Məhkəmə qərarları › İş №1(060)-482/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-482/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-482/2023 25.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,316 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 17 yanvar 2023-cü il tarixdə saat 17:30-da həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri Corat qəsəbəsi Sülh küçəsində yerləşən Cümə məscidinin yaxınlığında saxlanılaraq Sumqayıt şəhəri 8-ci mikrorayon ev 18/5-də yerləşən 1-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 18:54də orada videoçəkiliş apanlmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibində siqaretin gümüşü rəngli kağızına bükülmüş halda bir ədəd bükümdə 0,316 qram həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,630 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında 15 mart 2023-cü il tarixdə saat 10:10-da həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 9-cu məhəllədə yerləşən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib həmin tarixdə saat 11:02-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarjnın sağ yan kiçik cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş halda bir ədəd bükümdə 0,630 qram həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2014-cü ildən narkotik vasitənin “kakos” adlandırılan heroin və psixotrop maddə metamfetamin növündən istifadə edib. Narkotik vasitələrdən istifadə etdiyinə görə 2017-ci ildə məhkum olunub. 17 yanvar 2023-cü il tarixdə günorta vaxtı Bakı şəhərində 20 Yanvar metro stansiyasının yaxınlığında Sumqayıt şəhərinə gedən taksilərə minmək istəyərkən bir nəfər şəxs təsadüfən ona yaxınlaşıb Sumqayıt şəhərinə gedəcəyini bildirmişdir. Onunla söhbət zamanı həmin şəxs ona narkotik vasitə sata biləcəyini demiş, bədənində ağrılar olduğundan narkotik vasitə qəbul etmək üçün həmin şəxsdən 15 manatlıq heroin (kakos) almışdır. Həmin şəxs ondan uzaqlaşıb getmiş, o isə taksi avtomobilinə minib Sumqayıt şəhərinə qayıtmışdır. Həmin gün saat 17-18 radələrində Corat qəsəbəsi Sülh küçəsində piyada gedən zaman mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda polislərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən o özü cibindəki siqaret kağızına bükülmüş kakosu çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra sənədləşmə işləri aparılmışdır. Bu işlə bağlı cinayət işi başlanılsa da onun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir. 14 mart 2023-cü il tarixdə axşam evə gəldikdən sonra atası Güləhməd müstəntiqin ona zəng edərək narkoloji ekspertizadan keçmək məqsədilə onun səhəri gün yəni 15 mart 2023-cü il tarixdə polis idarəsinə getməli olduğunu bildirmişdir. Səhəri gün 15 mart 2023-cü il tarixdə səhər saat 09:15 radələrində atası Güləhməd ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Sumqayıt ŞPİ-nin inzibati binasının bayır tərəfində olan zaman atası ona yol pulu kimi istifadə etmək üçün 14 manat pul vermişdir. Polis idarəsinin inzibati binasına daxil olmuşdur. Bundan sonra atası çıxıb getmişdir. Barəsində olan cinayət işini aparan müstəntiqin xidməti otağına gəldikdən sonra müstəntiq ona idarədə saat 09:30-da qısa müddətli iclasa getdiyi deyərək dəhlizdə gözləməyini və iclas bitdikdən sonra isə narkoloji ekspertizadan keçməkdən ötrü digər şəxslərlə birlikdə Narkoloji mərkəzə göndəriləcəyini izah etmişdir. Həmin vaxtı inzibati binanın üçüncü mərtəbəsinin dəhlizindən ondan başqa da barəsində narkotik vasitələrlə bağlı cinayət işləri istintaq olunan digər şəxslər də olmuşdur. Onlarla söhbət zamanı həmin şəxslərin də narkoloji ekspertizadan keçirilinəsi məqsədilə polis idarəsinə gəldiklərini bilmişdir. 5 dəqiqə dəhlizdə gözlədikdən sonra bədənində ağrılar olduğuna görə dəhlizdə qala bilməmiş və inzibati binanı tərk edərək çıxmışdır. Ağrılarını kəsmək üçün Sumqayıt şəhərində yerləşən Narkoloji dispanserə gedərək orada metadon suyu qəbul etmək istəmiş, Sumqayıt şəhəri 9-cu məhəllə ilə Narkoloji dispanser istiqamətində piyada gedən zaman əvvəllər bir neçə dəfə onunla birlikdə Narkoloji dispanserdə metadon suyu qəbul edən zaman gördüyü, lakin adını bilmədiyi şəxslə təsadüfən rastlaşmışdır. Həmin şəxslə söhbət edən zaman bədənində güclü ağrılar olduğunu bildirmişdir. Həmin şəxs ona üzərində bir bükümdə psixotrop maddə “şüşə” adlandırılan psixotrop maddə metamefetamin olduğunu bildirmişdir. Həmin şəxsdən psixotrop maddə metamfetamini ona satmasını və bunun müqabilində üzərində olan 14 manat pulu ona verəcəyini bildirmişdir. Həmin şəxs də onunla razılaşaraq ondan 14 manat pulu alıb üzərində olan bir bükümdə psixotrop maddə metamfetmini ona vermişdir. Bundan sonra həmin şəxs ondan uzaqlaşıb getmişdir. O da aldığı psixotrop maddə olan metamfetamini əynindəki şalvarının kiçik ölçülü cibinə qoymuşdur. Bundan sonra sakit bir yerə gedərək həmin psixotrop maddə metafetamini qəbul etmək istəmişdir. Saat 10:10 radələrində Sumqayıt şəhəri 9-cu məhəllədə yerləşən Musiqi məktəbinin yaxınlığından piyada hərəkət edib gedən zaman yanında tanımadığı avtomobil saxlamışdır. Avtomobildən iki nəfər mülki geyimdə tanımadığı şəxslər düşüb ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə oldnğunu soruşduqda polislərə üzərində bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu öz avtomobillərinə mindirib Sumqayıt ŞPİ-nə gətirmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sağ yan kiçik ölçülü cibində saxladığı gümüşü rəngli siqaret kağızın bükülmüş kütləni çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin şüşə adlandırılan psixtop maddə metamfetamin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm açılıb içərisinə baxılan zaman ağ rəngli kristal şəkildə kütlə olması müəyyən edilmişdir. Təhqiqatçı həmin psixotrop maddə metamfetamini haradan əldə etdiyini soruşduqda həmin metamfetamini bir gün əvvəl, yəni, 14 mart 2023-cü il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psxiotrop maddə metamfetaminin elektron tərəzidə çəkisi müəyyən olunaraq sənədləşmə işləri aparılmışdır. 17 yanvar 2023-cü il tarixdə saxlanılan zaman istərsə də 1-ci Polis Bölməsində olduğu müddətdə, eləcə də 15 mart 2023-cü il tarixdə saxlanıldığı zaman habelə polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Psixotrop maddə metamfetamin əldə etdiyi şəxslə hər ikisi Sumqayıt şəhərində yerləşən Narkoloji dispanserdə qeydiyyatda olduqlarından əvvəllər bir neçə dəfə birlikdə metadon suyu qəbul edən zaman Narkoloji dispanserdə görüşmüşdür. Həmin şəxsi üzdən tanısa da onun şəxsiyyəti və ya harada yaşaması barədə heç bir məlumatı yoxdur. İlkin araşdırma zamanı izahatında psixotrop maddə metamfetamini Bakı şəhərindən alması barədə düzgün göstərməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 17 yanvar 2023-cü il tarixdə Samir adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Samir adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə əməliyyat müvəkkili Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin 1-ci Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri Corat qəsəbəsi Sülh küçəsində yerləşən Cümə məscidinin yaxınlığında Təqsirləndirilən şəxs görüb əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub- olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirmişlər. 1-ci Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni çıxararaq “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirərək özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini və tutulduğu gün səhər saatlarında Bakı şəhəri 20 Yanvar metrostansiyasının ətrafındakı dairənin yaxınlığında tanımadığı şəxsdən 15 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilib çəkisi müəyyən olunaraq müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 15 mart 2023-cü il tarixdə Samir adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Samirin şəxsiyyəti əməliyyat yolu ilə dəqiqləşdirilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə əməliyyat müvəkkili Şahid3 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək həmin tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 9-cu məhəllədə yerləşən Musiqi məktəbinin yaxınlığında Təqsirləndirilən şəxs görüb əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirmişlər. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibində saxladığı bir ədəd bükülünü çıxararaq “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu bildirərək özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini və 14 mart 2023-cü il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən 10 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Həmin bükülüyə baxış keçirilən zaman ağ rəngli kristal hissəciklərdən ibarət maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və protokollaşdırılmışdır. İş materiallarında olan “Şəxsi axtarış və götürmə” haqqında 17 yanvar 2023-cü il tarixli protokoldan və 17 yanvar 2023- cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, X2 şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub olmadığını soruşur. Əgər vardırsa təqdim etməsi təklif edildikdə sonuncu Corat qəsəbəsində saxlanılaraq 1-ci Polis Bölməsinə gətirildiyini, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş büküm çıxararaq içərisindəki kütlənin “kakos” adlandırılan narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədilə gəzdirdiyini bildirir. Büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlə olması müəyyən edildir. X2 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni haradan əldə etməsini soruşduqda sonuncu həmin kütləni tutulmazdan əvvəl səhər saatlarında Bakı şəhəri 20 Yanvar metrosunun ətrafındakı dairənin yaxınlığında tanımadığı şəxsdən 15 manat pul müqabilində əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə olan heroinə oxşar kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarınaq əlavə edilmiş “Şəxsi axtarış və götürmə” haqqında 15 mart 2023cü il tarixli protokoldan və 15 mart 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 17 mart 2 323-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra təhqiqatçı Elsevər Quliyev şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildirişlə tanış edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşur. Əgər vardırsa təqdim etməsi təklif edildikdə sonuncu əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş büküm çıxararaq içərisindəki kütlənin “şüşə” adlandırılan psixotrop maddə metamlfetamin olduğunu və Özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirir. Büküm açıldıqda içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət kütlə olması müəyyən edilir. X3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni haradan əldə etməsini soruşduqda sonuncu həmin kütləni 14 mart 2023-cü il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən 10 manat pul müqabilində əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,76 qram olması müəyyən edilmişdir. Vəkil Fərhad Məmmədov Təqsirləndirilən şəxs nə vaxt saxlanıldığını soruşduqda sonuncu bü gün, yəni 15 mart 2023-cü il tarixdə saxlanıldığını bildirir. Vəkil Fərhad Məmmədov təkrarən konkret olaraq saat necədə saxlanılmasını soruşduqda Təqsirləndirilən şəxs təxminən 1 saat əvvəl saxlanıldığını bildirir. Vəkil Fərhad Məmmədov təkrarən Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs ona qarşı heç bir təzyiq olmadığını bildirir. Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 6/290 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N6 125” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan bir ədəd zərfdə təqdim olunmuşdur. Zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,316 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinir (heroinin təmiz çəkisi-0,316 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,266 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2023-cü il tarixli, 6/1602 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Nö 124 dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,630 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (metamfetaminin təmiz çəkisi-0,630 qram tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,580 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 16 mart 2023-cü il tarixli 1574 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar kimi cinayətlərin təkrar törədilməsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı aparılan zaman yenidən qəsdən cinayət əməlini törətməsi nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 19 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmuiş və həmin məhkəmənin hazırlıq iclasının xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli axtarış qərarına əsasən tutulduğu 15 mart 2023cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,266 qram çəkilərdə narkotik vasitə olan heroin və 0,580 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının ümumi dəyəri 175 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə məhkəmə qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,266 qram çəkilərdə narkotik vasitə olan heroin və 0,580 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 175 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar