Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-48/2022 09.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında 07.04.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 04 sentyabr 2020-ci il tarixdə saat 13. radələrində Zərərçəkmiş şəxs1 direktoru olduğu “Amal-D MMC” yə məxsus 501 saylı avtobus parkının həyətində olan dəmir köşkün kilidini ərazidən tapdığı dəmir parçası ilə sındırma yolu ilə içəri qanunsuz daxil olaraq, oradan “Daewoo” markalı avtobusa məxsus biri 60 manat dəyərində olan 2 ədəd yanacaq nasosu, 1 ədəd 250 manat dəyərində dinamo, 1 ədəd 300 manat dəyərində qaynaq aparatını gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 670 (altı yüz yetmiş) manat miqdarda maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkararən özgənin əmlakını talama məqsədi ilə 05.09.2020-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhər 11-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus “Zeynəb” gözəllik salonunun qapısını sıxıb açma yolu ilə içəri qanunsuz daxil olub oradan 400 manat dəyərində olan “İmerqaz” markalı su istilik sistemini, 10 manat dəyərində “Gassel” markalı qaz tənzimləyicini və 400 manat dəyərində İkvijon markalı müşahidə kamerasının yaddaş aparatını oğurlamaqla ona 810 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkararən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 24.12.2020ci il tarixdə gecə saatlarında X2 işlətdiyi Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-nin arxasında yerləşən “Panorama” kafesinə qapının şüşəsini sınırıb qanunsuz daxil olub içəridən 200 (iki yüz) manat dəyərində 01 ədəd “Samsung” markalı televizoru, hər birinin qiyməti 5,50 (beş manat əlli qəpik) manat olan ümumilikdə 110 (bir yüz on) manat dəyərində 20 ədəd 0,5 litrlik “Zvezda” markalı araqları, hər birinin qiyməti 13,50 (on üç manat əlli qəpik) manat olan ümumilikdə 81 (səksən bir) manat dəyərində 6 ədəd 1 litrlik “Ritual” markalı araqları, hər birinin qiyməti 7,60 (yeddi manat altmış qəpik) manat olan ümumilikdə 121,60 (bir yüz iyirmi bir manat altmış qəpik) manat dəyərində 16 ədəd 0,5 litrlik “Telniyaşka” araqlarını, hər birinin qiyməti 9,90 (doqquz manat doxsan qəpik) manat olan ümumilikdə 118,80 (bir yüz on səkkiz manat səksən qəpik) manat dəyərində 12 ədəd 0,700 litrlik “Telniyaşka” araqlarını, hər birinin qiyməti 13,50 (on üç manat əlli qəpik) manat olan ümumilikdə 121,5 (bir yüz iyirmi bir manat əlli qəpik) manat dəyərində 9 ədəd 1 litrlik “Telniyaşka” araqlarını, hər birinin qiyməti 0,70 (yetmiş qəpik) manat olan ümumilikdə 42 (qırx iki) manat dəyərində 60 ədəd 0,5 litrlik şüşə qablı qazlı “Sirab” sularını, hər birinin qiyməti 1,20 (bir manat iyirmi qəpik) manat olan ümumilikdə 24 (iyirmi dörd) manat dəyərində 20 ədəd 0,5 litrlik şüşə qablı “Tərxun” qazlı şirələrini, hər birinin qiyməti 1,20 (bir manat iyirmi qəpik) manat olan ümumilikdə 24 (iyirmi dörd) manat dəyərində 20 ədəd 0,5 ltrlik şüşə qablı “Düşes” qazlı şirələrini gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 842,90 (səkkiz yüz qırx iki manat doxsan qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 11 yanvar 2021-ci il tarixdən 12 yanvar 2021-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs5 məxsus Sumqayıt şəhəri, 10-cu mikroraron ərazisində yerləşən “Eyvaz” ərzaq mağazasına pəncərəsini sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oradan 1 ədədinin qiyməti 2,30 manat olmaqla ümumi dəyəri 23 manat olan 10 ədəd “Vest” markalı qalın siqareti, 1 ədədinin qiyməti 1,80 manat olmaqla ümumi dəyəri 25,2 manat olan 14 ədəd “Maqna” markalı qara nazik siqareti, 1 ədədinin qiyməti 1,80 manat olmaqla ümumi dəyəri 34,2 manat olan 19 ədəd “Maqna” markalı ağ nazik siqareti, 1 ədədinin qiyməti 1,80 manat olmaqla ümumi dəyəri 21,6 manat olan 12 ədəd “Maqna” markalı kom boz siqareti, 1 ədədinin qiyməti 1,80 manat olmaqla ümumi dəyəri 36 manat olan 20 ədəd “Maqna” markalı göy kompakt siqareti, 1 ədədinin qiyməti 3,70 manat olmaqla ümumi dəyəri 37 manat olan 10 ədəd “Sobranie” markalı ağ nazik siqareti, 1 ədədinin qiyməti 3,70 manat olmaqla ümumi dəyəri 51,8 manat olan 14 ədəd “Sobranie” markalı göy nazik siqareti, 1 ədədinin qiyməti 3,70 manat olmaqla ümumi dəyəri 48,1 manat olan 13 ədəd “Sobranie” markalı qalın vanilli siqareti, 1 ədədinin qiyməti 3,70 manat olmaqla ümumi dəyəri 55,5 manat olan 15 ədəd “Sobranie” markalı göy qalın siqareti, 1 ədədinin qiyməti 3,10 manat olmaqla ümumi dəyəri 40,3 manat olan 13 ədəd “Vinston” markalı boz kompakt siqareti, 1 ədədinin qiyməti 3,10 manat olmaqla ümumi dəyəri 43,4 manat olan 14 ədəd “Vinston” markalı boz nazik siqareti, 1 ədədinin qiyməti 3,10 manat olmaqla ümumi dəyəri 34,1 manat olan 11 ədəd “Vinston” markalı mentol kompakt siqareti,1 ədədinin qiyməti 3,10 manat olmaqla ümumi dəyəri 40,3 manat olan 13 ədəd “Vinston” markalı göy kompakt siqareti, 1 ədədinin qiyməti 2,30 manat olmaqla ümumi dəyəri 27,6 manat olan 12 ədəd “Vinçestir” markalı boz kompakt siqareti, 1 ədədinin qiyməti 3,40 manat olmaqla ümumi dəyəri 68 manat olan 20 ədəd “Kent 4” markalı nazik siqareti, 1 ədədinin qiyməti 3,40 manat olmaqla ümumi dəyəri 30,6 manat olan 9 ədəd “Kent” markalı mentol siqareti, 1 ədədinin qiyməti 2,30 manat olmaqla ümumi dəyəri 46 manat olan 20 ədəd “Pallmall” markalı mentol siqareti, 1 ədədinin qiyməti 2.30 manat olmaqla ümumi dəyəri 46 manat olan 20 ədəd “Rothmans” markalı boz kompakt siqareti, 1 ədədinin qiyməti 2,30 manat olmaqla ümumi dəyəri 43,7 manat olan 19 ədəd “Rothmans” markalı göy kompakt siqareti, 1 ədədinin qiyməti 1,80 manat olmaqla ümumi dəyəri 21,6 manat olan 12 ədəd “Vikeroy” markalı siqareti, 1 ədədinin qiyməti 1,80 manat olmaqla ümumi dəyəri 25,2 manat olan 14 ədəd “Vikeroy” markalı göy nazik siqareti, 1 ədədinin qiyməti 1,60 manat olmaqla ümumi dəyəri 24 manat olan 15 ədəd “Argo” markalı qalın qara siqareti,1 ədədinin qiyməti 1,60 manat olmaqla ümumi dəyəri 25,6 manat olan 16 ədəd “Argo” markalı qalın göy siqareti, 1 ədədinin qiyməti 2,30 manat olmaqla ümumi dəyəri 27,6 manat olan 12 ədəd “Vinçestr” markalı boz nazik siqareti, 1 ədədinin qiyməti 1,80 manat olmaqla ümumi dəyəri 25,2 manat olan 14 ədəd “Veqas” markalı boz nazik siqareti, 1 ədədinin qiyməti 1,80 manat olmaqla ümumi dəyəri 16,2 manat olan 9 ədəd “Veqas” markalı göy nazik siqareti, 1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 40 manat olan 20 ədəd “Vant” markalı boz nazik siqareti, 1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 30 manat olan 15 ədəd “Vant XS” markalı qalın siqareti, 1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 24 manat olan 12 ədəd “Vant” markalı qara nazik siqareti, 1 ədədinin qiyməti 1,80 manat olmaqla ümumi dəyəri 27 manat olan 15 ədəd “Keno” markalı nazik siqareti, 1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 28 manat olan 14 ədəd “Vant XS” markalı nazik siqareti, 1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 16 manat olan 8 ədəd “Vant” markalı göy nazik siqareti, 1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 14 manat olan 7 ədəd “Vant” markalı ağ nazik siqareti, 1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 30 manat olan 15 ədəd “Klassik” markalı kompakt boz siqareti, 1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 24 manat olan 12 ədəd “Klassik” markalı göy siqareti, 1 ədədinin qiyməti 1,60 manat olmaqla ümumi dəyəri 17,6 manat olan 11 ədəd “Argo” markalı nazik göy siqareti,1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 30 manat olan 15 ədəd “Senat” markalı nazik qızılı siqareti, 1 ədədinin qiyməti 1,60 manat olmaqla ümumi dəyəri 25,6 manat olan 16 ədəd “Ağ Bakı” markalı kompakt siqareti, 1 ədədinin qiyməti 1,60 manat olmaqla ümumi dəyəri 20,8 manat olan 13 ədəd “Ağ Bakı” markalı nazik siqareti, 1 ədədinin qiyməti 1,60 manat olmaqla ümumi dəyəri 22,4 manat olan 14 ədəd “Ağ Bakı” markalı siqareti, 1 ədədinin qiyməti 3,40 manat olmaqla ümumi dəyəri 34 manat olan 10 ədəd “Davidov” markalı boz kompakt siqareti, 1 ədədinin qiyməti 1,60 manat olmaqla ümumi dəyəri 19,2 manat olan 12 ədəd “Prima” markalı göy siqareti, 1 ədədinin qiyməti 3,40 manat olmaqla ümumi dəyəri 40,8 manat olan 12 ədəd “Kent 8” markalı siqareti, 1 ədədinin qiyməti 3,40 manat olmaqla ümumi dəyəri 27,2 manat olan 8 ədəd “Kent 4” markalı siqareti, 1 ədədinin qiyməti 3,10 manat olmaqla ümumi dəyəri 24,8 manat olan 8 ədəd “Vinston” markalı göy kompakt siqareti, 1 ədədinin qiyməti 2,30 manat olmaqla ümumi dəyəri 23 manat olan 10 ədəd “Vinçestr” markalı qara nazik siqareti, 1 ədədinin qiyməti 2,30 manat olmaqla ümumi dəyəri 27,6 manat olan 12 ədəd “Rothmans” markalı çiyələkli siqareti, 1 ədədinin qiyməti 2,30 manat olmaqla ümumi dəyəri 27,6 manat olan 12 ədəd “Vinçestr” markalı boz qalın siqareti, 1 ədədinin qiyməti 2,30 manat olmaqla ümumi dəyəri 18,4 manat olan 8 ədəd “Vinçestr” markalı göy qalın siqareti, 1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 20 manat olan 10 ədəd “Senat” markalı qalın siqareti, 1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 24 manat olan 12 ədəd “Klassik” markalı kompakt qara siqareti, 1 ədədinin qiyməti 3,40 manat olmaqla ümumi dəyəri 30,6 manat olan 9 ədəd “Davidoff” markalı sarı uzun siqareti, 1 ədədinin qiyməti 1,60 manat olmaqla ümumi dəyəri 24 manat olan 15 ədəd “Argo” markalı qara nazik siqareti, 1 ədədinin qiyməti 2,30 manat olmaqla ümumi dəyəri 27,6 manat olan 12 ədəd “Pallmall” markalı mandarinli siqareti, 1 ədədinin qiyməti 3,10 manat olmaqla ümumi dəyəri 40,3 manat olan 13 ədəd “Vinston” markalı uzun boz nazik siqareti, 1 ədədinin qiyməti 3,10 manat olmaqla ümumi dəyəri 34,1 manat olan 11 ədəd “Vinston” markalı qara qalın siqareti, 1 ədədinin qiyməti 1,60 manat olmaqla ümumi dəyəri 22,4 manat olan 14 ədəd “More” markalı göy qalın siqareti, 1 ədədinin qiyməti 2,00 manat olmaqla ümumi dəyəri 26 manat olan 13 ədəd “Vant X” markalı qalın qara siqareti, 1 ədədinin qiyməti 1,90 manat olmaqla ümumi dəyəri 28,5 manat olan 15 ədəd “Kingsmon” markalı kompakt göy siqareti, 1 ədədinin qiyməti 3,40 manat olmaqla ümumi dəyəri 47,6 manat olan 14 ədəd “Kent” markalı kompakt boz siqareti, 1 ədədinin qiyməti 1,60 manat olmaqla ümumi dəyəri 56 manat olan 35 ədəd “Alpengold” markalı şokalad, 01 ədəd 9,20 manat dəyərində 0,7 litrlik “Bely volk” markalı arağı, 01 ədəd 5,80 manat dəyərində 0,5 litrlik “Yakor” markalı arağı, 01 ədəd 5,40 manat dəyərində 0,5 litrlik “Prostol” markalı arağı, 01 ədəd 9,20 manat dəyərində 0,5 litrlik “Maroşa” markalı arağı, 01 ədəd 10,20 manat dəyərində 1,0 litrlik “Oazis” markalı arağı, 01 ədəd 12,50 manat dəyərində 1,0 litrlik “Mamedoff” markalı arağı, 01 ədəd 5,80 manat dəyərində 0,5 litrlik “Orel Ağsu” markalı arağı, 01 ədəd 5,00 manat dəyərində 1 litrlik “İvanovka” markalı çaxırı və 40 (qırx) manat nağd pulu gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxs Əlövsət Eyvazova 2021,60 (iki min iyirmi bir manat altmış qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən 16.05.2021-ci il tarixdə təxminən saat 12 radələrində özgə əmlakını gizli yolla talamaq məqsədi ilə Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Leyla” mebel salonunun şüşəsini sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq oradan özü ilə gətirdiyi vintaçan və kəlbətin vasitəsilə 1 ədədinin qiyməti 6500 manat olan ümumilikdə 13000 manat dəyərində iki ədəd şkaf kondisionerin ehtiyyat hissələrini, 2000 manat dəyərində transformatorun ehtiyyat hissələrini, 1 ədədinin qiyməti 600 manat olan ümumilikdə 1200 manat dəyərində iki ədəd “Bakı” markalı kondisionerlərin ehtiyyat hissələrini, qiyməti 1000 manat olan bir ədəd monitor, qiyməti 100 manat olan 500 GB yaddaşı olan bir ədəd DVR, bir ədədinin qiyməti 25 manat olan ümumilikdə 375 manat dəyərində 25 ədəd müxtəlif markalı 2 megapixellik videomüşahidə kameralarını, ümumilikdə 2000 manat dəyərində hər birinin uzunluğu yüz metr olan iyirmi top müxtəlif təyinatlı naqilləri, ümumilikdə 4000 manat dəyərində mühafizə sistemi aparatlarını, ümumilikdə 1500 manat dəyərində yanğın təhlükəsizlik sisteminin komplekt aparatlarını gizli yolla talayaraq sonuncuya 25175 (iyirmi beş min yüz yetmiş beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 16.05.2021ci il tarixdə təxminən saat 12:00 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən “Leyla” mebel salonunun yaxınlığından keçən zaman salonun işlək vəziyyətdə olmadığını, ətrafda gözətçi, eləcə də kənar şəxsin olmadığını görüb həmin salonun kondisionerinin içərisində olan əlvan metalları çıxartmışdır. Bundan başqa 05.09.2020-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində gəzişən zaman alminium qapısı olan “Zeynəb” gözəllik salonunun işıqlarının yanmadığını görmüş və həmin gözəllik salonuna qanunsuz daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Gözəllik salonuna daxil olmuş, içəridən 01 ədəd su istilik sistemini, həmin sistemin qaz tənzimləyicisini və müşahidə kamerasının yaddaş aparatını götürmüşdür. Digər epizodlar üzrə olan oğurluq əməllərinin onun tərəfindən törədilmədiyini bildirdi. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünüqismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 228.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 dəfə məhkum olunmuş, sonuncu məhkumluğu ödənilməmişdir. Subay və işsizdir. Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, ona dair düşmənçilik və ədavət münasibəti olmamışdır. Maddi vəziyyəti yaxşı olmadığından oğurluq etmək niyyətində olmuşdur. 16.05.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Sumqayıt şəhəri, 43cü məhəllədə yerləşən “Leyla” mebel salonunun yaxınlığından keçən zaman salonun işlək vəziyyətdə olmadığını, ətrafda gözətçi, eləcə də kənar şəxsin olmadığını görüb həmin salona daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə salonun yan tərəfindəki pəncərəsinin şüşəsini qırıb həmin yerdən içəri xəlvətcə daxil olmuşdur. Özü ilə gətirdiyi vintaçan və kəlbətinin köməkliyi ilə salonun birinci mərtəbəsindəki iki ədəd şkaf kondisionerin içərisini, 1 ədəd transformatorun içərisini, iki ədəd “Bakı” kondisionerlərin içərisini söküb içərisindəki əlvan metalları çıxartmışdır. Sonra ikinci mərtəbəyə qalxmışdır. Oradan bir ədəd monitor, bir ədəd DVR-i yerindən çıxarıb birinci mərtəbəyə gətirib qoymuşdur. Sonra birinci mərtəbədən başlayıb 15 ədəd videomüşahidə kamerasını, müxtəlif naqilləri yerindən çıxara-çıxara ikinci mərtəbəyə qalxıb kamera və naqilləri də söküb birinci mərtəbəyə daşımışdır. Bundan sonra hər iki mərtəbədə quraşdılmış mühafizə sistemi aparatları, yanğın təhlükəsizlik sisteminin komplekt aparatlarını bir-bir çıxarıb birinci mərtəbəyə daşımışdır. Salonda tapdığı sellafon torbalara oğurladığı əşyaları yığıb salondan çıxardıb oğurladığı əşyaları Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 14 mərtəbə deyilən yaşayış binasının 3-cü blokunun zirzəmisinə aparmış, daha sonra isə oğurladığı əşyalardan misləri götürüb saat təxminən 14 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində dəmir və əlvan metal alıcısı kimi tanıdığı Muradın yanına getmiş, ona əlində mis olduğunu və satmaq istədiyini bildirmişdir. Murad adlı şəxs onun verdiyi misi tərəzidə çəkərək çəkisinin 800 qram olduğunu müəyyən etmiş və bunun müqabilində ona 11 manat 10 qəpik pul vermişdir. Muraddan pulu aldıqdan sonra yenidən oğurladığı əşyaları gizlətdiyi zirzəmiyə qayıtmış və oğurladığı əşyaları götürüb satmaq üçün 45-ci məhəllə ərazisində alıcı axtarmışdır. Həmin gün, yəni 16 may 2021-ci il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində tanımadığı şəxsə özünə məxsus avadanlıqları satmaq istədiyini bildirmişdir. Həmin şəxs isə təqdim etdiyi əşyalara baxıb həmin əşyalardan kompyuterin ehtiyat hissələri və digərlərinə nisbətən nasaz halda olan 2 ədəd videomüşahidə kamerasından başqa qalan əşyaları 500 manata ala biləcəyini bildirmişdir. O da həmin şəxsin təklifi ilə razılaşıb həmin əşyaları və naqilləri ona 500 manata satmışdır. Bundan sonra Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisinə gəlmiş və “Arzu” marketin qarşısında dayanmış, “Vaz 2107” markalı avtomobillə taksi kimi işləyən Furiddin adlı kişiyə yaxınlaşıb əlində olan torbadakı 2 ədəd videomüşahidə kamerasını və kompyuterin ehtiyat hissələrini ona göstərib satmaq istədiyini bildirmişdir. Firuddin isə həmin əşyalara ehtiyacı olmadığını bildirmişdir. O isə əlindəki torbanı yaxınlıqdakı köşkün yanına qoyub Firuddinə də bildirmişdir ki, kim istəsə götürə bilər. Oğurluğu məhsulları satdığı şəxlsərin heç biri həmin əmlakların oğurluq olmasından məlumatlı olmamışlar. Əldə etdiyi gəliri xərcləmişdir. Bundan başqa 04.09.2020-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Əşya bazarı ərazisində yerləşən avtobus parkına yaxın ərazidə gəzişmiş, bir neçə dəqiqə keçdikdən sonra avtobus parkında olan köşk gözünə dəymiş və şərait olduğu halda oradan oğurluq etmək qərarına gəlmişdir. Köşkü biraz müşahidə etdikdən sonra oranı mühafizə edən heç kimin olmadığına əmin olub köşkə yaxınlaşmış və özündə olan manitrovka ilə köşkün qapısının üzərində olan kilidi sındırıb içəri daxil olmuşdur. İçəridə olan əşyaların tam nə olduğunu bilmədiyi üçün oradan yalnız 02 ədəd yanacaq nasosu, 01 ədəd avtobus dinamosu və 01 ədəd qaynaq aparatını qapının girəcəyinə qoymuşdur. Sonra oğurladığı əmlakları hissə-hissə oradan çıxarmış və avtobus parkına yaxın bir yerdə gizlətmişdir. Gündüz vaxtı olduğu üçün həmin əşyaları özü ilə aparıb şübhə yaratmaq istəməmişdir. Həmin günü gecə saatlarında oğurladığı əşyaları gizlətdiyi yerə gedib oradan götürmüş və Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində olan qarajların arasında gizlətmişdir. Təxminən 4-5 gün keçdikdən sonra oğurladığı əşyaları tanımadığı şəxslərə Sumqayıt şəhəri ərazisində yerləşən Daş bazarı ərazisində müxtəlif qiymətlərə satmış, satışdan ümumilikdə 310 manat pul əldə etmişdir. Oğurluq edən zaman tək olmuş, əldə etdiyi 310 manat pula özü üçün yemək alıb yemişdir. Bundan başqa 05.09.2020-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində gəzişən zaman alminium qapısı olan “Zeynəb” gözəllik salonunun işıqlarının yanmadığını görmüş və həmin gözəllik salonuna qanunsuz daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Gözəllik salonuna yaxınlaşmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra gözəllik salonun qapısını üzərində olan vintaçanla sıxıb açaraq içəri daxil olmuşdur. Sonra içəridən 01 ədəd su istilik sistemini, həmin sistemin qaz tənzimləyicisini və müşahidə kamerasının yaddaş aparatını götürmüşdür. Bundan sonra həmin əşyaları özü ilə götürüb oradan çıxıb getmişdir. Müşahidə kamerasının yaddaş aparatını oğurlamaqda əsas məqsədi oğurluq zamanı çəkilmiş görüntülərin polis tərəfindən əldə edilməməsi olmuşdur. Oğurluqdan əldə etdiyi 01 ədəd su istilik sistemini və qaz tənzimləyicisini səhəri gün 85 manata tanımadığı şəxsə Sumqayıt şəhəri Daş bazarı deyilən yerdə satmışdır. Yaddaş aparatını isə hissələrə parçalayaraq müxtəlif zibilxanalara atmışdır. Oğurluq edən zaman tək olmuş, əldə etdiyi 85 manat pula özü üçün yemək alıb yemişdir. Bundan başqa mən 24.12.2020-ci il tarixdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12nin arxa hissəsində yerləşən “Panorama” kafesindən oğurluq etmək qərarına gəlmiş və buna görə də, havanın qaralmasını gözləmişdir. Hava qaraldıqdan sonra isə həmin kafenin yaxınlığına getmişdir. Həmin kafenin işıqları yanmırmış və o içəridə heç kimin olmadığına əmin olmuşdur. Bundan sonra ətrafa göz gəzdirmiş, heç kimin olmadığına əmin olduqdan sonra kafenin yan tərəfinə yaxınlaşmış və özü ilə gətirdiyi dəmir parçası ilə kafenin yan tərəfində olan kiçik şüşə pəncərəni sıxaraq sındırıb içəri daxil olmuşdur. Bundan sonra içəridə olan divardan 01 ədəd “samsung” markalı televizor, bir neçə ədəd müxtəlif həcmli araqlar, bağlama formasında bir neçə ədəd su, həmçinin eyni formada şirələri oğurlayıb kafenin qapısını sındırıb açaraq oradan çıxıb özü ilə gətirdiyi arabaya yığmışdır. Bundan sonra araba ilə həmin yerdən uzaqlaşmış və oğurladığı əmlakları müxtəlif yerlərdə gizlətmişdir. Səhəri gün isə şirələri, araqları və suları tanımadığı müxtəlif şəxslərə və köşklərə müxtəlif qiymətlərə, televizoru isə tanımadığı adama satmış və ümumilikdə 635 manat pul əldə etmişdir. Hadisə zamanı tək olmuş, oğurluq nəticəsində əldə olunmuş əmlakı satdığı şəxsləri və köşkləri tanımır, oğurluq nəticəsində əldə etdiyi pula özünə yeyinti məhsulları almışdır. Bundan başqa 11.01.2021-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində olan zaman ön qapısının dəmir barmaqlı qapı ilə örtülü olan mağazanın işıqlarının sönülü olduğunu görmüş, bir neçə dəfə həmin mağazanın qarşısında sağa və sola hərəkət edib mühafizəçisinin olub olmadığını yoxlamış, mühafizəçinin olmadığına əmin olduqdan sonra mağazaya yaxınlaşmışdır. Mağazanın qarşısında olan dəmir hasarın sol tərəfindən atlayıb orada olan soyuducunun üzərinə çıxmışdır. Soyuducunun üzərindən mağazanın qabaq tərəfindən plastikdən olan nəfəsliyi sıxıb açaraq içəri daxil olmuşdur. İlk öncə oğurluq etdikdən sonra gəldiyi yolla qayıdacağını planlamışdır. İçəridə piştaxtada olan müxtəlif növ siqaretləri, spirtli içkiləri, bir neçə ədəd “Alpengold” şokoladları və miqdarını bilmədiyi qəpikləri oğurlamış, siqaretlər, spirtli içkilər və şokoladları özü ilə gətirdiyi kisəyə yığmış, qəpikləri isə paltarının cibinə yığmışdır. Bundan sonra mağazada rəfin üzərində topa şəklində açar görmüşdür. Həmin açarları götürüb mağazanın arxa qapısını açmağa çalışmışdır. Lakin həmin açarların heç biri qapıya düşməmişdir. Araqları götürən zaman yerə düşmüş dəftərin arasındakı açarı da yoxlamışdır. Həmin açar arxa qapının açarı olmuşdur. Sonra arxa qapını açıb oradan çıxıb iti addımlarla həmin yerdən uzaqlaşmışdır. Həmin günün səhərisi oğurladığı siqaretləri, spirtli içkiləri və şokoladları Sumqayıt şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdir. Oğurladığı əmlakları satdıqdan sonra ona 610 manat pul qalmışdır. Əldə etdiyi pula özünə yəmək almışdır. Oğurluq edən zaman tək olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “Zeynəb” gözəllik salonu ona məxsusdur. Həmin gözəllik salonu təxminən 5 ay olar ki, pandemiya xəstəliyi ilə əlaqədar olaraq işləmirmiş, lakin ara bir gedib salona baxıb nəzarət etmişdir. 03.09.2020-ci il tarixdə salona baxdıqda hər şey qaydansında olmuş və alminium qapını bağlayıb ordan çıxmışdır. 06.09.2020-ci il tarixdə saat 20:50 radələrində yenidən gözəllik salonuna baxmağa getmiş və açarı salıb qapını açmaq istədikdə qapının açıq olmasını görmüş və salonda “İmerqaz” 24-lük markalı su istilik sistemi, onunla birlikdə olan qazın tənzimləyicisi və içəridə olan görüntü müşahidə kamerasının yaddaş aparatının yerində olmadığını görüb oğurluq barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. “İmerqaz” 24-lük markalı su istilik sistemini təxminən iki il bundan öncə 1200 (min iki yüz) manata, elə həmin vaxt istilik sisteminə qoşulan “Gassel” markalı qazın tənzimləyicisini 80 (səksən) manata, müşahidə kamerasının “İkvijon” markalı yaddaş aparatını isə oğurluq olmamışdan təxminən iki il öncə 400 (dörd yüz) manata almışdır. İmerqaz” 24-lük markalı su istilik sistemi, onunla birlikdə olan istilik sisteminə qoşulan “Gassel” markalı qazın tənzimləyicisi və müşahidə kamerasının “İkvijon” markalı yaddaş aparatının naməlum şəxs (lər) tərəfindən oğurlanması hadisəsi nəticəsində ona ümumilikdə 1.680 (min altı yüz səksən) manat maddi ziyan dəymişdir. Ona dəyən maddi ziyan ödənilməmişdir. Hesab edir ki, ona məxsus “Zeynəb” gözəllik salonunda olan oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 17.05.2021-ci il tarixdə özünə məxsus olan Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Leyla” mebel evi kimi tanınan obyektə baş çəkməyə getmişdir. Baş çəkən zaman üzbəüz sol yan şüşənin sındırılması yolu ilə içər daxil olan naməlum şəxs və ya şəxlərin içəridən müxtəlif əşyalar oğurladığını bilib dərhal 102 xidmətinə məlumat vermişdir. Naməlum şəxs və ya şəxslər içəridən bir ədədinin qiyməti 6500 (altı min beş yüz) manat olan üç fazalı modelini bilmədiyi 02 ədəd şkaf kondisionerlərinin içərisini (mis və mator sistemini), qiyməti 2000 (iki min) manat olan bir ədəd transformatorun içərisini, birinin qiyməti 600 (altı yüz) manat olan iki ədəd Bakı kondisionerlərinin içərisini, 1000 (bir min) manat qiymətində bir ədəd iri monitoru, qiyməti 500 (beş yüz) manat olan bir ədəd DVR-i, bir ədədinin qiyməti 15 (on beş) manat olan on beş ədəd müxtəlif markalı videomüşahidə kameralarını, ümumi qiyməti 2000 (iki min) manat olan hər birinin uzunluğu yüz metr olan iyirmi top, ümumi uzunluğu iki min metr olan siqanlizasiya, işıq və internet xətt kabellərini, qiyməti 4000 (dörd min) manat olan Mühafizə Polisinin komplekt mühafizə sistemi aparatlarını və qiyməti 1500 (bir min beş yüz) manat olan yanğın təhlükəsizliyi sisteminin komplekt aparatlarının oğurlanması nəticəsində ona ümumilikdə 25950 (iyirmi beş min doqquz yüz əlli) manat maddi ziyan dəymişdir. Ona dəyən maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, 12 saylı binanın arxa hissəsində ona məxsus “panorama” adlı kafe vardır. 08.12.2020-ci il tarixdə koronavirus pandemiyasına yoluxduğu üçün xəstəxanada müalicə olunmuşdur. Kafedə administrator işləyən Səxavət isə o olmadan onun icazəsi ilə 11.12.2020-ci il tarixədək kafeni işlətmişdir. 25.12.2020-ci il tarixdə saat 08-09 radələrində kafenin yanında qəssab işləyən Elçin ona zəng vuraraq kafenin qapısının açıq olduğunu, qapının yanında olan şüşənin sındığını bildirmişdir. O dərhal kafedə administrator işləyən Səxavətə və qardaşı Arzuya zəng vuraraq kafeyə getmələrini bildirmişdir. Saat 10-11 radələrində qardaşı Səxavət ona zəng vuraraq kafenin yanında olan nəfəsliyin naməlum şəxs tərəfindən sıxılaraq açıldığını, kafenin giriş qapısının kilidinin qırıldığını, giriş qapısının yanında olan şüşənin qırıldığını, qabqacaqların qırıldığını, kafedən divara vurulmuş 2 il bundan qabaq 450 manata aldığı 82 diaqonallı, “samsung” markalı televizorun, 20 ədəd 500 ml olan hər birinin qiyməti 5,50 manat olan “Zvezda” arağının, 6 ədəd 1 litrlik olan hər birinin qiyməti 13,50 manat olan “Ritual” markalı arağın, 16 ədəd 500 ml olan hər birinin qiyməti 7,65 manat olan “Telniyaşka” arağının, 12 ədəd 700 ml olan birinin qiyməti 9, 90 manat olan “Telniyaşka” arağının, 9 ədəd 1 litrlik olan hər birinin qiyməti 13,50 manat olan “Telniyaşka” markalı arağın, 60 ədəd 0,5 ml olan hər birinin qiyməti 0,75 manat olan, şüşə qabda qazlı “Sirab” sularının 20 ədəd 0,5 ml olan, birinin qiyməti 1,25 olan şüşə qablı Tərxun qazlı şirələrin, 20 ədəd şüşə qabda 0,5 ml, birinin qiyməti 1,25 qəpiyə olan düşes qazlı şirələrinin oğurlanmasını bildirmişdir. Həmin vaxt xəstə olduğu üçün şikayət etmək üçün 1-ci PB-yə getməmişdir. Onun əvəzindən qardaşı Arzu Həsənov 1-ci PB-də ərizə yazmışdır. Qeyd olunan kafe və oradan oğurlanan əmlaklar ona məxsusdur. Televizorun oğurlanması nəticəsində ona 450 manat, araqların, qazlı su və şirələrin oğurlanması nəticəsində isə ona 648,7 manat maddi ziyan dəymişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 11.01.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində həmişə olduğu kimi yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 7 saylı binanın yanında yerləşən özünə məxsus “EYVAZ” adlı ərzaq mağazasının qapı və pəncərəsini bağlayaraq evə getmişdir. 12.01.2021-ci il tarixdə təxminən saat 09 radələrində mağazaya gələndə görmüşdür ki, naməlum şəxs (şəxslər) tərəfindən mağazanın qabaq tərəfindən plastikdən olan nəfəslik sıxıb açılaraq içəri daxil olunmuş və içəridə olan tütün məmulatları, spirtli içkilər, 40 manat qəpik əskinazlarla nağd pul və “Alpengold” şokoladları oğurlanmışdır. Mağazadan ümumilikdə müxtəlif növdə 69 manat dəyərində spirtli içki, 56 manat dəyərində 35 ədəd “Alpengold” şokoladları, 40 manat qəpik formasında pul və 1944 manat dəyərində müxtəlif növdə siqaretlər oğurlanmışdır. Bu hadisə nəticəsində ona ümumilikdə 2109 manat ziyan dəymişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC naqliyyat firmasıdır və ona təxminən 15-ildir ki rəhbərlik edir. Həmin firmanın həyətində balaca dəmir köşk var və nəqliyyatlara lazım olan ehtiyyat hisslərini oraya yığılır. 04 sentyabr 2020-ci il tarixdə saat 12:00 radələrində oradan çıxaraq öz işləri ilə bağlı başqa yerə getmiş və orada olan mühafizəçi da günorta olduğundan yemək yeməyə getmişdir. Təxminən 17:00 radələrində oraya gəldikdə həmin dəmir köşkün kilidinin sınılı olduğunu görmüş və oğurluq olduğunu anlamışdır. Daha sonra “102” xidmətinə məlumat vermiş, oraya 4-cü Polis Bölməsinin əməkdaşları gəlmişlər və onlar oraya baxış keçirmişlər. Həmin vaxtı orada olan “Daewoo” markalı avtobusa məxsus iki ədəd yanacaq nasosunun, 1 ədəd həmin avtobusa məxsus dinamonun və 1 ədəd qaynaq aparatının olmadığını, oğurlandığını görmüşdür. “Daewoo” markalı avtobusa məxsus yanacaq nasosunun biri 900 manat, dinamo 450 manat, qaynaq aparatı isə 300 manatdır və oğurluq nəticəsində ona ümumilikdə 2550 (iki min beş yüz əlli) manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 noyabr 2020-ci il tarixli, 9/4048 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci lin sentyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 370,00 manat müəyyən edilir. O cümlədən “Daewoo” markalı avtobusa məxsus 2 ədəd yanacaq nasosları -120,00(2x60) manat, 1 ədəd dinamo-250,00 manat, 1 ədəd qaynaq aparatının markası, modeli, texniki göstəriciləri və sair aydın olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 mart 2021-ci il tarixli, 9/663 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən müxtəlif markalı malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 842,90 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq 10 avqust 2021-ci il tarixli, 9/5481 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda malların 2021-ci ilin may ayına olan orta istismar müddəti və orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 475,0 manat müəyyən edilir. Qərarda göstərilən digər 02 ədəd şkaf kondisionerlərinin içərisi (mis və mator sistemini), bir ədəd transfarmatorun içərisi, iki ədəd Bakı kondisionerlərinin içərisi, bir ədəd iri monitor, hər birinin uzunluğu yüz metr olan iyirmi top, ümumi uzunluğu iki min metr olan siqnalizasiya, işıq və internet xətt kabelləri, haqqında kifayət qədər məlumat(markası, modeli, ölçüləri və.s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq 10 avqust 2021-ci il tarixli, 9/5482 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 70 adda malların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1981,60 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 avqust 2021-ci il tarixli, 9/5483 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda malların 2020-ci ilin sentyabr ayına olan orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 410,0 manat müəyyən edilir. Qərarda göstərilən digər “İkvijoy” markalı yaddaş aparatı haqqında kifayət qədər məlumat(modeli, yaddaşı və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21.05.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 22.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21.05.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, X1 məxsus Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən, “Leyla” mebel evi kimi tanınan obyektdən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış iki ədəd video müşahidə kamerası, kompyuterin ehtiyat hissələri olan avadanlıqlar və 800 qram mis onun tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 11.08.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid2 və Şahid1, eləcə də istintaqla müəyyən edilməyən şəxslərin Təqsirləndirilən şəxs almış olduqları əmlakların sonuncu tərəfindən cinayət yolu ilə əldə edilməsindən məlumatları olması ibtidai istintaqla müəyyən edilmədiyindən onların barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin hökmündən və DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.07.2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirilməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və tədqiq edilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin elan edilmiş ifadələrini tətqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 21.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Şahid2 təqdim etdiyi iki ədəd video müşahidə kamerası və kompyuterin ehtiyat hissələri olan avadanlıqlar, Şahid1 təqdim etdiyi 800 qram çəkidə mis məmulatlar saxlanılmasından ötrü sahibi X1 təhvil verilməsi nəzərə alınmalı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 250 (iki yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Şahid2 təqdim etdiyi iki ədəd video müşahidə kamerası və kompyuterin ehtiyat hissələri olan avadanlıqlar, Şahid1 təqdim etdiyi 800 qram çəkidə mis məmulatlar saxlanılmasından ötrü sahibi X1 təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 250 (iki yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-48/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-48/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver