Məhkəmə qərarları › İş №1(060)-479/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-479/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-479/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakə şəhəri, Binəqədi rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkməmiş, Bakı şəhəri. Binəqədi rayonu. Rəsulzadə qəsəbəsi, fərdi evdə qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşamış, barəsində ‘'həbs" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.632 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.660 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 26 mart 2025-ci il tarixdə saat 01:29 dəqiqədə keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X8 Gimnaziyasının yaxınlığında olduğu zaman saxlanılaraq həmin yerdə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,632 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.660 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5-6 ay olar ki, narkotik vasitələrdən istifadə edir. 26 mart 2025-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu iranlıdan öz şəxsi istifadəsi üçün bir ədəd pati və bir ədəd qara adlanan narokti vasitə-yəni heroin və metamfetamin almışdır. Həmin bükümləri Sumqayıt şəhərində saxlandığı yerin yaxınlığından sayğaçın içərisindən götürmüşdür. Narkotik vasitəni götürdükdən az sonra polis əməkdaşları tərəfindən saxlanılmış və həmin narkotik vasitə olan pati və qara üzərindən aşkar edilmişdir. Bu barədə polis əməkdaşları çəkiliş aparmışlar. Ona qarşı heç bir psixi və fiziki təzyiq göstərilməmişdir. Törətdiyi əməlldən peşimandır. Çox şey yadından çıxdığından dəqiq xatırlamır. İstintaq zamanı hər şeyi olduğu kimi göstərmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən peşman olmasını, cavanlığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə elan elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə istifadəçisidir. Əsasən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 01:29-də Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X8 Gimnaziyasının yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra, onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onun üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra ona üzərində dövriyyəsinə qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuşdur. O, əynində olan şalvarın sol yan cibində saxlamış olduğu 02 ədəd şəffaf sellofan bükümlərini çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, birinci bükümün içərisindəki "kola" kimi tanıdığı narkotik vasitə olan heroindir və ikinci bükümün içərisindəki "pati” kimi tanıdığı psixotrop maddə olan metamfetamindir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin elektron tərəziyə qoyulub çəkilən zaman qəhvəyi rəngli “kola"’ adlanan maddənin çəkisinin 0.82 qram, ağ rəngli “patı” adlanan maddənin çəkisinin 0,88 qram olduğu müəyyən edildi. Bundan sonra isə həmin bükümlər içərisi boş halda olan kağız zərfə qablaşdırıldı. Zərfin üzərinə müvafiq qeydlər aparıldıqdan sonra o, özü də zərfin üzərinə imza çəkmiş və həmin zərf möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Çəkiliş zamanı o, həmin bükümləri "tiktok" sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının hesabına 100 manat pul göndərməklə əldə etdiyini və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Belə ki, üzərindən aşkar edilmiş 2 ədəd bükümləri İran İslam Respublikasının vətəndaşının ona "vatsap" sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi “məkan"dan, yəni saxlanıldığı yerdən bir qədər kənarda sayğacın içərisindən götürdüyünü bildirmişdir. Bundan sonra narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Bundan sonra onu Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Polis idarəsində ona hüquq və vəzifələri izah edilməklə öz istəyi ilə Sumqayıt şəhər regional vəkil bürosunun vəkili X5 ona müdafiəçi qismində təqdim edilmişdir. Onun üzərinə şəxsi axtarış başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunmuşdur. O, da əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd Samsung J2 markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı o, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X8 Gimnaziyasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılan zaman üzərində yoxlama aparıldığını, yoxlama zamanı çiynindəki cins şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümdə "kola” və 1 ədəd şəffaf sellofan bükümdə "patı" adlanan narkotik vasitələri polis əməkdaşlarına təqdim etdiyini, həmin maddələri "Tik-tok" sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran vətəndaşının hesabına 100 manat pul göndərməklə ona deyilən ünvandan şəxsi istifadəsi üçün əldə etdiyini, həmin maddənin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkisinin müəyyən edildiyi, qəhvəyi rəngli "kola" adlanan maddənin çəkisinin 0.82 qram, ağ rəngli "patı" adlanan maddənin çəkisinin 0.88 qram olduğunu bildirmişdir. Bundan sonra baxışda işirak edən Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-nin möhürü ilə möhürlənmiş ağ rəngli kağız zərfi təqdim edərək, həmin zərfin içərisində saxlanılan zaman təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə sayılan heroinə bənzər maddənin və bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan "metamfetamin"ə bənzər maddənin olduğunu bildirdi. Bundan əlavə Şahid1 qeyd etdi ki, saxlanılan zaman videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən aşkar edilən və hazırda təqdim etdiyi zərfin içərisindəki maddələr elektron tərəzidə çəkilmiş və bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə sayılan heroinə bənzər maddənin şəffaf sellofan ilə birlikdə çəkisinin 0,82 qram, bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan "metamfetamin”ə bənzər maddənin şəffaf sellofan ilə birlikdə çəkisinin 0.88 qram olduğu müəyyən edilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş bir ədəd "Samsung 12" markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü və zərfə qablaşdırılaraq DİN-nin müvafiq möhürü ilə möhürləndi. O, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmayıb. O, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 26 mart 2025-ci il tarixdə gecə radələrində "Tik-tok" sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran vətəndaşının hesabına 100 manat pul göndərməklə ona deyilən ünvandan, yəni Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X8 Gimnaziyasının yaxınlığında sayğac qutusunun içərisindən götürmüşdür və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş saat 01:29 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X8 Gimnaziyasının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predment və əşya varsa, təqdim etməsini təklif etmişlər. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş 2 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin nə olduğu soruşulduqda sonuncu birinci bükümdə "kola kimi tanıdığı narkotik vasitə olan heroin, digər bükümdə isə "patı" kimi tanıdığı narkotik vasitə olan metamfetamin olduğunu, həmin bükümləri “Tik-tok" sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İR-nın vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Tərəflərindən həmin bükümlərə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olması müəyyən edildi. Metamfetaminə bənzər maddə tərəflərindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0.88 qram olması müəyyən edilmişdir. Heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,82 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kütlələr bir ədəd boş ağ zərfə qoyulmaqla tərəflərindən qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində müvafiq sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nə təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Quliyev X4 Emil Emin oğlu ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinin 23-cü vərəqəsində olan 26 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 83-88 vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 27 mart 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 26 mart 2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması" haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüyə keçirilmiş baxışdan görünür ki, 26 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin CAŞ- nin əməkdaşları tərəfindən saat 01:29 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən X8 Gimnaziyasının yaxınlığında saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edirlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predment və əşya varsa, təqdim etməsini təklif edilmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş 2 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin nə olduğu soruşulduqda sonuncu birinci bükümdə “kola kimi tanıdığı narkotik vasitə olan heroin, digər bükümdə isə “patı" kimi tanıdığı narkotik vasitə olan metamfetamin olduğunu, həmin bükümləri “Tik-tok" sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İR-nın vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Polis əməkdaşları həmin bükümlərə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olması müəyyən edilir. Metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 0.88 qram olması müəyyən edilir. Heroinə bənzər maddə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 0.82 qram olması müəyyən edilir. Daha sonra aşkar edilmiş kütlələr bir ədəd boş ağ zərfə qoyulmaqla qablaşdırılır və iştirakçılar tərəfindən üzəri imza edilir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, əynində olan şalvarın sağ yan cibindən "Samsung J2" markalı mobil telefon aşkar olunur və təhqiqata təqdim edilməsi üçün özünə qaytarılır. Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin bükümləri yaxınlıqda olan su sayğacının içərisindən götürdüyünü, öz istifadəsi üçün əldə etdiyini, 2 il olar ki istifadə etdiyini bildirir. Cinayət işinin materiallarında olan 26 mart 2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim edilmiş əşyanın götürülməsi" haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüyə keçirilmiş baxışdan görünür ki, 26 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saat 01:26 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə salır. Sumqayıt ŞPİ-nin inzibati binasında təhqiqatçı Zaur Cəfərov özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir. Daha sonra polis əməkdaşları özlərini təqdim edir. Hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil bürosunun vəkili X5 təyin olundu. Təqsirləndirilən şəxs buna etiraz etmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirdi və şalvarının sağ yan cibində saxlamış olduğunu 01 ədəd "Samsung 12" markalı mobil telefonu təqdim etdi. Bundan sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış davam etdirilən zaman onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilmədi. Bundan sonra əməliyyat müvəkkili Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş ağ rəngli kağız zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərinə baxış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən 1 büküm narkotik vasitə olan “heroin”ə və 1 büküm psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar edildiyini, həmin "heroin”ə bənzər maddənin elektron tərəzidə çəkilərək çəkisinin 0,82 qram, “metamfetamiyə bənzər maddənin elektron tərəzidə çəkilərək çəkisinin 0,88 qram olduğu müəyyən edildiyini bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində yerləşən X8 Gimnaziyanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılan zaman üzərində yoxlama aparıldığını, yoxlama zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümdə "kola" və 1 şəffaf sellofan bükümdə "patı" adlanan narkotik vasitələri polis əməkdaşlarına təqdim etdiyini, həmin maddələri "Tik-tok" sosial şəbəkəsi vasitəsilə tanımış olduğu İran vətəndaşının hesabına 100 manat pul göndərməklə ona deyilən ünvandan şəxsi istifadəsi üçün əldə etdiyini, həmin maddələrin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkisinin müəyyən edildiyini, qəhvəyi rəngli "kola" adlanan maddənin çəkisinin 0,82 qram, ağ rəngli "patı" adlanan madddənin çəkisinin 0,88 qram olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Samsung 12” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür. Vəkil Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən və polis idarəsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olub-olmadığını soruşur. Təqsirləndirilən şəxson ona qarşı heç bir qanunsuz hərəkət olmadığını bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 26 mart 2025ci il tarixli 20/122 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim olunmuş üzərində: AR DİN "Zərflər üçün №124" möhür əksi. "Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlər; Təqsirləndirilən şəxs /imza/; Şahid1 /imza/; Şahid2 /imza/: Şahid3 /imza/" əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi : 0.660 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və 01 ədəd bükümdə təmiz çəkisi - 0,632 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş 23 may 2025-ci il tarixli 3082 nömrəli məhkəmə- narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və Psixsotimulyatoıiarın birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 11 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və qeyrilərin barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarı və 10 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilərək cinayət işi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində 05 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Naziliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-21-1/2-17896/2025 saylı məktubundan görünür ki, Binəqədi rayon məhkəməsinin 1(001)-197/2023 saylı, xx.xx.2023-cii il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində hökm və hökmün icrasına dair göstəriş xx.xx.2023-cü il tarixə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs bu günə qədər qeydiyyata alınmamış, çəkilməmiş cəza müddəti 05 ay təşkil edir. xx.xx.2023-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərar icra edilməsi üçün Binəqədi rayon polis idarəsinə göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, X7 çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2023- cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 05 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs barəsində hökm və hökmün icrasına dair göstəriş xx.xx.2023-cü il tarixə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs bugünə qədər qeydiyyata alınmamış, çəkilməmiş cəza müddəti 05 ay təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2023- cü il tarixli hökmü təyin edilmiş və çəkilməmiş 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) ay 15 on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 26 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir.faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 23 may 2025-ci il tarixli, 3082 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,610 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 0,532 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2023- cii il tarixli hökmü təyin edilmiş və çəkilməmiş 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,610 qram psixotrop maddə olan metamfetamin və 0,532 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar