Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-483/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi - Nümayəndə2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 16-cı mkr, ev 11, mənzil 73-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 6-cı mkr, ev 11, mənzil 73də yaşayan, barəsində “polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 dekabr 2022-ci il tarixdə, saat 04 radələrində Sumqayıt şəhəri, 6-cı mkr, Cəlil Məmmədquluzadə küçəsində yerləşən "Laçın-92" adlı aptekin müdir otağının giriş qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə qırıb açmaqla həmin otağa və oradan da aptekin özünə qanunsuz daxil olduqdan sonra, aptekdə müqavilə əsasında quraşdırılmış "xxxx" QSC-yə məxsus İD-4975 saylı "eManat" ödəmə terminalını yerə aşırdaraq özü ilə gətirdiyi balta ilə ödəmə terminalının pullar saxlanıldığı hissəyə fiziki təsir göstərərək üst qapısını sındırmaqla içərisində "xxxx" QSC-yə məxsus 2575 manat nağd pul olan 230 manat qiymətində 1 ədəd 27x9,5x19,5 sm ölçüdə, plastmas materiallı pul kasetini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs - "xxxx" QSC-yə ümumilikdə 2805 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda daimi yaşayış yeri yoxdur, fərdi qaydada fəhləliklə məşğul olsa da özünü dolandıra bilmir. 2022-ci ilin dekabr ayının ortalarında maddi vəziyyəti çətin olmuş, daimi iş tapa bilməmiş, özünü dolandıra bilmədiyinə görə yaşadığı evin yaxınlığında yerləşən "Laçın 92" aptekin içərisində "eManat" ödəmə terminalından oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində təmir alətləri olan kiçik balta, 5 mm diametrli dəmir parçası götürüb "Laçın 92" aptekinin yanına gəlmiş, aptek bağlı olmuş, bir qədər gözləyib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra aptekin ümumi girişinin yanındakı plastik qapıya yaxınlaşmış və qapıdakı halqalı qıfılı özündə olan dəmir parçası ilə burub qırmış və aptekin müdir otağına daxil olaraq sol tərəfdə müşahidə kameraların enerji blokunu söndürmüşdür. Sonra həmin otaqdan aptekin özünə daxil olmuş və orada quraşdırılmış "eManat" ödəmə terminalını döşəməyə yıxıb özü ilə götürdüyü kiçik balta ilə ödəmə terminalının üst qapısını qırmışdır. Ödəmə terminalının üst qapısını qırıb araladıqdan sonra içərisində olan metal seyfi də qırıb həmin seyfin içərisindəki plastik pul kasetini götürmüş və apteki girdiyi yerdən tərk edib həmin yerdən uzaqlaşmışdır. Evdə hamam otağında dəmir mişarla plastik pul kasetini kəsmiş və içərisində aşkar etdiyi 1,5,10,20,50 və 100 manatlıq pul əskinazlarını saymış, ümumilikdə 2575 manat olmuşdur. Səhər saatlarında ailə üzvləri evdə olmadığı vaxt oğurluqda istifadə etdiyi kiçik baltanı, dəmir parçasını, oğurladığı pul kasetini iz itirmək üçün sellofan paketə qoyub yaşadığı məhəllədə olan zibil qutusuna tullamışdır. Oğurladığı puldan təxminən 600-700 manata yaxın pulu "xxxx" ödəniş portalında ***-***-**-** nömrəsinin hesabına köçürtmüş və mərc oyunlarına xərcləmiş, qalan pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsirə məruz qalmamışdır. Ailə üzvlərinin, eləcə də heç kimin onun oğurluq etməyi barədə məlumatları olmamışdır, oğurladığı məbləği qaytarmaq fikri var, lakin imkanı yoxdur, hər ay 100 manat ödəniş edə bilər. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə onlara məlumat verilmişdir ki, mSumqayıt şəhəri, 6-cı mkr., Cəlil Məmmədquluzadə küçəsində yerləşən “Laçın-92” aptekində xx.xx.2021-ci il tarixdə müqavilə əsasında quraşdırılmış şirkətə məxsus İD-4975 saylı “eManat” ödəmə terminalının sındırılaraq içindəki pullar oğurlanmışdır. Bu barədə şirkətin rəhbərliyinə məlumat verilmiş və məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə həmin aptekə daxil olmuş naməlum şəxs tərəfindən orada quraşdırılmış şirkətə məxsus "Emanat" ödəmə terminalın üst qapısı sındırılaraq yararsız vəziyyətə salınmış və içərisində pullar olan pul kaseti oğurlanmışdır. O, şirkətlə əlaqə saxlamış və məlum olmuşdur ki, ödəmə terminalında olmuş 2575 manat nağd pul oğurlanmışdır. Sonra şirkət tərəfindən polisə rəsmi müraciət olunmuşdur. Ödəmə terminalından içərisində 110 ədəd 1 manat, 29 ədəd 5 manat, 19 ədəd 10 manat, 19 ədəd 20 manat, 9 ədəd 50 manat və 13 ədəd 100 manat pul əskinazları-ümumilikdə 2575 manat nağd pul olmuş pul kaseti oğurlanmışdır. Pul kaseti plastmas materiallı, hündürlüyü 27 sm, eni 9,5 sm, uzunluğu 19,5 sm, qiyməti təxminən 230 manatdır. Pulların və pul kasetinin oğurlanması nəticəsində şirkətə ümumilikdə 2805 manat, qeyd olunan pul və pul kaseti oğurlanan zaman ödəmə terminalının zədələnməsi nəticəsində isə şirkətə ümumilikdə 1026 manat maddi ziyan dəymişdir. Dəymiş ziyanı tələb edirlər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 6-cı mkr, Cəlil Məmmədquluzadə küçəsində yerləşən "Laçın-92" aptekin müdiridir. Aptek çöl və içəri tərəfdən müşahidə kameraları ilə təchiz edilib, lakin mühafizə sisteminə qoşulmayıb. Aptekdə özündən başqa əczaçılar Xalidə Hümbətova və Vəfa Cəlilova növbə işləyirlər. xx.xx.2021-ci il tarixdən "eManat" şirkəti ilə aralarında bağlanmış müqavilə əsasında aptekdə “eManat" ödəmə terminalı quraşdırmışlar. Həmin şirkət onlara ayda həmin terminalın fəaliyyətinə görə 40 manat pul ödəyir və terminala onların aptek olaraq heç bir aidiyyəti yoxdur. Naməlum şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 04:11 radələrində aptekin müdir otağının qapısının kilidinin halqasını qıraraq otağa daxil olub əvvəlcə aptekin müşahidə kamerlarını söndürmüş, bundan sonra isə aptekin özünə daxil olaraq oradakı ödəmə terminalını sındırmaqla terminalın pul kasetini oğurlayıb aparmışdır. Aptekin qapısının açıq olduğunu xx.xx.2022-ci il tarixdə saat 08 radələrində işə gələn əczaçı Xalidə Hümbətova gördükdən sonra bu barədə ona və DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. O da aptekə gəlib ödəmə terminalından oğurluq olması barədə həmin şirkətə zəng edib məlumat vermişdir. Aptekə qanunsuz daxil olmuş naməlum şəxs tərəfindən aptekin özündən pul və ya hər hansı dərman vasitəsi oğurlanmamışdır. Aptekdən yalnız ödəmə terminalı sındırılaraq pul kaseti oğurlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Sumqayıt şəhəri, 6-cı mkr, Cəlil Məmmədquluzadə küçəsində yerləşən "Laçın 92" aptekində baş vermiş, baxış zamanı aptekdə quraşdırılmış "eManat" ödəmə terminalının üst qapağının sındırılaraq içərisindən pul kaseti ilə pulların oğurlandığı müəyyən olunmuş, baxış zamanı aptekin çölündə görüntü kamerasında əks olunmuş videogörüntü əldə olunaraq götürülmüşdür. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən, Şahid məxsus "Laçın" aptekdə quraşdırılmış "eManat" ödəmə terminalında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-İn məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri 6-cı mkr-da, Şahid məxsus “Laçın" aptekdə quraşdırılmış “eManat” ödəmə terminalından oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 (bir) ədəd şüşə stəkan, Sumqayıt ŞPİ-nin xx.xx.2022-ci il tarixli, 123-52726- 1222 №-li məktubu ilə tədqiqata təqdim edilmişdir. Aparılmış DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, 01 (bir) ədəd şüşə stəkan üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs QSC zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1010 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş məlumata əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən Zərərçəkmiş şəxs QSC-yə məxsus İD-4975 saylı, “eManat” ödəmə erminalının plastmas materiallaı, hündürlüyü 27 sm, eni 9,5sm, uzunluğu 19,5 sm olan kasetin orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 230,0 manat müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23615-də Sumqayıt ŞPİ-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 6-cı mkr, Cəlil Məmmədquluzadə küçəsində yerləşən "Laçın 92" aptekinə hansı şəraitdə daxil olduğunu, həmin aptekdə quraşdırılmış "eManat" ödəmə terminalının üst qapağının sındıraraq içərisindən pul kaseti ilə pulların götürdüyünü, daha sonra isə oğurluqda istifadə etdiyi kiçik baltanı, dəmir parçasını, əynində olmuş fəhlə üst geyimini və oğurladığı pul kasetini yaşadığı məhəllədə yerləşən zibil qutusuna tulladığını yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “təqdim olunmuş məlumatlara baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" online ödəniş portalına "Google" proqram vasitəsilə daxil olub onun dediyi ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi pul kisəsinə "E8nawfme" şifrəsini yazmaqla həmin səhifəyə daxil olunmuş, həmin səhifədə tarixçə bölümünə daxil olduqda orada xx.xx.2022, 15:47:14-də -37 manat, xx.xx.2022, 18:12:52 - 298 manat, xx.xx.2022, 18:16:14-100 manat, xx.xx.2022, 19:31:40-70 manat, xx.xx.2022, 02:51:47-8 manat, xx.xx.2022, 03:11:26-100 manat, xx.xx.2022, 05:28:21-5 manat, xx.xx.2022, 05:28:43-6 manat pulun yüklənməsi müəyyən olundu. Baxışda iştrak edən Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mkr, "Laçm-92" aptekində quraşdırılmış "eManat" ödəmə terminalından oğurladığı puldan ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi "xxxx" ödəniş portalındakı pul kisəsinə yükləmiş və mərc oyunlarına xərcləmişdir. Baxış zamanı işi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 04:11-də qaranlıq hava və texniki işıqlandırma şəraitində qeydə alınmış 08 saniyə davam edən videogörüntünün olduğu müəyyən olundu. Videogörüntüyə baxdıqda Sumqayıt şəhəri, 6-cı mkr, Cəlil Məmmədquluzadə küçəsində yerləşən “Laçın 92” adlı aptekin çöl tərəfinin əks etdirdiyi video görüntüdə xx.xx.2022-ci il tarixdə saat 04:11:32-də qara rəngli şalvar, qara rəngli gödəkçədə və qara rəngli idman papaqda olan 1 nəfər kişi cinsli şəxsin aptekin giriş qapısına yaxınlaşıb içəriyə baxıb qayıtması müşahidə olundu. Həmin videoçəkilişə baxış keçirilən zaman təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 6-cı mkr., Cəlil Məmmədquluzadə küçəsində yerləşən “Laçın 92” adlı aptekin qarşısında hərəkət edən şəxsin özü olduğunu və həmin vaxt aptekdən oğurluq etmək üçün oraya gəldiyini, lakin aralıdan avtomobil keçdiyini görüb geri qaytdığını, bir qədər sonra isə aptekə girib orada "eManat" ödəmə terminalını sındırıb içərisində pullar olan pul kasetini oğurladığı bildirdi. Baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən digər hal müəyyən olunmadı, bu barədə protokol tərtib olundu, ucadan oxundu, heç bir əlavə daxil olmadı, protokol imzalarla təsdiq olundu. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüüfatı İstehsalat Birliyinin 13 saylı MKS tərəfindən verilmiş 160 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 6-cı mkr, ev 11, mənzil 73 ünvanında yaşayıb, ailə tərkibi anası-1963-cü il təvəllüdlü X6, qardaşı-1981-ci il təvəllüdlü X5, bacısı-1983-cü il təvəllüdlü X2, gəlin-1980-ci il təvəllüdlü X8, qardaşı oğlu-2016-cı il təvəllüdlü X9, qardaşı qızı-2019-cu il təvəllüdlü X4 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət təqibi rədd edilmiş, cinayət işinin materiallarında olan Sumqayıt şəhəri, 6-cı mkr, Cəlil Məmmədquluzadə küçəsində yerləşən "Laçın 92" aptekin çöl görüntüsünü əks etdirən müşahidə kamerasında qeyd olunmuş Təqsirləndirilən şəxs görüntü videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işində saxlanılmış, iş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi qismində tanınmış Nümayəndə1 hadisə zamanı ödəmə terminalının zədələnməsi nəticəsində dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə törədilmiş cinayət əməlinin təhlükəliliyi ilə yanaşı zərərçəkmiş şəxsin şikayətçi olduğunu, zərərin ödənilmədiyini nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə maddi sübut olan Sumqayıt şəhəri, 6-cı mkr, Cəlil Məmmədquluzadə küçəsində yerləşən "Laçın 92" aptekin çöl görüntüsünü əks etdirən müşahidə kamerasında qeyd olunmuş Təqsirləndirilən şəxs görüntü videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-483/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 575 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş hüquqi şəxsə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş hüquqi şəxsə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-483/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-483/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver