Məhkəmə qərarları › İş №1(060)-482/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-482/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-482/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 4cü mkr., ev 26/4B, mənzil 47 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 07 aprel 2021-ci il tarixdə saat 18:45 radələrində Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində Sumqayıt şəhərində 33 saylı xətt üzrə hərəkət edən avtobusda sərnişin Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən üzərində dəyəri 4,00 manat olan ***-***-**-** və dəyəri 4,00 manat olan ***-***-**-** saylı GSM nömrələri olan 1 ədəd qara rəngli, dəyəri 170,00 manat olan “X5 7” markalı, “M1901F7G” modelli mobil telefonu gizli yolla çıxarıb talamaqla zərərçəkmiş Kəmalə Əiyevaya 178,00 (yüz yetmiş səkkiz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, 4-cü mkr., ev 26/4B, mənzil 47 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Onun İİ dərəcəli əlilliyi var, heç bir yerdə işləmir. 07.04.2021-ci il tarixdə saat 18:45 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Səda Store” mağazasının yanında 33 nömrəli avtobusa minmiş, avtobusda olarkən bir nəfər oturacaqda oturmuş, əvvəllər tanımadığı qadının əynində olan gödəkçəsinin sağ yan cibində mobil telefon olduğunu görmüşdür. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün həmin telefonu oğurlayaraq satıb pul əldə etmək qərarına gəlmişdir. Buna görə də, həmin qadına yaxınlaşaraq onun üzərinə yıxılmış kimi hərəkət edib onun cibindən telefonunu götürmüşdür. Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində avtobusdan düşüb telefonu söndürmüş və telefonu yerdə olan otlaq əraziyə atmışdır. Təxminən 1 dəqiqədən sonra həmin qadın da avtobusdan düşüb onun yanına gələrək mobil telefonunun cibindən oğurlandığını və ondan şübhələndiyini bildirmişdir. O, həmin qadına telefonunu oğurlamadığını bildirərək üzərinə baxmasını bildirmişdir. Həmin qadın əli ilə onun ciblərini yoxlamış, telefon üzərində olmadığı üçün onu tapmamışdır. Sonra ona heç yerə getməməyini, DİN-in 102 xidmətinə zəng edəcəyini bildirmişdir. O, həmin qadına etiraz etmədən gözləmişdir. Həmin qadın DİN-in 102 xidmətinə zəng etdikdən sonra polis əməkdaşları gələrək hər ikisini Sumqayıt ŞPİ 1-ci PByə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən 1-ci PB-yə getmişdir. Polis bölməsində etdiyi cinayət əməlini etitaf etmiş, sonra polis əməkdaşları ilə birgə 52-ci məhəllə ərazisinə, telefonu atdığı yerə getmişlər. O, telefonu götürərək polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır, İİ dərəcəli əlildir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 07.04.2021-ci il tarixdə saat 18:45 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən “Hiper” supermarketin qarşısından 33 nömrəli avtobusa minərək oturacaqda əyləşmişdir. Avtobus Sumqayıt şəhəri 52-ci məhəllə ərazisində olarkən bir nəfər əvvəl tanımadığı, adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs üzərinə yıxılan kimi hərəkət edərək ona toxunaraq avtobusdan düşmək üçün ön qapıya yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs sıxlıq olmayan avtobusda ona toxunmasına görə sübhələnib əlini üzərində olan gödəkçəsinin sağ yan cibinə saldıqda orada olan üzərində 077- ***-**-** və ***-***-**-** nömrələr olan “Redmi Note 7” markalı mobil telefonunun yerində olmadığını aşkar etmiş və dərhal avtobusdan düşüb Təqsirləndirilən şəxs yaxınlaşıb telefonunu cibindən götürübgötürmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs telefonun onda olmadığını bildirərək üzərinə baxmağını bildirmişdir. O, qorxduğu üçün Təqsirləndirilən şəxs üzərinə baxmamışdır. Sonra Təqsirləndirilən şəxs 52-ci məhəllə ərazisində piyada hərəkət edərkən o da Təqsirləndirilən şəxs arxasınca düşmüşdür. 52-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs asfalt yola çıxmaq üçün qarşısına çıxan şəxslərdən yolu soruşduğunu görüb onun 52-ci məhəllə ərazisini tanımadığını, telefonu cibindən götürdüyü üçün dərhal avtobusdan düşməsi qənaətinə gəlmişdir. Buna görə də DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonra polis əməkdaşları yanına gəldikdə telefonunu oğurlayan Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onu və Təqsirləndirilən şəxs 1-ci PB-yə aparmışdır. Polis bölməsində ona məlum olmuşdur ki, telefonu Təqsirləndirilən şəxs cibindən oğurlayıb. O, ***-***-**-** nömrəsini təxminən 3 il əvvəl 5 manata almış, ***-***-**-** nömrəsini 10 il əvvəl 7 manata almış, ona məxsus olan mobil telefon “X5 7” modelli, qara rəngli, 32 GB yaddaş tutumlu olmuş, onu 21.08.2019-cu ildə 600 manata almışdır, telefonun heç bir nasazlığı olmamış, tam saz vəziyyətdə olmuşdur. İstintaq zamanı telefonu nömrələrlə birlikdə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs 19.08.2021-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, “X5 7” markalı, “M1901F7G” modelli mobil telefonu maddi sübut qismində tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 79-80) İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 16.05.2021-ci il tarixli 9/2271 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən 21.08.2019-cu ildə alınmış “X5 7” markalı, “M1901F7G” modelli, qara rəngli, 32 GB yaddaş tutumlu mobil telefonun, ***-***-**-** və ***-***-**-** GSM nömrələrin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 178,00 manat müəyyən olunur. (i.v.74-77) İşdə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2021-ci ildə saat 01:00-da tutulmuşdur. (i.v.29-30) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqında” 10 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, həmin qərar ona saat 17:45-də elan olunmuş və MSYdən azad edilmişdir. (i.v.55-57) İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. (i.v.71) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin 12.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.73) İş materiallarında olan 12 saylı MKS-nin rəisinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (i.v.82) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olmasını, İİ dərəcəli əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut - “X5 7” markalı, “M1901F7G” modelli, qara rəngli, 32 GB yaddaş tutumlu mobil telefonun, ***-***-**-** və ***-***-**-** GSM nömrələrin saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, sahibinə qaytarılmış hesab edilməlidir. İşdə olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2021-ci ildə saat 01:00-da tutulmuş, 10 aprel 2021-ci ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2021-ci ildən 10 aprel 2021-ci ilədək tutularaq saxlandığı 02 gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 4-cü mkr., ev 26/4B, mənzil 47 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - “X5 7” markalı, “M1901F7G” modelli, qara rəngli, 32 GB yaddaş tutumlu mobil telefonun, ***-***-**-** və ***-***-**-** GSM nömrələrin saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar