Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-485/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Füzuli rayonu, Qarakollu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Qarakollu kəndində qeydiyyatda olmaqla ünvan 4-da yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanına giriş qapısını hazırladığı alətlə açaraq qanunsuz daxil olub mənzildə yataq otağındakı dolabda olan pencəyin cibindən 850 (səkkiz yüz əlli) manat, 100 ABŞ dolları ekvevalentində 170 (yüz yetmiş) manat pulu və dəyəri 1920 manat olan, 2002-ci ildə alınmış, Rusiya istehsalı, 585 əyarlı, ümumi çəkisi 32 qram olan üzük, qolbaq, 01 cüt sırğa və boyunbağıdan ibarət dəsti, dəyəri 1200 manat olan, 2006-cı ildə alınmış, Rusiya istehsalı, 585 əyarlı, ümumi çəkisi 20 qram olan üzük, 01 cüt sırğa və boyunbağıdan ibarət dəsti, dəyəri 1080 manat olan 2006-cı ildə alınmış, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 18 qram olan üzük, 01 cüt sırğa və boyunbağıdan ibarət dəsti, dəyəri 720 manat olan Rusiya istehsalı, 585 əyarlı, çəkisi 12 qram olan üzük və 01 cüt sırğadan ibarət dəsti, dəyəri 420 manat, üzərində 03 ədəd qaş olan, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 07 qram olan 01 ədəd kişi üzüyünü, dəyəri 420 manat olan Rusiya istehsalı, 585 əyarlı, çəkisi 07 qram olan 01 ədəd qadın üzüyünü, dəyəri 360 manat olan Rusiya istehsalı, 585 əyarlı, çəkisi 06 qram olan 01 ədəd qadın üzüyünü, dəyəri 180 manat olan, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 03 qram olan 01 ədəd qadın üzüyünü, dəyəri 300 manat olan Rusiya istehsalı, 585 əyarlı, çəkisi 05 qram olan 01 ədəd qadın üzüyünü, dəyəri 240 manat olan, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 04 qram olan 01 ədəd qadın üzüyünü, dəyəri 300 manat olan, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 05 qram olan 01 ədəd klonla birgə boyunbağını, dəyəri 420 manat olan, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 07 qram olan 01 ədəd klonla birgə boyunbağını, dəyəri 180 manat olan, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 03 qram olan 01 ədəd bilərziyi, dəyəri 240 manat olan, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 04 qram olan 01 cüt sırqanı, dəyəri 240 manat olan, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 04 qram olan 01 cüt sırğanı, dəyəri 300 manat olan, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 05 qram olan 01 cüt sırqanı, dəyəri 360 manat olan 585 əyarlı, Rusiya istehsalı, çəkisi 6 qram olan 01 cüt sırqanı gizli talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 9900 (doqquz min doqquz yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanına giriş qapısını hazırladığı alətlə açaraq qanunsuz daxil olub yataq otağındakı dolabda olan qadın çantasının içərisindən 1137 (bir min yüz otuz yeddi) manat pul və dolabdakı qabın içərisindən dəyəri 1920 manat olan çəkisi 24 qram, 750 əyarlı, İtaliya istehsalı olan sep, klon və 01 cüt sırğadan ibarət dəsti, dəyəri 480 manat, çəkisi 08 qram, Türkiyə istehsalı, 585 əyarlı olan 01 ədəd sepi, dəyəri 240 manat, çəkisi 04 qram, Rusiya istehsalı, 585 əyarlı olan 01 ədəd uşaq qolbağını, dəyəri 60 manat, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 01 qram olan 01 ədəd sırqanı, 2018-ci ildə 400 manata alınmış, 01 cüt sırqa, sep və klondan ibarət svarovski dəsti(bujieriya), 150 manata alınmış, bir cüt çerikon sırqanı(bujiteriya), 01 ədəd 90 manata alınmış, çerikon qolbağını(bujiteriya), 2015-ci ildə 250 manata alınmış, svarovski qaşlarla işlənmiş 01 cüt gümüş sırqanı, 09 ədəd hər biri 2014-cü il tarixdə 40 manata alınmış bujiteriya qolbağıları, 04 ədəd hər biri 60 manata alınmış bujiteriya üzükləri, təbii daşlarla işlənmiş üzük və 01 cüt sırqadan ibarət 230 manata alınmış bujiteriya dəstini gizli talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 5197 (beş min yüz doxsan yeddi) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan RespublikasıCM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı deyil. Buna görə də oğurluq etmək qərarına gəlmiş, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində oğurluq etmək üçün 9-cu mkr ərazisində yerləşən “Heydər Parkı”nın yaxınlığında gəzərkən parkın arxa hissəsində yerləşən ev 71-in ön hissəsində 6-cı mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını görmüş, mənzildə heç kimin olmadığından əmin olmaq üçün binanın arxa hissəsinə də keçib həmin mənzilin işıqlarının yanmadığından əmin olmuşdur. Daha sonra 6-cı mərtəbəyə qalxmış, həmin mərtəbədə olan qapıya baxdıqda qapının qarşısının çirkli olduğunu, qapıya kommunal qəbzlərin qoyulduğunu görüb həmin mənzildə də heç kimин yaşamadığını başa düşmüşdür. Bundan sonra qapını açmaq üçün özü ilə gətirdiyi məftili qapının açar yerinə salıb qapını açmış və mənzilə daxil olmuşdur. Ayaqqabısını soyunub corablarını çıxarıb əllərinə geyinmişdir ki, mənzildə əl izləri qalmasın. Həmçinin, evin işıqları sönülü olduğu üçün üzərində olan alışqanın işığını yandırmış, giriş qapısı ilə üzbəüz olan otağa girmiş, həmin otaqda olan dolabın qapılarını açmış, orada asılı olan paltarların ciblərinə baxmış, oradan asılmış pencəyin cibindən 100 (yüz) ABŞ dolları, 850 manat pul aşkar edərək götürüb cibinə qoymuşdur. Sonra dolabın yan hissəsində işlənməyən, yük kimi yığılmış döşəkləri bir-bir götürüb baxmış, döşəklərin alt hissəsindən köhnə vəziyyətdə çemodan tapmış, həmin çemodanı açdıqda oradan üzük, qolbaq, 1 cüt sırqa və boyunbağıdan ibarət dəst, üzük, 1 cüt sırqa və boyunbağıdan ibarət 2 dəst, üzük və bir cüt sırqadan ibarət dəst, bir ədəd kişi üzüyü, 5 ədəd qadın üzüyü, 2 ədəd klonla birgə boyunbağı, 1 ədəd bilərzik, 4 cüt sırğa aşkar etmişdir. Həmin qızıl zinət əşyalarını və qapını açmaq üçün istifadə etdiyi dəmir məftili evdən tapdığı balaca torbaya, torbanı isə cibinə qoyub mənzili tərk edərək yaşadığı binanın həyətinə gəlmiş, pullar üzərində qalmış, qızılları isə yaşadığı binanın həyətində olan ağacın dibində gizlətmişdir. 2020-ci ilin iyul ayının ortalarında saat 21 radələrində yaşadığı binanın qarşısında yerləşən ev 9Q-nin 3-cü mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını görüb həmin mənzildə kiminsə olub-olmadığından əmin olmaq üçün binaya daxil olub 3-cü mərtəbəyə qalxaraq sol tərəfdə yerləşən qapını döymüş, həmin qapını heç kim açmadığı üçün evdə heç kimin olmadığından əmin olmuşdur. Həmin vaxt qapını açmaq üçün dəmir məftili özü ilə götürməmişdir. Həmçinin qapının arasına siqaret qutusundan xırda kağız kəsib qoymuşdur ki, oğurluq etmək üçün geri qayıtdıqda qapının açılıb açılmadığından əmin olsun. Sonra oradan uzaqlaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 02 radələrində əvvəlcədən yaşadığı binanın həyətində ağacın dibində gizlətdiyi torbadan dəmir məftili götürərək həmin mənzilin qarşısına getmiş, qapının arasına qoyduğu kağız parçasının yerində olduğunu görüb qapının açılmadığı və mənzilə heç kim daxil olmadığından əmin olmuşdur. Əlində olan dəmir məftillə aşağı hissədə olan açar yerini açmış, mənzilə daxil olduqda əlində olan cib dəsmalı ilə qapının tutacağını silmiş, sonra mənzilin içərisində olan şkafdan corab götürüb əlinə geyinmişdir. Daha sonra mənzilin yataq otağına daxil olmuş, otaqda olan dolabın qapısını açmış, dolabın içərisində olan qadın çantasının içərisindən 1137 manat pul götürüb cibinə qoymuşdur. Dolabın yuxarı hissəsində uzunsov qızıl qutusu görüb qutunu açdıqda orada sep, klon və 1 cüt sırqadan ibarət dəst, 1 ədəd sep, 1 ədəd uşaq qolbağı, 1 ədəd sırğa, 1 cüt sırqa, sep və klondan ibarət svarovski dəsti (bujieriya), bir cüt çerikon sırqanı (bujiteriya), 1 ədəd çerikon qolbağını (bujiteriya), svarovski qaşlarla işlənmiş 1 cüt gümüş sırqanı, 9 ədəd bujiteriya qolbağıları, 4 ədəd bujiteriya üzükləri, təbii daşlarla işlənmiş üzük və 1 cüt sırqadan ibarət bujiteriya dəstini aşkar etmiş, həmin qutunu mənzildən götürdüyü torbaya qoymuşdur. Dolabın yuxarı hissəsində qızıl qutusu görüb qutunu açdıqda oradan qızıla bənzər əşyaları götürüb torbaya boşaltmış, həmçinin, dəmir məftili də torbaya qoymuşdur. Sonra mənzili tərk edərək yaşadığı binanın blokuna gəlmişdir. Sonra həmin əşyaları aparıb qeyd etdiyi ağacın dibində gizlətmiş və yaşadığı evə gedib yatmışdır. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində qızıl əşyalarını və bujiteriyaları gizlədiyi ağacın dibindən götürmüş, torbada olan dəmir məftilləri və bujiteriyaları 9-cu mkr ərazisində zibil qabına atmış, ev 9Q, mənzil 20-dən oğurladığı qızıl-zinət əşyalarını 750 manata, ev 71, mənzil 25-dən oğurladığı qızıl-zinət əşyalarını isə 1400 manata 9-cu mikrorayon ərazisində tanımadığı şəxsə satmış və əldə etdiyi həmin məbləği evdən oğurladığı pullarla birlikdə həyat yoldaşının müalicəsinə xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Belə ki, iş üzrə zərərçəkmişlərə dəymiş maddi ziyanı Rusiya Federasiyasında yaşayan qohumlarının maddi köməkliyi ilə ödəmişdir. Əməlindən səmimi peşmandır. Cinayəti həyat yoldaşının ağır onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün maddi ehtiyac üzündən etmişdir. Zərərçəkmiş şəxslər ondan şikayətçi deyillər. Himayəsində bir azyaşlı uşağı vardır. Törətdiyi əməldən səmimi peşmandır. Odur ki, bütün bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 10-11 radələrində ailə üzvləri ilə birgə yaşadığı mənzildən çıxıb ünvan 3 ünvanında yaşayan qardaşı evinə gedib həmin gün orada qalmış, xx.xx.2020-ci il tarixdə saat 15-16 radələrində ailə üzvləri ilə birgə yaşadığı mənzilə geri qayıtdıb açarla qapını açmaq istədikdə qapının açıq olmasını görmüş, mənzilə daxil olduqdan sonra otaqların dağınıq olmasını görüb mənzilin qapısının kənar şəxs və ya şəxslər tərəfindən açılmasını və mənzilə daxil olunmasını bilmişdir. Sonra evin yataq otağına daxil olduqda orada olan dolabın qapılarının açıq olmasını, dolabın yanında olan açılıb-qatlanan çarpayının üzərində olan yorğan-döşəklərin dağınıq olmasını görmüşdür. Dolabda olan pencəyinin sağ döş cibinə baxdıqda orada olan 100 ABŞ dolları və 850 manat pulun, dolabın yanında olan çarpayının alt hissəsində olan yaşıl zolaqlı çantanın içərisinə baxdıqda orada olan qızıl-zinət əşyalarının oğurlanmasını aşkar etmişdir. Buna görə də AR DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Yaşadığı mənzildən üzük, qolbaq, 1 cüt sırqa və boyunbağıdan ibarət olan dəst oğurlanmış, həmin dəsti 2002-ci ildə Sumqayıt şəhərindən almış, Rusiya istehsalı, 585 əyarlı, ümumi çəkisi 32 qram olmuşdur. Üzük, 1 cüt sırqa və boyunbağıdan ibarət dəst oğurlanmış, həmin dəsti 2006-cı ildə Sumqayıt şəhərindən almış, Rusiya istehsalı, 585 əyarlı, ümumi çəkisi 20 qram olmuşdur. Üzük, 1 cüt sırqa və boyunbağıdan ibarət dəst oğurlanmış, həmin dəsti də 2006-cı ildə Sumqayıt şəhərindən almış, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 18 qram olmuşdur. Üzük və bir cüt sırqadan ibarət dəst oğurlanmış, həmin dəsti Sumqayıt şəhərindən almış, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 12 qram olmuşdur. Bir ədəd kişi üzüyü oğurlanmış, həmin üzüyün üzərində 3 ədəd qaş olmuş, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 7 qram olmuşdur. 5 ədəd qadın üzüyü oğurlanmış, hər biri Rusiya istehsalı, 585 əyarlı, çəkiləri 7,6,3,5,4 qram olmuşdur. 1 ədəd klonla birgə boyunbağı oğurlanmış, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 5 qram olmuşdur. Bir ədəd klonla birgə boyunbağı oğurlanmış, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 7 qram olmuşdur. 1 ədəd bilərzik oğurlanmış, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 3 qram olmuşdur. 4 cüt sırqa oğurlanmış, hər biri 585 əyarlı, Rusiya istehsalı, çəkiləri 4, 4, 5, 6 qram olmuşdur. Həmin qızıl-zinət əşyalarının hər birini özü almışdır. Qızıl-zinət əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə 5000 (beş min) manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Odur ki, ondan şikayətçi deyildir və barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb Saray qəsəbəsinə getmiş, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evə qayıdıb qapını açarla açmaq istədikdə qapının açıq olmasını görmüş, sonra mənzilə daxil olduqda evin dağınıq halda olmasını görüb başa düşmüşdür ki yaşadığı mənzilin qapısını kənar şəxs və ya şəxslər açaraq mənzilə daxil olub. Sonra yataq otağına daxil olub dolaba baxdıqda dolabın üst hissəsində olan qızıl-zinət əşyalarının, bujiteriyaların oğurlandığını, dolabın içərisində olan qadın çantasında olan 1137 manat pulun oğurlandığını aşkar etmiş, buna görə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə zəng vuraraq məlumat vermişdir. Yaşadığı mənzildən sep, klon və 1 cüt sırqadan ibarət dəst oğurlanmış, ümumi çəkisi 24 qram, 750 əyarlı, İtaliya istehsalı olmuşdur. 1 ədəd sep oğurlanmış, çəkisi 8 qram, Türkiyə istehsalı, 585 əyarlı olmuşdur. 1 ədəd uşaq qolbağısı oğurlanmış, çəkisi 4 qram, Rusiya istehsalı, 585 əyarlı olmuşdur. 1 ədəd sırqa oğurlanmış, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 1 qram olmuşdur. 1 cüt sırqa, sep və klondan ibarət svarovski dəst (bujieriya) oğurlanmış, həmin dəsti 2018-ci ildə 400 manata almışdır. Bir cüt 150 manata aldığı çerikon sırqa, 1 ədəd 90 manata aldığı çerikon qolbaq, 1 cüt svarovski qaşlarla işlənmiş gümüş sırqa oğurlanmış, həmin sırqanı 2015-ci ildə 250 manata almış, 9 ədəd hər birini 2014-cü il tarixdə 40 manata aldığı bujiteriya qolbağı oğurlanmış, 4 ədəd hər birini 60 manata aldığı bujiteriya üzüklər oğurlanmış, təbbi daşlarla işlənmiş üzük və 1 cüt sırqadan ibarət 230 manata aldığı bujiteriya dəst oğurlanmışdır. Qızıl-zinət əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə 5000 (beş min) manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Odur ki, ondan şikayətçi deyildir və barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş və həmçinin məhkəmə iclasında verilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş və həmçinin Məhkəmə iclasında verilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/3190 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının ayrı-ayrılıqda 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1)Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyaları-8880,00 manat; 2)Zərərçəkmiş şəxs2 məxsus qızıl-zinət əşyaları-2700,00 manat. Həmçinin rəydən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 2018-ci ildə 400 manata alınmış, 1 cüt sırqa, sep və klondan ibarət svarovski dəstin(bujieriya), 150 manata alınmış, bir cüt çerikon sırqanın(bujiteriya), 1 ədəd 90 manata alınmış, çerikon qolbağının(bujiteriya), 2015ci ildə 250 manata alınmış, svarovski qaşlarla işlənmiş 1 cüt gümüş sırqanın, 9 ədəd hər biri 2014-cü il tarixdə 40 manata alınmış bujiteriya qolbağıların, 4 ədəd hər biri 60 manata alınmış bujiteriya üzüklərin, təbbi daşlarla işlənmiş üzük və 1 cüt sırqadan ibarət 230 manata alınmış bujiteriya dəstin haqqında ətraflı məlumat(marka, çəki, əyar və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi Sumqayıt şəhəri ərazisində tutulmuşdur. Cinayət işi materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(060)-158/2020 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni xx xxxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(060)192/2020 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(060)192/2020 saylı həbs qətimkan tədbirinin ev ustaqllığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsi haqqında qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirində saxlama müddəti Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(060)158/2020 saylı qərarı ilə müəyyən edilmiş müddətlərlə məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, istintaqa verdiyi ilkin ifadəsində göstərilən xüsusatları bir daha hadisə yerində əyani olaraq göstərərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında axtarış aparılmış, aparılmış axtarış zamanı oğurladığı hər hansı qızıl-zinət əşyaları və iş üzrə digər sübutlar aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin X1 tərəfindən verilmiş 13.0.2020-ci il tarixli 011-7100-1220 saylı məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən vət.Zərərçəkmiş şəxs1 məxsus mənzil 25 də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin fraqmentləri yaxın və qarışıq, qırıq-qırıq papilyar xətlər şəklində əks olunduğundan onların ümumi və xüsusi əlamətləri kifayət qədər əks olunmadığına görə tədqiqat aparılması üçün yararsızdır. . Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 9 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial-Ekspert Komissiyasında sonuncu müayinəyə dair sənədin surətindən və Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X2 İİ dərəcə əlilliyi vardır və o, onkoloji xəstəlikdən əziyyət çəkir. Cinayət işinin materiallarında olan AZE seriyalı 10880371 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Səfərov Emin adlı bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə törədilən cinayət əməlində təqsirinin olması özünün ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspertin rəyi, ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokolu və digər sübutlarla da təsdiq olunur. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPM-nin 125.2ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal Azərbaycan Republikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı övladı- xx.xx.2010-cu il təvəllüdlü X3 olması,59.1.5-ci maddəsinə əsasən cinayətin ağır həyat şəraiti nəticəsində törədilməsi, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx xxxxxx 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Beləliklə də, Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayəti ağır həyat şəraiti nəticəsində törətməsini, himayəsində bir azyaşlı övladının olmasını, həmçinin həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkməsini və İİ qrup əlil olmasını, törətdiyi əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu müddət həbsdə (və ya ev dustaqlığında) olmanın bir gününün azadlığın məhdudlaşdırılmsının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməlidir. Cəzasının icrası Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilməli və üzərində Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 08 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay 21 (iyirmi bir) gün müddət həbsdə (ev dustaqlığında) olmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs üzərində Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 7 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-485/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-485/2020
13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver