Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-48/2024 12.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin binasında xx xxxx 1977-ci ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Çölbeşdəli ərazi dairəsi Çölbeşdəli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə saat 21:10 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 7/10 ünvanında yerləşən yaşayış binasında yaşayan boşanma ərəfəsində olduğu arvadı Qanuni nümayəndə kirayəşin yaşadığı mənzilə gəldikdən sonra sonuncunun ona mənzilə daxil olmasına icazə verməməsi səbəbindən çıxıb gedərkən, binanın dəhlizində qarşılaşdığı oğlu, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun sağ qol nahiyəsinə vurub ona sağ saidin orta 1/3-nin arxa səthinin 03 (üç) ədəd kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs oğludur. Təxminən bir il əvvəl həyat yoldaşı Qanuni nümayəndə ilə aralarında narazılıq yarandığından böyük oğlunu və qızlarını götürüb evdən çıxıb getmiş, həmin müddətdən sonra müxtəlif ərazilərdə kirayəşin yaşamışdır. Həmçinin rəsmi nikahlarının ləvğ edilməsi üçün məhkəməyə müraciət etmiş, hazırda Sumqayıt Şəhər Məhkəməsində bununla bağlı məhkəmə çəkişməsi davam etməkdədir. Özü isə kiçik oğlu ilə birlikdə yaşamış, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə həyat yoldaşı və uşaqlarına evdəki müəyyən məişət əşyalarının lazım olduğunu fikirləşdiyindən yaşadığı evdən müəyyən məişət əşyalarını götürüb onların hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən evə aparmış, həyat yoldaşı və oğlu Ayxanla ilə aralarında mübahisə yaranmış və o, oğlunu vurmuşdur. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl anası Təranə və atası Eldəniz arasında ailə daxili münaqişə yarandığından, atası onların rahat yaşamalarına imkan vermədiyindən yaşadıqları evi tərək edərək anası və bacısı ilə birlikdə ünvan 1 ünvanında kirayəşin yaşamışlar. Anası atasından ayrılması, rəsmi nikahlarının ləvğ edilməsi üçün məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq atası Eldəniz yenə onları rahat buraxmamış, tez-tez yaşadıqları evə gəlib narahatçılıqlarına səbəb olan hərəkətlər etməyə davam etmişdir. Bununla bağlı dəfələrlə atası Eldəniz barəsində müxtəlif orqanlara müraciət etmişlər, lakin onun barəsində hec bir ölcü götürülməmişdir. Sonuncu belə bir hal xx.xx.2023-cü il tarixdə baş vermiş, həmin gün saat 21:10 radələrində atası Eldəniz yenidən yaşadıqları ünvana gəlmiş, onlara məxsus müəyyən əşyaları gətirmiş, bundan sonra o gətirdiyi əşyaları dayaşıyıb yaşadıqları evin giriş qapısının qarşısına yığmışdır. Ancaq anası qapını açmamış, atası ilə binanın dəhlizində (podyez) qarşılaşmış, həmin vaxt yanlarında kənar şəxs olmamışdır. Atası ilə qarşılaşanda atası onu kənara çəkib bütün olanlarda onu günahlandırmış, sonra isə əynindəki şalvarın sağ yan cibindən bıçaq çıxardıb üzünə zərbə vurmaq istəmiş, özünü müdafiə etmək üçün sağ əlini onun vurduğu zərbənin qarşısına verib özünü müdafiə etmək istədikdə, o əlini tutub boynuna salmış, sonra isə əlindəki bıçaqla sağ qoluna dörd zərbə vurmuşdur. Bundan sonra əlindəki suyu onun üzünə vurub ordan qaçıb getmiş, sonradan qoluna baxdıqda atasının vurduğu zərbələrdən sonra qolunda dörd ədəd kəsik xəsarətlərinin yarandığını görmüş, daha sonra isə ona tibbi yaradım göstərilməsi üçün Sumqayıt şəhər TTY xəstəxanasına müraciət etmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 21:10 radələrində yaşadığı binanın dəhlizində (podyez) baş vermiş, həmin vaxt yanlarında heç kim olmamış, hadisə vaxtı hava qaranlıq olduğundan atasının ona xəsarət yetirdiyi bıçağı görə bilməmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 862 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzrəndə aşkar olunan xəsarətlər- sağ saidin orta 1/3-nin arxa səthinin 03 (üç) ədəd kəsilmiş yaraları xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənara və uca malik ola bilən əşyanın ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına gəlməkdən boyun qaçırdığına görə barəsində axtarış elan edilmiş və tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSYnə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 58-4/2-12023/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri 2-4-cü məhəllə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığına görə həmin maddələr ilə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-48/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-48/2024
12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver