Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-481/2025 07.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X5, Məhkəmə iclas katibi: X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X11, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs: X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Müjgan İsmayılova qardaşı Saleh Həsənovla qeyri-rəsmi münasibətdə olmuş, həmçinin Müjganın anasına Corat bağları ərazisində ilkin ödəniş etməklə ev satmışdır. Son vaxtlar evin pulunu ödəmədikləri üçün bir neçə dəfə Müjgana zəng vurub evə görə aylıq ödənişlərin ödənilməsini bildirmişdir. Müjgan evin pulunu ödəməmiş, əvəzində qardaşı Salehlə olan münasibətlərinə mane olacağı təqdirdə onu şərləyib tutduracağını bildirmişdir. Bundan sonara M.İsmayılova AR DİN-nin 102 zəng xidməti mərkəzinə və Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə onun onu söyüb təhqir etməsi və öldürməklə hədələməyi ilə bağlı şikayət etmişdir. M.İsmayılovanın şikayəti ilə bağlı Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsində onun barəsində təhqiqat aparılmış, araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 may 2025-ci il tarixli qərar qəbul edilmişdir. Onun normal həyat tərzi var, dostları, qohumları və onu tanıyan insanlar arasında hörməti, güvəni var. Onun uşaqları və ailəsi Müjganın şikayətindən sonra böyük sarsıntılar keçirib. Bu şər-böhtan ona və ailəsinə çox sarsıdıcı zərbələr vurdu. Belə ki, onun tez-tez polis bölməsinə çağırılması, barəsində adam öldürməklə bağlı şikayət olması, tutula biləcəyi qorxusu ailəsinin, yaxınlarının yanında nüfuzunu sarsıltmış, ailəsi çox böyük streslər keçirmiş, normal həyat tərzləri pozulmuşdur. Yaşadığı müddətdə yaxınlarının, onu tanıyanların hörmət və ehtiramını qazanmışdır, öz nüfuzunu, şərəf və ləyaqətini hər zaman qoruyub saxlamışdır. X1 təhqir və böhtanlarına məruz qalmağı nəticəsində onun şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmışdır. X2 şikayəti araşdırılmış və bu hal yəni Müjgan İsmaılovanın şər-böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları öz təsdiqini tapmamışdır. Bu səbəbədən də X2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri vardır. Həmin maddənin dispozisiyasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatları yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh olunanları nəzərə alaraq X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətdiyinə görə, həmin maddələr ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsinix ahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 xüsusi ittiham qaydasında şikayətini müdafiə etdi və icraata götürülüb baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətin icraata götürülüb baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X10 xüsusi ittiham qaydasında şikayətin icraata götürülüb baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM): - 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7- ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır -302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. -302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsi qənaətinə gəlir. CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Şikayət vermiş şəxs şikayətində İsmayılova Müjganın onu şərləyib tutduracağını qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən təhlil edilən şikayət ərizəsi xüsusi ittiham qaydasında təqdim olunmuş olsa da, onun tərtibində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) müvafiq tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, şikayətçi şəxsin şəxsiyyətini və hüquqi vəziyyətini müəyyən etməyə imkan verəcək məlumatlar, xüsusən onun məşğuliyyət növü (peşəsi, vəzifəsi və ya sosial statusu) tam şəkildə əks etdirilməmiş, iddia edilən cinayət əməlini təşkil edən hərəkətlərin harada (coğrafi və konkret məkan baxımından), nə vaxt (il, ay, gün və mümkün olduqda saat dəqiqliyi ilə) və necə (ətraflı təsvirlə, faktiki hallar və sübutların göstərilməsi ilə) törədildiyi barədə məlumatlara yer verilməmişdir. Bundan başqa şikayətdə X2 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, onun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair dəlillər göstərilməmiş, Azərbaycan Respublikası CM-nin həmin maddələrində nəzərdə tutulan əməllərinin ayrı-ayrılıqda hər birinin konkret hansı sübutlarla təsdiq edilməsi, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci olması göstərilməmiş, məhkəməyə belə sübutlar təqdim edilməmişdir. Qeyd edilən çatışmazlıqlar CPM-nin 42.2.1, 147.1 və 148.1-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. Həmin maddələrə əsasən, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi məcburi surətdə şikayətçinin kimliyi və yaşayış yeri, şikayət edilən şəxsin kimliyi, cinayətin törədildiyi yer, vaxt və şərait, cinayət əməlini sübuta yetirə biləcək hallar və sübutlar, kimi məcburi rekvizitləri özündə ehtiva etməlidir. Cinayət-Prosessual Məcəllənin 147.1 və 148-ci maddələrinə əsasən, xüsusi ittiham qaydasında verilən şikayətdə cinayətin törədildiyi yer və vaxtın göstərilməsi mütləq şərt sayılır. Həmin məlumatlar olmadan iddianın nəinki hüquqi, hətta faktiki baxımdan dəyərləndirilməsi və ilkin araşdırmaya cəlb edilməsi mümkün deyil. Qeyd edilən çatışmazlıqlar nəzərə alınmaqla, təqdim olunmuş şikayət ərizəsinin, prosessual forma baxımından qeyri-qənaətbəxş olduğu, məzmun və əsaslandırma baxımından Cinayət-Prosessual Məcəllənin tələblərinə cavab vermədiyi, həmçinin, icraata qəbul edilməsi üçün hüquqi əsasların yetərli şəkildə göstərilmədiyi açıq-aydın müəyyən edilmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası CM-nin: - 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —https://eqanun.az/framework/46947 min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X8 X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X3 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-481/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-481/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver