Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-487/2020 11.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2001-ci il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, İdman Akademiyasının İİİ kurs tələbəsi, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10.07.2020-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu məhəllə Nizami küçəsində yerləşən Sumqayıt şəhər Uşaq xəstəxanasının həyətində tanışı Zərərçəkmiş şəxs söyməsinə görə sonuncunun 09.07.2020-ci il tarixdə ondan üzr istəməsini tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs burun və sol göz nahiyəsinə, həmçinin bədəninin müxtəlif nahiyələrinə yumruqla bir neçə dəfə vurub zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “burun sümüyünün tam yerdəyişən sınığı, sol almacıq sümüyünün alın çıxıntısının yerdəyişən sınığı, alın sümüyünün burun çıxıntısının xətti sınığı, burun nahiyəsinin, sol göz qapaqları və gözaltı nahiyənin, döş qəfəsinin sol yarısının arxa səthinin qançırları” kimi xəsarətlər yetirib qəsdən sağlamlığa AZ AĞİR zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən altı ildir ki, əmisi oğlu Novruzun vasitəsi ilə tanımış, onlar sinif yoldaşı olmuşlar. Nicat Məmmədovla münasibətləri normal olmuş, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Münasibətləri hadisə baş verməmişdən təxminən 1 gün öncə pisləşmişdir. Belə ki, 09.07.2020-ci il tarixdə saat 18 radələrində o, yaşadığı binanın həyətində olarkən dostu Azər ona Nicatgillə mübahisəsi düşdüyünü bildirmiş, o da Azərə Nicatın tanışı olduğunu, onları barışdıracağını söyləmişdir. Azər Nicatgilin onu Sumqayıt şəhəri 26-cı məhəllə ərazisində yerləşən “Simurq” şadlıq sarayının qarşısında gözlədiyini dedikdə, onunla birlikdə “Simurq” şadlıq sarayının qarşısına getmişdir. Həmin vaxt orada Nicat və adlarını tanımadığı Nicatın dostları olmuşlar. Nicatgillə Azərin arasında kofta məsələsi olmuşdur. Belə ki, Nicatın dostu Azərə kofta vermiş, lakin Azər koftanı vaxtında qaytarmadığı üçün mübahisə yaranmışdır. Orada Nicatgilin mübahisə etmələrinə mane olmağa çalışmışdır. Lakin o, Azərlə Nicatın dostunu sakitləşdirə bilməmiş və onlar birbiriləri ilə dalaşmış, o da onları aralaşdırmışdır. Bundan sonra Nicat Azərlə onun dostunun dalaşmağına imkan verdiyi üçün onunla mübahisə etməyə başlamış, o da ona onların qəflətən bir-biriləri ilə dalaşdıqlarını, onları aralaşdırdığını demişdir. Təxminən saat 22-23 radələrində o, evdə olarkən Nicat onun mobil nömrəsinə zəng edib onu nalayiq söyüşlə təhqir edərək aşağı çağırmışdır. O da söyüşlə ona cavab vermiş, artıq gec olduğunu, sabah danışmalarını demiş, Nicat isə dayanmadan israrla aşağı düşməsi üçün ona zəng edib, mesajlar yazmışdır. Buna görə də aşağı düşmüş, Nicat və dostu Kərimə yaxınlaşmış, onlarla birlikdə qarajlar olan tərəfə getmişdir. Orada Nicat onun söydüyü söyüşə aydınlıq gətirməsini istəmiş, onun dostları ilə danışarkən səs tonunu bəyənmədiyini, o isə Nicata çıxıb getməsini, sonra danışmalarını söyləmişdir. Həmin vaxt Kərim Nicatı sakitləşdirmiş, oradan uzaqlaşdırmışdır. Nicat gedərkən söhbətin bağlanmadığını, yenə görüşəcəklərini söyləmişdir. Həmin günün səhərisi, 10.07.2020-ci il tarixdə təxminən saat 20 radələrində o, görüşüb barışmaq istədiyini demək üçün Nicata zəng etmiş, onu Sumqayıt şəhər Polis İdarəsinin qarşısına çağırmışdır. Onlar görüşüb birlikdə gəzərək Sumqayıt şəhəri 10-cu məhəllə ərazisində yerləşən Sumqayıt şəhəri Uşaq Xəstəxanasının həyətinə getmişlər. O, söhbət edib barışmalarını istəmiş, lakin Nicat onun üstünə gəlmiş, o özünü müdafiə etmək üçün Nicatı yumruqla burnundan vurmuş, o duruxmuş, ikinci dəfə yumruqla onun sol gözündən bir dəfə möhkəm zərbə vurmuş və Nicat yerə yıxılmışdır. Bu zaman kənardan kimsə qışqırmış və o, qaçıb getmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də barəsindəki iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən altı ildir ki tanıyır, münasibətləri normal olmuş, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Münasibətləri hadisə baş verməmişdən təxminən 1 gün öncə pisləşmişdir. Belə ki, 09.07.2020-ci il tarixdə saat 18 radələrində o, Sumqayıt şəhəri “Simurq” şadlıq sarayının yanında olarkən Elvinin Azər adlı tanışı ilə oraya gəldiyini, orada tanımadığı şəxslərin mübahisə etdiyini görmüşdür. Elvin orada həmin şəxslərdən böyük olduğu üçün uşaqları dalaşmağa qoymamasını söyləmiş və kənara çəkilmişdir. Lakin sonradan eşitmişdir ki, Elvin orada olarkən onlar dalaşmışlar və bu səbəbdən Elvindən niyə onları dalaşmağa qoyduğunu soruşmuş, Elvin də axşam söhbət edəcəklərini söyləmişdir. Təxminən saat 21 radələrrində Elvinə mesaj yazaraq görüşmələrini demiş, həmin vaxt Elvin onu söyüb təhqir etmişdir. Buna görə də o, təxminən saat 23 radələrində Elvinin yaşadığı məhləyə getmiş,həmin vaxt dostu Kərim də onun yanına gəlmişdir. Sonra Elvinin qardaşı Elfan gəlib ondan üzr istəmiş, lakin Elvinin özünün gəlib üzr istəməsini söyləmişdir. Təxminən 5-10 dəqiqə sonra Elvin gəlib onlardan üzr istəmiş və onlar çıxıb getmişlər. Səhəri gün 10.07.2020-ci il tarixdə təxminən saat 20 radələrində o, evdə olarkən Elvin ona zəng edib axşam görüşüb dərdləşmələrini demiş, o da razılaşmışdır. Təxminən saat 20:30 radələriində onlar Sumqayıt şəhər Uşaq Xəstəxanasının həyətində sözügedən məsələ barədə söhbət etmişlər. Sonradan Elvin qəflətən onu yumruqla burnundan vurmuş, o duruxmuş, Elvin də ikinci dəfə yumruqla onun sol gözündən bir dəfə möhkəm zərbə vurmuş və o, yerə yıxılmışdır. O, yerdə olarkən isə Elvin yumruqla onun sifətindən, başından və bədənindən çoxlu sayda yumruqlar vurmuş, bu zaman kənardan kimsə qışqırmış və Elvin qaçıb getmişdir. O da əmisi oğlu Novruza zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, Novruz da gəlib onu xəstəxanaya aparmışdır. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. 10.07.2020-ci il tarixdə saat 20:50 radələrdə yaşadığı ünvanda olarkən ona oğlu Nicatın xəstəxanada olduğunu bildirmişlər. O, xəstəxanaya getdikdə Nicatın həmin gün saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Vərəm Dispanserinin həyətində tanışı Elvin tərəfindən döyülən zaman burun nahiyəsindən dörd yerdən, sol göz nahiyəsinin almacıq sümüyünün sındığını, bədən nahiyəsinin bel və digər yerlərindən xəsarət aldığını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. 10.07.2020-ci il tarixdə saat 20:40 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs ona zəng edərək Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində yerləşən Vərəm Dispanserinin yanında olduğunu, tanışı Elvin tərəfindən döyülərək bədən xəsarəti aldığını bildirib tez yanına gəlməsini xahiş etmiş, o da həmin yerə gedib onu xəstəxanaya çatdırmışdır. Cinayət işi materiallarında olan 14 sentyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13.07.2020-ci il tarixli, 767 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində «burun sümüyünün tam yerdəyişən sınığı, alın sümüyünün burun çıxıntısının xətti sınığı, burun nahiyəsinin, sol göz qapaqları və gözaltı nahiyənin, döş qəfəsinin sol yarısının arxa səthinin qançırları» xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 10.07.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Xəsarətlərin xarakterinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Cinayət işi materiallarında olan 21 sentyabr 2020-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, 02 ədəd fotoşəkil çəkilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 27.09.2020-ci il taxli Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan 26.09.2020-ci il tarixli Sumqayıt şəhər İcra Hakimiyyəti 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan 01 oktyabr 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarında olan 01 oktyabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 16.10.2020-ci il tarixli (iş № 1(060)-487/2020) qərarını icra edərək, 20 oktyabr 2020-ci il tarixli 366 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi X4 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 70 (yetmiş) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 70 (yetmiş) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun «xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-487/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-487/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver