Məhkəmə qərarları › İş №1(060)-483/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-483/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-483/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Həsənov İlham Əhmədəli oğlunun xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olunmayan, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil edərək xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanının mətbəxinin açıq şəkildə olan nəfəsliyindən Təqsirləndirilən şəxs2 əlinini içəri salıb mətbəxin pəncərəsini açdıqdan sonra oradan hər ikisi qanunsuz olaraq içəri daxil olub yataq otağında olan sandığın içərisindəki dəsmalların arasında olan sonuncuya məxsus 8800 (səkkiz min səkkiz yüz) manat nağd pulu və orada mücrünün içərisində olan 100 (yüz manat) nağd pulu, 1 cüt 396 manat dəyərində sarı rəngli, 583 əyarlı, 4,95 qram çəkidə qızıl sırğanı, 1 ədəd 471 manat dəyərində sarı rəngli, paxlava formalı, üzərində bir ədəd yaşıl və ağ şəffaf qaşlar olan 583 əyarlı, 5.89 qram çəkidə qızıl üzüyü, 1 ədəd 258 manat dəyərində sarı rəngli, üzərində bir ədəd qara və ağ şəffaf qaşlar olan 583 əyarlı, 3.23 qram çəkidə qızıl üzüyü, 1 ədəd 460 manat dəyərində sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşlar olan 750 əyarlı, 4,41 qram çəkidə qızıl üzüyü, 1 ədəd 160 manat dəyərində sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşlar olan (bir ədəd qaş yeri boşdur) 583 əyarlı, 2 qram çəkidə qızıl üzüyü, 1257 manat dəyərində sarı rəngli, 585 əyarlı, 15,71 qram çəkidə qızıl boyunbağı və qolbaqdan ibarət 1 ədəd dəsti gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 11902 (on bir min doqquz yüz iki) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında uşaqlıqdan tanıdığı və qoşuluqda yaşayan Elgün onlara gəlmiş və onu çağırmışdır. Elgün onu çağırdıqdan sonra o yaşadığı blokda 5-10 dəqiqə söhbət etdikdən sonra onlarla həmin binada 2-ci blokun 1-ci mərtəbəsinin sağ qapısında yaşayan İnnab adlı qadının balaca qızı evlərindən çıxıb getdiyini görmüşlər, həmin vaxt İnnabın qonşusu Cavid binanın həyətində öz maşınını yuduqdan sonra maşına minib getmişdir. Bu Cavidin getməsini təxminən 40 dəqiqə gözləmişlər və bu müddət ərzində Elgünlə İnnabın evinə girib oğurluq etməklə bağlı danışırmışlar. Cavid getdikdən sonra İnnabın yaşadığı bloka getmişlər. Evdə adam olub-olmamasını dəqiqləşdirmək üçün Elgün İnnabgilin qapısını döymüş və qapını açan olmadığı üçün evin kiminsə olmadığına əmin olmuşlar. Bundan sonra blokdan bayıra çıxmışlar və Elgün İnnabgilin evinin qabaq tərəfə olan taxta pəncərəsini açmaq üçün pəncərənin yuxarı hissəsində olan nəfəslikdən əlini içəri salıb pəncərənin yuxarı hissəsini açmış, aşağı hissəsi isı açıq olmuşdur. Bundan oradan uzaqlaşıb təxminən 10-15 dəqiqə blokda gözlədikdən sonra təkrar İnnabgilin pəncərəsinə yaxımlaşmışlar və birinci Elgün və arxasınca o, taxta pəncərədən İnnabgilin evinə daxil olmuşlar. Birinci o, zala girmiş, oradan isə yataq otağına keçmişdir. O yataq otağında olarkən Elgün evin giriş qapısının içəri tərəfdən bağlamışdır ki, kimsə gəlsə məlumatları olsun. Yataq otağında üst-üstə yığılmış döşəklərin arasına əlini salaraq yoxlamış və Elgün yataq otağına gəldikdən sonra orada otağın qapıdan girərkən sol küncündə olan sandığı görmüşdür. Sandığın üstündə döşəklər olmuş, o, sandığın qapağını açmış və açan kimi qızıllar ilə 100 manat pul görmüşdür. Həmin 100 manat pul ilə qızılları götürmüş, sonra həmin Elgün sandığın içərisində olan dəsmalların arasından pulu götürmüşdür. Daha sonra evdən çıxmaq qərarına gəlmişlər və Elgün giriş qapısının içəridən kilidini açaraq əvvəlki vəziyyətinə gətirmiş, ancaq onlar qabaq tərəfdə olan eyvanın plastik pəncərəsindən birinci o, arxasınca da Elgün düşərək həmin yerdən uzaqlaşmışlar. Təxminən saat 11:00 radələrində qəsəbənin girişində avtobus dayanacağına getmişlər. Onlar evdə oğurluq zamanı 10-15 dəqiqə olmuşlar və evdən oğurladıqları pul Elgündə, qızıllar isə onda qalmışdır. Belə ki, dayanacaqda 1-2 dəqiqə gözlədikdən sonra 12 nömrəli marşrut avtobusu gəlmiş və onlar avtobusa minmişlər. Həmin vaxt Elgünün anası da marşrutda olmuşdur. Bakı-Quba çöl yolunda yerləşən Betonzavodun yanında marşrutdan düşmüşlər və Müşfiq qəsəbəsinə gedib orada kafedə yemək yemişlər, orada pulu saymışlar və 5700 manat pul olduğu onlara məlum olmuşdur. Pul ilə qızılları orada bölmüşlər, belə ki, qızılları 300 manat hesablamışlar. Nəticədə o qızıllar ilə 2700 manat pulu götürmüşdür. Elgünə isə 3000 manat pul çatmışdır. Müşfiq qəsəbəsindən Elgünlə birlikdə Xırdalan dairəsinə yaxın Masazır qəsəbəsində yerləşən kafelərdən birinə istirahət etmək üçün getmişlər. Orada iki nəfər xanımla yemək yemişlər, yeməyin hesabı dəqiq yadında qalmamışdır. Oradan da “Darvaza” otelinə getmişlər. Orada 1 gecə qalmış və ümumilikdə 550 (beş yüz) manat pul xərcləmişlər. Ertəsi gün Elgün evlərinə getmiş, o isə işə getmişdir. İşdən sonra Masazır qəsəbəsində olan “Vulkan” otelə getmiş, orada bir gecə qalmış və 200 manat orada xərcləmişdir. Sonra polis əməkdaşları ona zəng edərək onu polis bölməsinə dəvət etmişlər, o da xx.xx.2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gəlmişdir. Bölmədə olan xidməti otaqlardan birində törətdiyi cinayət əməlini etiraf etmiş və xx.xx.2022-ci il tarixdə İnnibın evindən oğurladığı qızıllar ilə bölgü zamanı payına düşən 2700 manat puldan 1600 manat pulu və qızılları (bir ədəd sarı rəng 750 əyarlı italyan qızılı boyunbağı və bir ədəd sarı rəng italyan qızılı 750 əyarlı qolbaq, 4 ədəd – biri paxlava, biri qırmızı qaş, biri göy qaş və biri 4 qaş rus qızılları və bir cüt rus qızılı sırğa olmuşdur) təhqiqat zamanı təqdim etmişdir. Qalan pulu isə xərcləmişdir. Zərərçəkmiş şəxslə yaxın qonşuluq münasibətləri olmuşdur. Məhkəmədə verilmiş suala cavab cavab olaraq qeyd edir ki, oğurladıqları pulların hamısı 100 manatlıq əskinaz şəklində olmuşdur. Hal-hazırda əməlindən peşmandır. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, O, Təqsirləndirilən şəxs1 ilə uzun müddətdir ki, qonşuluqda yaşayır və münasibətləri yaxşıdır. xx.xx.2022-ci il tarixdə səhər saat 08-09 radələrində İlhamın yaşadığı evin qapısını döyüb onu çağırmış, onunla mənzilin blokunda söhbət edən zaman həmin binada 2-ci blokda 1-ci mərtəbədə yaşayan İnnab adlı qadının qızı Gülnarın evlərindən çıxıb getdiyini görmüşlər. Həmin vaxt İlhamla söbət etmişlər ki, İnnabın evinə girib oğurluq etsinlər. Evdə adam olub-olmamasını dəqiqləşdirmək üçün o, İnnabın evinin qapısını döymüş və qapını açan olmadığı üçün evdə kiminsə olmadığına əmin olmuşlar. Bundan sonra o, blokdan bayıra çıxmış və İnnabın evinin qabaq tərəfə olan taxta pəncərəsini açmaq üçün pəncərənin yuxarı hissəsində olan nəfəslikdən əlini içəri salıb pəncərənin yuxarı hissəsini açmış, aşağı hissəsi isə açıq vəziyyətdə olmuşdur. Bundan sonra İlhamla sonuncunun yaşadığı mənzilin yerləşdiyi bloka getmişlər və orada dayanmışlar. Həmin vaxt İnnabın qonşusu Cavid idarə etdiyi “Mercedes E 190” markalı avtomobili ilə binanın həyətinə gəlmiş, avtomobili saxlayıb avtomobili yumağa başlamışdır. Təxminən 40 dəqiqə ərzində Cavid avtombilini yuduqdan sonra avtomobilinə minib getmişdir. Bu müddət ərzində İlhamla onların mənzilin yerləşdiyi blokda gözləyərək İnnabın evinə girib oğurluq etməklə bağlı söbət edib planlaşdırmışlar. Cavid getdikdən sonra İnnabın mənzili yerləşən bloka getmişlər. İnnabın mənzilinin pəncərəsinə yaxınlaşmış və birinci o, arxasınca İlham mənzilin mətbəxinin taxta pəncərəsindən İnnabın mənzilinə daxil olmuşlar. İlham zala girmiş, oradan isə yataq otağına keçmişdir. O, evin giriş qapısının içəri tərəfdən bağlamışdır ki, kimsə gəlsə məlumatları olsun. İlham yataq otağında üst-üstə yığılmış döşəklərin arasına əlini salaraq yoxlayırmış və o, yataq otağına gəldikdən sonra orada otağın qapıdan girərkən sol küncündə olan sandığı görmüşlər. Sandığın üstündə döşəklər olmuş, İlham sandığın qapağını açmış və açan kimi qızıllar ilə 100 (yüz) manat pul görmüşlər. Həmin 100 manat pul ilə qızılları İlham götürmüşdür. Sonra həmin sandığın içərisində olan dəsmalları o, aralayaraq onların arasından çoxlu pullar tapmış və götürmüşdür. Sonra evdən çıxmaq qərarına gəlmişlər və o, giriş qapısının içəridən kilidini açaraq əvvəlki vəziyyətinə gətirmişdir, ancaq onlar mənzilə daxil olduqları mətbəxin taxta pəncərəsinin evə girən zaman pərdəsi qoparaq sallandığı üçün həmin pəncərənin yanında olan eyvanın plastik pəncərəsindən birinci İlham, arxasınca da o, düşərək həmin yerdən uzaqlaşmışlar. Qəsəbənin girişində olan avtobus dayanacağına getmiş, onlar oğurluq edən zaman evdə təxminən 10-15 dəqiqə olmuşlar. Oğurladıqları pul onda qalmış, qızıllar isə İlham götürmüşdür. Dayanacaqda 1-2 dəqiqə gözlədikdən sonra 12 nömrəli marşrut avtobusu gəlmiş və hər ikisi də avtobusa minmişlər. Həmin vaxt onun anası da marşrut avtobusunda olmuş və o, onlardan hara getməylərini soruşmuş, o isə işə getdiklərini bildirmişdir. Bakı-Quba yolunda yerləşən Betonzavodun yanında avtobusdan düşmüşlər və Müşviq qəsəbəsinə getmişlər orada kafedə yemək yemişlər və orada pulu sayan zaman 5700 manat pul olduğu onlara məlum olmuşdur. Pul ilə qızılları orada bölmüşlər, belə ki, qızılları 300 (üç yüz) manat hesablamışlar. Nəticədə İlham qızıllar ilə 2700 (iki min yeddi yüz) manat pulu götürmüş, ona isə 3000 (üç min) manat pul çatmışdır. Müşviq qəsəbəsindən İlhamla birlikdə Xırdalan dairəsinə gəlmişlər və oradan da istirahət etmək üçün Masazır qəsəbəsində yerləşən kafelərdən birinə getmişlər. Orada iki nəfər xanımla yemək yemişlər, yeməylərinin hesabı dəqiq yadında deyil. Oradan da “Darvaza” otelinə getmişlər. Orada 1 gecə qalmış və ümumilikdə 550 (beş yüz) manat pul xərcləmişlər. Xərclədiyləri pulları İlham ödəmiş, onda olan pullar isə özündə qalmışdır. Ertəsi gün o, evlərinə getmiş, İlham isə işə getmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında polis əməkdaşları ona zəng edərək onu polis bölməsinə dəvət etmişdir, o, da xx.xx.2022-ci il tarixdə təxminən axşam saatlarında Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə getmişdir. Bölmədə olan xidməti otaqlardan birində onunla söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf etmiş və İnnabın evindən İlhamla birlikdə oğurladıqları pullardan ona çatan 3000 manat pulu təhqiqata təqdim etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 ifadəsində ona verilən suallara cavab olaraq həmin oğurluq hadisəsini törədən zaman ona Təqsirləndirilən şəxs1 başqa kimsə köməklik göstərmədiyini, Zərərçəkmiş şəxs ifadəsində onun mənzilindən həmin vaxt 8900 (səkkiz min doqquz yüz) manat pul oğurlamalarını bildirməsinin doğru olmadığını, onlar Zərərçəkmiş şəxs evindən 5700 manat pul oğurladıqlarını, həmin puldan 3000 (üç min) manatının ona çatdığını, yedə qalan hissəsi və qızılları İlham götürdüyünü bildirmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, pulların hamısı 100 manatlıq əskinaz şəklində olmuşdur. Hal-hazırda əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həyat yoldaşı Vasif, oğlu Aydın və qızı Gülnarla ilə birlikdə 30 ildən artıqdır ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxslər onun qoşularıdır və uşaqlıqdan onları yanıyır, hər zaman onlara qayğı göstərməyə çalışmışdır. xx.xx.2022-ci il tarixdə hər gün olduğu kimi səhər saat 06:30-da həyat yoldaşı Qarayev Vasif Vəkil oğlunun evdən çıxıb işlədiyi Kərpic Zavoda getmiş, sonra özü saat 07:15-də evdən çıxıb yaxınlıqda yerləşən iş yerinə getmiş, ondan sonra oğlu Aydın ondan bir qədər sonra evdən çıxıb işə getmiş və ondan sonra da qızı Gülnar saat 10:00 radələrində evdən çıxıb işə getmiş, saat 10:00-dan sonra evdə heç kim olmamışdır. O, işdə olan zaman onlarla yaxınlıqda yaşayan böyük qızı Aynur ona zəng edərək sonuncunun 13 yaşlı oğlu Ceyhunun onların binasının həyətindən keçərkən evlərinin pəncərəsinin açıq olduğunu gördüyünü ona demiş, o, dərhal işdən çıxıb saat 13:45 radələrində evə getmişdir. O, evə girib pəncərəni bağlamış, bundan sonra yataq otağına keçmiş və qapıdan içəri girən kimi yataq otağında olan sandığın qarşısında yerdə mücrünü görmüş, dərhal ora yaxınlaşmış və sandığın içərisində dəsmalların arasına qoyduğu 8800 (səkkiz min səkkiz yüz) manat pul və qızıl əşyalarının yerində olmadığını görərək oğurlandığını aşkar etmiş, bir yerdə olan 8800 (səkkiz min səkkiz yüz) manat puldan əlavə mücrüdə olan 100 (yüz) manat pulun da oğurlandığı sonradan ona məlum olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı 8900 (səkkiz min doqquz yüz) manat nağd pulu, təxmini dəyəri 1000 (min) manat olan bir ədəd sarı rəng 750 əyyarlı italyan qızılı olan boyunbağı və bir ədəd sarı rəngli italyan qızılı 750 əyyarlı qolbağ dəsti, ümumi dəyəri təxminən 1000 (min) manat olan 583 əyyarlı 4 ədəd biri paxlava, biri qırmızı qaş, biri göy qaş və biri 5 qaş qızıl üzük və 583 əyyarlı bir cüt qızıl sırğa oğurlanmış və nəticədə ona ümumilikdə 10900 (on min doqquz yüz) manat maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab verərək qeyd etmişdir ki, oğurlanan pullar 100 manatlıq, 200 manatlıq əskinaz və 300 dollar şəklində olmuşdur. Ona dəymiş zərərdən 4600 manat pulun və qızıl üzükdən başqa digər qızılların cinayət işinin istintaqı zamanı ona qaytarıldığını, qalan məbləğdən heç bir vəsait ödənilmədiyini, buna görə şikayətçi olduğunu və pulunun ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmədən təqsirləndirilən şəxslər barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid elan edilmiş ifadəsindən görünür ki, o, cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokollar və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMnin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai araşdırması üçün icraata qəbul edilmişdir. Təqsirləndirilən şəxs1 27 yanvar 2022-ci il tarixdə, saat 20:50-də, Təqsirləndirilən şəxs2 isə 27 yanvar 2022-ci il tarixdə, saat 22:30-da Sumqayıt şəhər ərazisində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər və onlara həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur və həmin tarixdə barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldıqları MSY-dən azad edilmişlər İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5000 (beş min) manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzası 10% dövlətin nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Aministiya Aktı haqqında qərarına əsasən cəzadən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə cəzasına məhkum edilmiş, təyin edilmiş cərimə dövlət büdcəsinə tam ödənildiyindən xx.xx.2014-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 273 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyinin əlamətləri aşakr olunmur: Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2dǝ psixi pozuntu əlamətləri təsvir olunmamış, əvvəllər həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prosesslərinin, dünyagörüşü səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqtidarındadır. Emosional-iradi sferasında, fardi-psixi xüsusiyyətlərində, hərəkət ve davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlari idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırda da öz hərəkətlərinə cavab verə bilmək iqtidarindadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 ünsiyyətçillik, götür-qoy etmədən davranmaq, emosionallıq, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 ona ittiham olunan hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillik əlamətləri aşkar edilmədi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1225-9/1389 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş zərgərlik məmulatlarının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti 3002,0 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir: Belə ki, təqdim edilən : - 1 ədəd sarı rəngli metaldan boyunbağı və qolbaq dəsti- üzərində “585” əyyar damğası həkk olunmuşdur, metalı 585 əyyarlı qızıla uyğundur, çəkisi 15,71 qramdır, qiyməti - 1257,0 manat; - 1 ədəd sarı rəngli metaldan sırğa cütü- üzərində “583” əyyar damğası həkk olunmuşdur, metalı 583 əyyarlı qızıla uyğundur, çəkisi 4,95 qramdır, qiyməti - 396,0 manat; - 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzüküzərində “750” əyyar damğası həkk olunmuşdur, metalı 750 əyyarlı qızıla uyğundur, çəkisi 4,41 qram, qaşlardan iki ədədi qiymətli qaşlara aid deyil, digərləri brilyantdır, 3 ədədinin hər birinin ölçüsü 0.003 karat, 13 ədədinin hər birinin ölçüsü 0.002 karat, 4/4 keyfiyyətlidirlər – 460,0 manat; - 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük( bir ədəd qaş yeri boşdur)- üzərində “583” əyyar damğası həkk olunmuşdur, metalı 583 əyyarlı qızıla uyğundur, çəkisi 2 qram, qaşları qiymətli qaşlara aid deyil- 160,0 manat; - 1 ədəd sarı rəngli metaldan, paxlava formalı, üzərində bir ədəd yaşıl və ağ şəffaf qaşlar olan üzük( bir ədəd qaş yeri boşdur)- üzərində “583” əyyar damğası həkk olunmuşdur, metalı 583 əyyarlı qızıla uyğundur, çəkisi 5.89 qram, qaşları qiymətli qaşlara aid deyil – 471,0 manat; - 1 ədəd sarı rəngli metaldan, üzərində bir ədəd qara və ağ şəffaf qaşlar olan üzüküzərində “583” əyyar damğası həkk olunmuşdur, metalı 583 əyyarlı qızıla uyğundur, çəkisi 3.23 qram, qaşları qiymətli qaşlara aid deyil – 258,0 manat; İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsala Birliyinin 23 saylı MKS-nin tərəfindən verilmiş 383 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsala Birliyinin 23 saylı MKS-nin tərəfindən verilmiş 21 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 X4 ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı övladları vardır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsala Birliyinin 23 saylı MKS-nin tərəfindən verilmiş 384 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsala Birliyinin 23 saylı MKS-nin tərəfindən verilmiş 22 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 X3 ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci il təvəllüdlü X11 oğlu adlı övladı vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş 4600 (dörd min altı yüz) manat nağd pul və 1 cüt 396 manat dəyərində sarı rəngli, 583 əyarlı, 4,95 qram çəkidə qızıl sırğa, 1 ədəd 471 manat dəyərində sarı rəngli, paxlava formalı, üzərində bir ədəd yaşıl və ağ şəffaf qaşlar olan 583 əyarlı, 5.89 qram çəkidə qızıl üzük, 1 ədəd 258 manat dəyərində sarı rəngli, üzərində bir ədəd qara və ağ şəffaf qaşlar olan 583 əyarlı, 3.23 qram çəkidə qızıl üzük, 1 ədəd 460 manat dəyərində sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşlar olan 750 əyarlı, 4,41 qram çəkidə qızıl üzük, 1 ədəd 160 manat dəyərində sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşlar olan (bir ədəd qaş yeri boşdur) 583 əyarlı, 2 qram çəkidə qızıl üzük, 1257 manat dəyərində sarı rəngli, 585 əyarlı, 15,71 qram çəkidə qızıl boyunbağı və qolbaqdan ibarət 1 ədəd dəst maddi sübut kimi tanınması və məhkəməyədək saxlanılması üçün sahibinə təhvil verilməsi, zərərçəkmiş şəxsin mənzilindən oğurlanan pulun məbləğinin 8900 (səkkiz min doqquz yüz) manat qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan Samux rayonu Sərkar Bələdiyyəsi tərəfindən verilmiş 34 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Samux rayon Sırkar kəndi ərazisində yerləşən dəri emalı müəssisəsində işləyir və həmin müəssisənin ərazisində yerləşən X6 məxsus fərdi yaşayış evində yaşayır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-483/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-483/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs1 tapılanadək dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin 329- 7657-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və "axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 04:30 radələrində Samux rayonu, Heydər Əliyev prospekti ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-483/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-4636 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onların özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində Zərərçəkmiş şəxs evindən 8900 (səkkiz min doqquz yüz) manat deyil, 5700 (beş min yeddi yüz) manat pul və təqdim etdikləri qızıl-zinət əşyaları oğurladıqlarını, həmçinin oğurladıqları pulların yalnız 100 manatlıq əskinaz şəklində olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittiham üzrə cinayət əməlinin tövsif olunan maddələrə təsir etməsə də, təqsirləndirilən şəxslərin verdikləri ifadəyə məhkəmə tənqidi yanaşır. Belə ki, hər iki təqsirləndirilən şəxs oğurluq zamanı götürdükləri pulların 100 manatlıq əskinaz olduğunu, onlarda başqa pul olmadıqlarını bildirsələr də, xx.xx.2022-ci il tarixli “təqdim etmə və götürmə haqqında” protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, təhqiqat zamanı təqdim edilmiş pulların sırasında 200 manatlıq əskinazın olduğu müəyyənləşdirilmiş, bundan başqa zərərçəkmiş şəxs məhkəmədə cəmi məbləğin hansı əskinaz olduğunu dəqiqliklə bir neçə məhkəmə iclasında təkrarlamışdır. Beləliklə, təqsirləndirilən şəxslərin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus evdən 8900 (səkkiz min doqquz yüz) manat nağd pulu oğurlaması iş materiallarına əlavə edilmiş fotoşəkillər, maddi sübutlar və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində öz müdafiələri üçün gətirdiyi dəlillər əsassız olduğundan məhkəmə təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən halları özünü müdafiə xarakteri kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 50-ci bəndində qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı övladlarının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir və o məhkəmə zalından dərhal həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 4600 (dörd min altı yüz) manat nağd pul və 1 cüt 396 manat dəyərində sarı rəngli, 583 əyarlı, 4,95 qram çəkidə qızıl sırğa, 1 ədəd 471 manat dəyərində sarı rəngli, paxlava formalı, üzərində bir ədəd yaşıl və ağ şəffaf qaşlar olan 583 əyarlı, 5.89 qram çəkidə qızıl üzük, 1 ədəd 258 manat dəyərində sarı rəngli, üzərində bir ədəd qara və ağ şəffaf qaşlar olan 583 əyarlı, 3.23 qram çəkidə qızıl üzük, 1 ədəd 460 manat dəyərində sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşlar olan 750 əyarlı, 4,41 qram çəkidə qızıl üzük, 1 ədəd 160 manat dəyərində sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşlar olan (bir ədəd qaş yeri boşdur) 583 əyarlı, 2 qram çəkidə qızıl üzük, 1257 manat dəyərində sarı rəngli, 585 əyarlı, 15,71 qram çəkidə qızıl boyunbağı və qolbaqdan ibarət 1 ədəd dəst zərərçəkmiş şəxsin sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150,00 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-483/2022) qərarını icra edərək, 30 aprel iyul 2022-ci il tarixli, 685 saylı orderə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 vəkili, 29 aprel 2022-ci il tarixli 686 saylı orderə əsasən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 vəkili təyin etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə vəkil Müdafiəçi3 təyin edilmişdir. Müdafiəçilər məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi1 20 saat, Müdafiəçi2 20 saat, Müdafiəçi3 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Həsənov İlham Əhmədəli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbs olunsun. İş üzrə maddi sübut kimi tanınmış 4600 (dörd min altı yüz) manat nağd pul və 1 cüt 396 manat dəyərində sarı rəngli, 583 əyarlı, 4,95 qram çəkidə qızıl sırğa, 1 ədəd 471 manat dəyərində sarı rəngli, paxlava formalı, üzərində bir ədəd yaşıl və ağ şəffaf qaşlar olan 583 əyarlı, 5.89 qram çəkidə qızıl üzük, 1 ədəd 258 manat dəyərində sarı rəngli, üzərində bir ədəd qara və ağ şəffaf qaşlar olan 583 əyarlı, 3.23 qram çəkidə qızıl üzük, 1 ədəd 460 manat dəyərində sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşlar olan 750 əyarlı, 4,41 qram çəkidə qızıl üzük, 1 ədəd 160 manat dəyərində sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşlar olan (bir ədəd qaş yeri boşdur) 583 əyarlı, 2 qram çəkidə qızıl üzük, 1257 manat dəyərində sarı rəngli, 585 əyarlı, 15,71 qram çəkidə qızıl boyunbağı və qolbaqdan ibarət 1 ədəd dəst zərərçəkmiş şəxsin sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150,00 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat, Müdafiəçi3 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar