Məhkəmə qərarları › İş №1(060)-480/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-480/2025

19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-480/2025 19.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvansız fərdi evdə yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-352/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, hazırki cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,505 qram qəhvəyi rəngli, tozşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 21 aprel 2025-ci il tarixdə, saat 12:06 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında piyada olarkən saxlanılaraq üzəri yoxlanılan zaman həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,459 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 25 aprel 2025-ci il tarixdə, saat 18:05-də ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 3 saylı peşə litseyinin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman həmin psixotrop maddə metamfetamin əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0.748 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 02 may 2025-ci il tarixdə, saat 13:54 -də ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev lOV-nin yaxınlığında yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0.533 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 may 2025-ci il tarixdə, saat 23:25 -də ŞPİ-nin CAŞ- nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Mərkəzi Poçtun binasının arxasında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ittihamda qeyd edilən cinayət əməllərini etiraf edir. Üzərindən aşkar olunan narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Onu polis əməkdaşları şübhəli şəxs qismində saxlamışlar. Lakin saxlanma vaxtlarını xatırlamır. Onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəza çəkməsi ilə bağlı məhkəmənin hökmü vardır. Onun üzərindən “kakos” və “patı” adlanan narkotik vasitələr aşkar edilmiş və o, hər iki növ narkotik vasitədən istifadə edir. Əməlindən peşmandır. Ailəsində tək anası var. Məhkəmədən ona güzəşt edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi həyət evində anası X8 ilə birlikdə yaşayır. Ailəli olub, boşanmışdır. Övladı yoxdur. İşsizdir. 6 il müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin hakimi Zaur Hacıyevin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin, Sumqayıt şəhər Məhkəməsinin hakimi Fərid Nəsimiyevin icraatında CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi araşdırılır. 21 aprel 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka ərazisində olarkən şəxsiyyəti barədə dəqiq məlumatım olmasa da, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi bir nəfərlə qarşılaşıb, aralarında razılıq əsasında istifadəsi üçün həmin şəxsdən 10 manata 01 ədəd kağız bükümdə “kakos”, yəni narkotik vasitə heroin alıb, əynindəki şalvarın sağ yan cibində qoymuş və oradan uzaqlaşıb, Sumqayıt şəhərinə gəlmişdir. Bədənində ağrı olduğundan həmin tarixdə, saat 12 radələrində “kakos”dan istifadə edə biləcəyi sakit bir yer axtarmaq məqsədi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində fərdi yaşayış evlərinin olduğu ərazidə piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitələrin dövriyyəsi, üzərində saxlayıb, istifadə etməsi barədə şübhələr olduğunu deyib, üzərinin yoxlanılacağını bildirmişlər. Yoxlamazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim elməyi təklif olunmuşdur və o da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd bükümün içində "kakos”, yəni narkotik vasitə heroin olduğunu, 10 manata şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını demişdir. Üzəri yoxlanılan zaman başqa cinayət xarakterli əşya aşkar olunmamışdır. Aşkar olunaraq götürülmüş 01 ədəd bükümündə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 1,33 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılaraq möhürlənib imzalanmışdır. Daha sonra birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gəlmişlər. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Müdafiəçinin iştirak ilə yenidən üzərindən aşkar olunmuş bükümə baxılmış və o bir daha həmin kütlənin “kakos” olduğunu və özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 10 manata tanımadığım şəxsdən Bakı şəhəri, Şamaxinka adlanan ərazidə əldə etdiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilib, ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırılmışdır. Bundan başqa 25 aprel 2025-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Həmin gün günorta saatlarında Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq istəsən “palı” təşkil edə biləcəyini bildirmişdir. O. həmin şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində “patı” almışdır. Aldığı bükümü əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Sonra Sumqayıt şəhərinə qayıtmışdır. Axşam saat təxminən 18 radələrində Sumqayıt şəhəru 76-cı məhəllə ərazisində olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Polis əməkdaşları özlərini tədim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər və xidməti vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu, bu səbəbdən üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. İlk olaraq polis əməkdaşları ona üzərində əldə edilməsi, istifadəsi, daşınması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini tələb etmişlər. O, həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədədə şəffaf rəngli sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün “şüşə” olduğunu. xx.xx.2025-ci il tarixdə günorta radələrində Bakı şəhəri, “Şamaxinka” adlanan ərazisindən əldə etdiyini bildirmişdir. Sonra onun polis əməkdaşlarına təqdim etdiyi büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra o polis əməkdaşları ilə birlikdə PB-nə gəlmişdir. Polis bölməsində otaqlardan birində ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 təyin edilmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş maddəyə yenidən baxış keçirilmiş və sonra təkrar qablaşdırılmışdır. Bundan başqa 02 may 2025-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Həmin gün günorta saatlarında Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə olan zaman tanımadığım bir nəfər şəxs ona yaxınlaşaraq istəsə “kakos” təşkil edə biləcəyini bildirmişdir. O, həmin şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində “kakos” almışdır. Aldığı bükümü əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Sonra Sumqayıt şəhərinə qayıtmışdır. Günorta saat təxminən 13:50 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşdı. Onlar özlərini tədim edərək polis əməkdaşları olduqlarını. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu, bu səbəbdən üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. İlk olaraq polis əməkdaşları ona üzərində əldə edilməsi, istifadəsi, daşınması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsini tələb eldilər. O, həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədədə şəffaf rəngli sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün “heroin” olduğunu, xx.xx.2025-ci il tarixdə səhər radələrində Bakı şəhəri, “Şamaxinka” adlanan ərazisindən əldə etdiyini bildirmişdir. Sonra onun polis əməkdaşlarına təqdim etdiyim büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra o polis əməkdaşları ilə birlikdə PB-nə gəlmişdir. Polis bölməsində otaqlardan birində ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhəri Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təyin edilmişdirdi. Oneı hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş maddəyə yenidən baxış keçirilmiş və sonra təkrar qablaşdırılmışdır. Bundan başqa 12 may 2025-ci il tarixdə şəxsi işim ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Həmin gün günorta saatlarında Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə olan zaman tanımadığım bir nəfər şəxs ona yaxınlaşaraq istəsə “kakos” təşkil edə biləcəyini bildirmişdir. O, həmin şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində “kakos” almışdır. Aldığı bükümü əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Sonra Sumqayıt şəhərinə qayıtmışdır. Axşam saat təxminən 23 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində Mərkəzi Poçtun binasının arxasında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Onlar özlərini tədim edərək polis əməkdaşları olduqlarını, Sumqayıt ŞPİ- nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu, bu səbəbdən üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. İlk olaraq polis əməkdaşları ona üzərində əldə edilməsi, istifadəsi, daşınması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini tələb etmişlər. O, həmin vaxt əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədədə şəffaf rəngli sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün “heroin” olduğunu, xx.xx.2025-ci il tarixdə səhər radələrində Bakı şəhəri, “Şamaxinka” adlanan ərazisindən əldə etdiyini bildirmişdir. Sonra onun polis əməkdaşlarına təqdim etdiyi büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra o polis əməkdaşları ilə birlikdə PB-nə gəlmişdir. Polis bölməsində otaqlardan birində ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhəri Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 təyin edilmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş maddəyə yenidən baxış keçirilmiş və təkrar qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, tarixini tam xatırlamadığı zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsi şübhəsi ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılaraq sonuncu tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs poçtun yaxınlığında, 3 və 4-cü məhəllələrin arasında videoçəkiliş aparılmaqla saxlamışlar. Təqsirləndirilən şəxsi üzərində olan heroin adlanan narkotik vasitəni könüllü təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs tərəflərindən saxlanmışdır. Videoçəkiliş ilə baxış keçirilmiş, təqsirləndirilən şəxsdən narkotik vasitə aşkar edilmişdir. Daha sonra sonuncu polis bölməsinə aparmışlarHazırda təqsirləndirilən şəxsin saxlanma tarixini xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Mərkəzi Poçtun binasının arxasında Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında həmin əraziyə yaxınlşaraq təqsirləndirilən şəxsi saxlamışlar. Özlərini təqdim edərək Vüsala üzərində qanunla gəzdirilməsi qadağan olan əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan şalvarın yan cibində olan “kakos” adlandırdığı narkotik vasitənii təqdim etmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri. 76-cı məhəllə ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxsin üzərindən metamfetamin aşkar edilmişdir. Daha sonra həmin narkotik vasitə tərəflərindən qablaşdırılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişlər. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00-da əməliyyat müşahidəsinə götürülmüş və saat 18:05-də Sumqayıt şəhəri. 76-cı məhəllə ərazisində yerləşən 3 saylı peşə litseyinin yaxınlığında əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılmışdır. O və digər əməliyyat müvəkkilləri özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra o Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində, daşınmasında şübhəli olduğunu bildirərək saxlanıldığı yerdə üzərinə baxış keçiriləcəyini bildirmişdir. İlk olaraq Vasif Piriyevə üzərində qanunla istifadəsi, əldə olunması, daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofon bükümdə kristalşəkilli maddə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda, o bükümün içərisində “patı” olduğunu bildirmişdir. Onun sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümü saxlanıldığı gün, yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində olan zaman tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində alaraq üzərində saxladığını bildirmişdir. Sonra həmin büküm çəkilmiş və kütləsi 0.55 qram müəyyən edilmişdir. Sonra həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra onlar Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. İdarənin inzibati otaqlarından birində təhqiqatçı Zaur Ağayev tərəfindən sənədləşmə prosesi davam etdirilmişdir. Belə ki. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və ona hüquq və vəzifələri yenidən izah edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş və heç bir şey aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid10 ifadəsində göstərdi ki, o, Şahid11 və Şahid12 tərəfindən bu ilin aprel ayında keçirilmiş əməliyyat nəticəsində Təqsirləndirilən şəxs tərəflərindən Corat qəsəbəsində saxlanılmışdır. Üzərinə baxış keçirilmiş, təqsirləndirilən şəxsi bölməyə gətirilmiş və aşkar olunmüş heroin olan büküm sənədləşdirilmişdir. daxil olmuş məlumat əsasında əməliyyat tədbiri həyata keçirilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid12 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş edilmişdir. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:00-da əməliyyat müşahidəsinə götürülmüş və o, saat 12:05-də ünvan 4 ünvanının yaxınlığında əməliyyataxtarış tədbirlərin nəticəsində saxlanılmışdır. O və digər əməliyyat müvəkkilləri özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra o Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində, daşınmasında şübhəli olduğunu bildirərək saxlanıldığı yerdə üzərinə baxış keçiriləcəyini bildirmişdir. İlk olaraq Vasif Piriyevə üzərində qanunla istifadəsi, əldə olunması, daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda, o bükümün içərisində “kakos” olduğunu bildirmişdir. Onun sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümü saxlanıldığı gün, yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində olan zaman tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində alaraq üzərində saxladığını bildirmişdir. Sonra həmin büküm çəkilmiş və kütləsi 1.33 qram müəyyən edilmişdir. Sonra həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra onlar Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişlər. İdarənin inzibati otaqlarından birində təhqiqatçı Elşad Məmmədov tərəfindən sənədləşmə prosesi davam etdirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və ona hüquq və vəzifələri yenidən izah edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş və heç bir şey aşkar olunmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid11 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid12 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş və bunun əsasında əməliyyat qrupu yaradılmışdır. Çəkilişlə təqsirləndirilən şəxs Sumqayıt şəhəri 8ci mkr ərazisində tərəflərindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Vüsala hüquq, vəzifələri izah edilmiş və üzərində qanunla gəzdirilməsi qadağan olan əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan “kakos” adlanan narkotik vasitəni təqdim etmişdir. Baxış keçirilmiş, narkotik vasitə tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəis müavini polis mayoru Şahid8 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş edilmişdir. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:45-də əməliyyat müşahidəsinə götürülmüş və o, saat 13:54-də ünvan 5 ünvanının yaxınlığında əməliyyataxtarış tədbirlərin nəticəsində saxlanılmışdır. O və digər əməliyyat müvəkkilləri özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra o Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində, daşınmasında şübhəli olduğunu bildirərək saxlanıldığı yerdə üzərinə baxış keçiriləcəyini bildirmişdir. İlk olaraq Vasif Piriyevə üzərində qanunla istifadəsi, əldə olunması, daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofon bükümdə qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda. Təqsirləndirilən şəxs bükümün içərisində “kakos” olduğunu bildirmişdir. Onun sualıma cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümü saxlanıldığı gün, yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində olan zaman tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində alaraq üzərində saxladığını bildirmişdir. Sonra həmin büküm çəkilmiş və kütləsi 0.86 qram müəyyən edilmişdir. Sonra həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra onlar Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişlər. İdarənin inzibati otaqlarından birində təhqiqatçı Rəşad Məhərrəmov tərəfindən sənədləşmə prosesi davam etdirilmişdir. Belə ki. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və ona hüquq və vəzifələri yenidən izah edilmişdirdi. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş və heç bir şey aşkar edilməmişdir.. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid9 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid8 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində CM 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilərək ********* saylı statik nömrə altında bir icraatda davam etdirilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində CM 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilərək ********* saylı statik nömrə altında bir icraatda davam etdirilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində CM 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilərək ********* saylı statik nömrə altında bir icraatda davam etdirilmişdir - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, DVD diskə baxış keçirilərkən işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən X16 2025-03-13B sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 04 dəqiqə 17 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində iki nəfər mülki geyimli şəxsin irəlilədiyi görünür. Sonra həmin şəxslər qarşı tərəfdən gələn şəxsin üzərinə gedərək həmin şəxsin qollarından tutur və polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 olduğunu bildirir. Daha sonra digər polis əməkdaşları Şahid2 və Ramin Zamanov özlərini təqdim edirlər. Daha sonra polis əməkdaşı Şahid1 saxlanılmış şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Şahid1 mobil telefonun ekranını göstərərək xx.xx.2025-ci il saat 23:26 olduğunu göstərir və hazırda Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində Mərkəzi Poçtun binasının arxasında olduqlarını bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını bildirir. Sonra polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində saxlamış olduğu bir şəffaf rəngli sellofana bükülmüş bükülünü baxışa təqdim etdi. Polis əməkdaşı Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda o, “kakos” deyə cavab verir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, o narkotik vasitəni həmin gün Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirdi. Bundan sonra büküm elektron tərəzidə çəkildi və çəkisi 0.60 qram müəyyən edildi. Sonra həmin bükülü ağ rəngli zərfə qoyularaq Sumqayıt ŞPİ-nin 124 nömrəli möhrü ilə möhürləndi. Zərf möhürlənərək üzərində imza və adlar qeyd edilərkən videogörüntü başa çatır. -xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyalara baxış keçirilməsi barədə” protokol və xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən VİD_20250513_012537 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 04 dəqiqə 38 saniyədən ibarətdir. Videogörüntü Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim etməsi ilə başlayır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı digər polis əməkdaşlarından özlərini təqdim etməsini xahiş edir və əməliyyat müvəkkilləri özlərini təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir və bu barədə protokolu ona təqdim edir. Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra ona dözlət hesabına təyin edilmiş müdafiəçi Elşad İsayev özünü təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:25 də Sumqayıt ŞPİnin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Mərkəzi Poçtun binasının yaxınlığında saxlanıldığını bildirir. Sonra əməliyyat müvəkkili Şahid1 içərisində narkotik vasitə heroinə bənzər maddə kütləsi qablaşdırılmış 01 ədəd zərfi təhqiqatçıya təqdim edir. Təhqiqatçı zərfdə qablaşdırılmış bükümün çəkisinin nə qədər olduğunu soruşur və əməliyyat müvəkkili Şahid1 kütlənin çəkildiyini və çəkisinin 0.60 qram olduğunu bildirir. Daha sonra təhqiqalç Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” olduğunu və xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində “Şamaxinka” adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aləıb üzərində saxladığını bildirdi. Bundan sonra təhqiqatçı özü yenidən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparır və heç bir şey aşkar edilmir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, DVD diskə baxış keçirilərkən işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən İMG_2171 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 09 dəqiqə 01 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində iki nəfər mülki geyimli şəxsin irəlilədiyi görünür. Sonra həmin şəxslər qarşı tərəfdən gələn şəxsin üzərinə gedərək həmin şəxsin qollarından tutur və polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 olduğunu bildirir. Daha sonra digər polis əməkdaşları Şahid8 və Şahid9 özlərini təqdim edirlər. Daha sonra polis əməkdaşı Şahid7 saxlanılmış şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını bildirir. Sonra polis əməkdaşı Şahid7 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində saxlamış olduğu bir büküm qara rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə olan bükümü baxışa təqdim etdi. Polis əməkdaşı Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda o, “kakos" deyə cavab verir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs həmin narkotik maddəni haradan əldə etdiyini soruşduqda, o narkotik maddəni saxlanıldığı gün bakı şəhəri, “Şamaxinka" adlanan ərazidə olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxlamışdır. Bundan sonra büküm ağ rəngli zərfə qoyularaq möhürləndi. Zərf möhürlənərək üzərində imza və adlar qeyd edildi. Sonra Şahid7 Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini bildirir. Bu zaman Təqsirləndirilən şəxs şalvarın sağ yan cibindən 03 ədəd bir manatlıq pul əskinası çıxardaraq baxışa təqdim edir və üzərində başqa heç bir şey olmadığını bildirir. 03 ədəd bir manatlıq pul əskinası sübut əhəmiyyəti daşımadığı üçün Təqsirləndirilən şəxs qaytarılır. Bundan sonra sənədləşmə prosesinin aparılması üçün videoçəkiliş dayandırılır. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyalara baxış keçirilməsi barədə” protokol və xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən 1094 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 10 dəqiqə 14 saniyədən ibarətdir. Videogörüntü Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmovun özünü təqdim etməsi ilə başlayır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı digər polis əməkdaşlarından özlərini təqdim etməsini xahiş edir və əməliyyat müvəkkilləri özlərini təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir və bu barədə protokolu ona təqdim edir. Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra ona dözlət hesabına təyin edilmiş müdafiəçi Tamara Zeynalova özünü təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs saxlanılarkən əməliyyat müvəkkilləri tərəfindən baxış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər olan bükülünün qablaşdırılmış zərlə baxış keçirir. Zəri' yenidən açılır və içərisindən bükülü çıxardılaraq açılır. Sonra həmin bükülüyə baxış keçirilir və yenidən elektron tərəzidə çəkilərərk qablaşdırılır. Həmin bükülü çəkilən zaman çəkisinin 0.83 qram olması müəyyən edilir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tutulduğu gün saat 10 radələrində bakı şəhəri, “Şamaxinka" adlanan ərazidə olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxladığını bildirdi. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə yenidən baxış keçirilir, lakin heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilmir. Videoçəkiliş təhqiqatçının məruzəsi ilə başa çatır. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyalara baxış keçirilməsi barədə” protokol və xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən Video **********577499314 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 07 dəqiqə 24 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində iki nəfər mülki geyimli şəxsin irəlilədiyi görünür. Sonra həmin şəxslər qarşı tərəfdən gələn şəxsin üzərinə gedərək həmin şəxsin qollarından tutur və polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 olduğunu bildirir. Daha sonra digər polis əməkdaşları Şahid5 və Şahid6 özlərini təqdim edirlər. Daha sonra polis əməkdaşı Şahid4 saxlanılmış şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını bildirir. Sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibində saxlamış olduğu bir büküm qara rəngli süllofana bükülmüş kristallik maddə kütləsi metamfetaminə bənzər bükümü baxışa təqdim etdi. Polis əməkdaşı Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda o, “patı” deyə cavab verir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etdiyini soruşduqda, o psixotrop vasitəni saxlanıldığı gün saat 03 radələrində Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxladığını bildirdi. Bundan sonra büküm elektron tərəzidə çəkildi və çəkisi 0.55 qram olması müəyyən edildi. Sonra həmin bükülü ağ rəngli zərfə qoyularaq qablaşdırıldı və zərflər üçün möhürlə möhürləndi. Polis əməkdaşının sualına cavab olaraq Təqsirləndirilən şəxs 6 il müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə etdiyini bildirdi. Sonda polis əməkdaşı Şahid4 sənədləşmənin polis idarəsində davam etdirilməsi üçün saxlanıldığını bildirir. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyalara baxış keçirilməsi barədə” protokol və xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən 20250425_l 84522 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 04 dəqiqə 50 saniyədən ibarətdir. Videogörüntü Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Zaur Ağayev özünü təqdim etməsi ilə başlayır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı digər polis əməkdaşlarından özlərini təqdim etməsini xahiş edir və əməliyyat müvəkkilləri özlərini təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir və bu barədə protokolu ona təqdim edir. Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra ona dözlət hesabına təyin edilmiş müdafiəçi Ələsgər Məmmədov özünü təqdim edir. Bundan sonra təhqiqatçı əməhiyyat müvəkkili Şahid4 Təqsirləndirilən şəxs saxlanılması barədə məlumat verməsini xahiş edir. Şahid4 Təqsirləndirilən şəxs saxlanılma vaxtı və yeri barədə məmat verir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış zərfi təhqiqatçıya təqdim edir və zərfin içərisindəki bükülünün çəkisinin 0.55 qram olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs sual verərək zərfin içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs “şüşə" olmasını, həmin gün Bakı şəhəri “Şamaxinka" adlanan ərazidə olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxladığını bildirdi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin hər hansı narkotik vasitə, psixotrop maddə aşkar edilmir. Sonra müdafiəçi Təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı təzyiqə məruz qalıb-qalmadığını soruşur və Təqsirləndirilən şəxs heç bir təzyiqə məruz qalmadığını bildirir. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyalara baxış keçirilməsi barədə” protokol və xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən narkotik emeliyyat sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 07 dəqiqə 43 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində iki nəfər mülki geyimli şəxsin irəlilədiyi görünür. Sonra həmin şəxslər qarşı tərəfdən gələn şəxsin üzərinə gedərək həmin şəxsin qollarından tutur və polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Eyvaz Əşrəfi olduğunu bildirir. Daha sonra digər polis əməkdaşları Şahid11 və Şahid12 özlərini təqdim edirlər. Daha sonra polis əməkdaşı Eyvaz Əşrəfdi saxlanılmış şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını bildirir. Sonra polis əməkdaşı Şahid10 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümü baxışa təqdim etdi. Polis əməkdaşı Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda o, “kakos” deyə cavab verir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs həmin narkotik maddəni haradan əldə etdiyini soruşduqda, o narkotik maddəni saxlanıldığı gün səhər saatlarında Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxlamışdır. Bundan sonra büküm ağ rəngli zərfə qoyularaq möhürləndi. Sonra büküm elektron tərəzidə çəkildi və çəkisi 1.33 qram müəyyən edildi. Sonra həmin büküm zərfə qoyularaq möhürləndi. Zərf möhürlənərək üzərində imza və adlar qeyd edildi. X17 Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini bildirirTəqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirdi. X18 piriyevin üzərinə baxış keçiri, lakin heç bir şey aşkar edilmir. Bundan sonra sənədləşmə prosesinin aparılması üçün videoçəkiliş dayandırılır. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyalara baxış keçirilməsi barədə” protokol və xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən 1094 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 10 dəqiqə 14 saniyədən ibarətdir. Videogörüntü Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmovun özünü təqdim etməsi ilə başlayır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı digər polis əməkdaşlarından özlərini təqdim etməsini xahiş edir və əməliyyat müvəkkilləri özlərini təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir və bu barədə protokolu ona təqdim edir. Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra ona dözlət hesabına təyin edilmiş müdafiəçi Tamara Zeynalova özünü təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs saxlanılarkən əməliyyat müvəkkilləri tərəfindən baxış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər olan bükülünün qablaşdırılmış zərlə baxış keçirir. Zərf yenidən açılır və içərisindən bükülü çıxardılaraq açılır. Sonra həmin bükülüyə baxış keçirilir və yenidən elektron tərəzidə çəkilərərk qablaşdırılır. Həmin bükülü çəkilən zaman çəkisinin 0.83 qram olması müəyyən edilir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tutulduğu gün saat 10 radələrində bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxladığını bildirdi. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə yenidən baxış keçirilir, lakin heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilmir. Videoçəkiliş təhqiqatçının məruzəsi ilə başa çatır. - Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 21 aprel 2025-ci il tarixdə, saat 12:05-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən 25 aprel 2025-ci il tarixdə, saat 18:05-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 02 may 2025-ci il tarixdə, saat 13:54-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. -Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 12 may 2025-ci il tarixdə, saat 23:25-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-127/2025 saylı qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - Məhkəmə məhkəmə-bioloji ekspertizasının 21 aprel 2025-ci il tarixli, 16/220 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.505 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi-0.505 qr, tədqiqata sərf edildi-0.05 qr, qalıq-0.455 qr. - Məhkəmə məhkəmə-bioloji ekspertizasının 26 aprel 2025-ci il tarixli, 20/243 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə.... ” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.459 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0.459 qr, tədqiqata sərf edildi-0.05 qr, qalıq- 0.409 qr. - Məhkəmə məhkəmə-bioloji ekspertizasının 02 may 2025-ci il tarixli, 20/263 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin....” sözləri və imzalar kağız paketdə, eyni yazılar olan digər kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0.748 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi-0.748 qr, tədqiqata sərf edildi-0.05 qr, qalıq-0.698 qr. - Məhkəmə məhkəmə-bioloji ekspertizasının 13 may 2025-ci il tarixli, 20/312 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: Vəl. Təqsirləndirilən şəxs....” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0.533 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Qeyd: Heroinin təmiz çəkisi-0.533 qr, tədqiqata sərf edildi-0.05 qr, qalıq-0.483 qr. - xx.xx.2025-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0.533 qram narkotik vasitə heroin, 0.505 qram narkotik vasitə heroin, 0.748 qram narkotik vasitə heroin və 0.459 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 0.483 qram narkotik vasitə heroin, 0.455 qram narkotik vasitə heroin, 0.698 qram narkotik vasitə heroin və 0.409 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. “ƏAT keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 04 ədəd “DVD” disklər və “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 04 ədəd “DVD” disklər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-245/2024 saylı hökmünün surəti iş materiallarına əlavə edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-352/2025 saylı hökm və göstərişindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1ci maddəsinə əsasən əvvəlki hökm üzrə çəkilməmiş cəza, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs 01 il 06 azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün cəzadan çıxılmaqla onun üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökm xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - Məhkəmə-tibbi Ekspertiza və X7 X14 xx.xx.2025-ci il tarixli, 631 saylı və xx.xx.2025-ci il tarixli 536 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. - Məhkəmə-narkoloji ekspertizasının 2311 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin CPM-in 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddə ilə cinayət təqbinin başlanılması rədd edilmiş, təmiz çəkisi 0.533 qram narkotik vasitə heroin, 0.505 qram narkotik vasitə heroin, 0.748 qram narkotik vasitə heroin və 0.459 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 0.483 qram narkotik vasitə heroin, 0.455 qram narkotik vasitə heroin, 0.698 qram narkotik vasitə heroin və 0.409 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilməsi nəzərə alınmış, 08 ədəd DVD diskdə videogörüntülər cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), psixotrop maddə metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir, həmçinin narkotik vasitə heroinin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 7-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə bildirmək istəyir ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətınin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə "Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında" 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarında da məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsinə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunmasına, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətin təkmilləşdirilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin: - 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. - 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təkrarlığı müəyyən olunmuşdur. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. -58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər eyni xarakterli cinayəti törətməsini), cəzasını ağırlaşdıran halın olmasını, həmçinin cinayət əməlinin törədilməsi halını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddələrin aludəçisi olmasını, əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, habelə sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və həmin məhkumluq üzrə hazırda cəza çəkməsini nəzərə alaraq, təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-352/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmamasını və cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş qəti cəzadan ibtidai araşdırma zamanı tutulduğu iki gün çıxılmışdır. Məhkəmə hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza hazırki cəza ilə toplandıqdan sonra çəkilmiş cəza çıxıldığı üçün əvvəlki iş üzrə saxlanıldığı 02 (iki) gün müddət və hazırki iş üzrə tutulduğu 06 (altı) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən hazırda məhkəmənin təyin ediyi vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,455, 0,483, 0,683 qram çəkidə narkotik vasitə heroin və 0,409 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan səkkiz ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 252.00 (63x4) (iki yüz əlli iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-481/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1198/2025 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 17 (on yeddi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 187 (yüz səksən yeddi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 09 iyul 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 09 iyul 2025-ci il tarixli hökm ilə 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə 21 aprel 2025-ci il tarixdən 23 aprel 2025-ci il tarixədək, 25 aprel 2025-ci il tarixdən 27 aprel 2025-ci il tarixədək, 02 may 2025-ci il tarixdən 04 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 06 (altı) gün, ümumillikdə 08 (səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Respublika Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,455, 0,483, 0,683 qram çəkidə narkotik vasitə heroin və 0,409 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan səkkiz ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 252.00 (63x4) (iki yüz əlli iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 17 (on yeddi) saat hüquqi yardıma görə 187 (yüz səksən yeddi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar