Məhkəmə qərarları › İş №1(060)-480/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-480/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-480/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı X2, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2l iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1979-cu ildə Kəlbəcər rayonu, Qılınclı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-texniki təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim edərək və vəzifədə işləyən digər tanışlarının olması və onların vasitəsi ilə dayandırılmış təqaüdləri bərpa edə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunun qızı Şahid5, qaynı Şahid7 və qohumu X5 dayandırılmış təqaüdlərini bərpa edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 12.000 (on iki min) manat pul istədikdən sonra, 2022-ci ilin yanvar ayından mart ayına kimi olan müddətdə hissə-hissə olmaqla, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 4169 7385 1104 5084 saylı kart hesabına Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Bravo" adlı mağazada olan ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1900 (bir min doqquz yüz) manat, həmin tarixdə yenidən eyni qaydada göndərdiyi 100 (bir yüz) manat, xx.xx.2022-ci il tarixdə eyni qaydada göndərdiyi 4.000 (dörd min) manat, xx.xx.2022-ci il tarixdə eyni qaydada göndərdiyi 2.000 (iki min) manat, 2022-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs2 özündən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Xırdalan dairəsi" adlanan yerdə aldığı 1.000 (bir min) manat və xx.xx.2022-ci tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində “Qəbələ" restoranın yanında aldığı 2.600 (iki min altı yüz) manat, ümumilikdə 11.600 (on bir min altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 yoluxduğu hepatit “b" və “d” xəstəliyindən müəlicə olunmaq üçün dövlət xətti ilə Türkiyə Respublikasına və İsrail Respublikasına göndərməyə yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs1 15.090 (on beş min doxsan) manat məbləğində pul istədikdən sonra, sonuncunun xahişi ilə anası Şahid3 vasitəsi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində 2022-ci ilin mart-aprel aylarında hissə-hissə ödədiyi ümumilikdə 10.300 (on min üç yüz) manat pulu aldıqdan sonra, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdabad qəsəbəsi ərazisində ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus “Kapital Bank’’ ASC-yə aid 4169 7385 1104 5084 saylı kart hesabına göndərdiyi 1700 (bir min yeddi yüz) manat, xx.xx.2022-ci il tarixdə Beylaqan rayonu ərazisində ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına göndərdiyi 1000 (bir min) manat məbləğində pulu vahid niyyətlə alıb ələ keçirdikdən sonra, Zərərçəkmiş şəxs1 xahişi ilə sonuncunun bacısı X3 məxsus "xxxx" ASC-yə aid 4169 7414 5168 3625 saylı kart hesabına Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 105 (bir yüz beş) manat, xx.xx.2022-ci il tarixdə 590 (beş yüz doxsan) manat, xx.xx.2022-ci il tarixdə 370 (üç yüz yetmiş) manat, xx.xx.2022-ci il tarixdə 31 (otuz bir) manat və xx.xx.2022-ci il tarixdə isə 505 (beş yüz beş) manat, ümumilikdə 1601 (bir min altı yüz bir) manat məbləğində pulu geri qaytardıqdan sonra, yenidən Ə.Quliyevanın xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən ödəmə terminalı vasitəsi ilə ona məxsus “Kapital Bank’’ ASC-yə aid 4169 7385 1104 5084 kart hesabına göndərdiyi 1100 (bir min yüz) manat və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, 42d, 1 saylı Asan Xidmətin inzibati binasında olan ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına göndərdiyi 990 (doqquz yüz doxsan) manat, ümumilikdə 13.489 (on üç min dörd yüz səksən doqquz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun Gənclər şəhərciyində qapı qonşusu olan Aytəkin Xalqəddin qızının bacısıdır. O, Əntiqə ilə 05 (beş) ilə yaxındır Əntiqə ilə bacısı gilə gəldikdə tanış olmuşdur. 01 (bir) il bundan öncə o, Əntiqənin hepatit xəstəsi olduğunu öyrənib hal-əhvalını soruşmuşdur. Lakin, o, ona xəstəliyi ilə əlaqədar heç bir köməklik etməmişdir. Onun Aytəkinlə, yəni qonşusuyla ancaq bir-birinə lazım olduqda borc verib borc almaq kimi münasibətləri olmuşdur. Hətta 7-8 ay bundan öncə Aytəkin ondan 1500 (bir min beş yüz) manat borc pulu Əntiqəyə görə, yəni xəstəliyinə görə almış, əlavə olaraq 200 (iki yüz) manat, 300 (üç yüz) və sonradan həmin pulu ona geri qaytarmışdır. Bundan başqa o, Aytəkin və Əntiqənin bacısı olan Quliyeva Qizbəsin adına olan 4169 7414 5168 3625 nömrəli "xxxx" ASC-yə aid kartına xx.xx.2022-ci il tarixdə saat 01:03 radələrində 105 (bir yüz beş) manat, xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində 590 (beş yüz doxsan) manat, xx.xx.2022-ci il tarixdə saat 23:43 radələrində 370 (üç yüz yetmiş) manat, xx.xx.2022-ci il tarixdə saat 01:05 radələrində 31 (otuz bir) manat və xx.xx.2022-ci il tarixdə saat 21:23 radələrində 505 (beş yüz beş) manat pul göndərmişdir. Əvəzində isə onun pul borclarını qaytarmaq adı ilə ona ümumilikdə 1100 (bir min yüz) manat və 990 (doqquz yüz doxsan) manat pul göndərmişdir. Ümumilikdə Əntiqənin bacısı Aytəkinə və onun anasına borcu olmuşdur. Bundan başqa da, qeyd etmək istəyir ki, vətandaş Zərərçəkmiş şəxs2 ərizəsi ilə tanış olmuşdur. Belə ki, onunla eyni rayondan olan Zərərçəkmiş şəxs2 o, uzun müddətdir tanımış, hətta onlar onunla uzaqdan qohumdular. Onun maddi vəziyyəti pis olduğu üçün təxminən 2022-ci ilin yanvar ayında qohumu Zərərçəkmiş şəxs2lə Gəncə şəhərində görüşərək onunla söhbət etmiş və həmin vaxt o, ondan təxminən 12000 (on iki min) manat borc pul istəmişdir. Həmin pulu qısa müddət ərizndə ona qaytaracağına söz vermişdir. Xəqani hazırda pulun olmadığını ona demiş və tanışlarından özü borc alıb ona pul verəcəyinə söz vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlamış və pulu ona verəcəyini demiş və o, da ona özünə məxsus "xxxx" ASC-nə aid olan 4169 7385 1104 5084 kartının şəkilini ona “Whatsapp” proqram vasitəsi ilə göndərmiş, Zərərçəkmiş şəxs2 isə həmin vaxt ona məxsus karta xx.xx.2022-ci il tarixdə 2.000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə 4.000 (dörd min) manat, xx.xx.2022-ci il tarixdə 2.000 (iki min) manat, 2022-ci ilin mart ayın ortalarında Abşeron rayonu, Xırdalan dairəsində onunla görüşmüş və 1.000 (bir mun) manat pulu almış, eləcə də xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 7-ci mikrorayonda yerləşən “Qəbələ” restoranının yanında əlbə-əl Xəqani ilə görüşmüş və ondan 2.600 (iki min altı yüz) manat pulu almışdır. Həmin vaxt onun yanında adını orada dediyi Ramiz adlı şəxs də olmuşdur. Aldığı borcu da o, 2022-ci ilin iyun ayında Abşeron rayonu, Gənclər Şəhərciyində görüşərək 1400 (bir min dörd yüz) manat qaytarmış, sonrada isə 3.000 (üç min) manat Xaqani Əliyevin kart hesabına göndərmişdir. Hal-hazırda ona 7000 (yeddi min) manat məbləğində borcu qalmışdır. Əlavə olaraq o, Zərərçəkmiş şəxs2 11600 (on bir min altı yüz) manat məbləğində pul almış və halhazırda ona 4600 (dörd min altı yüz) manat məbləğində pul ödəmiş və ona 7000 (yeddi min) manat məbləğində borcu qalmış və buna görə də, 2023-ci ilin ferval ayında yazılı kağızda sonuncuya iltizam yazıb vermişdir. Həmin iltizamı Zərərçəkmiş şəxs2 özü könülü olaraq barışmaq məqsədi ilə 2023-ci ilin fevral ayında verdiyi zaman Zərərçəkmiş şəxs2 heç bir pul realıqda almamışdır. Xəqaniyə olan borcunu tam qaytarmışdır. O, Əmək və Əhalinin Sosial Müdafiə Fondunun işçisi deyilmiş və Zərərçəkmiş şəxs1 müalicəyə göndərmək üçün ondan 15090 (on beş min doxsan) manat pul almamışdır. O, onlardan yalnız borc almış və qaytarmışdır. O, Əntiqə Quliyevanın anası Şamamadan borca 1200 (bir min iki yüz) manat pul almışdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Kəlbəcər rayonu, Qılınclı kəndində işləyərəkən Təqsirləndirilən şəxs atası Yusif Zeynalova ilə tanışlığı olmuşdur. O da Təqsirləndirilən şəxs uşaq olan vaxtından tanımışdır. 2022-ci yanvar-mart aylarında qızı Şahid5, qaynı Şahid7 və qohumu Qərənfil İdris qızının dayandırılmış pensiyalarının bərpası üçün müxtəlif yollar axtarmışdır. Həmin vaxtlarda ona Təqsirləndirilən şəxs qardaşı Mübariz, qohumu X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafə Fondunda çalışdığını bildirmişlər. O da Təqsirləndirilən şəxs mobil nömrəsini götürüb onunla əlaqə saxlamışdır. Təqribən 2022-ci ilin yanvar ayının əvvəllərində Aynurə ilə Abşeron rayonu, Gənclər şəhərciyində, onun qaldığı binanın yanında görüşmüşlər. Aynurə aralı məsafədən ona üzərində Dövlət Sosial Müdafiə Fondunda aparıcı mütəxəssis sözü yazılmış vəsiqəni göstərmişdir. Onda Aynurənin həqiqətən Dövlət Sosial Müdafiə Fondunda çalışdığına inam yaranmışdır. Bundan başqa, Aynurə ona X18 əlaqələrinin olduğunu demişdir. O, həmin vaxt Aynurədən qızı Şahid5, qaynı Şahid7 və kürəkəninin qaynanası Qərənfil İdris qızının dayandırılmış pensiyalarının bərpası üçün köməklik göstərilməsini xahiş etmişdir. Aynurə dediyi şəxslərin dayandırılmış pensiyalarının bərpa edilməsi üçün ondan ümumilikdə 12.000 (on iki min) manat, pensiyalar bərpa olunduqdan sonra isə 5000 (beş min) manat pul verilməsini istəmişdir. O da Aynurənin dediyi məbləğ ilə ona inandığından razılaşmışdır. Aynurəyə hissə-hissə olmaqla xx.xx.2022-ci il tarixdə onun ona verdiyi "xxxx" ASC-yə aid plastik kartına 2000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə 4000 (dörd min) manat, xx.xx.2022-ci il tarixdə 2000 (iki min) manat pul köçürmüşdür. Həmin ödəniş qəbzlərinin surətlərini və "xxxx" ASC-yə aid plastik kartının şəklini İŞ-nə təqdim etmişdir. Bundan sonra, təxminən 2022-cl ilin mart ayının axırlarında Bakı şəhəri, 7-ci mikrorayonda yerləşən “Qəbələ” restoranının yanında o, qaynı Şahid7 ilə birlikdə Aynurə ilə görüşmüş və həmin vaxt qaynı Ramiz 1000 (bir min) manat o, isə 1600 (bir min altı yüz) manat pul olmaqla, cəmi 2600 (iki min altı yüz) manat pulu Aynurəyə vermişlər. Daha sonra, təxminən 2022-ci ilin aprel ayının əvvəlində Abşeron rayonunda yeləşən “Xırdalan dairəsi” adlanan ərazidə o, Aynurə ilə görüşüb ona 1000 (bir min) manat pul vermişdir. Beləliklə o, 2022-ci ilin yanvar-aprel ayları ərzində ümumilikdə 11600 (on bir min altı yüz) manat məbləğində pul vəsaitini Aynurəyə vermişdir. Bundan başqa, Aynurə ilə görüşlərinin birində o, ona “Heydər Əliyev” Fondu vasitəsi ilə xarici ölkələrə müalicəyə adam göndərmək imkanının olduğunu bildirdiyindən o, anadangəlmə serrebral iflic xəstəsi olan nəvəsi Babaşova Fatimə Eldəniz qızının müalicəsi ilə bağlı ondan maraqlandıqda o, ona bu işin 15.000 (on beş min) manata alına biləcəyini bildirmişdir. Eyni zamanda, Aynurə ona Əntiqə adlı şəxsdən müalicəsi üçün 14.000 (on dörd min) manat pul aldığını və yaxın vaxtlarda Əntiqəni xarici ölkəyə müalicəyə göndərəcəyini bildirmişdir. Ona da, 15.000 (on beş min) manat pulu düzəldəcəyi təqdirdə nəvəsini müalicəyə göndərəcəyini demişdir. Lakin, o, maddi imkanı olmadığından nəvəsinin müalicəsi ilə bağlı Aynurə ilə heç bir söhbət aparmamışdır. Aynurə ona dəfələrlə demişdir ki, o, Dövlət Sosial Müdafiə Fondunun aparıcı mütəxəssisidir, Anar və Elmin adlı həkim tanışları varmış, epikriz məsələsini onlar həll edirmişlər. Bundan sonra, o, dəfələrlə Aynurə ilə zəngləşərək və görüşərək ondan təqaüdlərin bərpası işinin nə yerdə qalmağı ilə maraqlanmışdır. Lakin Aynurə hər dəfəsində müxtəlif bəhanələr gətirərərək onu aldatmişdır. Aynurə təxminən 2022-ci ilin iyun ayının əvvəlində 3000 (üç min) manat məbləğində pulu ona məxsus "xxxx" ASC-yə aid kartına köçürmüşdür. Lakin, Aynurə onun 8600 (səkkiz min altı yüz) manat pulunu qaytarmaqdan yayındığı üçün 2022-ci ilin sentyabr ayının əvvəlində DİN-nin 102 xidməti zəng edərək onun barəsində şikayət etmişdir. Həmçinin, şikayəti ilə əlaqədar ilk əvvəl 2022-ci ilin sentyabr ayının axırında Abşeron rayon Polis İdarəsində, həmin ilin oktyabr ayında isə Bakı şəhər Binəqədi rayon Polis İdarəsində izahatlar vermişdir. Abşeron rayon Polis İdarəsində şikayətinə baxılan Aynurə borclu olduğu 8600 (səkkiz min altı yüz) manat puldan 1600 (bir min altı yüz) manatı müstəntiq vasitəsi ilə ona vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı tam ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, özü 2008-ci ildən qepatit "b" və "d" daşıyıcısı, 2017-ci ildən İsə serroz xəstəsi olmuşdur. Xəstəlikləri ilə əlaqədar olaraq müxtəlif yerlərə xəstəxanalara müraciət etmişdir. Onun bacısı X1 rayonu, Gənclər şəhərciyində yaşayır. O, bacısı Aytəkingilə getdikdə onun qapı qonşusu, kirayə yaşayan və özünü Əmək və Əhalinin Sosial Müdafiə Fondunun işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Aynurə onun hər dəfəsində müalicəsi ilə əlaqədar bacısı Aytəkingilə gəldikdə Aynurə bacimgilə gəlmiş, onun halı ilə maraqlanmış və ona hər dəfəsində öz köməkliyini təklif etmişdir. Lakin, o, onunla razılaşmamış və köməyini də istəməmişdir. 2022-ci il yanvar ayından o, həkimin yazdığı müalicəsini dayandırmışdır. Lakin, xəstəxanalarda öz müalicəsini davam etdirmişdir. Çünki bədəninə maye yığılmışdır. Bunu görəndə o, bezdiyi üçün xaricə getməyi özünə yol görmüş və ona Aynurə yenidən yaxınlaşdıqda ondan kömək istəmişdir. Aynurə ona ucuz müalicə edilməyi üçün Türkiyə Respublikasına və İsrail ölkəsinə DSMF-nin vasitəsi ilə müalicəyə göndərəcəyini bildirmişdir. Həmin vaxt Aynurə ondan bununla bağlı ümumilikdə 15.090 (on beş min doxsan) manata yaxın pul istəmiş və o, da pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Bu söhbət vaxtı yanında anası Şahid3, bacısı X8 və xalası qızı Şahid1 olmuşdur. O, xəstəxanada olduğu zaman təxmini 2022-ci ilin mart-aprel aylarında hissə-hissə olaraq anası Quliyeva X11 öz evində yeni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində 10300 (on min üç yüz) manat pulu ona görə vermişdir. xx.xx.2022-ci il tarixdə isə 1700 (bir min yeddi yüz) manat pulu Təqsirləndirilən şəxs kartına göndərmiş, xx.xx.2022-ci il tarixdə 1000 (bir min) manatı Aynurənin kartına göndərmişdir. Sonradan Aynurə onun kart hesabına ümumilikdə 1601 (bir min altı yüz bir) manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə 1100 (bir min yüz) manat və xx.xx.2022-ci il tarixdə 990 (doqquz yüz doxsan) manatı Aynurənin kart hesabına köçürmüşdür. O, ümumilikdə 13.489 (on üç min dörd yüz səksən doqquz) manat pulu Aynurənin adına göndərdiyini bilmişdir. Lakin, o, pulları tam şəkildə Aynurəyə verdikdən sonra Aynurə verdiyi vədə əməl etməmiş, onu başqa Respublikalara göndərməmiş və zənglərinə cavab verməməklə ondan müxtəlif bəhanələr gətirməklə onu aldatmışdır. O da bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq aldadılmağı barədə məlumat vermişdir. Əlavə olaraq qeyd edir ki, o, Aynurə adlı şəxsi həm görmüş, həmdəki çoxdan bacısı Aytəkinin qonşusu kimi tanımışdır. O, ümumilikdə Aynurə adlı şəxsə 13.489 (on üç min dörd yüz səksən doqquz) manat pul göndərmişdir. Aynurəyə verdiyi ümumilikdə 13.489 (on üç min dörd yüz səksən doqquz) manat pulun bir hissəsini, təqribən 10.300 (on min üç yüz) manat pulu anası Şamama öz evində Aynurəyə vermişdir. Anası Şamama hissə-hissə ayrı-ayrı vaxtlarda 10.300 (on min üç yüz) manat pulu Aynurəyə verən zaman yanında bacısı X8 və xalası qızı Şahid1 olmuşdur. Aynurə Əmək və Əhalinin Sosial Müdafiə Fondunun işçisi kimi özünü ona təqdim edən zaman və onu müalicəyə göndərəcəyini bildirən zaman yanında anası Şahid3, bacısı X8 və xalası qızı Şahid1 olmuşdur. Aynurə ondan ümümilikdə 15090 (on beş min doxsan) manat məbləğində pul almışdır, lakin 1601 (bir min altı yüz bir) manat məbləğində pulu ödədiyi üçün o, ona 13.489 (on üç min dörd yüz səksən doqquz) manat məbləğində pul ödəməlidir. Mülki iddia ərizəsinin tam təmin olunmasını və Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, onun qızı Zərərçəkmiş şəxs1 2008-ci ildən qepatit "b” daşıyıcısı olmuşdur, 2017-ci ildən isə serroz xəstəsi olmuşdur. Əntiqə xəstəlikləri ilə əlaqədar olaraq müxtəlif yerlərdə xəstəxanalara müraciət etmişdir. Onun qızı X1 rayonu, Gənclər şəhərciyində yaşayır. Əntiqə digər qızı Aytəkingilə getdikdə onun qapı qonşusu, kirayə yaşayan və özünü Əmək və Əhalinin Sosial Müdafiə Fondunun işçisi kimi təqdim edən X14 ilə tanış olmuşdur. 2022-ci il yanvar ayından qızı Əntiqə həkimin yazdığı müalicəni dayandırmışdır. Lakin xəstəxanalarda öz müalicəsini davam etdirmişdir. Çünki bədəninə maye yığılmışdır. Buna görə də, qızı Əntiqə müalicə üçün xaricə getməyi istəmiş və ona Aynurə yenidən yaxınlaşdıqda ondan kömək istəmişdir. Aynurə qızı Əntiqəyə ucuz müalicə edilməyi üçün onu Türkiyə Respublikasına və İsrailə müalicəyə göndərəcəyini bildirmişdir. Həmin vaxt Aynurə qızı Əntiqədən bununla bağlı ümumilikdə 15.000 (on beş min) manata yaxın pul istəmiş və o, da pulu hissə-hissə ödəyə biləcəyini demişdir. Bu söhbət vaxtı qızı Əntiqənin yanında o, qızı X8 və bacısı qızı Şahid1 olmuşdur. O, təxmini 2022-ci ilin mart-aprel aylarında yaşadığı evdə hissə-hissə olmaqla ümumilikdə 10.300 (on min üç yüz) manat məbləğində pulu qızı Əntiqənin müalicəsinə görə Aynurəyə vermişdir. Qalan pulları isə qızı Əntiqə müxtəlif vaxtlarda Aynurənin kart hesabına köçürmüşdür. Lakin 13.489 (on üç min dörd yüz səksən doqquz) manat məbləğində pul vəsaiti tam şəkildə Aynurəyə verdikdən sonra Aynurə verdiyi vədə əməl etməmiş, qızı Əntiqəni müalicə üçün Türkiyə Respublikası və ya İsrailə göndərməmiş və onun zənglərinə cavab verməməklə onu aldatmışdır. Bu səbəbdən qızı Əntiqə DİN-nin 102 xidmətinə zəng vuraraq Aynurənin onu aldatmağı barədə məlumat vermişdir. Əlavə olaraq qeyd edir ki, qızı Əntiqə xəstəxanada müalicə olunan vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişdir. Həmin vaxtı evdə qızı Qizbəs, bacısı qızı Aytac və o, olmuşdur. Həmin vaxtı o, 1200 (bir mn iki yüz) manat pulu Aynurəyə vermiş və Aynurə ilə aralarında olan danışığı qızı Qizbəs mobil telefon vasitəsi ilə yazmışdır. Bundan bir müddət sonra Aynurə ilə telefonla danışmış və o demişdir ki, tanışını göndərəcəkmis ki, o, ona Əntiqənin isinə görə 1500 (bir min beş yüz) manat pulu versin. Daha sonra o, qızı Qizbəs ilə birlikdə yaşadığı binanın həyətində Aynurənin göndərdiyi adını bilmədiyi bir kişi ilə görüşmüş, o, ona 1500 (bir min beş yüz) manat pul vermiş və həmin adını bilmədiyi kişi ilə aralarında olan danışığı qızı Qızbəs mobil telefon vasitəsi ilə yazmışdır. Sonra o, Aynurəyə zəng edərək pulun çatıb çatmamağını soruşmuşdur. Həmin vaxt Aynurə 1500 (bir min beş yüz) manat məbləğində pulun ona çatdığını ona demişdir. Həmin səs yazıları Əntiqə istintaqa daha sonra təqdim etmişdir. O, Aynurə adlı şəxsi həm görmüş, həmdəki çoxdan qızı Aytəkinin qonşusu kimi tanımışdır. Ümumilikdə Aynurə adlı şəxsə yaşadığı evdə 10.300 (on min üç yüz) manat pul vermiş, qalan pulları isə qızı ona kart vasitəsi ilə ödəmişdir. O, 10.300 (on min üç yüz) manat pulu Aynurəyə verən zaman yanında qızı X8 və bacısı qızı Şahid1 olmuşdur. Aynurə Əmək və Əhalinin Sosial Müdafiə Fondunun işçisi kimi özünü qızı Əntiqəyə təqdim edən zaman və onu müalicəyə göndərəcəyini bildirən zaman yanında qızı X8 və bacısı qızı Şahid1 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 da Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2 il olar tanıyır. Təqsirləndirilən şəxs ilə bir müddət dostluq münasibətləri olmuş, eləcə də, Təqsirləndirilən şəxs ilə uzaqdan qohumluq əlaqəsi belə olmuşdur. Təqsirləndirilən şəxs tanıdığı zaman müxtəlif şəxslərə yalandan özünü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Fondunun işçisi kimi təqdim etdiyini, onlardan müəyyən pul müqabilində müalicəyə göndərəcəyini eşitmişdir. 2022-ci ilin 8-10 iyul aralığında hazırda xatırlamadığı mobil nömrədən istifadəsində olan 050 ***-**-** mobil nömrəyə zəng edərək özünü Əntiqə kimi təqdim edən xanım Təqsirləndirilən şəxs onu aldadaraq müalicəyə aparacağını deyib ondan pul aldığını, lakin onu aldatdığını və bu məsələdə ona köməklik göstərilməsini xahiş etmişdir. O, isə Əntiqəyə bu məsələ ilə əlaqədar dövlət qurumlarına müraciət etməsini məsləhət görmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə münasibətlərini kəsmiş və onunla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs da ona onu tandığı müddət ərizində yuxarı dairələrdə olan yüksək vəzifəli məmurlarla əlaqəsi olduğunu deyərək müxtəlif şəxslərə dövlət işçisi olub və müxtəlif bəhanələrlə pullarını alıb ələ keçirməsi barədə onu tandığı müddət ərizndə bilmişdir. O, Təqsirləndirilən şəxs kimlərdən və hansı məbləğdə pul alması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Fondunun işçisi olmamış, o, müxtəlif şəxslərə özünü yalandan oranın işçisi kimi təqdim etmiş, o cümələdən də adını sonra bildiyi Ənitəqəyə də özünü həmin qurumun işçisi olduğunun deyərək aldatmış və bu barədə onun yanında danışmış, lakin onun Təqsirləndirilən şəxs ilə heç vaxt bu işlərlə bağlı əlaqəsi olmamış və buna görə də onunla münasibətini kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. Aynurə adlı şəxsi isə anasıgilnən eyni kənddən olan şəxs kimi tanımışdır. O, Aynurənin Dövlət Sosial Müdafiə Fondunda işlədiyini ümumilikdə eşitmişdir. Onun 2-ci qrup əlilliyi 2022-ci ilin təxminən yanvar ayının sonlarında dayandırılmışdır. Həmin vaxtlar atası Xəqani ona Aynurənin Dövlət Sosial Müdafiə Fondunda işlədiyini və dayandırılmış təqaüdünü bərpa etdirə biləcəyini demişdir. O da razılaşmış və atası bu barədə Aynurə ilə danışmışdır. Təxminən 2022-ci ilin mart ayında yaşadığı ünvanda Aynurə atası Xəqaniyə zəng edərək onun təqaüdünün bərpası üçün 1000 (bir min) manat pulun lazım olduğunu bildirmiş və atası ilə o, buna razılaşmışlar. Aynurə atasına Abşeron rayonu, Xırdalan dairəsi deyilən ərazidə gözlədiyini bildirmişdir. Bundan sonra, o, 1000 (bir min) manat pulu atası Xəqaniyə vermişdir. Sonra atası ona Aynurə ilə Abşeron rayonu, Xırdalan dairəsi adlanan yerdə görüşdüyünü və həmin 1000 (bir min) manat pulu Aynurəyə verdiyini ona bildirmişdir. Bundan sonra atasının dəfələrlə Aynurə ilə onun təqaüdünün bərpası ilə bağlı əlaqə saxladığını və Aynurənin atasını aldığını bilmişdir. Sonradan atası Xəqaninin 2022-ci ilin sentyabr ayının əvvəlində DİN-nin 102 xidməti zəng edərək Aynurə adlı şəxs barəsində şikayət etdiyini öyrənmişdir. Atası Xəqani 1000 (bir min) manat pulu Aynurəyə verən zamar o, onların yanında olmamış, yəni 1000 (bir min) manat pul Aynurəyə onun iştrak olmadan verilmişdir. İş materiallarında olan Şahid7 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 16:30 radələrində təxirə salınmış, qeyd olunan vaxtda o Rusiya Federasiyasına getdiyi üçün məhkəmə baxışında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi heç bir yerdə işləmir, əvvəl Kəlbəcər rayonunda "MTS"-də mühəndis vəzifəsində işləmiş, lakin sonradan xəstəlik tutduğu üçün işləyə bilməmiş və həmin vaxtdan təqüdə çıxmışdır. Lakin 2019-cu il tarixdə onun təqaüdü kəsilmişdir. O, dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət etmiş, lakin aldığı təqaüdü bərpa edilməsi üçün heç kəs ona köməklik göstərməmişdir. Buna görə də, o, Gəncə şəhərində qohumu Zərərçəkmiş şəxs2lə 2022-ci ilin yanvar ayında görüşdüyü zaman ona dövlət tərəfindən verilən təqaüdün ödənilməsinin dayandırlması haqqında danışmışdır. Xəqani həmin vaxt ona demişdir ki, qızı Leyla əvvəl də dövlət tərəfindən əlilliklə bağlı təqaüd almış, lakin həmin təqaüdün ödənilməsi dövlət tərəfindən dayandırılmışdır. Buna görə də, o tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə həmin təqaüdün bərpa edilməsi üçün danışıqlar apardığını demişdir. O, onun da təqaüdünün dövlət tərəfindən Aynurə Zeyalovanın vasitəsi ilə bərpa etməsini Zərərçəkmiş şəxs2 xahiş etmişdir. Zərərçəkmiş şəxs2 də ona kömək etməyə razılaşmış və Təqsirləndirilən şəxs ilə bu baradə danışacağını demişdir. Bir necə gün sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 danışdığını ona demiş və o, da ona özü üçün təqaüdün bərpa edilməsi üçün 4600 (dörd min altı yüz) manat məbləğində pul ödəməli olmuşdur. Buna görə də, o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilk 2000 (iki min) manat məbləğində pulu vermiş, həmçinin özünə aid şəxsiyyət vəsqiəsinin surətini də ona təqdim etmişdir. Həmin şəxsiyyət vəsiqəni Təqsirləndirilən şəxs ondan istəmişdir. Daha sonra o, xx.xx.2022-ci İl tarixdə Zərərçəkmiş şəxs2lə Bakı şəhəri ərazisində görüşmüş və həmin vaxt o, 1000 (bir min) manat pulu Zərərçəkmiş şəxs2 isə onun yerinə 1600 (bir min altı yüz) manat pulu ümumi 2600 (iki min altı yüz) manat məbləğində pulu Təqsirləndirilən şəxs Bakı səhəri. Binəaədi rayonu, 7-ci mikrorayon ərazisində "Qəbələ" adlı restoranın yanında birlikdə vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, DSMF-da tanışları vasitəsi ilə qısa müddət ərzində təqaüdü ona bərpa etdirəcək və həmin vaxt onun işlətdiyi mobil telefona "sms" mesaj gələcəyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs2 ona demişdir ki, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 onun ona verdiyi 3000 (üç min) manat pulu ödəmişdir. Ona görə iş üzrə onu zərərçəkmiş şəxs qismində tanınmasına lüzum olmamışdır. Aynurə Əliyevanın törətdiyi əmələ görə maddi ziyan Zərərçəkmiş şəxs2 dəymişdir. Çünki Zərərçəkmiş şəxs2 o aldadaraq pulları ələ keçirtmişdir. Zərərçəkmiş şəxs2 həmin vaxt ona demişdir ki, onun üçün qohumu Qərərfil və qızı Leyla üçün təqaüdün bərpa edilməsi üçün ümümilikdə 11600 (on bir min altı yüz) manat məbləğində xərc çəkmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 bildirdi ki, bacısı Zərərçəkmiş şəxs1 2008-ci ildən qepatit “b” daşıyıcısı, 2017-ci ildən isə serroz xəstəsi olmuşdur. Əntiqə xəstəlikləri ilə əlaqədar olaraq müxtəlif yerlərdə xəstəxanalara müraciət etmişdir. O, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yaşayır. Əntiqə onlara gəldikdə onun qapı qonşusu, kirayə yaşayan və özünü Əmək və Əhalinin Sosial Müdafiə Fondunun işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2022-ci il yanvar ayından Əntiqə həkimin yazdığı müalicəni dayandırmış, lakin xəstəxanalarda öz müalicəsini davam etdirmişdir. Çünki bədəninə maye yığılmışdır. Buna görə də, Əntiqə müalicə üçün xaricə getməyi istəmiş və ona Aynurə yenidən yaxınlaşdıqda ondan kömək istəmişdir. Aynurə bacısı Əntiqəyə ucuz müalicə edilməyi üçün onu Türkiyə Respublikasına və İsrailə müalicəyə göndərəcəyini bildirmişdir. Lakin Aynurənin bacısı Əntiqədən hansı məbləğdə pul istədiyinin və ya bununla bağlı Aynurəyə hansı məbləğdə pulun verilməsindən xəbəri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Aynurə bacısı Əntiqədən onu Türkiyə Respublikasına müalicəyə göndərəcəyi adı ilə 15000 (on beş min) manat məbləğində pul almış, lakin vədinə əməl etmədiyinə görə bacısı Əntiqə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müracət etmişdir. O, Aynurə adlı şəxsi qonşuluğda yaşayan şəxs kimi tanımışdır. Aynurə özü ona Əmək və Əhalinin Sosial Müdafiə Fondunun işçisi kimi təqdim etmiş, lakin Aynurənin Sosial Müdafiə Fondunda çalışması barədə dəqiq məlumatı olmamışdır. O, Aynurəyə borc pul verməmiş və ya Aynurədən borc pul almamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsin şübhəli şəxs qismində tanınması, axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və olduğu yer müəyyən edilərək, tutulub Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı X2 iddia ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 13489 (on üç min dörd yüz səksən doqquz) manat məbləğində pulun və ödənilmiş 131 (bir yüz otuz bir) manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 iddia ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 7000 (yeddi min) manat məbləğində pulun və ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs yazdığı ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 7000 (yeddi min) manat pulu borc almış və xx.xx.2023-cü il tarixdək Zərərçəkmiş şəxs2 qaytaracağının qeyd etmişdir. İş materiallarında olan “Whatssap” proqram təminatı vasitəsi ilə aparılmış yazışmalarından çıxarılmış surətlərə baxış keçirilmiş və baxış keçirilən zaman “Aynurə Yusi” adı ilə qeyd olunmuş istifadəçinin xx.xx.2022-ci il tarixdə saat 14:26 radələrində "xxxx" ASC-yə aid “4169 7385 1104 5084” şifrəli “Umico” plastik bank kartının şəklin göndərildiyi, xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində “Aynurə Yusi” adı istifadəçiyə X9 məxsus şəxsiyyət vəsiqəsinin surətinin göndərildiyi, “Aynurə Yusi” adlı istifadəçinin xx.xx.2022-ci il tarixdə saat 10:38 radələrində "xxxx" ASC-yə aid “4169 7385 1104 5084” şifrəli “Umico” plastik bank kartının şəklinin və xx.xx.2022-ci il tarixdə saat 10:28 radələrində “Dayı istəyirsən iş yiyəsinə məndə deyim” və “Vermişik səndə məndə onu gözləyirik ki, işimiz həll olunsunda” məzmunlu tekst mesajlarının göndərildiyi müəyyən olunmuşdur. Həmçinin, baxış zamanı "xxxx" ASC-yə aid, “416973******5084” şifrəli karta xx.xx.2022-ci İl tarixdə saat 12:00 radələrində 1900 manat, həmin tarixdə saat 11:56 radələrində 100 manat pulun, eləcə də, “KapitalBank" ASC-yə aid, “416973******5084" şifrəli kartdan xx.xx.2022-ci il tarixdə, saat 16:19 radələrində 3000 manat pulun “416973******1829” şifrəli karta köçürüldüyü məlum olmuşdur. İş materiallrında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş və sonuncu isə deyilənləri qəbul etməyərək Zərərçəkmiş şəxs1 onun müaəlicəyə göndərliməsi üçün pul almadığını, səs yazmada olan səsin ona və Əntiqənin anası Şamamaya aid olduğunu, orada o, 1200 (bir min iki yüz) manat pulu Şamamadan, Aytəkinin ona olan 4500 (dörd min beş yüz) manat borc puldan aldığını demişdir. İş materiallarında olan 04 (dörd) ədəd qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:08 radələrində Təqsirləndirilən şəxs adına olan 4169 7385 1104 5084 şifrəli karta 1700 (bir min yeddi yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 15:24 radələrində Təqsirləndirilən şəxs adına olan 4169 7385 1104 5084 şifrəli karta 1000 (bir min) manat, xx.xx.2022-ci il tarixdə saat 18:21 radələrində Təqsirləndirilən şəxs adına olan 4169 7385 1104 5084 şifrəli karta 1100 (bir min yüz) manat və xx.xx.2022-ci il tarixdə saat 13:53 radələrində Təqsirləndirilən şəxs adına olan 4169 7385 1104 5084 şifrəli karta 990 (doqquz yüz doxsan) manat pulun köçürüldüyü müəyyən olunmuşdur. Həmin qəbzlər cinayət işi üzrə maddi sübut qimsində tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 01 (bir) ədəd diskdə olan audio yazıya qulaq asılmışdır. Həmin yazıya qulaq asdıqda 1 saylı qadın səsli 2 saylı qadın səsli olan şəxslə danışığı eşidilir. 1-ci səs yazısının məzmunu aşağıdakı kimidir; 1 saylı qadın səsi - nə qədər verib? 2 saylı qadın səsi - 1200 manat. 1 saylı qadın səsi - sabah nə vaxt gələcəm? Səs atarsanda mənə. 2 saylı qadın səsi - pul sayılması səsi eşidilir və sayaraq 12 deyir. 1 saylı qadın səsi - Bu gün ayın 13-cü. Səndə qeyd elə məndə qeyd eliyim. Mən bu gündən, 13-dən yazdıracam. Axşam mənə yazarsan ki, Aynuş sabah saat neçədə gəl. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 saylı səs özüdür və orada o, Şahid3 ilə danışır. 1-ci səs yazısının məzmunu aşağıdakı kimidir; 1 saylı kişi səsi - zəng vurdum ki, mağazanın yanındayam 2 saylı qadın səsi - Aynuşun nəyisiz? 1 saylı kişi səsi - qohumuyam. 2 saylı qadın səsi - pul sayılması səsi eşidilir və 11 sayın. 1 saylı kişi səsi - pul sayılması səsi eşidilir və 1500, sağolun. 2 saylı qadın səsi - Aynuşa çatdıranda mənə xəbər edərsiz. 1 saylı kişi səsi - baş üstə. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 saylı kişi səsli şəxs tanışıymış və orada o, Şahid3 ilə danışırmış. İş materiallarında olan 01 (bir) ədəd diskdə olan “Whatssap” mobil tətbiqi vasitəsi ilə qeydə alınmış səsli mesajların olduğu müəyyən olunmuşdur. Həmin səsli mesajların məzmunu aşağıdakı kimiymiş; “Hər şey öz qaydası ilə gedir, narahat olma. İşimizin müsbət nəticəsi olacaq. İnşallah iş günü sənə məlumat verəcəm. Dayı salam bir nəfərə 26 dənə sənəd götürüb vermişəm və 26-sının məsuliyyəti üstümdə var. Burda danışmışıq, məndə dedim ki, ayın 1-dən əyənə pulumun qalmasını istəmirəm. . Düzəlmirsə camaatın pulunu qaytarım verim. Amma sənin hər hansı günü pulu verim, yox sabah istəmirəm qaytar geri ver deyə, o pul bir yerdə verilmir, yüz yerə paylanır və mən ondan sənəd istəyirəm, pul istəmirəm. Sizə yenə də deyirəm, ayın 1-nə qədər, əgər sənin sənədin sistemdə görsənməsə, Qərənfil xanımdan yəqin ki, söhbət gedir. Qərənfil xanımın sənədi sistemdə görsənməsə ayın 1-i Qərənfil xanımın pulu veriləcəkdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin səsli mesajlarda olan səsin özünə məxsus olduğunu və həmin mesajları öz mobil telefonunun Whatssap mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs2 göndərdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32, 312, 178.2.1, 178.2.3 və 320-ci maddələrinin, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsinin, Şahid4 və Zərərçəkmiş şəxs2 barələrində isə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4cü maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakter daşıyır, onun törətdiyi əməl zərərçəkmiş şəxslərin və şahid ifadələri və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqdim etdiyi onlarla Təqsirləndirilən şəxs arasında olan səs yazısı və Watchap mobil tətbiqi vasitəsi ilə qeydə alınmış səsli mesajların mətnləri ilə öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı tam ödədiyindən Zərərçəkmiş şəxs2 tərəfindən ona qarşı verilmiş mülki iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı X2 təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs qarşı verdiyi cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 13489 (on üç min dörd yüz səksən doqquz) manat məbləğində pulun və ödənilmiş 131 (bir yüz otuz bir) manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair mülki iddia ərizəsi tam təmin olunmalı, maddi sübut olan Zərərçəkmiş şəxs2 təqdim etdiyi ödəniş qəbzləri, 01 (bir) ədəd DVD-R diski, Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizə, “Whatssap” proqram təminatı vasitəsi ilə aparılmış yazışmaların surətləri, habelə Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş qəbzləri və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. X10 tərəfindən verilmiş mülki iddia tam təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 13489 (on üç min dörd yüz səksən doqquz) manat məbləğində pulun və ödənilmiş 131 (bir yüz otuz bir) manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı X4 ödənilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı tam ödədiyindən Zərərçəkmiş şəxs2 tərəfindən ona qarşı verilmiş mülki iddia baxılmamış saxlanılsln. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 təqdim etdiyi ödəniş qəbzləri, 01 (bir) ədəd DVD-R diski, Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizə, “Whatssap” proqram təminatı vasitəsi ilə aparılmış yazışmaların surətləri, habelə Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş qəbzləri və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar