Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-479/2021 12.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etməklə və aldatmaqla özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sonuncu ilə tanışı Şahid1 arasında olan borc mübahisəsinə görə Şahid1 onunla söhbətə gətirdiyi şəxsi vurduğunu və bu işin həlli üçün pul vermək lazım olduğunu yalandan deyib onu aldadaraq, 2019-cu ilin iyun ayının ortalarında Sumqayıt şəhəri 9-cu mikrorayonda 2000 manat, 2019-cu ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri “Göyərçin” abidəsi olan parkda 3000 manat pulunu vahid niyyətlə ələ keçirib, zərərçəkmiş Vüqar Museybova ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1-da ailəsi ilə birlikdə yaşayır. Sumqayıt şəhərində Maqsud adlı şəxsin quşçuluq fabrikində fəhlə kimi işlədiyi üçün orada baytar həkimi işləyən Vüqarı tanımış, Ramin Həsənov da onunla bir yerdə işlədiyi üçün onu da həmin quşçuluq sexindən tanımışdır. Vüqar baytar həkim kimi onun işlədiyi sexin adı ilə şirkətdən bahalı dərmanlar götürüb həmin dərmanları sexə gətirməmiş və Vüqar demişdir ki, həmin dərmanlar Mastağa və Ramanı qəsəbəsində yerləşən Maqsudun digər sexlərinə aparılır. Sonradan ona məlum olmuşdur ki, həmin dərmanları Vüqar aparıb başqa yerə satır. O, bunları bildikdən sonra Vüqara bu barədə demiş, Vüqar isə ona demişdir ki, bu məsələyə görə ona 7000-8000 manat pul verəcəkdir. 2019-cu ilin əvvəllərində Vüqar ona və Raminə demişdir ki, Asəf adlı tanışı ilə birlikdə cücə böyütmə işini görmüş və Asəf ona 3300 manat pul verməlidir, həmin pulu almaqda ona köməklik etmələrini xahiş etmişir. O, həmin ərəfələrdə Vüqarla Bərdə rayonuna getmiş, lakin Asəfi tapa bilməmişlər. Vüqar ona demişdir ki, həmin pulu alsa pulun yarısı onun olacaqdır. Həmçinin Vüqar ona təklif etmişdir ki, Asəfi arxa nahiyyəsindən bıçaqla vurub biabır eləsin. Vüqar ona vəd etmişdir ki, onun arxasında dayanacaq və nə lazımdırsa edəcək ki, o, tutulmasın. X15 şəhərində görüşmüşlər və Asəf demişdir ki, iki aya 3300 manat pulu verəcəkdir. Həmin ərəfələrdə Asəf bir dəfə 1800 manat pulu ona vermiş, o həmin puldan 30 manat götürmüş və qalan pulu Raminə vermişdir ki, aparıb Vüqra versin. Ramin də həmin pulun Vüqara çatdırmışdır. Qalan 1500 manat pulu da Asəf gətirib ona vermiş və həmin pul onda qalmışdır. O həmin pulu Vüqara qaytaracaqdı, lakin belə olmuşdur ki, uşağı xəstə olduğundan həmin pulu xərcləmişdir. Asəf Vüqarın pulunu ona verən ərəfədə Maqsud onu işdən çıxartmışdır. Ona deyilmişdir ki, onun işlədiyi yerdə yeyinti olmuş, o da həmin yeyintiyə görə Vüqarın üzünə durmamış, ona görə Vüqar işdə qalmış, o isə işdən çıxarılmışdır. O da Vüqara görə işdən çıxarıldığına və Vüqar ona dərmanları aparıb satdığına görə vəd etdiyi pulu vermədiyi üçün Vüqarı aldadıb pulunu almaq fikrinə düşmüşdür. Bu məqsədlə Vüqarın təklif etdiyi kimi guya kimisə bıçaqla vurması və özünü qurtarmaq üçün pul lazım olması barədə Vüqara yalan məlumat verərək bildirmişdir ki, o, Vüqarla Asəf arasında olan borc pul məsələsinə görə Asəfin gətirdiyi adamı bıçaqla vurmuş, bu işlə bağlı 3000 manat pul verilməlidi. 2019-cu ilin təxminən iyun ayında o, Vüqara zəng edib yalandan bildirmişdir ki, Asəflə onun arasında olan borc mübahisəsi ilə bağlı Asəfin gətirdiyi adamlardan birini Ceyranbatan qəsəbəsində bıçaqla vurub, bunun üçün Vüqardan 3000 manat pul istəmişdi. O, Vuqarı aldadıb pul alacağını qabaqcadan Raminə deməmiş, onunla razılaşmamış, bu barədə Raminə sonradan Vüqar özü məlumat vermişdir. Raminə ona görə əvvəlcədən məlumat verməmişdir ki, Raminlə Vüqar bir yerdə işlədiklərindən və dost olduqlarından Ramin bu barədə bilsəydi Vüqara məlumat verərdi və onun planı baş tutmazdı. Vüqar onun işlədiyi yerdə olan dərmanları başqa yerlərə satıb onun pulunu vermədiyi üçün, o da bu cür ondan pulunu almağa çalışmış, bu işdə də ona heç kim köməklik etməmişdir. O, Vüqardan 5000 manat deyil, cəmi 3000 manat pul almış, həmin pulu Vüqar Sumqayıt şəhərində Göyərçin abidəsi yaxınlığındakı kafelərdən birində Raminə vermiş, Ramin də ona vemişdir. Ona verilən puldan Raminə və ya digər şəxsə hər hansı bir məbləğdə pul verməmişdir. Həmin vaxt orada onlardan başqa Ceyhun adlı şəxs və adını xatırlamadığı daha bir nəfər də olmuşdur. İbtidai istintaq zamanı yalnız Abşeron rayon polisində ifadəsi alınmış, o polisdə müstəntiqə də hazırda məhkəmədə verdiyi ifadəni danışmış, elə başa düşmüşdür ki, müstəntiq onun dediklərini yazıb. Buna görə də müstəntiqin ona təqdim etdiyi protokolları oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq onun əməlinin CM-nin 178.2.1-ci maddəsindən 178.1-ci maddəsinə tövsüf edilməsini və müddət keçdiyi üçün barəsində olan cinayət təqibinə xitam verilməsini, 2000 manat epizodu üzrə isə, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Maqsud adlı şəxsin fabrikində baytar həkim işləmişdir. Asəf adlı şəxsi uzun müddətdir ki, tanımışdır. 2019-cu ilin əvvəllərində Asəf ona demişdir ki, cücə böyütmək işi ilə məşğul olmaq istəyir, o da baytar həkim olduğu üçün Asəfə bu işdə dəstək olmuşdur. O, Asəfin saxladığı cücələri öz pulu ilə peyvənd etmişdir. Həmin ərəfələrdə Asəfin maddi imkanı olmadığı üçün, o, təxminən 18000 manat dəyərində quş yemini Maqsud adlı şəxsdən almış və Asəfə vermişdir. Asəf yemin pulunu ödəmiş, 7800 manat borclu qalmışdır. Asəf bir ay ərzində cücələri böyüdüb satmış, lakin ona demişdir ki, bu işdə ziyan etmiş və ona görə 7800 manat yemin pulunu da ödəməyəcəkdir. O da Asəflə buna görə dəfələrlə söhbət etmişdir ki, yemin pulunu ödəsin. Asəfi sonralar tapa bilməmişdir. Təqsirləndirilən şəxs və Ramini də cücə sexində birlikdə işləyərkən tanımışdır. Raminlə münasibəti daha yaxşı olmuşdur. Elşəni və Raminlə birlikdə Asəfi tapıb bu barədə söhbət etmişlər ki, Asəf onun pulunu qaytarsın. Asəf demişdir ki, yemin pulunu verəcəkdir. 2019-cu ilin iyul ayında Ramin ona zəng edib demişdir ki, Asəfin ona olan borcuna görə Asəfin tanışları ilə Elşənin söhbətləri olmuş, Elşən Asəfin tanışını Xırdalan şəhərində bıçaqla vurmuş, bu işi həll etmək üçün 2000 manat pul lazımdır. Ramin bu deyilənləri Elşənin ona dediyini bildirmişdir. O da bu barədə Elşən və Asəfdən soruşmuş, onlar da bunu təsdiq etmişlər. O, 2019-cu ilin iyun ayının ortalarında Sumqayıt şəhəri 9-cu mikrorayonda Elşənlə görüşmuş və 2000 manat pulu Elşənə vermişdir. Həmin pulun verilməsi ilə bağlı ona heç kim köməklik etməmiş, yəni Ramin ona 500 manat pul verməmişdir. Bundan təxminən 15-20 gün sonra Elşən ona zəng edərək demişdir ki, onunla Asəfin arasında olan söhbətə görə Asəf onun üstünə adam aparmış, o da həmin şəxslərdən birini Ceyranbatan qəsəbəsində bıçaqla vurmuş, bu işin həlli üçün ondan 3000 manat pul istəyirlər. O da bu barədə Asəfin özündən və Ramindən soruşmuş, onlar da bunu təsdiq etdikləri üçün 3000 manat pulu 2019-cu ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri “Göyərçin” abidəsi olan parkda dostu Ceyhunun yanında Raminə vermişdir. Həmin vaxt Elşən də onların yanında olmuşdur. O Raminə daha çox inandığından 3000 manatı Raminə vermişdir. Ramin də həmin 3000 manatı Elşənə vermişdir. O əvvəl elə bilmişdir ki, 3000 manat pulu Raminə Xırdalan şəhərində H.Əliyev adına parkda vermiş, amma sonra xatırlamışdır ki, pulu Sumqayıt şəhərində Göyərçin abidəsi olan parkda vermişdir. O, sonralar bu məsələləri araşdırmış və ona məlum olmuşdur ki, Raminlə Elşən birlikdə onu aldadaraq 5000 manat pulunu ələ keçirmişlər. Lakin həmin puldan Raminə hər hansı məbləğ çatmasını bilməmişdir. X10 borclu olduğu puldan 1800 manat pulu Ramin gətirib işlədiyi sexdə ona vermiş, bundan başqa ona pul verilməmişdir. Asəfin ona olan borcu 3300 manat yox, 7800 manat olmuş, həmin pulun 6000 manatı hələ də ödənilməmiş qalmışdır. Onun Elşənlə aralarında heç bir borc mübahisəsi və borc söhbətləri olmamış, o, Elşənin barəsində verdiyi şikayət ərizəsindən sonra Elşən guya onun sonuncuya borclu olduğunu ortaya çıxarmışdır. O dərman şirkətindən Elşənin adı ilə və ya onun işlədiyi sexin adı ilə heç bir dərman götürməmiş, ümumiyyətlə Elşənin işlədiyi Maqsuda məxsus cücə sexinə dərman şirkətindən dərmanlar verilərkən Elşənin adına verilməmişdir. Zərər cəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, 2018-ci ildə özünə məxsus mağazasını satmış və 17000 manat pul əldə etmiş, lakin heç bir işlə məşğul olmamış, avtomobili ilə taksi fəaliyyəti göstərmişdir. Zərərçəkmiş şəxs 2011-ci ildən tanımış, aralarında dostluq münasibətləri olmuşdur. Vüqar özü baytar həkimdir, onun Suraxanı rayonunda quşçuluq təsərrüfatı var idi. Vüqar da görmüşdür ki, onun işi yoxdur, o, Vüqara da demişdir ki, 17000 manat pulu var, o da bir iş görmək istəyir. Vüqar ona təklif etmişdir ki, o da cücə alıb saxlasın və satsın, bu işdə xeyri olacaqdır. Vüqar ona demişdir ki, bu iş üçün 30000 manat pul lazım olacaqdır. O Vüqara 17000 manat pulu olduğunu demişdir. Vüqar ona demişdir ki, eybi yox birinci dəfə az sayda cücə alsın, onu satandan sonra gələn dəfə çox alacaqdır. Vüqar ona demişdir ki, bir baytar kimi onun aldığı cücələrə baxacaq və hər cücədən ona 10-15 qəpik ona verəcək, o da razılaşmışdır, Vüqar demişdir ki, onun üçün cücə də tapacaq, saxlamağa yer də təşkil edəcək, həmçinin cücələrin satışında da onun tanışı cücə fabrikin müdiri Maqsud adlı şəxs ondan cücələri alacaqdır. Vüqar cücə üçün yem almasını da təşkil edəcəyinə söz vermişdir. Vüqarın bu işdə təcrübəsi olduğunu bildiyi üçün ona inanmışdır. O, Vüqara demişdir ki, onun bu işdə təcrübəsi yoxdur, Vüqar isə demişdir ki, hər işi özü təşkil edəcək, o da razılaşmış və yer axtarıb icarəyə yer tapmışdır. Vüqar ona cücənin birinin qiymətini əvvəl 85 qəpiyə desə də sonradan cücənin birini 1,5 manata demiş, o da məcbur olub almışdır. Vüqarın hesabına görə, o, cücəni bir aya böyüdüb satmalı idi və bütün xərclərdən sonra bir cücədən 30 qəpik xeyr qalmalı idi. O işə başlasa da sonradan cücələri sata bilməmiş, Vüqar ona Maqsudun cücələri almadığını bildirmiş, Maqsudla onu görüşdürməmişdir. O, məcbur olub ucuz qiymətə cücələri satmağa başlamış, təxminən 17000 manat dəyərində yemi Vüqar ona verdiyindən yemin pulundan Vüqara 7300 manat borclu qalmışdır. O, Saray qəsəbəsində Vüqarın təklifinə görə bir nəfərə 4000 manat dəyərində cücə vermiş, lakin həmin şəxsdən pulu almaq istəyəndə, Vüqar demişdir ki, həmin şəxsdən pulu hələ almasın. Aralarındakı hesablaşmaya əsəsən onun Vüqara 3300 manat borcu qalmış, cücə işində o 13000 manat ziyan etmişdir. Cücə işində o ziyana düşdüyündən Vüqardan incimiş və onun zənglərinə cavab verməmişdir. 2019-cu ilin may ayında qardaşı ona demişdir ki, onu Elşən adlı şəxs axtarır. O da telefonuna baxıb zəng gələn nömrə olan Elşən adlı şəxslə danışmış və Elşən adlı şəxslə Biləcəri dairəsində görüşmüşlər. Həmin vaxt Vüqar və Ramin də orada olmuşlar. O, Elşəni tanımamış, onu ilk dəfə görmüş, Ramini isə Vüqarın yanında gördüyü üçün tanımışdır. Elşən onunla söhbət edərək demişdir ki, o Vüqarın 7500 manat borcunu verməlidir. O da söhbət əsnasında Vüqara 3300 manat borcu olduğunu bildirmiş, Vüqar ona demişdir ki, onun borcunu təcili verməlidir və ona vaxt qoymuşlar. O da Elşənlə danışıb razılaşmışlar ki, 2 ay ərzində pulu düzəldib Elşənə verəcəkdir. Deyilən vaxtda Elşən və Ramin ilə Sumqayıt şəhərində görüşüb 1800 manat pulu Elşənə vermiş, bir neçə gün sonra yenə 1500 manat pulu Elşənə vermişdir. Təxminən bir ay sonra ona məlum olmuşdur ki, Vüqar pulu Elşəndən ala bilməyib. Həmin ərəfələrdə ona müxtəlif şəxslər zəng edib Vüqarın pulunu istəmişlər, o da həmin şəxslərə pulu Elşənə verdiyini demişdir. Sonra bir dəfə Elşən ona zəng edib Vüqarı pisləmiş və demişdir ki, Vüqarın ona da pul borcu var. Elşən ona deməmişdir ki, o, Vüqara deyəcək ki, onunla Elşən arasında olan pul söhbətinə görə guya kimsəni bıçaqlayıb və bunun həll edilməsi üçün Vüqardan pul alacaq. Sonradan onlarla daha əlaqəsi olmamışdır. Aradan 6- 7 ay sonra Vüqarın atası ona zəng edərək görüşmək istədiyini demişdir. O, Vüqar, atası və bir nəfər də başqa şəxslə görüşəndə Vüqar və atası 7300 manat borcunu nəyə görə vermədiyini soruşmuşlar. O da onlara demişdir ki, 4000 manat pul Saray qəsəbəsində Vüqarın tanışındadır, 3300 manat da Vüqarın razılığı ilə Elşənə vermişdir. Vüqar həmin vaxt demişdir ki, Elşən ondan 5000 manat pul alıb ki, guya Vüqarın onunla arasında olan pul söhbətində Elşən kimisə bıçaqlayıb və həmin işin həllinə görə həmin pulu ondan almışlar. O da bu işlərdən onun xəbəri olmadığını bildirmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, onun Vüqar Müseyibovla 10 ildən çoxdur dostluq münasibəti var. O, Təqsirləndirilən şəxs Vüqarın yanında bir neçə dəfə görüb tanımışdır. Asəf və Ramin adlı şəxsləri isə tanımamışdır. X18 yanında görmüşdür. 2019-cu ilin yayında bilmişdir ki, Asəf adlı şəxsin Vüqara quş yemi ilə bağlı pul borcu var. Həmin ərəfədə Vüqar ona demişdir ki, Asəf onun pulunu vermədiyi üçün tanışları Ramin və Elşən adlı şəxslərlə birlikdə Asəflə söhbətləri olmuş, lakin Asəf yenə də pulu verməmişdir. Bir neçə gün sonra isə Ramin Vüqara demişdir ki, Asəfin tanışları ilə Elşənin söhbətləri olmuş, Elşən Asəfin tanışını Xırdalan şəhərində bıçaqla vurmuş və bu işi həll etmək üçün Vüqardan 2000 manat pul almışlar. Sonradan Vüqardan eşitmişdir ki, guya Elşən kimisə Ceyranbatan qəsəbəsində bıçaqla vurduğu üçün həmin işi həll etmək üçün Ramin vasitəsilə Vüqardan 3000 manat pul istəmişdir. Həmin vaxt Vüqarla Xırdalan şəhərində, H.Əliyev adına parkda görüşmüşlər, oradan Sumqayıt şəhərinə Göyərçin abidəsi olan parka getmişlər, orada “Qala Corat qutabı” yeməkxanasının qarşısında Raminlə və Elşənlə görüşmüşlər, Elşən elə danışmışdır ki, o da inanmış və Vüqar 3000 manat pulu Raminə vermiş, Ramin də həmin pulu Elşənə vermişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, onun Sumqayıt şəhəri və şəhər ətrafında cücə sexləri vardır, həmin sexlər cücələri böyəltməklə məşğul olan sexlərdir. O Vüqar, Elşən və Ramini tanıyır. Onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2019cu ildə Elşən Sumqayıt şəhərində yerləşən ona məxsus cücə sexində briqadir fəhlə işləmiş, Ramin də MMC-də quşçuluqda yetişdirmə sahəsinin rəisi idi. Vüqar isə ona məxsus sexlərin baytar həkimi olmuşdur. O, 2019-cu ilin təxminən iyun-iyul aylarında eşitmişdir ki, Vüqarın xahişinə əsasən X11 borcunun 1500 manatını Asəfdən almış, lakin həmin pulu Vüqara qaytarmamış, buna görə onda Elşənə qarşı inamsızlıq yaranmış və Elşəni işdən çıxartmışdır. Sonradan eşitmişdir ki, Elşən Vüqarı aldadaraq 3000 manat pulunu alıb. O, həmin işdə Raminin iştirakının olub-olmamasını bilməmişdir. Vüqarla Elşən ona məxsus sexdə işləyərkən onlar arasında heç bir borc məsələsi olmamış, Vüqar Elşənin işlədiyi sex üçün Elşənin adına heç bir dərman şirkətindən dərman götürməmiş, ümumiyyətlə Elşən həmin sexdə işləsə də onun adına sexə dərman gətirilməmiş, Elşən sexdə bu işlə məşğul olmamış, onun işi fəhləlik etmək olmuşdur. Ona məxsus cücə sexlərinə dərmanların gətirilməsinə özü nəzarət edir, bu işi Elşənə tapşırmamış, Vüqarın Elşənin adına təxminən 7000-8000 manat dəyərində dərmanlar gətirib Elşənə verilməməsi yalandır. Vüqarın Elşənə borcu olması və ya dərmanlarla bağlı hər hansı verəcəyi olması barədə heç kimdən eşitməmiş, Elşənin işlədiyi sexdə quşların yetirişdirilməsi ilə bağlı heç bir problem yaranmadığından və quşlar sağlam olduqlarından ümumiyyətlə həmin sexə 7000-8000 manat dəyərində dərmanların gətirilməsi mümkün deyildir. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında dəvət olunaraq şahid qismində məhkəmədə dindirilmiş X6 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 30, mənzil 3-də yaşayır. Zərərçəkmiş şəxs 4-5 ildir ki, tanıyır, aralarında heç bir qərəzli münasibətləri olmamışdır. Vüqar baytar həkimidir. 2019-cu ilin əvvəllərindən həmin ilin sonunadək onunla bir yerdə Şahid3 təsərrüfatında bir yerdə işləmişlər. O, nəzarətçi işləmişdir. Təqsirləndirilən şəxs da 2-3 ildir ki, onunla bir yerdə işləmişdir. Vüqar 2018-ci ilin sonunda tanışı Asəflə birlikdə cücə saxlamaq işi ilə məşğul olmuşlar. Buna görə Asəfi Vüqarın vasitəsi ilə tanımış, ancaq heç bir münasibətləri olmamışdır. 2019-cu ilin əvvəllərində Vüqarla Asəfin münasibətləri pisləşmişdir. Vüqar deyirdi ki, Asəf cücə saxlama işini görmüş və ona təxminən 7500 manat borcu yaranmışdır. Vüqardan eşitmişdir ki, Asəf onun pulunu vermir və ondan gizlənir. Vüqar Elşənlə birlikdə Asəfin yaşadığı Bərdə rayonuna da sonuncunu axtarmağa getmişlər. Həmin ərəfədə Vüqar ona demişdir ki, gedib Asəfin evini axtarıb tapaq. O Vüqarla Xırdalan şəhərinə gedib axtarmışlar, Asəfin evini tapa bilməmişlər. Sonra Vüqar ona demişdir ki, Asəfin yerini tapıb, gedək onunla söhbət edək. O, Vüqar və Elşən Xırdalan şəhərinə gedib Asəflə görüşüb söhbət etmişlər və məlum olmuşdur ki, Asəfin Vüqara 3300 manat borcu vardır. Asəf söz vermişdir ki, 2 aya pulu verəcəkdir. Vüqar Asəfə demişdir ki, pulu Elşənə versin, o Elşəndən pulu götürər. Həmçinin Vüqar ona və Raminə demişdir ki, həmin pulu aldıqları halda pulun yarısı Elşənin olacaqdır. Həmin ərəfələrdə Asəf bir dəfə 1800 manat pulu Elşənə vermiş, Elşən həmin puldan 30 manat götürmüş və qalan pul onda qalmış, o həmin günün səhəri həmin pulun üstünə 30 manat qoyub 1800 manat pulu işlədiyi cücə sexində təklikdə Vüqara vermişdir. Sonradan qalan 1500 manat pulu da Asəf aparıb Elşənə vermiş və həmin pul Elşəndə qalmışdır. Elşən demişdir ki, pulu aparıb Vüqara verəcək, Vüqarın ona təxminən 7000-8000 manat pul borcu olsa da, Asəfdən aldığı 1500 manat pulu Vüqara verəcəkdir ki, Vüqar ona borclu olduğu pulu tam şəkildə qaytarsın. O işlədiyi yerdə Vüqarın Elşənə borclu olması barədə heç nə eşitməmişdir. Elşən 1500 manat pulu Vüqara qaytaracaqmış, lakin uşağı xəstələndiyi üçün qaytara bilməmiş və pulu uşağının həkim xərclərinə vermişdir. Bundan sonra Vüqarla görüşmüş, Vüqar ona demişdir ki, onunla Asəfin arasında olan söhbətə görə Elşən Ceyranbatan qəsəbəsində Asəfin gətirdiyi şəxsi bıçaqlamış, bunun üçün ondan 3000 manat pul istəyirlər, həmin pulu Elşənə verməlidir. O, Elşənin Vüqarı aldatmasından, guya kimisə yalandan bıçaqlaması barədə məlumat verib ondan pul tələb etməsindən əvvəlcədən xəbərdar olmamış, sonradan bu barədə Vüqardan eşitmişdir. Vüqarın Elşənə 2000 manat verməsi barədə heç nə bilmir, belə bir halın şahidi olmamış, sonradan Vüqardan bu barədə eşitmişdir. X19 3000 manat verməsindən xəbərdardır. Həqiqətən də həmin pul onun yanında verilmiş, hətta Vüqar pulu ona vermiş, o isə Elşənə vermişdir. Elşən demişdir ki, Asəflə Vüqar arasında olan borc mübahisəsi ilə bağlı Asəfin gətirdiyi adamlardan birini Ceyranbatan qəsəbəsində bıçaqla vurmuş, bunun üçün ondan 3000 manat pul istəyirlər, 2019-cu ilin iyul ayının əvvəllərində Vüqar 3000 manat pulu ona tanışı Ceyhunun yanında Sumqayıt şəhərində yerləşən Göyərçin abidəsi olan parkda vermiş, o da həmin pulu elə həmin yerdə Elşənə vermişdir. Bundan təxminən ya 20 gün, ya da 1 ay sonra Vüqar bilmişdir ki, Elşən onu aldadıb, kimisə bıçaqla vurmağı yalandan deyərək Vüqarın pulunu ələ keçirib. Yalnız iş işdən ötəndən sonra həmin ərəfələrdə o bilmişdir ki, X22 arasında olan borc məsələsinə görə heç kimi vurmayıb, onun məqsədi Vüqarı aldadıb pul ələ keçirmək olmuşdur. Elşən ona həmin puldan heç nə verməmişdir. O, Elşəndən nəyə görə Vüqardan bu cür yolla pul aldığını sonradan soruşanda Elşən demişdir ki, Vüqar işlədiyi yerdən ondan gizlin dərman alıb aparmış və pul verəcəyini vəd etmiş, lakin onun pulunu vermədiyi üçün Vüqardan bu yolla pul almışdır. O, Vüqarın Elşənə borclu olduğunu işlədiyi yerdə və ətrafda eşitməmişdir. Elşən ona Vüqarı aldadıb pul alacağını qabaqcadan deməmiş, o həqiqətən də inanmışdır ki, Elşənin ona dediyi kimi, Asəflə Vüqar arasında olan borc məsələsinə görə Asəfin gətirdiyi adamlarla mübahisəsi olub, həmin şəxsi vurub. Cinayət işinin materiallarında olan üzləşmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə X3 ifadələri arasında ziddiyyətlər olduğuna görə onlar arasında üzləşdirmə keçirilmiş və üzləşmə zamanı Təqsirləndirilən şəxs ifadəsində Ramin Həsənovla birlikdə Zərərçəkmiş şəxs aldadaraq 2019-cu ilin iyun ayının ortalarında 2000 manat pulunu, 2019-cu ilin iyul ayının əvvəllərində isə 3000 manat pulunu ələ keçirdiklərini Ramin Həsənovun üzünə demişdir. Lakin, həmin üzləşdirmə istintaq hərəkətində də Ramin Həsənova hansı məbləğdə pul çatması əks edilməmiş və buna dair suallar verilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs və şahid Ramil Həsənov məhkəmə iclasında onların arasında heç bir üzləşmə keçirilmədiyini, lakin bəzi sənədləri oxumadan imzaladıqlarını bildirmişlər. Eyni zamanda üzləşmə istintaq hərəkətinin keçirilməsində məqsəd təsirləndirilən şəxsin təqsirini sübuta yetirmək olduğu halda, həmin protokoldan görünür ki, istintaq orqanı üzləşməni şahidin təqsirli bilinməsi istiqamətində aparmış, lakin ona qarşı hər hansı bir ittiham irəli sürülməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Əfsər Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa Məhkəməsinin mövqeyinə görə, konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmamağıdır (“X7rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X4rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX). Məhkəmə qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Ramin Həsənovla birlikdə dələduzluq cinayətini törətməsi sübuta yetirilməmiş, yəni Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi məbləğdən Ramin Həsənova və ya digər kənar şəxsə hər hansı bir məbləğdə pul verilməsi müəyyən edilməmişdir. Bu hal məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla da təsdiqini tapmış və ibtidai istintaqda da Ramin Həsənovun hər hansı bir məbləğdə pul ələ keçirməsi sübuta yetirlməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs “tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sonuncu ilə tanışı Şahid1 arasında olan borc mübahisəsinə görə Şahid1 onunla söhbətə gətirdiyi şəxsi vurduğunu və bu işi həll üçün pul vermək lazım olduğunu yalandan deyib onu aldadaraq, 2019-cu ilin iyun ayının ortalarında Sumqayıt şəhəri 9-cu mikrorayonda 2000 manat pulunu alması ittihamı üzrə bəraət verilməli, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsindən 178.1-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs “tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncu ilə tanışı Şahid1 arasında olan borc mübahisəsinə görə Şahid1 onunla söhbətə gətirdiyi şəxsi vurduğunu və bu işi həll üçün pul vermək lazım olduğunu yalandan deyib onu aldadaraq, 2019-cu ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri “Göyərçin” abidəsi olan parkda 3000 manat pulunu ələ keçirməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, hazırki işlə bağlı 01 sentyabr 2020-ci ildə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış, 08 noyabr 2020-ci ildə cinayət işi üzrə icraat dayandırılmış, 05 yanvar 2021-ci ildə cinayət işi üzrə icraat təzələnmiş, 10 may 2021-ci ildə cinayət işi üzrə icraat yenidən dayandırılmış, 07 iyun 2021-ci ildə cinayət işi üzrə icraat təzələnmiş, 25 iyun 2021-ci ildə cinayət işi məhkəməyə göndərilmiş və bununla da cinayət məsuliyyətinə cəlb etmə müddəti artıq bitmişdir. Təqsirləndirilən şəxs 3000 manat epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirliliyi onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin materialları ilə tam sübuta yetirilir. Həmçinin iş materiallrı ilə sübuta yetirilir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətini təkbaşına törətmiş, onun bu cinayəti qabaqcdan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan 02 uşağı-21.07.2005-ci il təvəllüdlü X12 və 29.10.2007-ci il təvəllüdlü X8 vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10.06.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə əməlini etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına əsasən, Mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri dələduzluqdur. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmişdir ki, bu kateqoriyadan olan cinayət işlərinə məhkəmələr tərəfindən baxılarkən qanunvericiliyin tələblərinə əsasən riayət edilir. Bununla yanaşı, bir sıra hallarda həm ibtidai araşdırma orqanları, həm də məhkəmələr tərəfindən işin bütün faktiki hallarının araşdırılmasına lazımi diqqət yetirilmir, cinayətin bütün iştirakçılarının məsuliyyətə cəlb edilmələri, faktiki rüşvətxorluq cinayətinin törədilməsində vasitəçi qismində iştirak etmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi, təqsirləndirilən şəxslər barəsində cəza tədbirinin seçilməsi, cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi məqsədilə verilmiş mülki iddiaların həlli məsələlərində səhvlərə yol verilir, həmçinin, mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələr dələduzluq kimi qiymətləndirilərək əsassız və qanunsuz ittiham hökmləri çıxarılır. Həmin Qərarın 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs həmin cinayəti 2019-cu ilin iyul ayında törətmiş və onun barəsində cinayət təqibi, yəni ********* №-li cinayət işi 01 sentyabr 2020-ci il tarixdə başlanılmışdır. Beləliklə, iş materialları ilə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 44, 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs cəza təyin edilməsin. Təqsirləndirilən şəxs “tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sonuncu ilə tanışı Şahid1 arasında olan borc mübahisəsinə görə Şahid1 onunla söhbətə gətirdiyi şəxsi vurduğunu və bu işin həll üçün pul vermək lazım olduğunu yalandan deyib onu aldadaraq, 2019-cu ilin iyun ayının ortalarında Sumqayıt şəhəri 9-cu mikrorayonda 2000 manat pulunu alması ittihamı üzrə təqsiri sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-479/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-479/2021
12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver