Məhkəmə qərarları › İş №1(060)-487/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-487/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-487/2021 03.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,402 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 03 aprel 2021-ci il tarixdə, saat 15:13 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PBnə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,125 qram, 0,078 qram, 0,042 qram, 0,068 qram, 0,089 qram, ümumi çəkisi 0,402 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir,04 aprel 2021-ci il tarixində öz yaşadığı Corat qəsəbəsi ev 457 ünvanında evinin qarşısında dayanarkən 1-ci X1 və Şahin adlı əməkdaşlarının onu götürərək 1-ci Polis Bölməsinə gətirdiklərini,orada ona təzyiq etdiklərini, şahin adlı polis əməkdaşının narkotik vasitəni onun onun sağ cibinə qoyaraq onun olduğunu dediyini və daha sonra formal çəkiliş aparıldığını, daha sonra isə Polis Bölməsinə gətirilərək orada tərəzi ilə narkotik vasitəni çəkdiklərini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ifadəsindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, bir neçə ildir ki, narkotik vasitə olan heroin qəbul edir. 02 aprel 2021-ci il tarixdə səhər saatlarında o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. O, Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq onda 5 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, narkotikdən istifadə etdiyi üçün alıb özü üçün istifadə etmək məqsədi ilə həmin şəxsə heroinləri neçəyə satdığını soruşduqda həmin şəxs heroini 25 manata satdığını bildirmişdir. O, həmin şəxslə razılaşmış və 25 manat pul verib bir ədəd siqaretin qara rəngli kağızına, dörd ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroinləri ondan almışdır. O, həmin şəxsdən aldığı heroinləri əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonra özü istifadə edər. Sonra o, Sumqayıt şəhərinə gəlmişdir. 03 aprel 2021-ci il tarixdə saat 15:10 radələrində üzərində olan narkotik vasitə heroinləri münasib yer tapıb istifadə etmək üçün Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisinə gəlmişdir. O, Təzə Corat qəsəbəsi ərazisi ilə gedərkən üç nəfər mülki geyimli, bir nəfər polis geyimində olan şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirərək özünü təqdim etməyini bildirmişlər. O, polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxtı polis əməkdaşları ona narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını, ona görə də Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə getmişdir. Polis bölməsində xidməti otaqlarının birində olarkən ona vəkil təqdim olunmuşdur. Daha sonra polis əməkdaşları ona videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşaraq həmin əşyanı onlara təqdim etməyini təklif etmişlər. O, həmin vaxtı əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin qara rəngli kağızına, dörd ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroinləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, həmin maddələrin narkotik vasitə heroin olduğunu, həmin heroinləri 02 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 25 manata özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Sonra onun üzərindən aşkar edilərək götürülmüş heroinlər tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək 08 sentyabr 2021-ci il tarixində məhkəmə istintaqında verdiyi ifadəsinin özünü müdafiə xarakterli olduğunu, həmin ifadəsini təsdiq etmədiyini, ibtidai istintaqa əvvəl verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, 03.04.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi, və qəbul etməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, kiçik inspektor Şahid2, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin baş inspektor kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 15:13 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisinə gəlmişlər və bu zaman kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Qurban adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş və nə üçün saxlanıldığını soruşmuşdur. Onlar Qurbana onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Yusif Qurbanov heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs xidməti avtomobilə mindirilmiş və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Polis bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Yusif Əliyev təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 04 ədəd, siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd, ümumilikdə 05 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümlərə baxarkən orada tünd qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni 02.04.2021-ci il tarixdə Bakı şəhəri, «20 yanvar» metrosu yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni 02.04.2021-ci il tarixdə Bakı şəhəri, «20 Yanvar» metrosu yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Məhkəməyə teleqramm ilə müraciət etmiş Şahid3 Məhərrəm oğlu səhhəti ilə bağlı Məhkəmə iclasında iştirak edə bilməyəcəyini deyərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə Şahid3 Məhərrəm oğlunun elan olunmuş ifadəsindən görünür ki, 03.04.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi, və qəbul etməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid1, kiçik inspektor Şahid2, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin baş inspektor kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 15:13 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisinə gəlmişlər və bu zaman kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Qurban adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş və nə üçün saxlanıldığını soruşmuşdur. Onlar Qurbana onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Yusif Qurbanov heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs xidməti avtomobilə mindirilmiş və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Polis bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Yusif Əliyev təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 04 ədəd, siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd, ümumilikdə 05 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümlərə baxarkən orada tünd qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni 02.04.2021-ci il tarixdə Bakı şəhəri, «20 yanvar» metrosu yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni 02.04.2021-ci il tarixdə Bakı şəhəri, «20 Yanvar» metrosu yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03.04.2021-ci il tarixli, 6/1317 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,125qr, 0,078qr, 0,042qr, 0,068qr və 0,089qr ümumi təmiz çəkisi 0,402 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,402 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,352 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkəmə-narkoloji ekspertizasının 10.06.2021-ci il tarixli, 1834 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin 29.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 194.1, 69.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmişdir.Sumqayıt şəhər məhkəməsinin 11.10.2019-cu il tarixli qərarı ilə dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 05 ay 18 gün müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Sumqayıt şəhəri üzrə Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 11.10.2019-cu il tarixli qərarı ilə onun üzərində müəyyən edilmiş 05 ay 18 gün müddətinə islah işləri cəzasını çəkməmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki,210730215 saylı cinayət işi 04 aprel 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Şirinov tərəfindənTəqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilmişdir. 03 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan 03 aprel 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Yüsifov Qurban Almaz oğlu 03 aprel 2021-ci il tarixində saat 15:13-də Sumqayıt şəhəri Təzə Corat qəsəbəsi ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, Ruslan Vəliyev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək MSYdən azad edilmişdir. Cinayət işinin materiallarında olanSumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1358 saylı 13 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci ildən Dispanserdə Narkomaniya diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs barəsində 22 aprel 2021-ci il tarixdə axtarış elan olunaraq iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixində 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 iyul 2021-ci il tarixinədək həbs qətimkan tədbiri seçilməlidir. Yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının 09 iyul 2021-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutumuş cinayət əməlini törətməsi ilə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin digər halları ilə tam təsdiq olunduğundan sübut qismində qiymətləndirilməli, məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadəsi isə işin halları ilə uyğun gəlmədiyindən, özünümüdafiə kimi qiymətləndirillməli və sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1) Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Sumqayıt şəhər Məhkəməsinin 11.10.2019-cu il tarixli qərarı Təqsirləndirilən şəxs üzərində təyin edilmiş dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 05 ay 18 gün müddətinə islah işləri cəzası ona hazırki hökmlə təyin olunacaq cəza ilə Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə islah işlərinin dörd günü hesabı ilə hesablanmaqla qismən toplanmalı və onun üzərində cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 03-05 aprel 2021-ci il tarixlərində şübhəli şəxs kimi tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021ci il tarixindən hesablanmalıdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hələ də ödənilməmiş məhkumluğunun olması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kmi qiymətləndirilməli, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,402 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,352 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli (iş № 1(060)-487/2021) qərarını icra edərək, 06 iyul 2021-ci il tarixli 663 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Turanbank» ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 11.10.2019-cu il tarixli qərarı Təqsirləndirilən şəxs üzərində təyin edilmiş və çəkilməmiş dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 05 ay 18 gün müddətinə islah işləri cəzası ona hazırki hökmlə təyin olunacaq cəza ilə Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə islah işlərinin dörd günü hesabı ilə hesablanmaqla qismən toplansın və onun üzərində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 03-05 aprel 2021-ci il tarixlərində şübhəli şəxs kimi tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,402 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,352 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən maddi sübut kimi tanınmış 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Turanbank» ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar