Məhkəmə qərarları › İş №1(060)-485/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-485/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-485/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid3, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1959-cu ildə Qubadlı rayonu, Milanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sumqayıt Nəqliyyat MMC-nin 2 saylı sərnişin avtobusunda sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində “BCD” kateqoriyalı, AB 560486 seriyalı sürücülük vəsiqəsi əsasında "xxxx" MMC-yə məxsus, AD- 6011 nömrəli yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “İsuzu-Citibus Avtobus” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 20 Yanvar küçəsi ilə “Qayalı” mağazasının qarşısında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hadisə zamanı sürücü nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq öz hərəkəti İstiqamətində yolu sol tərəfindən sağ tərəfə keçən piyada Zərərçəkmiş şəxs ğlunu avtomobilin ön sol hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sağ beyin yarımkürəsində alın, hər iki təpə ayında kontuziya ocaqları, sağ təpə payında subdural hematoma, hər iki təpə ayında epidural hematoma, hər iki alın-təpə sümüyündə, sağ gicgah sümüyündə, çənə sümüyündə sağda sınıq, sağ körpücük sümüyünün sınığı, sağ yanağın yarası, sağ gözün ağlı qişasına qansızma, bədən səthinin qançır və sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “İsuzu Citibus” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı 2 saylı sərnişin avtobusunu yol vərəqəsi əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:10 radələrində idarə etdiyi sərnişin avtobusu ilə Sumqayıt şəhəri, 20 Yanvar küçəsi ilə təxminən 40-50 km sürətlə yolun sağdan birinci hərəkət zolağında hərəkətdə olarkən “Qayalı” Marketin yaxınlığında anidən bir nəfər azyaşlı uşaq qarşısına çıxmış və o, əyləci bassa da, ehtiyatsızlıqdan həmin azyaşlını avtobusun ön sol tərəfi ilə vurmuşdur. Bu zaman zərbənin təsirindən həmin azyaşlı bir qədər irəliyə doğru düşmüşdür. Hadisə baş verdikdən sonra o, dərhal avtomobildən enmiş, uşağın vəziyyəti İlə maraqlanmışdır. Daha sonra yaxınlıqdakı insanlar tərəfindən həmin azyaşlını avtomobilə əyləşdirib müayinə olunmaqdan ötrü Sumqayıt şəhər TTYX-na çatdırmışdır. Daha sonra polis əməkdaşları gəlmiş və hadisə ilə bağlı müvafiq sənədləşmə aparılmışdır. Hadisə baş verən zaman spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamışdır. Hadisə ani diqqətsizlik və ehtiyatsızlığı səbəbindən baş vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, hadisə zamanı avtobusda sərnişinlər olmuş, hər hansı xəsarət alan olmamışdır. O, həmin azyaşlını görməmiş, o anidən qarşısına çıxmış və hadisə baş vermişdir. Hadisə zamanı onun idarə etdiyi avtobusda təxminən 12-14 nəfər sərnişin olmuşdur. Hal-hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmışdır, ona dəyən maddi ziyanı ödəmişdir və qanuni nümayəndə tərəfindən ona qarşı heç bir şikayət və tələb yoxdur. Ona görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmışdır, ona 2500 (iki min beş yüz) manat maddi ziyanı ödəmişdir və qanuni nümayəndə tərəfindən ona qarşı heç bir şikayət və tələb yoxdur. Ona görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır və eyni ünvanda yaşayırlar. O, Sumqayıt şəhəri, 7 saylı Fizuli məktəbinin 6-cı sinif şagirdidir. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində oğlu binanın həyətində olmuş və mağazaya getmişdir. Həmin gün ona zəng gəlmiş, oğlunu avtomaşın vurduğunu və xəstəxanaya aparıldığını bildirmişdir. O, dərhal xəstəxanaya getmiş, orada məlum olmuşdur ki, həmin gün saat 18.30 radələrində evlərinin yaxınlığında yerləşən ‘'marketdən” yaşadıqları bina istiqamətində getdiyi zaman 15-ci məhəllə ərazisində yerləşən “Qayalı” mağazasının yanında yolu keçmək istəyərkən onu Təqsirləndirilən şəxs idarə etdiyi 7 nömrəli xətt marşrutu vurmuş və oğlunu xəstəxanaya aparmışlar. Həmin vaxt oğlunun vəziyyəti ağır olmuşdur. Hadisədən sonra oğlu travma aldığından məhkəmə iclaslarında iştirak edə bilmir. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi ziyan ödəmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid3 xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona 2500 (iki min beş yüz) manat maddi ziyan ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru vəzifəsində ximət edir. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt ŞPİ-nin növbətçi hissəsinin məlumatına əsasən Şahid1 ilə birlikdə Sumqayıt şəhəri, A15-ci məhəllə ərazisində Asan Xidmət yaxınlığında sərnişin avtobusunun piyadanı vurması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verdiyi yerə getmişdir. Belə ki, hadisə yerinə geddikdə “İsuzu Citibus” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı 2 saylı sərnişin avtobusu piyadanı vurduğunu və həmin piyadanın TTY xidmətinin köməkliyi ilə xəstəxanaya göndərildiyini görmüşlər. Sürücü avtomaşını hadisə yerində saxlamış, özü də avtomaşının yanında olmuşdur. Sonradan sürücü sərxoşluq vəziyyətinin müayinəsindən keçirilmiş və onun sərxoş olmadığı müəyyən edilmişdir. Hadisə yerində nəqliyyat axının intensivliyini təmin etmişlər. Hadisə yerinə çatdığı zaman avtomaşın artıq piyadanı vurduğunu və hadisə yerində dayandığını görmüşdür. Məhkəmə iclasında baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Diskə baxış zamanı məlum olmuşdur ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsində sərnişin daşıma avtobusunun yolu qaçaraq keçmək istəyən azyaşlını vurma anı müşahidə olunmuşdur. Həmin video çəkilişə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, “Qayalı” marketin yaxınlığında "xxxx" MMC-yə məxsus, AD-6011 nömrəli yol vərəqəsi əsasında idarə etdiyi “İsuzu-Citibus” avtobus markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə azyaşlını, yəni Zərərçəkmiş şəxs vuran şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 1739 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sağ beyin yarımkürəsində alın, hər iki təpə payında kontuziya ocaqları, sağ təpə payında subdural hematoma, hər iki təpə payında epidural hematoma, hər iki alın-təpə sümüyündə, sağ gicgah sümüyündə, çənə sümüyündə sağda sınıq, sağ körpücük sümüyünün sınığı, sağ yanağın yarası, sağ gözün ağlı qişasına qansızma, bədən səthinin qançır və sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 fevral 2023-cü il tarixli, 8/106 saylı rəyindən görünür ki, “İsuzu Citibus” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol-Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-cİ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “İsuzu Citibus” markalı avtobusu hərəkət etdirməsi şəraitində hadisənin qarşısını almağa texniki imkanı olması səbəbindən onun hərəkətlərində "Yol-Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 5931 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Sumqayıt regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 02 mart 2023-cü il tarixli, 3-13-16-8/2 1552/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə "BCD” kateqoriyalı, BC 025858 saylı on illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər arasında yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid3 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 (bir) ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materillarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından, həmin maddə ilə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsi, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barələrində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid3 ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 85,00 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Buna görə də, Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılslın. Ekspertiza tədqiqatının dəyəri olaraq 85,00 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar