Məhkəmə qərarları › İş №1(060)-487/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-487/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-487/2022 16.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Ucar rayonu Müsüslü kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi yaşayış evində yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək, ona ipoteka alması üçün bankdan pul almaqda köməklik edəcəyini vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissəhissə olmaqla Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Okean” şadlıq sarayının yanında xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 195 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 155 manat pulunu alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs 1500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, uzun müddətdir ki, heç yerdə işləmir və səhhəti ilə bağlı problemləri vardır. Elə buna görə də maddi vəziyyəti yaxşı deyil. Akif adlı uzaq qohumu vasitəsilə İldırım adlı şəxslə tanış olmuş, söhbət əsnəsında İldırım yaşadıqları ərazidə satılıq ev olub-olmadığını soruşmuş, ona bir nəfərdə satılıq ev olduğunu deyib və İldırımı yaşadıqları evin yaxınlığında yerləşən Rövşən adlı şəxsə məxsus evə aparıb evi İldırıma göstərmiş, Rövşən adlı şəxs evi 50.000 manata satdığını bildirmiş. Onlar aralarında razılaşdıqdan təxminən bir ay sonra İldırım, o və Rövşən adlı şəxs üçü birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində görüşmüş və orada İldırım Rövşənə beh kimi verməyi üçün 500 manat pul vermişdir. Təxminən 10 gün sonra İldırım evi almaq üçün pul düzəldə bilmədiyini demiş və o, İldırıma onun üçün tanış adam vasitəsilə bankla ona pul ayırda biləcəyini demişdir. Aralarında razılaşmış və ona ev alması üçün çatışmayan pulu bankdan götürəcəyini vədd verərək, ondan bu işin müqabilində 1500 manat pul istəmişdir. İldırım onunla razılaşmış və ondan həmin 1500 manat pulu hissə-hissə olmaqla Sumqayıt şəhəri ərazisində, sonuncu dəfə isə təxminən 2021-ci ilin aprel ayının sonları “Ocean” şadlıq sarayının yaxınlığında 155 manat almış və həmin pulu götürdükdə ona vədd vermişdir ki, ev almaq üçün çatmayan pulunu bank vasitəsilə onun üçün alacaq. Lakin, sonradan həmin pulu şəxsi təlabatları, həkim xərcləri üçün xərcləmişdir. Bundan başqa o bildirmişdir ki, Zərərçəkmiş şəxs ev almağından ötrü kredit götürməyinə köməklik edəcəyini vədd etsə də ondan aldığı ümumilikdə 2000 manat puldan 500 manatını Rövşən adlı şəxsə vermiş 1500 manatını isə özü problemlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs birinci 500 manatı aldığı zaman yanında Rövşən adlı şəxs olsa da ümumilikdə 1500 manatı hissə-hissə olmaqla ayrı-ayrı vaxtlarda aldığı zaman yanında başqa heç kim olmayıb. Zərərçəkmiş şəxs aldığı 1500 manat pulun müqabilində heç bir iş görməmiş, şəxsi təlabatları üçün xərcləmiş, əməlindən peşimandır, tezliklə İldırımın pulunu geri qaytaracaqdır. İldırım ilə Telefonda danışığı zamanı adın çəkdiyi şəxslərin heç birini tanımır, elə bildirmişdir ki, İldırım inansın. Hazırda Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PBnə daxil olmuş müraciət onun tərəfindən edilmişdir, Yaşadığı mənzil kiçik olduğuna görə uzun müddətdir ki, özünə ipoteka ilə mənzil almaq istəyir. Təxminən 2021-ci ilin mart bir neçə tanıdığım şəxslərdən eşitmişdir ki, Azər adlı maklerin oğlu bankda işləyir və Azər ipoteka ilə mənzil alınmasına köməklik edə bilir. Buna görə də soraqlaşaraq Azər adlı makleri tapmış və onunla ilk dəfə təxminən 2021-ci ilin mart ayında Sumqayıt şəhər Yaşıldərə bağlar massivi ərazisində zəngləşərək görüşmüş və ona ipoteka ilə mənzil almaq istədiyini bildirdikdə Azər ona ipoteka ilə mənzil almaqda köməklik edə biləcəyini demişdir. Bundan sonra o, yaşadığı evin yaxınlığında Rövşən adlı şəxsin ev satdığını demiş və birlikdə onunla gedərək, Rövşən adlı şəxslə görüşdükdə və Rövşən evini 50.000 manata satdığını demişdir. Bundan sonra birlikdə Rövşənin evinə baxmış və evi bəyənmişdir. Bundan sonra Rövşən evin alınması üçün beh ödənilməli olduğunu demiş və bununla razılaşmışdır. Bir neçə gün sonra 12-ci mikrorayon ərazisində çayxanada görüşmüş və mən razılaşdıqları behi Azərin yanında Rövşənə vermiş, Rövşən həmin pulu götürüb vasitəçi kimi Azərə 100 manat vermiş və oradan çıxıb getmişlər. Azərlə razılaşmışlar ki, ona evin tapılması üçün deyil bankdan evin dəyərində pul götürülməsi üçün pul verəcək. Bundan sonra Azər ipoteka ilə ev almaqda ona köməklik etmək üçün əvvəlcədən sənədlərin düzəldilməsi üçün pul lazım olduğunu demişdir. Bundan sonra ardıcıl olaraq Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Okean” şadlıq sarayının yanında xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 195 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 155 manat olmaqla ümumilikdə ona 1500 manat pul vermişdir. O, 1500 manat pulu ondan aldıqdan sonra bir daha onu əmin etmişdir ki, tezliklə bankdan ona ipoteka ilə ev almaq üçün pul ayrılacaq. Bundan sonra vaxt keçdikcə onunla telefonda danışdıqda, o, hər dəfə müxtəlif bəhanələrlə işin gecikdiyini bildirmişdir. Bir müddət keçdikdən sonra artıq Azərin onu aldatdığını heç bir iş görmədiyini başa düşmüş və ondan pulunu geri qaytarmasını tələb etmiş və Azər yenə də pulunu qaytarmamaq üçün müxtəlif bəhanələr demişdir. Elə buna görə də onun dələduzluq etməsi ilə bağlı rəsmi müraciət etdim. Azər adlı şəxsə pul verdiyi zaman onların yanında başqa heç kim olmayıb, Azər adlı şəxs ondan hissə-hissə olmaqla ümumilikdə 1500 ( min beş yüz) manat pul alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Onunla telefon vasitəsilə danışmağına dair səs yazıları vardır, onları istintaqa təqdim edə bilər. Azər adlı şəxs ipoteka mənzil almaqda köməklik etmək üçün heç yerə aparmayıb, heç bir sənədə imza çəkməmiş, hər dəfə müxtəlif adlar deyərək, guya həmin şəxslərin bankda işlədiyini və işin tezliklə həll olunacağını demişdir. Azər adlı şəxs işin hansı bankda həll olunacağının ən sonda pul ayrılanda bilinəcəyini demişdir. Hazırda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, 2021-ci ilin əvvəlləri Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən həyət evini satmaq istəmiş. Təxminən mart ayında makler Azər adlı şəxs bir nəfər İldırım adlı şəxsi öz yanında gətirmiş və Azər ona bildirmişdir ki, İldırım evini almaq istəyir. Birlikdə onların evinə baxmış və İldırım evi bəyənmiş və başqa almaq istəyən şəxslərin də olduğunu bildirərək aralarında razılaşmışlar ki, ona beh versinlər. Buna görə də bir neçə gün sonra Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən çayxanada görüşmüş və həmin vaxt Azər və İldırım birlikdə gəlmiş və aralarında razılaşdıqları kimi İldırım ona 500 manat pul vermiş və o, həmin puldan 100 manatını Azərə vermişdir və İldırım evin ümumi pulunu yəni 50.000 manat pulu düzəltdib tezliklə evi alacağını bildirmişdir. Bundan bir müddət keçsə də İldırım evi almağa gəlməmiş, İldırımla danışdıqda o, hər dəfə tezliklə evi alacağını demiş və bundan sonra İldırımla danışdıqda o, Azərin ona bankdan pul götürməyə köməklik edəcəyini demiş və ona Azərə inanmamasını onun düzgün adam olmadığını demişdir. Bir müddət sonra İldırım ilə yenidən əlaqə saxlayıb nə üçün gəlib evi almadığını, verdiyi behin batdığını dedikdə İldırım Azərin onu aldadaraq 1500 manat pulu aldığını və bankdan pul götürməyə köməklik edəcəyini vədd etsə də onu aldatdığını bildirmişdir. Sonradan İldırım evi ala bilməmişdir. Azərin bu yolla başqa insanları da aldatdığını eşitmişdir. Azər adlı şəxs ona evin alınması ilə bağlı pul verməmişdir, İldırım özü 500 manat beh vermiş və müştəri gətirdiyi üçün Azərə həmin puldan 100 manat vermiş, bundan sonra Azəri görməmişəm. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verdiyini görməmiş, sonradan İldırım özü ona Azərə onun üçün bankdan pul götürməkdə köməklik etməsi üçün 1500 manat pul vediyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şxəs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “götürmə və diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə 01 ədəd faylın olduğu müəyyən olunur. Həmin fayla kompüterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında səs yazısı olduğu müəyyən edilir və həmin səs yazısı 3 dəqiqə 57 saniyə təşkil edir. Səs yazısında iki nəfər şəxsin Zərərçəkmiş şəxs müraciətində qeyd etdiyi kimi İpoteka ilə ev alınmasından ötrü köməklik edilməsini əks etdirən səs yazılarıdır. Baxış zamanı Zərərçəkmiş şəxs həmin səslərdən birinin yəni qarşı tərəfdən işin nə zaman həll olunması ilə bağlı məlumat almağa çalışan şəxsin səsinin onun səsi qarşı tərfdən cavab verən səsin isə Təqsirləndirilən şəxs səsi olduğunu bildirir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 1572 saylı, xx.xx.2022-ci tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır,yaşamır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2009-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilib və 3000 manat cərimə cəzası təyin edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qazancında 20% məbləğində pul dövlət nəfinə tutulmaqla, 02 il islah işləri cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən, həmin maddə ilə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək, ona ipoteka alması üçün bankdan pul almaqda köməklik edəcəyini vədd verərək 1500 (min beş yüz) manat məbləğində pul almasına dair “Watsap” sosial şəbəkəsi vasitəsi ilə yazılmış mesajların və göndərilmiş audio yazıların əks olunduğu 01 ədəd “CD-R” formatlı disk maddi sübut hesab edilərək, cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. İş materiallarında olan 1(060)-487/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin 124-15233 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:40-da Sumqayıt şəhər, Yaşıldərə massivi ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-4677 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə görə, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisilə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək ona ipoteka alması üçün bankdan pul almaqda köməklik edəcəyini vədd verərək 1500 (min beş yüz) manat məbləğində pul almasına dair “Watsap” sosial şəbəkəsi vasitəsi ilə yazılmış mesajların və göndərilmiş audio yazıların əks olunduğu 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar