Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-477/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,547 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 22 yanvar 2022-ci il tarixdə, saat 16:00 radələrində Sumqayıt ŞPİ-nin 3-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 45-ci məhəllə, Pioner marketin yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik cibində olan 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 0,547 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,204 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 14:50-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 39/16A saylı binanın yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,204 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 01 (bir) il müddətdir ki, narkotik vasitə qəbul edir. xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə “Pioner” marketin qarşısında olan zaman 02 (iki) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə getmişdir. PB-də xidməti otaqlarının birində hansı səbəbdən saxlanılması ona izah edildikdən sonra hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O hüquqlarının, vəkil siyahısında olan X5 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X5 ona təqdim olunduqdan sonra onun icazəsı və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif edilmişdir. O əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən konfetləri və əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik (piston) cibində saxladığı 01 (bir) büküm gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü təqdim edərək, təqdim etdiyi həmin bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda, bükümün içərisində ağ rəngli kristal dənəciklər halında kütlə aşkar olunmuşdur. O üzərindən aşkar olunmuş metamfetamini xx.xx.2022-ci il tarixdə səhər saat 08:30 radələrində Bakı şəhərində Azərsu binası yaxınlığında, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən şəxsi-axtarış zamanı aşkar olunmuş kütlə tərəziyə qoyulub çəkildikdə həmin kütlənin çəkisi büküldüyü kağızla birlikdə 0,67 qram olması müəyyən olunmuşdur. Sonra üzərindən aşkar olunaraq götürülmüş həmin psixotrop maddə metamfetaminə bənzər kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 10 (on) manat pul və konfetlər iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:50 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 39/16A saylı binanın yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. Pİ-də vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdiklərindən o polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. Bundan sonra polis idarəsində ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 dəvət olunmuşdur. Daha sonra isə videoçəkilişin müşahidəsi altında üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etmək təklif olunmuşdur. O əynində olan göy rəngli şalvarının sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofana bükülmüş maddəni və sağ yan cibindən 01(bir) ədəd “Nokia” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açılmış və bükümdə kokos, yəni narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Sorğu zamanı o aşkar olunan həmin bükümün içərisində «kokos», yəni narkotik vasitə heroin olduğunu bildirmiş və aşkar olunmuş həmin bükümü xx.xx.2022-ci il tarixdə tanıdığı Elman adlı şəxsdən 20 (iyirmi) manata öz şəxsi istifadəsı üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, lakin o həmin narkotik vasitəni Elmandan almamışdır. Belə ki, o həmin narkotik vasitəni tanımadığı Sumqayıt şəhər sakinindən öz şəxsi istifadəsi üçün almışdır. Bundan sonra üzərindən aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkilmiş və həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxsə dair düşmənçilik və ədavət münasibəti olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumat raport vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da əlavə edilmişdir. Həmin gün yəni xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, “Pioneer” marketin qarşısında Səbuhi Xanlarova yaxınlaşıb həmin şəxsi saxlamışdır. Onlar özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdirlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Səbuhi Xanlarova istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olacağlarını bildirib, həmin şəxsdən etirazının olub-olmamasını soruşmuşlar. S.Xanlarov etirazının olmadığını bildirmişdir. S.Xanlarovu Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirmişlər. Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də baş təhqiqatçı Pərviz Babayev xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 3-cü PB-nə gətirildiyini demişdir. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi S.Xanlarova təqdim etdmişdir. Təhqiqatçı S.Xanlarova hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təyin olunduğunu bildirmişdir. Daha sonra təhqiqatçının göstərişi ilə polis əməkdaşları özlərini təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirmişdir. S.Xanlarov özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin kiçik həcmli cibliyindən 01 (bir) ədəd gümüşü rəngli sellofan bükümü çıxardaraq təqdim etmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq S.Xanlarov bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə “şüşədir”dır, dörd gün əvvəl Bakı şəhəri, "xxxx" ASC-nin qarşısında tanımadığı şəxsdən 10 (on) manat müqabilində öz şəxsi istifadəsi üçün almışdır. Təhqiqatçı S.Xanlarovun üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmişdir. Daha sonra təhqiqatçı S.Xanlarovun üzərinə şəxsi axtarış keçirilmişdir. Qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş kütlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMQB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxsə dair düşmənçilik və ədavət münasibəti olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumat raport vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da əlavə edilmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, 39/16 saylı binanın qarşısında Səbuhi Xanlarova yaxınlaşıb həmin şəxsi saxlamışlar. Onlar özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Səbuhi Xanlarova istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nə getməli olacağlarını bildirib, həmin şəxsdən etirazının olubolmamasını soruşmuşdur. S.Xanlarov etirazının olmadığını bildirmişdir. S.Xanlarovu Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Sumqayıt şəhər Pİ-də təhqiqatçı Elnur Feyzullayev xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və Pİ-nə gətirildiyini demişdir. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi S.Xanlarova təqdim etmişdir. Təhqiqatçı S.Xanlarova hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu bildirmişdir. Daha sonra təhqiqatçının göstərişi ilə polis əməkdaşları özlərini təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirmişdir. S.Xanlarov özü əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü çıxardaraq təqdim etmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq S.Xanlarov bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə “kakos”dur, həmin gün tanışı Elman adlı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manat müqabilində almışdır. Təhqiqatçı S.Xanlarovun üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə narkotik vasitəyə bənzər maddəni elektron tərəzidə çəkmişdir. Daha sonra təhqiqatçı S.Xanlarovun üzərinə şəxsi axtarış keçirmişdir. Qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş kütlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntülərdən müəyyən olunur ki, təhqiqatçı Pərviz Babayev şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı Pərviz Babayev şübhəli şəxs qismində tutulmuş şəxsə tutmanın səbəbini bildirib şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından özülərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim edərək ondan vəkilə hər hansı etirazının olub-olmadığını soruşur. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik ciblikdən 01 (bir) ədəd gümüşü rəngli bükümü təqdim edir. Təhqiqatçının sualına Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə” olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin bükümü 4 gün əvvəl Bakı şəhərində, "xxxx" ASC-nin qarşısında tanımadığı şəxsdən aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəyə bənzər kütlə elektron tərəzidə çəkilən zaman psixotrop maddə metamfetaminə bənzər kütlənin ümumi çəkisinin isə 0,67 qram olması müəyyən edildi. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Lakin onun üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəyə bənzər maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 128 saylı möhürü ilə möhürləndi. Məhkəmə iclasında xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik maddə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntülərdən müəyyən olunur ki, təhqiqatçı Elnur Feyzullayev şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdiyi görsənir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı Elnur Feyzullayev şübhəli şəxs qismində tutulmuş şəxsə tutmanın səbəbini bildirib şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından özülərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X4 təqdim edərək ondan vəkilə hər hansı etirazının olub-olmadığını soruşur. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli bükümü və sağ yan cibindən bir ədəd mobil telefon aparatını təqdim edir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Lakin onun üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmadı. Təhqiqatçının sualına Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin bükümü Elman adlı şəxsdən 20 (iyirmi) manat müqabilində şəxsi istifadəsi üçün həmin gün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilən zaman psixotrop maddə metamfetaminə bənzər kütlənin ümumi çəkisinin isə 1,40 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 128 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2022ci il tarixli, 6/437 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,547 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,547 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,497 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1132 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,204 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi-1,204 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-1,154 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 413 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,204 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,154 qram heroin və 0,547 qram olan psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,497 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-124/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablançışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,204 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,154 qram heroin və 0,547 qram olan psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,497 qram metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 02 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 162,00 (bir yüz altmış iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,154 qram heroin və 0,497 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 162,00 (bir yüz altmış iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-477/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-477/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver