Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-486/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİİ qrup əlil, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsi 19C-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq ümumilikdə 2,283 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini və 0,162 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 16 mart 2021-ci il tarixdə saat 00:21-də Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Sumqayıt ŞPİ-nin NBM-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli dəri gödəkcənin sol döş cibindən 01 ədəd plastik qutunun içərisində 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə ümumi təmiz çəkisi 2,283 qram olan ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetamin və 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,162 qram olan qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, sonuncu dəfə 15.03.2021-ci il tarixdə Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 25 manat pul verərək gümüşü rəngli siqaret kağızına bükülmüş bir bükümdə şüşə adlandırılan psixotrop maddə olan metamfetamin və bir ədəd ağ rəngli sellofana bükülmüş bükümdə kakos adlandırılan narkotik vasitə heroin almış, bundan sonra isə Sumqayıt şəhərinə geri qayıtmışdır. Sonuncu dəfə 16.03.2021-ci il tarixdə saat 00:21 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən “Gilan MMC”nin yaxınlığından piyada keçib gedərkən, ona mülki geyimli və polis əməkdaşının gündəlik geyim formasında olan şəxslər yaxınlaşıb onu saxlamış, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxslərdən biri özünü təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını deyib, hüquq və vəzifələrini izah etmiş, həmçinin üzərinə şəxsi axtarış aparacaqlarını qeyd etmişdir. O buna etiraz etməmiş, həmin vaxt başqa bir polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən video kameradan istifadə olunmaqla çəkiliş də aparılmış, saxlanıldıqdan sonra polis əməkdaşının gündəlik geyim formasında olan və özünü Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı kimi təqdim edən Elvin İmanov saxlanıldığı ərazidə üzərinə şəxsi axtarış keçirilməsi üçün şərait olmadığından, üzərinə şəxsi axtarış keçirilməsi üçün aparılan video çəkliş dayandırılmadan onlarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməyini təklif etmişdir. Buna razılıq verdikdən sonra birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər, həmin vaxt video çəkiliş dayandırılmadan video kameranın yaddaşına qeyd etməklə davam etdirilmiş, polis bölməsinə gəldikdən sonra polis bölməsinin xidməti otaqlarının birinə daxil olmuşlar. Orada hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 ona təqdim edilmiş, bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkcənin sol döş cibindən bir ədəd plastik qutunun içərisində saxladığı Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən, əvvəllər tanımadığı, adını və ünvanını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 25 manat pul verərək şəxsi istifadəsi üçün aldığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə şüşə adlandırılan psixotrop maddə metamfetamin və 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığı bir ədəd ağ rəngli sellofana bükülmüş bükümdə kakos adlandırılan narkotik vasitə heroini təqdim etmişdir. Sonradan üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, ancaq polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilməmişdən əvvəl, həmin maddələr ilk əvvəl siqaret kağızına, sonradan isə sellofana bükülərək, bundan sonra elektron tərəzidə çəkilmiş, bu səbəbdən psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilərkən həmin maddənin ümumi çəkisi 2,8 qram təşkil etmiş, buna etirazını bildirdikdə, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini elektron tərəzidə çəkmiş polis əməkdaşı ekspertiza tədqiqatı zamanı sellofan və kağızın çəkisinin ümumi çəkidən çıxılacağını, tərtib ediləcək ekspert rəyində psixotrop maddə olan metamfetaminin təmiz çəkisinin göstəriləcəyini bildirmiş, bu səbəbdən psixotrop maddə olan metamfetaminin müəyyən edilmiş çəkisi ilə razılaşmış, tərtib edilmiş sənədləri imzalamış, üzərinə şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qablaşdırılaraq götürülmüşdür. Üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində protokolu imzalamışdır. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, həmin narkotik vasitəni və psixotrop maddəni satmaq fikri olmamışdır. Hazırda etdiyi əmələ görə peşmandır, ailə vəziyyəti ağırdır, səhhətində problemlər var, QİÇS xəstəsidir, 3-cü qrup əlildir. Məhkəmədən göstərdiyi halları nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2010-cu ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat müvvəkkili vəzifəsində isə 2019-cu ildən xidmət aparmağa başlamışdır. Sonuncu dəfə 15 mart 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nə Zaur adlı şəxsin narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, qəbulu, eləcə də üzərində gəzdirməsi və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Zaur adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, eləcə də qəbulu və üzərində gəzdirməsi ilə məşğul olubolmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur adlı şəxsin xx xxx 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri 6-cı məhəllə Nizami küçəsi 19C-də qeydiyyatda olan və Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və 16.03.2021-ci il tarixdə saat 00:21-də Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində Təqsirləndirilən şəxs həmin vaxtlar Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili vəzifəsində xidmət aparmış, sonradan isə X7 xidmətdən xaric edilmiş Şahin Vəliyev və Elşən Əmrahov, bir də Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Şahid2la birlikdə yaxınlşaraq onu saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən Sumqayıt ŞPİ-nin KTBnin inspektor-kriminalisti Şahid2 tərəfindən video kameranın yaddaşına qeyd etməklə video çəkiliş aparılmış, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona özlərini təqdim edib, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlamasında, qəbulunda, eləcədə üzərində gəzdirməsində və satışı ilə məşğul olmasında şübhəli olduğundan saxlanıldığını izah etmişlər. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Sədirxan Sədirxanovun dəvət edilməsi barədə məlumat verilərək, onun hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmişdir. Bundan sonra həmçinin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi aparılması üçün aparılan video çəkilişin dayandırılmadan birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməli olduqları izah edildikdə, Təqsirləndirilən şəxs polis bölməsinə getməsinə etirazının olmadığını bildirmiş, bu səbəbdən aparılan video çəkiliş dayandırılmadan xidməti avtomobilə əyləşib Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasına getmişlər. Polis bölməsinin xidməti otaqlarının birinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs üzərinə video kameradan istifadə edib çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bir daha təhqiqatçı tərəfindən izah edilmişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Sədirxan Sədirxanov da iştirak etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyindən, daha sonra ona üzərində olan qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşyaları təqdim etməsini təklif etdikdə Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli dəri gödəkcənin içəri sol döş cibinə salaraq cibindən sarı rəngli bir ədəd plastik qutunu çıxarıb təqdim etmişdir. Plastik qutunun içərisindən bir ədəd şəffaf rəngli sellofana və gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə ağ rəngli, kristal şəkilli maddə və bir ədəd şəffaf rəngli sellofana və ağ rəngli siqaret kağızına bükülmüş bükümdə, qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin nə olduğunu, haradan və kimdən əldə etdiyini soruşduqda o, təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana və gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki ağ rəngli, kristal şəkilli maddənin “şüşə” adlandırılan psixotrop maddə olan metamfetamin, bir ədəd şəffaf rəngli sellofana və ağ rəngli siqaret kağızına bükülmüş bükümdəki qəhvəyi rəngli tozşəkilli maddənin isə “kakos” adlandırılan narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni 15.03.2021-ci il tarixdə Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən, həmin ərazidə əvvəllər tanımadığı, adını, digər anket məlumatlarını və ünvanını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə narkotik vasitə olan heroin üçün 10 manat, psixotrop maddə olan metamfetamin üçün isə 25 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra onun üzərində əlavə olaraq tərəflərindən şəxsi axtarışda aparılmış, ancaq Təqsirləndirilən şəxs üzərindən başqa qanunla daşınması və saxlanılması qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş şəffaf rəngli sellofana və gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki ağ rəngli, kristal şəkilli maddə və şəffaf rəngli sellofana və ağ rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli, tozşəkilli maddə elektron tərəzidə çəkilmiş, həmin maddələrin ümumi çəkisi müəyyən edildikdən sonra qablaşdırılaraq götürülmüş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokolara əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 16.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.03.2021ci il tarixdə saat 00:21 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə Sumqayıt qəbiristanlığının yaxınlığında tutulmuşdur. (i.v 20) İş materiallarında olan bir ədəd diskdən və “Şəxsi axtarışın keçirilməsi barədə” 16.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlaması öz əksini tapmışdır. (i.v 26-28) İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 17.03.2021-ci il tarixli 6/1074 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N242” dairəvi möhür əksi olan, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən..... narkotik vasitələrə bənzər maddələr....” yazılan zərfdə təmiz çəkisi 0,162 qram qəhvəyi rəngli tozşəkilli maddə-narkoyik vasitə heroin və təmiz çəkisi 2,283 qram ağrəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in Siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in Siyahısına (Siyahı İ) daxildir.(i.v 41-43) İş materiallarında olan 16.03.2021-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs götürülümüş ümumi təmiz çəkisi 2,283 qram olan narkotik vasitə heroindən tədqiqat zamanı 0,05 qram götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 2,233 qram olmuşdur. Təqsirləndirilən şəxs götürülümüş ümumi təmiz çəkisi 0,162 qram olan psixotrop maddə metamfetamindən tədqiqat zamanı 0,05 qram götürülümş, tədqiqatdan sonra qalıq çəkisi 0,112 qram olmuşdur.(i.v 44) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-113/2021 saylı, 17.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmşdir.(i.v 91-92) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 19.03.2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,112 qram olan qəhvəyi rəngli, toz çəkilli narkotik vasitə heroin və bir ədəd kağız bükümdə təmiz çəkisi 2,233 qram ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır.(i.v 97-98) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 27.03.2021-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrumemə cəzasına məhkum edilmiş, 07.06.2012-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 06 ilə endirilmiş, 31.10.2012-ci il tarixli Ali Məhkəmənin qərarı ilə 07.06.2012-ci il tarixli qərar ləğv edilmiş, iş Apellyasiya Məhkəməsinə qaytarılmış, 27.09.2018-ci il tarixli Nizami Rayon Məhkəməsinin qərarı ilə CM-nin 73-cü maddəsinə əsasən 01 il 01 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, 31.10.2019-cu ildə cəzasını çəkib qurtarmışdır.(i.v 106-108, 119-128) İş materiallarında olan 116 saylı, 31.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır(i.v 112) İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxs 1 saylı regional ərazi filialında 16.09.2010-cu il tarixdən müddətsiz 3-cü qrup əlilliyə görə müavinət alan kimi qeydiyyatdadır və müavinətin məbləği 110,00 manat təşkil edir.(i.v 113) İş materiallarında olan 20.05.2010-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Respublika QİÇS-lə Mübarizə Mərkəzində 18.09.2009-cu il tarixdən HİV-09/319 kodu ilə qeydiyyata götürülmüşdür.(i.v 114) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 1138 saylı, 30.03.2021-ci il tarixli arayışından görünür ki, Mehyev Zaur Gəray oğlu Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 115) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-156/2021 saylı, 31.03.2021-ci il tarixli qərarından görünür ki, 01.02.2021-ci il tarixdən 18.03.2021-ci il tarixədək Mehdiyv Zaur Gəray oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan, çıxan zənglərin və “SMS” mətnlərin siyahısının, həmçinin göstərilən mobil nömrə sahibinin anket məlumatlarının və qey olunan mobil nömrənin anten əhatə dairəsi haqqında məlumatları əks etdirən sənədlərin götürülərək ələ keçirilməsinə icazə verilmişdir.(i.v 133-134) İş materiallarında olan”Baksell” MMC-nin 07.05.2021-ci il tarixli məktubundan görünür ki, həmin qərar icra edilərək bir ədəd diskdə məlumatlar təqdim edilmişdir. (i.v.144-145) İş materiallarında olan “Diskə baxəş keçirilməsi barədə” protokoldan görünür ki, həmin diskə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir. (i.v.188-189) İş materiallarında olan 1398 saylı, 06.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metmfetamindən sui-istifadə dilməsi nəticəsində asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasını təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v169-170) İş materiallarıında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 19.06.2021-ci il tarixli qərardan görünür ki, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında isə 02 ədəd, birincisi 00844 adlı, 818940 kb həcmində, 09 dəqiqə 12 saniyə davam edən, rəngli formatda, qaranlıq hava və çöl şəraitində çəkilmiş, ikincisi 00845 adlı, 110424 kb həcmində, 01 dəqiqə 13 saniyə davam edən, rəngli formatda, elektrik işıqlandırılması və otaq şəraitində çəkilmiş videogörüntülər olan 01 ədəd disk, "xxxx" MMC-i tərəfindən təqdim edilmiş yaddaşında isə 04 ədəd fayllar olan 01 ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün N242dairəvi möhür əksi olan, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...... narkotik vasitələrə bənzər maddələr....” yazılan zərfdə heroinin təmiz çəkisi 0,162 qram, tədqiqatda 0,05 qram sərf edildikdən sonra, 0,112 qram qalıq çəkisi qalmışdır. Metamfetaminin təmiz çəkisi 2,283 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra 2,233 qram qalıq çəkisi qalmışdır. Qalıq qalmış 0,112 qram narkotik vasitə heroin və qalıq qalmış 2,233 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir.(i.v 190-199) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nın 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını, QİÇS xəstəsi olmasını, İİİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 16.03.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,112 qram narkotik vasitə olan heroin və 2,233 qram psixotrop maddə metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olan özündə nömrələri əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri X5 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 16 mart 2021-ci il tarixdən hesablansın və cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,112 qram narkotik vasitə olan heroin və 2,233 qram psixotrop maddə metamfetamin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olan özündə nömrələri əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-486/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-486/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver