Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-482/2025 22.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, əvvəllər məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 noyabr 2024-cü il tarixdən 13 noyabr 2024-cü il tarixədək olan müddət ərzində dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanından oğurluq etmək qərarına gələrək, həmin evin həyətyanı sahəsinə oradan isə evin pəncərəsinə quraşdırılmış dəmir barmaqlığı çıxararaq evin plastik materialdan olan pəncərəsini istintaqa məlum olmayan alətlə açıb, yaşayış sahəsinə qanunsuz olaraq daxil olaraq, evdən bir metrinin qiyməti 0,70 manat olan, ümumilikdə 350 manat dəyərində 500 metr uzunluğunda 4 mm diametrli elektrik naqilini; bir metrinin qiyməti 0,80 manat olan ümumilikdə 20 manat dəyərində 25 metr uzunluğunda 6 mm diametrli elektrik naqilini; 1 (bir) ədəd 600 manat dəyərində «Devolt» markalı enerji yığan direli; 1 (bir) ədəd 150 manat dəyərində «İnterskol» markalı direli; 1 (bir) ədəd 240 manat dəyərində «Bosch» markalı deşmək və ya dağıtmaq üçün istifadə olunan aləti; 2 ədəd 115 mm diametrli hər birinin qiyməti 70 manat olan, ümumilikdə 140 manat dəyərində «Bosch» markalı laqondanı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1.500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə axşam saatlarında spirtli içkinin təsiri altında olan zaman Sumqayıt şəhəri, Xəzər bağları ərazisində küçədə piyada hərəkətdə olan zaman bir evin işıqlarının yanmadığını və həmin evdə təmir-tikinti işlərinin yarımçıq olmasını görmüş, evin həyətinə, daha sonra evə daxil olub satıb pul əldə etmək üçün kabelləri, təmir-tikinti alətlərini oğurlamaq qərarına gəlmişdir. O, evin hasarını aşdıqdan sonra sol tərəfdə birinci mərtəbənin pəncərəsinin dəmir barmaqlığını həyətdə olan dəmir parçası ilə çıxartmış, sonra plastik pəncərəni sıxıb açaraq evə daxil olmuş, evin birinci mərtəbəsində olan 2 növ müxtəlif elektrik naqillərini kəsib götürmüş, sonra evin ikinci mərtəbəsinə qalxmış, orada evin qapısını dəmir kəsiyi salaraq açmış, otağa daxil olub oradan 1 (bir) ədəd «Devolt» markalı enerji yığan (şarj olunan) direli; 1 (bir) ədəd «İnterskol» markalı direli; 1 (bir) ədəd «Bosch» markalı deşmək və ya dağıtmaq üçün istifadə olunan aləti (perefarator); 2 ədəd «Bosch» markalı laqondanı və elektrik naqillərini götürüb evdən çıxmış, sonra oğurladığı əşyaları yaşadığı evin həyətinə aparmış və həmin alətləri söküb içərisində olan mis naqilləri çıxartmış, həmçinin oğurladığı kabelləri də yanıdırb mis naqillərini çıxartmış, sökdüyü alətlərin detallarını xatırlamadığı ünvanda məişət tullantıları qutusuna atmış, səhəri günü mis naqilləri Sumqayıt şəhəri ərazisində tanımadığı metal qəbulu ilə məşğul olan şəxsə 200 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, hadisə vaxtı tək olduğunu və ona başqa heç kimin kömək etmədiyini, həmin ərazidən təsadüfən piyada keçən vaxtı işıqların yanmadığını, təmirtikinti işlərinin yarımçıq olmasını və evdə yaşayış olmadığını görüb oğurluq etmək qərarına gəlmişdir. O, uzun müddətdır ki, «Keno» markalı siqaret çəkdiyini, hadisə vaxtı da üzərində «Keno» markalı siqaret olduğunu və həmin siqareti çəkib kötüyünü hadisə yerinə atdığını, saxlanılan vaxtı və polis bölməsində ona qarşı heç bir zor və ya təzyiq olmamasını bildirmişdir. Zərərçəkmiş şəxsə vurulmuş 1500 manat ziyanın ödənildiyini, onunla razılıq əldə edildiyini bildirmişdir. Son söz olaraq əməlindən peşman olduğunu, xəstə valideyninin və nişanlı olduğunu, zərərçəkmiş şəxslə razılıq əldə edildiyini bildirərək, məhkəmədən qeyd edilən halları nəzərə alaraq qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, aparılmış istintaq hərəkətləri zamanı tərtib edilmiş protokollar və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında “Whatsapp” tətbiqi vasitəsilə və xx.xx.2025ci il tarixli məhkəmə iclasında şəxsən iştirak etməklə ifadə vermiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, Xəzər bağlar massivi, 185 nömrəli ev ona məxsusdur və həmin evdə onun qardaşı təmir-tikinti işləri aparır, evin üstü bağlanmış, qapı-pəncərə qoyulmuş, çöl tərəfdən pəncərələrə dəmir barmaqlıqlar qoyulmuşdur. Təmir işləri ilə əlaqədar evin içərisində istifadə etmək üçün ona məxsus bəzi elektrik avadanlıqları olmuş, qardaşı səhhəti ilə əlaqədar təxminən 3 noyabr 2024-cü il tarixdən 13 noyabr 2024-cü il tarixə kimi olan müddət ərzində evə gedə bilməmiş, həmçinin özü də işi olduğu üçün evə gedib nəzarət edə bilməmişdir. 13 noyabr 2024-cü il tarixdə qardaşı Şahid ona məxsus Sumqayıt şəhəri, Xəzər bağlar massivi, 185 nömrəli evə nəzarət etmək üçün getmiş, həmin günü saat 15:30 radələrində qardaşı Şahid ona zəng edərək, həyətin giriş qapısını açmaq istədikdə kilidin açılmadığını görüb, içəridən bağlanmasını zənn edərək hasardan həyətə keçmədiyini və baxanda darvazanın arxadan cəftə ilə bağlanmadığını görüb evə oğru girməsindən şübhələnərək, evin ətrafına nəzər yetirdikdə birinci mərtəbədə evin plastik pəncərəsinə çöl tərəfdən quraşdırılmış dəmir barmaqlığın çıxarılıb yerə qoyulmasını görməsini bildirmiş, qardaşı Şahid bu barədə Azərbaycan Respublikası DİN-in «102» xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Daha sonra, o, Sumqayıt şəhəri, Xəzər bağlar massivi, 185 nömrəli evə getmiş və qardaşı Şahid ilə birlikdə evə daxil olmuş, evə nəzər yetirdikdə evdən 4 mm diametrli, uzunluğu 500 metr olan hər bir metrin qiyməti 0,70 manat, ümumilikdə 350 manat dəyərində elektrik naqilinin; 6 mm diametrli, uzunluğu 25 metr olan hər bir metrin qiyməti 0,80 manat, ümumilikdə 20 manat dəyərində elektrik naqilinin; 1 (bir) ədəd 600 manat dəyərində «Devolt» markalı enerji yığan (şarj olunan) direlin; 1 (bir) ədəd 150 manat dəyərində «İnterskol» markalı direlin; 1 (bir) ədəd 240 manat dəyərində «Bosch» markalı deşmək və ya dağıtmaq üçün istifadə olunan alətin (perefarator); 2 ədəd 115 mm diametrli hər birinin qiyməti 70 manat olan ümumilikdə 140 manat dəyərində «Bosch» markalı laqondanın oğurlanmasını görmüşdür. Hadisə nəticəsində ona ümumilikdə 1.500 manat maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, oğurluq edən şəxs onun evində işləyən ustanın fəhləsi olmuşdur. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə barışması və ondan heç bir şikayət və tələbinin olmaması ilə əlaqədar verdiyi ərizəni təsdiq etdiyini və təqsirləndirilən şəxslə barışdığını, onu bağışladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, Xəzər bağlar massivi, 185 nömrəli ev qardaşı Zərərçəkmiş şəxs məxsusdur və həmin evdə təmir-tikinti işləri gedir, evin üstü bağlanmış, qapı-pəncərə qoyulmuş, çöl tərəfdən pəncərələrə dəmir barmaqlıqlar qoyulmuşdur. Təmir işləri ilə əlaqədar evin içərisində istifadə etmək üçün qardaşı Zərərçəkmiş şəxs məxsus bəzi elektrik avadanlıqları olmuş, o, səhhəti ilə əlaqədar təxminən 3 noyabr 2024-cü il tarixdən 13 noyabr 2024-cü il tarixə kimi olan müddət ərzində evə getməmiş, qardaşı Zərərçəkmiş şəxs da həmin ərəfədə işi olduğu üçün evə gedə bilməmişdir. 13 noyabr 2024-cü il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, Xəzər bağlar massivi, 185 nömrəli evə getmiş, həyətin giriş qapısını açmaq istədikdə kilidin açılmadığını görüb, içəridən bağlanmasını zənn edərək hasardan həyətə keçmiş və baxanda darvazanın arxadan cəftə ilə bağlanmasını görüb evə oğru girməsindən şübhələnmiş, evin ətrafına nəzər yetirdikdə birinci mərtəbədə evin plastik pəncərəsinə çöl tərəfdən quraşdırılmış dəmir barmaqlığın çıxarılıb yerə qoyulmasını görmüş, sonra bu barədə qardaşı Zərərçəkmiş şəxs bildirmiş, həmçinin Azərbaycan Respublikası DİN-in «102» xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Daha sonra qardaşı Zərərçəkmiş şəxs da gəlmiş, onlar birlikdə evə daxil olmuş və evə nəzər yetirdikdə evdən 4 mm diametrli, uzunluğu 500 metr olan elektrik naqilinin; 6 mm diametrli, uzunluğu 25 metr olan elektrik naqilinin; 1 (bir) ədəd «Devolt» markalı enerji yığan (şarj olunan) direlin; 1 (bir) ədəd «İnterskol» markalı direli; 1 (bir) ədəd «Bosch» markalı deşmək və ya dağıtmaq üçün istifadə olunan alətin (perefarator), 2 ədəd 115 mm diametrli «Bosch» markalı laqondanın oğurlanmasını görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v.1) Şahid xx.xx.2024-cü il tarixli ərizə ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təqribən 15:30 radələrində qardaşı Zərərçəkmiş şəxs məxsus olan, Sumqayıt şəhəri, Xəzər bağları, Suqovuşan küçəsində yerləşən 185 saylı olan və onun da təmir-tikinti işlərində usta qismində işlədiyi mənzilindən oğurluq hadisəsi olmasını aşkar etmişdir. (i.v.6) Hadisə yerinə baxış keçirilməsi haqqında 13 noyabr 2024-cü il tarixli protokoldan və protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxış keçirilən ünvan ünvan 5əyətin darvazasından daxil olduqda girişdə tullantıların olduğu görünür. Mənzil iki mərtəbəlidir, hər iki mərtəbənin giriş qapısı bir-birinin üzərindədir. Mənzilin sol cinahı ilə hasarı arasında bir nəfərin sığa biləcəyi en var. Mənzilin birinci mərtəbəsinin sol cinahdan plastik pəncərəsinin dəmir barmaqlıqları yerdədir. Pəncərə açıq vəziyyətdədir və pilləkənin aşağısı sanitar qovşağı qismində işlədilir. Mənzildə təmir işləri tam başa çatmamışdır. Barmaqlıqları sökülən açıq vəziyyətdə olan və oradan daxil olunduğu güman edilən pəncərənin açıldığı otaqdan tavan boyunca kabellər kəsilmişdir. Birinci mərtəbədə kombi yerindədir. Digər otaqda kabellərin plastik hissəsi sökülərək təmizləmə işləri aparılmışdır. Həmin ərazidən 2 ədəd çəkilmiş siqaret kötüyü qablaşdırılaraq götürülmüşdür. İkinci mərtəbə birinci mərtəbəyə nisbətən təmirlidir. Otaqlarda içərisi boş olan və dolu olan təmirtikinti aparatları qutuları var. Müraciətçi giriş qapısı ilə üzbəüz olan otaqdan təmir aparatlarının oğurlandığını bildirmişdir. Hadisə yerindən eyniləşdirilmə aparılması üçün yararlı ola biləcək əl-barmaq izləri aşkar edilməmişdir. Birinci mərtəbədən soyulmuş kabellərin yanından aşkar edilən iki ədəd siqaret kötükləri qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (i.v.7-22) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:55-də Sumqayıt Şəhəri Polis İdarəsində tutulmuşdur. (i.v 43) Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-1320/2024 nömrəli məktubundan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, 01 (bir) ədəd “Keno” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs məxsusdur. Təqdim edilmiş 01 (bir) ədəd “Want” markalı siqaret kötüyü üzərində olan bioloji materiallar kişi cinsindən olan naməlum şəxsə məxsusdur və nümunədən əldə edilmiş DNT profili, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. (i.v. 50-51) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində tanınmış və həmin tarixdə də dindirilmişdir. (i.v 54-61) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.65-66) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.74-75) Təqsirləndirilən şəxsin X2 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin X2 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.76-77) Maddi sübutun tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış zamanı ünvan 3 ünvanından götürülmüş 1 (bir) ədəd “Want” markalı, 1 (bir) ədəd “Keno” markalı siqaret kötükləri maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. (i.v 80) Gold Qayalı Ticarət Mərkəzinin fərdi sahibkarı Məsud Əzizli tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli QM-129 nömrəli məktubdan görünür ki, Sumqayıt ŞPİ-nin xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, “Gold Qayalı” elektrik avadanlıqların satışı şöbəsində 4 mm diametrli elektrik naqilinin bir metrinin qiyməti 0,60 manat; 6 mm diametrli elektrik naqilinin bir metrinin qiyməti 1,0 manat; 01 (bir) ədəd «Devolt» markalı enerji yığan (şarj olunan) direlin qiyməti 580 manat; 01 (bir) ədəd «İnterskol» markalı direlin qiyməti 140 manat; 1 (bir) ədəd «Bosch» markalı deşmək və ya dağıtmaq üçün istifadə olunan alətin (perefarator) qiyməti 240 manat; 2 ədəd 115 mm diametrli «Bosch» markalı laqondanın hər birinin qiyməti 60 manat dəyərindədir. (i.v. 84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. (i.v.92-93) Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərə biləcəyini deməsinə görə onunla birlikdə hadisə baş verən əraziyə gedilmiş, həmin ərazidə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında dayanaraq bildirmişdir ki, maddi vəziyyəti yaxşı olmadığına və pula ehtiyacı olduğu üçün evin hasarını aşdıqdan, sonra sol tərəfdə birinci mərtəbənin pəncərəsinin dəmir barmaqlığını həyətdə olan dəmir parçası ilə çıxartmış, sonra plastik pəncərəni sıxıb açaraq evə daxil olmuş, birinci mərtəbədə olan 2 növ müxtəlif elektrik naqillərini kəsib götürmüş, sonra evin ikinci mərtəbəsinin qapısını dəmir kəsiyi salaraq açıb daxil olaraq, oradan 01 (bir) ədəd «Devoll» markalı enerji yığan (şarj olunan) direli; 01 (bir) ədəd «İnterskol» markalı direli: 01 (bir) ədəd «Bosch» markalı deşmək və ya dağıtmaq üçün istifadə olunan aləti (perefarator); 02 ədəd «Bosch» markalı laqondanı və elektrik naqillərini götürüb evdən çıxmışdır. Həmçinin, oğurladığı əşyaları yaşadığı evin həyətinə aparmasını, həmin alətləri söküb içərisində olan mis naqilləri çıxartmasını, həmçinin oğurladığı kabelləri də yanıdırıb mis naqillərini çıxartmasını, sökdüyü alətlərin detallarını xatırlamadığı ünvanda məişət tullantıları qutusuna atmasını, səhəri günü mis naqilləri Sumqayıt şəhəri ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi səyyar metal qəbulu ilə məşğul olan şəxsə satmasını, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləməsinə bildirmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 99-102) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona məxsus ünvan 3 ünvanından elektrik naqilləri və elektrik avadanlıqlarının oğurlanması nəticəsində 1500 manat maddi ziyan dəymişdir. Lakin, hadisəni törətmiş Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməyinə görə ondan heç bir şikayəti, tələbi və iddiası yoxdur.(i.v. 105) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM- nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri dəyişdirilmədən saxlanılmış, cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış zamanı ünvan 3 ünvanından götürülmüş 1 (bir) ədəd «Want» markalı, 1 (bir) ədəd «Keno» markalı siqaret kötüklərinin maddi sübut kimi tanınması və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış keçirmə protokolu və fotoşəkillər, ifadənin yerində yoxlanması protokolu və fotoşəkillər, maddi sübut, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-1320/2024 №-li məktubu sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v.106-113) Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, aparılmış istintaq hərəkətləri üzrə tərtib edilmiş protokollar və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeydin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni, əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2nını tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli olmasına riayət etməlidir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 (bir) ədəd «Want» markalı və 01 (bir) ədəd «Keno» markalı siqaret kötükləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2nını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 (bir) ədəd «Want» markalı, 01 (bir) ədəd «Keno» markalı siqaret kötükləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə (15 saat göstərilmiş hüquqi yardım 11 manatdan hesablanmaqla) 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-482/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-482/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver