış və üzərində şəxsi axtarış keçirilməsi üçün 3-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs Qəhrəman oğlu bölmədə xidməti otaqların birində videoçəkiliş aparılaraq, baş təhqiqatçı Səbuhi Dadaşov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunur, o da həmin bildirişlə tanış olur. Daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilir, o da vəkilə etiraz etmir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunur. Orxan da əynində olan göy rəngli pencəyin içəri sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş tiryək və metamfetamini təqdim edir. Ondan həmin tiryəki və metamfetamini haradan əldə etdiyini soruşduqda, o da deyir ki, həmin narkotik vasitə olan tiryəki və metamfetamini təxminən 3 gün əvvəl Bakı şəhəri 20 yanvar adlanan ərazidə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 70 manata alıbdır. Eləcə də şəxsi axtarış zamanı Orxanın üzərindən aşkar olunmuş 02 ədəd alışqan, 01 qutu Vest markalı siqaret, “Axe” markalı ətir, içərisində 02 ədəd 5 manatlıq pul əskinazı olan qara rəngli pul kisəsi, üzərində ***-***-**-** mobil mömrəsi olan “Nokia” markalı mobil telefon aşkar edildi. Mobil telefondan savayı başqa bütün əşyaları əhəmiyyət kəsb etmədiyindən ona qaytarılır. Orxanın üzərindən aşkar olunan həmin narkotik vasitə olan tirək və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilir. Daha sonra həmin narkotik vasitə olan tiryək və psixotrop maddə olan metamfetamin ekspertizaya göndərilməsi üçün qablaşdırılması və sənədləşdirmə aparılmasından ötrü videoçəkiliş dayandırılır.(i.v 79-80) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan DİN-nin BƏSİİ-nin 18.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu məhkum edilməmişdir. (i.v 87-88) İş materiallarında olan 6 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu barədə heç bir şikayət daxil olmamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunur.(i.v 95) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04.06.2021-ci il tarixli 1745 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Qəhrəman oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanseində qeydiyyat alınması məsləhət görülür.(i.v 96-97) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi haqqında" 16.06.2021-ci il tarixli qərardan görünür ki, 10.05.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,521 qram narkotik vasitə olan tiryəkin, 0,940 qram psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır.(i.v 99-104) Beləliklə, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Qəhrəman oğlunun əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs Qəhrəman oğlunun törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Qəhrəman oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs Qəhrəman oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,521 qram narkotik vasitə tiryək və 0,940 qram metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu 07 may 2021ci il tarixdə tutulmuş, 08 may 2021-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Qəhrəman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Qəhrəman oğlunun 07 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs Qəhrəman oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs Qəhrəman oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Qəhrəman oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 21-ci məhəllə, 5-ci keçid, ev 169 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Qəhrəman oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Qəhrəman oğlundan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,521 qram narkotik vasitə tiryək və 0,940 qram metamfetamin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar