Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-481/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 22 avqust 1993-cü ildə Qubadlı rayonunun Mərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir az yaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Mərdanlı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, BTZ bağları, “X7 bağları” yaşayış massivində yaşamış və hazırda ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində həbs tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 19 iyul 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində aliment tutulub Səfərli (Əliyeva) Zərintac Süleyman qızına ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin 2(039)-1875/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 18 noyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 22 iyun 2022-ci il tarixə kimi qətnamə üzrə ümumilikdə 4550,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Səfərli (Əliyeva) Zərintac Süleyman qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Səfərli (Əliyeva) Zərintac Süleyman qızı ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, həmin nikahdan Səadət adlı övladları doğulmuş, ilk dövrdə Zərərçəkmiş şəxs (Əliyeva) ilə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2019cu ildə faktiki ayrılmışlar, Zərərçəkmiş şəxs (Əliyeva) uşaqla birlikdə valideyinlərinin evinə köçmüşdür. Müəyyən müddətdən sonra uşağı saxlaya bilmədiyini əsas gətirərək ona qarşı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin 2(039)- 1875/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan 19 iyul 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində aliment tutulub Səfərli (Əliyeva) Zərintac Süleyman qızına ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün ilk öncə Yevlax rayon İcra şöbəsinə, daha sonra aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icra işi icraata qəbul olunaraq, ona icra olunması üçün könüllü müddət verilmiş, öhdəlik tərəfindən yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Qətnamə üzrə qət edilmiş aliment pulu tərəfindən ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunmağı üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq maddi imkanı kifayət qədər olmadığından aliment üzrə heç bir ödəniş aparmamışdır. İcra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərəkən yəni xx.xx.2022-ci il tarixədək 4550,00 manat aliment borcu yaranmışdır. Övladına baxmalı olduğunu dərk edir, buna görədə özünü təqsirli bilir, sadəcə qətnamədə qeyd edilən aliment məbləği çoxdur. Buna görə də qətnamə ilə razı deyil. Amma alimentin azaldılması ilə bağlı, həmçinin yaranmış aliment borcunun silinməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Qeyri-rəsmi evlidir, bir övladı var. Fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni tikintilərdə usta (dəmirçi-qəlibçi ustası) işləmiş, "xxxx" şirkətintə dəmirçi-qəlibçi işləmişdir. Hazırda yaşadıqları əraziyə yaxın yerdə yerləşən dəmir qəbulu sexində fəhlə, həm də orada olan avtoyuma məntəqəsində yuyucu işləyir. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşimandır. Məhkəmə qətnaməsinə hörmətlə yanaşır və icrasından yayınmır, sadəcə maddi vəziyyəti pis olduğundan və aliment borcu çox olduğundan borcunu tam ödəyə bilməmişdir. Bundan sonra aybaay ödəniş edə bilər. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Səadət adlı övladları doğulmuş, ilk dövrdə Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olsa da, sonradan pozulmuş və 2019-cu ildə faktiki ayrılaraq uşaqla birlikdə valideyinlərinin evinə köçmüşdür. Müəyyən müddətdən sonra uşağın saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin 2(039)-1875/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün ilk öncə Yevlax rayon İcra şöbəsinə, daha sonra aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra idarəsinin icra məmuru tərəfindən icra işi icraata qəbul olunaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Lakin daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş aparmamışdır. İcra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərəkən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək 4550,00 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olub, məzar daşları üzrə qəlibçidir, kifayət qədər gəliri var, həmçinin "xxxx" şirkətintə qəlibçi işləyib, buna baxmayaraq alimenti ödəməkdən qərəzli yayınır, dəfələrlə alimenti ödəməyəcəyini bildirmişdir. Bu müddət ərzində aylıq alimenti ödəməməklə yanaşı uşaqla maraqlanmamış, maddi bir yana, mənəvi köməkliyi olmamışdır. Qeyd edilən yaranmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini istəyir. Aliment borcunu Təqsirləndirilən şəxs tələb edir, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs aliment borcunu tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid4 bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1875/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində aliment tutulub X2 ödənilməlidir. Göstərilən icra vərəqəsi üzrə xx.xx.2020-ci il tarixdə Yevlax rayon İcra və Probasiya şöbəsində icraata başlanılmış və borcluya könüllü icra haqqında bildiriş göndərilmiş, lakin tələb təmin olunmamışdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və həmin tarixdə borclunun icra sənədində yaşayış yeri kimi göstərilən ünvanına könüllü icra haqqında bildiriş göndərilmiş, onun tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs çağırışlara gəlmədiyindən onun barəsində axtarış qərarı qəbul olunaraq xx.xx.2020-ci il tarixdə icra edilməsi üçün Qubadlı Rayon Polis Şöbəsinə göndərilmiş, həmin orqanın xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən borclu barəsində xx.xx.2020-ci il tarixdə, 570038 nömrəli axtarış işi açıldığı məlum olmuşdur. Axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il il tarixdə borclu Təqsirləndirilən şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinə gətirilərək izahatı alınmış və ona könüllü icra haqqında bildiriş rəsmi qaydada təqdim edilərək, tələbin təmin olunması üçün yeni müddət verilmişdir. Lakin Təqsirləndirilən şəxs tələbi yenidən təmin etməyərək, icra məmurunun çağırışlarından yenidən yayınmış, buna görə də barəsində xx.xx.2021-ci tarixdə axtarış qərarı qəbul olunaraq Qubadlı Rayon Polis İdarəsinə göndərilmiş, orada xx.xx.2021-ci il tarixdə 570044 nömrəli axtarış işi açılmışdır. xx.xx.2021-ci il tarixdə axtarış tədbirləri nəticəsində idarəyə gətirilən borclunun izahatı alınaraq, borcun ödənilməsi üçün vaxt verilmiş, lakin tələb yenidən təmin olunmamışdır. “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-də işlədiyi məlum olmuş və icra sənədi onun əmək haqqının 70% hissəsinə yönəldilmiş, lakin borclunun iş yerinin ünvanını tərəflərindən müəyyən etmək mümkün olmamışdır (zərf üzərində “bu ünvanda yaşamır” və “köçüb” qeydləri edilməklə geri qaytarılmışdır). Borclu barəsində xx.xx.2021-ci il tarixdə qəbul olunmuş axtarış qərarı üzrə Qubadlı Rayon Polis Şöbəsində xx.xx.2021-ci il tarixdə 570053 nömrəli axtarış işi açılmışdır. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən idarəyə gətirilən Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Aliment borcunun ödənilməsi üçün borcluya yeni müddət verilmiş, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmiş, lakin o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. İcraat dövründə Təqsirləndirilən şəxs tərəfindən öhdəlik yerinə yetirilməmiş, icra sənədi üzrə heç bir ödəniş olunmamış, 4550,00 manat aliment borcu ödənilməmiş qalmışdır. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, icraat dövründə dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Tələbkar borcu ödəməkdən boyun qaçırdığına görə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə müraciət edilməsini xx.xx.2022-ci il tarixli ərizə ilə icra şöbəsindən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid5 Şahid4 ifadəsində göstərilən xüsusatları ifadəsində təsdiq etdi. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Təqsirləndirilən şəxs eşitdiyinə görə Zərintac adlı xanımla rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Səadət adlı övladları doğulmuşdur. Sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Daha sonra Zərintac xanım uşağı saxlaya bilmədiyini əsas gətirərək Təqsirləndirilən şəxs qarşı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən Səxavətdən 19 iyul 2019-cu il tarixdən başlayaraq X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində aliment tutulub Zərintac xanıma ödənilməsi qət edilmişdir. Qətnamə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdu. Bildiyinə görə təxmini 4550,00 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olub, tikintilərdə dəmirçi-qəlibçi işləyib, indi də avtoyuma məntəqəsində yuyucu işləyir, həmçinin dəmir, metal qəbulu sexində fəhlə işləyir. Dəfələrlə Səxavətə ayda gücü çatdığı qədər aliment ödəməsini demişdir, sadəcə məsuliyyətsizlik edib aylıq alimenti ödəməyib. Hazırda Təqsirləndirilən şəxs qeyri rəsmi ailə qurmuş, bir az yaşlı övladı var. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi əridir. Bir az yaşlı övladları var. Rəsmi nikahları yoxdur. Təqsirləndirilən şəxs axtarışda olduğuna görə uşağa doğum haqqında şəhadətnamə almaq üçün Asan xidmətə gedə bilməmişlər. Təqsirləndirilən şəxs eşitdiyinə görə Zərintac adlı xanımla rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Səadət adlı övladları doğulmuşdur. Sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Daha sonra Zərintac xanım uşağı saxlaya bilmədiyini əsas gətirərək Təqsirləndirilən şəxs qarşı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən Səxavətdən 19 iyul 2019-cu il tarixdən başlayaraq X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində aliment tutulub Zərintac xanıma ödənilməsi qət edilmişdir. Qətnamə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdu. Bildiyinə görə təxmini 4550,00 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olub, tikintilərdə dəmirçi-qəlibçi işləyib, indi də həm yaşadıqları əraziyə yaxın yerdə yerləşən dəmir qəbulu sexində fəhlə, həm də orada olan avtoyuma məntəqəsində yuyucu işləyir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Şahid2 ilə qeyri-rəsmi evlidirlər. Bir az yaşlı övladları var. Rəsmi nikahları yoxdur. Uşağın doğum haqqında şəhadətnaməsi olubolmamasını bilmir, amma onlar bura köçərkən övladları yox idi, daha sonra Şahid2 hamilə oldu, qonşu kimi istər həkimə gedib gələn zaman, istər həyətə çıxan zaman bunu görmüşdür. Daha sonra da övladları oldu. Təqsirləndirilən şəxs gecə-gündüz işləyir, arvadına və uşağına baxmağa çalışır. Uşağın anası Şahid2, atası isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, yaşadıqları əraziyə yaxın yerdə yerləşən dəmir qəbulu sexində fəhlə, həm də orada olan avtoyuma məntəqəsində yuyucu işləyir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3652/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibatə Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan “Borcluya məxsus əmlakın yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Sumqayıt şəhəri, BTZ bağları, X7 bağlarında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evdə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlir aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin 05/Q-4655/19 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs nikah haqqında akt qeydi aşkar olnumuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 160 saylı, xx.xx.2014-cü il tarixdə Laçın rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikah haqqında akt qeydi aşkar olnumuşdur. Həmin nikah 194 saylı, xx.xx.2021-ci il tarixdə Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 7 saylı Ərazi Məşğulluq Filialının **********5 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Məşğulluq alt sistemində işaxtaran şəxs kimi qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1875/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququmüvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Qubadlı RİHB-nin Xocik kənd İƏD-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan X6 X3 Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən iş axtaran kimi qeydiyyata alınmış, lakin qeydiyyatında olan ********** və ********** saylı nömrələr ilə əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1875/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, X5 ilə Təqsirləndirilən şəxs arasında Laçın rayon qeydiyyat şöbəsində 2014-cü il sentyabr ayının 18-ci günündə akt qeydləri kitabında 160 nömrə qeydə alınmış nikah pozulmuş, borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində aliment tutulub X2 ödənilməlidir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “İcraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin 58-5/2-1552 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmişç əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xəcasən qəsəbəsi ərazisində saxlanılaraq polsi bölməsinə gətirilmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-481/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin 3-13-46-5/2-9998-2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aparılmış profilaktiki söhbətlər əsasında könüllü olaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gəlmiş və tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2/3101/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmiş, iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, icra işindəki məlumatları, icra ilə bağlı görülən tədbiləri nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu növ cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 22 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə tutulmuş, 11 mart 2023-cü il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 (iki) gün müəyyən olunaraq Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə tutulmuş, 11 mart 2023-cü il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 (iki) gün müəyyən olunaraq Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut, müsadirə olunası əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 11 ( on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-481/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-481/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver