Məhkəmə qərarları › İş №1(060)-482/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-482/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-482/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı İlqar oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Füzuli rayonu, Füzuli şəhəri ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” marketdə daxil olub maketdə şəxsi əşyaların saxlanması üçün nəzərdə tutulmuş dolabın kilidi olmayan qapısını açaraq vətəndaş Zərərçəkmiş şəxs məxsus dəyəri 50 (əlli) manat olan əl çantasını, həmin çantanın içində olan dəyəri 50 (əlli) manat müalicəvi eynəyi, 100 (bir yüz) manat pulu, bir ədəd dəyəri 340 (üç yüz qırx) manat Rus istehsalı olan 04 (dörd) qram qızıl üzüyü gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 540 (beş yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 tək qeydiyyatda olmaqla yaşayır. Heç yerdə işləmir. Dolanışığı çətindir. Qonşuların etdikləri yardımlarla dolanır. Başqa heç bir yerdən maddi dəstəyi yoxdur. Yaşadığı evin hətfa qapısı, pencərəsi yoxdur. 2021-ci ilin iyul ayının ortalarında Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioner” marketə gəlmiş, fikri oradan ərzaq almaq olmuşdur. Lakin marketə daxil olmamış üzərində pulunun olmadığı yadına düşmüş, buna baxmayaraq içəri daxil olduqda giriş qapısından sol tərəfdə şəxsi əşyaların saxlanılması üçün qoyulan dolablardan birinin qapısının açıq olduğunu, dolabda isə qadın əl çantası olduğunu görüb onu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə dolabın qarşısına gəlib əyilərək aşağı rəfdə olan dolabdan krem rəngli qadın çantasını götürərək marketdən çıxmışdır. Oradan birbaşa yaşadığı mənzilə gəlmiş, həddindən artıq həyəcanlı olmuş, çantanı açıb içərisinə ötəri baxmış, çantada 100 (bir yüz) manat pul olduğunu görmüşdür. Pulu götürmüş, çantanı isə qorxduğuna görə aparıb binanın yaxınlığında yerləşən zibilxanaya atmışdır. Pulu isə öz şəxsi ehtiyaclarına, ərzaq məhsullarına xərcləmişdir. Çantanı dəqiq axtarmadığına görə onun içərisində 100 (bir yüz) manatdan başqa nə olduğunu dəqiq xatırlamır. Hadisə zamanı əynində ağ qara zolaqlı olan qısa qol yay köynəyi, qırmızı rəngli ortası rezinli yay şalvarı, ayağında isə kənarları çəhrayı rəngdə olan yay ayaqqabısı olmuşdur. Həmin geyim əşyaları yaşadığı evdə olduğundan onları polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda qeyd etmişdir ki, bu oğurluq hadisəsindən başqa cinayət hadisəsi törətməmiş, onun maddi imkanı olmadığından dəymiş maddi ziyanı ödəyə bilmir. Etdiyi oğurluq hadisəsi barədə heç kimə bildirməmiş, hadisəni özü tək törətmişdir. Oğurladığı çantanın sahibini də tanımır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. ünvan 4əyir. xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində 45-ci məhəllə ərazisində yerləşən “Pioner” dükanına konfet almaq üçün daxil olarkən özünə məxsus olan əl çantanı açarı olmayan əşya saxlama dolabına qoyub konfet almaq üçün getmişdir. Təxminən 15 dəqiqədən sonra geri qayıdanda əl çantası qoyduğu səbətdə olmadığını görmüşdür. Dərhal həmin dükanın mühafizəçisinə yaxınlaşmış və bildirmişdir ki, “əl çantam qoyduğum səbətdə deyil”. Dükanın rəhbərliyindən görüntü kameralarının ortaya çıxarılmasını tələb etmiş, ona bildirmişlər ki, “bu gün bazar günü olduğundan kameralar açılması mümkün deyil, sabah gələrsiniz”. O da bundan sonra çıxıb getmiş, səhəri gün yenə həmin dükana yaxınlaşmış, görüntü kamerasına baxmış, onun əl çantasını aparan qadının profildən görüntüsünü görmüş, həmin qadın arıq bədən quruluşlu, əynində qırmızı rəngli yay şalvarı, ağ qara zolaqlı yay koftası olmuşdur. O, həmin qadını tanımamışdır. Eyni zamanda qeyd etmişdir ki, krem rəngli əl çantanın dəyəri 50 (əlli) manatdır, çantada 100 (bir yüz) manat pul, 01 (bir) ədəd 04 (dörd) qram Rus istehsalı olan qaşsız özünə məxsus 350 (üç yüz əlli) manat dəyərində qızıl üzük, bir ədəd 50 (əlli) manat dəyərində özünə məxsus müalicəvi eynək, X1 məxsus təqaüd kartı, özünə məxsus maaş kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi olmuşdur. Baş vermiş hadisə nəticəsində ona cəmi 550 (beş yüz əli) manat maddi ziyan dəymişdir. Hadisə zamanı oğurlanmış şəxsiyyət vəsiqəsinin, kartların dublikatlarını çıxarmışdır. X1 məxsus təqaüd kartı oğurlanmış, başqa bir sənədi oğurlanmamışdır. Ona dəyən maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1860 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən sadə quruluşlu, qaşsız, normal vəziyyətdə Rus istehsalı olan 4 qram qızıl üzüyün 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri (583 əyar-85,0 manat olması nəzərə alınmaqla) nəzəri qaydada təxminən 340,0 manat müəyyən edilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 126-10268 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmış və Sumqayt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 126-15619 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmış və Sumqayt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 126-18707 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis mayoru X3 tərtib etdiyi xx.xx.2022-ci il tarixli videodiskə baxış keçirilməsi barədə protokoldan və baxış keçirilməsi və götürmə haqqında protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Pioner” dükanında saxlanc dolabından Zərərçəkmiş şəxs məxsus əl çantasını oğurlamış, həmin vaxt əynində ağ qara zolaqlı yay koftası və qırmızı rəngli yay şalvarı olmuşdur. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmiş və eyni zamanda videodisk iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd videodisk maddi sübut növü kimi tanınmış, cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs evindən götürülmüş 01 (bir) ədəd yay koftası və 01 (bir) ədəd yay şalvarı maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilməklə saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X6 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 178 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi üzrə isə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, həbsdə olduğu 01 (bir) ay 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 12 (on iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından azad edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs evindən götürülmüş 01 (bir) ədəd yay koftası və 01 (bir) ədəd yay şalvarı Təqsirləndirilən şəxs qaytarılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu və həbsdə olduğu 01 (bir) ay 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 12 (on iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından dərhal azad edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, mənzil 84 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs evindən götürülmüş 01 (bir) ədəd yay koftası və 01 (bir) ədəd yay şalvarı Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar