Məhkəmə qərarları › İş №1(060)-484/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-484/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-484/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinun iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, 11ci mikrorayon ərazisində yerləşən 27 nömrəli evin 25 nömrəli mənzilinin dəhlizində, həmin ünvanda yaşayan qohumu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı hər iki əli ilə Zərərçəkmiş şəxs hər iki qolundan tutub sıxmaqla sonuncuya sağ bazunun aşağı 1/3-nin dirsək oynağını tutan və oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əzniyi-qançırı ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o ailəsi ilə birlikdə ünvan 1-da yaşayır. Zərərçəkmiş şəxs onun bacısı Şahid1 keçmiş əri kimi tanıyır. Onunla əvvəllər hər hansı bir dava-dalaşları olmamışdır. xx.xx.2022-ci il tarixdə bacısının qızı Cavahir ona zəng edərək atasının evlərində onu və anasını dödüyünü bildirib onlara gəlməsini demişdir. O da dərhal bacısının evinə getmiş və evin giriş qapısından içəri daxil olduqda Şükranla bacısı Elnurə dəhlizdə mübahisə etdiklərini görmüş, o onları sakitləşdirmək və aralamaq üçün Şükranın qarşısına keçmiş və hər iki əli ilə Şükranın hər iki qolundan tutub onu kənara çəkmişdir. O da hər iki əli ilə onun boğazından tutub sıxmağa başlamışdır. Həmin vaxt bacısı hər ikisinə bəsdirin demiş, bu vaxt o da Şükran da bir birindən əllərini çəkmişlər. Bundan sonra o bacısını və bacısı qızını götürüb evdən çıxmışdır. Həmin vaxt Şükaran ona geri qayıtmağını və onunla söhbət etmək istədiyini bildirmiş, lakin bacısı ondan geri qayıtmamağını xahiş etmişdir. O da geri qayıtmamışdır. Bundan sonra bacısı 1-ci PB-nə Şükrandan şikayət ərizəsi yazmışdır. O, hər iki əli ilə Şükranın hər iki qolundan tutub onu kənara çəkmiş, lakin itələyərək divara vurmamışdır. Hadisə zamanı ətrafdan kənar şəxslər gəlməmişlər. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı Şahid1 qardaşıdır. Elnurə ilə o 2019-cu ildən məhkəmə qaydasında boşanmışlar, lakin məhkəmənin qərarı ilə qeyd edilən həmin ünvanda birlikdə yaşayırlar. İki qızları var. Qızlarından Ləman Bakı şəhərində Univerisitetdə oxuduğu üçün Bakı şəhərində kirayədə yaşayır. 2007-ci il təvəllüdlü digər qızı olan Cəvahir isə anası ilə birlikdə yaşayır. Elnurə ilə o bir evdə iki qonşu kimi yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində avtomaşını xarab olduğu üçün o Elnurədən borca pul istəmiş, o da ona pul verməmişdir. Bu səbəbdən aralarında mübahisə olmuş, o yataq otağında əli ilə Elnurənin qolundan tutub onu itələmiş, sonra qızı onu sakitləşdirmək istədikdə o əli ilə qızını da itələmiş və o yerə yıxılmışdır. Bundan sonra o mənzilin dəhlizinə çıxmış və Elnurəyə evdən çıxıb getmələrini bildirmişdir. Daha sonra isə Elnurəyə qardaşı Akifi çağırmasını, Akifə onları onun evindən aparmasını deməsini bildirmişdir. Qızı Cəvahir də zəng edərək Akifi çağırmış, Akif gələnədək Elnurə ilə qızı mənzilin yataq otağının giriş qapısını bağlamış və özləri yataq otağında, o isə dəhlizdə qalmışdır. Belə olduqda o yataq otağının qapısında olan şüşəni əli ilə vuraraq sındırdmış, şüşə qırıntıları qızının əlini dəymiş və o əlindən xəsarət almışdır. Bundan sonra qızı və həyat yoldaşı da mənzilin dəhlizinə çıxmışlar. Elnurə ilə o dəhlizdə sözlə mübahisə etmişlər, bu zaman Akif mənzilin giriş qapsından mənzilin dəhlizinə daxil olmuş və bacısı ilə aralarında sözlə mübahisə etdiklərini görüb onun üzərinə gələrək hər iki əli ilə onun hər iki qollarından bərk tutub sıxaraq onu itələmiş, o divara dəymişdir. Həmin vaxt o da əlləri ilə onun boğaz nahiyyəsindən, paltarından tutub onu özündən kənarlaşdırmaq istəmiş və Akif ona qolundan xəsarət yetirmişdir. Bu zaman Elnurə onları sakitləşdirmiş və aralamışdır. Sonra Akif, Elnurə və qızı Cəvahir birlikdə mənzildən çıxmışlar. Elnurə onun onu və qızını döyməyi barədə həmin gün 1-ci PB-nə şikayət etmişdir. Lakin o Akifin ona xəsarət yetirməsi ilə bağlı həmin gün ondan şikayət etməmişdir. Bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə qolundan aldığı xəsarətinin ağrılarının bərkidiyini görüb o da Akifin onu döyməsi barədə həmin tarixdə 1-ci PB-nə ərizə yazmışdır. Hadisə 5 dəqiqə davam etmiş, hadisə zamanı qonşulardan və yaxın ətrafdan mənzilə kənar şəxslər toplaşmamış, o başqa yerindən xəsarət almamış və o Akifə xəsarət yetirməmişdir. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 443 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sağ bazunun aşağı 1/3-nin dirsək oynağını tutan və oynaqda hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əzniyi-qançırı xəsarətləridir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əl ilə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 5-7 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 9 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan narkoloji dispanserin xx.xx.2022-ci il tarixli 1393 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli xəstəxanasının psixiatr kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar